Press "Enter" to skip to content

Bmt-nin ərzaq və kənd təsərrüfatı təşkilatı fao

16 sentyabr 2019-cu il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Romada BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) baş qərargahında təşkilatın baş direktoru Qu Donyqu ilə görüşüb.

AZƏRBAYCAN-BMT-nin ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI (FAO)

Azərbaycan 1995-ci ilin 20 oktyabr tarixində FAO-ya üzv seçilmişdir.

FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir. Sözügedən layihələr əsasən, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur. Ümumilikdə, FAO çərçivəsində Azərbaycanda həyata keçirilməsi üçün hər biennium ərzində 2-3 yeni layihə təşəbbüsü irəli sürülür.

FAO-nun Azərbaycandakı layihələri Azərbaycan Hökümətinin prioritetləşdirilmiş ehtiyaclarına dair müraciətlərinə uyğun olaraq Texniki əməkdaşlıq proqramlarına əsaslanmışdır. 2009-cu ildən Azərbaycan Höküməti və FAO Azərbaycanın kənd təsərrüfatının inkişafı sahəsində FAO tərəfindən mümkün texniki yardımın göstərilməsi məqsədilə ölkəyə yardım proqramının hazırlanması prosesinə başlayır. Bu məqsədlə, Azərbaycan üçün FAO-nun Milli Orta Müddətli Prioritetlər üzrə Çərçivə Sənədi hazırlanmışdır və müntəzəm surətdə Azərbaycanın prioritetlərinə uyğun olaraq yenilənməkdədir.

FAO ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin intensivləşdirilməsi məqsədilə, 2002-ci ilin dekabrında təşkilatın Azərbaycanda milli müxbiri vəzifəsi (National Correspondency) təsis edilmişdir. FAO-nun Bakıda ofisi təsis edildikdən sonra bu vəzifə ləğv olunmuşdur.

2007-ci ilin iyul ayında Ankara şəhərində FAO-nun Orta Asiya üzrə yeni Subregional Ofisi yaradılmışdır. Bu ofis 7 ölkəni əhatə edir: Azərbaycan, Türkiyə və Orta Asiya ölkələri. Struktur baxımından subregional ofis Budapeştdə yerləşən FAO-nun Avropa və Orta Asiya üzrə Regional Ofisinə tabedir.

2007-ci ilin avqust ayında FAO-nun Orta Asiya üzrə Subregional Ofisinə daxil olan ölkələri arasında ilkin olaraq, Azərbaycanda FAO-nun Nümayəndəlik Ofisi (Representative Office) açılmışdır.

2005-ci ilin 25 fevral tarixində AR Prezidenti cənab İlham Əliyev FAO-nun Romadakı qərargahına səfər etmiş və təşkilatın sabiq baş direktoru Jak Diuf ilə görüşmüşdür. Görüş zamanı iki tərəf arasında əlaqələrin gücləndirilməsi perspektivləri, xüsusilə Azərbaycanın aqrar sektorunun inkişafı prosesinə FAO-nun cəlb edilməsi, kənd təsərrüfatının institutsional restruktruzasiyası, ölkəyə yeni texnologiyaların və investisiyaların gətirilməsi, ölkəmizdə ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılması məsələləri müzakirə olunmuşdur.

2005-ci ilin 29 aprel tarixində J.Diuf Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı baş direktor AR Prezidenti cənab İlham Əliyev və hökumət üzvləri ilə görüşmüşdür. J.Diuf Azərbaycan Respublikası Kənd Təsərüffatı Akademiyasınin Elmi Şurasının fəxri doktoru diplomu ilə təltif olunmuşdur.

2012-ci ilin 19-20 aprel tarixlərində Bakı şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 28-ci Avropa Regional Konfransı (ARK), bu tədbirdən bilavasitə əvvəl 17-18 aprel tarixlərində FAO-nun Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının (KTAK) 37-ci sessiyası və 16 aprel tarixində FAO və qeyri-hökumət təşkilatlarının Avropa üzrə regional müşavirəsi keçirilmişdir. 28-ci ARK-da konfrans üzvü olan 52 ölkədən 46-nın nümayəndələri, o cümlədən 10 nazir və 13 nazir müavini, eləcə də FAO baş direktoru Joze Qratsiano da Silva iştirak etmişlər.

