Press "Enter" to skip to content

İlk yardım: qan təzyiqi qalxarsa nə etmək lazımdır

Avropa Kardiologiya Birliyi xəbərdarlıq edir ki, bu cür təzyiq insult və infarkt inkişafı riskləri artır. Yeri gəlmişkən, orta yaşlı və yaşlı insanlarda təzyiqin daha tez-tez artmasına baxmayaraq, qan təzyiqi göstəriciləri üçün fərdi və ya yaşa görə standartlar yoxdur. Bu, damar sərtləşməsi və ya, məsələn, böyrək funksiyasının dəyişməsi ilə əlaqəli ola bilər.

İnsultdan sonra xəstəyə baxmağın əsas xüsusiyyətləri

Insult – beyin qan dövranının kəskin pozulmasi deməkdir. Daha çox hipertoniya xəstəliyi, baş beyin damarlarının aterosklerozu, ürəyin işemik xəstəliyi, beyin damarlarının anomaliyası, anevrizmalar, şəkərli diabet zamanı inkişaf edir.

Növünə görə hemorragik və işemik insult (beyin infarkti), subaraxnoidal qansızma olur.

Hemorragik insult

Təhrikçi amillər – emosional va fiziki gərginlikdən sonra inkişaf edə bilər

Beynə qan sizir.

Arterial təzyiqin ya damarların funksional vəziyyətinin dəyişməsi arteriyanın partlaması ilə nəticələnir.

  • Huşun qəflətən itməsi
  • Üz dərisinin hiperemiyası (qizarması)
  • Alın tərləməsi
  • Boyun damarlarının güclü pulsasiyası (vurması)
  • Şiddətli baş ağrıları
  • Qusma
  • Yüksək arterial təzyiq
  • Taxikardiya (urəkdöyünməsi)
  • Tənəffüs pozulması: küylü, pıqqıltılı, xırıltılı tənəffüs
  • Hərarətin 37-39 °C qədər artmasi
  • Ətrafların bir tərəfli iflici (misal üçun, agiz bucagının sallanması, başın və gözlərin iflic tərəfə çevrilməsi)
  • Nitqin pozulması
  • Bəzən, sidik ləngiməsi və ya qeyri- ixtiyari sidik ifrazı
  • Qıcolma (sağlam əl və ya ayağin qeyri-ixtiyari hərəkəti)

Subaraxnoidal qanaxma – baş beyin damarları anevrizmasın cırılması nəticəsində inkişaf edir

  • «arxadan zərbə» tipli kəskin baş ağrısı qusma
  • – epileptiform tutmalar
  • – hərəki oyanıqlıq
  • – huşun qaralması, tutulması

Işemik insult

Təhrikçi amillər – emosional gərginlik, yorgunluq, yoluxucu xəstəliklər

Aterosklerotik baş beyin damarlarının kəskin daralması ya tutulması (trombla, embol ilə). Adətən, ahıl yaşlarda inkişaf edir.

  • Xəstəlik tədricən inkişaf edir, xəstənin huşu itmir
  • Baş ağrıları, baş gicəllənməsi, kəskin zəiflik, dəri örtüklərinin avazimasi
  • Ayaq va əllərin keyiməsi
  • Bir neçə dəqiqə, saat, bəzən, gün ərzində halsızlıq artır
  • Ayaq və əllər getdikcə ağırlaşır, sonra birdən-birə zəifləyir və hərəkətini itirir
  • işemik proses gecə inkişaf edirsə, pasiyent səhər yerindən qalxa bilmir, əl və ayaqlarını tərpədə bilmir
  • Sağ ətrafların hərəkəti pozulursa, pasiyentin nitqi pozulur
  • Görmə və udma qabiliyyəti pozulur

Insult keçirmiş xəstəyə ev şəraitində qulluq

Bir çox hallarda, evdəkilərdən biri qəfildən yatağa düşdükdə xəstəyə baxan adam nə edəcəyini bilmir.

