Press "Enter" to skip to content

Zün bir tərəfinin keyiməsinin SƏBƏB və FƏSADLARI

2. Qısa muddətli yenidənqurma və rekonstruksiya tədbirlərinin (maliyyə menecmentində dəyisiklik, kadırların ixtisasının artırılması, məhsulun dizaynının yeniləsməsi, yeni satıs və xammal bazarlarının muəyyənləsdirilməsi və s.) yerinə yetirilməsi.

“Ağıllı şəhər” necə işləyir və onu yaratmaq neçəyə başa gəlir?

Azərbaycan işğaldan azad olunan ərazilərdə bərpa və inkişaf işləri ilə yanaşı, müxtəlif innovasiyaları da tətbiq etmək niyyətindədir. Bunlardan ən iddialısı həmin ərazilərdə «ağıllı şəhər» və «ağıllı kənd» sistemlərinin yaradılmasılıdır.

Qeyd edək ki, hazırda bütün dünyada «ağıllı şəhər» anlayışı sürətlə yayılır. Sadə desək, bu – şəhərin rəqəmsallaşması və bu sistemin cari problemlərin həllində istifadəsi deməkdir.

«Ağıllı şəhər» təkcə sadəcə texnoloji yeniliklərinə görə maraqlı deyil, bu sistemin qurulması həmin ərazilərdə həyatı rahatlaşdırır, vaxt itkisini aradın qaldırır, xərcləri azaldır, eləcə də biznesin işini asanlaşdırır və həm biznesin, həm də insanların gəlirlərini artırır.

“Ağıllı şəhər” nədir?

«Ağıllı və dayanıqlı şəhər»in göstəricilərini BMT 2015-ci ildə müəyyən edib. Qurumun verdiyi ümumiləşdirməyə əsasən ağıllı və dayanıqlı şəhər – informasiya texnologiyalarından istifadə edən innovasiyalı şəhərdir. Hansı ki, bu imkanlar həyat səviyyəsinin yüksəlməsi, xidmətlərin daha effektiv və rəqabət qabiliyyətli olması, eləcə də, indiki və gələcək nəsillərin iqtisadi, sosial və mədəni tələblərinin ödənilməsinə şərait yaradır.

BMT-nin qaydalarına görə «ağıllı şəhər» sistemləri şəhərdə demək olar bütün sahələrdə tətbiq edilməlidir. Burada əsas 3 istiqamət var:

1) İqtisadiyyat – İKT, innovasiya, məşğulluq, ticarət, istehsal, fiziki infrastruktur.

2) Ətraf mühit – havanın tərkibi, su təchizatı, səs-küy, ətraf mühitin keyfiyyəti, biomüxtəliflik, energetika.

3) Cəmiyyət və mədəniyyət – təhsil, səhiyyə, təhlükəsizlik, mənzil, mədəniyyət, sosial qaynayıb-qarışma.

Bu istiqamətlər ilk baxışdan ümumi görünsə də, insan həyatının bütün tərəflərini, hətta ən xırda məsələləri əhatə edir. Məsələn, bütün evlərdə internet və elektron qurğular olmalı, məşğulluq daima artmalı, kreativliyi təmin etmək üçün isə müəllif hüquqları ciddi şəkildə qorunmalıdır. Şəhərin hər yerində elektron və mobil ödənişlər işləməli, elektron ticarət mümkün olmalıdır.

«Ağıllı şəhər»in fəaliyyəti smart cihazlardan əldə edilən məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə start verə bilərlər.

Bundan başqa, tələblərə görə, belə şəhərlərdə su, qaz və işıq sayğacları sistemi və sayğacları da «ağıllı» olmalıdır. İctimai nəqliyyat haqqında məlumat da onlayn olmalıdır – yəni, məsələn, istənilən şəxs, istənilən yerdən öyrənə bilməlidir ki, hansı avtobus nə zaman haradan keçəcək.

Havanın tərkibi və şəhərdəki səs-küy səviyyəsi normalarda saxlanılmalıdır, bütün insanların xəstəlik tarixçələri elektron olmalı, tele səhiyyə (yəni məsafədən müayinə və müalicə) mümükn olmalıdır. Mənzil xərcləri aşağı olmalı qadınların gəlirləri artmalı və əlillər sosial həyata qaynayıb-qarışmalıdırlar.

Hansı şəhərlər artıq «ağıllıdır»?

Əslində «ağıllı» şəhərin ayrı-ayrı elementləri indiyə qədər də mövcud idi. Dünyanın böyük meqapolislərində – Paris, Şanxay, Moskva, Dubay, Pekin və sairdə «ağıllı» parkinqlər yaradılır, «ağıllı» işıqlandırma və videonəzarət sistemi qurulur. Hətta «ağıllı» zibil toplama mexanizmləri yaradılır. Bu məsələrlə, xüsusilə Cənubi Koreya, ABŞ və Avropa şəhərləri çox irəlidədirlər. Elə bunun nəticəsidir ki, Avropada məsələn, terror aktları zamanı cinayətkarın şəxsiyyətini bir neçə dəqiqəyə müəyyən edib tuturlar.

