Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında yeni layihələr müzakirə olunub
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
Kənd təsərrüfatı sahəsində təşkilatlar
BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı ƏKTT- (Food and Agriculture Organization – FAO) aclığa qarşı qlobal mübarizə məqsədilə 1945-ci ildə yaradılmışdır. Onun tərkibinə 174 dövlət üzv və bir beynəlxalq təşkilat – Avropa Ittifaqı daxildir.1946-cı ildən ƏKTT BMT-nin ixtisaslaşmış müəssisəsidir.
ƏKTT-nın əsas orqanları aşağıdakılardır:
1.Konfranslar;
2.Şuralar;
3.Katiblik.
ƏKTT-nın yerləşdiyi yer – Roma.
ƏKTT-nın hesablamalarına görə XX əsrin 90-cı illərində Yer kürrəsinin 800 mln. insanı aclığa məruz qalmışdır. 2000-ci ildə dünyanın 32 ölkəsinin əhalisinin təcili ərzağa köməyi olmuşdur.
ƏKTT-nın Nizamnaməsinə uyğun olaraq onun vəzifələri aşağıdakılardır:
- xalqların iaşəsinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi;
- kənd təsərrüfatının məhsuldarlığını yüksəltmək;
- kənd təsərrüfatı məhsullarının və ərzağın bölgü sisteminin yaxşılaşdırılması;
- kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi; meşə təsərrüfatının və balıq ovunun inkişaf etdirilməsi.
ƏKTT-ı (FAO) əsasən dörd mənbədən bu təşkilata üzv olan dövlətlərin üzvlük haqları hesabına, BMT-nin Inkişaf Proqramı (PROON) hesabına və Ümumdünya bankı, həmçinin dövlətlərin maliyyələşdirdiyi Qəyyumluq Fondu hesabına maliyyələşdirilir.
Milli kənd təsərrüfatının inkişaf etdirilməsində ƏKTT tərəfindən onlara biotexnologiyanın, ərzaq istehsalının genişləndirilməsi layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi, kənd yerlərində infrastrukturaya daxil olan obyektlərin tikilməsi və ehtiyacı olan ölkələrin yüksək məhsuldar sortlarla təmin olunmasının genişləndirilməsi real kömək hesab edilir.
ƏKTT-nın (FAO-nun) xüsusi qeydiyyatlarına görə XX əsrin axırlarında dünyada ərzaq köməkliyinin həcmi 12 mlrd,
dollardan çox olmuşdur. Yaponiya, Almaniya və ABŞ əsas donor ölkələr hesab edilir.
Rusiya ƏKTT-nın üzvlüyünə daxil deyildir, lakin müşahidəçi kimi onun bütün fəaliyyətində iştirak edir.
Kənd təsərrüfatının Beynəlxalq Inkişaf Fondu (KTBIF) – 1977-ci ildə yaradılmışdır. Fondun məqsədi maliyyə resurslarının səfərbər edilməsi və onların güzəşti şərtlərlə hökumətlərarası təşkilatlara – üzvlərə və ya inkişaf etməkdə olan ölkələrə təqdim etməkdir.
Əsas orqanları:
1.Idarəetmə şurası;
2.Icraedici orqan.
KTBIF-nun fəaliyyət istiqaməti kənddə kasıblığın, aclığın, yarıac-yarıtox halları ixtisar etməkdir. Hazırda 1,2 mlrd. adam çox ağır və kasıb vəziyyətdə yaşayır. Eyni vaxtda 1,2 mlrd.-ın 75 %-i kənd rayonlarında yaşayır. KTBIF-nun həyat şəraitinin yaxşılaşdırılması və yoxsulluğun ixtisar edilməsini gücləndirmək üçün milli və beynəlxalq proqramlar işləyib hazırlayır. KTBIF-nun qadınların orta təhsilə cəlb olunmasına kömək edir.
KTBIF – özünün investisiyalarını, tədqiqatlarını, güc və biliyini layihələrin idarə edilib həyata keçirilməsinə səfərbər etmək üçün mərkəzləşdirməkdən ibarətdir.
KTBIF – kənd yoxsulluğunun və iaşənin yaxşılaşdırılması proqramı üçün resursları səfərbər edir.
KTBIF – ildə xidmətə görə 75 %, on il güzəşt dövrü daxil olmaqla inkişaf etməkdə olan ölkələrə əlverişli şəraitdə aşağı gəlirlə istiqrazlar təqdim edir. Özünün yarandığı vaxtdan və 2004-cü ilə qədər KTBIF- verilən yardımın məbləği
75,4 mln. dollar olmaqla 7,7 mlrd. dollar həcmində istiqraz təqdim edərək 115 ölkədə 633 layihəni maliyyələşdirmişdir.