Insult hadisəsi nə qədər ağır keçsə də, düzgün müalicə və xəstənin reabilitasiya prosesində fəal iştiraki nəticəsində orqanizmin əksər funksiyaları bərpa olunur.

Pasiyent tam bərpa prosedurları kursu keçməlidir, о cümlədən, müalicə gimnastikası və masaj. Erkən fiziki reabilitasiya və düzgün gigiyenik qulluq pnevmoniya, dərin venaların trombozu, yataq yaraları, həmçinin kontraktura kimi insultun ağırlaşmalarının qarşısını alır.

Yataq yaralarının qarşısını almaq üçün yataq xəstəsi hər iki saatdan bir çevrilməlidir. Mütlək yatağa düşən insan üçün yataq yarası əlehinə döşək alınmalıdı. Pasiyentin iflic olmuş əl və ayağı düzgün uzandırılmalıdır. Yataq yaraların qarşısını almaqda böyük rolu düzgün seçilmiş xəstə bezləri (pamperslər) və dəriyə qulluq vasitələridi. Xəstə bezi (pampers) seçdikdə onun “nəfəs alan” materialdan hazırlanmasına, qırağa su keçirməməsinə, ətrafa sidiyin yaratdığı pis qoxunun yayılmamasına, dəriyə allerqik reaksiya verməməsinə önəm verilməlidi. Xəstə bezi (pampers) xəstənin ölçüsünə uyğun olaraq düzgün seçilməlidi 1,2,3 və ya 4 ola bilər Seni qutusunun üzərində bu haqda məlumat var. Bəzən insanlar elə fikirləşillər ki, bezin ölçüsünü böyük seçsələr o zamab bez daha çox maye hopduracaq – bu fikir yalnışdı. Əgər daha çox hopdurucu bez lazım olarsa Seninin gecə bezlərini işlətmək məsləhət görülür. Bezin daha çox hopduruculuğunu təminetmək üçün bezi aktivasiya etmək lazımdı

Xəstənin gigiyenasını təmin etmək üçün Senini müxtəlif dəriyə qulluq vasitələri də mövcuddu

Insultdan sonra hərəki fəalliğın bəгра olunması

Yataq rejimindən tədricən və həkimlə razılaşdırıldıqdan sonra yıxmaq lazımdır. Əvvəlcə xəstəni oturdur, sonra ayaq gimnastikası edir, sonra qaldırır və sonda – yeriməyi öyrədirlər.

Pasiyent sərbəst otura bilmirsə:

  1. əvvəlcə ona oturmaqda kömək edin
  2. sonra yataqda oturmağı öyrədin
  3. kənardan kömək olmadan xəstənin oturması ücün çarpayını əlavə qurğularla təchiz edin
  4. xəstəyə ayaqlarını çarpayıdan salmağı və çarpayının yanındakı stula əyləşməyi öyrədin
  5. tədricən xəstəyə öyrədin:

Ayaq üstə dayanmağı:

  1. Bədənin ağırlığını bir tərəfdən о biri tərəfinə keçirməyi
  2. Yerində addım atmağı
  3. Yeriməyi öyrətmək üçün tayaq alın (xodunki)

Xəstəni yeridərkən, onun hərəkətsiz tərəfində dayanın

Insult keçirmiş pasiyentin qida qəbulu

Xəstənin udma və çeynəmə qabiliyyətini dəyərləndirən həkim buna uyğun pəhriz təyin edir. Həmin funksıyaları pozulmuş xəstə yumşaq qidanı daha asan udur, nəinki duru qidanı

Ağzın iflıc olmuş tərəfındən tüpürcək ifraz olursa, xəstənin uzünü quru və dəri saxlayın. Agız ətrafı dəriyə qoruyucu krem çəkin.

Qidanı xəstəyə sağlam yan tərəfdən verin və ağzın iflic olmayan yarısına yerləşdirin. Xəstəni yedirdikdən sonra ağız boşluğunda qida qalıqlarının qalmadığını yoxlayın.

