Press "Enter" to skip to content

Küçə heyvanları haqqında bilinən 12 yanlış məlumat

Məlumata görə, itlərin hücumuna məruz qalanların vəziyyətinə laqeyd olan, onları valideynlərini və özlərini günahlandıranlardan ikisi milliyətcə ermənidir. “İtbazlar” küçələrdən sahibsiz heyvanları yığıb Mərkəzə aparan işçilərə hücum edir, maşınları daşa basır, Balaxanıdakı Mərkəzin fəaliyyətinə maneə törədir, müxtəlif yerlərdə piketlərə cəhd edirlər. Onlar balaca Hüseynin itin hücumuna məruz qalmasında validyenlərini günahkar görürlər.

Boksçular küçə təhqirləri ilə necə davranırlar

Onlar sahibsiz heyvanların şəhərdən yığışdırılmasını istədilər

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində azyaşlı Hüseyn Məmişovun quduz itin hücumuna məruz qalması paytaxtın ənənəvi “küçə itləri” problemini qabardıb. Sahibsiz itlərin qorxusundan vətəndaşların küçədə sərbəst şəkildə gəzə bilmədiyi vaxtda, aprelin 22-də bir neçə aktivist- Fərid Mansurov, Lalə Məmmədzadə, Hicran Qarayeva, Afət Quliyeva, Sumarə Əliyeva, Elxan Mirzəyev, Nicat İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirib. Onlar itlərin küçələrdən yığışdırılmasını heyvan hüquqlarına zidd sayır, heyvanların güllələnməsi, axtalanması təkliflərini qınayır, itlərin küçələrdə sərbəst gəzməsini, peyvəndlənmiş itlərin yenidən küçələrə buraxılmasını tələb ediblər.

Aksiya iştirakçısı Hicran Qarayeva bildirib ki, valideynlər uşaqlarını düzgün tərbiyə etmirlər:

“Uşaqları itlərlə qorxutmaqlarına son versinlər. İtlər insanlardan qorxur, onların içində aqressivləri də var, amma itləri küçələrdən yığmaq olmaz”.

Heyvansevərlər bununla kifayətlənməyib, mətbuatı itlərin hücumu ilə bağlı məlumatlara görə qınayıblar:

“Bu itlər burada doğulub, biz tələb edirik ki, itlər küçələrdən yığılmasın. Çox mülayim, peyvəndlənmiş itləri də küçədən yığırlar. Heyvanı vurub qaçırlar”.

Küçə itlərini müfafiə edən aktivistlərMeriyadan Modern.az-a verilən məlumata görə, heyvansevərləri Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları qəbul edərək, şikayətləri dinləyiblər. Onlara şikayətlərinin araşdırılacağı bildirilsə də, bu, heyvansevərləri qane etməyib, əksəriyyət küçəyə çıxaraq, fikirlərini aqressiv formada bildirməkdə davam ediblər.

Məlumata görə, itlərin hücumuna məruz qalanların vəziyyətinə laqeyd olan, onları valideynlərini və özlərini günahlandıranlardan ikisi milliyətcə ermənidir. “İtbazlar” küçələrdən sahibsiz heyvanları yığıb Mərkəzə aparan işçilərə hücum edir, maşınları daşa basır, Balaxanıdakı Mərkəzin fəaliyyətinə maneə törədir, müxtəlif yerlərdə piketlərə cəhd edirlər. Onlar balaca Hüseynin itin hücumuna məruz qalmasında validyenlərini günahkar görürlər.

Sosial şəbəkə istifadəçiləri isə 4 yaşlı Hüseynin üzü parçalanmış şəkillərini paylaşaraq, sahibsiz itlərin küçələrdən yığışdırılmasını tələb edirlər. Bir sıra aktivistlər yenə də sakit dayanmayıb, heyvanların küçələrdən yığışdırılmasını, güllələnməsini tələb edənləri sosial şəbəkələrdə tənqid və təhqir ediblər.

