Press "Enter" to skip to content

Bir var həbsxana küncündə 5-10 il gözləyirsən, bir də var. ” – Deputatlar bir-birini atəşə tutdu

“Mənə çox suallar verirlər ki, siz idealist adamsız, yoxsa realist? Cavabım isə bu olur: “Mən realist yolla addımlayan idealist adamam”. Dünyanın yaxşıya doğru dəyişəcəyinə inanıram. Amma bunun üçün də realist əməllər ortaya qoyulmalıdır.

Hicab taxmaq vacibmidir?

Allaha həmd olsun. Hicab taxmaq Allahın əmridir. Hər bir mömin qadına hicab taxmaq fərzdir, yəni vacibdir. Hicabı tərk edən qadın günahkardır, buna görə Allah qatında cavab verəcəkdir. Allah istərsə bağışlar, istərsə cəzalandırar. Fəqət ümumiyyətlə hicabın vacib olduğunu bir insan inkar edərsə, yəni “hicab vacib deyil, Allahın əmri deyil” deyərsə küfrə düşmüş olar.
Bu hökm üzrə ümmət icma etmişdir.
Hicab da namaz kimi Allahın əmridir. Namazı tərk etmək günah olduğu kimi, bir qadının naməhrəmlər yanında hicabsız gəzməsi də günahdır. Hicabı sidq ürəkdən istəmək məsələsinə gəlincə. Bəli biz bilirik ki, fərqli bir mühitdə böyüyüb tərbiyə almış, və eyni zamanda dinə yabançı bir mühitdə də həyatını davam etdirən bir qadın üçün İslamı üsula uyğun təsəttürə (örtünmə) birdən birə başlaması çox çətindir. Ancaq bunun yanında bir müsəlman qadın həmişə bu halında dini bir vəcibəni yerinə yetirmədiyinin şüurunda olmalı, hər gün, hər saat özünü bu ağır günahdan necə qurtarmanın yolunu axtarmalıdır. Yəni, necə baş örtüsünə, islami örtünməni öz həyatında tətbiq etməyin yollarını düşünməlidir. Bu həm daxili aləmini (yəni qəlbini) , həm də xarici şərtləri (ev, ailə, iş və s) bu mübarək əmələ əlverişli hala gətirmək yönündə olmalıdır. O (başı açıq müsəlman qadın) bilməlidir ki, naməhrəm yanında hicabsız keçirdiyi hər an, hər saniyə onun əleyhinədir və buna görə Allahın yanında cavab verəcəkdir. Bir də bir şeyi unutmayın Dinin hökmlərini heç zaman istəklərinizə, qəlbinizə görə dəyişməyin, istəklərinizi və qəlbinizi dinə görə dəyişin. Yəni dini istəklərinizə deyil, istəklərinizi dinə uyğunlaşdırın.
Həqiqətən də hicab mömin qadına bir şərəfidir. Bu şərəfdən nə üçün imtina edəsiniz ki. Allahın Kitabı mömin qadınların hicabını eyni zamanda onların azadlığının, hürr qadın olmasının bir rəmzi kimi təqdim etməkdədir.
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab 59)
Eyni zamanda bilin ki, hicab məsələsi bütün İslam tarixi boyu ən həssas məsələ olmuşdur. İslam düşmənlərinin tarixin bütün dövrlərində ən əhəmiyyət verdikləri hədəf müsəlman qadının baş örtüsü olmuşdur. Allah Rəsulunun zamanında belə İslam düşmənlərinin müsəlmanlara qarşı ilk aksiyaları içərisində mömin qadının başını açdırmaq şeytanlığı var idi. Sonrakı dövrlərdə də bu belə oldu, bu gündə belədir. Bu gündə İslam düşmənlərinin həzm edə bilməyəcəyi əsas məsələlərdən biri hicabdır. Hicab sadəcə bir baş örtüsü deyil, İslamın çöhrəsi, onun simvoludur. Ona qarşı çıxanlar, əslində İslama qarşı çıxmaqdadırlar.

“Bir var həbsxana küncündə 5-10 il gözləyirsən, bir də var. ” – Deputatlar bir-birini atəşə tutdu

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən Bu günlərdə millət vəkili Fazil Mustafanın müəllifi olduğu 5 kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə deputatlar, ayrı-ayrı media qurumunun rəhbərləri, yazıçılar və ictimai-siyasi xadimlər iştirak ediblər. Professor Qulu Məhərrəmlinin moderatorluğu ilə aparılan iclas kifayət qədər qaynar keçib. Bu tədbiri maraqlı edən orada səslənən qalmaqallı fikirlər və tənqidlər olub.