Xəstəyə nəzarət

Dəri ortüklərinə nəzarət edin, yataq yaralarına qarşı bütün profilaktik tədbirləri yerinə yetirin. Xəstələrdə çox vaxt sidik və nəcis qaçırması olur, onlara düzgün qulluq edin.

Normal yuxu ritmini bərpa etmək üçün:
gecələr xəstənin otağında havanın temperaturu azalmalıdır
qidanın kaloriliyi və istiliyi azalmalıdır (bol və isti yeməkdən sonra insan yuxuya gedir)
Bu hallarda həkim çağırın:

  • Bədənin hərarəti artir, boyründə güclü ağrı əmələ gəlir. Yataq xəstələrində pnevmoniya təhlükəsi böyükdür.
  • iflic olmuş tərəfdə ödem əmələ gəlir – bu, venaların trombozu əlaməti ola bilər.

Xəstəyə mənəvi yardım göstərin. Söyləyin ki, nə olursa olsun, yaxınları onu sevir.

Saytda baxım məhsullarını linkə daxil olmaqla və ya (055) 515-83-05 telefonu ilə sifariş edə bilərsiniz:

İlk yardım: qan təzyiqi qalxarsa nə etmək lazımdır?

Hipertoniya ən çox yayılmış xəstəliklərdən biridir. Hər bir insanda görünə bilər, ancaq yaşlı insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkirlər. Hipertonik kriz demək olar ki, istənilən vaxt baş verə bilər. Heç bir xəbərdarlıq əlaməti və ya simptomun olmaması onu qorxulu edir. Buna görə hipertoniya tez-tez “səssiz qatil” olaraq xatırlanır. Qan təzyiqinin kəskin artması halında ilk yardımın necə göstəriləcəyini yalnız hipertonik xəstələrin deyil, həm də onların qohumları və yaxınlarının da bilməsi vacibdir.

Umico tərəfindən Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birlikdə hazırlanan "İlk yardım lazım olarsa nə etməli" layihəsi çərçivəsində kritik vəziyyətlərdə necə kömək göstərəcəyimizdən danışırıq. Bu gün hipertoniyanı necə tanıya biləcəyimizi və hipertonik krizin qarşısını almağı izah edəcəyik. Yüksək qan təzyiqi göz ardı edilə bilməz: müalicə olunmazsa ömrü qısalda biləcək qədər təhlükəlidir.

Hipertonik kriz nədir?

Hipertonik kriz, qan təzyiqinin qəfil və əhəmiyyətli dərəcədə artmasıdır, ümumiyyətlə 40-60 mm c.s fərdi normadan yüksəkdir. Yəni kimsə 220/100 təzyiqdə, başqa bir insan isə 130/90 təzyiqdə hipertonik kriz keçirə bilər. Bir insanın daima aşağı qan təzyiqi varsa, bunun bir qədər artması da hipertonik krizə səbəb ola bilər. Hər halda, nevroloji, ürək və digər vegetativ xəstəliklər meydana gəlir. Vaxtında müdaxilə olmadan fəsadları ağır ola bilər və hətta ölümlə nəticələnməsi mümkündür.

Hipertonik krizin simptomları

  • Yüksək təzyiq
  • Baş ağrısı, adətən başın arxa-aşağı hissəsində
  • Gicgahlarda döyünmə
  • Gözlərin qarışqalanması
  • Sinə ağrısı
  • Ürək bulanması və qusma
  • Yatarkən artan nəfəs darlığı
  • Üzün və ya ümumi olaraq bədənin şişməsi
  • Soyuq tər və hətta ağrı tutması
  • Hipertonik kriz zamanı qaşınma və qıcıqlanma

Təzyiq stresli bir vəziyyətdə və ya ağır fiziki aktivlik zamanı arta bilər. İlk simptomlar bədənin öz yükünə tab gətirmədiyi zaman ortaya çıxır və damarlarda kritik dəyişikliklər baş verir. Çox vaxt hipertonik kriz yaşayan insanlarda arterial hipertoniya və ya ürəyin, böyrəklərin, böyrəküstü vəzilərin patologiyaları olur. Hipertonik kriz I və II növlərə aiddir, həm də mürəkkəbdir.