”Hərəkətə keçmək üçün daha nə baş verməlidir?!”

Aktiv sosial şəbəkə istifadəçisi, “525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid Modern.az-a danışarkən heyvan hüquqlarını müdafiə edənləri heç cür anlamadığını bildirib:

“Mənim üçün də maraqlı idi ki, görəsən bunlar insanların həyatı üçün təhlükə yaradan küçə itlərinin müdafiəsini nə ilə əsaslandırırlar. Çünki özüm dəfələrlə, səhərlər gəzinti zamanı, gecə eyvandan baxanda küçə itlərinin sürü halında gəzdiyini müşahidə etmişəm. Biz nə qədər “heyvandır” desək də, fəsadları çıxır. 4 yaşlı körpənin üzünün parçalanması ən böyük fəsaddır. Daha nə olmalıdır ki, biz sahibsiz itlərlə bağlı iş görək?! Aidiyyatı qurumlar bununla məşğul olmalıdırlar”.

“Küçə itlərini müdafiə edənlər anormaldır”

R.Məcidin sözlərinə görə, heyvan həyatını insan həyatından üstün tutanlar anormaldırlar:

“Sadəcə başa düşmək istəyirdim ki, hansı fikirlərlə o heyvanları müdafiə edirlər. Bu müzakirələr gedən ərəfədə sosial şəbəkədə status yazdım və səbəbini soruşanda bir nəfər bildirdi ki, aktivistlər travmatikdirlər. Yəni hansısa insanda travma, sapıntı olur ki, bu cür anormal fikir irəli sürsünlər, yiyəsiz, insanlara zərər verə biləcək itləri aşırı müdafiə etsinlər. Hesab edirəm ki, bu tip insanlarda travma olduğundan özlərini anormal aparır. Normal məntiq deyir ki, insanlara zərər verə biləcək sahibsiz itlər küçələrdən yığışdırılmalıdır, başqa yolu yoxdur!”

“Küçə itlərinə mərhəmətli olmaqla problem həll edilməyəcək”

“Strateq.az” saytının redaktoru, tanınmış jurnalist Xaqani Səfəroğlu Modern.az-a bildirib ki, küçə itləri istənilən halda təhlükə mənbəyidir:

“Onların çoxalması müvafiq qurumların öz işlərinə məsuliyyətsiz yanaşmasının nəticəsidir. İlk növbədə yaşayış yerlərinin yaxınlığında zibilli ərazilərin mövcudluğu belə itlərin ora kütləvi axınına şərait yaradır. İtlərin vaksinasiyası başdansovdu aparılır. Ümumiyyətlə, rəsmi qurumların küçə itləri ilə davranış sistemi çox pərakəndədir. İt heyvandır və uşaqlara, qocalara, fiziki əngəlli adamlara hücumu hər an ola bilər. Küçə itləri vaxtı ilə sahibləri tərəfindən atılmış və bu atılmış itdən törəmiş köpəklərdir. Yəni insan faktoru burada başlıca rol oynayır. Küçə itləri adətən şəhər evlərinin həndəvərində toplaşır və sakinlər onları yemləyirlər. Sakinlər bunu mərhəmət kimi anlasalar da, əslində bu yolla həmin itdə ərazi stereotipi yaranır. O yemləndiyi ərazini artıq öz ərazisi hesab etməyə başlayır və oranı nəyin bahasına olursa olsun, qorumağa can atır. Çünki qarnını orada doyurur”.

