Press "Enter" to skip to content

Biznesin informasiya fəaliyyəti

4. kommersiya hüquqi şəxslərinə münasibətdə qrantların qeydiyyatı

Biznesin informasiya fəaliyyəti

İstehsal və istehlak prosesi cəmiyyətin varlığını qorumasına xidmət edən davamlı, təkrarlanan döngüdür. Biznes fəaliyyəti isə ticarət-istehsal-ticarət sxemi üzrə əmtəənin son istehlakçıya çatdırılması ilə əlaqədar həyata keçirilən fəaliyyətdir. Deməli, biznes fəaliyyəti yalnız hazır məhsulların ticarəti ilə məhdudlaşan kommersiya fəliyya fəaliyyəti deyil, həm də istehsal sferasında həyata keçirilən fəaliyyət növüdür. Biznes prosesi kimi: maliyyə və uçot, kadr və maddi-texniki təminat, istehsal, marketinq, elmi-tədqiqat və layihə işləri ilə əlaqədar iş proseslərini sadalamaq olar. Biznesin idarə edilməsi ixtisasının məqsədi isə tələbələrə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsinin əsas prinsip və metodları barədə nəzəri və praktiki biliklərin verilməsidir. İqtisadiyyatla maraqlananlar üçün uyğun sahədir. Bu ixtisas iş proseslərinin inkişafı və optimallaşdırılması üçün məsul şəxslər yetişdirir.

İxtisasın tarixi

Dünyada ilk “Biznes Məktəbi” 1819 –cu ildə Fransada yaradılan ESCP hesab edilir, yalnız bu sahə üzrə ixtisaslaşmış ilk biznes məktəbi isə 1919-cu ildə yaradılan Babson Kollecidir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

İxtisas sahiblərinin iş öhdəlikləri biznesin idarə edilməsi və inkişafı üzrə menecer və ya biznes fəaliyyətinin əsasını təşkil edən müxtəlif sahələrdə (marketinq, menecment, maliyyə, təchizat) ixtisaslaşmadan asılı olaraq müxtəliflik təşkil edir. Biznesin idarə edilməsi ixtsası üzrə idarəçi , menecer kimi iş öhdəlikləri isə əsasən aşağıdakılardan ibarətdir:

  • ➝ Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmin edilməsi;
  • ➝ İşçilərin effektiv işləməsinin təşkili və nəzarət;
  • ➝ Reklam və marketinq, maliyyə işlərinə nəzarət;
  • ➝ Hesabatların hazırlanması;
  • ➝ Normativ sənədlərin işlənməsi;
  • ➝ Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
  • ➝ Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
  • ➝ İş proseslərinin optimallaşdırılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı tövsiyələr vermək;
  • ➝ İş proseslərinin təhlili və modelləşdirilməsi;
  • ➝ Nəticələrinin təqdimatını etmək;
  • ➝ Şirkətlə işləyən mövcud təchizatçılarla əlaqənin saxlanılması;
  • ➝ Tələbləri toplamaq, rəsmiləşdirmək və müştəri ilə əlaqələndirmək;

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Diplomatik Akademiyası;
  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti;
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti;
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti;
  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;
  • ➝ Azərbaycan Texnologiya Universiteti;
  • ➝ Azərbaycan Texniki Universiteti;
  • ➝ Bakı Ali Neft Məktəbi;
  • ➝ Bakı Dövlət Universiteti;
  • ➝ Bakı Mühəndislik Universiteti;
  • ➝ Gəncə Dövlət Universiteti;
  • ➝ Lənkəran Dövlət Universiteti;
  • ➝ Mingəçevir Dövlət Universiteti;
  • ➝ Sumqayıt Dövlət Universiteti;
  • → Odlar Yurdu Universiteti
  • ➝ Azərbaycan Kooperasiya Universiteti;
  • ➝ “Azərbaycan” Universiteti;
  • ➝ Bakı Avrasiya Universiteti;
  • ➝ Bakı Biznes Universiteti;
  • ➝ Xəzər Universiteti;
  • ➝ Qərbi Kaspi Universiteti;
  • ➝ “Odlar Yurdu” Universiteti.
  • ➝ “Naxçıvan” Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

İxtisasın əhatə dairəsi çox genişdir, bu sahə ilə bağlı əsas iş yerlərini kommersiya məqsədli xidmətlər təklif edən özəl şirkətlər təşkil etsə də, bu ixtisas üzrə kadrlara qeyri-kommersiya tipli, sosial biznes layihələri həyata keçirən şirkətlərdə , dövlət qurumlarında da, ehtiyac olur. Ümumi şəkildə bu ixtisas üzrə fəaliyyət sahələrini aşağıdakı formada qeyd etmək olar:

  • ➝ Məhsul və xidmətlərin istehsalı və yaradılması, istehlakçılara təqdim olunması fəaliyyəti ilə məşğul olan bütün növ kommersiya və qeyri-kommersiya təşkilatlar və qurumlar;
  • ➝ Banklar, qeyri-bank kredit təşkilatları və digər maliyyə təşkilatları.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Güclü analitik və ünsiyyət qurma bacarığı;
  • ➝ Yüksək iş qabiliyyəti, sabitlik, çeviklik bacarıqları;
  • ➝ Sistematik düşüncə bacarığı;
  • ➝ Tənqidi düşünmə bacarığı;
  • ➝ Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • ➝ Sürətli problem həll etmə bacarığı;
  • ➝ Biznes risklərinin idarə edilməsi , risk menecment bacarıqları;
  • ➝ Excel bilikləri;
  • ➝ Dil bilikləri (ingilis və rus dilləri əsasən).
  • ➝ CRM (müştəri ilə qarşılıqlı əlaqənin avtomatlaşdırılması üçün proqram təminatı) və s .kimi texnologiyalar üzrə biliklər;
  • ➝ Məlumatı dəqiq izah etmək bacarığı, düzgün sual vermək bacarığı;
  • ➝ Təşkilatçılıq bacarığı və müstəqillik;
  • ➝ Məlumatlarla və tədqiqat fəaliyyət növü ilə işləməyə meyillilik.

İxtisasın gələcəyi

İxtisasın əhatə dairəsi çox genişdir. Məzunlar ixtisas üzrə konkret sahələri seçərək ( maliyyə, marketinq, menecment, risk menecmenti və s.) karyeralarına bu istiqamətdə davam edə bilərlər . Həmçinin sahə üzrə gələcək əmək bazarında tələb olunan kadrlardan olmaq üçün e-kommersiya fəaliyyəti üzrə bilik və bacarıqların artırılması məqsədəuyğun olardı.

Əmək haqqı

İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı şirkətdən asılı olaraq 400-2000 AZN aralığında dəyişir.

İnformasiya sistemləri və texnologiyaları

İstənilən məsələdə qarşıya çıxan problemlərin təhlil edilməsində, qərarın qəbul edilməsində, əməliyyatlara nəzarətdə, yəni məhsulun yaranmasında və xidmətində informasiya lazımdır. İnformasiya termini latınca informatio -izah etmə, aydınlaşdırma, başa salma, hər hansı faktı, hadisəni, əlaməti ifadə etməkdir. Bu ümumi elmi anlayış olub, adamlar arasında məlumatlar mübadiləsi, qurğular, adamlar, canlı və cansızlar arasında siqnalların mubadiləsini özündə birləşdirir.

İnformasiya – adam, əşya, fakt, hadisə, əlamətə təsnif olunma formasından asılı olmayaraq proseslər haqqında məlumatdır. Bu termin altında idarəetmə məsələsinin həlli üçün məlumatların anlaşılması və işlənməsi başa düşülür. Məlumatlar təşkilatda və ondan kənarda baş verən hadisələri özündə əks etdirir.

İnformasiya geniş mənada isə dünyanın müxtəlif yerlərində baş verən prosessləri bir məlumat kimi müəyyən edir. İnformasiyanı öyrənən zaman insan fəaliyyətinin müxtəlif sahələrində onun yaranması, dəyişdirilməsi və istifadə olunması qanunauyğunluqları nəzərə alınmalıdır.

Sistem dedikdə isə, vahid məqsəd üçün istifadə edilən bir-biri ilə əlaqəli olan elementlər toplusu başa düşülür. Sistemlər bir-birindən tərkibinə və yaradıldığı əsas məqsədlərə görə fərqlənirlər.

İnformatikada isə “sistem” anlayışı çox genişdir və bir çox mənalar daşıyır. O, daha çox texniki vasitə və proqramlar toplusunda tətbiq olunur. Kompyuterin aparat hissəsi də bir sistemdir. Həmçinin, konkret tətbiqi məsələlərin həlli üçün istifadə edilən proqramlar, sənədləşmə fəaliyyətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş proqramlar toplusu da sistem adlanır.

“Sistem” anlayışına “informasiya” anlayışının əlavə olunması onun yaradılma məqsədini və fəaliyyətinin əsas mahiyyətini əks etdirir. İnformasiya sistemləri istənilən sahədə qərar qəbul edilməsi prosesinə lazım olan informasiyanın yığılması, saxlanması, emalı, axtarışı və ötürülməsini təmin edir. Onlar problemlərin təhlil olunması və yeni məhsul istehsal edilməsinə kömək edir.

İnformasiya sistemi – qarşıya qoyulmuş məqsədə nail olmaq üçün informasiyanın saxlanması, işlənməsi və ötürülməsində istifadə edilən vasitə, insan qüvvəsinin və metodların qarşılıqlı əlaqələrinin məcmusudur. Müasir anlamda “informasiya sistemi” məlumatın emal olunmasında əsas texniki vasitə kimi fərdi kompyuterin istifadə olunmasını nəzərdə tutur. Böyük təşkilatlarda informasiya sisteminin texniki bazasına fərdi kompyuterdən əlavə MEYNFREYM, ya da Super EHM daxil oluna bilər.

