Press "Enter" to skip to content

Перевод Şəbəkə на русский

Şəbəkələr əsasən iki cür topologiyaya bölünürlər:

Şəbəkə haqqinda z

Şəbəkə (Network) nədir ?

Şəbəkə sadəcə cihazların bir-birilə əlaqə qurması və müəyyən edilmiş məlumatların paylaşılması deməkdir.Bunlar kompüterlər (PC),Server-lər,router-lər və s. ola bilər.Ən böyük şəbəkəyə İnterneti , ən kiçik şəbəkəyə isə iki kompüterin bir-birinə bağlanmasını nümunə göstərə bilərik.Bəs şəbəkə nələrdən hansl komponentlərdən ibarətdir ?! Aşağıdakılara nəzər salaq :

  • Kompüter-lər (PC) — Kompüterlər şəbəkəmizin uc nöqtələrdiri (endpoint) ki,hansı məlumat alış-verişi edirlər.Uc nöqtə (enpoint) dedikdə host-lar nəzərdə tutulur ki,bunlara da kompüterləri,şəbəkə printerlərini və s. kimi cihazları nümunı göstərə bilərik.
  • Bağlantılar (Connectios) — Şəbəkənin bu komponenti məlumatın (data) bir cihazdan digər cihaza göndərilməsində yardımcı olurlar.Bağlantılara misal olaraq aşağıdakıları göstərə bilərik:
  1. Şəbəkə Kartları (Network Cards) — Bunlar bizim kompüterdən dataların şəbəkənin başa düşdüyü dilə tərcümə edərək göndərilməsində yardımcı olurlar.
  2. Media — bunlara şəbəkə kabellərini eyni zamanda simsiz bağlantıları da misal göstər bilərik.
  3. Bağlayıcılar (Connectors) — kabelin şəbəkə kartımıza daxil olmasında yardımcı olacaq bağlayıcılar nəzərdə tutulur.

Şəbəkə Kartı
Şəbəkə Kabeli

  • Switch — kompüterlərin bir-birilə əlaqə qurmalarına yardımcı olan şəbəkə cihazıdır.
  • Router — iki və ya daha artıq şəbəkənin birləşməsində yardımcı olan şəbəkə cihazıdır.Həmçinin bizə əlaqə zamanı ən yaxşı yolun seçilməsi imkanını da verir.

Bəs bizə şəbəkə nəyə görə lazımdır ?!

  • Apllications — kompüterlər arasında məlumat mübadiləsi və paylaşılması üçün …
  • Resources — şəbəkə qaynaqlarından istifadə etmək üçün.Məsələn :şəbəkə printerləri,şəbəkə kamerları və s. üçün …
  • Storage — Storage-ə misal olaraq NAS (Network attached storage)-ı göstərə bilərik ki,istifadəçilər bu cihazdan şəbəkə üzərindən yaddşa kimi istifadə edə bilirlər.
  • Backup — Dataların nüsxələrinin alınması üçün.Misal üçün dataların nüsxələnməsi üçün mərkəzi bir server-miz olur və istifadəçilərin kompüterlərinin dataları şəbəkə üzərində həmin server-ə nüsxələnir.
  1. VoİP — İP üzərində səs.Yəni şəbəkəüzərindən İP telefon vasitəsilə əlaqə.

Cisco IP Phone

Şəbəkələr əsasən iki cür topologiyaya bölünürlər:

  • Physical Topology (Fiziki topologiya)
  • Logical Topology (Məntiqi topologiya)

Başlayaq Fiziki Topologiyadan :

Şəbəkədə cihazların bir-birilə fiziki olaraq necə bağlandığını göstərir.

Məntiqi topologiya isə şəbəkədə siqnalların necə göndərildiyini göstərir.

Physical Topology (Fiziki topologiya) bir neçə tipi mövcuddur.Bunlar aşağıdakılardır:

  • Bus Topologies — bu topologiyada bütün hostlar bir-birilərinə bir xətt üzərindən bağlanmışdır.Ucuz və qurulması çox rahatdır.Ancaq ana xəttdə baş verəcək hər hansı bir nasazlıq bütün şəbəkəyə təsir edəcəkdir :
  • Ring Topology — bu topologiyada hostlar yanindakı qonşularına bir halqa əmələ gətirəcək şəkildə bağlanırlar.Eynilə Bus Topologiyasında olduğu kimi xəttdə baş verəcək hər hansı bir nasazlıq bütün şəbəkəyə təsir edəcəkdir.
  • Star Topology — Günümüzdə ən çox istifadə edilən topologiyadır.Bütün hostlar mərkəzi bir cihaza bağlanıb bu topologiyanı əmələ gətirirlər.Hər hansı kompüterin şəbəkəsində yaranacaq nasazlıq yalnız o kompüterlə kifayətlənəcək.Şəbəkəyə heç bir təsiri olmayacaq.Lakin mərkəzi cihazımızda yaranacaq problem isə bütün şəbəkəmizin çpkməsinə gətirib çıxaracaqdır.

Şəbəkə haqqında ilkin məlumat hələlik bu qədər.Növbəti məqaləmiz şəbəkə modelləri (TCP/IP və OSI) haqqında olacaqdır.

