Azerice – Türkçe çeviri (v1.4 yeni)
Qeyd: “Müvafiq üç imtahan fənni” dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.
Biznesin təşkili və idarə edilməsi
DÖVLƏT İMTAHAN MƏRKƏZİ
2021/2022-ci TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN BAKALAVRİAT SƏVİYYƏSİNƏ
TƏLƏBƏ QƏBULU ELAN EDİR
Ərizə qəbulu
1. Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.
Yüksək texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
2. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2021-ci il mayın 26-dan iyunun 8-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə ( eservices.dim.gov.az/erizebak/erize ) da xil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır (bax: səh. 25, “ Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat ” ) .
3. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.
4. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2635 nömrəli Sərəncamı na əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– şəhid ailəsinin üzvləri;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
– məcburi köçkün statusu olan şəxslər;
– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Azərbaycan Respublikası Prezidentinin 2021‑ci il 7 may tarixli 2635 nömrəli Sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlər elektron ərizələrini təsdiq etməzdən (etdirməzdən) əvvəl DİM-in internet səhifəsində eyni adlı qeydiyyat sistemində qeydiyyatdan keçməlidirlər ( https://ekabinet.dim.gov.az/pSerencam2635.aspx).
5. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir. İmtahanın ikinci mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) keçirilməsi nəzərdə tutulur. Bu halda abituriyentlər hər iki cəhd üzrə (hər cəhddə bir dəfə olmaqla) imtahanda iştirak edə bilərlər. Hər iki cəhddə iştirak edən abituriyentlər ikinci cəhddə birincidəkindən fərqli ixtisas qrupu üzrə imtahan verə bilərlər. I‑IV ixtisas qrupları üzrə ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər qəbul imtahanının ikinci mərhələsinin 1-ci cəhdində iştirak edirlər. 2-ci cəhddə də iştirak etmək istəyən abituriyentlər DİM tərəfindən elan olunacaq müddətdə şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçirlər. Koronavirus pandemiyası ilə əlaqədar respublikamızda yaranmış sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməyəcəyi barədə əlavə məlumat DİM-in internet səhifəsində veriləcəkdir.
6. Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin həm I-IV ixtisas qruplarına (hər hansı biri və yaxud ikisi üzrə) daxil olan ixtisaslar, həm V ixtisas qrupuna daxil olan ixtisaslar, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq bəndləri qeyd etməlidirlər.
7. Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 7.1 və 7.2-ci bəndlər) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):
7.1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər (kişi cinsli abituriyentlər 8-ci bənddə göstərilən şərtləri ödədikləri halda) elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən 2- ci bənddə göstərilən müddətdə özləri təsdiq edirlər:
– Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;
– Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən abituriyentlər;
– Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər;
– 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər.
7.2. Digər abituriyentlər elektron ərizələrini doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10-dan 17-dək fəaliyyət göstərirlər:
DİM-in Bakı şəhərində yerləşən inzibati binaları:
– Bakı ş, Yasamal r, Mikayıl Müşfiq küç., 1M
– Bakı ş, Nəsimi r, Abdulvahab Salamzadə küç., 28
– Bakı ş, Nərimanov r, Koroğlu Rəhimov küç., 108A
DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
DİM-in Gəncə Regional Bölməsi
(Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
DİM-in Lənkəran Regional Bölməsi
(Lənkəran ş., H.Aslanov xiyabanı, 52);
DİM-in Xaçmaz Regional Bölməsi
(Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
DİM-in Şəki Regional Bölməsi
(Şəki ş., M.Rəsulzadə prospekti, 182);
DİM-in Şirvan Regional Bölməsi
(Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
DİM-in Göyçay Regional Bölməsi
(Göyçay ş., Rauf İsayev küçəsi, 43);
DİM-in Bərdə Regional Bölməsi
(Bərdə ş., H. Əliyev prospekti, 88);
DİM-in Şəmkir Regional Bölməsi
(Şəmkir ş., Bakı – Qazax şosesi, İnzibati bina –“west gate”).
7.3. Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər (elektron ərizələrinin iş nömrələrini bildirməklə) SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:
– şəxsiyyətlərini təsdiq edən sənədin əslini:
· Azərbaycan Respublikasının vətəndaşları
şəxsiyyət vəsiqələrini;
· əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;
· vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;
· Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
· qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
– tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini [1] (yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları ümumi təhsil müəssisəsi tərəfindən verilən, müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı – “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na
2 nömrəli əlavə [2] );
– Azərbaycan Respublikasında ali təhsil müəssisələrini ödənişli əsaslarla bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə ali təhsil müəssisələrini bitirənlər istisna olmaqla) dövlət hesablı yerlərin müsabiqəsində iştirak etmək üçün bitirdikləri təhsil müəssisələri tərəfindən verilən və ali təhsilinin ödənişli əsaslarla olmasını təsdiq edən arayışı ( “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na
3 nömrəli əlavə [3] );
– hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;
– əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.
– SQK-ya təqdim olunan sənədlərdə ad, soyad və ya ata adı fərqlənərsə, abituriyent tələb olunan sənədlərlə birlikdə ad, soyad və ya ata adının dəyişdirilməsini təsdiq edən sənədi və ya sənədləri də təqdim edir.
Qeyd: Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti 01 yanvar 2021-ci il tarixə qədər bitmiş olan abituriyentlər ərizə vermək üçün yeni şəxsiyyət vəsiqəsi almalıdırlar.
8. 1986-2003-cü il təvəllüdlü (31.07.2003-cü il tarixədək anadan olmuş) 35 yaşınadək olan kişi cinsli abituriyentlərin elektron ərziələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunmalıdır.
Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin, 30.07.2003-cü il tarixdən sonra doğulmuş əvvəlki ilin məzunu olan abituriyentlərin və 35 yaşı tamam olmuş abituriyentlərin elektron ərziələri SHXÇDX-in elektron-məlumat bazasına sorğu verilmədən təsdiq edilir.
Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
9. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər 2-ci bənddə göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməklə (etdirməklə) yanaşı, müvafiq ali təhsil müəssisələrinin müəyyən etdikləri xüsusi prosedurlardan keçməlidirlər (bax: Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul elanları, “Abituriyent” jurnalının 2021-ci il tarixli 1-ci nömrəsi, səh. 170-175 və digər müvafiq informasiya mənbələri).
Xüsusi qabiliyyət imtahanlarına qeydiyyat
10. Xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ‑lər) üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini (bax: səh. 21) ödəyən abituriyentlər imtahanların nəticəsi elan olunduqdan sonra (ixtisas qrupları üzrə) DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdikləri XQTİ-nin aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
Elanın “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin cari ildə seçdikləri (qeydiyyatdan keçdikləri) ilk komissiya üzrə, 4 -cü bəndində göstərilən kateqoriyalardan olan abituriyentlərin isə seçdikləri (qeydiyyatdan keçdikləri) bütün komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Qeydiyyatdan keçmiş abituriyentlər DİM tərəfindən elan olunacaq müddətdə qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir ( “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı ) və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la qiymətləndirilir. XQTİ‑ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən abituriyentlər seçə bilərlər (bax: səh. 21-də “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri” adlı cədvəl).
Qeyd: Orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslərin (subbakalavrların) ərizə qəbulu ilə bağlı ətraflı məlumat 24-cü səhifədə təqdim olunmuşdur.
Ərizə qəbulu ilə bağlı xüsusi hallar
11. Qəbul imtahanının birinci mərhələsinin nəticəsi 2 il qüvvədə olduğuna görə 2020-ci ildə qəbul imtahanının I mərhələsində iştirak edən abituriyent cari ildə qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür. Həmin abituriyent cari ildə ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupu ixtisasları üzrə müsabiqədə iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və b u zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda isə ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edir. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir.
12. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
Elanın “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4 -cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir .
Qeydiyyatdan keçən abituriyentlər DİM tərəfindən elan olunacaq tarixdə qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.
13. Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəkləri xarici dil kimi ingilis dilini seçməlidirlər.
14. Milli Aviasiya Akademiyasının I qrup ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəkləri xarici dil kimi ingilis dilini seçməlidirlər.
Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” ixtisasına 23 yaşına çatmamış kişi cinsli abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisasına isə 23 yaşına çatmamış həm kişi, həm də qadın cinsli abituriyentlər ərizə verə bilərlər.
Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 2-ci bənddə göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq etdikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi və psixoloji müayinədən və “Psixofizioloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən keçməli, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə normativləri yerinə yetirməlidirlər.
15. ADA” Universitetinin bakalavriat səviyyəsinə qəbul iki yolla aparılır:
1) DİM-in keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən
“ADA” Universitetinin I, II və III qruplara daxil olan ixtisasları üzrə müsabiqəyə ümumi balı 400-dən ( imtahanın ikinci mərhələsi üzrə balı 100-dən) az olmayan abituriyentlər buraxılırlar.
2) Beynəlxalq SAT imtahanının nəticəsinə əsasən
“ADA” Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya IBT üzrə minimum 75, ya PTE üzrə minimum 50 və ya Duolingo English Test üzrə minimum 95 balı olan abituriyentlər də buraxılacaqlar. “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Maliyyə”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və “Riyaziyyat” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:
– Abituriyentlər iyun ayının 8-dək ümumi qaydada “Abituriyentin elektron ərizəsi”ni doldururlar və təsdiq edirlər (etdirirlər);
– İyun ayının 30-dək təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi”nin surətini və SAT imtahanının nəticəsi barədə məlumatı kağız daşıyıcıda DİM-ə təqdim edirlər, elektron şəkildə isə SAT imtahanının nəticəsini “College Board”-un saytı (https://www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) göndərirlər;
– İyun ayının 30-dək ingilis dili imtahanının nəticəsini kağız daşıyıcıda DİM-ə təqdim edirlər;
– İyun ayının 30-dək “ADA” Universitetinin elektron ərizə formasını ( www.ada.edu.az/apply ) doldururlar;
– İyun ayının 30-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”-un saytı (https://www.collegeboard.org) vasitəsilə “ADA” Universitetinə (kod 7799) göndərirlər;
– İyun ayının 30-dək ingilis dili imtahanının nəticəsini “ADA” Universitetinin elektron ərizə formasına yükləyirlər və “ADA” Universitetinə elektron şəkildə göndərirlər;
“ADA” Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin “Azərbaycan dili” (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur.
“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.
Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən “ADA” Universitetinin ixtisaslarına müsabiqə yolu ilə qəbulu aparılmır.
16. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin “Hərbi tibb” və “Stomatologiya” ixtisasları üzrə cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər təhsil ala bilərlər. Bu ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməli, sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçməlidirlər.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib, həmin təhsil müəssisəsində hərbi həkim komissiyasından keçməlidirlər.
17. Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balları ən azı 150, imtahanın ikinci mərhələsi üzrə balları isə ən azı 50 olduğu halda, imtahan nəticələri elan olunduqdan sonra DİM tərəfindən müəyyən olunacaq müddətdə eservices.dim.gov.az/qabiliyyet internet səhifəsində müvafiq bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir .
Elanın “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə müsahibədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4 -cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə müsahibədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir .
Qeydiyyatdan keçən abituriyentlər elan olunacaq tarixlərdə Azərbaycan İlahiyyat İnstitutunda yaradılan dini-psixoloji komissiya tərəfindən aparılan müsahibədə iştirak edirlər. Müsahibənin proqramı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilmişdir. Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə bilərlər.
18. Azərbaycan Dövlət Dəniz Akademiyasının tədrisi ingilis dilində olan “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 50‑dən az olmayan abituriyentlər buraxılır.
19. Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur. Aşağıdakı cədvəldə hər bir ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin hansı xarici dildən imtahan verəcəyi göstərilir:
İxtisasların adları
Xarici dillər
Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
xarici dil seçiminə heç bir məhdudiyyət qoyulmur
Xarici dil müəllimliyi (alman dili)
Dil və ədəbiyyat müəllimliyi (alman dil i və ədəbiyyatı müəllimliyi)
Regionşünaslıq (Almaniya üzrə)
Filologiya (alman dili və ədəbiyyatı)
Tərcümə (alman dili)
alman və ya ingilis dili
Xarici dil müəllimliyi (fransız dili)
Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)
Regionşünaslıq (Fransa üzrə)
Filologiya (fransız dili və ədəbiyyatı)
Tərcümə (fransız dili)
fransız və ya ingilis dili
Regionşünaslıq (ərəb ölkələri üzrə)
ərəb və ya ingilis dili
20. Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər.
İmtahanların keçirilməsi
1. Hər bir imtahanın yeri və vaxtı barədə məlumat imtahandan azı 5 gün əvvəl DİM-in saytında təqdim olunur.
Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.
Qəbul imtahanının birinci mərhələsi DİM tərəfindən elan olunacaq tarixdə keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) DİM tərəfindən elan olunacaq tarixlərdə keçirilməsi nəzərdə tutulur. Abituriyentlər hər iki cəhddə iştirak edə bilərlər. Hər iki cəhddə iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər.
V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər qəbul imtahanının birinci mərhələsi üzrə imtahan vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.
2. Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:
Xarici dil
– Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;
– Qapalı tipli 16 tapşırıq;
– Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.
Azərbaycan (rus) dili
– Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
– Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.
Riyaziyyat
– Qapalı tipli 13 tapşırıq;
– Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;
– Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.
Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahan üzrə balların hesablanma (ümumi və fənlər üzrə) qaydası 22-ci səhifədə təqdim olunub. İmtahanın müddəti 3 saatdır.
Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticəsi 2 il qüvvədə olur. Abituriyent müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari və növbəti tədris illərində ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Lakin abituriyentin I-IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün müvafiq illərdə qəbul imtahanının ikinci mərhələsində iştirakı zəruridir. Beləliklə, 2020-ci ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür. İmtahanda iştirak etdiyi halda isə müsabiqəyə hansı imtahanın nəticəsi ilə qatılacağını ixtisas seçimi zamanı özü müəyyən edir. 2020-ci ildəki qəbul imtahanının I mərhələsinin (buraxılış imtahanının) nəticəsinə əsasən cari ildə ali təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak etmək istəyənlər elanın “Ərizə qəbulu” bölməsinin 2-ci bəndində göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməlidirlər (etdirməlidirlər).
XQTİ-lərin müsabiqəsində iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olduğu üçün, XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsində (I-IV ixtisas qrupları üzrə) abituriyentlər ixtisas qrupları üzrə 3 fəndən imtahan verirlər. Hər bir fəndən 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilən situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu tapşırıqlar riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə isə mənbə əsasında hazırlanır. İxtisas qrupları üzrə imtahan fənləri aşağıdakılardır:
riyaziyyat, fizika, kimya;
riyaziyyat, coğrafiya, tarix;
qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili, tarix, ədəbiyyat;
biologiya, kimya, fizika.
Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür (jurnalın 23-cü səhifəsində balların hesablanma qaydası təqdim olunub). Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 3 saat vaxt ayrılır.
3. İmtahanlarda iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixlərdə internetdən hər bir imtahan üçün ayrıca “İmtahana buraxılış vərəqəsi”ni çap edir.
Abituriyent imtahana gələrkən aşağıdakı sənədləri özü ilə mütləq gətirməlidir:
– İmtahana buraxılış vərəqəsini (həmçinin “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni);
– Şəxsiyyətini təsdiq edən sənədin əslini (şəxsi kabinetdə qeyd olunan sənəd olmalıdır), ( “Şəxsi kabinet” yaratdıqdan sonra hər hansı bir səbəbdən şəxsiyyəti təsdiq edən sənədini dəyişən şəxs öz şəxsi kabinetinə daxil olub sənədini yeniləməlidir ):
· Azərbaycan Respublikasının vətəndaşları
şəxsiyyət vəsiqələrini;
· əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;
· vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;
· Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
· qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini.
– Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli (fotoşəkil son 3 ayda çəkilmiş olmalıdır, fotoşəklin üzərinə təhsil müəssisəsinin möhürü vurulmalıdır) arayışı (Əlavə 1).
4. Əlilliyi olan abituriyentlər üçün imtahan zamanı əlverişli şərait yaradılır. Bu abituriyentlər imtahana 14 gün qalmış əlilliyi təsdiq edən sənədlərin əslini DİM-ə və ya onun regional bölmələrinə təqdim etməli, və ya sənədlərin skan olunmuş surətini onlayn qaydada Mərkəzin elektron poçtuna göndərməlidirlər.
5. Abituriyentlər müəyyən olunmuş müddətdə imtahan nəticələri ilə əlaqədar elektron ərizə dolduraraq qeydiyyatdan keçməklə DİM tərəfindən yaradılan Apellyasiya Komissiyasına müraciət edə bilərlər. Apellyasiya Komissiyası onlayn şəkildə fəaliyyət göstərir. Abituriyentlər qeydiyyatdan keçərkən hansı şəkildə (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesində iştirak edəcəklərini bildirirlər.