Kompyuterlər və informasiya sistemləri arasında fərqi bilmək vacibdir. İxtisaslaşmış proqram vasitələri ilə təchiz olunmuş kompyuterlər informasiya sistemləri üçün texniki baza və alətdir. İnformasiya sistemləri kompyuterlərlə və telekommunikasiyalarla qarşılıqlı əlaqədə olan insansız təsəvvür edilə bilməz.

İnformasiya sistemlərinin istifadəsinə qarşı yanaşmanın dəyişməsi

İlk informasiya sistemləri 50-ci illərdə yaranmışdır. Bu zaman onlardan maaşların hesablanmasında istifadə edilirdi və əməliyyatlar elektromexaniki mühasibat hesablama maşınlarında aparılırdı. Bu, xərclərin və sənədlərin hazırlanması vaxtına qənaət etməyə imkan verirdi.

60-cı illərdə informasiya sistemlərinə münasibətin dəyişməsi müşahidə olunur. İnformasiya sistemlərindən alınan informasiya dövrü hesablaşmalarda bir çox parametrlərlə istifadə edilirdi. Bunun üçün təşkilatlarda artıq əvvəlki kimi yalnız maaş hesablamasında və hesab sənədlərinin emal olunmasında istifadə olunan deyil, daha geniş təyinatlı kompyuter avadanlıqlarına tələbat yaranırdı.

70-ci illər – 80-ci illərin əvvəllərində informasiya sistemləri qərar qəbuletmə prosesinə dəstək təmin edən, onu sürətləndirən və əsasən, rəhbər işçilər üçün nəzərdə tutulan nəzarət sistemləri kimi qəbul olunurdu.

80-ci illərin sonlarında informasiya sistemlərindən istifadə konsepsiyası yenidən dəyişir. Onlar artıq informasiyanın strateji mənbəyinə çevrilir və istənilən növ təşkilatlarda bütün səviyyələrdə istifadə edilir. Bu dövrdə informasiya sistemləri lazım olan informasiyanı vaxtında təmin edərək, təşkilatlara öz fəaliyyətlərində uğur qazandırır, həmçinin, yeni xidmətlər və məhsulların istehsalı, yeni satış bazarlarının tapılması, etibarlı partnyorların tapılması və s. fəaliyyətlərdə yardımçı olur.

İnformasiya sistemlərində əməliyyatlar

Müxtəlif məqsədlər üçün nəzərdə tutulan informasiya sistemlərinin fəaliyyətini təmin edən prosesləri aşağıdakı bloklardan ibarət olan sxem şəklində təsvir etmək olar:

  • daxili və ya xarici mənbədən informasiyanın daxil edilməsi;
  • daxil olmuş informasiyanın emalı və münasib şəkildə nümayişi;
  • istehlakçılara nümayiş etmək və ya digər sistemə göndərilməsi üçün informasiyanın çıxarılması;
  • əks əlaqə – həmin təşkilatın işçiləri tərəfindən giriş informasiyasının düzəlişi üçün yenidən emal edilən informasiyadır.

Hal-hazırda informasiya sistemləri kompyuter texnikası vasitəsilə realizə olunmuş sistemə dəyişilmişdir.

İnformasiya sistemlərini başa düşmək üçün onun həll etdiyi məsələnin mahiyyətini və onun qoşulduğu təşkilat proseslərini anlamaq lazımdır. Kompyuter informasiya sistemlərinin imkanlarını müəyyən edərkən qərar qəbul etməni saxlamaq üçün aşağıdakılar nəzərə alınmalıdır:

  • həll edilən idarə məsələlərinin quruluşu
  • idarəetmənin iyerarxiyasının səviyyəsi
  • həll edilən məsələnin biznesin bu və ya digər sahələrinə aid olması
  • istifadə edilən informasiya texnologiyalarının görünüşü.

Kompyuter informasiya sisteminin işinin texnologiyası mütəxəssisin kompyutersiz sahəni başa düşməsi üçün əlverişlidir və professional fəaliyyətlərdə və onların idarəedilməsində müvəffəqiyyətlə istifadə oluna bilər.

İnformasiya sistemlərinin tətbiqindən nə gözləmək olar?

İnformasiya sistemlərinin tətbiqi aşağıdakılara səbəb olar:

  • riyazi metodlar və intellektual sistemlərin və s. tətbiqi sayəsində idarə məsələlərinin həllində daha da səmərəli nəticələrin alınmasına
  • işin avtomatlaşdırılması nəticəsində işçilərin hərəkətsiz işdən azad edilməsinə
  • informasiyanın dəqiqliyinin təmin edilməsinə
  • kağız daşıyıcılarının maqnit disk və lentlərlə əvəz olunmasına, bu da infromasiyanın kompyuterdə işlənməsinin daha da səmərələşməsinə və kağızda sənədlərin həcminin azalmasına gətirib çıxarır
  • firmada sənəd dövriyyəsinin və informasiya axınının strukturunun təkmilləşməsinə
  • məhsul və xidmətlər istehsalına xərclərin azaldılmasına
  • istehlakçılara daha səmərəli xidmətlərin təklifinə
  • yeni bazar yerlərinin axtarıb tapılmasına
  • intehlakçı və mal satanlara edilən güzəştlər və xidmətlər sayəsində onların firmaya bağlanmasına.

İnfromasiya sistemlərində idarəetmənin strukturunun rolu

İstənilən təşkilat üçün informasiya sistemlərinin yaradılması və istifadəsi aşağıdakı məsələlərin həllinə istiqamətlənib.

1. İnformasiya sistemlərinin strukturu, onun funksional təyinatı təşkilatın məqsədlərinə müvafiq olmalıdır. Məsələn, ticarət firmasında – effektli biznes; dövlət müəssisələrində – sosial və iqtisadi məsələlərin həlli üçün.

2. İnformasiya sistemləri insanlar tərəfindən idarə edilməlidir, onlar tərəfindən başa düşülməli və sosialoji və əxlaqi prinsiplər əsasında istifadə edilməlidir.

3. Dəqiq, etibarlı, vaxtlı və sistemləşdirilmiş informasiya istehsalı.

İnformasiya sisteminin yaradılmasını bina tikintisi ilə müqayisə etmək olar. Kərpiclər, mismarlar, sement və digər bir yerə toplanmış tikinti materialları hələ bina demək deyildir. Binanı tikmək üçün layihə, yer quruluşu, tikinti və s. lazımdır.

Analoji olaraq informasiya sisteminin qurulması və istifadəsi üçün əvvəlcə strukturunu, təşkilatın siyasət və funksiyalarını, idarəetmənin və qəbul edilmiş qərarların məqsədini, kompyuter texnologiyalarından istifadənin mümkünlüyünü bilmək lazımdır. İnformasiya sistemləri təşkilatın bir hissəsini təşkil edir, istənilən təşkilatın açar elementləri isə – idarəetmənin orqan və strukturu, standart üsullar, heyətdir.

Müəllif: Zamirə İlqar

  • Teqlər:
  • informasiya sistemləri
  • , İT

Biznesin informasiya fəaliyyəti

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Xalq Qəzeti (Dərc olunma tarixi: 28-06-2018, Nəşr Nömrəsi: 140), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2018, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1238)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət – biznes) elektron reyestri yaradılsın.

2. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

4. “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

5. Müəyyən edilsin ki:

5.1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir;

5.2. Agentliyin nizamnamə fondu 5,0 (beş) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır; [1]

5.3. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan reyestrin operatoru funksiyalarını Agentlik həyata keçirir;

5.4. Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini rəhbər tutur;

5.5. Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. beynəlxalq təcrübə nəzərə alınmaqla, “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra sahibkar) dövlət satınalmalarında iştirak payının artırılması və iştirak mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.6. sahibkarlara xidmətlərin kiçik və orta biznes evlərində (bundan sonra KOB evləri) və elektron formada vahid platforma üzərindən göstərilməsini nəzərdə tutan “e-KOB evi” portalının əsasnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.7. mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin;

6.8. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan reyestrin aparılması qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin;

6.9. Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə KOB evlərində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumundan və qanunla müəyyən edilmiş digər ödənişlərdən müəyyən hissənin Agentliyin hesabına köçürülməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.10. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.13.1.1.3-cü yarımbəndində nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı və 1.14.2.2-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı hesabına Agentliyin nizamnamə fondunun formalaşdırılmasını bir ay müddətində təmin etsin;

6.11. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin layihəsində Agentliyin nizamnamə fondunun artırılması üçün 5,0 (beş) milyon manat vəsaitin nəzərdə tutulmasını təmin etsin və həmin vəsait hesabına Agentliyin nizamnamə fondunun artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.12. Agentliyin fəaliyyətinin təmin edilməsi məqsədilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin;

6.13. sahibkarlıq fəaliyyətinə təsir edəcək normativ hüquqi aktlar hazırlanarkən bu Fərmanın 9.5-ci bəndinin icrasını nəzarətdə saxlasın;

6.14. sahibkarlığın inkişafı siyasətinin əlaqələndirilməsi, KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan siyahıdakı dövlət qurumlarının nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılmasını 10 (on) gün müddətində təmin etsin;

6.15. bu Fərmanın 12.1-ci bəndinin tələbləri nəzərə alınmaqla, Agentliyin və KOB evlərinin fəaliyyətinin təmin edilməsi üçün onların müvafiq ərazi, inzibati bina və zəruri avadanlıqla təmin olunması üçün bir ay müddətində tədbirlər görsün;

6.16. Azərbaycan Respublikasının ərazisində sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) Agentliklə əlaqəli şəkildə həyata keçirilməsi üçün tədbirlər görsün;

