Press "Enter" to skip to content

Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı birgə layihələr həyata keçirəcəklər (FOTO)

O, fərqli din və məzhəblərin nümayəndələrinin Azərbaycanda hər zaman dostluq və qardaşlıq içində yaşadığını qeyd edib və müasir müsəlman ölkəsi olaraq Azərbaycanın müxtəlif yerlərdə baş verən islamofobik hərəkətlərdən narahat olduğunu və bu baxımdan İslamın düzgün şəkildə dünyaya tanıdılmasında ən böyük məsuliyyətin müsəlmanların üzərinə düşdüyünü vurğulayıb.

Ukraynadakı azərbaycanlılar ilə Azərbaycandakı ukraynalıların birgə Alyansı yaradılıb

Bakı. 29 avqust. REPORT.AZ/ Ukraynada yaşayan azərbaycanlılar ilə Azərbaycanda yaşayan ukraynalıların birgə Alyansı yaradılıb. Azərbaycan Ukrayna Konqresindən “Report”a verilən məlumata görə, bu məqsədlə Kiyevdə təşkilat sədri Yura Osadçenko ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev arasında memorandum imzalanıb. İmzalanma mərasimində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib. Birgə Alyansı yaradılması ilə bağlı imzalanan memorandumda ölkə başçısı Petro Poroşenkonun Azərbaycana səfərindən sonra ölkələr arasında əlaqələrin dinamik mərhələyə qədəm qoyması, səfər zamanı hər iki prezidentin əlaqələrin inkişafında iki ölkədəki icmaların fəaliyyətinin önəmli olmasını əsas gətirməsinə istinad olunub. Alyans iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın dərinləşməsinə töhfə verməyi əsas götürür, hər iki ölkənin ərazi bütövlüyünün pozulması hallarının dünya birliyinə çatdırılması missiyasına qoşulur. Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin və digər resurslarının Ukraynada təbliği, o cümlədən eyni sahələr üzrə Ukraynanın Azərbaycanda təbliği Alyansın əsas məqsədi sayılır.

Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı birgə layihələr həyata keçirəcəklər (FOTO)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və BMT-nin Sivilizasiyalar Alyansı arasında Fəaliyyət Planı üzərində razılıq əldə olunub.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və BMT-nin Sivilizasiyalar Alyansı arasında Fəaliyyət Planı üzərində razılıq əldə olunub. Fəaliyyət Planı uyğun prosedurlar tamamlandıqdan sonra imzalanacaq və qüvvəyə minəcək.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitə sədri Elşad İskəndərov fevralın 4-də İstanbulda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdülaziz Al-Nassirlə görüşüb. Görüş zamanı tərəflər iki qurum arasında əməkdaşlığı nəzərdə tutan 2013-cü ilin sentyabrın 27-də imzalanmış Anlaşma Memorandumuna əlavə olaraq Fəaliyyət Planı üzərində razılıq əldə edərək paraflayıblar.

Sözügedən fəaliyyət planı DQİDK ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoq, sülh təhsili və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

E.İskəndərov Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansı ilə əməkdaşlığa önəm verdiyini və bugünədək BMT-nin Sivilizasiyaların Alyansı çərçivəsində həyata keçirilən bir çox tədbirə ev sahibliyi etdiyini bildirib. Komitə sədri bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə 2007-ci ildə Bakıda təşkil edilən “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” Yüksək Səviyyəli Konfransı və bu təşəbbüsün 2011-ci ildə Bakıdakı Birinci Sivilizasiyalararası Forumu zamanı beynəlxalq gənclər hərəkatına çevrilməsini xüsusilə qeyd edib.

XXI əsrdə dünyadakı mövcud qlobal problemlər zəminində fərqli mədəniyyətlər və dinlər arasında dialoqun inkişaf etdirilməsinin və qarşılıqlı anlayış prinsiplərinə beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən hörmət göstərilməsinin vacibliyinə diqqət çəkən Elşad İskəndərov bu baxımdan dünyada sülhün əldə olunması üçün sahib olduğu tolerantlıq irsinə istinad edərək Azərbaycanın aktiv şəkildə fəaliyyət göstərməkdə qərarlı olduğunu bildirib.

