Press "Enter" to skip to content

Book xx əsrin 20-30-cu illərində azərbaycanda etnokonfessional şərait

Zəngəzuru ələ keçirməyə can atan ermənilər hələ 1920-ci ilin dekabrın 25-də burada «Azad Sünik hökuməti» təşkil etmişdilər. İrəvan həmin bölgəni 2 yerə ayırmaq təklifini irəli sürdü: onun qərb hissəsi Zəngəzur qəzası, şərq hissəsinin isə Meqri qəzası adlandırılması təklif olundu. Bununla yanaşı, rəsmi İrəvan XI Qırmızı Ordu ilə sazişə girdi və 1921-ci ilin iyulunda Əlahiddə Qafqaz Ordusunun hərbi hissələri Zəngəzurun yuxarı ərazisinə soxuldular, bölgəni daşnaq dəstələrindən təmizləyərək Ermənistana birləşdirdilər. Daha sonra bu əraziyə İran, Misir, Türkiyə, Rusiyadan ermənilər köçürüldü, azərbaycanlılar isə müxtəlif bəhanələrlə bölgədən çıxarıldı. 1929-cu ildə Zəngilan rayonunun 3 kəndi Ermənistana verildi (bu barədə qərar isə Azərbaycan SSR Ali Soveti tərəfindən 1969-cu ilin mayın 17-də təsdiq edilmişdir). Burada Meqri rayonu təşkil olundu və beləliklə, Naxçıvanla Azərbaycan arasında dəhliz yarandı. Bu illərdə Qazax qəzasının dağlıq hissəsi — Dilican ərazisi də Azərbaycan xalqının iradəsinə əks olaraq Ermənistana verildi.

Azərbaycan XX əsrin 20-30-cu illərində

Sovet Rusiyası 1920-ci ilin ilk aylarında Cümhuriyyətə qarşı hərbi müdaxilə planları hazırlayırdı. İlk növbədə, Azərbaycanın Daxilindəki Rusiya meylli və xəyanətkar qüvvələr bir mərkəzdə birləşdirildi. Moskvanın birbaşa göstərişi ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) Yaradıldı və ölkəmizin daxilində çevriliş hazırlanmağa başlanıldı. Sovet Rusiyasının əsas məqsədi təkcə Bakı neftini ələ keçirmək deyildi. O bütün Azərbaycanı, ardınca da Gürcüstan və Ermənistanı işğal etmək istəyirdi. 1920-ci ilin aprel ayında Azərbaycanın şimalına 130 minə yaxın canlı qüvvə, çoxlu döyüş texnikası cəmləşdirildi. Həmin vaxt Azərbaycan Milli Ordusunun Qarabağda erməni qiyamçılarına və ölkəmizə soxulmuş erməni hərbi qüvvələrinə qarşı mübarizəyə cəlb edilməsi Şimal sərhədlərimizi müdafiəsiz qoymuşdu. Rusiya dərhal bundan istifadə etdi. XI Qırmızı Ordu aprelin 26-da Azərbaycanın sərhədlərini keçdi. Sərhəddə 350 nəfərlik Azərbaycan hərbi qüvvələri işğalçılara qarşı qəhrəmancasına müqavimət göstərdi. Onlar vətən uğrunda şərəflə ölməyi təslim olmaqdan üstün tutdular.

İşğalçı orduya arxalanan AK(b)P rəhbərliyi Cümhuriyyətin parlamentinə ultimatum göndərdi. Ultimatumda hakimiyyətin dərhal “Azərbaycan fəhlə-kəndli hökumətinə” təhvil verilməsi tələb olunurdu. Rus ordusunun təzyiqləri altında parlament aprel ayının 27-də hakimiyyətin müəyyən Şərtlərlə Azərbaycan kommunistlərinə təhvil verilməsi haqqında qərar qəbul etdi. Bu Şərtlərə görə, Azərbaycanın müstəqilliyi qorunub saxlanılmalı, Azərbaycan SSR-in yaradılması. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) yaradıldığı elan edildi. Ali siyasi hakimiyyət Orqanı kimi Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradıldı. Həmin komitənin Formalaşdırdığı yeni hökumət Azərbaycan SSR Xalq Komissarları Soveti (XKS)XI Qırmızı Ordunun Xüsusi şöbəsi və yeni yaradılmış Fövqəladə Komissiya, həmçinin Ali İnqilabi Tribunal əsl terror təşkilatı kimi xalqımıza divan tuturdu. XKS başçısı Nəriman Nərimanovun qanunsuz həbslərin qarşısını almaq cəhdləri Heç də həmişə uğurlu olmurdu. Aprel çevrilişindən sonra Azərbaycanda rəhbər Vəzifədə işləyən N.Solovyov V.İ.Leninə yazırdı: “Azərbaycanda Sovet hakimiyyətinin Qələbəsi müsəlmanların düşmənlərinin təntənəsi və ümummilli fəlakət idi”.

İlk sosialist dəyişiklikləri. Azərbaycan İnqilab Komitəsi və XKS Sovet Rusiyasının Göstərişləri əsasında işləyirdi. Rusiyanın təkidi ilə Azərbaycanda da “sosialist” tədbirlərinin həyata keçirilməsinə başlanıldı. İnqilab Komitəsinin 1920-ci ilin mayında verdiyi Dekretlə bütün mülkədar və vəqf torpaqları müsadirə edildi. Həmin torpaqların Kəndlilərin istifadəsinə verilməsi nəzərdə tutulurdu. Digər bir dekretlə Azərbaycan SSR-in Qırmızı Ordu və Donanmasının yaradılmasına başlanıldı. Əslində, bu, Azərbaycan Milli Ordusunun ləğvi məqsədini daşıyırdı. Cümhuriyyətin Milli Ordusunu1920-ci ilin mayında başqa bir dekretlə bütün zümrələr və milli rütbələr ləğv Edildi. Bütün əhali Azərbaycan SSR vətəndaşı adlandırıldı. Lakin “qırmızı terror” Şəraitində vətəndaş hüquqlarından və bu hüquqların qorunmasından danışmağa Dəyməzdi. Sovet Rusiyasının xüsusi marağında olan neft sənayesi 1920-ci il mayın 24-dəMilliləşdirildi. Neft və neft məhsullarının satışı dövlət inhisarına alındı. Bu sahəyə Rəhbərlik etmək üçün Azərbaycan Neft Komitəsi (Azneft) yaradıldı. Komitə Azərbaycan hökumətinə deyil, birbaşa Moskvaya tabe idi. Bakıda bir il ərzində hasil Olan neftin 90 faizi Rusiyaya daşınırdı. Azərbaycanın ehtiyacları üçün kiçik həcmdə Neft ayrılması normasını da yalnız Sovet Rusiyası müəyyənləşdirirdi. Azərbaycan Sovet hökuməti dinin dövlətdən ayrılması adı altında bütün dini Mərasimlərin icrasını qadağan etdi. Bununla da, Azərbaycan vətəndaşlarının etiqad Azadlığı kobud şəkildə pozuldu. 1921-ci ildə Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi və nəticədə, ölkəmizdə bolşeviklərin, əslində, Rusiyanın əlində Oyuncaq olan hakimiyyət orqanlarının fəaliyyəti qanuniləşdirildi.