6.17. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.18. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

7.1. Agentliyin fəaliyyətinin təşkili ilə bağlı tədbirlər görsün;

7.2. KOB evlərinin, kiçik və orta biznesin inkişafı mərkəzlərinin, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin, kiçik və orta biznesin inkişafı fondlarının nümunəvi əsasnamələrini üç ay müddətində təsdiq etsin;

7.3. bu Fərmanın 5.5-ci bəndi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanının 4.4-cü bəndində göstərilən bölmələrinin (qurumlarının) ştat vahidləri nəzərə alınmaqla, Agentlikdə və KOB evlərində əməyin ödənilməsi formalarını, işçilərin əməkhaqlarını və ştat cədvəlini bir ay müddətində müəyyən etsin;

7.4. dövlət qurumları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən, sahibkarların hüquqlarının pozulması və qanunsuz müdaxilə halları aşkar edildikdə, Agentliyin təqdimatı əsasında müvafiq məlumatların Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunmasını təmin etsin;

7.5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün stimullaşdırıcı tədbirlər, o cümlədən Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə sahibkarlara, onların klaster şirkətlərinə, klaster iştirakçılarına vergi güzəştləri və onların vergidən azad edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

8.1. Agentliklə birlikdə bir ay müddətində:

8.1.1. beynəlxalq təcrübəyə əsaslanmaqla, qanunvericilikdə nəzərdə tutulmuş təşkilati-hüquqi formaya uyğun olaraq “KOB klaster şirkəti”nin meyarlarını müəyyən etsin;

8.1.2. kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmış “KOB klaster şirkəti” reyestrinin yaradılmasını təmin etsin;

8.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasını iki ay müddətində təmin etsin;

8.3. bu Fərmanın 8.1.2-ci yarımbəndində və 8.2-ci bəndində nəzərdə tutulan reyestrlərin Agentliyin informasiya sisteminə inteqrasiyasını, həmin məlumatların real vaxt rejimində Agentliyə ötürülməsini və mütəmadi olaraq yenilənməsini təmin etsin. [2]

8-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 8.1.2-ci yarımbəndində və 8.2-ci bəndində nəzərdə tutulan reyestrlərin Agentliyin informasiya sisteminə inteqrasiyasını, həmin məlumatların real vaxt rejimində Agentliyə ötürülməsini və mütəmadi olaraq yenilənməsini təmin etsin.

9. Mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:

9.1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin, verdikləri hüquqmüəyyənedici sənədlərin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan reyestr fəaliyyətə başladıqdan sonra bir ay müddətində, sonrakı dövrlərdə müəyyən edilən hər bir yeni xidmətin və verilən hüquqmüəyyənedici sənədin 10 (on) gün müddətində reyestrdə qeydə alınmasını təmin etsinlər;

9.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş reyestrə daxil olan xidmətlərin göstərilməsini və hüquqmüəyyənedici sənədlərin verilməsini, həmin reyestr fəaliyyətə başlayana qədər isə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan siyahıdakı xidmətlərin KOB evləri vasitəsilə həyata keçirilməsini təmin etsinlər;

9.3. bu Fərmanın 9.2-ci bəndinə uyğun olaraq, xidmət göstərilməsinin və hüquqmüəyyənedici sənədlər verilməsinin KOB evləri vasitəsilə həyata keçirilməsini təmin etmək üçün Agentliyin həmin evlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər;

9.4. KOB evlərində xidmət göstərəcək əməkdaşlarının nəzakətli, məsuliyyətli, peşəkar olmalarına, ünsiyyət qurmaq və izah etmək bacarıqlarına xüsusi diqqət yetirsinlər;

9.5. hazırladıqları mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların normayaratma orqanına təqdim edilməzdən əvvəl “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq Agentliklə razılaşdırılmasını, mərkəzi icra hakimiyyəti orqanları isə, həmçinin qeyd olunan sahədə özlərinin qəbul etdikləri normativ hüquqi aktların Agentliklə razılaşdırmaqla qəbul olunmasını təmin etsinlər;

9.6. bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Agentliyə zəruri kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər;

9.7. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan reyestrdə qeyd edilən xidmətlərin, habelə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan siyahıdakı xidmətlərin KOB evlərində göstərilməsinin səmərəli təşkili üçün xidmət göstərilməsini tənzimləyən prosedurları (tələb olunan sənədlər, məlumatlar və s.) bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;

9.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

10. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: [3]

10.1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə Agentliklə KOB evlərində xidmət göstərəcək dövlət qurumlarının informasiya sistemləri arasında əlaqələndirməni təmin etmək məqsədilə KOB evlərini rabitə kanalları ilə təmin etsin;

10.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

11. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

12.1. “B2B” (biznes–biznes) və “G2B” (dövlət–biznes) xidmətlərinin bir məkanda səmərəli təşkili üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerləşmə xüsusiyyətləri nəzərə alınmaqla, KOB evlərinin əlverişli inzibati ərazi vahidlərində təşkili və müvafiq resurslarla təmin edilməsi ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görsün;

12.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

14. “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2339) aşağıdakı dəyişikliklər edilsin:

14.1. 1-ci hissədə “Sahibkarlığın” sözü “Biznesin” sözü ilə əvəz edilsin;

14.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, bu sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir;”.

14.3. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində mikro, kiçik və orta sahibkarlara bir sıra xidmətlər (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə xidmətləri və s.) təklif edən kiçik və orta biznes evləri, eləcə də kiçik və orta biznesin inkişafı mərkəzləri, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi, kiçik və orta biznesin inkişafı fondları yaradılsın;”;

14.4. 2.6-cı bəndin birinci cümləsində “İcraçı direktor” sözləri “beş üzvdən ibarət olan İdarə Heyəti” sözləri ilə, ikinci cümləsində “İcraçı direktorun” sözləri “İdarə Heyəti sədrinin” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV ,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyun 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın (bundan sonra – sahibkarlıq) inkişafını dəstəkləyən, onun tənzimlənməsində, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – sahibkar) maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.

1.2. Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları (yerli və xarici valyutada), öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.

1.7. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyətinin məqsədi və istiqamətləri

2.1. Agentliyin fəaliyyətinin məqsədi mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iştirak etməkdən, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirməkdən, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaqdan, maliyyə resurslarına çıxış imkanlarını genişləndirməkdən və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirməkdən, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirməkdən, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılmasına, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdan ibarətdir.

2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. mikro, kiçik və orta sahibkarlıq sahəsində (bundan sonra – müvafiq sahə) vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak etmək;

2.2.2. müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirləri həyata keçirmək;

2.2.3. müvafiq sahədə dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət (o cümlədən zəruri səyyar xidmətlər) göstərmələrini təmin etmək;

2.2.4. kiçik və orta biznes evlərində (bundan sonra – KOB evlərində), kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət etmək;

2.2.5. KOB evlərində hər bir xidmətin qanuna uyğun olaraq həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələr aparılmasını təmin etmək;

2.2.6. dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;

2.2.7. müvafiq sahədə əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı vəzifələri vardır:

3.1.1. sahibkarlığın inkişafını dəstəkləmək;

3.1.2. qlobal iqtisadi çağırışlara uyğun olaraq, ölkədə sahibkarlığın inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında sahibkarların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək;

3.1.3. sahibkarların maraqlarının qorunması və problemlərinin çevik həlli sahəsində səlahiyyətli qurum qismində fəaliyyət göstərmək;

3.1.4. sahibkarlar arasında sorğular keçirmək, onların problemlərini və sahibkarlığın inkişaf meyillərini öyrənmək, biznes və investisiya mühitinin təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı təkliflər vermək;

3.1.5. sahibkarlara dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.6. müvafiq sahədə dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək və onlarla birgə təşəbbüsləri reallaşdırmaq;

3.1.7. müvafiq sahədə dövlət–sahibkar münasibətlərinin səmərəliliyinin, əlaqə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.8. sahibkarların fəaliyyətinin təşviqi məqsədilə beynəlxalq təcrübədə uğurla tətbiq edilən, dövlət–sahibkar tərəfdaşlığına əsaslanan sənaye və xidmət klasterlərinin, xüsusi rejimli zonaların, texnoparkların, aqroparkların, bazarların, terminalların, anbarların, mərkəzlərin, xüsusi məqsədli vasitələrin (“Special Purpose Vehicle”) və model müəssisələrin yaradılması ilə bağlı təkliflər vermək və onların fəaliyyətində iştirak etmək;

3.1.9. müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etməklə, ölkədə həyata keçirilən iqtisadi islahatlar prosesində onlarla dövlət qurumları arasında qarşılıqlı etimadın artırılması ilə bağlı tədbirlər görmək;

3.1.10. sahibkarların fəaliyyətinə təsir edən qanunvericilik aktlarının, o cümlədən onların layihələrinin beynəlxalq təcrübədə geniş tətbiq olunan təsir təhlillərini aparmaq, iqtisadi və digər aspektlərinin ekspertizasını həyata keçirmək və təkliflər vermək;

3.1.11. özəl sektorun və ictimai təşkilatların nümayəndələri ilə birlikdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər, xüsusən də gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, bu sahədə ictimai iştirakçılıq sisteminin tətbiqi ilə bağlı tədbirlər görmək, ictimai şuralar yaratmaq, habelə bu məqsədlə elm və təhsil müəssisələri ilə əməkdaşlıq edərək birgə proqramlar həyata keçirmək, onlarla sahibkarlar arasında əməkdaşlığı təşkil etmək;

3.1.12. startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək;

3.1.12-1. normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək; [4]