«Ağıllı şəhər» yaxşı biznesdir

Analitiklərin proqnozlarına görə, 2025-ci ilə «ağıllı şəhərlər» üçün texnologiyaların bazarı 327 milyard dollara çatacaq. «Ağıllı şəhər»lərin inkişafı nəticəsində biznesin imkanları, yəni ədlə edə biləcəyi yeni gəlirlər 2,46 trilyon dollara yaxınlaşacaq. Bu isə özünü ümumi iqtisadi vəziyyətdə göstərəcək. «McKinsey Global Institute»nun (MGI) proqnozlarına görə rəqəmsallamşdırma ayrı-ayrı ölkələrdə ÜDM-ni 19-34% artıra bilər.

«Ağıllı şəhər»dən kim nə qazanıb? – MİSALLAR

Dünya şəhərlərinin rəqəmsallaşmasının iqtisadi faydası asanlıqla ölçülə bilir. Məsələn, Sinqapurda küçələrin və iri binaların işıqlandırılmasında ağıllı sistemilərin qurulması nəticəsində şəhərin enerji sərfiyyyatı 40% azalıb. Bostonda isə yollardakı çalalar barəçdə məlukmat toplayan «Street Bump» sisteminin tətbiqi nəticəsində bir il ərzində belə çalaların sayı 2 dəfə azalıb. Barselona şəhəri isə suyun sərfinə nəzarət edən ağıllı sensorlar sayəsində ildə 42,5 mln avroya qənaət edir.

İşə getmə vaxtı 0-15%, ölüm halları 8-10% azalır

«McKinsey Global Institute» «ağıllı şəhər» sistemlərinin insanların həyatına necə təsir etdiyi barədə araşdırma aparığb. Dünyanın 50 şəhərini əhatə edən araşdırmada karşerinq (avtomobillərin bir neçə saatlığa onlayn icarəyə verilməsi), velosiped icarəsi, elektron qeydiyyat kimi yeniliklərin insanların həyatını necə yüngülləşdirdiyi araşdırılıb. Məlum olub ki, yuxarıda sadalanan və digər yeniliklərin tətbiqi şəhər sakinlərinin evdən işə getmə vaxtını 15-20%, havanın çirkləndirilməsini 10-15% azaldır, hətta ölüm hallarını 8-10% aşağı salır. Bu araşdırma Barselona, Berlin, Melburn, Mexiko, Moskva, Nyu-York, Paris, San-Paulu, Sinqapur, Tokio və başqa şəhərlərdə aparılıb.

Dünyada ən «ağıllı şəhər» hansıdır?

Dünyada ağıllı şəhərlərin ümumi dəqiq reytiinqi mövcud deyil, çünki şəhərlərin reytinqini ayrı-ayrı meyarlarla hesablayırlar. Amma bir qədər geniş yayılan sıralamalar var ki, onlardan biri də LOSI indeksidir. Bu reytinq yerli elektron xidmətlərin yayılması dərəcəsini ölçür. Digər reytinqi isə IMD şirkəti hesablayır və burada Sinqapur, Helsinki və Sürix irəlidədir. Ağıllı şəhər texnologiyalarına yatırımların həcminə görə isə Sinqapur, Pekin və Seul irəlidədir. Bu şəhərlərin hər biri belə texnologiyalara ildə 1 milyard dollardan artıq pul xərcləyir.

Hətta qonşu Rusiya da ağıllı şəhər texnologiyalarına başlayıb. Moskvada bu prosesə 2011-ci ildən start verilib, ağıllı şəhər sistemləri Peterburqda və Rusiyanın daha kiçik əyalət şəhərlərində də qurulur.

«Ağıllı şəhər»in pulunu kim verir?

Hazırda indiyədək olan təcrübə göstərir ki, «ağıllı şəhər»i dövlət və özəl sektor birlikdə yaradırlar. Bununla bağlı qərarları dövlət versə də, xərcləri hər iki tərəf ödəyir. Məsələn, MGI-nin araşdırması göstərir ki, «ağıllı» həllər barədə qərarları 70% hallarda dövlət verir, ilkin investisiyaların 60%-ni isə özəl şirkətlər ödəyir.

Ölkələrin əksəriyyyəti dövlət-özəl sektor əməkdaşlığı edirlər. Məsələn, Hindistanda 2015-ci ildə işə düşən «Smart City Mission» layihəsi çərçivəsində 2023-cü ildə ölkədə 100 ağıllı şəhər yaradılmalıdır. Buna 26 milyard dollar sərf ediləcək ki, onun da 5,5 milyard dollarını dövlət-özəl sektor birlikdə yatıracaqlar. Səbəbi odur ki, «ağıllı şəhər»lər yüatırım tələb etməklə yanaşı, həm də biznesə yeni qazanc imkanları da gətirir.

Azərbayan “ağıllı şəhərlər”i necə yaradacaq?

