Press "Enter" to skip to content

Biznesin idarə edilməsi – menecment

Ona nə ehtiyac var ki, ordan gətirirsən bu elm ocağına? O, haranın alimidir? Neçə kitabı nəşr olunub, hansı kəşfin müəllifidir? Belə çıxmasın ki, mən nəsə gözügötürməzlik edirəm, onunla çox yaxın münasibətdəyəm, amma indi universitetdə elmin və gələcək kadrların taleyi həll olunur. Mənim ona çox köməyim dəyib. Onu bir dəfə gördüm, dedim, ay Yaşar, bu nə oyundur, magistraturanı niyə bu günə salmısınız, sabah bu xalqa, ölkənin prezidentinə nə cavab verəcəksiniz? Dedi, Alıcan müəllim, vallah mənlik deyil. Eşitdiz? Deməli, hamısını o edir – Ədalət Muradov.

– Siz tanınmış alim, bir ağsaqqal kimi Ədalət Muradova baş verənləri söyləyə bilməzsinizmi?

-Mən özüm ötən ilin mayında görüşəndə, ildə iki dəfə işlə bağlı görüşürəm, əvvəlcə köməkçisinə zəng edib dedim ki, Ədalət Muradova de, məzuniyyətə getməmişdən əvvəl görüşmək istəyirəm, olduqca vacib sözüm var. Köməkçisi səhəri gün zəng edib bildirdi ki, “Ədalət müəllim sizi gözləyir, gəlin”. Getdim. Dedim ki, Ədalət müəllim, əvvəlcə məni 10 dəqiqə dinləyin, sonra cavabını verərsiniz. Və müzakirə edərik. Dedi, baş üstə.

Biznesin idarə edilməsi alcan abbasov

İqtisad Univarsitetinin professoru Alıcan Abbasov: “Cənab Prezident, xahiş edirəm, universiteti Ədalət Muradov bəlasından xilas edin!”

20:13 10-03-2019 6983

Azərbaycanın Əməkdar müəllimi, Professor Alıcan Abbasov: “Ədalət Muradov, bizim kimi universitetə can qoymuş alimlər dura-dura, kənardan, özü də “Azərsu”da böyük bir idarənin rəisi olan, öz işini yerinə yetirməyə güclə vaxt tapan birini nə məqsədlə magistratura kafedrasına müdir qoyursan?”
“Universitetdə baş verən bütün biabırçılıqların başında rektor Ədalət Muradov durur. ”

Xəbər verildiyi kimi, “Təzadlar” qəzeti və eyni adlı saytda Azərbaycan Dövlət İqtisad Universitetində çalışan professor və müəllimlərin, tələbələrin müraciətləri əsasında aparılmış araşdırmalardan sonra yazılar dərc edilib. Və bu yazılardan əvvəl redaksiyadan universitetin rektoru Ədalət Muradova KİV qanunvericiliyinə uyğun olaraq rəsmi sorğu göndərilib, lakin cavab verilmədiyindən digər dövlət orqanlarına aidiyyəti üzrə sorğu verilib. İş məhkəməyə qədər gedib çıxıb. Və rektor Ədalət Muradov sorğulara cavab vermək əvəzinə özünün mirzəsi olan Etibar Əliyev adlı “təhsil eksperti”ni şantaj meydanına atıb, “Təzadlar”ı şantaj edən və böhtan atan yazılar dərc etdirib. Biz təmkinlə bu yazıları bir kənara atıb ədalətin (Ədalət Muradovun yox) ortaya çıxmasına səy göstərmişik. Bu dəfə isə yenə də Prezident imzaladığı bütün KİV qanunvericiliyi aktlarını ayaq altına atan rektor Ədalət Muradov Azərbaycan Mətbuat Şurasında və özünə yaxın bir-iki saytda “Təzadlar”ın əleyhinə qarayaxma addımlarına könül verdi. İş o yerə çatdı ki, MŞ Ədalət Muradovun sifarişi əsasında qəzetin rəsmi sorğu verib cavab almadığı məlumatlarının dərcindən sonra bu yazılara görə, cərimə sanksiyaları tətbiq etmək və qəzeti cəzalandırmaq kimi absurd addımlar atmağa başladı. Bu absurd addımların şərhinə vaxt itirmədən keçək mətləbə.

Beləliklə, Azərbaycan Mətbuat Şurası həmin yazılarda, guya “rüşvətsiz universitet” yaratmaqda olan rektorun barəsində qərəzli faktlar yayımlayıb və. Doğrudanmı belədir? Axı rektorun şikayətinin əsaslılığı araşdırılmadan, redaksiyadan əks sübutlar istənilmədən necə belə qərara gəlmək olar?