Göstərici 130/80 və daha yuxarı olduqda artan təzyiq nəzərə alınır.

Avropa Kardiologiya Birliyi xəbərdarlıq edir ki, bu cür təzyiq insult və infarkt inkişafı riskləri artır. Yeri gəlmişkən, orta yaşlı və yaşlı insanlarda təzyiqin daha tez-tez artmasına baxmayaraq, qan təzyiqi göstəriciləri üçün fərdi və ya yaşa görə standartlar yoxdur. Bu, damar sərtləşməsi və ya, məsələn, böyrək funksiyasının dəyişməsi ilə əlaqəli ola bilər.

I tip hipertonik kriz

Tez inkişaf edir, kəskin baş ağrısı, başgicəllənmə, ürək bulanması, gözlər qarşısında qarışqalanma ilə müşayiət olunur. Xəstələr bədəndə titrəmə və istilik hiss edirlər. Boyun, üz və bəzən sinə dərisində qırmızı ləkələr görünür. Artan ürək döyüntüsü və sinə daxilində ağırlıq hissi ola bilər. Taxikardiya qeyd olunur. Qan təzyiqi əsasən sistolik olan artır. (“yuxarı” təzyiq göstəricisi 200-ə yaxındır). Kriz çox sidiklə nəticələnə bilər.

II tip hipertonik kriz

Bu, kifayət qədər effektiv müalicəsi olmayan və ya həyat tərzini pozan hipertonik xəstələrdə olur. Belə bir krizin simptomları daha yavaş görünür: bir neçə saat ərzində baş ağrısı əmələ gəlir, ürək bulanması, qusma, uyuşuqluq müşahidə olunur, görmə və eşitmə pisləşir. Arterial təzyiq kəskin şəkildə artır, əsasən diastolik (“aşağı” təzyiqin göstəricisi təxminən 140-160).

Fəsad hipertonik kriz

Yüksək qan təzyiqi, kəskin koronar çatışmazlıq, kəskin sol mədəciyin çatışmazlığı fonunda fəsad hipertonik krizlə – ürək astması, ağciyər ödemi meydana gəlir. Həmçinin beyin qan dövranının kəskin bir pozğunluğu da inkişaf edə bilər – hipertonik ensefalopatiya, keçici qan dövranının pozğunluğu və ya insult.

İlk yardım: təcili nə etmək lazımdır?

Əlbəttə ki, hipertonik kriz vəziyyətində təcili yardım çağırmaq lazımdır. Həkimlər gələnə qədər mütləq:

  • Xəstəni rahat yarı oturaq vəziyyətə gətirin. Beyin damarlarındakı stressi azaltmaq üçün baş bədən səviyyəsindən yuxarıda olmalıdır.
  • Xəstənin tam istirahət vəziyyətində olmasını təmin edin. Heç bir şey onu qıcıqlandırmamalıdır. Sakit bir mühit yaradın və işıqları azaldın.
  • Xəstənin ayaqlarını isitmək lazımdır. Bunu etmək üçün ayaqlarına xüsusi istilik yastığı, və ya plastik şüşədə isti su tətbiq edə bilərsiniz, lakin 20 dəqiqədən çox tətbiq etməyin.
  • Əgər bu ilk hal deyilsə və xəstədə həkim tərəfindən təyin olunan dərmanlar varsa, təzyiqi dərmanlarla aşağı salmaq lazımdır. Dərman vasitəsi ilə bir saat ərzində nəticə yoxdursa, təlimatlar təkrar olunmalıdır.
  • Xəstəyə 40 damla Korvalol və ya Valokordin, valerian və ya dama otu cövhəri (pustirnik) damlaması verə bilərsiniz. Bu xəstəni sakitləşdirməyə kömək edəcəkdir.