Qeyd edildiyi kimi, Azərbaycanda da ağıllı şəhərlər yaradılacaq. Bunu bir qədər əvvəl yeni təyin edilən Nəqliyyat, Rabitə və İnformasiya Texnolagiyaları naziri Rəşad Nəbiyevi qəbul edərkən prezident bir də təsdəqləyib: «Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, – yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik»-deyə prezident bildirib.

Hələlik bu prosesin nə vaxt başlanacağı hələlik məlum deyil. Məsələ bundadır ki, belə şəhərlərin yaradılması nəzərdə tutulan ərazilər yenicə işğaldan azad edilib. Burada hələ normal yaşıyış şəraiti yaratmaq üçün bir neçə il vaxt tələb olunur. Amma hökumət planlarını artıq elan edib və bu layihə üçün tərəfdaşlar da axtarır. Məsələn bir qədər əvvəl prezident İlham Əliyev “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolatı ilə görüşdə bildirmişdi kpi, Azərbaycanın «ağıllı şəhər» yaratmağa hazırlaşır və bununla bağlı sözügedən şirkətlə əməkdaşlıq etmək istəyir: «Mən dəfələrlə dediyim kimi, biz həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq. Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq»-deyə prezident bildirmişdi.

Azərbaycanda «ağıllı şəhər»in 10 əsas üstünlüyü

İqtisadçı millət vəkili Vüqar Bayramov bildirir ki, dünya praktikasına görə, «ağıllı şəhər»in 10 böyük üstünlüyü var.

«Birincisi bu, şəhərin idarəedilməsi ilə bağlı daha analitik strategiyanın yaradılmasına imkan verir. Bu, eyni zamanda qərarların konkret olaraq şəhərin göstəricilərinə uyğun olaraq verilməsi deməkdir.

İkincisi, layihə vətəndaş və hökumət arasında daha sıx əməkdaşlığın formalaşmasına kömək edir. Həmin şəhərdə yaşayan sakinlər də fərqli alətlərdən, internet üzərindən və mobil aplikasiyalardan, portallardan, onlayn alətlərdən istifadə etməklə, şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar.

Üçüncüsü təhlükəsiz icmaların yaradılmasıdır. Ümumiyyətlə, dünya praktikasında daha təhlükəsiz icmalar yaradılır. «Ağıllı şəhər» təhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Bu, texnoloji olaraq cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan yaradır və şəhəri təhlükəsiz yerə çevirir.

Dördüncü üstünlük ətraf mühitin qorunması baxımından, «ağıllı şəhər»lərdə alternativ enerji mənbələrinin imkanlarından istifadə olunmasıdır.

«Ağıllı şəhər»lərin beşinci üstünlüyü nəqliyyatın yüksək inkişafıdır. Dünya təcrübəsində “ağıllı şəhər”lər il ərzində təxminən nəqliyyat sektoruna yönəltdikləri investisiya həcmini 25 faiz artırırlar. Bu, təbii ki, həm nəqliyyatın tənzimlənməsi, eyni zamanda, tıxacların aradan qaldırılması baxımından vacibdir.

Altıncı üstünlük rəqəmsal bərabərliyin inkişaf etdirilməsidir. Təbii ki, “Wİ-Fi”nin daha geniş ərazidə istifadə olunması, sürətinin artırılması kimi məqamlar orada öz əksini tapır.

Yeddinci üstünlük iqtisadi inkişaf üçün imkanların yaradılmasıdır. Belə ki, “ağıllı şəhər” yerli və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır.

Səkkizincə üstünlük “ağıllı şəhər”lərdə kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsidir.

Layihənin 9-cu üstünlüyü infrastrukturun inkişaf etdirilməsidir. “Ağıllı şəhər” imkan verir ki, yollar, körpülərlə bağlı daha əsaslandırılmış və sistemli infrastruktur qurulsun və onların təmin edilməsi və gücləndirilməsinə diqqət ayırmaq mümkün olsun.

Nəhayət, onuncu üstünlük, layihə ixtisaslı kadrların işlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına imkan verir»-deyə millət vəkili bildirir.

Bir tanışım silinib və bərpa oluna bilmirsə onu necə qura bilərəm

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Sağlamlıq Üzün bir tərəfinin keyiməsinin SƏBƏB və FƏSADLARI

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Sentyabr 27, 2019 – 13:21

!Reklam – Yazi

Son zamanlar “üzümün bir yarısı, sağ və ya sol tərəfim sanki keyiyir, quruyur, hissiyatını itirir” kimi şikayət edənlər çoxalıb. İnsanlar bu simptoma nədənsə biganə yanaşır, əsəbdəndir deyib keçəcəyini gözləyir.