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Azərbaycanın Əməkdar müəllimi, iqtisad elmləri doktoru Alıcan Abbasov bütün bu və ya digər suallara Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə xitabən qəzetimizə verdiyi sensasiya dolu faktlarla zəngin müsahibəsində ətraflı cavab verilir:

RƏSMİ ARAYIŞ: iqtisad elmləri doktoru, Azərbaycanın Əməkdar müəllimi, professor Abbasov Alıcan Bayraməli oğlu:1940-ci ildə İsmayıllı rayonunun Ticran kəndində anadan olmuşdur. 1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmiş və 1962-1964-cü illərdə təyinatla Əli Bayramlı (hazırki Şirvan) şəhərində yerləşən “Şirvanneftçıxarma” tresti nəzdində müxtəlif qazma kontorlarında iqtisadçı və böyük iqtisadçı vəzifələrində işləmişdir. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1965-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Elmi-Tədqiqat İqtisad İnstitutunda sektor və şöbə müdiri vəzifələrində işləmişdir. 1984-1992-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun “İstehsalın iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1986-cı ildə Moskva şəhərində “Aqrar-sənaye kompleksi sistemində yeyinti sənayesinin inkişafının perspektiv planlaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində əvvəlcə “Sənayenin iqtisadiyyatı” kafedrasının professoru, 2001-2014-cü illərdə “Biznesin idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Milli iqtisadiyyatın aktual problemlərinə aid 180-a qədər elmi əsərin, o cümlədən 15 kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.

– Alıcan müəllim, “Təzadlar” qəzeti redaksiyasına Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup professor və müəllimi tərəfindən vaxtilə daxil olmuş şikayətlər əsasında dərc olunmuş yazılara qarşı tərəfin etirazları olmuşdur və Azərbaycan Mətbuat Şurası qəzetə cəza tətbiq etmək üçün müzakirələr aparmışdır. Siz necə qiymətləndirirsiniz, doğrudanmı qəzet yalnışlığa yol vermişdir?

-Müzakirəsiz deyirəm: yazdıqlarınızın hamısı həqiqətdir, siz hələ çox az yazmısınız.

– Başa düşdük. Həmin şikayətlərin birində bildirilirdi ki, magistrlərə elmi rəhbərlər kənardan gətirilir. Məsələyə aydınlıq gətirilməsi üçün rektor Ədalət Muradova rəsmi sorğu göndərdik. Verilən cavabda göstərilir ki, guya magistirlər universitetin professorlarından imtina edirlər və s. Bu nə dərəcədə düzgündür?

-Şikayətlər tamamilə düzdür. Ədalət Muradov biz professorlara bir nəfər də olsun magistr vermir. Mən özüm də qəzetdə oxudum ki, kənardan 42 elmi rəhbər gətizdirib. Elmi dərəcəsi olmayan və yaxud hansısa şirkətdə çalışanları universitetə doldurublar, amma bizim özümüzün tanınmış professor və savadlı dosentlərimizi yaxına buraxmırlar. Məsələn, bizim kafedrada bütün dərs vəsaitlərinin müəllifi mənəm. Azərbaycanda dövlət və özəl universitetlərin demək olar hamısının bizneslə bağlı dərs vəsaitləri mənimkidir. O sahə üzrə 33 fəlsəfə doktorlarını mən hazırlamışam. Ədalət Muradov 2014-də gələndən mənə bir nəfər də olsun nə magistr, nə də doktorant vermir. Günümüz ancaq kafedada keçir. Halbuki həmin kafedranı da mən yaratmışam. Tərifləmək olmasın, mənim kimi təcrübəli iqtisadçı alimlər gələcəyin iqtisadçı alimlərin hazırlamalıdır. Özü də bizim kafedrada, digər professorlar da eyni gündədir. Məqsədi də odur ki, kafedrada baş girləyib inciyərək, baş götürüb gedək. Amma biz də heç yana gedəsi deyilik, axı o universiteti bizlər yaratmışıq, Ədalət Muradov kimdir ki?! Yığıb başına Türkiyədəki məlum. universitetlərin məzunlarını, guya hansısa mütərəqqi islahatlar həyata keçirir.

-Alıcan müəllim, redaksiyamız sonradan universitetə rəsmi sorğu da göndərdi ki, görək vəziyyət yazıldığı kimidirmi. Rektorluq rəsmi cavabından belə çıxır ki, guya magistrlər yerli professorları bəyənmir.

-Elə şey olarmı, özünüz fikirləşin? Hansı magistr tanınmış professoru, dosenti burda qoyub kənardan tanımadığı hansısa bir şirkət işçisini özünə elmi rəhbər seçə bilər, özü də savadına, biliyinə bələd olmadığı adamı. Onlar “bir pəncərə” sistemi yaradıblar, bu da onların bir fırıldağıdır.


“Ədalət Muradova sual verin ki, qeyri-ixtisas sahəli şirkətdə hazırlanan dissertasiya işi hansı səviyyədə ola bilər və o magistrin nə savadı ola bilər?”

-Magistirlərin də şikayəti var ki, biz elmi rəhbərlərimizi tapıb elmi suallarımızı verib cavab ala bilmirik.