6. Qəbul kampaniyası dövründə abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
– saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
– imtahana mobil telefon və digər rabitə vasitələri, xarici yaddaş qurğusu, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
– yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;
– səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq;
– başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə) , sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə) , sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
– nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
– cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
Yuxarıda göstərilən hərəkətlərə yol verməsi halları DİM tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
“Azərbaycan dili (dövlət dili kimi)”
fənnindən imtahan
7. Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “Azərbaycan dili (dövlət dili kimi)” fənnindən imtahan verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda iştirak ödənişlidir. Elanın “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin bir cəhd üzrə, 4 -cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə bütün cəhdlər üzrə (birdən çox cəhd olduğu halda) “Azərbaycan dili (dövlət dili kimi)” imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir .
Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri “Azərbaycan dili (dövlət dili kimi)” fənni imtahanı üzrə nisbi balı ən azı 50 olduqda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahanda nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və qəbul imtahanı çərçivəsində “ Azərbaycan dili (dövlət dili kimi)” fənnindən yenidən imtahan verirlər.
“Azərbaycan dili (dövlət dili kimi)” fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali təhsil müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.
“Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2020‑ci ildə bu imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.
Tədris dili və xarici dil imtahanları ilə
bağlı xüsusi hallar
8. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən və qəbul imtahanının I mərhələsinin nəticəsi kimi buraxılış imtahanının nəticəsi əsas götürülən abituriyentlər aşağıdakı hallarda qəbul imtahanının I mərhələsi üzrə DİM tərəfindən elan olunacaq tarixdə əlavə olaraq bəzi fənn və yaxud fənlərdən imtahan verirlər. Bu zaman onlar hər əlavə imtahan üçün ödəniş edirlər. Ödəniş etmək üçün abituriyent tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
– Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər.
– Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər isə ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər. Bu halda abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən, müsabiqəsində iştirak etmək istədikləri ixtisasların tədris dilinə uyğun olaraq ərizənin “Test imtahanı verəcəyi dil (bölmə)” bölməsində Azərbaycan və ya rus dilini seçirlər.
– Qəbul imtahanında buraxılış imtahanı çərçivəsində verdikləri xarici dil fənnindən fərqli xarici dil fənni üzrə imtahan vermək istəyən məzunlar müsabiqədə iştirak etmək üçün həmin xarici dildən imtahan verirlər. Bu halda abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər.
– Xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları istədikləri halda qəbul imtahanında xarici dil fənni üzrə imtahan verə bilərlər. Bu halda abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər. Qeyd olunan kateqoriyadan olan məzunlar xarici dil fənnindən imtahan vermək istəmədikləri halda “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən “Xarici dil” bölməsində “Xarici dildən imtahan vermək istəmirəm” bəndini seçirlər. Bu zaman onların qəbul imtahanının birinci mərhələsindən toplaya biləcəkləri maksimal balları iki fənn (Azərbaycan və ya rus dili və riyaziyyat) üzrə toplanan balların cəmlənməsi əsasında müəyyənləşməklə 200 bal təşkil edir.
Müsabiqənin keçirilməsi
1. Abituriyentlərin qəbul imtahanının mərhələləri üzrə topladıqları ballar elan olunduqdan sonra ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar üzrə internet vasitəsilə ixtisas seçimi aparılır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.3-cü bəndinə uyğun olaraq, müsabiqə şərtləri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir.
Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır.
Cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər.
Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:
I ixtisas qrupu üzrə:
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
– “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
– Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
– Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150‑dən və imtahanın ikinci mərhələsi üzrə balı 50‑dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
§ Torpaqşünaslıq və aqrokimya;
§ Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
II ixtisas qrupu üzrə:
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;
– Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
§ Biznesin idarə edilməsi;
§ Regionşünaslıq (regionlar üzrə);
§ Turizm işinin təşkili.
III ixtisas qrupu üzrə:
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;
– Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
§ Muzey, arxiv işi və abidələrin qorunması;
IV ixtisas qrupu üzrə:
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
– Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
– Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
– Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150‑dən və imtahanın ikinci mərhələsi üzrə balı 50‑dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
§ Bağçılıq və tərəvəzçilik;
§ Su bioehtiyatları və akvakultura.
Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən XQTİ-lər üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən XQTİ-lər üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Müsabiqə şərtləri “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri” adlı cədvəldə verilmişdir (bax: səh. 21).
Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər, ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.
2. Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
– təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
– xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal) [4] ;
– qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;
– qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;
– qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların [5] ) sayı;
– qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini [6] nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
– qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;
– qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.
Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
– abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;
– təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
– riyaziyyat fənni üzrə imtahan balı;
– Azərbaycan dili və ya rus dili fənni üzrə üzrə imtahan balı.
Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
– təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
– riyaziyyat fənni üzrə imtahan balı;
– Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı.
Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.
Müsabiqənin keçirilməsi ilə
bağlı xüsusi hallar
3. Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə müsabiqədə III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balları 150-dən və imtahanın ikinci mərhələsi üzrə balları 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
4. Azərbaycan Dövlət Aqrar Universitetinin aşağıda göstərilən ixtisasları üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərinin müsabiqəsində ümumi balı 150‑dən və imtahanın ikinci mərhələsi üzrə balı 50‑dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
§ I ixtisas qrupu üzrə
§ IV ixtisas qrupu üzrə
5. Bakı Mühəndislik Universitetinin bakalavr hazırlığı Koreya Respublikasının İnha Universiteti ilə birgə ikili diplom proqramları üzrə aparılan “İnformasiya texnologiyaları” ixtisası üzrə müsabiqəyə ümumi balı 400-dən ( imtahanın ikinci mərhələsi üzrə balı 100-dən) , “Elektrik və elektronika mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə isə ümumi balı 300-dən ( imtahanın ikinci mərhələsi üzrə balı 100-dən) az olmayan abituriyentlər buraxılırlar.
6. Ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin nəticələri (həmçinin boş qalan yerlər üzrə) elan olunduqdan sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir. Bundan sonra ali təhsil müəssisələrinə qəbul olmayan və DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini [7] ödəyən abituriyentlər həmin yerlər üzrə ixtisas seçimində iştirak edirlər. İxtisas seçimində işirak edən abituriyentlərin hazırlıq qruplarının yerləri üzrə yerləşdirilməsi DİM tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Hazırlıq qruplarında tədrisin sonunda DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət [8] qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.
7. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:
– Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;
– IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;
– Beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.
Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olmaq hüququ vardır. “Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar”, “Beynəlxalq fənn olimpiadalarının siyahısı”, “Respublika fənn olimpiadalarının siyahısı” və “Beynəlxalq müsabiqələrin və yarışların siyahısı” Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur ( http://www.e-qanun.az/framework/42536 ).
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri DİM tərəfindən elan olunacaq müddətdə aşağıda göstərilən sənədləri Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etməlidirlər:
– Ümumi qaydada təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi” formasının surəti;
– Beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin əsli;
– Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı yuxarıda qeyd olunan sənədlərin əsli ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.
Sənədlər təqdim olunduqdan sonra onların həqiqiliyi və təqdim edən şəxslərə məxsus olması DİM tərəfindən araşdırılır və araşdırmaların nəticələri barədə abituriyentlərə məlumat verilir.
Sənədlərinin həqiqiliyi və onlara məxsus olması təsdiqlənən şəxslər DİM tərəfindən elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədikləri ixtisasın kodunu yazılı şəkildə bildirməlidirlər.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər yuxarıda göstərilən sənədlərlə yanaşı, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim edirlər.
8. Beynəlxalq səviyyədə akkreditasiya olunan aşağıdakı təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər:
– Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
– Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
– Yüksək yerləşdirmə (Advanced Placement).
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına yalnız “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan verərək “məqbul” qiymət alan abituriyentlər malikdirlər.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən yuxarıda qeyd olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər DİM tərəfindən elan olunacaq müddətdə aşağıdakı sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Yasamal rayonu, Mikayıl Müşfiq küç., 1M) və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər:
– “Abituriyentin elektron ərizəsi” nin surəti;
– Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əslini və surətini, həmçinin həmin sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.
Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin edirlər.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq üçün sənədlərini təqdim edən abituriyent DİM tərəfindən elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədiyi ixtisasın kodunu yazılı şəkildə bildirməlidir. Abituriyentlər yalnız yuxarıda qeyd olunan təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisasları seçə bilərlər.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunmuşdur:
§ Beynəlxalq Bakalavriat Diplom Proqramı;
– Ödənişli əsaslarla qəbul üçün – 25 (“Hüquqşünaslıq” və “Tibb” ixtisasları üzrə – 30)
– Dövlət sifarişi əsasında qəbul üçün – 35
§ Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə);
– Ödənişli əsaslarla qəbul üçün – C
– Dövlət sifarişi əsasında qəbul üçün – B
§ Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə).
– Ödənişli əsaslarla qəbul üçün – 3
– Dövlət sifarişi əsasında qəbul üçün – 4
Qeyd: “Müvafiq üç imtahan fənni” dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri
İxtisasın adı
Minimal bal
II mərhələ üzrə minimal bal
Qabiliyyət imtahanının yekun nəticəsi
I ixtisas qrupu
III ixtisas qrupu
V ixtisas qrupu
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
Bakı şəhərindəki ali təhsil müəssisələrinin ixtisasları üzrə – 75,
digər ali təhsil müəssisələrinin ixtisasları üzrə – 60
Təsviri incəsənət müəllimliyi
Dizayn (sahələr üzrə)
Dekorativ-tətbiqi sənət (sahələr üzrə)
İnstrumental ifaçılıq (sahələr üzrə)
Vokal sənəti (sahələr üzrə)
Dirijorluq (sahələr üzrə)
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
Xoreoqrafiya sənəti (sahələr üzrə)
Qeyd: Ali təhsil müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanları haqqında ətraflı məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının ilk sayında nəşr edilir. Burada XQTİ-lərin yığcam xarakteristikası, bu ixtisaslar üzrə müsabiqə şərtləri və kadr hazırlığının hansı ali təhsil müəssisələrində aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar və şəkillər öz əksini tapır.
Balların hesablanma qaydası
I-IV ixtisas qrupları üzrə
Qəbul qaydalarına əsasən, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarətdir. Abituriyentlər qəbul imtahanının birinci (maksimal toplanıla bilən bal – 300) və ikinci (maksimal toplanıla bilən bal – 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanıla bilən bal – 700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülür.
Qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydası
Qəbul imtahanının birinci mərhələsində şagird və abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.
Tapşırıqların sayı
Nisbi balın hesablanması düsturu
Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və ya
fars dili)
– Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;
– Qapalı tipli 16 tapşırıq;
– Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.
Cəmi: 30 tapşırıq
( 2n d ( a ç ıq , yazılı ) + n d ( qapalı ) )∙100 34
Maksimal bal: 100
Azərbaycan (rus) dili
– Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
– Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq: qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq (cəmi 20 tapşırıq).
Cəmi: 30 tapşırıq
( 2n d ( a ç ıq , yazılı ) + n d ( qapalı ) )∙100 34
Maksimal bal: 100
– Qapalı tipli 13 tapşırıq;
– Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;
– Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.