Перевод “Şəbəkə” на русский

сеть — это перевод «Şəbəkə» на русский. Пример переведенного предложения: Son illər ərzində sosial şəbəkə çox populyar olub. ↔ В последние годы социальные сети стали особенно популярны.

“şəbəkə” в словаре азербайджанский – русский

сеть

noun feminine

Son illər ərzində sosial şəbəkə çox populyar olub. В последние годы социальные сети стали особенно популярны.

Dbnary: Wiktionary as Linguistic Linked Open Data
Показать алгоритмически созданные переводы

Автоматический перевод ” Şəbəkə ” в русский

Glosbe Translate
Google Translate

Фразы, похожие на «Şəbəkə» с переводом на русский

сетевой проводник
Социальная сеть · социальная сеть
администратор сети
Эндоплазматический ретикулум
сетевой адаптер
сетевой график
глобальная компьютерная сеть
широкополосная сеть
дополнительно (+15)

Переводы «Şəbəkə» на русский в контексте, память переводов

Sosial şəbəkə — qeydiyyatdan keçmiş müəyyən qrup insanlarla ünsiyyət qurmaq imkanı yaradan veb-saytdır.

Социальная сеть — это веб-сайт, позволяющий всем, кто зарегистрировался на нем, общаться с определенной группой людей.

Şəbəkə səviyyəsi (Network layer) – 3-cü səviyyədir və verilənlərin ötürülməsi yollarının (marşrutlarının) müəyyən edilməsi üçün təyin edilmişdir.

Аллах Всевышний поклялся тремя вещами, что деяния людей различны: одни из них благочестивые, ведущие к прямому пути, другие же ведут к заблуждению.

WikiMatrix

Ural TV Agentliyi Dünyanın ən hündür tərk edilmiş binası: “E1.RU Yekaterinburg Online” şəbəkə nəşrinin 10.12.2016 tarixindən etibarən Ekaterinburg TV qülləsi / Şəkil hesabatının 30 illik həyatı haqqında on faktlar .

Телевизионное Агентство Урала Самое высокое заброшенное здание в мире: десять фактов о 30 годах жизни телебашни Екатеринбурга / Фоторепортаж от 10.12.2016 г. сетевом издании «Е1.РУ Екатеринбург Онлайн».

WikiMatrix

«İstifadə şərtləri»ndə aydın deyilir ki, «bu saytın şəkillərini, elektron nəşrlərini, ticarət nişanlarını, musiqisini, fotoşəkillərini, videolarını və ya məqalələrini İnternetdə (istənilən saytda: torrent, fayl-paylaşma və ya sosial şəbəkə saytlarında)» yerləşdirmək qadağandır.

В «Условиях использования» конкретно сказано, что пользователям не разрешается «размещать в интернете для общего доступа (на любых сайтах, в файло- и видеообменных сервисах и социальных сетях) иллюстрации, электронные публикации, торговые марки, музыку, фотографии, видео и статьи», которые публикуются на наших сайтах.

Şəbəkə Texnologiyaları.Kabellər, şəbəkə topologiyası

SI modelində qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür.

1. Fiziki səviyyə (Physical layer)

2. Kanal səviyyəsi (Data Link)

3. Şəbəkə səviyyəsi (Network Layer)

4. Nəqliyyat səviyyəsi (Transport Layer)

5. Seans səviyyəsi (Session Layer)

6. Təqdimetmə səviyyəsi (Presentation Layer)

7. Tətbiqi səviyyə (Application Layer)

Bu səviyyələrin hər birində xüsusi protokol adlanan standartlardan istifadə olunur. Protokol dedikdə, eyni səviyyədə informasiya mübadiləsinin idarə olunması qaydası başa düşülür. Protokol əgər şəbəkə kompyuterlərinin aparat əlaqəsini təyin edirsə, belə protokola aparat protokolu deyilir, əgər protokol proqram və verilənlərin qarşılıqlı əlaqəsini təyin edərsə, belə protokola proqram protokolu deyilir.

I. Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi koaksialkabel, burulmuş cütlər, optik-lifli kabel və s. nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir.

II. Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır. Kanal səviyyəsi hər bir kadrın düzgünlüyünü təyin edir. Kadrların yoxlayıcı cəmini hesablayaraq onu hər bir kadrın sonuna əlavə edir. Qəbuledicidə yoxlayıcı cəm hesablanır. Onlar eyni olduqda informasiya qəbul edilir. Səhvlər təyin edildikdə isə ötürmə təkrar icra olunur.

III. Şəbəkə səviyyəsi bir necə şəbəkəni birləşdirən vahid nəqliyyat sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində düzgün istiqamətin seçilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutizator (roter) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin olunmuş şəbəkəyə göndərir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir. Təyin olunmuş düyün nöqtəsinin eyniləşdirilməsi üçün ədədi IP-ünvanından istifadə edilir. Bu səviyyənin əsas protokolu IP (Internet Protocol) – şəbəkə protokoludur. Bu protokol ünvanların formatını və ötürülmənin marşrutunu müəyyən edir.