Tədbirlər müddətində AR Prezidenti cənab İlham Əliyev ilə FAO baş direktoru Jose Qratsiano Da Silva arasında görüş keçirilmişdir.

2014-cü ilin 15 iyul tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev İtaliyaya rəsmi səfəri zamanı, həmçinin FAO baş direktoru ilə də görüşmüşdür. Görüş zamanı FAO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.

24-25 may 2015-ci il tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano Da Silva Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində J.Q.Da Silva Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, AR kənd təsərrüfatı naziri H.Əsədovla görüşmüş, Bakı Dövlət Universitetində (BDU) məruzə ilə çıxış etmiş və Universitetin elmi şurası tərəfindən Jose Qratsiano Da Silvaya fəxri doktor adı verilmişdir.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və texniki yardımın göstərilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında Saziş” imzalanmışdır.

Tərəfdaşlıq proqramı Azərbaycan Hökumətinin ölkəmizdə və xaricdə kənd təsərrüfatının inkişafı üzrə texniki yardım layihələrinə fəal töhfəsini nəzərdə tutur.

Səfəri zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya aclıqla mübarizə, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının, meşəçiliyin və balıqçılığın səmərəliliyinin artırılması və sağlam qida sistemlərinin yaradılması sahəsində verdiyi töhfəyə görə FAO-nun Xoşməramlı Səfiri adının təltif edildiyi FAO baş direktoru tərəfindən elan edilmiş və bununla bağlı müvafiq sənəd təqdim edilmişdir.

2 sentyabr 2015-ci il tarixində FAO-nun Xoşməramlı Səfiri xanım Leyla Əliyeva FAO-nun Mənzil-Qərargahına səfər etmiş və səfər çərçivəsində FAO baş direktoru Jose Qratsiano Da Silva və digər yüksək vəzifəli FAO rəsmiləri ilə görüşmüş və əməkdaşlıq mövzuları müzakirə edilmişdir.

6 aprel 2017-ci il tarixində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva İsmayıllı rayonunda meyvə ağaclarının əkilməsi üzrə pilot layihəsi çərçivəsində keçirilən ilk tədbirdə iştirak etmişdir.

5-6 may 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə FAO-nun baş direktorunun kabinetinin rəhbəri Mario Lubetkin Azərbaycana səfər etmişdir. M.Lubetkin forumda Təşkilatın baş direktoru Joze Qratsiano da Silvanın müraciətini oxumuşdur. Forum çərçivəsində M.Lubetkin xarici işlər naziri Elmar Məmmədyarov və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva ilə görüşmüşdür.

16 sentyabr 2019-cu il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Romada BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) baş qərargahında təşkilatın baş direktoru Qu Donyqu ilə görüşüb.

  • AZƏRBAYCAN-İTALİYA
  • AZƏRBAYCAN-SAN MARİNO
  • AZƏRBAYCAN-MALTA
  • AZƏRBAYCAN-BMT-nin ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI (FAO)
  • AZƏRBAYCAN-BMT-nin ÜMUMDÜNYA ƏRZAQ PROQRAMI (WFP)
  • AZƏRBAYCAN-KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI üzrə BEYNƏLXALQ FOND (IFAD)

Beynəlxalq Tərəfdaşlar

Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”. ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır, hansı ki, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir. Link : http://www.who.int

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)

Əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək vəzifələrini həyata keçirən BMT-nin ixtisaslaşmış qurumudur. 1945-ci ildə yaradılmışdır. Əsas funskiyalarından biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. İnkişaf etmiş ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsinə köməklik daxil olmaqla, FAO dövlətlərə maddi və qeyri-maddi yardım göstərir. FAO-nun baş qərargahı –Romada yerləşir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva kənd təsərrüfatı, xüsusilə də ekologiya sahəsindəki xidmətlərinə görə 2015-ci ildən FAO-nun xoşməramlı səfiri təyin edilmişdir. Link : http://www.fao.org

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST)