-Əlbəttə elə olacaq. O elmi rəhbərlər orda-burda şirkətlərdə işləyirlər. Onlar rektorun, magistratura kafedrasının rəhbəri Yaşar Kəlbiyevin dost-tanışlarıdır. Onların niyə bizim professorlara və dosentlərə magistr verməməyinin səbəbi odur ki, istədiklərini həyata keçirə bilsinlər. Yaşar Kəlbiyev “Azərsu”da idarə rəisidir. Magistrlərdən ibarət kafedra yaradıb veriblər ona, mərkəzləşdiriblər. Təsəvvür edin, bir kafedrada 40 fənn öyrədilir magistrlərə. Bu qədər fənn necə tədris oluna bilər? Texniki cəhətdən də mümkünsüzdür. Bu tədris saatlarını da burdan-bura özümüzə deyil, kənardan gətirilən dost-tanışa verirlər. Bu böyük ədalətsizlikdir, özbaşınalıqdır. Kənarda bir şirkət yaradıblar, magistr dissertasiyalarını göndərirlər həmin şirkətə, onlar da orda bir X qiymətə plan hazırlayırlar, gətirirlər, bunlar da həmin X qiymətini 2-yə vurub istədiklərini edirlər. Soruşursunuz ki, magistrləri niyə bizə vermirlər. Axı biz o yolu heç vaxt getmərik. Ən dəhşətlisi odur ki, yerinə yetirilən magistr dissertasiyalarının da səviyyəsi son dərəcə aşağıdır. Siz özünüz bir araşdırma aparın, bu dissertasiyaların bir hissəsini araşdırın, görün nələr üzə çıxacaq.

“Elə dissertasiya rəhbərləri var ki, onlar heç dissertasiya planını belə qura bilmirlər. ”

Hətta onların içində tələblərə cavab verən 1% magistr dissertasiyasını tapa bilməzsiniz. Ədalət Muradova sual verin ki, qeyri-ixtisas sahəli şirkətdə hazırlanan dissertasiya işi hansı səviyyədə ola bilər və o magistrin nə savadı ola bilər? Sonra da sənədləşdirirlər ki, bu dissertasiya işi planlaşdırmadan keçdi. Adi tərcümeyi- hal da yazsan ordan keçməlidir də. Birinci vacib olan odur ki, həmin dissertasiyaların səviyyəsi olsun, bu da yoxdursa, daha nə deyəsən?! Elə dissertasiya rəhbərləri ki, var, onlar heç dissertasiya planını belə qura bilmirlər.


“Onların bütün fırıldaqları bundan ibarətdir ki, bütün magistirlər və onların elmi rəhbərləri bir əldə cəmləşsin. ”

-Əlbəttə, istehsalatda qeyri-ixtisas sahəsində çalışan elmi rəhbərin də nəzəri biliyi o tələblərə cavab verə bilməz.

-Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda bu sahə üzrə bir nömrəli kadr yetişdirən mənəm və mənim hazırladığım 11 iqtisadçı alim və dosent bizim universitetdə işləyir ki, onları da bizim kafedrada mən yetişdirmişəm. Onların elə 8 nəfəri bizim kafedradadır. Həmin kadralarımızı da atıblar ora-bura.

“Yaşar Kəlbiyev müdafiə vaxtı bir tanınmış şəxslə mənim evimə gəldi ki. ”

Onların bütün fırıldaqları bundan ibarətdir ki, bütün magistirlər və onların elmi rəhbərləri bir əldə cəmləşsin. Adını da “vahid pəncərə” qoyublar. O kafedraya Yaşar Kəlbiyevi müdir qoyublar. Təkcə aylıq maaşı 5000 manatdır. Guya axşam saat 8-də gəlir, o da yarım saatlıq. Ondan kafedra müdiri olar? O vaxt, ancaq universitetə yatmağa gəlmək olar. Yaşar Kəlbiyev müdafiə vaxtı bir tanınmış şəxslə mənim evimə gəldi, yalvarıb xahiş etdi ki, mən onun müdafiəsinə dəstək verim. Təmənnasız kömək etdim. Amma o, bu yaxşılığı unutdu. Neçə dəfədir ki, magistrlərə elmi rəhbər olmağıma imkan vermir. O, Ədalət Muradova deyə bilərdi ki, gəl ədalətsizlik eləmə. Yaxşılığı unutmaq isə ən azı nankorluqdur. Ədalət Muradov, bizim kimi universitetə can qoymuş alimlər dura-dura, kənardan, özü də “Azərsu”da böyük bir idarənin rəisi olan və öz işini yerinə yetirməyə güclə vaxt tapan birini nə məqsədlə belə böyük bir kafedraya müdir qoyursan? Nədir o dünya şöhrətli alimdirmi, yoxsa bəşəri biliyə malik bir şəxsdir?


“Onu bir dəfə gördüm, dedim, ay Yaşar, bu nə oyundur, magistraturanı niyə bu günə salmısınız, sabah bu xalqa, ölkənin prezidentinə nə cavab verəcəksiniz? Dedi, Alıcan müəllim, vallah mənlik deyil. ”

Ona nə ehtiyac var ki, ordan gətirirsən bu elm ocağına? O, haranın alimidir? Neçə kitabı nəşr olunub, hansı kəşfin müəllifidir? Belə çıxmasın ki, mən nəsə gözügötürməzlik edirəm, onunla çox yaxın münasibətdəyəm, amma indi universitetdə elmin və gələcək kadrların taleyi həll olunur. Mənim ona çox köməyim dəyib. Onu bir dəfə gördüm, dedim, ay Yaşar, bu nə oyundur, magistraturanı niyə bu günə salmısınız, sabah bu xalqa, ölkənin prezidentinə nə cavab verəcəksiniz? Dedi, Alıcan müəllim, vallah mənlik deyil. Eşitdiz? Deməli, hamısını o edir – Ədalət Muradov.

