Press "Enter" to skip to content

Kimlərə isti qum və gündə qaralmaq olmaz? SİYAHI

Ü.Mehdiyevin sözlərinə görə, icazələrin məqsədinə dair 2 kod təyin edilib: “1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçündür. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir”.

Ukrayna

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Agentlik sədri bildirib ki, yeni qərara əsasən, 1 kodundan istifadə edən vətəndaşın həmin gün 2 kodundan istifadəsi mümkündür: “Lakin bundan sui-istifadə edilməməlidir. Belə olanda limit qoymağa məcbur oluruq”.

Ü.Mehdiyevin sözlərinə görə, icazələrin məqsədinə dair 2 kod təyin edilib: “1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçündür. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir”.

Sizə teleqram var Vaxtında, Aydın, Lazımlı!

Kimlərə isti qum və gündə qaralmaq olmaz? – SİYAHI

Yay gəldikdə, qızmar istilər düşdükdə, insanlar dəniz kənarında günəşləndiyini xəyal edir.

İsti qum, gündən qaralma, gün vannaları orqanizm və bədən üçün çox faydalıdır. Xüsusən uşaqlar üçün. Amma elə xəstəliklər var ki, bu insanlara gündə qaralmaq əks göstərişdir. Təəssüf ki, bunu bir çoxları bilmir və isti qum və günəşdən xəstəlikləri daha da ağırlaşır. Hətta müəyyən dərman preparatları var ki, onları qəbul edəndə, gündə qaralmaq olmaz.

Milli.Az medicina.az-a istinadən gündə qaralmanın qadağan olunduğu insanların siyahısını təqdim edir:

-Açıq rəng göz, kürən, ağ dərisi və sarışınlar – onların dərisi melanin demək olar ki, sintez etmir. Ona görə dəri xərçəngi yaranma riski dəfərlərlə çoxdur.
-Bədəndə çox və iri xalların olması. Xalların hansı xarakterdə olmasını bilmək üçün öndə dermatoloqa getməli və onların təhlükəli olub olmamasını aydınlaşdırıb, sonra çimərliyə getməlisiz. Yaxşı olar ki, xalların üzəri bağlansın.
-Hamilələr – ilkin və gec həftələrdə
-3 yaşına kimi uşaqlar
-İstənilən şiş- xoşxasəlli, bədxassəli olanlara
-Ginekoloji xəstəliyi olanlara- polip, endometriya, kistlər, mioma
-Vərəm xəstələri

-Bir sıra göz xəstəlikləri
-Varikozu olanlar
-Xroniki hepatit
-Dağınıq skleroz
-Qalxanvari vəzin xəstəlikləri
-Kron xəstəliyi olanlar
-İnsulin alan diabetlər
-Dəridə yeni əməliyyat izi olanlar
-İnfeksion xəstəliyi olanlar
-Fotosensibilizator tərkibli dərmanlar qəbul edənlər

Milli.Az

Bir gündə nə qədər kalori qəbul etməliyik?

Kalori – orqanizmdə gedən bütün proseslər üçün əsas enerji mənbəyi sayılır. Onlar üç əsas növ qida maddələrindən əldə edilir: Zülal, yağ və karbohidratlar. Orqanizmə ziyan vurmamaq, normal bədən çəkisini saxlamaq üçün gündəlik kalori miqdarına nəzarət etmək vacibdir.

Artıq çәkinin әsas sәbәbi ehtiyacınız olandan artıq yemәkdir. Çox qida qәbulu ürәyә artıq yük verir, hәzm prosesi yavaşlayır vә bağırsaq sistemin şlaklanmasına gәtirib çıxarır. Günә nә qәdәr qida yeyilmәsini bilmәk üçün kalori normasını hesablamaq lazımdır.

Publika.az-ın sağlamlıq bölməsi bu yazıda kalorini düzgün hesablamaq və tez arıqlamaqdan bəhs edib.

Niyə kiməsə gündə 1500 kalori kifayət etdiyi halda, başqası 2000 kalori qəbul edir?

Gündəlik kalori normasının əsası hissəsi orqanizmdə daxili proseslərin dəstəklənməsinə sərf olunur. Məlumdur ki, orqanizm bədən dincələn zaman, məsələn, yuxu zamanı da, müəyyən miqdarda enerji yandırır. Axı orqan və sistemlərin fəaliyyəti bir an belə dayanmır, bədən qəfəsinin hər birində daim müxtəlif proseslər baş verir. Hətta gün ərzində qəbul etdiyimiz kalorinin 20 faizi beynin fəaliyyətinə sərf edilir.

Gündəlik kalori qəbulu nə qədər olmalıdır?

Bu sual pəhriz saxlayan, bədən formasına diqqət edən bir çoxlarını maraqlandırır. Kişi və qadınlarda gündəlik kalori qəbulu fərqlidir. Kalori qəbulu yaş, cins, həyat tərzi, xəstəlik, dərman qəbuluna görə dəyişir.

Bir qayda olaraq, qadınların gündəlik kalori qəbulu 1200-1500 kaloridir. Kişilərin gündəlik kalori qəbulu orta hesabla 2300-dür. Amma verilən rəqəmlər insandan asılı olaraq dəyişir.

Kalori qəbulu ətraf mühitin təsirindən asılı olaraq da dəyişir. Məsələn, soyuq, şaxtalı havada bədənin enerjisini artırmaq lazımdır, yaz və yayda isə bu tələbat azalır. Kalori normasını düstur yardımı ilә hesablamaq olar, orada yaş, cins, çәki vә boy nәzәrә alınır. Bu düsturun yardımı ilә siz әsas maddә mübadilәsinin (ӘMM) ölçüsünü hesablaya bilərsiniz.

Qadınlar üçün ƏMM hesablanma üsulu:

10 х çəki (kq) + 6,25 х boy (sm) – 5 х yaş (il) – 161.

Kişilərin üçün ƏMM hesablanma üsulu:

10 х çəki (kq) + 6,25 х boy (sm) – 5 х yaş (il) + 5.

Yaş illә, boy santimetirlә, çәki kiloqramla ölçülür. Әvvәl mötәrzәdә olanları vurun, sonra alınan rәqәmlәri üst-üstә gәlin. Nәticәdә, lazım olan gündәlik kalorini alacaqsız. Hesablanmış ӘMM ölçüsündә fiziki aktivliyinizin intensivliyi də nəzərə alınır. Aktivlik artarsa, kalori miqdarı da artmalıdır.

Orqanizmə xələl gətirməmək, piylənmədən əziyyət çəkməmək üçün kalori miqdarına mütləq nəzarət edin. Bu hesablama qarşıya qoyduğunuz məqsədlərə tez çatmağınıza yardım edəcək.

Aytən

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.