Beləliklə, ümumi marşrut paketlərin keçdiyi marşrutizatorların ardıcıllığından ibarət olur. Daha optimal yolun seçilməsimarşrutlaşdırma adlanır və onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən biridir.Şəbəkə səviyyəsində xəbər paket adlanır. Bu zaman qəbul edənin ünvanının böyük hissəsi – şəbəkənin nömrəsi və həmin şəbəkədəki qovşağın nömrəsindən ibarət olur. Eyni şəbəkənin bütün qovşaqlarının ünvanlarının böyük hissəsi eyni olmalıdır.

IV. Nəqliyyat səviyyəsi tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxarır. Bundan əlavə nəqliyyat səviyyəsi müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır. Bu səviyyənin əsas protokolu TCP (Transmission Control Protocol) – ötürmələrin idarə protokoludur.

V. Seans səviyyəsi – dialoqun idarə edilməsini təmin edir, cari anda aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq üçün aşağı obyektin səlahiyyəti yoxlanılır. Bu səviyyə bir neçə xidmət siniflərinə (A, B, C və D) malikdir.

VI. Təqdimetmə səviyyəsi – informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsi ilə bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə informasiyanın təqdim edilməsi aydın formada olur. Beləliklə, təqdimetmə səviyyəsi verilənlərin mübadiləsi üçün eyni sintaksis seçir. Təqdimetmə səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötürülən informasiyanın çevrilmə (şifrləmək, sıxmaq, şifri açmaq) üsullarını göstərir.

VII. Tətbiqi səviyyə – bu səviyyəyə istifadəçinin fayllara, printerlərə, hipermətnli Web səhifələrə və s. müraciətini təmin edən protokollar aid edilir.

Kompyuter şəbəkələrinin təsnifatı üçün müxtəlif əlamətlərdən istifadə olunur.

Şəbəkələrin iki əsas kateqoriyası mövcuddur – lokal və qlobal şəbəkələr. Onlar arasındakı fərq sadədir: lokal şəbəkələr bir-biri ilə yaxın məsafədə yerləşən qurğuların qarşılıqlı əlaqəsinin təşkili üçün, qlobal şəbəkələr isə coğrafi olaraq paylanmış kompyuter və ya lokal şəbəkələrin qarşılıqlı əlaqəsinin təşkili üçün istifadə olunurlar. Bir-birinə yaxın məsafədə (bir və ya bir neçə binada) yerləşən kompyuterlərin xüsusi kabellərin və idarəedici proqramların köməyi ilə birləşməsi lokal şəbəkə adlanır (LAN – Local Area Network). Ümumi şəbəkəyə bir-birindən kifayət qədər uzaq məsafədə – bir və ya bir neçə ölkə ərazisində yerləşən kompyuterlər və ya lokal şəbəkələr birləşmiş şəbəkəyə paylanmış şəbəkə deyilir. Ümumdünya miqyaslı paylanmış şəbəkələr qlobal şəbəkələr adlanır (WAN – Wide Area Network).

Üçüncü kateqoriyaya regional şəbəkələr (MAN – Metropolitan Area Network) daxildir. Bu şəbəkələr lokal şəbəkələrin standartları ilə təyin olunduqlarına baxmayaraq, daha çox qlobal şəbəkələrə oxşayırlar. Regional şəbəkələr nisbətən az tanınır və nadir hallarda istifadə olunurlar.

Dövlətin hər hansı bir sahəsinə (təhsil, elm, müdafiə və s.) xidmət edən şəbəkələr korporativ şəbəkə adlanır.

Kompyuter şəbəkələri funksiyalarına görə 2 qrupa bölünür:

· Birsəviyyəli (birranqlı) şəbəkələr

· Server əsasında qurulan şəbəkələr

Birsəviyyəli şəbəkədə bütün kompyuterlər eyni hüquqa malik olur.

Server əsasında qurulan şəbəkələrdə isə mürəkkəb kabel birləşmələrindən istifadə edilir və şəbəkənin idarə olunması mərkəzləşdirilmiş inzibatçı (server) tərəfindən həyata keçirilir.

Şəbəkələri əlaqə vasitələrinə görə də təsnifata ayırmaq olar:

Simli – bu şəbəkədə kompyuterlər bir-biri ilə müxtəlif kabellər vasitəsilə birləşirlər. Simli rabitəni təmin etmək üçün aşağıdakı komponentlərdən istifadə edilir:

· – Kabellər (optik-lifli, burulmuş cütlər, koaksial);

· – Şəbəkə adapterləri;

· – Konsentratorlar, kommutatorlar, marşrutizatorlar;

· – Modem;

· – Splitter.

Simsiz (hava ilə) – bu şəbəkədə isə kompyuterlər və digər qurğular arasında informasiya mübadiləsi infraqırmızı şüalar və ya radiodalğaların siqnalları vasitəsilə yerinə yetirilir.

· – IK-əlaqə qurğuları;

· – Radioəlaqə qurğuları (peyk antenası və bluetooth-adapter).

PAN (Personal Area Network – fərdi şəbəkə) – 10 m. məsafədə yerləşən fərdi kompyuterləri və digər qurğuları (məs., mobil telefonları, printerləri və s.) əlaqələndirən şəbəkədir. Bu şəbəkədən verilənlərin sinxronlaşdırılması, kiçik işçi qruplarında sadə informasiya mübadiləsinin aparılması üçün istifadə olunur. PAN üçün ən perspektivli standart –Bluetooth‑dur.