“Vergi tətbiqi çarə ola bilər”

X.Səfəroğlu qeyd edib ki, xarici ölkələrdə küçə itləri ilə davranış fərqlənir:

“Belə itlər ya vaksinasiya olunaraq böyük qapalı ərazilərdə saxlanılır, ya da evtanaziya üsulu ilə həyatlarına son qoyulur. Strelizə etməklə küçə itinin yenidən küçəyə buraxılması da mübahisəlidir. Müvafiq qurumlar əmək haqqının az olmasını əsas gətirərək, küçə itlərinin tutulmasına barmaqarası baxırlar. Bunun çarəsi vergilər ola bilər. Bakıda və digər şəhərlərdə ev heyvanı saxlayanlara vergi tətbiq oluna bilər. Bu vergilərdən gələn məbləğ heyvan sığınacaqlarının saxlanmasına, bu itləri tutan əməkdaşların əməkhaqlarına yönəldilə bilər. Heyvansevərlərin etirazları anlaşılandır, amma əsas məsələ küçə itləri ilə effektli mübarizə metodunu tapmaqdır”.

Küçə heyvanları haqqında bilinən 12 yanlış məlumat

Küçə heyvanları həyat ortaqlarımız olmalarına baxmayaraq onlar haqqında nələri doğru bilirik? Nələri doğru, nələri yanlış tətbiq edirik? Bu mənada onları ortaq olduğumuz həyata necə qatırıq?

1. “Küçədəki pişik və itlər mikrobludur, bizim üçün ölümcül ola biləcək xəstəliklər daşıyırlar.”

Mikroblardan bəhs edəcək olsaq, hər gün əlimizə aldığımız TV pultu da mikrobludur. Steril və dünyadan təcrid olunmuş bir laboratoriyada yaşamadığınız müddətcə mikroblardan qaçmaq demək olar ki, qeyri-mümkündür. Hər gün əlimizdə tutduğumuz pul, avtobusdakı asqılar və metrolardakı hərəkət edən nərdivan qolu kimi bir çox şey bir küçə hayvanından 10 qat çox mikrobludur. Ona görə onları oxşamaqdan və onlara toxunmaqdan çəkinmək mənasızdır.

2. “Küçə itləri insanlara hücum edir.”

Küçə itləri onlara hücum edilmədiyi müddətcə (əgər aqressiv quruluşda deyilsə) insanlara hücum etməzlər. İnsanlardan gördükləri zülm nəticəsində bir çoxu onsuz da qorxaqlaşmışdır. İnsan itə yaxşı davransa it o insanın ən böyük dostu olar. Küçə iti yalnız ona pis rəftar edildiyi və qorxduğu təqdirdə reaksiya verir.

3. “Küçə heyvanları necə olsa yemək taparlar.”

Küçə heyvanları bağlı zibil konteynırlarını aça bilməz, möhkəm bağlanmış zibil torbalarından bir şey götürüb yeyə bilməzlər. Bizlər bir şəkildə ortaya yemək atmasaq ac qalar, zəifləyər və xəstələnərlər, çünki insanlar kimi onlar da “canlı” dırlar.

4. “Küçə itləri gördükləri hər avtomobilə hücum edir.”

Burada əsl məsələnin itlərin avtomobillərə hücum etmədiyini, dönən təkərlərin onlarda instinktiv olaraq bir reaksiya yaratdığını anlamamız lazımdır. Əgər evdə bəslənən bir it görmüsünüzsə onların da pəncərənin qarşısından keçən avtomobilə eynilə eyni reaksiyanı verəcəyinin fərqinə vara bilərsiniz.

5. “Qaşınan küçə itləri qoturdur, bitlidir, xəstəlik mənbəyidir.”

Hər qaşınan it qotur deyil. Hər qaşınan insanın qotur olmadığı kimi… Qotur, heyvanda həddindən artıq tüksüzlük, zəiflik və bədəndə qızarmış yaralar şəklində özünü göstərir. Amma bəzən tükləri tökülmüş itlər görsəniz narahat olmayın. Küçə heyvanları zaman zaman mövsüm dəyişikliklərində tüklərini tökərək tük yeniləmə dövrü yaşayırlar. Bu hər il yaşadıqları təbii haldır.

6. “Küçədəki pişiklər və itlər bir-birlərinə düşməndirlər və dalaşaraq insanların dincliyini pozurlar.”