KTBIF- MFSR üç maliyyələşdirmə mənbəyinə malikdir: üzvlərdən toplanan üzvlük haqqı, investisiyadan əldə edilən gəlirlər və maliyyə təşkilatlarından daxilolmalar.
Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında yeni layihələr müzakirə olunub
Bakı. 18 iyul. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakla görüşüb. “Report”a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin müvafiq şöbələri və qurumlarının rəhbərlərinin, həmçinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərinin iştirak etdiyi görüşdə “FAO-Azərbaycan tərəfdaşlıq proqramı” çərçivəsində təqdim olunan yeni layihələr müzakirə olunub. Nazir qonağı səmimi salamlayaraq FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib və gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini bildirib. Görüşdə “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğu sisteminin yaradılması”, “Azərbaycanda arıçılığın inkişafı vasitəsilə əhalinin gəlirlərinin artırılması”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “Dayanıqlı qoyunçuluq və ərzaq məhsullarının dəyər zəncirlərinin hazırlanması və qəbulu” layihələrinin ayrılıqda hər bir komponenti üzrə müzakirələr aparılıb. Nazir Heydər Əsədov gələcəkdə səmərəliliyin artırılması məqsədi ilə hər bir layihə üzrə müvafiq tövsiyələrini verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak qeyd olunan dəyişikləri və təklifləri nəzərə almaqla yeni layihələrin həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 1945-ci ildə yaradılmışdır. Baş Ofisi İtaliyanın Roma şəhərində yerləşir. Rəhbəri 23 iyun 2019-cu il tarixindən Qu Dongyudur.
FAO əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış qurumudur. FAO 191 ölkədə fəaliyyət göstərir və 130-dan çox ölkədə nümayəndəliyə malikdir. Azərbaycan 20 oktyabr 1995-ci il tarixindən FAO-nun üzvüdür. Azərbaycanda FAO-nun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Əlaqələndirmə ofisinin səlahiyyətlərini 2015-ci ilin payızından etibarən Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisi həyata keçirir. FAO təşkilatına üzv olduğu müddətdə Azərbaycan Hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün FAO-dan dəstək almışdır. Hazırda FAO tərəfindən Azərbaycanda 21 layihə həyata keçirilir.
FAO tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:
1
Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
2
Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın
Benefisiarlar: Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası
3
Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi
Benefisiar: Qida Təhlükəsizliyi Agentliyi
4
Mərkəzi Asiya və Qafqazda buğda pası xəstəliklərinin və xəstəliyə davamlılıq üzrə seleksiyanın idarə edilməsi üzrə regional əməkdaşlıq və milli imkanlarının gücləndirilməsi
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
5
Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
6
Tozlandırıcıların Dayanıqlı Meşə İdarəetmə Planlarına inteqrasiyası
Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi
7
Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi
Benefisiarlar: Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi
8
Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə balıqçılıq təsərrüfatı və akvakulturanın dayanıqlı idarəçiliyi üçün potensialın inkişaf etdirilməsi (FİSHCap)
Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi
9
Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
10
DİM göstəriciləri və kənd təsərrüfatının siyahıyaalınmasının rəqəmsallaşdırılması üzrə DSK-nın potensialın gücləndirilməsi
Benefisiar: Dövlət Statistika Komitəsi
11
Aİ və TCP maliyyələşdirilməsi üçün layihə təkliflərinin formalaşdırılmasını dəstəkləmək
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
12
Kənd yerlərinin maliyyələşdirilmə çərçivəsi: Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) kredit əməliyyatlarının dəstəklənməsi
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
13
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı üçün Təbliğat Fəaliyyətləri və Layihəyə Hazırlıq
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
14
Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
15
Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
16
Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
17
Aqrar Xidmətlər Agentliyinin nəzdində Toxum və Aqro–Kimyəvi Laboratoriyaların və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
18
Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi
Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi
19
Ətraf Mühitin İnkişafı və Davamlılıq üçün Meşələrin Bərpasının Təkmilləşdirilməsi
Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi
20
Kodeks Etimad Fondu 2A – Azərbaycan
Benefisiar: Qida Təhlükəsizliyi Agentliyi
21
Qafqaz və Mərkəzi Asiyada (QMA) çəyirtkə fəlakətləri risklərinin azaldılması
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
Comments are closed, but trackbacks and pingbacks are open.