Cəmi: 25 tapşırıq
( 2n d a ç ıq , yazılı + n d a ç ıq , kod + n d ( qapalı ) )∙100 29
Maksimal bal: 100
Birinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 300
Qeyd. 1. nd(açıq, kod) – cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi;
nd(qapalı) – qapalı tipli tapşırıqlar üzrə balların cəmi;
nd(açıq, yazılı) – yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi.
2. Qapalı tipli və cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların hər birinə verilən düzgün cavab 1 balla qiymətləndirilir.
3. Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında
0, və ya 1 balla qiymətləndirilə bilərlər.
Abituriyentin qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cəmlənir. Fənlər üzrə nisbi ballar yuxarıdakı cədvəldə göstərilən qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır. Tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan fənləri, ixtisas qrupları üzrə fənlərin çəki əmsalları, tapşırıqların sayı və balların hesablanma qaydası
Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilən situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu tapşırıqlar riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə isə mənbə əsasında hazırlanır.
İmtahanın müddəti 3 saatdır.
Abituriyentin qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir.
Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır:
İmtahan fənni üzrə nisbi bal: QUOTE NB = NB q + NB a ,
burada NB – fənn üzrə nisbi bal;
NBq – qapalı tipli tapşırıqlar üzrə nisbi bal;
NBa – açıq tipli tapşırıqlar üzrə nisbi baldır.
Qapalı tipli tapşırıqlar üzrə nisbi bal: QUOTE NB q = D q – 1 4 Y q * 100 33
(hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0 götürülür),
burada Dq – qapalı tipli tapşırıqlar üzrə düzgün cavabların sayı;
Yq – qapalı tipli tapşırıqlar üzrə yanlış cavabların sayıdır.
Açıq tipli tapşırıqlar üzrə nisbi bal: NBa = (Dkod + 2Dyazılı) QUOTE NB a = D a * 10 3 QUOTE NB a = D a * 100 33
burada Dkod – cavabların kodlaşdırılması tələb olunan açıq tipli (hesablama, seçim, uyğunluğu müəyyən etmək) tapşırıqlar üzrə düzgün cavabların sayı;
Dyazılı – yazılı şəkildə cavablandırılması tələb olunan, situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar üzrə balların cəmidir. Bu tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında 0, və ya 1 balla qiymətləndirilir.
Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahan fənlərinin ixtisas qrupları üzrə çəki əmsalları və üstünlük dərəcələri
Riyaziyyat – 1,5 (1)
Riyaziyyat – 1,5 ( 1)
Azərbaycan (rus) dili – 1,5 (1)
Biologiya – 1,5 (1)
Coğrafiya – 1,5 (2)
Qeyd: Cədvəldə mötərizədə göstərilmiş rəqəm fənnin üstünlük dərəcəsini göstərir.
İkinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 400
V ixtisas qrupu üzrə
V ixtisas qrupu (ali təhsil müəssisələrinin XQTİ-ləri) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə yalnız qəbul imtahanlarının birinci mərhələsinin (cari ilin məzunları üçün buraxılış imtahanının) və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılacaq.
Ali təhsil müəssisələrinin ixtisaslarının qruplar üzrə siyahısı “Abituriyent” jurnalının 2021-ci il 1-ci nömrəsinin 8-9-cu səhifələrində və DİM-in eservices.dim.gov.az/erizebak/erize internet ünvanında verilmişdir.
SUBBAKALAVRLARIN NƏZƏRİNƏ
Ərizə qəbulu
1. Orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər (bundan sonra – subbakalavrlar) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.
Ali, orta ixtisas və yüksək texniki peşə təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.
Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
2. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu DİM tərəfindən elan olunacaq müddətdə internet vasitəsilə aparılır. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə ( http://eservices.dim.gov.az/erizebak/erize/subbak.aspx ) da xil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. DİM tərəfindən elan olunacaq müddətdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak ödənişsizdir.
3. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar yuxarıda qeyd olunanlarla yanaşı, təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyat (ixtisas qrupları üzrə) DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/qabiliyyet internet səhifəsində aparılır. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qeydiyyatdan keçmək üçün subbakalavr şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən edilmiş cədvəl üzrə DİM tərəfindən elan olunacaq müddətdə qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir (bax: “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı ) və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la qiymətləndirilir. XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən (bax: səh. 21 “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri” adlı cədvəl) subbakalavr lar seçə bilərlər.
4. 1986-2003-cü il təvəllüdlü (31.07.2003-cü il tarixədək anadan olmuş) 35 yaşınadək olan kişi cinsli subbakalavrların elektron ərziələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunmalıdır.
30.07.2003-cü il tarixdən sonra doğulmuş əvvəlki ilin məzunu olan abituriyentlərin və 35 yaşı tamam olmuş subbakalavrların elektron ərziələri SHXÇDX-in elektron-məlumat bazasına sorğu verilmədən təsdiq edilir.
Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Müsabiqənin keçirilməsi
1. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
– Orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
– Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO).
2. Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat
İmtahan (müsabiqə)
V ixtisas qrupu üzrə qəbul imtahanı
Bir komissiya üzrə qabiliyyət imtahanı
(ixtisas qrupundan asılı olmayaraq)
I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanının ikinci mərhələsinin ilk imtahanı
Rus bölməsi üçün Azərbaycan dili fənni üzrə ilk imtahan
Cari ilin məzunları və cari ildə eksternat qaydasında tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyada iştirak edənlər
dövlət büdcəsinin vəsaiti hesabına
dövlət büdcəsinin vəsaiti hesabına
dövlət büdcəsinin vəsaiti hesabına
dövlət büdcəsinin vəsaiti hesabına
Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi heç vaxt müraciət etməyən (və ya müraciəti müəyyən edilməyən) əvvəlki illərin məzunları
dövlət büdcəsinin vəsaiti hesabına
dövlət büdcəsinin vəsaiti hesabına
a) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etmədiyi halda dövlət büdcəsinin vəsaiti hesabına
dövlət büdcəsinin vəsaiti hesabına
b) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etdiyi halda öz hesabına
Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi ən azı bir dəfə müraciət edən əvvəlki illərin məzunları
QEYD 1: Cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak edən bütün abituriyentlər üçün istisnasız olaraq ikinci imtahan həmin abituriyentlərin hesabına həyata keçirilir.
QEYD 2: “Şəxsi kabinet”inizin hesabına vəsait köçürərkən iştirak edəcəyiniz imtahanların və bu imtahanlar üçün müəyyən edilmiş qiymətləri nəzərə alın. “Şəxsi kabinet”inizin hesabına köçürdüyünüz istifadə edilməmiş vəsait qəbul kampaniyası bitdikdən sonra geri qaytarılacaq, lakin bu zaman həmin vəsaitdən ödəmə sistemləri tərəfindən pul köçürmələri ilə bağlı göstərilən xidmətlərin haqqı tutulacaq.
QEYD 3: Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi müəyyən edilmişdir:
Xidmətlərin adı
Ölçü vahidi
(ƏDV-siz, manat)
Ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən (o cümlədən “Jurnalistika” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq”) ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı
Ü mumi təhsil müəssisələrinin cari il məzunlarının əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus dili fənnindən imtahan
Ü mumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı
* Bu qiymətlərdən ƏDV tutulmur.
[1] Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər tam orta təhsil haqqında sənədi və ya attestat qiymətləri göstərilən arayışı təqdim etmirlər:
– Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən abituriyentlər;
– Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər;
– 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib, onu təsdiq etdirmiş abituriyentlər.
[2] “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 2 nömrəli əlavəni eservices.dim.gov.az/erizebak/erize internet ünvanından əldə etmək olar.
[3] “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 3 nömrəli əlavəni eservices.dim.gov.az/erizebak/erize internet ünvanından əldə etmək olar.
[4] Bu bənd yalnız I ixtisas qrupunun “Memarlıq” ixtisası üzrə müsabiqə zamanı nəzərə alınır.
[5] Yazılı suallar üzrə ballar dedikdə, əmsala vurulmuş ballar nəzərdə tutulur (0, 2 3 , 1, 4 3 və ya 2 bal).
[6] İmtahan fənlərinin üstünlük dərəcələri jurnalın 23-cü səhifəsində “İmtahan fənlərinin ixtisas qrupları üzrə çəki əmsalları və üstünlük dərəcələri” adlı cədvəldə təqdim olunmuşdur.
[7] Müsabiqənin şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaqdır.
[8] Hazırlıq qruplarının buraxılış imtahanının nəticəsinə qoyulan tələblər Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaqdır.
ÇevirSözlük.com | Azerice – Türkçe cümle çeviri nedir?
Azerice dilinden Türkçe diline (google translate aracılığıyla) hızlı cümle ya da kelime çeviri yapmanıza yardımcı olan bir sözlük sistemidir. Dünya dilleri arasında yapılacak olan cümle ve kelime çevirilerinizi kolaylaştırır. ÇevirSözlük.com Dünya’da en yaygın olarak kullanılan bir çok dili içinde barındırmaktadır. Bu diller arasında herhangi bir ücret ödemeden ve sınırlama olmaksızın istediğiniz cümle ya da kelime çevirilerinizi hızlı bir şekilde yapmanız mümkündür.
Kullanım ve Gizlilik
Cevirsozluk.com aracılığıyla yapılan tüm çeviri verileri toplanmaktadır. Toplanan veriler herkese açık, anonim olarak paylaşılır. Dolayısıyla Çevir Sözlük kullanarak yapacağınız çevirilerde kişisel bilgi ve verilerinizin yer almaması gerektiğini hatırlatırız.
Cevirsozluk.com kullanıcılarının çevirilerinden oluşturulan içerikte argo, küfür vb. uygun olmayan öğeler bulunabilir. Oluşturulan çeviriler her yaş ve kesimden insanlar için uygun olamayabileceğinden dolayı, rahatsızlık duyulan hallerde siteminizin kullanılmamasını öneriyoruz. Kullanıcılarımızın çevirilerle eklediği içeriklerde telif hakkı ya da kişiliğe hakaret vb. öğeler bulunuyorsa site yönetimiyle iletişime geçilmesi halinde gerekli düzenlemeler yapılacaktır.
KOBİA və bp əməkdaşlığı regionlarda gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək – Orxan Məmmədov
Bu gün imzalanacaq Anlaşma Memorandumu bundan öncəki əməkdaşlığın davamı olaraq kiçik və orta biznesin inkişafına dəstək proqramı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə BP şirkəti arasında qarşılıqlı fəaliyyətin forma və mexanizmlərini müəyyən edəcəkdir.
İnanıram ki, bu əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni biznes və iş yerləri yaratmaqla özünüməşğulluğun inkişafına töhfə verəcək, eyni zamanda bu əməkdaşlıq çərçivəsi bir təcrübə kimi digər layihələrin icrasında istifadə olunacaqdır.
Day.Az xəbər verir ki, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA və BP arasında kiçik və orta biznesin inkişafına dəstək tədbirləri çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması mərasimində deyib.
O əlavə edib ki, BP 30 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində şirkət uğurlu neft strategiyasının gerçəkləşməsində daim Azərbaycanla təhlükəsiz, məsuliyyətli və səmərəli iqtisadi əməliyyatlar icra etmişdir. Eyni zamanda ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırıb.