Sovet rejiminə qarşı üsyanlar:

Sovet işğal rejiminə qarşı ilk və ən Böyük üsyan Gəncədə baş verdi. Bolşeviklər Gəncədəki Milli Ordu Hissələrini ləğv etmək istəyirdilər. Əsgərlərimizin tərk-silah edilməsi Haqqında qərar Gəncədə böyük Narazılıqla qarşılandı. 1920-ci il Mayın 25-də üsyan başlandı. Üsyanda Milli Ordu hissələri ilə Yanaşı, Gəncə şəhərinin on min Nəfərdən çox sakini də iştirak edirdi. Üsyana rəhbərlik etmək üçün Hərbi Şura yaradıldı. Hərbi Şuraya Milli Ordunun generalları Cavad bəy Şıxlinski, Məhəmməd Mirzə Qacar və başqaları daxil idi. Üsyan yatırılandan sonra Milli Ordunun çoxlu sayda yüksək rütbəli zabiti, o Cümlədən 12 generalı həbs edildi. Onlar Bakıya aparılaraq Nargin adasında güllələn Sovet rejiminə qarşı ikinci böyük üsyan 1920-ci il mayın 29-da Qarabağda başlandı. XI Qırmızı Ordunun müdaxiləsi zamanı Milli Ordunun piyada və atlı alayları Bu bölgəni nəzarətdə saxlamaqda davam edirdi. Sovet hökuməti Milli Ordu hissələrini tərk-silah etmək üçün Qarabağa iki diviziya göndərdi. Azərbaycan əsgərləri İyunun 5-də Tərtər, Ağdam və Şuşada savaşa girərək düşməni böyük tələfata uğratdılar. Üsyana Nuru paşa başçılıq edirdi. Qarabağda Sovet hakimiyyəti devrildi, Nuru paşa Qarabağın hakimi elan edildi. Lakin əlavə qüvvələr hesabına XI Qırmızı Ordu iyunun 13-də üsyanı yatıra bildi.

Ermənilərin köməyi ilə Azərbaycan əhalisinə divan tutuldu. Milli Ordunun salamat Qalan hissələri Cənubi Azərbaycana və Türkiyəyə keçdi. Onlar Türkiyədə İstiqlal Hərəkatında iştirak etdilər. 1920-ci il iyunun 6-da Zaqatalada üsyan başladı. Üsyançıların əsas hissəsini Kəndlilər təşkil edirdi. Milli Ordunun süvari alayı da Qırmızı Orduya qarşı savaşa Qoşuldu. Üsyana peşəkar hərbçi Əhmədiyev və bölgənin nüfuzlu şəxslərindən olan Hafiz Əfəndi başçılıq edirdilər. Üsyançılar Zaqatala və Qaxı düşməndən azad etdilər. Lakin Sovet hökuməti əlavə qüvvə yeritməklə üsyanı yatıra bildi. Salamat qalmış Üsyançılar Gürcüstana sığındılar. Bu bölgəmizdə də əhaliyə qanlı divan tutuldu.1920-ci ilin may ayında Nuxa qəzasında Göynük mahalının əhalisi rus işğalçılarına qarşı istiqlal savaşına qalxdı. Silahlı üsyanın mərkəzi Baş Göynük kəndi idi. Azərbaycanın əksər bölgələrində müqavimət hərəkatının genişlənməsi işğalçı Rejimi çox qorxuya saldı. XI Qırmızı Ordunun komandanlığı, heç olmasa, Abşeron və Neft Bakısını nəzarətdə saxlamaq haqqında düşünməyə məcbur oldu. Bakı və onun ətrafında müdafiə istehkam xəttinin yaradılmasına başlanıldı. Sovet Rusiyası “müstəqil” Sovet Azərbaycanına təcili olaraq əlavə yeddi diviziya yeritdi.

Formal müstəqilliyə ilk zərbə:

Moskva müqaviləsi. 1920-ci il sentyabrın 30-da Moskvada RSFSR-lə Azərbaycan SSR arasında “Hərbi-iqtisadi ittifaq” Müqaviləsi bağlandı. Müqavilə və ona əlavə kimi imzalanan sazişlər qeyri-bərabər Olub, təslim aktına bənzəyirdi. Həmin sənədlərə görə, Azərbaycanın hərbi, hərbi-Dəniz qüvvələri, maliyyə, poçt, teleqraf idarələri və dəmir yolu nəqliyyatı Rusiyanın Nəzarətinə keçdi. İmzalanan sənədlər içərisində ən ağırı xarici ticarətə aid saziş idi. Sazişə görə, Azərbaycan bütün xarici ticarət sahəsindəki fəaliyyətini Rusiyanın İxtiyarına verdi. Bu zaman Azərbaycan neftinin satış hüququ da Rusiyaya keçdi. Azərbaycan daxili ehtiyaclarını ödəmək üçün neft və neft məhsuldarından yalnız Rusiyanın icazəsi ilə istifadə edə bilərdi. İmzalanan sənədlərin heç birində Azərbaycan SSR-in müstəqilliyinin və ərazi bütövlüyünün tanınması haqqında bir kəlmə də Yazılmamışdı. Əvəzində müstəqil dövlətin fəaliyyəti üçün mühüm sayılan bütün əsas Səlahiyyətlər Sovet Rusiyasına təslim edilmişdi. Sovet Azərbaycanının iqtisadi Müstəqilliyi tamamilə əlindən alınmışdı. Onun siyasi müstəqilliyi isə yalnız formal Xarakter daşıyırdı. Moskva müqaviləsi Azərbaycan SSR-in formal müstəqilliyinə ağır Zərbə vurdu.

Cənubi Qafqaz sovet respublikaları federasiyasının yaradılması:

Sovet Rusiyası 1920-ci ilin sonunda Ermənistanın və 1921-ci ilin əvvəlində Gürcüstanın Müstəqilliyinə son qoyduqdan sonra yeni məkrli planını işə saldı. Bu planın məqsədi əvvəlcə Cənubi Qafqazın sovet respublikalarını bir ittifaqda birləşdirmək idi. Sonrakı mərhələdə bu ittifaqın Sovet Rusiyasının hegemon rol oynayacağı yeni bir dövlətin tərkibinə daxil edilməsi nəzərdə tutulurdu. Planın həyata keçirilməsinə 1921-ci ilin payızında başlandı. İlk addım kimi Cənubi Qafqaz sovet respublikaları arasında gömrük və sərhəd məntəqələri ləğv edildi. Onların xarici ticarət idarələri və dəmir yollarının birləşdirilməsinə qərar verildi.1922-ci il martın 12-də Azərbaycan, Gürcüstan və Ermənistan arasında Moskvanın göstərişi ilə ittifaq müqaviləsi bağlandı. Həmin ilin dekabr ayında Bakıda Birinci Zaqafqaziya Sovetlər qurultayı keçirildi. Qurultayda Zaqafqaziya Respublikaları İttifaqının Mərkəzi İcraiyyə Komitəsi təşkil edildi. İttifaqın Konstitusiyası da qəbul Olundu. Nəticədə, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının Sovet Rusiyası ZSFSR yaranan kimi prosesləri daha da Sürətləndirdi. 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayı çağırıldı. Qurultayda Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradılması haqqında Bəyannamə qəbul edildi, İttifaq müqaviləsi bağlandı. Yeni İttifaq dövlətinin tərkibinə RSFSR, Ukrayna SSR, Belarusiya SSR və ZSFSR daxil edildi.(ZSFSR) yaradılması prosesi başa çatdı. Bununla Azərbaycanın formal müstəqilliyinə də son qoyuldu. Üç sovet respublikası federasiya şəklində birləşdirildi. Yeni Federativ respublika vahid iqtisadi məkana və vahid büdcəyə malik idi. Belə birləşmə Zəngin sərvətlərə və güclü iqtisadi potensiala malik olan Azərbaycan üçün qətiyyən Sərfəli deyildi. İqtisadi baxımdan zəif olan Gürcüstan və Ermənistan isə Azərbaycanın neftindən və digər sərvətlərindən havayı şəkildə bəhrələnmək imkanı qazandılar. Bu iki sovet respublikası Azərbaycanın hesabına öz iqtisadiyyatlarını inkişaf etdirməyə başladı. Eyni zamanda Azərbaycanın nefti və digər sərvətlərinin talan edilib Rusiyaya daşınması davam edirdi.. 1924-cü ildə SSRİ-nin birinci Konstitusiyası qəbul olundu. Konstitusiyada SSRİ-nin Tərkibinə daxil olan müttəfiq respublikaların hüquq bərabərliyi formal olsa da, öz əksini Tapmışdı. Əslində isə, SSRİ-nin tərkibində olan qeyri-rus xalqların müstəqil yaşamaq Hüququ əllərindən alınmışdı. Yeni ittifaqda yalnız Rusiyanın maraqları nəzərə alınmış Və onun hegemonluğu təmin olunmuşdu. Müttəfiq respublikalar isə Moskvanın bütün Göstərişlərini sözsüz yerinə yetirməyə məcbur idi. Beləliklə, Azərbaycan Sovet Ittifaqının tərkibində hüquqları məhdudlaşdırılmış bir əyalətə çevrildi.