Təzyiqi, saatda 10 mm c.s. çox olmamaqla azaltmaq lazımdır. Diqqət edin ki, təzyiqi birdən birə çox azaltmayasınız, çünki bu xəstənin huşunu itirməsinə səbəb ola və xəstənin vəziyyətini, xüsusən də yaşlı bir insandırsa, daha da çətinləşdirə bilər. Təzyiqin kəskin və əhəmiyyətli dərəcədə azalması qan axınının tükənməsi nəticəsində beyində və digər orqanlarda işemik dəyişikliklərin inkişafına səbəb ola bilər. İlk iki saatda təzyiq 20-25 mm c.s.-dan çox azaldılmamalıdır.

Hansı təzyiq normal sayılır

Yetkinlərdə normal qan təzyiqi, ümumi olaraq 120/80 qəbul edilir. Normaları bu formada qəbul etmək doğrudur, ancaq yaşa görə düzəlişlər var, buna görə hər kəsin öz norması olacaqdır.

2018-ci ildə Avropa Kardiologiya Cəmiyyəti hipertoniyanın müalicəsi üçün tövsiyələrini yeniləmişdir: indi normanın yuxarı həddi 130/ 80-dir. Əvvəllər, məsələn, müalicənin məqsədi qan təzyiqini 140/90 mm c.s-dan aşağı salmaq idi. İndi normanın yuxarı həddi 130/80 arasında hesab olunur. Təzyiqi bu rəqəmlərdən yuxarı olan xəstələrə həkim hipertoniya diaqnozu qoymalıdır.

Yüksək təzyiqin səbəbləri

Hipertoniya, müxtəlif səbəblərdən ortaya çıxan qan təzyiqinin tənzimlənməsi mexanizmlərinin fəaliyyətindəki pozğunluqlara görə inkişaf edir. Yaşlı insanlarda qan təzyiqi yaşla yüksəlir. Yeniyetmələrdə və gənclərdə bu xəstəliyə ətraf mühit amilləri, həyat tərzi və ya irsiyyət səbəb ola bilər. Bundan əlavə, hipertoniya böyrək, endokrin, neyrogen və ürək-damar xəstəliklərinin olması halında da inkişaf edir.

Risk amillərinə aşağıdakılar daxildir:

  • Yeməkdə artıq xolesterol və duz
  • Oturaq həyat tərzi və artıq bədən çəkisi
  • Siqaret və alkoqol.
  • Gərginlik, stress, əsəb pozğunluğu

Hipertoniyası olan insanlar nə etməlidir

Əvvəlcə həyat tərzinizi yenidən nəzərdən keçirin və mümkün qədər sağlam olmağa çalışın

  1. Qidalanmanızı sağlam diyetə (tərəvəzlər, meyvələr, bütün taxıllar) dəyişin və artıq çəki yaxud obez probleminiz varsa çəki itirməyə çalışın.
  2. Duzu az qəbul edin. Həkimlər gündə 5 qramdan çox duz qəbul etməməyi tövsiyə. Duz qəbulunu azaltmaq üçün ancaq hazır yeməklərə duz əlavə edin. Unutmayın ki, bütün sənaye hazır məhsullarda duz olur.
  3. İdman. Hipertonik təzyiq xəstələri üçün ən vacib şey gəzməkdir. Evdə uzanmaq əvəzinə dartınma edin və ya gəzintiyə çıxın. Gündə 10 min addım atmağı hədəfləməyin, sadəcə çox gəzmək vərdişinə qapılın.
  4. Stressdən çəkinin. Meditasiyanı mənimsəməyə çalışın.
  5. Alkoqoldan çox istifadə etməyin.
  6. Qan təzyiqinizi, həmçinin qan şəkərinizə və xolesterol səviyyənizə və sidiyinizdəki protein səviyyəsinə nəzarət edin.