– Siz tanınmış alim, bir ağsaqqal kimi Ədalət Muradova baş verənləri söyləyə bilməzsinizmi?

-Mən özüm ötən ilin mayında görüşəndə, ildə iki dəfə işlə bağlı görüşürəm, əvvəlcə köməkçisinə zəng edib dedim ki, Ədalət Muradova de, məzuniyyətə getməmişdən əvvəl görüşmək istəyirəm, olduqca vacib sözüm var. Köməkçisi səhəri gün zəng edib bildirdi ki, “Ədalət müəllim sizi gözləyir, gəlin”. Getdim. Dedim ki, Ədalət müəllim, əvvəlcə məni 10 dəqiqə dinləyin, sonra cavabını verərsiniz. Və müzakirə edərik. Dedi, baş üstə.

“Dedim, Ədalət müəllim, axı, sən bu professorları niyə incidirsən, onların nəyi xoşuna gəlmir? Türkiyədə o bağlanmış bəzi universitetləri bitirmişləri gətirib yığmısan bura. Ədalət özü axı saxta diplom alıb, professor deyil, savadsızın biridir. ”

Mən düz yarım saat onunla söhbət etdim. Yeri gəlmişkən, sizin qəzetdə yazılanların hamısını ona dedim, problemləri qaldırdım. Professorların bayaq qeyd etdiyim məsələsini, magistratura məsələsini, “differensial əmək haqqı” məsələsini. hamısını danışdım. Dedim, Ədalət müəllim, axı, sən bu professorları niyə incidirsən, onların nəyi xoşuna gəlmir? Türkiyədə o bağlanmış bəzi universitetləri bitirmişləri gətirib yığmısan bura. Heç nə demədi. Ədalət özü axı saxta diplom alıb, professor deyil, savadsızın biridir.

-Bizim qəzetdə şikayət əsasında bu barədə sənədlərə istinadən məlumat getmişdi.

-Bilirəm, amma siz yazmamışdan əvvəl də bu faktlar bizə məlum idi. Dedim, ay cənab rektor, axı sən bu professorlardan nə vermisən ala bilmirsən? Sənin ətrafındakı bu elmlər namizədlərini araşdır gör, özləri dissertasiya yazıblarmı? Ona bir-ikisinin adını da çəkdim. Biri prorektordur, biri də pul yığan Həmiddir. Dedim onlardan soruş, gör dissertasiyalarını necə yazıblar? Üzümə baxdı. Dedim, onların ikisinin də dissertasiyasını kim yazıb, mən yaxşı bilirəm. Onlar bizim Şurada müdafiə ediblər. Mən də onda Elmlər Akademiyasında doktorluq üzrə müdafiə Şurasının üzvü idim.

“Dedim, Ədalət müəllim, sən gəl, ətrafına savadlı elmlər doktorlarını, professorları yığ, o savadsızları uzaqlaşdır, bir gün onlar sənin axırına çıxacaqlar. ”

-Bu sərt ittihamları deyəndə Ədalət müəllim necə reaksiya verdi?
-Nə desə yaxşıdı?! Dedi ki, bəs onları niyə müdafiəyə buraxırdın? Dedim a kişi, sən nə danışırsan? Mən necə buraxmaya bilərdim?! O dissertasiyanı yazan gəlib oturub orda, mən də ciddi tənqid edib iradlarımı qeyd etdim. Orda Müdafiə Şurasının sədri var, buraxmayaydı. Bir nəfərin səsi ilə bəyəm müdafiə dayandırılır? Dedim, Ədalət müəllim, sən gəl, ətrafına savadlı elmlər doktorlarını, professorları yığ, o savadsızları uzaqlaşdır, bir gün onlar sənin axırına çıxacaqlar. Gəl birləşib universitetin nüfuzunu qaldıraq. Ətrafında olanların əksəriyyəti “juliklərdir”. Bax o prorektor vardı – Damət Bağırov, onu çaxartdı.

““Təzadlar” qəzetindən Ədalət Muradova sorğu verin ki, yaxşı, Damət Bağırov sənin əsas pulyığanın idi, niyə onu işdən çıxartdın?”

Ədalət rektor gələn kimi dedim, bu Daməti burdan uzaqlaşdır. Damət də, duzdür, gəldi xırda bir işin üstündə “ilişdi”. O da ona görə məcbur olub onu işdən qovdu. “Təzadlar” qəzetindən Ədalət Muradova sorğu verin ki, yaxşı, Damət Bağırov sənin əsas pulyığanın idi, niyə onu işdən çıxartdın? Soruşun da.

“Bu Ədalət Muradov özü zəhmət çəkib müdafiə etməyib. O, əziyyət çəkib diplom almayıb, əyri yollarla alıb. Ona görə də, belə adamlar əsl alimləri yaxına buraxmır. ”

Yuxarılar da bunu bilir. Burda nə var ki. Bu Ədalət özü zəhmət çəkib müdafiə etməyib. O, əziyyət çəkib diplom almayıb, əyri yollarla alıb. Ona görə də, belə adamlar əsl alimləri yaxına buraxmır. İnanın, bu belədir. Özü üçün “differensial əmək haqqı” yaradıb, guya. Öz adamlarıdır o 100 nəfər. 3 ildir mən dalbadal beynəlxalq konfransda iştirak edirəm, dərslik, monoqrafiya dərc etdirirəm.