Əgər hamısı dincdirlərsə və qarınları doyubsa bir-birlərinə qətiyyən müdaxilə etməzlər. Düzgün şərtlərdə birlikdə yaşaya bilərlər. Lakin yaşadıqları yaxın bölgələrdə davamlı olaraq sürünən heyvanlar və çiy ət yemək məcburiyyətində qalan itlər təcavüzkarlaşdığı üçün pişikləri də sürünən kimi görüb onlara hücum edə bilərlər.

7. “Küçə heyvanları sığınacaqlarda daha rahatdırlar.”

Küçə heyvanlarının yeri adlarından göründüyü kimi küçədir. Xoşbəxt olduqları, rahat hərəkət etdikləri sahələrdə hətta özlərinə yaxşı davranılacağı ümidiylə insanlarla birlikdə olmağı seçirlər. Bu, sahibləndirildiyi təqdirdə pişik üçün bir ev, it üçün bir bağça da ola bilər. Amma sığınacaqlar onlar üçün həbsxanadır. Ümumiyyətlə sığınacaqlardakı dar sahələrdə, baxımsız, ac və xəstələnərək həyatlarını acı içində davam etdirillər.

8. “Küçə heyvanları quru çörəklə bəslənə bilər.”

Küçə heyvanları quru çörək yeməzlər. Çörəyi artıq yemək suyu ilə verdiyiniz təqdirdə bu onlar üçün doyurucu ola bilər. Çörək maya ehtiva edən bir qida olduğu üçün ilk 2 il içərisində zərərləri ortaya çıxmasa da 2 ildən sonra çörək ilə bəslənən itlərdə dəri problemləri və allergiya riski çox yüksək ola bilər. Bu səbəblə ət qatqılı yemək artıqları onlar üçün ən uyğun qidalardır.

9. “Küçə heyvanları yararsızdır.”

Kifayət qədər sevgi ilə yaxınlaşsaq hər bir heyvan əhilləşdirilə bilər. Xüsusilə itlərin qoruma instinktləri yüksək olduğu üçün pişiklərlə birlikdə küçələrdəki siçan, böcək, sürünən və həşəratların evlərə girməsinin qarşısını alırlar.

10. “Küçə heyvanları ətraflarında olub bitənlərə qarşı duyarsızdırlar”

Küçə heyvanları bəzi hallarda depressiyaya girib, səssizləşib intihar belə edirlər. Amma insanlar kimi gözyaşı tökə bilmirlər. İtlər üzlərindən, pişiklər isə səslərindən nə qədər bədbəxt və çarəsiz olduqlarını göstərirlər. Sevindiklərini itlər quyruqlarını yelləyərək, pişiklər əsnəmək ilə sizə ifadə edirlər.

11. “Küçə heyvanları ətrəfı zibilləyirlər.”

Küçə heyvanları insanlar kimi çəngəllə yemək yeməzlər. Ağızları bağlı torbaları pəncələri ilə açmaları isə mümkün deyil. Bir çox əməliyyat üçün dişlərini istifadə edərlər. Əgər zibil torbalarınızın ağzını sıx bağlamasanız onlar da zibil torbalarını parçalamaq məcburiyyətində qalmaz və beləcə bütün zibil küçələrə dağılmaz. Bunlardan şikayət edirsinizsə və küçə heyvanlarının yeganə qida mənbəyi olan zibil torbalarının səbəb olduğu vəziyyətdən məmnun deyilsinizsə sadəcə qapınızın önünə bir qab yemək qoya bilərsiniz.

12. “Küçə heyvanları sürətlə çoxalırlar.”

Küçə heyvanları nəzarətsiz çoxaldığı təqdirdə sayları artmaqdadır. Onsuz da küçələrdə tapa biləcəkləri məhdud sayda yemək artığıyla həyatda qalmağa çalışarkən şüursuzca çoxalaraq özlərinə yeni yemək ortaqları da qatırlar. İnsanlar olaraq onların saylarının artımını nəzarət altına almaq bizlərin vəzifəsidir.