LAYFHAK: Təzyiqi necə düzgün ölçmək olar

Manjeti qolunuza ürək səviyyəsində yerləşdirin. Qan təzyiqini yalnız oturarkən ölçmək lazımdır. Ölçmədən iki saat əvvəl göz damlaları və ya burun damlaları istifadə etməyin. Yemək, acı çay, qəhvə, spirtli içkilər, fiziki fəaliyyət, siqaret, soyuğa məruz qalmaq kimi fəaliyyətlərdən ən azı 30 dəqiqə sonra təzyiqi ölçün. Təzyiqi ölçməzdən əvvəl 5-10 dəqiqə sakit oturmaq və ya yatıb istirahət etmək lazımdır. Təzyiq ölçənin kisəsi qan təzyiqini ölçmədən əvvəl boşaldılmalıdır. Fərqli əllərdə təzyiqin fərqli olduğunu görsəniz, daha yüksək olan rəqəmə diqqət yetirin.

Sağlam bir həyat tərzi sizə kömək edə bilər ki, dərman qəbul etməyəsiniz. Ancaq bütün bu tədbirlər kömək etməyəndə, həkim dərmanlar təyin edirlər, təbii ki, sağlam vərdişlərlə birlikdə dərman daha yaxşı işləyəcəkdir.

Birdən arıqladıqdan sonra mədəmi necə işlətmək olar

Sarımsaqda olan təbii fermentlər xalların yaranmasına şərait yaradan pigmentlərin parçalanaraq həmin hissədə yaranan tünd rəngin solmasını və təbii rəng halını almasını təmin edir. Ət xalların da düşməsinə kömək edir.

1 diş sarımsağı əzib, gecə yatmazdan əvvəl xalın üzərinə çəkin.
Bantla üzərini örtün. 4-5 saat qalması kifayət edəcəkdir.
Bantı çıxardıqdan sonra bol su ilə təmizləyin.
3-4 gün müddətində tətbiq edin. Müsbət nəticələr əldə edəcəksiniz.
-Alma sirkəsi
Alma sirkəsinin turşu tərkibi bütün dünyada xal müalicəsində istifadə edilir.
Pambığı alma sirkəsi ilə isladıb, xalın üzərinə qoyun.
Yara bandı ilə üzərini bağlayıb, yatın.
Səhər yuxudan oyandığınız zaman su ilə təmizləyin.
10 gün müddətində tətbiq edə bilərsiniz..
-Kətan toxumu
Kətan toxumu yağı xüsusilə ət xalların müalicəsində istifadə edilir.
Üyüdülmüş kətan toxumu, bal və kətan toxumu yağını yaxşıca qarışdırın.
Bu qarışığı xalın üzərinə qoyun və 1-2 saat sonra təmizləyin.
Gün ərzində 2-3 dəfə və xaldan azad olana qədər tətbiq edin.
-Soğan suyu
Soğan suyunun turşu tərkibi xal müalicəsində çox istifadə olunur.
Soğanı əzərək suyunu çıxarın.
Həmin suyu pambıq vasitəsi ilə xalın üzərinə çəkin.
30-40 dəqiqə qurumasını gözləyin və su ilə təmizləyin.
Bunu gün ərzində 2-3 dəfə və 2 həftə müddətində tətbiq edin.
Aloe Vera hüceyrə yeniləmə və yaxşılaşdırma xüsusiyyətlərinə sahib bitkidir.
Aloe Vera yarpaqlarının arasından çıxan geli xallarınızın üzərinə çəkin.
2-3 saat gözlədikdən sonra soyuq su ilə təmizləyin.
Hər gün 2 dəfə olmaqla, 1 ay müddətində tətbiq edin.

Məqalə xoşuna gəldi? Elə isə “Bəyən” düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar

Üzünüzün formasını dəyişdirən qidalar

Gözəllik

Həyatınızı asanlaşdıran bir neçə praktik tövsiyələr

Gözəllik

Dərini ağartmaq üçün 4 fərqli karbonat və limon maskası resepti!