“O rəqəmləri də Ədalət Muradov özü qurub-qoşur. Hamısı onun özünün əməlləridir. Yaxşı, yuxarılar bunu görmürmü, bilmirmi?”

Mənim kimi alim hər dəfəsində 2-ci yer tutur. Atır məni 105-ə, 110-a, gah da 115-ə. Deyirəm, a kişi, mən ikinci yerdəyəm, sən nə edirsən? O da hirslənib məni atır 100-dən o tərəfə. Onları da, o rəqəmləri də Ədalət özü qurub-qoşur. Hamısı onun özünün əməlləridir. Yaxşı, yuxarılar bunu görmürmü, bilmirmi? Özü də bu dəstəyə Türkiyədə oxuyanları gətirib yığıb. Onların da əksəriyyəti Fətullah Gülənin universitetində təhsil alanlardır. Onun biri Ədalətin ən yaxınıdır Fariz adında. Beynəlxalq magistratura və doktoranturanın rəhbəridir. 6-7 il bundan əvvəl, o gəldi universitetə, onda Şəmsəddin Hacıyev rektor idi. Dedi ki, Alıcan müəllim, bu bacarıqlı uşaqdır, onu götür kafedrana işə. Dedim yaxşı, gəlsin. Gəldi söhbət etdim. Gördüm ki, o iqtisadi nəzəriyyədən yazıb, biznesə aidiyyəti yoxdur. Həm də gördüm ki, elmi səviyyəsi elə də yüksək deyil. Dedim ay Şəmsəddin müəllim, bizdə iki iqtisadi nəzəriyyə kafedrası var. O sahədə də müdafiə edib. O kafedraların birinə yerləşdir, bizdə uyğun yer yoxdur. Yəni, mən onu işə götürmədim. Bizdə indi iki doktorantura var. Birində Həmiddir, bir dənə də beynalxal magistratura və doktorantura mərkəzi yaradıb, orada da bu Farizi qoyub. Baxın, universitetdə həm də 3 dənə iqtisadiyyat və idarəetmə kafedrası var. Ədalət Muradov belə paralellik yaradıb, istədiyini edir ki, hər şeyi öz əlinə keçirsin, öz adamlarını qoyub, yüksək maaş təyin etsin.

“Nə soğan? Lazım olsa mən özüm Ədalət Muradova soğan sataram. ”

-Alıcan müəllim, Yeni il qabağı o mükafat və soğan məsələsi nə idi? Sizə soğan verildimi?
-Yox, a qardaş, nə soğan (Gülür.). Heç mənim xəbərim olmayıb. Çox adam da deyəsən, acıq edib götürməyib. Sonra dedilər ki, soğan paylayıblar. Nə soğan? Lazım olsa mən özüm Ədalət Muradova soğan sataram. Hamı bilir ki, onun barəsində materiallar cənab Prezidentə kimi gedib. Heç kim problem istəməz. O, əsil alimləri incidir. İstədiyi adamlara da ayda min, iki min pul verir, mükafat verir.

-Bizə şikayət edilmişdi ki, kimlərsə Türkiyəyə gedir, hardansa sertifikat alıb gəlir və 100-yə düşüb yüksək əmək haqqı alırlar.

-Axı sertifikat sənəd deyil. Amma biz elmi konfrans keçirmişik və konfransın materialı da çap olunub, amma 100-yə düşə bilmirik. Sonra da deyirlər ki, bu nə narazılıqdır. Deyirik ki, bu kitabdır, sənəddir, sertifikatda nə var ki? O işi elə qurub ki, yalnız öz adamları bəhrələnsin. Mən 3 il dalbadal fəal oldum, İsveçrədə konfransımız oldu, monoqrafiyam çıxdı. Mən bütün meyarlara görə keçən il 1-ci yeri tutdum. Amma gəlib məni atdı 100-dən geriyə. Dedim ona, ki, bu nə oyundur oynayırsan? Bunları da onun bir müşaviri var, Elşənbala. O edir hamısını Ədalət Muradovun tapşırığı ilə. Onun yaxın adamlarındandır. Savadsızın biridir.

-Alıcan müəllim, sonda nə sözünüz qaldı, nə deyərdiniz?

-Cənab Prezident İlham Əliyevdən xahiş edirəm, rektor Ədalət Muradovun barəsində araşdırma aparılsın və bizi bu bəlalardan xilas etsinlər. Axı bu özbaşınalıq nə vaxta kimi davam edəcək?

Dinlədi: A.Məmmədli

P.S.Digər şikayətçi professorların açıqlamalarını az sonra təqdim edəcəyik.

Təzadlar.az

“Paralel.az”: Material təzadlar.az-dan olduğu kimi götürülüb, heç bir düzəliş edilmədən dərc olunub.