Yenicag.az xəbər verir ki, Medicina.az üzün birtərəfli olaraq keyiməsinin səbəblərini və hansı dəhşətli sonluğa səbəb olacağını araşdırıb. Bu vəziyyət hansı patologiyalardan xəbər verir və hansı halda təcili həkimə çatdırılmaq lazımdır? Ümumiyyətlə, bədəndə istənilən nahiyənin keyiməsi periferik sinir sisteminin işinin pozulması deməkdir. Üz sinirlərinin işini hansı səbəblər poza bilər? – Travma, zədə
– Sinirlərin sıxılması- zədə, şiş, iltihab Keyimə ilk əvvəl yüngül iynələnmədən, sanki qarışqa gəzirmiş kimi hisdən başlayıb, getdikcə böyük sahənin hissiyatının itməsi ilə nəticələnə bilər.
Yəni hər şey birdən olmur. Amma üzün bir tərəfinin sanki iflic olmuş kimi keyiməsi insanı dəhşət və panik vəziyyətə salır. Üzün bir tərəfinin keyiməsi bu xəstəliklərdən ola bilər: – Baş beyin toxumalarının insultu Bu zaman əsas damarların tutulması baş verir və ya damar cırılır. Nəticədə beyin qan dövranı pozulur. Üz də başda yerləşdiriyi üçün sinirlərin keçiriciliyi kəsilir, üz əzələlərinin iflici baş verir. Üzün bir tərəfi sallanır, ağız dəyişir. İnsult olan vaxt dəqiqələr xəstənin əleyhinə işləyir. Xəstə 30 dəqiqə ərzində xəstəxanaya çatdırılmalı, damar açılmalı və ya qanamadırsa durdurulmalıdır. – Tranzitor işemik atak – Bu insultun xəbərdaredici imitasiyasıdır. Damarda tromb var, qan dövranı pozulur, amma tromb gəzən trombdur, ona görə irəlilədikcə qanın yolu açılır. Tranzitor həmlə bir neçə dəqiqədən 1 saata kimi çəkir və keçib gedir. Amma sonradan təkrarlana bilər. Ona görə bu həmlələr baş verdisə, baş beyni və damarları yoxlatmaq mütləqdir. – Dağınıq skleroz Bədəndə ətrafların, bədənin və üzün bir hissəsinin keyiməsi dağınıq sklerozun birinci əlamətlərindəndir. Bu çox ağır autoimmun xəstəlikdir, immun sistem özü öz hüceyrələrini tanımır və sinir örtüyünü dağıdır. Sinirlər zədələnir, konkret sahələr keyiyir. Bununla yanaşı ağrılı qıcolmalar, gözlərdə problem, koordinasiyada pozulamalr olur, sidiyə nəzarət edə bilmirlər. – Bella iflici Bu, üzdə üçlü sinirin iltihabıdır. Üzün bir tərəfində əzələnin iflici baş verir, ağzı açıb bağlayanda şimşəkvari ağrı olur, eşitmə və dadbilmədə pozulma yaranır, xəstə çox ağrı hiss edir. Ağızın bir tərəfindən ağız suyu axır, üzdə və ağızda asimmetriya yaranır. Üçlü sinirin iltihabı uzun müddətə müalicə olunur, sinirlər bərpa olur. – Hemipleqik miqren Miqrenin bu növündə bədən və üzün bir tərəfində əzələ zəifliyi müşahidə olunur. Bu zaman baş ağrısı, görmədə pozulma, başgicəllənmə də olur. Miqren tutması 1 sutkadan 3 sutkaya kimi davam edə bilər. – Müxtəlif infeksiyalar Üz, baş hissədə olan istənilən infeksiya, hətta burun və dişlərdə iltihab, herpes keyimə verə bilər. Herpes sinir uclarında gizlənərək, onları qıcıqlandırır. Bu zaman üzün bir tərəfində irinli səpkilər də çıxa bilər. – Şişlər Baş beyində olan xoş və bədxassəli şişlər üz sinirlərini sıxa bilər. Yanaşı olaraq görmə, eşitmə, çeynəmədə problemlər olur.
Şişlərin xarakterik cəhəti odur ki, bella iflici və insult kimi qəfildən ağır başlamır, tədricən, aylarla, illərlə şiş böyüdükcə təzahür edir. Bu xəstələr başqa həkimləri gəzir, müxtəlif yanlış diaqnozlardan müalicə alırlar – Allergiya Kontakt və qida allergiyası da üzün dərisinin keyiməsinə səbəb ola bilər.
Bu zaman dodaqlar və dil də sanki keyiyir. Allergen uzaqlaşdırıldıqdan sonra sutka ərzində bu simptom itir. – Bəzi dərmanların qəbulu Bəzi antihistamin, antidepressant və kimyaterapiya dərmanları üzdə keyimə yaradır. Təcili həkim İstənilən üz keyiməsi nevroloq müayinəsi üçün göstərişdir. Əgər zamanla keyimələr dərinləşirsə, keçmirsə, deməli patologiya çətindir.
Təcili yardım isə üz iflici və insult zamanı çağırılmalıdır.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Azərbaycanda antiböhranlı idarəetmə sisteminin təşəkkülü və inkişafi məsələləri