“Hərbi kommunizm” siyasəti:

Ərzaq sapalağı. Sovet hakimiyyəti 1920-ci ilin yayından Azərbaycanda “hərbi kommunizm” siyasətini tətbiq Etməyə başladı. Taxıl məhsulları dövlət inhisarına Alındı. Taxıl məhsulunu açıq satışa çıxarmaq Kəndliyə qadağan edildi. Zorakı ərzaq sapalağının Tətbiqinə başlandı. Ərzaq sapalağına görə, məhsulun çox az hissəsi kəndlinin ixtiyarında qalırdı. Bu, Yaxşı halda kəndlinin acından ölməməsinə kifayət Edirdi. Məhsulun böyük bir hissəsi hökmən dövlətə Təhvil verilməli idi. Ərzaq sapalağını həyata keçirmək Üçün kəndlərə xüsusi ərzaq ekspedisiyaları göndərilirdi. Ekspedisiyaların tərkibi, əsasən, erməni və Ruslardan ibarət idi. Xüsusi hərbi dəstənin müşayiət Etdiyi ekspedisiyalar Azərbaycan kəndlisini, sözün əsl mənasında, qarət edirdi. Kəndli heç çar hökuməti dövründə də belə özbaşınalıq görməmişdi. Azərbaycanın hər yerindən N. Nərimanova çoxlu sayda şikayət məktubları göndərilirdi. Kəndlilər daha çox sonuncu tikələrinin əllərindən alınmasından, at və digər iş heyvanlarının müsadirə olunmasından şikayətlənirdilər. 1920-ci ilin payızında keçirilən soyğunçu ərzaq toplanması tədbirləri xalqımıza böyük məhrumiyyətlər gətirdi. Azərbaycanın əksər bölgələrini aclıq bürüdü. XI Qırmızı Ordunu və fəhlələri çörəklə təmin etmək adı ilə həyata keçirilən ərzaq sapalağı kəndlilərin kütləvi narazılığına səbəb oldu. Yeni İqtisadi Siyasətin həyata keçirilməsi. Kənddə yaranmış fəlakətli vəziyyət və əhalinin Narazılığı Sovet hökumətini iqtisadi siyasəti dəyişməyə məcbur etdi. 1921-ci ilin yazında Rusiyada, Ardınca digər sovet respublikalarında Yeni İqtisadi Siyasətə (YİS) keçildi. Bu siyasətə görə, ərzaq sapalağından iki dəfə az ərzaq Vergisi tətbiq edildi. Milliləşdirilmiş sənaye müəssisələrinin bir hissəsi köhnə sahiblərinə və ya xarici şirkətlərə icarəyə verildi, ticarət azadlığı elan olundu. Azərbaycanda Da ərzaq sapalağı ləğv edildi və adıçəkilən islahatlar həyata keçirilməyə başlanıldı. Amma Sovet Rusiyasından fərqli olaraq, Azərbaycanda ərzaq vergisi dərhal tətbiq Edilmədi. N. Nərimanovun təşəbbüsü ilə hər kəndli təsərrüfatı üzərinə könüllü çanaq Rüsumu (8 kq taxıl) qoyuldu. 1922-ci ilin yazından isə ərzaq vergisi tətbiq olundu. Nəticədə, Azərbaycan kəndlisinin vəziyyəti xeyli yüngülləşdi. Çünki kəndli vergini ödəyən-Dən sonra qalan məhsuldan sərbəst şəkildə istifadə edə, hətta onu bazarda sata bilərdi.YİS-in tətbiqi Azərbaycanda əkin sahələrinin böyük sürətlə azalmasının qarşısını Aldı. Taxıl istehsalı yenidən artmağa başladı. Şəhərlə kənd arasında əlaqələr genişLəndi və ticarət canlandı. Sənaye sahəsində YİS-in həyata keçirilməsi zamanı iri və strateji əhəmiyyətli Müəssisələr dövlətin nəzarətində saxlanılırdı. Çoxlu sayda yüngül və yeyinti Sənayesi müəssisələri isə xüsusi sahibkarlara icarəyə verilirdi. Moskva öz nəzarətində saxladığı neft sənayesini inkişaf etdirmək üçün müəyyən addımlar atdı. Azərbaycan Neft Komitəsinə xarici şirkətlərlə əlaqələr yaratmağa icazə verdi. Bundan istifadə edən komitə xaricdən xeyli neft avadanlığı satın alıb Azərbaycana Gətirdi. Neft və neft məhsulları sərbəst şəkildə xarici ölkələrdə satışa çıxarıldı.YİS-in tətbiqi nəticəsində bütövlükdə Azərbaycan iqtisadiyyatında canlanma Yarandı. Azərbaycan kəndlərində ortabab və varlı kəndli (qolçomaq) təsərrüfatlarının Xüsusi çəkisi xeyli artdı. 1925-ci ildə ortabablar artıq bütün kəndlilərin yarıdan çoxunu Təşkil edirdi. Bu dəyişikliklər özünü fəhlə-kəndli hökuməti adlandıran bolşevik siyasi , Dairələrini təşvişə saldı. Sovet hökuməti xüsusi sahibkarlığın və “istismarçı” siniflərin Gücləndiyini bəhanə gətirərək 1920-ci illərin ikinci yarısında YİS-dən imtina etdi.