  • AÇAR SÖZLƏR
  • heyvanları qoruyaq
  • Küçe heyvanları
  • Küçe iti

Sürücülər DYP və BNA-nın yazdığı cərimələri qanunsuz sayır. – ARAŞDIRMA

Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da qəbul edilən qanunlar, imzalanan qərarlar, atılan addımlar insanların daha rahat, təhlükəsiz yaşaması, sosial, iqtisadi cəhətdən durumunun ən yüksək səviyyədə təmin olunması üçün edilir. Tam əminliklə qeyd etmək olar ki, ölkəmiz nəzərdə tutulan hədəflərinə əksər dövlətlərin qibtə ilə yanaşa biləcəyi formada çata bilib. Düzdür problemlər, noqsanlar da var. Bu da təbiidir. İş olan yerdə problemlərin olması gözləniləndir. Yetər ki, problemlər insanların yaşam tərzinə ciddi təsir göstərməsin. Çətinliklər, narahatçılıqlar varsa, deməli, onların həlli üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Yəni, barmaqda yara varsa, o barmağı kəsib atmırlar, yaranı müalicə edirlər. Bu gün Baş Dövlət Yol Polisində və Bakı Nəqliyyat Agenliyində elə ağrılı problemlər var ki, həmin problemlərin həlli üçün yalnız dövlət qurumları deyil, ümumilikdə cəmiyyətin hər bir üzvü öz töhfəsini verməli, yardımını göstərməlidir. Əks halda bu qurumların yanlışlıqları səbəbindən yaranan problemlər Azərbaycanın beynəlxalq aləmdə on illərdirdir ki, zərrə-zərrə, damla-damla qazandığı müsbət imici ləkələnə bilər.

Araşdırmalara və redaksiyamıza daxil olan şikayət məktublarına istinadən demək olar ki, bu gün elə bir sürücü tapa bilməzsən ki, o DYP-dən və BNA-dan razılıq etsin. Hər kəs “dad DYP və BNA əlindən” deyib, tənqid dolu fikirlərini sələndirəcək. Hətta insanlar arasında DYP-nin Vergilər nazirliyi və ƏMDK kimi hansısa bir nazirliyə birləşməsi və ya tamamilə ləğv olunması üçün nəzir-niyaz deyənlər də tapılacaq. Səbəbi də aydındır. DYP və BNA avtomobil sahibləri üçün süni manelər, çətinliklər və problemlər yardır. Bu baxımdan bu gün avtomobil idarə etmək cəsarət tələb edir. Ən azı cib dolusu pulun olması vacib şərt hesab olunur. Çünki, Bakının küçə və meydanlarında, ölkə miqyaslı magistral avtomobil yollarında az qala şıdırğa alver gedir, özü də günün günorta çağalarında, hər kəsin də gözü qarşısında.

Radar başıbəlalı problemə çevrilir

Bəzən bir küçədə bir-neçə radar quraşıdırlır. Küçələrin girişinə, çıxışına bələd olmayan sürücü asanlıqla həmin radarların hədəfinə çevrilirlər. Ağ xətt taptansa cərimə olunacaqsan, sarı xətti keçsən cərimə olunacaqsan. Təsadüfən maşınını yolun sağına verib sərnişin düşürsən cərimə olunacaqsan. Sürət həddini keçsən cərimə olunacaqsan. Kəmərdən istifadə etməmisənsə cərimə olunacaqsan. Texniki baxışın və icbari sığortanın vaxtı bitibsə cərimə olunacaqsan. Sürücülük vəsiqəsinin vaxtı bitibsə və bu zaman hansısa radar önündən keçirsənsə cərimə olunacaqsan. Bu cərimələr 40, 50, 100 və bəzən 200-500 manat pul ödənişi deməkdir. Nəzərə alsaq ki, gün ərzində video kameralar vasitəsi ilə 20-25 min cərimə yazılır, o zaman sözügedən qurumların varlı-karlı qurumlardan olduğu bəlli olar. Onu da nəzərə almaq lazımdır ki, radarlarla yanaşı yol polisi inspektorları və Baklı Nəqliyyat Agentliyinin əməkdaşları da cərimə protokolları yazırlar.