3.1.13. innovativ sahibkarlığı təşviq etmək üçün startapların və sahibkarların ali təhsil və elmi tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorlar və texnoloji transfer mərkəzləri ilə qarşılıqlı fəaliyyətini əlaqələndirmək, həmçinin biznes inkubatorların, sənaye və texnologiyalar parklarının və müvafiq sahədə tədris mərkəzlərinin fəaliyyətinin təşkilində iştirak etmək;

3.1.14. mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin sahibkarlara vahid məkanda (KOB evlərində) xidmət göstərmələrini təşkil etmək, əlaqələndirmək və xidmətlərin sahibkarların məmnunluğu təmin edilməklə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun göstərilməsinə nəzarət etmək;

3.1.15. dövlət qurumlarında sahibkarların maraqlarını təmsil etmək üçün agent və təmsilçilik, habelə səlahiyyətli iqtisadi operator funksiyalarını həyata keçirmək və sahibkarlarla tərəfdaşlıq (partnyorluq) əlaqələri yaratmaq;

3.1.16. KOB evlərində, kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət–Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında xidmətlərin qanuna uyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsinə dair daxili nəzarət, monitorinq və qiymətləndirmə aparılmasını təmin etmək;

3.1.17. KOB evlərində təşkil olunan xidmətlər göstərilməsi prosedurunun (tələb olunan sənədlərin və müddətlərin) sadələşdirilməsi ilə bağlı təkliflər vermək;

3.1.18. KOB evlərində dövlət qurumlarının göstərdikləri xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulunu həyata keçirmək;

3.1.19. İKT sahəsində, habelə müasir texnologiyaları geniş tətbiq etməklə fəaliyyət göstərən sahibkarlar üçün güzəştli maliyyə resurslarından istifadə imkanlarını genişləndirmək və onlara digər yardım göstərmək;

3.1.20. sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərmək, bu məqsədlə KOB evlərinin tərkibində və ya ayrılıqda biznes inkubatorlar, biznes akseleratorları və biznesə dəstək mərkəzləri yaratmaq;

3.1.21. təhsil və ictimai tərbiyə (sosial pedaqogika) sistemlərində sahibkar düşüncə tərzinin formalaşdırılması, ömürboyu öyrənmək və milli profilli (ölkəyə məxsus ənənələr, brendlər, mətbəx, naxışlar, ritmlər, səriştələr, dəyərlər və s.) sahibkarlıq mədəniyyətini formalaşdırmaq məqsədilə kurikulumların, tədris proqramlarının, dərsliklərin, media və digər kommunikasiya siyasətinin hazırlanması və resursların tərtibi proseslərində iştirak etmək;

3.1.22. sağlam iş yeri yaradılması, sahibkarlıq sahəsində maarifləndirilmə məqsədilə sağlam milli təhsil profilinin təşviqi üçün tədbirlər görmək;

3.1.23. sahibkarları təmsil edən qurumlar və biznes assosiasiyaları ilə sıx əməkdaşlıq etmək, sahibkarların hüquqlarının qorunması və onların inkişafı istiqamətində birgə tədbirlər həyata keçirmək;

3.1.24. sahibkarlar arasında klasterləşmə və partnyorluq yanaşmasının formalaşması və onların buna marağının artırılması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;

3.1.25. sahibkarlarla ölkədə mövcud olan sənaye parkları, məhəllələri, aqroparklar, klasterlər, xüsusi iqtisadi zonalar, model müəssisələr, texnoparklar və innovasiya mərkəzləri arasında əlaqələrin koordinasiyasını təşkil etmək, onların sənaye zonalarının rezidenti kimi qeydiyyatını aidiyyəti dövlət qurumları ilə birlikdə təşviq etmək;

3.1.26. mikro, kiçik və orta sahibkarlarla ölkədə fəaliyyət göstərən iri sahibkarlar arasında əməkdaşlığı təşviq etmək, onların vertikal klasterlərdə birləşməsini dəstəkləmək və bununla bağlı mexanizmlər, biznes modelləri, xüsusi məqsədli vasitələr (“Special Purpose Vehicle”) hazırlayıb tətbiq etmək;

3.1.27. yerli və xarici biznes subyektlərinin iştirakı ilə keçirilən müvafiq təşviqedici kampaniyalar (sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün biznes ideyalarının formalaşdırılması, biznesin təşkili və inkişafı istiqamətlərində təlim proqramları və s.) barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarları məlumatlandırmaq, onların bu kampaniyalarda iştirakını stimullaşdırmaq və aidiyyəti qurumlarla əməkdaşlığını təmin etmək;

3.1.28. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə “e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda “Sahibkarın elektron kabineti” və “Biznes Naviqator” altsistemlərinin yaradılmasını, dövlət orqanları (qurumları) tərəfindən KOB evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etmək; [5]

3.1.29. ölkədə fəaliyyət göstərən sahibkarların əlaqələndirilməsini , sahibkarlığın təchizat zənciri sisteminin və satınalma şəbəkəsinin yaradılmasını və idarə edilməsini portalın “Biznes Naviqator” altsistemi vasitəsilə təşkil etmək ; [6]

3.1.30. sahibkarların problemlərinin çevik həlli ilə bağlı tədbirlər görmək, onların şikayətlərini qəbul etmək, araşdırmaq, dövlət orqanları və təşkilatlarının sahibkarların qanuni hüquqlarını pozan qərarları (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı dövlət orqanları və təşkilatları qarşısında məsələ qaldırmaq;

3.1.31. sahibkarların vahid reyestrinin formalaşdırılması və aparılması ilə bağlı müvafiq tədbirlər görmək; [7]

3.1.31-1. xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) reallaşdırılması nəticəsində dəstək almış sahibkarlara dair məlumatların mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinə daxil edilməsini təşkil etmək; [8]

3.1.32. ölkədə sahibkarlığın inkişafı sahəsində araşdırmalar, təhlillər, monitorinqlər aparmaq, hesabatlar hazırlamaq və çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

3.1.33. sahibkarlıq sahəsində inkişafa nail olunması məqsədilə hədəf istiqamətlərin müəyyən edilməsi, bu sahədə strateji planların, yol xəritələrinin, tədbirlər planlarının hazırlanması ilə bağlı təkliflər vermək;

3.1.34. müvafiq sahədə fəaliyyət göstərən qurumlar, dövlət orqanları, kommersiya və qeyri-hökumət təşkilatları, sahibkarların ittifaqları və assosiasiyaları, elm-təhsil müəssisələri ilə əlaqələr qurmaq;

3.1.35. Agentliyin təklifləri əsasında sahibkarların inkişafına dəstək məqsədilə yaradılacaq işçi qruplara dövlət qurumlarını, aidiyyəti təşkilatları cəlb etmək, yaradılmış işçi qruplar arasında əlaqələr qurmaq, koordinasiya fəaliyyətini həyata keçirmək;

3.1.36. sahibkarların rastlaşdıqları problemlərin həllində kömək göstərmək və aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;

3.1.37. müvafiq müqavilələr əsasında sahibkarlara vergi, gömrük, mühasibat uçotu, ofis, məsləhət, laboratoriya müayinəsi, biznes inkubasiya, təlim, mentorluq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətləri və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qadağan olunmayan digər xidmətlər göstərilməsini təmin etmək;

3.1.38. ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlbedilmə dairəsinin genişləndirilməsi, o cümlədən aztəminatlı əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədilə dəstək tədbirləri görmək, habelə aidiyyəti dövlət qurumlarının həyata keçirdikləri bu növ dəstək tədbirlərini əlaqələndirmək;

3.1.39. potensial investorların sahibkarlara investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət qurumları ilə birlikdə onlar arasında müxtəlif investisiya təşviqi tədbirləri görmək;

3.1.40. investisiya yatırmaqda maraqlı olan xarici investorlarla investisiya axtarışında olan sahibkarlar, habelə təchizatçı və birgə müəssisələr arasında vasitəçilik etmək, onların görüşünü təşkil etmək və lazımi dəstəyi təmin etmək;

3.1.41. startapların və sahibkarların maliyyə resurslarına (kreditlərə, investisiyalara, qrantlara, biznesə dəstək (venture) kapitalına və s.) çıxış imkanlarının genişləndirilməsinə dəstək vermək;

3.1.42. yeni biznes ideyası olan şəxslərə və startaplara ilkin biznes fəaliyyətinin təşkili məqsədilə maliyyə dəstəyi vermək, o cümlədən xarici qrantlar hesabına layihələrin maliyyələşdirilməsini təşkil etmək, bu istiqamətdə müxtəlif proqramlar hazırlamaq və müsabiqələr keçirmək;

3.1.43. donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və sahibkarları dəstəkləyən layihələrini əlaqələndirmək və birgə təşəbbüslər həyata keçirmək;

3.1.43-1. xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) sahibkarların inkişafına təsiri səviyyəsini öyrənərək, növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflərin hazırlanmasını təmin etmək; [9]

3.1.44. sahibkarlara öz fəaliyyətini qurmağa və genişləndirməyə imkan verən, müxtəlif xidmətləri və imkanları bir arada təklif edən proqramlar, dəstək tədbirləri və layihələr həyata keçirmək;

3.1.45. perspektivli və inkişaf etməkdə olan sahibkarların güzəştli maliyyə resurslarından istifadə imkanlarını genişləndirən təşəbbüslər həyata keçirmək, bu istiqamətdə müvafiq dövlət və özəl maliyyə institutları ilə əməkdaşlıq etmək;

3.1.46. innovativ sahibkarların aşkarlanmasını və inkişaf etdirilməsini, onların texnoloji yeniliklərdən faydalanma bacarıqlarının artırılmasını və sahibkarların elmi tədqiqatlar aparmasını müxtəlif proqramlar reallaşdırmaqla dəstəkləmək;