WLAN (Wireless Local Area Network – simsiz lokal şəbəkə) – 100 m məsafədə yerləşən kompyuterlərin əlaqələndirilməsi üçün istifadə olunur. Bu şəbəkələrin köməyi ilə bir binada, universitet ərazisində resurslardan istifadə mümkündür. Kiçik təşkilatlarda adətən belə şəbəkələr simli əlaqələri tamamilə əvəz edə bilər.

WWAN (Wireless Wide Area Network – simsiz geniş əhatəli şəbəkə) – mobil istifadəçilərə İnternetdən və korporativ şəbəkələrdən istifadəyə imkan verən simsiz əlaqədir. Burada hələ ki liderlik edən standart mövcud deyil, lakin hal-hazırda ən çox GPRStexnologiyasından istifadə edilir.

CAN (Campus Area Network – kampus şəbəkəsi) – böyük olmayan coğrafi ərazidə (məs., universitet şəhərciklərində, sənaye komplekslərində, hərbi bazalarda və s.) bir neçə lokal şəbəkənin birləşməsidir (başqa sözlə, regional şəbəkənin bir növüdür).

Şəbəkə texnologiyalarının müasir inkişaf mərhələsində quraşdırılması və istifadəsi çox sadə olan Wi-Fi standartından daha çox istifadə edilir. Wi-Fi (ing. wireless fidelity – simsiz əlaqə) – 1997-ci ildə yaradılmış, geniş ərazini əhatə edən simsiz əlaqənin standartıdır. Bir qayda olaraq Wi-Fi texnologiyasından simsiz lokal şəbəkələrin təşkilində istifadə edilir.

Dolanmış cüt kabellər (TP)
5.2 Dolanmış Cüt Kabel (Twisted Pair Cable)

Yarandığı dövrdən indiyədək ən yayılmış istifadə edilən şəbəkə kabeli tipidir. Bir-birinə dolanmış cütlər halında olan və telefon kabelinə bənzər bir kabeldir. İki tip TP(Twisted Pair) kabel mövcuddur.

5.2.1 Qorunan Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair-STP)

Bu tip kabeldə dolanmış tel cütləri koaksial kabeldə olduğu kimi metal bir qoruma təbəqəsi ilə örtülüdür. TP kabellər ilk istifadəyə başlandığı vaxtlardan (bəlkə də koaksialdan keçid dövründə) STP kabel UTP-yə nisbətdə daha yaxşı qəbul edilmişdir. Ən çöldəki metal qoruma təbəqəsi elektromaqnetik məkanlarda həqiqətən kabel içindəki siqnalın pozulmasına mane olması gözlənilirdi. Ancaq STP-nin bahalı olması onun yayılmasına mane olmuşdur.

Köhnə qaynaqlarda STP-nin UTP ilə müqaisədə daha bahalı, amma STP-nin maqnetik məkanlarda UTP-yə görə daha inamlı kabel olduğu bildirilir. Bu günlərdə bir çox qaynaqda isə STP-nin quraşdırılmasının çətin olduğundan və söyləndiyi qədər də yüksək qoruma ilə təmin etmədiyindən söz gedir. Hətta düzgün istifadə olunmadığında daha pis nəticələrə yol aça biləcəyindən bəhs edilir. STP istifadə ediləndə diqqət edilməsi gərəkli ən önəmli nöqtə, çöldəki metal qorumanın düzgün bir şəkildə torpaqlanmasıdır. Əks halda qoruma elektromaqnit dalğaları toplayan bir antena vəzifəsini görür. Qoruma kabelinin heç bir nöqtəsindən zədələnməmiş olması da çox önəmlidir. Ən çöldəki qoruma ilə torpaqlama məlumatın keçdiyi bütün nöqtələrdə davamlı olaraq təkrarlanması da çox önəmlidir. STP kabel Token Ring şəbəkələrində istifadə olunmuşdur, ancaq Ethernet şəbəkələri üçün istənilməyən bir kabel tipidir.

5.2.2 Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP)

Bu günlərdə ən çox işlədilən UTP bir-birinə dolanmış cütlər halında və ən çöldə də plastik bir qoruması olan kabellərdir. Kabelin içində kabelin dayanıqlılığını artırmaq və lazım olduqda çöldəki plastik örtüyü rahatca sıyırmaq üçün neylon bir ip mövcuddur. Tel cütlərinin bir-birinə dolanmış olmaları həm öz aralarında, həm də çöl mühitində qarşılaşa biləcəyi siqnal pozulmalarının önünə keçmək üçün alınmış bir tədbirdir.

Kabel içindəki tellər cütlər halında bir-birinə dolanmışdır. Hər cütün bir əsas rəngi, bir də “ağ” olanı vardır. Yuxarıdakı şəkildə də göründüyü kimi əsas rənglər portağal rəngi(turuncu), mavi, yaşıl və qəhvə rəngindədir. Əsas rənglərə sarılmış olan ağ tellər, sarılı olduğu rənglə eyni rəngə sahib olduğunu bildirir. Beləcə portağal rəngi(turuncu), portağal rəngi(turuncu)-ağ, mavi, mavi-ağ, yaşıl, yaşıl-ağ, qəhvəyi, qəhvəyi-ağ olmaq üzrə 8 fərqli rəngdə və 4 qrupda toplanmış olduğunu görürük.