Hökumətin sənayeləşdirmə tədbirləri:

SSRİ rəhbərliyi 1925-ci ilin dekabrında Bütün ölkədə sosialistcəsinə sənayeləşdirmə xəttini elan etdi. Azərbaycanda bu Xəttin həyata keçirilməsi Rusiyanın maraqlarına tabe edildi. Neft sənayesinin inkişaf Etdirilməsi Moskva tərəfindən Azərbaycanda sənayeləşdirmənin başlıca vəzifəsi kimi İrəli sürüldü. Bunun üçün neft sənayesini texniki cəhətdən yenidən qurmaq lazım idi. Moskva neft sənayesini birinci növbədə maliyyələşdirirdi. Azərbaycan qəzalarında Sənayenin inkişafı isə ikinci dərəcəli vəzifə hesab olunurdu. Bu dövrdə Abşeronda Yeni neft yataqları istismara verildi. Neftçıxarmanı zəruri texnika ilə təmin etmək Üçün neft maşınqayırması yenidən quruldu. Neft maşınqayırması zavodlarında yeni Dərinlik nasoslarının istehsalına başlanıldı. 1930-cu ildə Bakı–Batum neft kəmərinin Bərpası başa çatdırıldı. Kəmər neftin daha tez və ucuz daşınmasını təmin edirdi.XX əsrin 20–30-cu illərində Azərbaycan SSR-də neft çıxarılması səkkiz dəfə artdı. Lakin SSRİ rəhbərliyi Azərbaycanda “qara qızıl çıxarılması”nın artım sürətindən yenə də narazı idi. Bu sahədə işlərin sürətləndirilməsi haqqında tez-tez qərarlar verilirdi. Sənayeləşdirmə dövründə elektrik enerjisi istehsalı Azərbaycanda neft sənayesindən sonra daha çox diqqət yetirilən ikinci sahə idi. Bu dövrdə onlarla su və istilik Elektrik stansiyası istifadəyə verilmişdi. Xalqın əsas istehlak mallarına olan tələbinidə ödəmək lazım idi. Bu məqsədlə Azərbaycanın bölgələrində yeni yüngül və yeyinti Sənaye müəssisələri inşa edildi. Nəticədə, Gəncə şəhəri Azərbaycanın ikinci sənaye Mərkəzinə çevrildi. Sənayeləşdirmə dövründə nəqliyyat sahəsində də müəyyən işlər görüldü. 1926-cı İldə Bakı–Sabunçu elektrik dəmir yolu xətti işə salındı. Bu, SSRİ-də elektriklə işləyən İlk dəmir yolu xətti idi. İnşasına çoxdan başlanan Bakı–Culfa dəmir yolunun Mincivan Stansiyasına kimi çəkilişi 1940-cı ildə başa çatdırıldı. 1937-ci ildə Bakı ilə Moskva Arasında müntəzəm hava uçuşlarına başlanıldı. Sənayeləşdirmə xəttinin həyata keçirilməsi Azərbaycan SSR-in ümumi iqtisadi İnkişafına təkan verdi. İqtisadi sahədə uğurlar Azərbaycan fəhləsinin çox ağır zəhməti Və fədakarlığı hesabına qazanıldı.

Zorakı kollektivləşdirmə tədbirləri nəticəsində Sovet hökuməti kəndliləri birlikdə İstismar etmək imkanı qazandı. Kolxozlarda birləşən kəndlilər tamamilə hüquqsuz Vəziyyətə düşdülər. Sovet hökuməti 1950-ci illərin sonuna qədər kəndliləri ölkənin Tamhüquqlu vətəndaşı saymır, onlara pasport vermirdi. Kolxozçu kəndlinin yaşadığı Yeri tərk edib işləmək üçün şəhərə getmək imkanı da yox idi. Yaşadığı yeri tərk edə Bilməyən kolxozçu kəndli, əslində, təhkimli vəziyyətinə salınmışdı. Kollektivləşdirməyə qarşı üsyan və çıxışlar. 1930-cu ildə Azərbaycanın əksər Bölgələrində kütləvi üsyanlar baş verdi. Üsyanların əsas səbəbi zorakılıqla həyata Keçirilən kollektivləşdirmə tədbirləri idi. Üsyanlarda kəndlilərlə yanaşı, Sovet hökumətinin şübhə ilə yanaşdığı, divan tutmağa çalışdığı ziyalılar və din xadimləri də fəal iştirak Edirdilər. İlk üsyanlardan biri Şəmkirdə baş verdi. Əhalinin bütün təbəqələri, hətta Hökumətin dayağı sayılan yerli kommunistlər və milis işçiləri də bu hərəkata qoşuldu. Sovet rejimi amansız cəza üsullarından istifadə etməklə üsyanı yatıra bildi. 1930-cu İldə gizlədilmiş üsyançıların axtarılması adı altında Gədəbəyin Çayoba kəndində hökumətin keçirdiyi cəza əməliyyatı xüsusilə amansız oldu. Çayoba faciəsi zamanı Kənddəki evlər yandırıldı və 14-ü uşaq olmaqla, 36 dinc sakin qətlə yetirildi. Fərdi kəndli təsərrüfatları üzərinə ağır vergilər qoyulur, hökumətin müəyyənləşdirdiyi vergilərdən daha çox vergi yığılırdı. Ərzaq qıtlığı nəticəsində Şəki şəhərində Qiymətlər üç dəfədən çox bahalaşmışdı. Din xadimlərinə divan tutulmuş və məscidlər Bağlanmışdı. Bütün bunlar 1930-cu ildə Şəki-Zaqatala bölgəsində böyük üsyana Səbəb oldu. Üsyançılar zülm və bəlaların dövlət müstəqilliyimizin itirilməsinin nəticəsi Olduğunu aydın şəkildə dərk edir, xilas yolunu milli dövlətin bərpasında görürdülər. 1930-cu ilin aprelində Siyasi İdarəetmə sərt mərkəzləşdirməyə əsaslanırdı. Bütün dövlət və Hökumət orqanları yeganə siyasi qüvvənin – AK(b)P rəhbərlərinin Göstərişi ilə fəaliyyət göstərirdi. Uzun müddət rəhbərliyi qeyri Azərbaycanlılardan ibarət olan AK(b)P müstəqil qurum deyildi. Sovet dövlətinin başçısı İ.Stalinin sərt göstərişləri əsasında işləyirdi. 1933-cü ildə Mircəfər Bağırov Moskva tərəfindən AK(b)P MK-nın Birinci katibi vəzifəsinə gətirildi. M.C.Bağırov amansız xarakteri və Ciddi işgüzarlığı sayəsində Azərbaycanda güclü avtoritar Hakimiyyət qura bildi. Bu işdə onun əsas yardımçıları Daxili İşlər üzrə Xalq Komissarlığının rəhbərləri Y.Sumbatov-Topuridze, X.Qriqoryan, R.Markaryan, T.Borşev idilər. O dövrdə Azərbaycanın daxili işlər və Prokurorluq sistemində çalışanların əksəriyyəti qeyri-azərbaycanlı Kadrlar idi. Kütləvi repressiyalar. Avtoritar sovet rejimi 1930-cu illərdə Təkcə “istismarçı” siniflərə qarşı deyil, xalqın bütün təbəqələrinə Qarşı da kütləvi repressiyalar həyata keçirdi. Bu siyasətin əsas Məqsədi kütləvi qorxu yaratmaq, xalqı tam itaətkar kütləyə çevirmək idi. Bolşeviklər Bu yolla partiyanın təkbaşına hakimiyyətini möhkəmləndirmək istəyirdilər. Xalqımızın Görkəmli ziyalılarına, dövlət xadimlərinə, sadə fəhlə və kəndlilərə “əks-inqilabçı”, “Sovet hökumətinin düşməni”, “müsavatçı” adı ilə divan tutuldu. Sovet rejiminə sədaqətlə xidmət etmiş partiya və dövlət xadimləri də repressiyadan yaxa qurtara bilmədilər. Kütləvi repressiyaların zirvəsi 1937-ci il hesab olunur. Öz xalqını canından çox sevən on minlərlə Azərbaycan ziyalısı “xalq düşməni” kimi Güllələndi və ya sürgünə göndərildi.