3.1.47. sənayedə araşdırma və inkişafyönümlü fəaliyyətin dəstəklənməsi və bu fəaliyyətin həyata keçirilməsi üçün texnoparkların, innovasiya mərkəzlərinin yaradılması ilə bağlı aidiyyəti qaydada təkliflər vermək;

3.1.48. təhsil, elm, istehsalat sahələrinin qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılması, universitetlərin, eləcə də dövlət və özəl araşdırma təşkilatlarının innovasiya infrastrukturundan sahibkarların faydalanması, sənaye və universitet əməkdaşlığının gücləndirilməsi üçün tədbirlər görmək;

3.1.49. innovativ layihələr üzrə biznesə dəstək (venture) fəaliyyətini və investorların innovativ sahibkarlara kapital qoyuluşunu təşviq etmək;

3.1.50. innovasiya sahəsində ixtisaslaşan sahibkarların assosiasiyasının inkişafı ilə bağlı təkliflər vermək;

3.1.51. biznes sahələri üzrə ixtisaslaşmış biznes assosiasiyalarının və ictimai birliklərin yaradılmasını təşviq etmək, məlumat bazasını formalaşdırmaq, onların fəaliyyətini əlaqələndirmək və illik hesabatları ilə tanış olmaq, assosiasiya, ictimai birlik və fondların yerli və beynəlxalq inteqrasiyasını dəstəkləmək və onlara çıxışı təmin etmək;

3.1.52. ölkə iqtisadiyyatında istehsal və xidmət sahələrini araşdırmaq, onların sənayelərinin yaradılması ilə bağlı layihələr təqdim etmək;

3.1.53. sahibkarların istehsal etdikləri malların, gördükləri işlərin və göstərdikləri xidmətlərin realizəsi məqsədilə potensial sifarişçilərin tapılmasında müvafiq kömək göstərmək, dövlət satınalmalarında sahibkarların iştirakının artırılması ilə bağlı tədbirlər həyata keçirmək;

3.1.54. sahibkarların “yaşıl iqtisadiyyat”da rolunun yüksəldilməsini, onların ekoloji təhlükəsizliyi təmin edən əmtəə və xidmətlər istehsalını genişləndirmələrini təşviq etmək;

3.1.55. ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, qadın sahibkarlığının inkişafını təşviq etmək və bu sahədə zəruri tədbirlər görmək;

3.1.56. sahibkarlar üçün satışa dəstək mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

3.1.57. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə və investorlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.1.58. sahibkarların xarici və yerli sərgilərdə iştirakını təşviq etmək və bu sahədə müvafiq tədbirlər görmək;

3.1.59. sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin və ixracyönümlülüyünün artırılması məqsədilə məhsulların istehsalı, qablaşdırılması, satışı və ixracı üzrə beynəlxalq standartların mənimsənilməsi və tətbiqi ilə bağlı sahibkarlara dəstək vermək və onların məhsullarının daxili və xarici bazarlarda satışını təşviq etmək;

3.1.60. xərclərin azaldılması, səmərəliliyin artırılması və yeni bazarlara çıxış sahəsində sahibkarlara dəstək məqsədilə standartların araşdırılması və tətbiqi istiqamətində tədbirlər görmək;

3.1.61. sahibkarların fəaliyyəti ilə bağlı aidiyyəti qanunvericilik aktları və həmin aktlarda dəyişikliklər barədə izahedici və məlumatlandırıcı yenilikləri kütləvi informasiya resursları vasitəsilə mütəmadi olaraq operativ şəkildə sahibkarlara təqdim etmək;

3.1.62. sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin (“Young Internship Programmes”) təşviqi və bu sahədə koordinasiyanın həyata keçirilməsi üçün təkliflər vermək və ali təhsil müəssisələri ilə əməkdaşlıq etmək;

3.1.63. mülkiyyətindəki (balansındakı) əmlakdan, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatına uyğun, səmərəli istifadə olunmasını təmin etmək;

3.1.64. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.65. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.66. sahibkarları Agentliyin fəaliyyəti və onları maraqlandıran məsələlər haqqında operativ məlumatlandırmaq məqsədilə “çağrı mərkəzi” yaratmaq və onun səmərəli fəaliyyətini təşkil etmək;

3.1.67. sahibkarlar üçün bacarıqlı mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və həmin təkliflərin həyata keçirilməsində iştirak etmək;

3.1.68. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.69. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı islahatlar aparılmasına dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;

3.1.70. malların (işlərin və xidmətlərin) satın alınması, həmçinin müvafiq sahədə ehtiyacların qarşılanması üçün qanunla müəyyən edilmiş qaydada müsabiqələr keçirmək və müqavilələr bağlamaq;

3.1.71. bu Nizamnamə ilə Agentliyə həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı hesabatları və illik iş planını Nazirliyə təqdim etmək;

3.1.72. sahibkarlara dəstək tədbirlərinin səmərəliliyini qiymətləndirmək və nəticələri barədə hesabatları Nazirliyə təqdim etmək;

3.1.73. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar, komissiyalar yaratmaq;

3.1.74. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. Nazirliklə razılaşdırmaqla sahibkarlara müxtəlif xidmətləri (biznes inkubasiya, təlimlər, məsləhət xidmətləri, informasiya, hüquqi yardım, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən KOB evləri yaratmaq və fəaliyyətini təşkil etmək;

3.2.2. kadrların hazırlanması və ixtisasının artırılması sahəsində sahibkarlara kömək məqsədilə aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;

3.2.3. sahibkarların fəaliyyəti ilə əlaqədar yarana biləcək mübahisələrin məhkəmədənkənar qaydada mediasiya yolu ilə həlli üçün müvafiq tədbirlər görmək;

3.2.4. dövlət–sahibkar tərəfdaşlığına əsaslanan infrastruktur layihələrinin həyata keçirilməsində sahibkarların təchizatçı kimi iştirakını stimullaşdıran tədbirlər görmək;

3.2.5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə aparılan yoxlamalarda müşahidəçi kimi iştirak etmək;

3.2.6. sahibkarlıq sahəsində qabaqcıl təcrübəni öyrənmək, tədqiqatlar aparmaq, analitik və metodik materiallar hazırlamaq;

3.2.7. müvafiq sahədə beynəlxalq tədbirləri Azərbaycan Respublikasında keçirmək;

3.2.8. sahibkarların həyata keçirəcəkləri innovativ və bilik əsaslı layihələri müsabiqə yolu ilə seçmək, onlara texniki, təşkilati və maliyyə dəstəyi göstərmək üçün öz maliyyə resursları ilə bərabər, həmçinin operator qismində beynəlxalq təşkilatlardan və fondlardan birdəfəlik qrant formasında vəsait cəlb olunmasını təmin etmək;

3.2.9. qaçqın və məcburi köçkün sahibkarların fəaliyyətinə, eləcə də qaçqın şəhərciklərində mikro, kiçik və orta sahibkarlığın, sosial sahibkarlığın (özünüməşulluğun), əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın inkişafına yardım göstərmək; [10]

3.2.10. investisiyaların cəlbi üçün aidiyyəti dövlət qurumları ilə birlikdə investorlar arasında sorğular aparmaq, onların təklifləri əsasında investisiya mühitinin təkmilləşdirilməsi və investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər vermək;

3.2.11. sahibkarların elmi tədqiqat işlərini və innovasiyaların tətbiqini genişləndirməsi, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulları istehsal etməsi və xidmətlər göstərməsi üçün tədbirlər görmək;

3.2.12. sahibkarlara xidmət edəcək inkişaf fondlarını təşkil və idarə etmək;

3.2.13. onlayn və distant təlim və yardım proqramlarının (təlim, məsləhət, sual-cavab, biznes planlarının və investisiya layihələrinin tərtibi və s.) həyata keçirilməsini təmin etmək;

3.2.14. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.15. müvafiq sahədə stimullaşdırıcı tədbirlər və müsabiqələr təşkil etmək, qalibləri mükafatlandırmaq və ya dövlət tərəfindən güzəştlərin tətbiq olunması məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatlar vermək;

3.2.16. dövlət qurumlarına, bələdiyyələrə, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.17. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq, elmi-analitik jurnal, bülleten buraxmaq, internet saytı yaratmaq, kitablar, məqalələr və digər materiallar nəşr etmək;

3.2.18. sahibkarların inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin elm və təhsil təsisatları ilə əməkdaşlıq əsasında həyata keçirilməsini təşkil etmək;

3.2.19. yerli istehsalın və xidmətlərin genişləndirilməsinə, yeni sahibkarların yaranmasına və onların fəaliyyətinin davamlılığına şərait yaradılması məqsədilə sahibkarların dövlət satınalmalarında iştirakını təmin etmək üçün aidiyyəti dövlət orqanlarının, özəl sektorun və ictimai birliklərin nümayəndələri ilə birlikdə müvafiq tədbirlər həyata keçirmək;

3.2.20. sahibkarları biznes layihələrinə cəlb etmək və onların bu layihələrdə iştirakını təmin etmək üçün hüquqi və fiziki şəxslərlə birgə layihələr təşkil etmək, bu layihələrdə iştirak etmək və bununla bağlı sahibkarların biznes maraqlarına xidmət edən hər hansı müvafiq fəaliyyəti həyata keçirmək;

3.2.21. bütün regionlarda sahibkarlara dəstək infrastrukturuna aid olan təşkilatların xidmətlərinin monitorinqini aparmaq və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

3.2.22. sahibkarlar üçün ixtisaslı mütəxəssislərə dair məlumat bazası yaratmaq;

3.2.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq, konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.24. pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

3.2.25. KOB evlərində özəl sektorun gördüyü işlərə və göstərdiyi xidmətlərə görə haqq almaq;

3.2.26. tərəflərin razılığı ilə fiziki və hüquqi şəxslərin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək;

3.2.27. Agentliyin və sahibkarların fəaliyyətini təmin etmək məqsədilə daşınmaz əmlak obyektlərinin ayrılması və müvafiq icazələrin verilməsi barədə vəsatətlə çıxış etmək;

3.2.28. müvafiq sahədə digər dövlət orqanları və qurumları ilə qarşılıqlı fəaliyyət göstərmək, o cümlədən vətəndaşlara xidmət, sosial innovasiyalar və sahibkarlara dəstək istiqamətində mövcud infrastruktur və şəbəkədən əlaqəli şəkildə istifadə etmək;

3.2.29. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

5. Müşahidə Şurası

5.1. Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

5.2. Şura, onun sədri də daxil olmaqla 7 üzvdən: Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən, Nazirliyin yanında Dövlət Vergi Xidməti rəisinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Şuranın sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir. [11]

5.3. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

5.4. Şura qərar qəbul etməkdə müstəqildir.