O, fərqli din və məzhəblərin nümayəndələrinin Azərbaycanda hər zaman dostluq və qardaşlıq içində yaşadığını qeyd edib və müasir müsəlman ölkəsi olaraq Azərbaycanın müxtəlif yerlərdə baş verən islamofobik hərəkətlərdən narahat olduğunu və bu baxımdan İslamın düzgün şəkildə dünyaya tanıdılmasında ən böyük məsuliyyətin müsəlmanların üzərinə düşdüyünü vurğulayıb.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Al-Nassir Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduğunu və bu əməkdaşlığın Fəaliyyət Planında razılaşdırılan konkret layihələrlə daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini bildirib.

Azərbaycan ilə BMT-nin Sivilizasiyaların Alyansı arasında birgə aparılacaq layihələrdə sülh, gənclərin inkişafı, dialoq, tolerantlıq və din adamlarının intellektual əməkdaşlıq fəaliyyətlərinin təmin edilməsi ilə yanaşı, İslam və türk dünyası mədəniyyətinin tanıdılması da nəzərdə tutulur.

YAXIN ŞƏRQDƏKİ ALYANSLAR – Səudiyyə Rusiyanın tərəfinə keçir?

Yaxın şərq regionundakı fikir ayrılıqları, təsvir edilənin əksinə olaraq, o dərəcədə də güclü deyil. Məsələyə geosiyasi nöqteyi-nəzərdən baxsaq, onda deyə bilərik ki, Yaxın Şərq və Şimali Afrika müxtəlif düşərgələrə ayrılmış qüvvələrin bir-biriylə mübarizə apardığı region kimi ad çıxarıb.

Hal-hazırda əksər siyasi oyunçular müxtəlif ölkələrlə münasibətlərın qurulması ilə hansısa bir dövlətə hədsiz bağlılıqdan qurtulmaq arasında ehtiyat variant axtarmağa üstünlük verirlər. Səudiyyə Ərəbistanı kralının Moskvaya səfərinə də, məhz bu qəbildən yanaşmaq lazımdır.

Bunun iki başlca səbəbi var. Birincisi, region hədsiz parçalanmış vəziyyətdədir. “Şər oxu”ndan başlamış, “şiə hilalı” kimi ikiyə bölünmələr haqqında yazmayan qalmayıb: sünnülər və şiələr, ərəblər və qeyr-ərəblər, islamçılar və dünyəvi dünya görüşünə malik olanlar, Qərbpərəstlər və anti-Qərbçilər. Bəzi regional dövlətlər öz mənfəətləri naminə bu kartlardan daima istifadə ediblər.

Nə vaxt ki, söhbət konkret məsələlərdən gedir, onda regional liderlərin ümumi maraqlarının və ya düşmənlərinin də olduğunu unutmamaq lazımdır. Amma buna baxmayaraq, hökumətlər və siyasi qruplar müntəzəm şəkildə müvəqqəti əməkdaşlıqlara da üstünlük verirlər.

Belə ki, Türkiyə müxalifət qruplarını dəstəkləməkdən ötrü, ABŞ-la birgə işləyir və eyni zamanda da, amerikanların kürdlərə yardım etməsindən İran kimi dərin narahatlıq duyrur. İsrail özünün bəzi addımlarını İranla və “Müsəlman qardaşları” ilə qarşılıqlı gərgin münasibətlərdə olan ərəb ölkələri ilə razılaşdıraraq atır.

Səudiyyə Ərəbistanın KİV-ləri dinlərarası düşmənçilik bəlağətinə baş vuraraq, İranı istənilən qədər tənqid edə bilər. Lakin sünnü-sələfi ölkəsi sayılan Qətər ilə mübarizə aparan Ər-Riyad, bu il İraqın şiə liderləri ilə əlaqə qurmağa çalışıb. Bəlağət dərin dini ideoloji yönlərə və siyasi özünəməxsusluğa söykənə bilər, ancaq hər halda siyasət daha praqmatik addımların atılmasını tələb edir.