Heyvan Sağlamlığına Cavabdeh Hökumətlərarası qurumdur. ÜHST Ümumdünya Ticarət Təşkilatı tərəfindən Məşvərət təşkilatı kimi tanınır. Təşkilatın baş qərargahı Fransanın Paris şəhərində yerləşir. Təşkilat 25 yanvar 1924-cü ildə Belçikada 1920-ci ildə iribuynuzlu qaramalda taun xəstəliyinin baş verməsindən sonra Parisdə yaradılmışdır. 2003-cü ildə Beynəlxalq Epizootik Büronun adı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı adına dəyişdirilmişdir. Təşkilata 182 ölkə üzvdür. Təşkilatın həmçinin 45 beynəlxalq və regional təşkilatla daimi əlaqələri mövcuddur. Ölkəmiz 1995-ci ildə ÜHST-nin üzvlüyünə qəbul edilmişdir. Hər bir ölkə təşkilatda 1 səsə malikdir və ÜHST -nin rəsmi nümayəndəsi vasitəsilə təmsil olunur. Hazırda təşkilatda ölkəmizin təmsilçisi Agentliyin Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevdir. ÜHST-nin əsas məqsədləri aşağıdakılardır: Dünyada mövcud epizootoloji vəziyyət barədə məlumatlandırma; Fəaliyyət üzrə Strateji Planın hazırlanması; Baytarlıq üzrə mütəxəssislərin təlimi; Heyvanların sağlamlığına nəzarət və bu istiqamətdə koordinasiyanın gücləndirilməsi; Təşkilat çərçivəsində qida məhsullarının təhlükəsizliyi; Mütəmadi aidiyyəti tədbirlərin təşkili. Link : http://www.oie.int

Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya

Bitki və bitki məhsullarında zərərvericilərin yayılmasının qarşısını almaq və onlara nəzarət etmək üçün əlaqəli, effektiv tədbirlərin təmin edilməsini nəzərdə tutan beynəlxalq müqavilədir. Konvensiya bitki və bitki məhsulları daxil olmaqla, həmçinin nəqliyyat vasitələri, təyyarələr və gəmilər, konteynerlər, saxlama yerləri, torpaq və digər zərərli maddələrin yayılmasına imkan verən obyektləri və ya materialları əhatə edir. Konvensiya tərəflər arasında beynəlxalq əməkdaşlıq, uyğunlaşdırma və texniki mübadilə üçün platforma rolu oynayır. Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya 1951-ci ildə Romada imzalanmış, Azərbaycan Respublikası isə bu Konvensiyaya 14 mart 2000-ci ildə qoşulmuşdur. Link : https://www.ippc.int

Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO)

Elektrik, elektronika və telekommunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğul olan beynəlxalq qurumdur. ISO 1946-cı ildə BMT-nin standartların koordinasiyası komitəsinin qərarı ilə yaradılmışdır. ISO BMT-nin tərkibində məşvərətçi statusa malik olan təşkilatdır və nizamnaməsində bəyan edilən əsas məqsədi dünya miqyasında standartlaşdırma sahəsinin inkişafına, intelektual, elmi-texniki və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsinə kömək göstərməkdir. 162 ölkə ISO-nun üzvüdür. Bu təşkilatın işində 193 texniki komitə, 2244 işçi qrupu və konkret problemlərin öyrənilməsi üçün 64 xüsusi məsləhətçi qruplar fəaliyyət göstərir. Beynəlxalq Standartlaşdırma Təşkilatının mərkəzi qərargahı Cenevrə şəhərində yerləşir. Azərbaycan Respublikası 2003-cü ildə Beynəlxalq Standartlaşdırma Təşkilatına (ISO) üzv qəbul edilmişdir. Link : https://www.iso.org

Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlığı təşkilatı (ILAC)