Biznesin idarə edilməsi – menecment

Biznesdə əsl uğur heç vaxt təsadüfən gəlmir. Yalnız effektiv idarəetmədən daim istifadə etməklə uzunmüddətli müvəffəqiyyətə nail olmaq olar.
İdarəetmə haqqında tam bir elm mövcuddur. Məlum olur ki, sən demə, ölkəni və avtomobili, raket qurğusunu və bağçada uşaq qrupunu idarəetmədə ümumi qanunlar, qaydalar, prinsiplər mövcuddur. İdarəetmə haqqında elm məhz onları öyrənir. Bəs biznesdə idarəetmə ilə həyatın başqa sahələrində idarəetmə arasında oxşarlıq nədədir?
Bizim istənilən hərəkətimiz müvafiq məqsədin mövcudluğunu nəzərdə tutur. Hətta əgər biz sadəcə divanda uzanırıqsa, bunu da müəyyən bir məqsədlə edirik: 1). istirahət etmək, 2) nəyisə fikirləşmək, 3) kimisə öz davranışınla təngə gətirmək.
Fərz edək ki, sizə sabah səhər başqa şəhərə uçmaq lazımdır. Təyyarəniz 9.00-də uçur, aeroporta qədər yol 1 saat çəkir. Beləliklə, sizin hədəfiniz təyyarəyə çatmaqdır. Bu məqsədinizin həyata keçirilməsinə başlamazdan əvvəl siz öz hərəkətlərinizi planlaşdırırsınız, yəni hər bir hərəkətinizin sırasını və icra müddətini xəyalən təsəvvür edirsiniz. Bu zaman görün sizdə nə alınır: saat doqquz reysinə çatmaq üçün uçuşdan 1,5 saat əvvəl aeroporta gəlmək lazımdır, yəni 7.30-da. Deməli, evdən 6.30-da çıxmaq lazımdır. 5.45-də isə yuxudan qalxmaq lazım gələcək, əşyaları bir gün əvvəldən yığmaq daha yaxşıdır.
Artıq sizdə iş planı olduqdan sonra onun icrasının təşkilinə başlayın. Ailə üzvlərindən kiməsə sizə əşyalarınızı qablaşdırmaqda kömək etməyi xahiş edin. Saatınızı yoxlayın və zəngli saatı 5.45-ə qoyun. Siz vaxtında oyanırsınız və hər şeyi plana uyğun edirsiniz. Onu yerinə yetirərkən, özünüzü nəzarətdə saxlayın: saata baxın və izləyin, görün “geri qalma” və ya “planın pozulması” yoxdur ki? Sizin səyləriniz müvəffəqiyyətlə nəticələnir – siz təyyarəyə yetişirsiniz.
İdarəetmə elementləri
Biznesdə idarəetmə üçün həmçinin hədəflər, planlaşdırma, təşkilat və nəzarət lazımdır. Həm də bu hələ idarəetmənin “künc daşları”nın hamısı deyil. Firmanı idarə etmək – insanlarla münasibətdə olmaq deməkdir. O insanlarla ki, müxtəlif zövqləri, vərdişləri, maraqları və öz şəxsi məqsədləri ola bilər. Onlarda firmanın uğur qazanmasına maraq oyatmaq lazımdır. Elə etmək lazımdır ki, onlar firmaya mümkün qədər çox xeyir gətirsinlər və bu, motivasiya adlanır.
Əgər firmada bir nəfərdən çox insan varsa, müvəffəqiyyət bir çox hallarda onların arasında formalaşacaq münasibətlərdən asılı olacaq. Bəs işçilərin sayı onlarla və yüzlərlə olduqda necə? Biznesi idarəetmədə həmişə ünsiyyət problemi mövcuddur. İnsana gələcəyə baxmaq, perspektivləri nəzərə alaraq öz fəaliyyətini planlaşdırmaq xasdır. İdarəetmədə bu, proqnozlaşdırma adlanır.
Menecment
Biznesdə idarəetmə menecment (ingilis sözü management – idarəetmə) adlanır. Biz elə bir az əvvəl onun tərkib hissələrini və ya fəaliyyət növlərini müəyyən etdik.
Bəs menecment nə deməkdir? Bu, qarşıya qoyulmuş hədəflərə çatmaq bacarığıdır. Belə tərif sizə çox sadə görünə bilər. Ancaq onda idarəetmə fəaliyyətinin bütün növləri və məzmunu “gizlənib”. Birincisi, bacarıq. Uğur qazanmaq üçün işi necə görməyi bilmək və öz biliyini praktikada tətbiq etməyi bacarmaq lazımdır. Menecmentin öz fəndləri və “oyun qaydaları” var və siz bütün bunları öyrənə bilərsiniz.
İkincisi, məqsədə çatmaq. Menecmentdə vacib olan yalnız var gücü ilə çalışmaq deyil, məhz məqsədə çatmaqdır. Hələ ki, siz arzuolunan nəticəyə nail olmamısınız, hesab edə bilməzsiniz ki, artıq idarəetməni öyrənmisiniz.
Və nəhayət, üçüncüsü, qarşıya qoyulmuş hədəflər. Hədəflər düzgün seçilərək qarşıya qoyulmalıdır, əks təqdirdə həm birinci, həm də ikinci mənasız olacaq.
Bəs firmada bütün bunları kim icra edir? Menecer!
Kiçik firmada bütün qərarları adətən firma sahibi özü qəbul edir. Firmasının işinə nəzarəti də o özü edir. Daha böyük firmalarda bu funksiyaları menecer yerinə yetirir. O, firmada tək ola bilər, məsələn, kiçik mağazada. Böyük şirkətlərdə menecmentlə məşğul olan insanların sayı çox olur: biri məhsulun istehsalı üçün cavab verir, başqası satışı təşkil edir, üçüncü malların reklamı ilə məşğul olur, dördüncü işçiləri işə götürür.
Menecer – firmada mərkəzi fiqurdur. Əlbəttə, biznesdə uğur qazanmaq üçün həm malın keyfiyyəti, həm kapital, həm işçilərin peşə səviyyəsi, həm də yaxşı reklam çox əhəmiyyətlidir. Ancaq əgər firmanın meneceri yaxşı deyilsə, firmanı nə pul xilas edəcək, nə də insanlar – firma hər ikisindən məhrum ola bilər.
Yaxşı menecer olmaq nə deməkdir? Hər şey çox sadədir: yaxşı menecer işin icra edilməsini təmin edir.