Məsələn, elə ilk çıxış edən millət vəkili Fəzail İbrahimli həmkarı F.Mustafanı təbrik etdikdən sonra onun Şah İsmayıl Xətai və Səfəvilərlə bağlı mövqeyini, yanaşmasını bölüşmədiyini söylədi: “Fazil Mustafanın bir çox fikirləri ilə razılaşıram. Amma onun Şah İsmayıl Xətai ilə bağlı düşüncəsi mənə pis təsir göstərir. Fazil müəllim Səfəvilərin əleyhinə danışanda, elə bil, ürəyimə bıçaq saplanır”.

Bundan sonra deputatın digər həmkarı Musa Quliyev də F.Mustafa ilə bağlı ilk tanışlığından söz açdı və o da xeyli mübahisə doğuracaq məqamlara toxundu:

“Fazil bəylə ilk tanışlığım 2000-ci ildə “Nurlan” Nəşriyyatında olub. Bir kitabım işıq üzü görmüşdü. Fazil bəy də ora gəldi. Kitabdan birini ona hədiyyə etmək istədim, amma sonra vermədim. Düşündüm ki, birdən düşəri-düşməzi olar. Çünki onda Fazil bəy əks səngərdə dayanıb, bizim səngəri davamlı olaraq atəşə tuturdu. Bu atəşlərin ardı-arası kəsilmirdi. Biz də səbr edirdik ki, bəlkə, bir gün barıtı qurtarar. Düzdü, Fazil bəyin barıtı qurtarmadı, Amma o artıq istiqamətini dəyişdi və maarifçilik yolu tutdu”.

Tədbirdə səsləndirilən tənqid və ya replikalarla bağlı F.Mustafa ilk olaraq F.İbrahimlinin iradına münasibət bildirib:

“Onun Səfəvilərlə bağlı platforması məlumdur. Kiminsə xoşuna gəlməsə belə, xalqımız və cəmiyyətimiz üçün zərərli bildiyim tendensiyayanı gündəmə gətirməyə davam edəcəm. Mən xalqın yanında deyiləm, xalqdan yanayam. Xalqın faydasına olanları xalqa rəğmən ortaya qoymaq lazımdır. Hər bir ziyalının funksiyası bu olmalıdır.

M.F.Axundov xalqın yanında olsaydı, ya zəncir götürüb başına vurmalı idi, ya da bütün cahil mollaxanalara baş çəkib oradakı mövcud durumla razılaşmalı idi. Mirzə Cəlil də xalqın yanında olsaydı tamam fərqli davranmalı idi. Amma onlar xalqın yanında yox, xalqdan yana oldular. Xalq onları söydü, onlara əsəbləşdi. Lakin onlar bu iztiraba dözmələrinə səbəb xalqın faydasına olanları xalqa rəğmən ortaya qoymaqları idi.

Səfəvilər də, Qacarlar da bu gün bizim xalqın yaşadığı dəyərlər ola bilməz. Xalqımızın dəyəri Məhəmməd Əmin Rəsulzadədir. Çünki o, Azərbaycan Cümhuriyyətinin dəyərləridir. Əvvəlki dəyələrimiz isə mollaxana dəyərləri idi. Biz bu dəyərlərdən qurtulmasaq, yeni dünyaya ayaq aça bilməyəcəyik. Ona görə də mollaxana dəyərlərini yaşatmağa çalışan zehniyyətə qarşı mübarizə aparmalıyıq”.

Ardınca M.Quliyevin replikasına diqqət çəkən F.Mustafa həmkarına cavab olaraq bunları qeyd etdi:

“Mənə çox suallar verirlər ki, siz idealist adamsız, yoxsa realist? Cavabım isə bu olur: “Mən realist yolla addımlayan idealist adamam”. Dünyanın yaxşıya doğru dəyişəcəyinə inanıram. Amma bunun üçün də realist əməllər ortaya qoyulmalıdır.

Ona görə də hər birimiz əməlimizdə realist olmalıyıq. Amma Azərbaycan kimi dövlətdə mütləq gələcəyimizlə bağlı idealları daha doğru təyin etməliyik ki, ölkəmizi bir yana çıxara bilək. Düşüncəmiz budur ki, ümumiyyətlə, hansı mövqedə olursan ol, orada xalqa xidmət etməyin yolunu düzgün tapmalısan.