  • ← Georgiyevsk traktatı
  • Qaraxani dövlətində təsərrüfat və siyasi quruluş. →

Book xx əsrin 20-30-cu illərində azərbaycanda etnokonfessional şərait

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan nefti dünya bazarında: XX əsrin 20-30-cu illəri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Azərbaycan ərazisi XX əsrin 20-90-cı illərində

XX əsrin 20-ci illəri ərəfəsində Azərbaycanda və ümumiyyətlə, Qafqazda siyasi vəziyyət gərgin olaraq qalmaqda idi. Fevral burjua inqilabı, çar Rusiyasının iflası, bolşeviklərin haki-miyyətə yiyələnmələri, Qafqaz respublikalarının öz müqəddəratını müəyyənləşdirməyə cəhd göstərmələri, onların arasındakı mübarizələr, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülü və fəaliyyəti və s. hadisələr dövrü səciyyələndirən əsas cəhətlərdir. Dövrün diqqəti cəlb edən digər cəhəti Azərbaycan ərazisinin yenə də 2 hissəyə parçalanmış halda qalması idi. Vahid Azərbaycan ərazisi İranın və Rusiyanın nüfuz dairələrində qalmaqla öz fəaliyyətlərini həmin dövlətlərin idarəçiliyinə uyğun davam etdirirdi. Məlum olduğu kimi, 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı və sonralar onun ərazisində Azərbaycan Sovet Sosialist Respublikası təsis olundu.

Azərbaycan SSR Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində təsis edildiyindən onun sahəsi ilk vaxtlarda 97.298 kv. km olmuşdur. Sonrakı hadisələr nəticəsində Azərbaycan öz ərazisinin bir hissəsini itirmiş və daha kiçik əraziyə malik olmuşdur. Bu dövrdə Azərbaycan SSR-in sahəsi 86,6 min kv. km idi. Azərbaycan SSR şimalda RSFSR (Dağıstan MSSR), şimali-qərbdən Gürcüstan SSR, cənubi-qərbdə Ermənistan SSR və Türkiyə, cənubda İranla, şərqdə Xəzər dənizi ilə həmsərhəd idi. Paytaxtı Bakı şəhəri idi. Onun tərkibinə Naxçıvan MSSR və DQMV daxil idi. 1976-cı ilin məlumatına görə, respublikada 61 inzibati rayon, 60 şəhər, 125 şə-hər tipli qəsəbə və fəhlə qəsəbəsi mövcud olmuşdur.
Bolşevik təcavüzü əslində Azərbaycanın müstəqilliyinə son qoymuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində yaradılmış Azərbaycan SSR ilk vaxtlarda müstəqil respublika elan olunsa da, tədricən onun müstəqilliyi formal xarakter almağa başladı. İlk növbədə Azərbaycanın Xalq Cümhuriyyəti dövründəki 20-yə qədər xarici ölkələrlə olan birbaşa əlaqələri ləğv edildi. Sonra Azərbaycan SSR-in Rusiyaya ilhaqı üçün mərhələli tədbirlər görülməyə başlandı. Vahid siyasi partiya, vahid ticarət mərkəzi, vahid pulun qəbulu, gömrüyün ləğvi və s. həmin isti-qamətdə görülən tədbirlərdən idi. Tədricən daha ciddi addımlar atıldı:

1922-ci ilin martın 12-də Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı (ZSSRFİ) yaradıldı və az sonra (13.XII.22) bu ittifaq ZSFSR adlandırıldı. Azərbaycan SSR ZSFSR tərkibinə daxil olundu və həmin addım əslində Azərbaycanın formal müstəqilliyinin də ləğvi demək idi. 1922-ci ilin dekabrın 30-da isə I Sovetlər qurultayı SSRİ-nin yaranması barədə qərar qəbul etdi. Azərbaycan SSR ZSFSR tərkibində SSRİ-yə daxil oldu və bununla da öz müstəqilliyini tam itirib bolşevik Rusiyasının müstəmləkəsinə çevrildi. 1936-cı ilin dekabrın 5-də Azərbaycan SSR SSRİ tərkibində müstəqil respublika kimi fəaliyyətə başladı, lakin bu da tam müstəqillik deyildi. Belə vəziyyət 1990-cı illərin əvvəllərinə kimi davam etdi.
XX əsrin ilk rübündə eyni zamanda Azərbaycan torpaqlarının itirilməsi prosesi getdi. Bu proses müxtəlif mərhələlərdə həyata keçirilmişdir:
– 1918-1920-ci illərdə — Azərbaycan Xalq Cümhuriyyəti vaxtında;
– 1920-ci ilin aprel-noyabr aylarında — Azərbaycan SSR elan olunduğu gündən Ermənistanda sovet hakimiyyəti qurulanadək;
– 1920-ci ilin noyabrından 1921-ci ilin fevralınadək — Gürcüstanda sovet hakimiyyəti qurulanadək;
– ZSFSR təşkili və onun SSRİ tərkibinə daxil olmasına kimi — «müstəqil» Zaqafqaziya sovet respublikalarının fəaliyyət göstərdiyi dövrdə.
Bu mərhələlərin hər birinin özünəməxsus xüsusiyyətləri, incəlikləri olmuş və hadisələrin gedişinə təsir göstərmişdir. Bütün hallarda regionda öz marağını güdən Rusiya problemlərin «həl-linə» ciddi təsir göstərmişdir.

Ermənilər aprel çevrilişindən sonra da Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkmədilər. Onlar hələ Azərbaycan Xalq Cümhuriyyəti vaxtında mübahisəli ərazilər kimi qələmə verdikləri, əslində isə mübahisəli ərazilər olmayan Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və Şərur-Dərələyəz ərazilərini ələ keçirmək niyyətində idilər. Sovet Rusiyası bu işdə ilk gün-lərdən erməniləri dəstəkləyir, onların niyyətinin həyata keçirilməsinə yardım edirdi. 1920-ci ilin yayında ermənilər Zəngibasar və Şərurda qırğın törətdilər və sonra Zəngəzuru dağıdıb Naxçıvana hücum etdilər. Veysəl bəyin başçılığı ilə köməyə gələn türk qoşunları Naxçıvan ərazisini nəzarət altına aldı. Həmin ilin avqustun 5-9-da Qırmızı Ordu hissələri Zəngəzura soxularaq buradakı erməni generalları Dro və Njdenin qoşunlarını bölgədən qovub çıxardı. Lakin 1920-ci ilin avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlandı və onun şərtlərinə görə Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verildi, Qarabağ, Zəngəzur və Naxçıvan isə yenə də «mübahisəli vilayətlər» elan olundu. Bununla Rusiya Azərbaycan torpaqları hesabına Ermənistanı sovetləşdirmək siyasəti yürüdürdü. N.Nərimanov Moskvaya göndərdiyi teleqramlarda Azərbaycanda sovet hakimiyyəti qurulana qədər mübahisəsiz sayılan vilayətlərin indi nədənsə mübahisəli sayılmasına qarşı ciddi etirazını bildirirdi.