Bəzən aldığınız kabeldə rənglərin bir az solğun, hətta dəyişik olduğunu görə bilərsiniz. Bəzən də ağ kabellərin tamam xətsiz(zolaqsız) olması mümkündür. Ancaq keyfiyyətli CAT5(və ya yuxarı) kabellərdə əsasən problem çıxmır. Hər bir ikinci(sarılmış) tel əsas telə müvafiq rənglənir.

5.2.3 Unshielded və shielded twisted pair kabel standartları

· Cat 1: Hal-hazırda TIA(Telecommunications Industry Association)/EIA(Electronic Industries Alliance) tərəfindən tanınmır. Əvvəllər telefon POTS(Plain old telephone service), ISDN və qapı zəngi kabellənməsi üçün istifadə edilirdi.

· Cat 2: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. Əvvəllər 4 Mbit/s Token Ring şəbəkələrində istifadə olunurdu.

· Cat 3: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur, 16 MHz sürətindəki şəbəkələrdə istifadə olunur. 10 Mbit/s Ethernet şəbəkələrində istifadə olunması ilə populyardır.

· Cat 4: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. 20 MHz sürətində işləmə qabiliyyəti var və 16 Mbit/s Token Ring şəbəkələrində geniş istifadə olunmuşdur.

· Cat 5: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. 100 MHz sürətində işləmə qabiliyyəti var və 100 Mbit/s Ethernet şəbəkələrində istifadə olunmuşdur. 1000BASE-T Gigabit Ethernet üçün uyğun deyildir.

· Cat 5e: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur. 100 MHz sürətində işləmə qabiliyyəti var. 100 Mbit/s və Gigabit Ethernet şəbəkələrində istifadə olunur.

· Cat 6: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur. 250 MHz sürətində işləmə qabiliyyəti var. 5 və 5e-dən daha güclüdür.

· Cat 6a: 10 Gbit/s şəbəkələri üçün kabel standartıdır(hazırlanmaqdadır).

· Cat 7: ISO/IEC 11801 üçün qeyri-rəsmi addır. Class F kabelləmə sinifi. Bu standart individualdır və xüsusi hallarda istifadə olunur. 600 MHz sürətində işləmə qabiliyyəti var.

Kompüter şəbəkələrində 10 Mbit Ethernet vaxtlarında CAT3 kabel çox geniş istifadə edilmişdir.

100 Mbit Ethernetin inkişaf etdirilməsi ilə CAT5 kabellər istehsala başlanılmışdır və hələ də istifadə olunmaqdadır.

UTP kabelin çöldən görünüşü

CAT3 və CAT5 bir-birinə çox bənzəyirlər. Ancaq hər kabelin üzərində kateqoriyası yazılır. Kabelin kateqoriyası onun keyfiyyətini göstərir. Keçirilən müxtəlif testlər ilə kabelin göstərilən sürətlərdə elektrik siqnallarını nə qədər sağlam və az itki ilə göndərdiyi, maqnit mühitində siqnalı nə qədər qoruya bildiyi ölçülmüşdür. Testlər ilə ortaya çıxan ölçülər kateqoriyanın keyfiyyətini göstərir. Qoyulan kriteriyalara cavab verən kabel kateqoriyanın adını almağa haqq qazanır. CAT5 ilə 100 Mbit sürətində məlumatı ötürə bilərsiniz. Bir sonrakı standart CAT5e (Enhanced CAT5, inkişaf etdirilmiş CAT5) standartıdır. CAT5e CAT5 ilə eyni quruluşdadır, amma daha keyfiyyətli kabeldir. CAT5e ilə gigabit sürətinə çatmaq olar. Gigabit ethernet-də CAT5 istifadə etmək mümkündür, amma CAT5e daha çox məsləhət görülür.

CAT6-da da eyni vəziyyətdən söz gedir. CAT5e-dən də daha yüksək ölçülərə çata bilən bir kateqoriyada yer alan kabeldir. CAT6 hal hazırda 568A standartına əlavə olunmuşdur. Yəni rəsmi istifadəyə verilmişdir. 1000Mhz sürəti üçün, gigabit ethernet üçün ən uyğun kabeldir. Gördüyünüz kimi görünüşdə də elə bir fərq yoxdur. CAT6a isə əsil adı “Augmented(çoxaldımış, artırılmış)- Category 6”- adlanır. 10 Gigabit Ethernet üçün nəzərdə tutulub.

1 fərq daha çox nəzərə çarpır, aralarındakı Seperator(ayırıcı).

CAT7 hələ ki inkişaf və test mərhələsindədir. Digərlərinin əksinə fərqli bir quruluşu olacaqdır. Hər tel cüt metal qoruma örtüyü ilə sarılmış, hamısı birdən digər bir metal qoruma örtüyü ilə örtüləcəkdir. CAT7 RJ-45-dən tamamən fərqli bir jak konnektor(birləşdirici başlıq) istifadə edəcəkdir.