5.5. Şura aşağıdakı vəzifələri yerinə yetirir:

5.5.1. Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə bağlı təkliflər verir;

5.5.2. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə baxır və müvafiq tədbirlər görülməsi ilə bağlı təkliflər verir;

5.5.3. Şuranın öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan şifahi və yazılı hesabatların, eləcə də hər hansı digər sənədin təqdim edilməsini İdarə Heyətinin sədrindən və Agentliyin digər vəzifəli şəxslərindən tələb edir;

5.5.4. Agentliyin fəaliyyətinə dair İdarə Heyəti sədrinin hesabatını dinləyir;

5.5.5. Şura üzvlərinin və İdarə Heyəti sədrinin müraciətlərinə baxır və qərar qəbul edir;

5.5.6. Agentliyin nizamnamə fondunun və strukturu üzrə işçilərinin say həddinin artırılması ilə bağlı təkliflər verir.

5.6. Şuranın növbəti iclasları ildə azı bir dəfə olmaqla çağırılır. Şuranın növbədənkənar iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edir. Şuranın iclasları Şuranın sədri və azı digər 4 (dörd) üzvü iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

5.7. Şuranın iclasında İdarə Heyətinin sədri iştirak edir.

5.8. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.

5.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

5.10. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura Protokolu təsdiq edərək İdarə Heyətinin sədrinə göndərir.

5.11. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

5.12. Şuranın katibi:

5.12.1. Şuranın iclaslarını təşkil edir;

5.12.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şuranın üzvlərinə, habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verir;

5.12.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

5.12.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

5.12.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

5.13. Şuranın sədri:

5.13.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

5.13.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

5.13.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

5.13.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

5.14. Şuranın üzvləri:

5.14.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

5.14.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

5.14.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

5.14.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılma barədə təklif verirlər;

5.14.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

5.15. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

6. İdarə Heyəti

6.1. Agentliyin İdarə Heyəti beş üzvdən ibarətdir.

6.2. İdarə Heyətinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. İdarə Heyəti sədrinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad etdiyi birinci müavini və üç müavini vardır. İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri onun həvalə etdiyi vəzifələri yerinə yetirirlər. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, müvafiq əmrlə birinci müavini və ya müavinlərindən biri onu əvəz edir.

6.3. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

6.3.1. Şuranın qərarlarını icra edir;

6.3.2. müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə, Nazirliyə və Şuraya təkliflər verir və sənədlər təqdim edir;

6.3.3. Agentliyin strateji məqsədlərinin və inkişaf istiqamətlərinin müəyyən olunmasına, habelə onun fəaliyyətinin təkmilləşdirilməsinə dair Şuraya və Nazirliyə təkliflər verir;

6.3.4. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

6.3.5. Nazirliklə razılaşdırmaqla Agentliyin illik iş planını təsdiq edir;

6.3.6. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır.

6.4. İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:

6.4.1. Agentliyin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

6.4.2. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər verir;

6.4.3. Agentliyin büdcəsinin layihəsini hazırlayaraq Nazirliyə təqdim edir;

6.4.4. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

6.4.5. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

6.4.6. Nazirliklə razılaşdırmaqla, KOB evlərinin ərazi baxımından ayrı-ayrı obyektlərdə fəaliyyətinin təşkili və dayandırılması ilə bağlı qərar qəbul edir;

6.4.7. Agentliyin və digər dövlət orqanlarının KOB evlərində fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini və daşınma qaydasını təsdiq edir;

6.4.8. Agentliyin cari fəaliyyəti ilə bağlı bu Nizamnamədə ona həvalə edilmiş vəzifələrin icra vəziyyəti barədə Şuraya hesabat verir;

6.4.9. Agentliyin Aparatının və qurumlarının xərclər smetasını təsdiq edir;

6.4.10. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

6.4.11. Agentliyin və KOB evlərinin, o cümlədən Agentliyin idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi haqqında qərarlar qəbul edir;

6.4.12. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, o cümlədən Agentliyə işə qəbul, əməkdaşların qiymətləndirilməsi və daxili intizam qaydalarını, əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini, sənədlərin nümunəvi formalarını, habelə Agentliyin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;

6.4.13. Agentlik və KOB evləri əməkdaşlarının etik davranış qaydalarını təsdiq edir, həmin qaydalara nəzarəti, monitorinqi və qiymətləndirməni təşkil edir;

6.4.14. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır və aidiyyəti üzrə təqdim edir;

6.4.15. Agentliyin yerli və ya xarici kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

6.4.16. Agentliyin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunla nəzərdə tutulmuş mənbələrdən Agentliyin sərəncamına daxil olan vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

6.4.17. Agentliyin göstərdiyi xidmətlərin operativlik, şəffaflıq və məsuliyyət prinsipləri əsasında həyata keçirilməsini təmin edir;

6.4.18. Agentliyin illik hesabatını, mühasibat balansını və digər maliyyə hesabatlarını imzalayır və qeyd olunan sənədləri kənar auditorun rəyi ilə birlikdə Şuraya təqdim edir; [12]

6.4.19. Agentlik işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi ilə bağlı tədbirlər görür;

6.4.20. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

6.4.21. Agentliyin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün öz səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

6.4.22. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;

6.4.23. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

6.4.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq komissiyalar, komitələr və işçi qruplar yaradır;

6.4.25. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

6.4.26. cari və operativ məsələlər barədə Nazirliyi məlumatlandırır;

6.4.27. Agentliyin (o cümlədən KOB evlərinin) idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin təsdiq olunmuş gəlir və xərclər smetaları üzrə xərclərin ödənilməsini təmin edir, yaranan mübahisələri həll edir;

6.4.28. Nazirliklə razılaşdırmaqla, Agentliyin mərkəzləşdirilmiş fondlarının yaradılması və onlardan istifadə qaydaları barədə qərarlar qəbul edir;

6.4.29. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

6.4.30. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

6.4.31. konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;

6.4.32. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

7. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

7.1. Agentliyin nizamnamə fondu 10 126 118 (on milyon yüz iyirmi altı min yüz on səkkiz) manatdır. [13]

7.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitlərdən formalaşır.

7.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

7.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə olunmuş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

7.5. KOB evlərində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə və s.) görə ödənilən dövlət rüsumunun və digər ödənişlərin (haqların) qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş hissəsi Agentliyin hesabına köçürülür. [14]

7.6. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

7.7. Agentlik göstərdiyi və əlaqələndirdiyi iş və xidmətlərin qiymətlərini müəyyən edir.

8. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

8.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Nazirlik həyata keçirir.

8.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

9. Agentlikdə uçot və hesabat

9.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

9.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır və statistik hesabatları tərtib edir.

9.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

9.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün auditor cəlb edir.

10. Agentliyin yenidən təşkili və ləğvi

Agentliyin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin

1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aparatı

2. Kiçik və orta biznes evləri

3. Kiçik və orta biznesin inkişafı mərkəzləri

4. Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi

5. Kiçik və orta biznesin inkişafı fondları.

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə

Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı

Dövlət orqanının (qurumunun) adı [15]

Göstərdiyi xidmətlər

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

1. kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması

2. kommersiya hüquqi şəxslərinin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi

3. kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması

4. fiziki şəxslərin vergi uçotundan çıxarılması

5. nəzarət-kassa aparatının qeydiyyatı və qeydiyyatdan çıxarılması

6. vergi bəyannamələrinin qəbul edilməsi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1. əmək müqaviləsi bildirişlərinin qeydiyyatı

2. dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi [17]

3. məcburi dövlət sosial sığortası üzrə hesabatların qəbulu

4. məşğulluq (o cümlədən özünüməşğulluq) xidməti

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

1. səlahiyyətli iqtisadi operator statusunun verilməsi

2. gömrük prosedurları ilə bağlı icazələr alınması

3. malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi

4. rüsumsuz ticarət mağazasının yaradılması

5. hasilatın pay bölgüsü sazişlərinə əsasən, subpodratçılara idxal zamanı rüsum və vergilərdən azadolunma sertifikatının verilməsi

6. yük müşayiət sənədlərinin (Bar code, CMR, AWB, Invoice, Packing list, Certificate of Origin) mal sahibinə təhvil verilməsi

7. malın gömrük dəyərinin müəyyənləşdirilməsi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

1. lisenziyaların verilməsi

2. aşağıdakı icazələrin verilməsi:

– xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi

– sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi [18]

– investisiya təşviqi sənədi

– sənaye, yaxud texnologiyalar parklarının rezidentinə, idarəedici təşkilatına və operatoruna, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənəd

– malın mənşə ölkəsini təsdiq edən sertifikat

– “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə

– “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə [19]

3. Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun göstərdiyi xidmətlər [20]