O gün Ü.Hacıbəyov, R.Behbudov və 28 may küçələrində diqqətimi cəlb edən hadisə sözün həqiqi mənasında məni təəcübləndirdi. Küçələrdə avtomobillərin yol kənarında saxlanmasından riqqətə gələn BNA əməkdaşı selfi çəkdirirmiş kimi avtomobillərin şəkilini çəkirdi. Təqribən 5-7 dəqiqə ərzində bu diribaş BNA əməkdaşı 50-ə yaxın avtomobilin şəkilini çəkdi, təbi ki, həmin şəkilləridə bazaya göndərdi. Tibb Univeristetinin qarşısına çatanda daha maraqlı hadisə ilə rastlaşdım. Bakı Nəqliyyat Agentliyinin iki əməkdaşı yolun sağ və sol hissəsində dayanan maşınların şəkillərini telefonun yaddaşına köçürürdülər. Bir zaman Ziya Məmmədovun qoçu dəstəsinin qanunsuz əməllərindən cana doyan və buna görə etiraz səsini qaldıran cəmiyyət heç düşünməzdi ki, Bakı Nəqliyyat Agentliyi yersiz əngələri ilə keçmiş qurum əməkdaşlarının dədələrinə rəhmət oxutduracaqlar. Qısası, istər Dövlət Yol Polisinin, istərsə də Bakı Nəqliyyat Agentliyinin əsas hədəfi “qaz vurub, qazan doldurmaqdır”. Yəni səmərəli iş, keyfiyyətli fəaliyyət arxa planda qalıb. Bir növ dağılıblar küçə və meydanlara, magistral yollara. Hər vəchlə çalışırlar ki, sürücülərdən nəsə qopartsınlar. Maraqlıdır ki, çox vaxt işsiz-gücsüz DYP əməkdaşları piyadaları cərimələməyə cəlb olunurlar. Yəni yol hərəkəti qaydalarına əməl etməyən piyadalar təqib olunur və cərimələnirlər. O da olur ki, avtomobildə əyləşən sərnişin pandemiya qaydalarına uyğun maska taxmadığına görə, yol polisi inspektorunun qəzəbinə tuş gəlir və ən yaxşı halda sərnişin 100 manat cərimə ilə canını qurtarır.

Hər ay 15-18 milyon manat xalis gəlir

Səməd Vəkilov: “BNA-nın fəaliyyətində yol verilmiş nöqsanlar ciddi araşadırmaya və ictimai nəzarətə ehtiyacı var”

Əgər gün ərzində vidio kameraların qeyd aldığı 20-25 min cərimə protokolunu və əlavə olaraq DYP-nin və BNA əməkdaşlarının yazdıqları cərimələri hesaba alsaq, bu kifayət qədər ciddi məbləğ edər – 15-18 milyon manat. Sual yaranır, bu qədər maliyyə vəsaiti əldə edən qurumlara əlavə olaraq dövlət büdcəsindən niyə vəsait ayrılır? Yol çəkmirlər, postlar qurmurlar, texniki avadanlıqlar və ya marşurut avtobusları almırlar. Qazilərə, şəhid ailələrinə də yadımlar göstərmirlər. Bəs, yığılan milyonlar hara gedir? Marşurut avtobuslarında hökm sürən həngamə bütün ölkə vətəndaşlarına bəllidir. Pandemiyanın tüğyan etdiyi dönəmdə BNA insanlara əziyyətlər yaşatdı. Hətta demək olar ki, koronavirusun Bakı şəhərində əhali arasında artmasında BNA-nın böyük rolu oldu. Qurum bilərəkdən və ya biməyərəkdən əhalini yalnız bərbad vəziyyətdə olan marşurut avtobuslarının ümidinə qoymaqla virusun yayılmasına imkan yaratdı.