Gözəllik

Qara nöqtələrdən azad olmaq üçün qara maska

Gözəllik

Üzdəki ləkələr üçün maska

Gözəllik

Pomidor maskası

Gözəllik

Baxımlı olmağın sirləri

Gözəllik

Yay aylarında ayağa qulluq qaydaları

Gözəllik

Victoria Beckhamdan Jeniffer Lopezə məşhurların qəribə gözəllik sirləri

Gözəllik

Ətrinizin qalıcı olmasını istəyirsinizmi?

Gözəllik

Tez bir zamanda dırnaq uzatmaq üçün bir neçə tövsiyə

Gözəllik

Sellulitdən hansı qidalar vasitəsilə azad ola bilərik?

Gözəllik

Uzun və həcmli kirpiklərə sahib olmaq üçün nələr etməli?

Gözəllik

Göz altındakı qara kölgələrdən təbii yolla necə azad olmalı

Gözəllik

Qabartma tozu ilə edə biləcəyiniz 5 maraqlı şey

Gözəllik

Burun plastikasında qapalı (izsiz) üsul ilə açıq üsulun fərqi

Gözəllik

Saçlarını ilk dəfə boyayanlar üçün 5 tövsiyə

Gözəllik

Estetik burun əməliyyatı haqqında doğru zənn edilən səhv fikirlər

Gözəllik

Axtarış et

Alt Kateqoriyalar

  • Makiyaj
  • Dəriyə qulluq
  • Saçlara qulluq
  • Manikür və pedikür
  • Saç modelləri
  • Plastik əməliyyat

Ən çox oxunanlar

Yeni məqalələr

Ən yaxşı lazer aparatı seçimi Diod yoxsa Aleksandrit lazer apparatı
  • 30.03.2023
  • Dəriyə qulluq
  • 657
Ramazanda necə qidalanmalı
Bali adasında tətil

Bizim seçdiklərimiz

Ən yaxşı lazer aparatı seçimi Diod yoxsa Aleksandrit lazer apparatı
  • 30.03.2023
  • Dəriyə qulluq
  • 657
Ramazanda necə qidalanmalı
Bali adasında tətil

Leydi.az modadan bürclərə, psixologiyadan sağlamlığa qədər maraqlandığınız bütün mövzularda faydalı məqalə və məsləhətləri tapa biləcəyiniz qadın saytıdır.

    Gözəllik
  • Makiyaj
  • Dəriyə qulluq
  • Saçlara qulluq
  • Manikür və pedikür
  • Saç modelləri
  • Plastik əməliyyat
    Moda
  • Gündəlik geyim dəbi
  • Ziyafət dəbi
  • Yeni kolleksiyalar
  • Gəlinliklər
    Bürclər
  • Bürclərin ümumi xüsusiyyətləri
  • Bürclərin uyğunluğu
  • Fallar
    Sağlamlıq
  • Diyet
  • Düzgün qidalanma
  • Fitness
  • Qadın xəstəlikləri
    Münasibətlər
  • Evlilik
    Dekorasiya
  • Mətbəx interyeri
  • Salon interyeri
  • Uşaq otağı interyeri
  • Toy dekorasiyası
    Mətbəx
  • Salatlar
  • Duru yeməklər
  • Xəmir işi
  • Şirniyyatlar (tortlar)
  • İçkilər
  • Dünya mətbəxi
    Ana və uşaq
  • Hamiləlik
  • Doğuşdan sonra
  • Uşaqların tərbiyəsi/psixologiyası
  • Körpəyə qulluq
    Həyat tərzi
  • Psixologiya
  • Ən yaxşı.
  • Motivasiya
  • Maraqlı məlumatlar
  • Tətil
  • İş/Karyera
  • Filmlər/Seriallar
  • Özün hazırla
  • Faydalı məsləhətlər

© 2015 – 2023 Leydi.az. Bütün hüquqlar qorunur.

Sayt ElitSolutions şirkəti tərəfindən hazırlanıb.

Comments are closed, but trackbacks and pingbacks are open.