UTP kabel ilə bağlı digər bir məsələ isə “stranded” və “solid” kabel fərqləndirilməsidir. Yəni çox damarlı stranded və tək damarlısolid kabel adlanır. Conductor-naqil, Single-tək deməkdir.

Bu günlərdə yeni qurulan bir şəbəkədə əsasən CAT5 və ya CAT5e istifadə olunur. Bu kateqoriyalarda Bakı kompüter mağazalarında rahat tapılırlar.

Topoloji tipləri və inkişafı

Bus topoloji

Fiziki bus bütün kompüterlərin eyni kabelə bağlı olduqları sistemdir. Kabelin hər iki ucuna sonlandırıcı və ya sonluq adı verilən başlıq taxılır. Bu topoloji həm məntiqi, həm də fiziki olaraq mövcuddur. Quraşdırılması asandır. Ən böyük çatışmazlığı kabelin bir nöqtəsində yaranan qopuqluğun bütün sistemi çökdürməsidir. Məntiqi bus isə, göndərilən bir məlumatın bütün sistemlərə çatması demək idi.

Linear(Xətti)topoloji\

Bu topoloji eynən bus kimidir. Əsasən Ethernet texnologiyasında istifadə olunur. Hub daxilində bu topolojidən istifadə olunur. Çünki hub daxilində node-lar eynən linear-dakı kimi bir xətt üzərində yerləşir.

Ring (Həlqə) topoloji

Məntiqi Ring topoloji isə Token-Ring adı verilən birinci IBM-in yaratdığı, sonralar IEEE və ISO tərəfindən inkişaf etdirilən və şəbəkə sistemlərində istifadə olunan texnologiyadır. Token-Ring-də kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) adlanır. Ancaq bu tip şəbəkə sistemində məlumatı ötürmək üçün bir siqnal mövcud olur. Bu siqnal daim sıra ilə bütün hub-ları və kompüterləri dövr edir və məlumat ötürülməsini həyata keçirir. Onun üçün ona Ring (Həlqə) adı verilmişdir. Bu sistem Token Ring-də ətraflı izah olunacaqdır.

Dual Ring(İki həlqə)topolojisi

Ring topolojisinin daha inkişaf etmiş formasıdır. Burada xəttin birində xəta yaranarsa, ikinci xətt əsas xətt kimi fəaliyyəti davam etdirir. Ya da xətanın ortadan qaldırılmasında əsas xəttə yardımçı olur.

Star (Ulduz) topoloji

Ən yayılmış şəkildə istifadə olunan fiziki topolojidir. Hər kompüterdən çıxan bir kabel mərkəzdəki bir qutuya(hub) girir. Ən böyük üstünlüyü bir kabeldə yaranan problemin sadəcə o kabelə bağlı kompüterə təsir etməsidir.

Mesh (Tor) topoloji

Bu topolojidə bütün kompüterlər digər kompüterlərə tək bir kabel vasitəsi ilə bağlanırlar. Nəzəri olaraq ideal bağlantı tipidir. Ancaq aradakı kabel sayı kompüter sayı artdıqca əlavə olunaraq artdığı üçün həqiqi həyatda sadəcə çox xüsusi hallarda və az sayda kompüter arasında istifadə olunur. Əlbəttə ki, bu forma kabelləmə rahat ola bilməz. Amma bəlkə də gələcəkdə bu forma simsiz şəbəkələrdə öz yerini tapacaqdır. Hal-hazırda da belə formanı simsiz şəbəkə ilə qurmaq olur. Buna bir növ məntiqi topoloji də demək olar.

TREE (Ağac) topoloji

Əsasən mərkəzi, əsas kompüterlər və ya hub-lar bus topolojisi ilə birləşdirilir və digər kompüterlər isə əsas kompüterlərə və ya hub-lara star topolojisi ilə qoşulurlar və budaqlanan çoxalma yaranır.

Hybrid (Mələz) topolojilər

Əsasən bus və star topolojisinin qarışığıdır. Bu topolojiləri inkişaf etdirən fərqli şəbəkə texnologiyaları vardır. Token Ring və Ethernet bu texnologiyalardan sözünü etməyə dəyən ikisidir. Token Ring adlanan şəbəkədən görmə ehtimalınızın çox-çox az olduğu üçün onu bir kənara qoysaq, onda sadəcə Ethernet qalır. Bu gün “şəbəkə qururam” ya da “şəbəkə qurduq bombadır ” deyənlər 101% Ethernet-dən bəhs edir. Ona görə mən də Ethernet-in istifadə etdiyi topolojiləri açıqlamaq məcburiyyətindəyəm. ��

Ethernet başlanğıcda bus topoloji kimi yaradıldı. Koaksial kabel sıra ilə bütün kompüterləri dolaşırdı. Ethernet şəbəkəsindəki kompüterlər də elə bilirdilər ki təkcə bu kabelə bağlıdırlar. Digər kompüterə məlumat yolladıqda, məlumat əslində eyni kabelə bağlı bütün sistemlərə çatırdı. Bütün kompüterlərdən sadəcə “doğru” olanı bu məlumatı qəbul edirdi. Bəs doğru kompüter necə təyin olunurdu? Ethernet şəbəkəsində hər kompüter, daha doğrusu hər şəbəkə kartı (ethernet kartı da deyə bilərik) fərqli bir ünvana sahibdir, MAC adresinə. Məlumat kabel üzərinə yerləşdirilən zaman məlumat üzərinə qəbul edənin və göndərənin MAC adresləri yazılır. Beləcə bütün kompüterlərdən sadəcə doğru olanı məlumatı alır və oxuyur, digərləri özlərinə gəlməyən, ya da gələn, amma aid olmayan məlumatı gözdən keçirmədən rədd edirlər. Buradan ilk ethernet-in həm məntiqi, həm də fiziki olaraq bus quruluşda çalışdığı anlaşılır.

Qeyd: İnformasiyanın çox olduğunu və qarışdırmaqdan narahat olmayın. Bütün bu oxuduqlarınız böyük tapmacanın tapılması üçün verilən məlumatlardır. Getdikcə bütün bunlar daha aydın olacaq və Ethernet haqda daha ətraflı öyrənəcəksiniz.

Zaman içində fiziki bus tipi ehtiyaclara cavab verməyən hala gəldi. Fiziki bus quruluşda, yəni bütün kompüterlərin eyni kabelə bağlandıqları sistemdə kabelin bir nöqtəsində yaranan qopuqluq və ya qısa qapanma bütün şəbəkəni çökdürürdü.

Şəbəkəyə yeni bir kompüter əlavə etmək, kabelin bir bölümünə əlavə etmək demək idi. Bu proses sırasında şəbəkə çalışmaz vəziyyətə gəlirdi. Şəbəkədə zədə olduğu zaman bütün sistemləri dolaşan tək bir kabelin hər hansı bir yerindəki zədəni tapmaq çox çətin olurdu. Tam kabelləmədə, yəni çox sayda kompüterin istifadə olunduğu binalarda və ya binalar arası kabelləmə həyata keçirilərkən fiziki bus istifadə etmək mümkün deyil. Çünki bus quruluş ağacın budaqları kimi mərkəzdən binanın mərtəbələrinə və otaqlara bölünmə üçün yaradılmamışdır.

Nəticə etibarı ilə fiziki bus topolojinin ehtiyacları qarşılamaqdan uzaq olduğu anlaşılanda yeni bir sistem axtarışına başlanıldı. Həll yolu ethernetin məntiqi topolojisini mühafizə edib, fiziki topolojini, yəni kabelləmə quruluşunu ulduz topoloji ilə dəyişdirməyi uyğun bildilər. Ulduz topolojidə hər kompüterdən ayrı bir kabel mərkəzi bir qutuya(hub) bağlanırdı. Kabellərdən birində yaranan zədə sadəcə o kompüterə təsir edirdi.

Ethernet üçün yeni fiziki topoloji ulduz topolojidir. İstifadə olunan kabel də koaksial kabeldən UTP-yə çevrildi. Ancaq məntiqi olaraq ethernet hələ də bus topolojidən istifadə edir. Fiziki ulduz topolojidə istifadə olunan hub içində məntiqi bir bus topoloji vardır. Kompüterlərdən birisinin yolladığı məlumat paketi hub-a çatana qədər, hub bu paketin sürətlərini yaradır və bütün portlara yollayır. Yəni bus quruluşda olduğu kimi məlumat paketi digər bütün kompüterlərə çatır və sadəcə qəbul etməli olan kompüter paketi oxuyur və məşğul olur. Amma digərləri isə paket onlara ünvanlanmadığı üçün onu silirlər.

Bunu daha yaxşı anlamaq üçün yuxarıda bir ethernet hub-ın işləmə şəkillərini göstərmişəm. Hub-a bağlı kompüterlər ulduz topoloji istifadə etməyinə baxmayaraq, hub içində eyni bus kimi tək bir xətt olduğunu görə bilərik.

Bus topoloji istifadə edən əvvəlki şəbəkə növləri yeni şəbəkələrə qoşula bilərlər. Çünki işləmə məntiqləri, yəni məntiqi topolojiləri eynidir. Demək olar ki, bütün ethernet hub-larda bir dənə əlavə koaksial kabel girişi vardır. Koaksial kabel ilk bus topoloji ilə işləyən sistemlərdə işlədilirdi. Ethernetin istifadə etdiyi bu mələz topoloji bəzən star-bus topoloji kimi tanınır. Tək mələz topoloji star-bus deyildir. IBM-in yaratdığı və günümüzdə populyarlığını itirən, ancaq zamanında geniş istifadə olunmuş Token Ring şəbəkə texnologiyası da star-ring mələz topolojisini istifadə edirdi. Bu sistemdə də çöldən baxıldığında eyni ethernetin star-bus-ı kimi kabelləmə ulduz şəklində olduğunu görürük. Hər kompüterdən ayrı bir kabel ethernet-dəki hub-ın bənzəri bir qutuya girir. Ancaq bu qutunun içində Token Ring şəbəkələrinin istifadə etdiyi məntiqi bir həlqə(ring) quruluşu mövcud olurdu.