Tarix: 1 Feb 2021 | Baxılıb: 1892

Kurs xəbərləri

Uğurlu iş həyatı özündən asılıdır – 12 sirr

Biz hər birinin öz sosial şəbəkə hesabı olan “selfi nəsli”nin nümayəndəsiyik, lakin özünüdərk məsələsində bizi maraqlandıran əsas sual “görkəmim necədir?” deyil, “davranışım necədir?” olmalıdır

Bilməli olduğunuz marketinq terminləri!

Çoxlarımız marketinqi sevirik, çünki gündəlik həyatımızın bir hissəsidir. Bəlkə də fərqinə varmadığımız bəzi hadisələr də, seçimlər də marketinqin nəticəsidir. Əgər siz özünüzü marketinq sahəsində görmək və inkişaf etmə

Biznes təlimləri şəxsi keyfiyyətləri gücləndirir

Son zamanlar Azərbaycanda biznes təlimlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Bu qəbildən olan tədbirlərin intensivliyi və geniş coğrafiyası isə bu xidmətə böyük tələbin olmasına dəlalət edir. Bu təlimlərin iş adamları üçü

Biznes plan və sahibkar anlayışı

Biznes çox böyük bir fəaliyyət sahəsidir. Biznes anlayışı müxtəlif cür ifadə oluna bilər, müxtəlif təriflərə rast gələ bilərik. Biznes mənfəət əldə etmək məqsədilə digərlərini (müştəriləri) mal və xidmətlərlə təmin etmə

Özünü dəyişmək üçün 21 gün bəs edir

Özünü inkişaf etdirmə yeni, zənginləşdirən bilik və inkişaf əldə etməkdir. Bu müddətdə bir insan mövcud qabiliyyətlərini yaxşılığa doğru dəyişdirir. Hər bir fərd özünü inkişaf etdirmə ehtiyacı ilə xarakterizə olunur. Hə

Marketinq: istehsalçı qazanmalı, istehlakçı razı qalmalı

Marketinq nədir? Sadə bir mövqedən yanaşsaq, marketinq işləri və strategiyası istehsalçı şirkətlərə gəlir verməklə bərabər, istehlakçıları razı salacaq məhsul istehsalı ilə nəticələnən prosesdir. Marketinq “kəskin rəqabət

Şəxsi inkişafın faydaları – Seçilən deyil, seçənlərdən olun!

6-7 il əvvəl bu haqda düşünmək belə ağlıma gəlməzdi. Ətrafımda bunu düşünə biləcək insanlar da yox idi. Çevrəm tamamilə şəxsi inkişafdan uzaq, bu günlə və gələcəyin narahatlıqları ilə yaşayan insanlar toplusundan ibarət idi

Qrafik dizayn proqramları: “Corel Draw”, “Adobe İllustrator”.

XXI əsrdə texnologiya çox sürətlə inkişaf edir və həyatımızın bütün sahələrinə təsir edir. Kompüter və onun içində yer alan proqramlar biz istifadəçilərə çox böyük avantaj verir. Bu alternativlərdən biri də qrafik dizay

Uğura aparan onlayn-kurslar

Dünyanın bir sıra nüfuzlu universitetlərində müxtəlif ixtisaslaşmalar üzrə minlərlə kurslardan əlavə təhsilin uğurlu olması üçün zəruri bacarıqların inkişafına həsr olunmuş onlayn-proqramlar mövcuddur. Çox sayda fikirlə

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Biznesin idarə edilməsi alcan abbasov

Azərbaycanlı mütəxəssis Tural Abbasov ABŞ-ın Kolumbiya Universitetinin (Columbia University) Özəl Məktəblərdə Liderlik (Private School Leadership) magistr proqramına qəbul olub.

“Qafqazinfo” xəbər verir ki, proqram məhz özəl və beynəlxalq məktəblər üçün idarəçilər yetişdirir. Dünyanın ən qədim müəllim inkişaf mərkəzi özəl məktəblərin idarə olunması üzrə dünyada nadir təhsil imkanı yaradır.

Məlumat üçün bildirək ki, biznesin idarə edilməsi üzrə mütəxəssis olan Tural Abbasov həmin proqrama qəbul olan ilk həmyerlimizdir.