Antibohranlı idarətemə ozundə yaxınlasan bohranlı vəziyyətin qarsısının alınması, muflisləsmis muəssisənin iflası, sanasiyası və restrukturizasiyası səraitində maraqlı tərəflər sayılan borclunun, kreditorların, mulkiyyətcilərin, əmək kollektivinin və dovlətin qarsılıqlı munasibətləriniəks etdirir.Isguzar təskilatın oz borc ohdəliklərini vaxtlıvaxtında odəyə bilməməsinə onun muflisləsiməsi deyilir. Muflis olan isguzar təskilatın mutləq odəmə qabiliyyətinin olmamasının məhkəmə tərəfindən təsdiq edilməsi isə onun iflasa uğraması kimi basa dusulməlidir. Muflisləsmə obyektiv iqtisadi munasibətlərinin əsas atributudur. Onun vasitəsilə bazar iqtisadiyyatının subyektləri kimi cıxıs edən ayrı-ayrı investor və borclu arasındakı munasibətlər tənzimlənməklə novbəti iqtisadi yuksəlis ucun zəmin yaranır. Hər bir sahibkar yadda saxlamalıdır ki, muflisləsmə onu daima bir ≪kolgə≫ kimi izləyir. Buna gorə də muflisləsmə onları bir ≪aktyor≫ və ya ≪idmancı≫ kimi formada qalmalarını zəruri edir. Antibohranlı idarəetmə obyektiv və subyektiv xarakterli səbəblərdən yaranmıs bohranlı vəziyyətdən muəssisənin cıxması prosesini nəzərdə tutur. O, dovlət orqanları tərəfindən təmin olunan bir sıra məntiqi, səbəb-nəticə, təskilati və metodiki vasitələri birləsdirir. Buraya antibohranlı idarətemə istirakcıları, məqsəd və prinsiplər, muəssisənin vəziyyətinin diaqnostikası, iflasın qarsısının alınması, sanasiya, restrukturizasiya, təskilati qurulus, istifadə olunan prosedurlar, metodiki və huquqi təminat, kadrların hazırlanması və social mudafiə daxildir. Dovlətin antibohranlı idarəetmə siyasəti bir sıra istiqamətləri birləsdirir:

– mulkiyyət formasından asılı olmayaraq muflisləsmis muəssisənin sanasiyası mexanizminin təkmilləsdirilməsi; – muəssisələrin restrukturizasiyası və reinjinirinq sisteminin yaradılması;

– dovlət muəssisələrinin ozəlləsdirilməsi və muqavilə uzrə idarəetməyə verilməsi;

– isguzar aktivliyin yuksəlisinə imkan verən sahələrin askar edilməsi və inkisafı;

– resurs təminatının proqnozlasdırılmasının əsaslandırılması;

– antibohranlı idarəetmənin kadr təminatının təkmilləsdirilməsi;

– gorulən islərin qiymətləndirilməsinin kəmiyyət və keyfiyyət meyarlarının muəyyənləsdirilməsi.

Iqtisadi proseslərin antbohranlı idarə edilməsi, birinci novbədə bohranlı is rejiminin qarsısının alınması, ikinci novbədə isə bu cur is rejimində fəaliyyətin təskili uzrə tədbirlərin hazırlanmasını nəzərdə tutur.Fikrimizcə, antibohranlı idarəetmə baxımından dovlət əmlakının idarə edilməsi uzrə komitə asağıdakı vəzifələri yerinə yetirməlidir:

– muflisləsmis təsərrufat subyektlərinin maliyyə sağlamlasdırılması və restrukturizasiyası uzrə tədbirlərin hazırlanması və reallasdırılması;

– təsərrufat subyektlərinin iflası zamanı dovlətin maraqlarının mudafiəsinin həyata kecirilməsi;

– tədiyyə qabiliyyətini itirən muəssisələrin iflas prosedurasının təkmilləsdirilməsi uzrə tovsiyyələrin hazırlanması;

– ozəlləsdirilmis, ozəlləsdirməyə hazırlanan və dovlət mulkiyyətində qalan muəssisələrin maliyyə- iqtisadi vəziyyətinin monitorinqi və ohdəliklərin muəyyən olunmus qayda uzrə yerinə yetirilməsinə nəzarət.

Maliyyə vəziyyətinin diaqnostikası maliyyə vəziyyətinin təhlilini, bazar səraitinin inkisaf proqnozunu, bohranlı səraitin dərinləsməsinə imkan yaradan səbəblərin və əsas amillərin vaxtında uzrə cıxarılmasını və erkən əlamətlər əsasında yaxınlasan bohranlı vəziyyətin muəyyən olunmasını əhatə edir. Muəssisənin maliyyə vəziyyətini xarakterizə edən əsas meyarlar kimi tədiyyə qabiliyyəti, likvidlik və firmanın qiyməti sıxıs edir. Muasir səraitdə hər bir isguzar təskilat daima murəkkəb muhitlə qarsıdıqlı əlaqədə fəaliyyət gostərir. Xarici muhit hec vaxt sabit olmur. Bu da onun daima inkisafda olmasından, murəkkəbliyindən, qeyri-muəyyənliyindən və xarici muhit amillərinin bir-birilə qarsılıqlı təsirdə olmasından yaranır. Səraitdən asılı olaraq xarici muhitin birbasa və dolayı təsirin hər bir amili və ya onların kombinasiyası muəssisənin muflisləsməsinin əsasını qoya bilər. Muəssisənin fəaliyyətinə guclu təsir gostərən xarici amillərə istehlakcının tələbatlarının olcusu və strukturu əhalinin alıcılıq qabiliyyətisiyasi sabitlik və daxili siyasətin məqsədyonluluyu, məhsul istehsalı prosesinin və onun rəqabət qabiliyyətinin tərkibini muəyyən edən elm və texnikanın inkisafı, benəlxalq pəqabət, bu və ya digər əmtəələrin alınmasına musbət və ya mənfi təsir gostərən vərdislərin və ehtiyacların yaranmasına sərait yaradan əhalinin mədəni və təhsil səviyyəsi daxildir.