Bu gün ola bilsin ki, aylarla küçələrdə bu başdan o başa düşüb “azadlıq” deyə bilərsən, yaxud da xalqın marağını təmsil etdiyini özün üçün xəyal edə bilərsən. Amma bunun heç bir effekti olmaz. Bir küncdə oturub gözəl əsər yazarsan və xalq həmin əsəri oxumaqla böyük maarifçilik hərəkatını başladar. Ya da böyük məclisdə oturub oradakı çıxışınla, sözlərinlə insanlara daha çox fayda verərsən. Ona görə də xalqa xidmətin düzgün yolunu tapmalıyıq.

Biz bütün yolları sınaqdan keçirdik. Yəni, ən radikal və barışmaz yolları da sınadıq. Bəlkə də bu yollar bir dövr üçün uğurlu sayıla bilər, amma Allah insana ağıl verirsə, onun diktəsi ilə millətə fayda verməyin plaformasını dəqiq müəyyən etmək lazımdır.

Harada daha çox xidmət edə bilərsən? Bir var həbsxana küncündə 5-10 il gözləyirsən və bununla da elə bilərsən ki, özünə fayda verirsən. Bir də var ki, cəmiyyətlə düşmən olmadan normal və açıq fəaliyyət göstərərsən. Bu gün mən nə iqtidara, nə də müxalifətə kin daşıyıram. Hər ikisinə baxışım bir azərbaycanlıya olan baxışımdır.

Kimin haqlı və kimin haqsız olması üzərində dayanmıram. Hər kəsin öz arqumentləri var. Lakin düşünürəm ki, cəmiyyətin əsas problemi siyasi, dini və elmi cahillikdir. Bunu həll etmədən demokratik cəmiyyət qurmaq olmaz və iqtidarı nəyəsə təşviq etmək, müxalifəti isə hansısa yanlış düşüncədən yayındırmaq mümkün deyil.

Ona görə ki, cəmiyyətimiz ədalətli yaxud da cəhalətdən qurtulmuş cəmiyyət deyil. Belə durumda hansısa ideal insan cəmiyyəti idarə etməyə gəlsə, cəmiyyət onu anlamayacaq. Elə etməliyik ki, Azərbaycanın sabitliyi ayrı-ayrı şəxslərdən yox, məhz Azərbaycan cəmiyyətindən asılı olsun. Cəmiyyətimiz elə savadlı olsun və elə dəyərlərin daşıyıcısına çevrilsin ki, ümumiyyətlə, ölkəmizin təlatüm yaşamasına imkan verilməsin. Bizim istiqamətimiz də əsasən bundan ibarətdir. Yazdığımız əsərlər etdiyimiz çıxışlar da buna yönəlikdir.

Biz hardan bilək ki, kiminsə xoşuna gəlirik?

Seymur Baycan

Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir neçə insan peyda olub, belə bir şərh yazır: “Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Allah sənə rəhmət eləsin, Sabir. Allah sənə rəhmət eləsin, Üzeyir bəy. Heç dəyişməmişik. Yüz il əvvəlki kimi qalmışıq. Yüz ildə heç nə dəyişməyib.” Elə həvəslə dəyişməmişik yazırlar ki, elə bil dəyişmədiklərinə sevinirlər. Əvvəla, çox şey dəyişib. Onların zəhməti hədər getməyib. Biz çox vaxt necə ola bilərdik, necə ola bilərdi haqqında yox, necə var haqqında düşünürük. Yuz il bundan əvvəl baş vermiş bir çox hadisələr təkrarlana bilər. Düzdü, Mirzə Cəlilin, Haqverdiyevin bir çox obrazlarına son vaxtlar daha tez-tez rast gəlirik. Amma ümumilikdə çox dəyişiklik var. Yüz il bundan əvvəl bir qadının səhər evdən çıxıb, işə getməsi möcüzə sayıla bilərdi. Bu gün minlərlə qadın işə gedib-gəlir. Yuz il bundan əvvəl bu qədər qız xeylaqının təhsil alması heç kimin ağlına gəlməzdi. Heç nə dəyişməyib deyənlər görünür, klassiklərin əsərlərini diqqətlə oxumayıblar və yaxud heç oxumayıblar. Əgər sən dəyişməmisənsə bu sənin problemindir. Mən dəyişmişəm.