Ermənistan SSR yaradıldıqdan sonra (29.XI.1920) Azərbaycan ərazisinə iddialar daha da artdı. N.Nərimanovun AK(b)P MK Siyasi və Təşkilat bürolarının 30 noyabr tarixli qərarını elan edərkən verdiyi bəyanat və ertəsi gün qəzetlərdə onun saxtalaşdırılmış şəkildə dərc olunması həmin iddiaların daha da çoxalmasına səbəb oldu. N. Nərimanov Ermənistan SSR yaradılması münasibətilə təbrik göndərilməsini təklif etmiş və demişdi ki, «Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur». Qəzetlərdə isə onun sözlərinə «Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir», «Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratını təyin etmək hüququ verilir» kimi təxribatçı fikirlər əlavə olunmuşdu. Həmin bəyanat ermənilərin yeni addımlar atmasına təkan verdi və dekabrın 25-də onlar Zəngəzurda «Azad Sünik hökuməti» təşkil etdilər. Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın əlinə keçdi. Bu bəyanat Naxçıvanın azərbaycanlı əhalisinin də ciddi narazılığına səbəb oldu. Əhalinin qapalı keçirilən rəy sorğusunun nəticələrinə əsasən (90%) Naxçıvanın Azərbaycanın tərkibində qalması qərara alındı. Bölgədəki vəziyyətlə yaxından maraqlanan Türkiyə bundan əvvəl, yəni 1920-ci ilin dekabrın 2-də Ermənistan ilə Gümrü (Aleksandropol) müqaviləsini bağlamışdı və İrəvan bölgəsi və Göycə gölü istisna olmaqla bütün Ermənistan ərazisi Türkiyənin himayəsinə keçmişdi. Lakin Sovet Rusiyası Gümrü müqaviləsini tanımaqdan imtina etdi.
1921-ci ilin fevral-mart aylarında Naxçıvan ərazisi yenidən müzakirə obyektinə çevrildi. Göstərildiyi kimi, 1921-ci ilin yayında ermənilər Naxçıvana hücum etmişdilər və türk qoşunları tərəfindən bölgədən çıxarılmışdılar. 1921-ci ilin martın 16-da isə RSFSR ilə Türkiyə arasında Moskva müqaviləsi imzalandı və qərara alındı ki, tərəflər müqavilənin 3-cü maddəsində göstərilən sərhədlər çərçivəsində Azərbaycanın himayəsi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu üçüncü dövlətə güzəştə getməməlidir. Bununla da, Naxçıvan məsələsi özünün ədalətli həllini tapdı və Azərbaycan ərazisinin bütövlüyü qismən olsa da, qorunmuş oldu.

Moskva müqaviləsinin şərtləri 1921-ci ilin oktyabrın 13-də bağlanmış Qars müqaviləsi ilə daha da möhkəmləndirildi; Naxçıvanın sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi. Müqavilə müddətsiz imzalandı və bu Naxçıvanın gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb etdi. Bununla bərabər, Naxçıvan ilə bağlı mübahisələr səngimədi. Diyarın sonrakı statusunun müəyyənləşdirilməsində bir neçə mərhələ baş verdi: Naxçıvan əvvəlcə «Naxçıvan SSR» adı ilə Azərbaycan SSR himayəsində muxtar respublika (22.V.1922), sonra Azərbaycan SSR tərkibində «Muxtar ölkə» (11.XII.1923), daha sonra yenə də Azərbaycan SSR tərkibində «Naxçıvan SSR» (11.XII.1923) statusu ilə fəaliyyət göstərdi. Nəhayət, 1924-cü ilin fevralın 9-da «Naxçıvan MSSR» təsis olundu.
Naxçıvan Muxtar SSR ərazisi şimalda və şərqdə Ermənistan SSR ilə (224 km sərhəd xətti ilə), qərbdə və cənubda Türkiyə (11 km) və İranla (163 km) həmsərhəd olmuşdur. Sahəsi 5,5 min kv. km idi. Azərbaycan ərazisinin 6,4%-ni təşkil edirdi. Respublika 5 inzibati rayonu -Babək, Noraşen, Ordubad, Culfa və Şahbuz rayonlarını birləşdirirdi. Onun tərkibində 4 şəhər, 2 şəhər tipli qəsəbə, 215 kənd və qəsəbə var idi. Paytaxtı Naxçıvan şəhəri idi. Naxçıvan MSSR-in Türkiyə ilə çox da uzun olmayan sərhəddi bölgənin gələcək təərrüzlərdən qorunması və eləcə də, iqtisadi və mədəni həyatında mühüm rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin XI Qırmızı Ordu tərəfindən işğalından sonra Qarabağ məsələsi nəinki səngidi, əksinə daha qabarıq şəkildə meydana çıxdı. Ermənistan hər bir vasitə ilə Qarabağın dağlıq hissəsini ələ keçirməyə can atırdı. Bu dövrdə «Dağlıq Qarabağ» istilahı da ortaya atıldı. Əslində Qarabağın dağlıq və düzən əraziləri tarixən birgə fəaliyyət göstərmiş və iqtisadi-ictimai, mədəni cəhətdən sıx bağlı idilər. 1920-ci ilin iyunun 19-da Ermənistan hökuməti Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğu barədə bəyanat verdi. Lakin, həmin cəhdin qarşısı alındı. 1920-ci ilin iyunun 27-də Azərbaycan K(b)P-nın Siyasət və Təşkilat büroları Ermənistanın Qarabağın yuxarı hissəsinə iddialarını rədd etmək barədə obyektiv qərar qəbul etdi. Çox keçmədən, həmin ilin iyulun 4-də RK(b)P-nın Qafqaz bürosu Dağlıq Qarabağın Ermənistan SSR tərkibinə qatılması və buradakı ermənilər arasında rəy sorğusu keçirilməsi barədə qərar çıxardı. N. Nərimanovun ciddi etirazı və əhalinin narazılığını nəzərə alan Qafqaz bürosu iyulun 5-də məsələni təkrar müzakirəyə qoydu və əvvəlki ədalətsiz qərar ləğv olundu. Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması və eyni zamanda Dağlıq Qarabağa muxtariyyət verilməsi barədə qərar qəbul olundu. Həmin qərar 1923-cü ilin iyunun 27-də RK(b)P Cənubi Qafqaz ölkə komitəsinin plenumunda təsdiq olundu və nəhayət, Azərbaycan MİK 1923-cü ilin iyulun 7-də Azərbaycan SSR tərkibində DQMV yaradıldığını elan etdi. Vilayətin tərkibinə Şuşa, Cavanşir və Cəbrayıl qəzaları ərazilərinin dağlıq hissələri daxil oldu. Qarabağın qalan hissəsində Ağdam, Cəbrayıl və Kürdüstan (mərkəzi Pircahan kəndi) qəzaları yaradıldı və əraziləri müəyyənləşdirildi. 1924-cü il noyabrın 26-da qəbul olunmuş «Əsasnamə»yə görə, Şuşa qəzasından Şuşa və Xankəndi (hələ 1923-cü ilin sentyabrında Stepanakert adlandırılmışdı), Cavanşir qəzasından 62 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi kəndi DQMV tərkibinə daxil olunmuşdu. Bu addım ermənilərin gələcək planlarının həyata keçirilməsinə zəmin yaratmış oldu. DQMV-nin sahəsi 4.372 kv. km olub, inzibati baxımdan 5 rayonu — Əsgəran, Mardakert, Martuni, Hadrut və Şuşa rayonlarını birləşdirirdi. Mərkəzi Stepanakert (Xankəndi) idi. 1977-ci ilin məlumatına görə, 2 şəhəri, 5 şəhər tipli qəsəbəsi, 1 fəhlə qəsəbəsi və 220 kənd və qəsəbəsi vardı.