Muəssisənin muflisləsməsinin xarici səbəblərinin təsirini azaltmaq ucun isə onun gozlənilməyən dəyisikliklərə idarəetmə reaksiyası reaktiv deyil, aktiv və ya planlı səkildə olmalıdır.

Xarici səbəbələrin mənfi təsirini yumusaltmaq ucun isguzar təskilatda xususi keyfiyyətlər olmalıdır:

– olkədə və ondan kənarda makroiqtisadi vəziyyəti təhlil etmə bacarığı;

– potensial alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında uzə cıxartma bacarığı;

– muəyyən olunmus ehtiyac və tələbatların səmərəli odənilməsi ucun əmtəə və xidmət bazarlarında iqtisadi konyukturun təhlili bacarığı;

– istehsal amilləri bazarlarında iqtisadi konyukturun təhlili bacarığı;

– xammal, satıs və digər bazarlarda strateji təsir qrupları yaranması və həm ozlərinin, həm də rəqiblərin strateji təsir qruplarının fəaliyyətinin təhlili bacarığı;

– rəqabətli ideyaların loqistikada, istehsalda, satıs bazarlarında, satısdan sonrakı servis xidmətində reallasdırma bacarığı.

Isguzar təskilatların yaradılması və fəaliyyət gostərməsi, insan zəkasının məhsulu olduğuna gorə təskilatın daxili muhitinin formalasmasında menecment və rəhbərlik uslubun mustəsna rola malikdir, daxili muhitin təskili, istehsal prosesinin gedisatı sahibkarın bajarığının uğurudur. Muəssisənin bohranlı vəziyyətini gucləndirən daxili amillər sırasına asağıdakılar daxıldir:

– bazarda isin qeyri-qənaətbəxs təskil olunması, əmtəənin bazarda movcud olan digər əmtəələrlə uğurla rəqabət apara bilməməsi və əmtəə cesidinin vaxtlı

– vaxtında yeniləsdirə bilməməklə əlaqədar muəssisədə itkilərin yaranması;

– əmtəə istehsalı və satısı xərclərinin siddətli səkildə artması;

– ozundə heyətin pesəkar səviyyəsini, istehsalın texniki səviyyəsini, təskilatdakı psixoloji muhiti, davranıs normalarını və korporativciliyə xas olan adət və ənənələri birləsdirən mədəniyyət səviyyəsinin itirilməsi;

– təskilat heyətinin əmək motivlərinin asağı dusməsi.

Yeni yaranmıs muəssisələrin muflisləsməsi daha cox daxili amillərdən asılı olar. Bu da sahibkarlıq bacarığının zəif olmasını gostərir. Beynəlxalq təcrubə gostərir ki, kicik muəssisələrin muflisləsməsi səbəbinin 90-faizi menecerlərin təcrubəsizliyi və gozlənilməyən dəyisikliklərə onların idarəetmə reaksiyasının gecikməsi olur.Əgər bohran daxili səbəblərdən irəli gəlirsə, onda rəhbər kimi kənardan menecer dəvət etmək zəruridir. Əksinə, xarici səbəblərdən yaranırsa, onda muəssisədə isləyən qabiliyyətli meneceri ali rəhbər vəzifəsinə təyin etmək məqsədəuyğundur. Bu zaman rəhbərlikdə varisliyi saxlamaq ucun əvvəlki orta vəziyyətdə isləyən xətti və funksional rəhbərlərin muəyyən hissəsini saxlamaq lazımdır. Fikrimizcə, bohranlı vəziyyətini gucləndirən daxili amillərin təsirini asağı salmaq ucun isguzar təskilatın muəyyən keyfiyyətləri olmalıdır:

– istehsal prosesini gunun tələblərinə cavab verən texnika və texnologiya ilə silahlandırmaqla isguzar təskilatın daxili cevikliyinin təmin olunması bacarığı; – kadr potensialının ixtisas və pesəkarlığının artırılması bacarığı;

– fəaliyyət gostərən və perspektivli bazarlarda liderliyi ələ kecirməyə imkan verən əmtəə və xidmətlərin rəqabət qabiliyətliliyinin təmin olunması bacarığı; – potensial tələbə muvafiq olan əmtəə və xidmətlərin istehsalı və satısı həcminin artırılması bacarığı;

– investisiya imkanlarından istifadə etməklə daxili cevikliyin artırılması bacarığı.