Bir çox insanlar klassiklərin əsərlərini qiymət almaq üçün, oxumaq xatirinə oxuyublar. Oxuyub düşünməyiblər. Özlərini əziyyətə vermək istəməyiblər. Diqqətlə oxusaydılar görərdilər ki, orda problemlərin səbəbi bildirilib. İnkişafın da nədə və harda olduğu göstərilib. Bəlkə də, elə buna görə də biz çox vaxt rüşvətxor məmurun da, seçki saxtakarlığında iştirak edən müəllimin də, dərman firmaları ilə əlbir olub fırıldaqçılıq edən həkimin də, polisin də dilindən klassiklərin adını eşidirik. Bu adlarını sadaladıqlarım, hətta klassiklərdən sitatlar da gətiriblər. Bu oyunbazlığa mat qalırsan. Daha deyə bilmirsən ki, axı onlar elə sənin obrazını yaradıblar. Sabirin qəhramanları hər il Şamaxıda yığışıb Sabir günləri keçirirlər. Bu mənada Sabir bəlkə də dünyanın ən güclü şairlərindən biridi. Öz qəhramanlarını hər il öz başına yığır. Ötən il Sabir günlərində bir elm adamı demişdi ki, əgər Sabir sağ olsaydı ölkəmizdəki inkişafı görsəydi ürəyi fəxrlə dolardı.

Bu gün bizim fəxr etdiyimiz şəxslər (Cəfər Cabbarlı, Mirzə Cəlil, Sabir, Üzeyir bəy, Yusif Vəzir Çəmənzəminli. ) zamanında adət-ənənələri sərt tənqid etmiş və yeniliyə qucaq açmış şəxslərdir. Onlar bizi şərqin gül-bülbül, şam və pərvanə söhbətlərindən uzaqlaşdırıb, problemlərin səbəblərini göstərməyə başladılar. Şərqin qərb qarşısında ciddi bir axsaqlığı var. Şərq söz oyununa daha çox üstünlük verir, Qərb isə fikirə. Bizim maarifçilər də ortaya istiqamət qoyurdular. Onlar cəhaləti, uşaq əməyinin istismarını sərt tənqid edirdilər. Savadsızlığı bəla, elmi və təhsili xilas adlandırıblar. Bizi Avropa mədəniyyəti ilə tanış edirdilər. Bu mədəniyyəti yayırdılar. Çünki onlar inkişafın harda olduğunu bilirdilər. Düzdü, onlar çox çətinliklər çəkirdilər. Həyatları təhlükə altında idi. Onları daima hədələyirdilər. Onlar bir neçə cəbhədə vuruşmağa məcbur idilər. Xalq savadsız idi. Oxuya bilmirdilər. Maarifçilər həm xalqa savad verməli, Avropa mədəniyyətini təbliğ etməli, cəhalətə qarşı mübarizə aparmalı idilər. Fanatiklər xalqın avamlığından istifadə edərək təhsilin yayılmasına mane olurdular. Məsələn deyirdilər ki, rus məktəblərində uşaqlara donuz əti yedizdirirlər. Bununla insanların dünyəvi təhsil almasına əngəl törədirdilər. Hər dövrün öz cəhaləti, hər dövrün öz cahilləri var. Bir yazımda bunu qeyd etmişdim. Əgər Novruzəli məktubu poçt qutusuna ata bilsəydi Mirzə Cəlil də başqa mövzuda hekayə yazardı və nəticədə bizim ədəbiyyat dünya ədəbiyyatına daha da yaxınlaşardı. Əgər Novruzəli məktubu poçt qutusuna ata bilmirsə Mirzə Cəlil necə daha yeni mövzuda hekayə yazsın. Axı bu süni alınacaqdı. Bu ona bənzəyir ki, elə bil mən burda heyvanların hüquqlarının qorunmasının vacibliyi haqqında hər gün yazı yazıram. Halbuki bizim ölkədə hal-hazirda insanın bir toyuq qədər qiyməti yoxdur. Əvvəlcə Novruzəliyə məktubu poçt qutusuna atmaq öyrədilməlidir. Tarixdə yaxşı ad qoymaq hər adamın işi deyil. Bunun əziyyəti çox ağırdı. Bir nağılı xatırlayıram. Nağılın qəhrəmanı bir yerə getməlidi. Amma o yerə ayaqla getmək mümkün deyil. Bu zaman bir nəfər yaxşı adam nağılın qəhrəmanına deyir ki, filan yerdə bir div uzanıb. Onun ayağına kötük batıb. Yarası bərk incidir. Get o divin yanına. Orda bir çala qaz. Kəndiri bağla kötüyə. Çaladan kəndiri dart. Div qəzəblə ayağa qalxacaq, deyəcək ki, kimdi məni incidən, tutsam səni parça-parça edəcəm. Çalada gizlən, çıxma. Sonra divin ayağından irin-çirk axacaq. Canı dincələk. Yatacaq. Yuxudan oyananda deyəcək ki, kim idi mənim canımı xilas edən, çıxsın ona yaxşılıq edəcəm. O zaman çıxarsan.