Zəngəzuru ələ keçirməyə can atan ermənilər hələ 1920-ci ilin dekabrın 25-də burada «Azad Sünik hökuməti» təşkil etmişdilər. İrəvan həmin bölgəni 2 yerə ayırmaq təklifini irəli sürdü: onun qərb hissəsi Zəngəzur qəzası, şərq hissəsinin isə Meqri qəzası adlandırılması təklif olundu. Bununla yanaşı, rəsmi İrəvan XI Qırmızı Ordu ilə sazişə girdi və 1921-ci ilin iyulunda Əlahiddə Qafqaz Ordusunun hərbi hissələri Zəngəzurun yuxarı ərazisinə soxuldular, bölgəni daşnaq dəstələrindən təmizləyərək Ermənistana birləşdirdilər. Daha sonra bu əraziyə İran, Misir, Türkiyə, Rusiyadan ermənilər köçürüldü, azərbaycanlılar isə müxtəlif bəhanələrlə bölgədən çıxarıldı. 1929-cu ildə Zəngilan rayonunun 3 kəndi Ermənistana verildi (bu barədə qərar isə Azərbaycan SSR Ali Soveti tərəfindən 1969-cu ilin mayın 17-də təsdiq edilmişdir). Burada Meqri rayonu təşkil olundu və beləliklə, Naxçıvanla Azərbaycan arasında dəhliz yarandı. Bu illərdə Qazax qəzasının dağlıq hissəsi — Dilican ərazisi də Azərbaycan xalqının iradəsinə əks olaraq Ermənistana verildi.

Göstərildiyi kimi, 20-ci illərin əvvəllərində, Azərbaycan Cümhuriyyəti dövründə Azərbaycanın təxminən 114.000 kv. km ərazisi var idi. Onun 97.298 kv. km-i mübahisəsiz, 16,6 min kv. km-i isə mübahisəli ərazilər hesab olunurdu. Ərazi məsələlərinin birtərəfli, daşnaq-bolşevik sayağı «həlli» nəticəsində mübahisəli ərazilər bədnam qonşularımızın ixtiyarına keçdi və bundan əlavə 11.000 kv. km ərazimiz Ermənistana verildi. Buraya əsasən Zəngəzur qəzası, Şərur-Dərələyəz qəzası və Göycə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycanın 27.599 kv. km ərazisi itirildi.
XX əsrin 20-ci illərinin sonunda Azərbaycanda inzibati-ərazi bölgüsü baxımından dəyişikliklər aparıldı və rayonlaşdırma sistemi həyata keçirildi. 1928-ci ilin oktyabrında Azər-baycan SSR XKS bu məsələni müzakirə edərək ona tərəfdar çıxdı. Həmin layihəyə əsasən qəzaların ləğv edilməsi lazım bilindi və rayonlaşdırmanın əsasında üçdərəcəli bölgü -dairə, rayon, kənd soveti — qoyuldu. VI Ümumazərbaycan Sovetlər Qurultayında (1-9.04.1929) qəbul olunmuş müvafiq bölgüyə əsasən yeni inzibati sistem tətbiq olundu.

Yeni rayonlaşdırmaya qədər respublikada 15 qəza — Ağdam, Ağdaş, Gəncə, Göyçay, Cəbrayıl, Zaqatala, Qazax, Quba, Kürdüstan, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı və Bakı qəzaları, eyni zamanda Naxçıvan MSSR və DQMV mövcud idi. Yeni inzibati bölgüyə əsasən 15 qəza əvəzinə 8 mahal (Naxçıvan MSSR və DQMV-dən başqa) — Qarabağ, Gəncə, Şirvan, Zaqatala-Nuxa, Quba, Lənkəran, Salyan və Bakı təşkil olundu. 62 dairə, 1090 kənd soveti yaradıldı. 1930-cu ilin avqustunda Azərbaycan SSR XKS və MİK qərarı ilə dairələr (Zaqatala dairəsindən başqa) ləğv olundu. İnzibati ərazi bölgüsünün əsas həlqələri olan rayonların sayı 63-ə çatdırıldı. 1932-ci ildə isə rayonların sayı 47-yə endirildi (Naxçıvan MSSR və DQMV-dən başqa). 50-ci illərə kimi respublikada Qubadlı (1933), Mirbəşir (1934), Yevlax, Zərdab (1935), Ucar, Jdanov (1939), Saatlı (1943) və s. rayonlar da təsis olundu.
Azərbaycan ərazisində XX əsrin 60-cı illərində də müəyyən inzibati dəyişikliklər aparıldı.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanına əsasən rayonların istehsalat prinsipləri üzrə təşkili həyata keçirildi. Nəticədə, 10 respublika tabeliyində şəhər (Bakı, Kirovabad, Sumqayıt, Mingəçevir, Əli-Bayramlı, Daşkəsən, Dəvəçi, Yevlax, Naftalan, Nuxa), 1 muxtar respublika tabeliyində (Naxçıvan), 2 muxtar vilayət tabeliyində (Şuşa, Stepanakert) şəhərlər və 38 kənd rayonları təşkil olundu. Kənd rayonlarının 3-ü Naxçıvan MSSR-na (Naxçıvan, Culfa, Noraşen), 4-ü DQMV-nə (Hadrut, Mardakert, Martuni, Stepanakert) daxil idi. Sonrakı illərdə də inzibati-ərazi bölgüsündə müəyyən dəyişikliklər edilmişdir: Abşeron, Şuşa (1963), Naftalan (1967), Nəsimi (1969) rayonları təsis olunmuş və başqa inzibati yeniliklər həyata keçirilmişdir. 1970-ci illərin sonunda isə Azərbaycan SSR-in yeni inzibati ərazi bölgüsü müəyyənləşdirildi. 1978-ci ilin göstəricisinə görə Azərbaycanda 10 respublika tabeliyində şəhər, 61 rayon fəaliyyət göstərirdi. Onlardan 1 şəhər və 5 rayon Naxçıvan MSSR-na, 5 rayon DQMV-nə daxil idi. İnzibati dəyişikliklər 80-90-cı illərdə də davam etdirildi: Nizami (1980), Ağstafa, Hacıqabul, Xızı, Qobustan, Sədərək (1990), Xocalı, Xocavənd (1991), Samux, Siyəzən (1992) rayonları yaradıldı, DQMV ləğv olundu (26.XI.1991), bir neçə rayonun adı dəyişdirildi.