Bu günkü kontekstdə ikinci daha aktual səbəb isə, ABŞ-ın regiondakı gələcək rolunun qeyri-müəyyənliyi üzündən Səudiyyə Ərəbistanı kimi ölkələrin öz alyanslarının əhatə dairəsini genişləndirməyə səy göstərməsidir. Artıq çoxdandır ki, Fars körfəzində belə bir fikir dolaşır ki, Amerikan təhlükəsizlik güclərinin regiondakı iştirakı əvvəl-axır sona çatacaq. Hadisələrin bu cür inkişaf edəcəyi barəsində yayılan fikirlər bəlkə də, vaxtından əvvəl meydana gəlmiş və müəyyən mənada da şişirdilmiş ideyadır, ancaq bunun əsaslı zəmini də var.

Amma belə görünür ki, heç bir dövlət Birləşmiş Ştatları tamamilə əvəzləyə bilməz. İqtisadi cəhətdən mühüm dövlətlər olan Çin və Hindistan da regionda böyük rol oynaya bilər, lakin təhlükəsizlik sferasında onların ABŞ kimi üstünlük əldə etməsi müşkül məsələdir. Çox böyük ehtimalla, region dövlətləri yeganə xarici müttəfiqlə həyata keçirilən iri miqyaslı investisiya strategiyasını, konkret məsələlərin həllinə yönələn əməkdaşlıq münasibətləri ilə əvəzləyəcəklər.

Belə bir vəziyyət onların danışıqlardakı mövqelərini gücləndirir. Əgər hətta, ABŞ regiondakı öz hərbi kontingentini faktiki azaltmaq niyyətində deyilsə, onda müxtəlif məsələlər üzrə daha çox beynəlxalq tərəfdaşlarla iş görmək və ya onlardan öz rəqibləri ilə mübarizədə istifadə etmək, regional dövlətlər üçün məntiqli gediş sayılmalıdır. Bu, özünə dost ölkələrdəki insan haqlarının pozulmasını çox nadir hallarda tənqid edən Rusiya kimi tərəfdaşa da aiddir. Fars körfəzi ölkələri Rusiyanın bu cür davranışlarını ABŞ-a göstərməyi çox sevirlər.

Yeni əlaqələrin tapılması yolundakı bu cür taktiki gedişlər artıq çoxdandır ki, işə salınıb. Putin on il bundan əvvəl Səudiyyə Ərəbistanına səfər edən ilk Rusiya prezidenti olub. Putinin həmin səfərindən bir il öncə, o vaxtkı Səudiiyə kralı Abdulla kral qismində ilk xarici səfərini ABŞ və ya Böyük Britaniyaya deyil, Çin və Hindistana etmişdi. Bununla da o, daha çox inkişaf etməkdə ölan ölkələr arasındakı ticarət və enerji axınının dəyişən xüsusiyyətini göstərirdi.

Səudiyyəlilərin hazırkı gedişləri heç də, o demək deyil ki, Səudiyyə Ərəbistanı rəqib tərəfə keçir. Səudiyyə Ərəbistanı Rusiya ilə energetika və müştərək investisiya layihələri üzrə əməkdaşlıq etməyə hazırlaşır. Bundan başqa, onlar bir sıra silah tədarükü ilə bağlı müqavilələrin imzalanmasını da istisna etmirlər. Hər iki tərəf Suriya ilə bağlı məsələdə fikir ayrılığının yoluna qoyulmasına çalışırlar. Səudiyyə Ərəbistanı ümid edir ki, Rusiyanın Suriya rejimi ilə olan ittifaqı Əsədə İrandan (Səudiyyənin düşməni) tamamilə asılı olmağa imkan vermir. Lakin Səudiyyə Ərəbistanı İranla və ya Qətərlə qarşıdurmada Rusiya hökumətini onun tərəfini tutmağa inandırmağa çəhd göstərməyəcək.

Hər necə olsa da, münasibətlərdəki gərginliyin azalması hər iki tərəfə xeyir verə bilər. Onların hər ikisi müxtəlif səbəblər üzündən Vaşınqtona onun heç də yeganə nüfuzlu oyunçu olmadığını anlatmağa çalışırlar.

(“Chatham House” Beynəlxalq əlaqələr üzrə Kral İnstitutu – Böyük Britaniyanın analitik mərkəzi)

Comments are closed, but trackbacks and pingbacks are open.