Ölkəmiz Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatına (ILAC –International Laboratory Accreditation Cooperation) 2012-ci ilin oktyabr ayında müxbir üzv qismində qoşulmuşdur. ILAC-ın beynəlxalq təşkilat kimi əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: • Laboratoriyaların və inspeksiya orqanlarının akkreditasiya təcrübəsinin inkişaf və harmonizə etdirilməsi; • Akkreditasiya sisteminin gücləndirilməsinə dəstək; • İLAC vasitəsilə laboratoriyaların və inspeksiya orqanlarının fəaliyyətlərinin beynəlxalq tanınması, bununla da sərhədlərdən keçirilən mallara əlavə edilən sınaq, inspeksiya və kalibrləmə nəticələrinə əsasən verilən sertifikatların qəbulunun asanlaşdırılması. İLAC-a üzvlük akkreditasiya sahəsində yeni standartların, qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin ödənişsiz əldə etməsini və Azərbaycan Respublikasının akkreditasiya sistemində birbaşa tətbiq etməsinə və bu istiqamətdə bilik və təcrübə mübadiləsində iştirak etməsinə imkan yaradır. Eyni zamanda, bu təşkilata üzvlük ticarətdə maneələrin aradan qaldırılmasında, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə töhfə verir. Link : https://www.ilac.org

Kodeks Alimentarius Komissiyası

Kodeks Alimentarius Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilmiş Birgə Qida Standartları Proqramı çərçivəsində 180-dən çox üzvü olan hökumətlərarası orqandır. Komissiya istehlakçıların sağlamlığının qorunması və qida ticarətində ədalətli təcrübələrin təmin edilməsini, o cümlədən beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi bütün qida standartları işlərinin koordinasiyasını dəstəkləyir. Kodeks Alimentarius (latın dilindən tərcümədə qida qanunu və ya məcəlləsi) emal olunmuş, yarı emal olunmuş və xammal olmaqla bütün qida növlərini əhatə edir. Bundan əlavə, Kodeks Alimentarius qida gigiyenası, qida əlavələri və pestisid qalıqları, eləcə də müasir biotexnologiyalardan əldə edilən qidaların təhlükəsizliyinin qiymətləndirilməsi prosedurlarını əhatə edən ümumi standartları ehtiva edir. Link : http://www.fao.org/fao-who-codexalimentarius/en

Avropa İttifaqı

18 Aprel 1951-ci ildə Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən qurulmuşdur. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranmışdır. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minmişdir) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. Həmin dövrdən etibarən Aİ-nin Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başlamışdır. 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin etmişdir. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilmişdir. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilmişdir. 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanmışdır. Protokol Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir. Protokol 6 iyul 2016-cı il tarixində Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə minmişdir. Link : https://europa.eu/european-union/index_en

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənmişdir. Aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılmış, 27 avqust 2018-ci il tarixli 431 nömrəli Prezident Sərəncamı ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə” təsdiq edilmişdir. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır. Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etmək, bu sahədə dövlət orqanları və qurumlarının fəaliyyətini əlaqələndirməkdir. Komissiyanın tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Komissiyanın cari fəaliyyətinin təşkili Komissiyanın Katibliyi tərəfindən həyata keçirilir. Katibliyin üzvləri aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının müvafiq tələblərə cavab verən nümayəndələrindən ibarət olmaqla formalaşdırılmışdır. Komissiya tərəfindən öz vəzifələrinin icrası məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla 19 işçi qrupu yaradılmışdır. Link : https://azranking.az/

  • Agentlik Qısa TarixçəƏsasnaməRəhbərlikEtik Davranış QaydalarıFəaliyyət İstiqamətləriStrukturVakansiya
  • Xidmətlər Dövlət XidmətləriAvtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya SistemiQida təhlükəsizliyi qeydiyyatıAsan Pəncərə
  • Media XəbərlərTədbirlərMaarifləndirməFoto qalereyaMüsahibəMətbuat
  • Axtar –> Ünvan
    Heydər Əliyev pr. 115, ev 189,Bakı, AZ1029
    Telefon
    1003
    (012) 565-12-72
    Email
    info@afsa.gov.az © Copyright 2021

Bmt-nin ərzaq və kənd təsərrüfatı təşkilatı fao

Məlumat tapılmadı!

Elektron xəritə

Demoqrafik və sosial statistika

İqtisadi statistika

Ətraf mühit və digər sahələr

Statistik məlumatlar sizi qane edirmi?

Bəli
Qismən
Xeyr

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az

Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66

Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38

Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.

İstifadə sayğacı

© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.