4. kommersiya hüquqi şəxslərinə münasibətdə qrantların qeydiyyatı

5. məsləhət və əlaqələndirmə xidmətləri göstərilməsi:

– “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin fəaliyyəti üzrə

Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti üzrə [21]

6. kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması

7. kommersiya hüquqi şəxslərinin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi

8. kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması

9. fiziki şəxslərin vergi uçotundan çıxarılması

10. nəzarət-kassa aparatının qeydiyyatı və qeydiyyatdan çıxarılması

11. vergi bəyannamələrinin qəbul edilməsi

12. “ASAN imza”nın verilməsi

13. standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı və uyğunluğun təsdiqi barədə təsdiqedici sənədlərin verilməsi

14. daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı [22]

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

1. su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi

2. dövlət ekoloji ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert rəyinin verilməsi

3. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verilməsi

4. balıqovlama biletinin verilməsi

5. zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, belə kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə verilməsi

6. kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) verilməsi

7. yaşıllığın götürülməsi vərəqinin verilməsi

8. yerin təkindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə müəyyən sahələrə “Dağ-mədən ayırması” statusunun verilməsi

9. geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi

Azərbaycan Respublikasının Energetika Nazirliyi

1. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə verilməsi

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazə verilməsi

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi

4. sənaye qaz qurğusunun istismarına icazə verilməsi

5. neft və neft məhsullarının emalına icazə verilməsi

6. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi

7. ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi

8. elektrik enerjisinin ötürülməsinə icazə verilməsi

9. elektrik enerjisinin paylanmasına icazə verilməsi

10. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə verilməsi

11. qazın istehsalına və təbii qazın emalına icazə verilməsi

12. qazın nəqli üçün icazə verilməsi

13. qazın paylanmasına icazə verilməsi

14. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə verilməsi

15. neft və qaz yataqlarının kəşfiyyatına icazə verilməsi

16. neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə verilməsi

17. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə verilməsi [23]

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

1. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə verilməsi

2. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi

3. təhlükə potensiallı obyektlərin dövlət reyestrinə daxil edilməsi barədə çıxarışın verilməsi

4. ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə verilməsi

5. ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələndirilməsinə, hazırlanmasına, yerləşdirilməsinə, inşasına, istismarına və istismardan çıxarılmasına icazə verilməsi

6. ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsinə və hazırlanmasına icazə verilməsi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

1. “Aqroservis” ASC-nin göstərdiyi xidmətlər [24]

2. Aqrar Kredit və İnkişaf Agentliyinin fəaliyyəti ilə bağlı əlaqələndirmə və məsləhət xidmətinin göstərilməsi [25]

3. “Aqrar tədarük və təchizat” ASC-nin göstərdiyi xidmətlər [26]

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğasının vurulması

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

1. mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi

2. sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

turizm obyektlərinin xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq sənədlərin verilməsi

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi [27]

1. beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən “İcazə” blankının verilməsi [28]

2. Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara xarici ölkələrin “İcazə” blankının verilməsi

3. Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergiödəyicilərinə hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı”nın verilməsi

4. vergiödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özlərinə məxsus yüklərin daşınmasında istifadə etdikləri avtomobil nəqliyyatı vasitələri üçün “Xüsusi fərqlənmə nişanı”nın verilməsi

5. Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının digər inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşımanın təşkili) haqqında müqavilənin bağlanması [29]

6. təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi

7. nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilənin bağlanması

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi radioelektron vasitələrinin istifadəsinə icazə vərəqəsinin verilməsi

9. texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi

10. texnoloji biznes inkubatoruna qeydiyyat şəhadətnaməsinin verilməsi

11. texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru tərəfindən texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi

12. avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi

13. dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrə uyğun sənədlərin verilməsi

14. gəmi agenti xidmətləri göstərilməsi üçün sertifikat verilməsi

15. dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə şəhadətnamənin verilməsi

16. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyəti üzrə əlaqələndirmə və məsləhət xidmətləri göstərilməsi [30]

17. e-imzanın verilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

1. gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamə verilməsi

2. dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi

3. dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilməsi

4. “Psixotrop vasitələr haqqında” Konvensiyanın 1-ci və 2-ci siyahılarında nəzərdə tutulmuş psixotrop maddələrin idxalına və ixracına icazə verilməsi

Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin, uyğunluğunun qiymətləndirilməsi ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

1. ixtira, faydalı model, sənaye nümunəsinin qeydiyyatı

2. elmi-texniki nailiyyətlərin, yeni texnologiya və avadanlığın ixracı ilə əlaqədar rəylərin verilməsi

3. əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı

4. yeni ideyaların müəllif hüququnun qeydiyyatı ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi

Azərbaycan Respublikasının Auditorlar Palatası

auditor adı almaq üçün ixtisas imtahanının nəticələrini təsdiq edən sənədin verilməsi

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi

Bakı Nəqliyyat Agentliyi

1. Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergiödəyicilərinə hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı”nın verilməsi

2. vergiödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özlərinə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün “Xüsusi fərqlənmə nişanı”nın verilməsi

3. Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma haqqında müqavilənin bağlanılması [31]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

1. qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış verilməsi

2. idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyatı şəhadətnaməsinin verilməsi

3. idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının, ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi [32]

4. ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənədin (baytarlıq şəhadətnaməsi, arayışı, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişanın) verilməsi [33]

5. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsi

6. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, daxili karantin sertifikatının verilməsi

7. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi

Azərbaycan Milli Elmlər Akademiyası

texnologiyalar parklarının rezidentinə, idarəedici təşkilatına və operatoruna texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi

Rayon (şəhər) icra hakimiyyətləri

1. ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə müqavilə bağlanması

2. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikintiyə icazə verilməsi [34]

3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektinin istismarına icazə verilməsi [35]

4. səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə icazə verilməsi

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

rəsmi statistik hesabatların qəbul edilməsi

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi

daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışların verilməsi

1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə texniki şərtlərin verilməsi

2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid abonentlərə eyniləşdirmə aktlarının verilməsi

3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin adlarının dəyişdirilməsi

4. yeni istehlakçının qeydiyyata alınması və kartların verilməsi

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC

ərzaq məhsullarının satın alınmasının (o cümlədən avans vəsaiti verilməsinin) təşkil edilməsi

“Azərbaycan Hava Yolları” QSC,

“Azərbaycan Dəmir Yolları” QSC,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

sifarişlərin qəbulu, onların icrası ilə bağlı əlaqələndirmə və məlumatlandırma

Azərbaycan Respublikasının Gənclər Fondu

mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək layihələrin dəstəklənməsi və məlumatlandırma

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək layihələrin dəstəklənməsi və məlumatlandırma

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

1. mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün kredit zəmanətinin verilməsi

2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin faizlərinin subsidiyalaşdırılması ilə bağlı müraciətlərin qəbulu

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 4 oktyabr 2018-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, № 223 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1991 )

2. 27 noyabr 2018-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2287)

3. 1 mart 2019-cu il tarixli 570 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 411 )

4. 10 aprel 2019-cu il tarixli 619 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 12 aprel 2019-cu il, № 78 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 619 )

5. 15 may 2019-cu il tarixli 687 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 16 may 2019-cu il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 839 )

6. 21 may 2019-cu il tarixli 703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 855 )

7. 12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027)

9. 30 yanvar 2020-ci il tarixli 916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 31 yanvar 2020-ci il, № 20 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 5 )

10. 25 fevral 2020-ci il tarixli 942 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 27 fevral 2020-ci il, № 44 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 100 )

11. 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039 )

12. 23 noyabr 2020-ci il tarixli 1188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 24 noyabr 2020-ci il, № 245 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1357 )

13. 25 yanvar 2021-ci il tarixli 1260 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 26 yanvar 2021-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 30 )

14. 16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “ Azərbaycan ” qəzeti, 18 iyun 2021-ci il, № 125 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579 )

15. 23 iyun 2021-ci il tarixli 1378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 24 iyun 2021-ci il, № 130 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 593 )

16. 9 avqust 2021-ci il tarixli 1416 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 11 avqust 2021-ci il, № 166 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 908 )

18. 29 dekabr 2021-ci il tarixli 1551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1416 )

19. 5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 305 )

20. 5 aprel 2022-ci il tarixli 1645 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 306 )

21. 7 may 2022-ci il tarixli 1675 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 8 may 2022-ci il, № 95 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 443 )

22. 18 may 2022-ci il tarixli 1680 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 19 may 2022-ci il, № 104 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 44 8 )

23. 21 oktyabr 2022-ci il tarixli 1859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 21 oktyabr 2022-ci il, “Xalq” qəzeti 22 oktyabr 2022-ci il № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10 maddə 113 6 )

24. 28 dekabr 2022-ci il tarixli 1928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Xalq” qəzeti 29 dekabr 2022-ci il, № 286)

25. 26 yanvar 2023-cü il tarixli 2001 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 26 yanvar 2023-cü il, “ Azərbaycan ” qəzeti 27 yanvar 2023-cü il, № 18)

26. 20 fevral 2023-cü il tarixli 2037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 20 fevral 2023-cü il, “Xalq” qəzeti, 21 fevral 2023-cü il, № 39 )

27. 10 mart 2023-cü il tarixli nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 10 mart 2023-cü il, “Xalq” qəzeti, 11 mart 2023-cü il, № 54 )

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 16 dekabr 2019-cu il tarixli 878 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 17 dekabr 2019-cu il, № 280 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1921 ) ilə 5.2-ci bənd ləğv edilmişdir.

[2] 28 dekabr 2022-ci il tarixli 1928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Xalq” qəzeti 29 dekabr 2022-ci il, № 286) ilə 8.3-cü bənd ləğv olunmuşdur və yeni məzmunda 8-1-ci hissə əlavə edilmişdir.