Muəssisənin muflisləsməsinin erkən əlamətləri sırasına:

– balansın strukturunun birdən-birə dəyisməsi;

– hesablarda pul vəsaitlərinin tez bir zamanda dəyisməsi; – debitor borclarının artması;

– kreditor borcların artması; – debitor borclarının kohnəlməsi; – satıs həcminin asağı dusməsi;

– təskilatda munaqisələrin yaranması; – muəssisə rəhbərliyinin və auditorların tez-tez dəyisməsi;

– maddi ehtiyatların siddətli səkildə artması və ya azalması;

– muəssisənin səhmlərinin dəyərinin asağı dusməsi;

– muəssisə tərəfindən məhsula qeyri-real (yuksək və ya asağı) qiymətlərin muəyyənləsdirilməsi daxildir.

Muəssisənin muflisləsməsinin birinci mərhələsində muəssisənin qiyməti nəzərə carpacaq səkildə asağı dusur, ikinci mərhələdə nəğd vəsaitin catısmaması uzrə cətinliklər yaranır, ucuncu mərhələdə isə bohranlı vəziyyətdən cıxmaq ucun muəssisənin sanasiyasının biznes-planı hazırlanır. Sanasiya (sağlamlasdırma) elə tədbirlərdən ibarətdir ki, onun nəticəsində muflisləsmis borclu muəssisə butun ohdəlikləri yerinə yetirir. Bohranlı vəziyyəti olan hər bir muəssisə ucun ayrıca sanasiya plan secilməlidir. Sanasiya zamanı nəzərdə tutulan tədbirlər və qaydalar mudafiə və hucum strategiyasında cəmləsmisdir. Mudafiə strategiyası – xərclərin asağı salınmasını, ayrı-ayrı istehsal və funksional bolmələrin bağlanmasını, heyətin ixtisara salınmasını, istehsalın və satısın ixtisara salınmasını ozundə birləsdirir.Hucum strategiyası isə istehsal ehtiyatlarını uzə cıxarılmasını, aktiv marketinqi, yuksək qiymət siyasətini, istehsalın təkmilləsdirilməsinə cəkilən xərclərin artırılmasını, əsas kapitalın yeniləsməsini, qabaqcıl texnologiyaların tətbiqini, habelə borclu muəssisənin sağlamlasdırılmasına cevik menecment sisteminin tətbiqini nəzərdə tutur. Sağlamlasdırmaya dovlət koməyinin həcmi asağıdakı dusturla hesablanır:

K – muəssisənin sağlanmasdırılmasına lazım olan dovlət koməyinin həcmi;

X – sağlamlasdırmanın umumi xərcləri;

D – borclu muəssisənin sağlamlasdırmaya istifadə etdiyi daxili ehtiyacların həcmi;

O – muəssisənin sağlamlasdırılmasında maraqlı olan digər huquqi və fiziki səxslərin koməyi.

Restruktizasiya sanasiyadan fərqli olaraq muəssisənin təkcə maliyyə vəziyyətinin yaxsılasmasını deyil, həm də istehsalın strukturunun, texniki-texnoloji bazasının yeniləsməsini və marketinq fəaliyyətinin, satıs və təchizatının təskilinin təkmilləsdirilməsini nəzərdə catır. Muəssisənin restruktizasiyasına zərurət mənfəətliyin asağı dusduyu zamanı, ayrı-ayrı sobələr (əsasən, satıs və təchizat sobələri), istehsalat bolmələri, filial və ovlad sirkətləri qeyri- qənaətbəxs islədikdə, əlavə investisiya cəlb edə bilmədikdə, məhsul cesidinin yeniləsməsində və yeni məhsulun mənimsimləməsində cətinliklər yarandıqda bas verir. Restruktizasiya prosesinin 4-mərhələsi vardır:

1. Diaqnostika – bu mərhələdə muəssisənin fəaliyyətinin zəif və guclu tərəfləri uzə cıxarılır. Əsas məqsəd butun istehsal və funksional bolmələrinin restruktizasiyasının dolğun planını hazırlamaqdır.

2. Qısa muddətli yenidənqurma və rekonstruksiya tədbirlərinin (maliyyə menecmentində dəyisiklik, kadırların ixtisasının artırılması, məhsulun dizaynının yeniləsməsi, yeni satıs və xammal bazarlarının muəyyənləsdirilməsi və s.) yerinə yetirilməsi.

3. Restruktizasiya layihələrinin qiymətləndirilməsi və vəsaitlərin yığılması – layihə investorlar tərəfindən bəyənilməlidir.

4. Restruktizasiyanın həyata kecirilməsi. Bu mərhələdə istehsalın texniki və texnoloji təftisi, investisiya qoyulusu, rekonstruksiyanın butunaspektlərinin islənməsi, məhsulun keyfiyyətinə nəzarətin gucləndirilməsi və menecmentin təkmilləsdirilməsi yerinə yetirilir.