Məncə bizim maarifçilərin xalqı sərt tənqid etməsini də divlə nağıl qəhrəmanının vəziyyətinə oxşatmaq olar. Kütlə inciyir, qəzəblənir. Çünki onlar köhnə adət-ənənələrlə yaşamağa öyrəşiblər. Zaman keçir və maarifçilərin haqlı olduğunu tarix sübut edir. Çünki bir çox insanlar gələcəyi görməyi bacarırlar. Onlar realist olurlar. Trotskinin təbirincə desəm reallığı dərk etmək qələbənin yarısı deməkdir. Bizim klassiklərimiz çox böyük zəhmət bahasına bizi Avropa mədəniyyəti ilə tanış etdilər. Bu tarixi missiya idi. Düzdü, biz bir çox inkişaf etmiş xalqlardan xeyli geridəyik, amma bununla belə qəbilə halında da yaşamırıq. Mövcud vəziyyətlə barışmayan xeyli insan mübarizə aparır. Zəif də olsa opera, teatr, kino var. Olmaya da bilərdi. Bu gün Azərbaycan mətbuatında Molla Nəsrəddin məktəbinin ənənələrinə sadiq nə qədər imza var. Oxunan imzaların demək olar ki, hamısı bu məktəbin prinsiplərinə sadiqdirlər. Onların hamısı Avropa mədəniyyətinə böyük önəm verən, cəhaləti tənqid, dünyəvi mədəniyyəti təbliğ edən adamlardır. Zarafat deyil, balaca bir xalqıq, illərdir İrandan, Türkiyədən, Ərəb ölkələrindən gələn hədsiz dərəcədə çox pulların qarşısında hələ də müqavimət göstərməkdəyik. Bu hücumun qarşısında dayanmağımızın ən başlıca səbəblərindən biri Molla Nəsrəddin məktəbinin olmasıdır. Bunun özü göstərir ki, çəkilən zəhmət heç də hədər getməyib. Biz onların göstərdiyi istiqamətdə yola davam etməliyik. Biz oxumalıyıq. Əsərlər tərcümə etməliyik. Texnikanı təyinatına uyğun istifadə etməliyik. Daha BMW-yə, Mersedes-ə at, eşşək səsi qoymamalıyıq. Biz xarici dil öyrənməliyik. Fanatizmi yaxına buraxmamalıyıq. Çünki Volterin təbirincə desəm fanatiklər daima fırıldaqçıların əlində oyuncaq olublar. Bu gün bizi ümidsizliyə sürükləyən problemlərin çoxu idarəetmənin pis olmasından qaynaqlanır. Biz bir avtobus sürücüsünə əsəbləşib, xalqı söyüb-biabır edirik. Halbuki, o sürücünü adminstrativ resurslar hesabına tərbiyə etmək bir ayın işidir. Sadəcə bunu ürəkdən istəyən rəhbər olmalıdır. Bununla belə, cığallıq edərək hər şeyi də sistemin üstünə atmaq olmaz. O mənada ki, sistemin pis olması bizi məsuliyyətdən azad etmir. Bu fərarilikdir. Hər bir şəxs fərdi nümunə göstərə bilər. Hər bir şəxs hər bir şəraitdə faydalı ola bilər. Biz dəyişməkdən, dəyişdirməkdən qorxmamalıyıq. Biz yeniliklərə açıq olmalıyıq.

Bir müdrik insan mənə demişdi ki, hər bir yazar öz klassiklərini mütləq dərindən bilməlidir. Düzdü, milli klassiklər haqqında kənarda çox danışmaq lazım deyil, gülməli vəziyyətə düşə bilərsən, amma özün mütləq dərindən öyrənməlisən. Bizim düşüncə tariximiz avropamərkəzçi şəxslə – Axundovla başlayır. İyirminci əsrin əvvəllərində meydana çıxan maarifçilər də bu yolu davam etdirdilər. Bəli, bu gün hər bir aktiv gənc, hər bir gənc yazar, hər bir gənc siyasətçi öz xalqının hardan gəldiyini, düşüncə tarixini öyrənmək, xalqını tanımaq istəyirsə mütləq klassiklərimizin – Axundovun, Mirzə Cəlilin, Haqverdiyevin, Çəmənzəminlin, Cəfər Cabbarlının əsərlərini diqqətlə oxumalıdır. Tam məsuliyyətlə deyirəm, onlar adlarını sadaladığım bu şəxslərin əsərlərini dərindən oxumasalar, məşğul olduqları sahədə ciddi uğur qazana bilməyəcəklər. Çünki xalqı tanıya bilməyəcəklər. Öz xalqını tanımayan siyasətçinin, yazarın uğur qazana bilməsi çətin məsələdir.///meydan.tv

Comments are closed, but trackbacks and pingbacks are open.