[3] 21 oktyabr 2022-ci il tarixli 1859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 21 oktyabr 2022-ci il, “Xalq” qəzeti 22 oktyabr 2022-ci il № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10 maddə 113 6 ) ilə 10-cu hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

[4] 23 noyabr 2020-ci il tarixli 1188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 24 noyabr 2020-ci il, № 245 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1357 ) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.12-1-ci yarımbənd əlavə edilmişdir.

[5] 9 avqust 2021-ci il tarixli 1416 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 11 avqust 2021-ci il, № 166 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 908 ) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.1.28-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.28. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə tələb olunan sənədlər, vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.), biliklərin və resursların mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə “e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda “Sahibkarın elektron kabineti” bölməsinin və “Elektron sahibkar” sisteminin yaradılmasını, elektron xidmətlərin mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək;

[6] 9 avqust 2021-ci il tarixli 1416 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 11 avqust 2021-ci il, № 166 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 908 ) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.1.29-cu yarımbəndində “işini əlaqələndirmək” sözləri “əlaqələndirilməsini” sözü ilə, “təşkil etmək üçün portalın daxilində “KOB e-şəbəkə”sini yaratmaq və elektron xidmətlərin mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək” sözləri “portalın “Biznes Naviqator” altsistemi vasitəsilə təşkil etmək” sözləri ilə əvəz edilmişdir.

[7] 26 yanvar 2023-cü il tarixli 2001 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 26 yanvar 2023-cü il, “ Azərbaycan ” qəzeti 27 yanvar 2023-cü il, № 18) ilə “Az ə rbaycan Respublikasının Kiçik v ə Orta Biznesin İnkişafı Agentliyinin Nizamnam ə si”nin 3.1.31-ci yarımb ə ndi yeni redaksiyada veril mişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.1.31. sahibkarların vahid reyestrinin aparılması və təkmilləşdirilməsi üçün dövlət orqanlarına müvafiq təkliflər vermək;

[8] 30 yanvar 2020-ci il tarixli 916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 31 yanvar 2020-ci il, № 20 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 5 ) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.31-1-ci və yarımbənd əlavə edilmişdir.

[9] 30 yanvar 2020-ci il tarixli 916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 31 yanvar 2020-ci il, № 20 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 5 ) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.43-1-ci və yarımbənd əlavə edilmişdir.

[10] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039 ) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.2.9-cu yarımbəndində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.

[11] 28 dekabr 2022-ci il tarixli 1928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Xalq” qəzeti 29 dekabr 2022-ci il, № 286) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 5.2-ci bəndinin birinci cümləsindən “vergilər,” sözü çıxarılmışdır və həmin cümləyə “müavinindən” sözündən sonra “, Nazirliyin yanında Dövlət Vergi Xidməti rəisinin müavinindən” sözləri əlavə edilmişdir.

[12] 1 mart 2019-cu il tarixli 570 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 411 ) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 6.4.18-ci yarımbəndindən “mühasibat balansını və digər” sözləri çıxarılmışdır.

[13] 16 dekabr 2019-cu il tarixli 878 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 17 dekabr 2019-cu il, № 280 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1921 ) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 7.1-ci bəndində “5,0 (beş) milyon” sözləri “10 126 118 (on milyon yüz iyirmi altı min yüz on səkkiz)” sözləri ilə əvəz edilmişdir.

[14] 18 may 2022-ci il tarixli 1680 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 19 may 2022-ci il, № 104 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 44 8 ) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 7.5-ci bəndindən “dövlət rüsumunun və digər” sözləri çıxarılmışdır.

[15] 15 may 2019-cu il tarixli 687 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 16 may 2019-cu il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 839 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın “Dövlət orqanının adı” sütununda “orqanının” sözündən sonra “(qurumunun)” sözü əlavə edilmişdir.

[16] 28 dekabr 2022-ci il tarixli 1928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Xalq” qəzeti 29 dekabr 2022-ci il, № 286) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 1. 1-ci, 15-ci və 24-cü hissələr ləğv edilmişdir.

[17] 16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “ Azərbaycan ” qəzeti, 18 iyun 2021-ci il, № 125 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 2-ci hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “şəhadətnaməsinin verilməsi” sözləri “sistemində fərdi uçotun həyata keçirilməsi” sözləri ilə əvəz edilmişdir.

[18] 21 dekabr 2021-ci il tarixli 1504 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 22 dekabr 2021-ci il, № 278 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1369 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndinin üçüncü abzasına “sənaye parkının” sözlərindən sonra “, sənaye məhəlləsinin və aqroparkın rezidentinin” sözləri əlavə edilmişdir.

[19] 10 mart 2023-cü il tarixli nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 10 mart 2023-cü il, “Xalq” qəzeti, 11 mart 2023-cü il, № 54 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndinə yeni məzmunda yeddinci və səkkizinci abzaslar əlavə edilmişdir.

[20] 25 fevral 2020-ci il tarixli 942 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 27 fevral 2020-ci il, № 44 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 100 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununda “AZPROMO-nun” sözü “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

29 dekabr 2021-ci il tarixli 1551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1416 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununa “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin” sözlərindən sonra “ – AZPROMO-nun” sözü əlavə edilmişdir.

[21] 27 noyabr 2018-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2287) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısının 4-cü hissəsində “Göstərdiyi xidmətlər” sütununda “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilmişdir.

[22] 28 dekabr 2022-ci il tarixli 1928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Xalq” qəzeti 29 dekabr 2022-ci il, № 286) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissənin “Göstərdiyi xidmətlər” sütununa yeni məzmunda 6 –14-cü hissələr əlavə edilmişdir.

[23] 10 mart 2023-cü il tarixli nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 10 mart 2023-cü il, “Xalq” qəzeti, 11 mart 2023-cü il, № 54 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 7-ci hissənin “Göstərdiyi xidmətlər” sütununa yeni məzmunda 6 – 17-ci bəndlər əlavə edilmişdir.

[24] 25 yanvar 2021-ci il tarixli 1260 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 26 yanvar 2021-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 30 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 9-cu hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 1-ci bəndində “Aqrolizinq” sözü “Aqroservis” sözü ilə əvəz edilmişdir.

[25] 21 may 2019-cu il tarixli 703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 855 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 9-cu hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin” sözləri “Aqrar Kredit və İnkişaf Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

[26] 10 aprel 2019-cu il tarixli 619 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 12 aprel 2019-cu il, № 78 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 619 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” hissəsinin “Göstərdiyi xidmətlər” sütununa yeni məzmunda 3-cü bənd əlavə edilmişdir.

[27] 21 oktyabr 2022-ci il tarixli 1859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 21 oktyabr 2022-ci il, “Xalq” qəzeti 22 oktyabr 2022-ci il № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10 maddə 113 6 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissəsinin “Dövlət orqanının (qurumunun) adı” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

[28] 23 iyun 2021-ci il tarixli 1378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 24 iyun 2021-ci il, № 130 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 593 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissəsinin 1-ci bəndində “dövlətlərin” sözü “dövlətlərdə qeydiyyatda olan” sözləri ilə əvəz edilmişdir.

[29] 15 may 2019-cu il tarixli 687 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 16 may 2019-cu il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 839 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 5-ci bəndinə “avtomobil” sözündən əvvəl “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının digər inzibati ərazilərində” sözləri əlavə edilmişdir.

21 oktyabr 2022-ci il tarixli 1859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 21 oktyabr 2022-ci il, “Xalq” qəzeti 22 oktyabr 2022-ci il № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10 maddə 113 6 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 5-ci bəndinə “, Sumqayıt və Gəncə şəhərlərinin” sözləri “şəhərinin” sözü ilə əvəz edilmişdir.

[30] 12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 16-cı bəndində “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun” sözləri “İnnovasiyalar Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

21 oktyabr 2022-ci il tarixli 1859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 21 oktyabr 2022-ci il, “Xalq” qəzeti 22 oktyabr 2022-ci il № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10 maddə 113 6 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 16-cı bəndində “İnnovasiyalar” sözü “İnnovasiya və Rəqəmsal İnkişaf” sözləri ilə əvəz edilmişdir.

[31] 15 may 2019-cu il tarixli 687 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 16 may 2019-cu il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 839 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 19-cu hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 3-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşınmanın təşkili) haqqında müqavilənin bağlanması

[32] 20 fevral 2023-cü il tarixli 2037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 20 fevral 2023-cü il, “Xalq” qəzeti, 21 fevral 2023-cü il, № 39 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 20-ci hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 1-ci və 3-cü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarışın verilməsi

3. qida təhlükəsizliyi sertifikatının verilməsi

[33] 7 may 2022-ci il tarixli 1675 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 8 may 2022-ci il, № 95 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 443 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 20-ci hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 4-cü bəndinə “baytarlıq şəhadətnaməsi,” sözlərindən sonra “arayışı,” sözü əlavə edilmişdir.

[34] 5 aprel 2022-ci il tarixli 1645 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 306 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 22-ci hissəsində 2-ci bəndə “tikintiyə” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda” sözləri əlavə edilmişdir.

[35] 5 aprel 2022-ci il tarixli 1645 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 306 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 22-ci hissəsində 3-cü bəndə “tikinti” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda” sözləri əlavə edilmişdir.

[36] 4 oktyabr 2018-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, № 223 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1991 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 25-ci hissəsi ləğv edilmişdir.

[37] 10 aprel 2019-cu il tarixli 619 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Xalq ” qəzeti, 12 aprel 2019-cu il, № 78 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 619 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 27-ci hissəsi ləğv edilmişdir.

[38] 5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 305 ) ilə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 30-cu hissəsi ləğv edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.