Kompüter şəbəkələri və onların quraşdırılmasında istifadə olunan texnologiyalar

2.1 LAN, WAN və digər Sahə Şəbəkələri (Area Networks)

Müxtəlif tip kompüter şəbəkə dizaynlarının kateqoriyalaşdırılması üçün bir yol var. Onları fiziki sahəsi və miqyasına görə qruplaşdırmaq. İnkişaf tarixi səbəblərindən, bütün dizayn tipləri demək olar ki, müəyyən sahəyə görə yaradılmışdırlar. Aşağıda onları görə bilərsiniz:

LAN – Local Area Network (yerli sahə şəbəkəsi)

WLAN – Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi)

WAN – Wide Area Network (geniş sahə şəbəkəsi)

MAN – Metropolitan Area Network (metropoliyan (paytaxt) sahə şəbəkəsi)

SAN – Storage Area Network, System Area Network, Server Area Network və ya bəzən Small Area Network (bir çox adı var əsas Storage Area Network (saxlama sahə şəbəkəsi) kimi tanınır)

CAN – Campus Area Network, Controller Area Network bəzən Cluster Area Network bir çox adı var. Əsas Controller Area Network(nəzarət sahə şəbəkəsi) kimi tanınır)

PAN – Personal Area Network (şəxsi sahə şəbəkəsi)

DAN – Desk Area Network (idarəetmə sahə şəbəkəsi)

LAN və WAN əsas orijinal sahə şəbəkəsi kateqoriyalarıdır, qalanları illər boyunca texnologiyanın inkişafı irəlilədikcə yaradılmışdırlar və yəqinki bundan sonrada yeniləri yaradılıcaqdırlar.

LAN Nədir?

LAN (Local Area Network) –YSŞ(Yerli Sahə Şəbəkəsi), məsləhətdir LAN deyəsiniz. YSŞ gülməli çıxır. Bu forma kiçik ofislərdə, ev daxili və ya kiçik kompüter klublarında istifadə olunur. Bu tip vasitəsi ilə evdə, işdə və ya klubda oyun oynamaq, o biri kompüterə qoşulmuş printerdən yazı çap etmək olar. Şəbəkə tipi nə qədər böyük olursa olsun onun tərkibində LAN(lar) olur. Nə qədər böyük deyən zaman mən aşağıda izah edəcəyim, yuxarıda siyahı formasında sadaladığım digər tipləri nəzərdə tuturam. Bütün böyük şəbəkələr kiçik LAN şəbəkələrini birləşdirmək üçün mövcuddurlar və ya o səbəbdən yaranıblar.

WLAN Nədir?

WLAN – Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi). Bu da LAN deməkdir. Həm üstün, həm də mənfi cəhətləri var. Üstün cəhəti evin ya da ofisin içərisində ayağınıza dolaşacaq və ya divarın deşilməsinə səbəb olacaq kabellərin olmamağıdır. Mənfi cəhəti onun hələ inkişaf etməkdə olmasıdır ki, texnologiya kompüter oyunları və həcmi böyük proqramların tələblərini hələ ki ödəyə bilmir. Amma sənədləri şəbəkə vasitəsi ilə bölüşmək onun üçün problem deyildir. Üstün cəhəti ötürmə radiusu üzrə dairəvi formada bağlantı qura bilir. Kabel kimi tək istiqamətli bağlantıdan asılı olmur.

WAN Nədir?

WAN – Wide Area Network (geniş sahə şəbəkəsi). LAN-ın maksimum əhatə sahəsi bir binadırsa, WAN üçün bu əhatə sahəsi şəhərin bir neçə rayonu, yer kürəsinin tamamı desək yalan olmaz. Əlbəttə ki, burada istifadə olunan texnologiyalar LAN-dan fərqlənir və daha bir neçə cihaz əlavə olunur. Bu detalları hub vasitəsi ilə şəbəkə quraşdırmanı öyrənən zaman geniş şəkildə izah edəcəyik.

Digər tiplər nədir?

Siyahıda yazılan digər tiplər adlandırıldığı sahə üzrə şəbəkə dizaynlarıdır. Əsasən məqsədyönlü yaradılmışdırlar. Bəzi sahə şəbəkə tiplərinin bir neçə adının olmasının səbəbi dizayn formasının saxlanılaraq məqsədinin dəyişdirilməsi ilə əlaqədardır. Yəni bir dizayn bir çox məqsəd ilə istifadə oluna bilər.

Cüt dolanmış kabel vasitəsi ilə iki kompyuteri xabsız birləşdirmək.
Belə bir şəbəkəni qurmaq mümkündür. Kompyuterlər bir-biri ilə UTP-kabellər vasitəsi ilə birləşdirilir. Buna cross-over birləşmə deyilir. Kabelin bir ucu standarta əsasən bərkidilir, ikinci ucu isə əsas tellərin yerinin dəyişməsi ilə birləşdirilir (1 və 2 birincidə ikincinin 3 və 6 ilə, və 3 – 6 birincidə 1 və 2 ikinci ilə). Daha dəqiq desək aşağıdakı şəkildə göstərildiyi kimi.

Comments are closed, but trackbacks and pingbacks are open.