Muəssisənin restruktizasiya tədbirləri sırasına:

– muəssisənin inkisafının strateci planının dəqiqləsdirilməsi;

– ayrı-ayrı bolmələrin təsərrufat mustəqilliyinin genisləndirilməsi;

– restruktizasiyaya dovlət koməyinin olunması;

– dovriyyə vəsaitlərinin dovr muddətinin qısaldılması;

– aktiv marketinq tədqiqatının aparılması;

– məhsul satısının diler qovsağının yaradılması;

– debitor borclarının ixtisara salınması;

– normativdən artıq tamamlanmamıs istehsal ehtiyatlarının ixtisarı;

– əsas və koməkci materiallardan istifadənin səmərələsdirilməsi;

– enerji dasıyıcılarına qənaətin təskili;

– istehsal xərclərinin asağı salınması uzrə kompleks islərin gorulməsi;

– anbarlarda yığılmıs istehsal ehtiyatlarının həcminin asağı salınması;

– əsas koməkci və yardımcı təsərrufatlarda əmək məhsuldarlığının artırılması;

– tamamlanmamıs tikintinin ixtisarı və anbardakı masın və avadanlıq ehtiyatlarının satısı;

– heyətin idarə edilməsi sisteminin təkmilləsdirilməsi;

– idarəetmənin təskilati qurulusunun təkmilləsdirilməsi;

– istehsalat və funkstonal vahidlərin birləsdirilməsi və ya parcalanması islərinin gorulməsi;

– digər muəssisələrin qovusdurulması və ya udulması; – restruktizasiya planının reallasdırılması uzrə təskilat heyətinin motivasiya sisteminin islənilməsi daxildir.

Restruktizasiya nəticəsində muəssisə keyfiyyətcə yeni vəziyyətə catır: isin bazar texnologiyaları uzrə qurulması, maliyyə, kommersiya və texniki xidmətlərin modernləsdirilməsinə kecid, istehsalat bolmələrinin yenidən qurulması, inkisafa vəsaitin artması, istehsalın diversifikasiyası, məhsulun rəqabət qabiliyyətinin atrması, maliyyə sağlamlasdırılması və muəssisənin isguzar nufuzunda dəyisiklik bas verir, son nəticədə muəssisənin investisiya cazibədarlığı artır.

Bohranlı muəssisənin yenidən qurulmasında heyətin idarə edilməsi baxımından ardıcıl olaraq asağıdakı islərin gorulməsi zəruridir:

1) Idarəetmənin təskilati qurulusunda is yerlərinin deyil, idarəetmə səviyyələrinin ixtisar edilməsi;

2) Ixtisar zamanı təskilati qurulus elementlərinin qarsılıqlı asılılığının nəzərə alınması, yeni təskilati qurulusun stabilləsməsi və heyətə psixoloji yardım tədbirlərinin gorulməsi;

3) Heyətin ixtisara salınmasına aludə olmaq olmaz, calısmaq lazımdır ki, muəssisənin kadr strukturu sağlamlasdırma və restruktizasiya planına uyğun olsun;

4) Muəssisənin kadr strukturunun mutəmadi olaraq qiymətləndirilməsi;

5) Đdarəetmə fəaliyyətinə meyilli olan və lider keyfiyyətlərini numayis etdirən muəssisə əməkdaslarının uzə cıxarılması, himayə olunması və oyrədilməsinin məqsədəuyğun sayılması;

6) Bohranlı vəziyyətlərdə isləyə biləcək perspektivli rəhbər kadrlar əvvəlcədən uzə cıxarılması;

7) Fərdi deyil, komandada isləməyə ustunluk verilməsi;

8) Muəssisədə qeyri-mərkəzləsdirilmis struktur yaratmaqla bəzi idarəetmə səlahiyyətləri asağı səviyyələrə oturulməsi;

9) Muəssisənin kadr potensialının nuvəsinin saxlanılması;

10) Muəssisə vacib saydığı sahələrə kadarların isə qəbulunu davam etdirməli və onların ixtisaslarının artırılması uzrə islərin gorulməsi.

Bohranlı səraitdə isguzar təskilatın menecment davranısında xususi usullar qabardılmalıdır. Butun əməkdaslara asılanmalıdır ki, rəhbər səraitə nəzarət edir. Ali menecerlər soyuqqanlı olmalı, panikaya dusməməli, səbirli olmalı və səskuyə reaksiya verməməlidirlər. Belə olmasa tabecilikdə olanlar ozlərini itirə bilərlər. Xususi olaraq islərin gorulməsində tələsmək olmaz. Onda kollektiv fikirləsəcək ki, hər sey rəhbərin nəzarətindədir və islər muəyyən olunmus plan uzrə gedir.

QLOBALLASMA PROSESİNDƏ QAFQAZ VƏ MƏRKƏZİ ASİYA İQTİSADİ VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR II BEYNƏLXALQ KONQRES MATERİALLAR Baki 2007

Comments are closed, but trackbacks and pingbacks are open.