Keçən əsrin 80-cı illərində meydana atılan «yenidənqurma» və «aşkarlıq» Azərbaycanın DQMV-də milli münaqişə ocağının yenidən alovlanmasına gətirib çıxardı. 1987-ci ilin no-yabrında Parisdə Qorbaçovun əlaltılarından olan Aqanbekyanın Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğunluğu barədəki bəyanatı ilə başlanmış bu proses Azərbaycan üçün mənfi nəticələr verdi.
Ümumiyyətlə götürüldükdə, cəmiyyətdə baş vermiş proseslər SSRİ-nin varlığına son qoyulması ilə nəticələndi. 1991-ci ilin dekabrın 29-da Azərbaycanda ümumxalq referendumu ke-çirildi, dövlət müstəqilliyinin qəbul olunması yekdilliklə rəsmiləşdirildi və müstəqil Azərbaycan
Respublikası təsis olundu. Həmin hadisələrin Azərbaycanın tarixi-siyasi coğrafiyasına da ciddi təsiri oldu. Bir tərəfdən Azərbaycan ərazisi müstəqil Azərbaycan Respublikasının tərkibində birləşdirildisə, digər tərəfdən ərazilərimizə qarşı erməni iddiaları çoxaldı. Rus hərbi hissələri ilə birləşmiş erməni dəstələri ilk vaxtlardan Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Dağlıq Qarabağ və ətraf ərazilər işğala məruz qaldı. Problemin «həlli» üçün görülmüş «tədbirlər» heç bir səmərə vermədi. Rus əsgərlərinin yaxından iştirakı ilə ermənilər yeni-yeni ərazilər zəbt etdilər. Kərkicahan, Malıbəyli, Quşçular, Xocalı kəndlərini zəbt edən ermənilər 1992-ci ilin mayın 8-də Şuşanı ələ keçirdilər. Daha sonra Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olundu. Həmin ərazilərin sahəsi və zəbt olunma tarixini əks etdirən aşağıdakı cədvəl mövcud mənzərəni aydın təsəvvür etməyə imkan verir:

İtirilmiş torpaqlarımız 13082 kv. km olmuş, bunun 4372 kv. km-i Dağlıq Qarabağa, qalanı isə ətraf rayonlara aiddir. Ümumiyətlə götürüldükdə, XX əsrin 20-90-cı illərində 40.681 kv. km-lik ərazilərimiz Ermənistan SSR və ya ermənilər tərəfindən işğal olunmuşdur. Azərbaycan hökuməti zəbt olunmuş ərazilərin azad olunması üçün məqsədyönlü tədbirlər görür. İlk növbədə ərazilərimizin sülh yolu ilə qaytarılmasına cəhd göstərilir. 1994-cü ilin mayın 12-də atəşkəsə nail olunması da bu məqsədə xidmət edir. Lakin, sülh yolu ilə məsələnin həlli baş tutmazsa, digər vasitələrdən və lazım gələrsə, müharibə yolundan da istifadə etməklə torpaqlarımızın azad olunmasına nail olmaq vacibdir.
«Böyük Ermənistan» yaratmaq niyyətində olan ermənilər buna nail olmaq üçün hər vasitədən istifadə edirlər. Bunun bir yolu da azərbaycanlıların nəinki Ermənistandan, eləcə də bütün Qafqazdan qovulub çıxarılmasını həyata keçirmək idi. XX əsrdə bu istiqamətdə bir neçə dəfə cəhdlər olmuşdur. Hələ müharibə illərində azərbaycanlıların Orta Asiyaya və Qazaxıstana köçürülməsi planı hazırlanmışdı və həyata keçirilməsinə başlanılmışdı. Lakin M.C.Bağırov tutarlı arqumentlərlə İ. Stalini bu fikirdən döndərə bildi. 1945-ci ilin payızında Ermənistanın Dağlıq Qarabağın onlara verilməsi barədə Sovet hökuməti qarşısında qaldırdığı növbəti məsələ də M.C.Bağırovun tədbirləri nəticəsində həyata keçirilmədi (Şuşa və Zəngəzurun Azərbaycana verilməsi şərti ilə bu məsələnin müsbət həlli təklif edildi). Çox keçmədən, 1947-ci ilin dekabrın 23-də SSRİ NS «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qərarı qəbul olundu. Bununla da, azərbaycanlıların öz ata-baba torpaqlarından köklü deportasiyasının birinci mərhələsi başlandı. 1948-1950-ci illərdə Ermənistan SSR-dən 150.000 azərbaycanlı doğma yurdlarından zorla çıxarıldı. Onların evlərinə, yurdlarına xarici ölkələrdən gətirilmiş ermənilər yiyələndilər. Dağ və dağətəyi ərazilərdə yaşamış azərbaycanlılar isə əsasən Kür-Araz ovalığının isti ərazilərində məskunlaşdırıldı. Həmin hadisənin düzgün siyasi qiyməti isə çox sonralar — 1997-ci il dekabrın 18-də verildi. «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazilərindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin fərmanında son iki əsrdə xalqımıza qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin əsl mahiyyəti açıqlandı.

Azərbaycanlıların deportasiyasının ikinci güclü mərhələsi 80-ci illərin sonlarında başlandı. İlk növbədə azərbaycanlıların Ermənistan SSR-dən bütünlüklə çıxarılması həyata keçirildi. 1988¬ci ilin yanvarında Qafan və Meqri rayonlarında başlanan həmin «etnik təmizləmə» tədricən Dağlıq Qarabağ ərazisində də tətbiq olundu. Dağlıq Qarabağın azərbaycanlı əhalisi zorla qovuldu, öldürüldü, didərgin salındı. 1991-ci ilin avqustun 8-də Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi — Nüvədi boşaldıldı. Beləliklə, Ermənistan SSR-dəki 185 azərbaycanlı kəndi təmizləndi, 230.000 azərbaycanlı qovuldu, 31.000 ev, 165 kolxoz və sovxoz talandı, 225 nəfər öldürüldü, 1200-dən artıq adam yaralandı. Azərbaycanlıların bu dövrdəki deportasiyasında da Rusiya yaxından iştirak etdi. Baş vermiş tarixi proseslər zəminində Azərbaycanda yaşayan ermənilər də ölkədən çıxarıldılar. Nəticədə, Azərbaycan əhalisinin etnik tərkibində müəyyən də-yişiklik baş verdi. Ölkədə türkdilli əhalinin sayı nisbətən artdı.
Bununla yanaşı Azərbaycan çoxsaylı xalqların, millətlərin, etnik qrupların, etnoqrafik qrupların, etnik azlıqların, milli azlıqların və s. birgə yaşadığı ölkə olaraq qalır. Azərbaycanda əhalinin 1989-cu il siyahıyaalma materiallarının nəticələrinə görə 141 millətin və xalqın nümayəndəsinin yaşadığı bəlli olmuşdur.

XXI əsrin başlanğıcında Azərbaycan Respublikası yenə də rəsmən 86,6 min kv. km əraziyə malikdir. Lakin, bunun 20%-i erməni işğalına məruz qalmışdır. Ölkə əhalisinin sayı 8 mln. 81 min nəfərdir. İnzibati baxımdan respublikada 1 muxtar respublika, 11 respublika tabeli şəhər, 79 rayon (o cümlədən, 11 rayon Bakı, 2 rayon Gəncə şəhəri tərkibində), 130 şəhər tipli qəsəbə, 4354 kənd yaşayış məntəqəsi vardır. Azərbaycan Respublikası cənubda İran (756 km) və Türkiyə ilə (13 km), şimalda Rusiya ilə (390 km), şimali-qərbdə Gürcüstanla (480 km), qərbdə Ermənistanla (1007 km), şərqdə isə Xəzər dənizi ilə (800 km) həmsərhəddir. Xəzərin Azərbaycan sektorunun ən enli sahəsinin uzunluğu 456 km-dir.

tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI

  • Teqlər:
  • Azərbaycan tarixi
  • , Azərbaycan

Comments are closed, but trackbacks and pingbacks are open.