Azərbaycanda beynəlxalq layihələrin idarə edilməsi sahəsində 17 ilə yaxın təcrübəyə malik olan Tural Abbasov ölkənin bir çox təhsil təşkilatlarında çalışıb. O, beynəlxalq layihələr və özəl sektorda xarici mütəxəssislər ilə birgə fəaliyyət göstərib. Beynəlxalq məktəblərdə idarəetmə və modelləşdirmə, korporativ fandreyzinq, icma inkişafı üzrə təcrübəyə malikdir. Liderlik və kouçinq, beynəlxalq məktəblərdə maliyyə idarəçiliyi (London, PTC), storitellinq, biznes psixologiyası (Pearn Kandola, London) üzrə beynəlxalq sertifikatlar əldə edib. Bununla yanaşı, Beynəlxalq Əmək Təşkilatının (ILO) “Öz biznesinə başla və inkişaf etdir” proqramı üzrə potensial master təlimçisidir. Beynəlxalq məktəblərdə biznesin inkişafı və idarəolunması ilə məşğuldur.

Son xəbərlər

  • 14:01 | “Bu, həyatımın konserti oldu” – Video
  • 14:00 | AccessBank Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından təşəkkürnamə aldı
  • 13:55 | “Azərlotereya”nın baş sponsorluğu ilə beynəlxalq konfrans keçirildi – Fotolar
  • 13:51 | Paşinyan Putinə zəng etdi
  • 13:47 | Nazirdən dövlət imtahanının ləğvi ilə bağlı xəbərə – Reaksiya
  • 13:46 | “Oskar”da çəkilən bu video viral oldu
  • 13:39 | Astarada qadın keçmiş əri tərəfindən öldürüldü
  • 13:36 | “Pandemiyadakı distant təhsilin nəticələrini mayda görəcəyik”
  • 13:30 | Şahzadənin dəbdəbəli toyundan – Fotolar
  • 13:21 | Sabahın havası açıqlandı
  • 13:17 | “Həkim diplomu alıb harada oxuduğu bəlli olmayanlar var” – Nazir
  • 13:10 | “Qarabağ” “Qalatasaray”la Bakıda yoldaşlıq görüşü keçirəcək
  • 13:05 | Güclü külək olacaq – FHN əhaliyə müraciət etdi
  • 13:03 | Bakıda qalib olmuşdu, yenidən “Avroviziya”ya gedir – Video
  • 12:44 | Dörd ölkənin nümayəndəsi Moskvada görüşəcək
  • 12:40 | Ukrayna silah idxalına görə üçüncü oldu
  • 12:26 | Gəncədə ər arvadını qətlə yetirdi – Yenilənib
  • 12:24 | Vəzifəli şəxsin meyiti binanın girişində tapılıbmış
  • 12:23 | Millimiz Türkiyə yığması ilə qarşılaşacaq
  • 12:12 | 39 yaşlı müəllim əməliyyatdan sonra niyə öldü?
  • 12:06 | “Bu görüşdən gözləntilər böyükdür” – Almaniya portalı
  • 12:06 | “Həmin kadrlar onlara külli miqdarda gəlir gətirir”
  • 12:01 | Kapital Bank sahibkarlara sərfəli tarif paketləri təqdim edir
  • 11:55 | Si Cinpin Moskvaya səfər edə bilər
  • 11:50 | “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
  • 11:46 | Arda Turan zəlzələdən əziyyət çəkən uşaqlarla futbol oynadı – Video
  • 11:37 | “Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazandı
  • 11:36 | “Dünya gündəliyinin aktual məsələləri Azərbaycanda müzakirə edilir”
  • 11:36 | “Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil”
  • 11:34 | Nobel mükafatı laureatı dünyasını dəyişdi
  • 11:30 | TƏBİB-ə yeni səlahiyyət verildi
  • 11:26 | 28 yaşlı fəhlə işlədiyi zavodda öldü
  • 11:20 | Qarabağ erməniləri ilə görüş Bakıda keçirilə bilər
  • 11:18 | “Hüquqa 75 nəfər qəbul olur, amma 100 nəfər bitirir”
  • 11:17 | Hacı Nuran Afaq Gəncəli üçün dua etməyi xahiş etdi
  • 11:16 | “Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi
  • 11:15 | Agentliyin bu səlahiyyəti nazirliyə verildi
  • 11:14 | İlham Əliyev Roma Papasını təbrik etdi
  • 11:11 | “Reytinqlərdə geri qalırıq” – BDU-nun rektoru
  • 11:08 | Lukaşenko İran Prezidenti ilə görüşdü – Foto
  • 11:05 | Suyun qiyməti artırılacaq? – Rəsmi açıqlama
  • 11:03 | 2200 metr yüksəklikdə qarölçmə aparılıb – Fotolar
  • 11:03 | Emre Belözoğlundan ailəsini təhqir edən azarkeşlərə cavab – Video
  • 10:58 | Bu şəxslər universitetə müsabiqədənkənar qəbul oluna bilər – Yenilənib
  • 10:56 | “Buna görə Milli Məclisə gəlməyə məcbur oluruq”
  • 10:50 | “Qəbul qaydalarında dəyişikliyə ehtiyac var” – Nazir
  • 10:50 | Roluna görə 136 kq-lıq kostyum geyindi – İlk “Oskar”ını aldı
  • 10:49 | FHN şərti yanğın təlimi keçirdi – Video
  • 10:46 | “Ali təhsil müəssisələrində xeyli müstəqil addımlar atılır”
  • 10:43 | Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Comments are closed, but trackbacks and pingbacks are open.