O.Məmmədov qeyd edib ki, bu illər ərzində BP Azərbaycana yeni texnoloji tətbiqlərin gətirilməsində müstəsna rol oynayıb:
“Ölkəmizdə dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranması, on minlərlə iş yeri açmaqla sosial inkişafa töhfənin verilməsi, təlim, təhsilin inkişafı kimi sahələrə dəstək verilməsi, yüzlərlə kənd icmalarında davamlı inkişafı təşviq edilməsi kimi məsələlərdə ölkəmiz üçün ciddi töhfələr vermişdir.
Həm də BP sosial sərmayələr sahəsində ən yüksək keyfiyyətli layihələri həyata keçirmək və dayanıqlı nəticələrə nail olmaq üçün öz fəaliyyət sahələrində nisbi üstünlüyə malik olan nüfuzlu icraçı tərəfdaşlarla bir çalışır ki, bu məhz KOB subyektləridir.
Sevindirici haldır ki, KOBİA və BP şirkətinin birgə əməkdaşlığa töhfə verəcək bir sıra layihələrdə ayrı-ayrı komponentlər üzərində iştirakçılığı olub.
Qurumlarımız arasında müəyyən edilmiş tərəfdaşlıq çərçivəsi 2018-ci ilin dekabr ayında imzaladığımız Anlaşma Memorandumunda əks olundu və daha sonra bir sıra birgə təşəbbüslər üzərində çalışdıq.
Bir neçə ildir ki, KOBİA-nın tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində BP şirkəti sponsor dəstəyi ilə çıxış edir.
KOBİA startapların, qadınların, əlilliyi olan şəxslərin iştirakına xüsusi diqqət göstərilən sərgi və yarmarkaların təşkilində bir sıra şirkətlərlə yanaşı BP şirkəti ilə də əməkdaşlıq etmişdir.
Bu gün imzalanacaq Anlaşma Memorandumu bundan öncəki əməkdaşlığın davamı olaraq kiçik və orta biznesin inkişafına dəstək proqramı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə BP şirkəti arasında qarşılıqlı fəaliyyətin forma və mexanizmlərini müəyyən edəcəkdir.
Belə ki, sözügedən sənəd kiçik və orta biznesin inkişafının dəstəklənməsi məqsədilə qarşılıqlı fəaliyyətin təşkili, dövlət və özəl sektor arasında praktik əlaqələrin genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, Azərbaycanda müxtəlif dayanıqlı inkişaf təşəbbüsləri, o cümlədən aztəminatlı şəxslərin məşğulluq bacarıqlarının və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsinə yönəlmiş sosial layihələrin həyata keçirilməsi, xüsusilə neft və qaz kəmərlərinin keçdiyi bölgələrdə və həmçinin ölkə miqyasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə xidmət edən sahələrdə qarşılıqlı əməkdaşlığı tənzimləyir.
BP şirkəti özəl sektorda mütərəqqi korporativ idarəetmə sisteminə malik şirkətlərdəndir. Azərbaycanda mühüm layihələrin iştirakçısı olan BP qabaqcıl texnoloji avadanlıqların tətbiqi, müxtəlif yeniliklərin həyata keçirilməsi və sosial məsuliyyət sahəsində fəal işlər aparır.
KOBİA də öz növbəsində yeni sahibkarlıq subyektlərinin yaradılması, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, xüsusilə bu meyarlar üzrə formalaşmış sahibkarların fəaliyyətinin daha səmərəli təşkili və biznesin idarə edilməsində peşəkarlıq məsuliyyətinin yüksəldilməsi məqsədilə dövlət və özəl təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verir. Mandatımız donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və sahibkarları dəstəkləyən layihələri əlaqələndirməyə və birgə təşəbbüsləri həyata keçirməyə imkan verir.
Biz bu əməkdaşlıq çərçivəsində ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlbedilmə dairəsinin genişləndirilməsi, o cümlədən aztəminatlı əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədilə dəstək tədbirləri göstərə, habelə dövlət və özəl təşkilatların bu kimi təşəbbüslərini əlaqələndirə bilərik.
Ötən dövrdə KOBİA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramının icrasına dəstək göstərmişdir. Eyni zamanda, 2021-ci ildən start verilmiş “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15, Astara, Lerik və Lənkəran rayonlarında isə 17 kənd qonaq evi yaradılaraq, müvafiq avadanlıqlarla təmin edilib.
KOBİA olaraq müxtəlif dəstək mexanizmləri və xidmət şəbəkələri, o cümlədən KOB İnkişafı Mərəzləri, KOB Dostu şəbəkələri, daxili bazar araşdırmasına dəstək, qrant proqramı, bazarlara çıxışa dəstək və s. vasitəsilə KOB-lar üçün müxtəlif layihələrinin həyata keçirilməsində iştirak edirik.
Düşünürük ki, dövlət və özəl sektorunu təmsil edən tərəfdaşlar ilə birgə resursların birləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi fəaliyyətimizin nəticələrini və təsir dairəsini kəmiyyət və keyfiyyət baxımından da inkişaf etdirəcəkdir.
İnanıram ki, bu əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni biznes və iş yerləri yaratmaqla özünüməşğulluğun inkişafına töhfə verəcək, eyni zamanda bu əməkdaşlıq çərçivəsi bir təcrübə kimi digər layihələrin icrasında istifadə olunacaqdır.
Həm də bu Memorandum birgə təşəbbüslərin tətbiqinə əsaslanan innovativ sahibkarlığın inkişaf etdirilməsi, dəstəklənməsi və yeni biznes ideyalarının reallaşdırılması üçün daha geniş imkanlar yaradacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.