Tanınmış hüquqşünas Səməd Vəkilov bizimlə söhbətində Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində qeyri- müəyyənliyin və bir sıra pozuntuların aşkarlandığını bildirdi: “Eyni pozuntulara görə təkrar cəzalar və cərimələrin tətbiq edilməsi xüsusi ilə geniş yayılıb. İnzibati Məcəlləyə görə, eyni xətaya görə təkrar cəzanın tətbiz edilməsi qanuna ziddir. BNA-nın fəaliyyətində yol verilmiş nöqsanlar ciddi araşadırmaya və ictimai nəzarətə ehtiyacı var” .

Vaqif Əsədov: “Vidio kameraların və DYP əməkdaşlarının sayının çox olması yalnız işin xeyrinədir”

Bir sözlə, görünən odur ki, hardan cərimə iyi gəlirsə bizim hər zaman qürur duyub, fəxr etdiyimiz polisimiz təssüf ki, ordadır. Həm də, son vaxtlar sayıları xeyli artıb. İstənilən küçə və prospektə nəzər yetirilsə DYP əməkdaşlarının sürücüləri saxlayıb, onlarla dialoq apardıqlarını görmək olar. Bəzən fikirləşirsən ki, bu qədər sayda DYP əməkdaşına ehtiyac varmı? Və yaxud Bakı şəhərinin 85-90 faizini video kameralar müşahidə etdiyi halda şəxsi heyətin sayını artırmağa nə dədrəcədə ehtiyac var? Yeri gəlmişkən Bakı Şəhər Dövlət Yol Polisinin mətbuat xidmətini rəhbəri Vaqif Əsədova “Bakı şəhəri üzrə DYP əməkdaşlarının sayını deyə bilərsinizmi” sualı ilə müraciət etdikdə o, “siz bu barədə kadrlar şöbəsinə müraciət edin” deyə cavab verdi. Əvəzində üzərinə götürdüyü öhdəliklərə və qaydalara uyğun bəzəkli-düzəkli ifadələr söylədi. Öz sahəsi üzrə kifayət qədər peşəkar DYP sözçüsü kimi tanınan V.Əsədov daş atıb başını tutdu ki, video kameraların və DYP əməkdaşlarının sayının çox olması yalnız işin xeyrinədir. O bunu kağızda yazılan stastik rəqmlərlə də sübut etməyə çalışdı: “Vidio kameralar vasitəsi ilə avtomaşınların hərəkətinin izlənilməsi və qiymətləndirilməsi daha asandır. Radarlar olmadığı zamanlarda yol-nəqliyyat hadisələri 50-55 faiz təşkil edirdisə, bu gün video kameraların müsbət nəticələri hesabına yol-nəqliyyat hadisələri 20-25 faizə enib”.

Araşdırmalar təsdiq edir ki, yol partul xidməti əməkdaşlarının sürücülər barəsində yazdıqları protokolların böyük əksəriyyəti qanunsuzdur. Amma əksər hallarda avtomaşın sahibləri qanunsuzluğun qurbanı olduqlarını hüquqi cəhətdən sübut edə bilmirlər. Çünki, hara şikayət etsələr də, yenə də araşdırılması üçün Baş Dövlət Yol Polisinə göndərilir. Bu da el məsəlində deyildiyi kimi, qazidən qaziyə şikayət erməyə bənzəyir. Haqsızlıqla üzləşən sürücülər iddia edirlər ki, yol patrul xidməti əməkdaşları yazdıqları protokollara görə 25-30 faiz pul qazandıqlarına görə, saxladıqları maşınlara yeri gəldi-gəlmədi protokol yazırlar. Qanuvericiliyə görə, cərimə protakollarından 10 gün müddətində yuxarı instansiyalara şikayət etmək olar. Şikayət sürücünün iştirakı ilə araşdırılır və qərar çıxarılır. Eşitdiklərimə, oxuduqlarıma və gəldiyim qənaət ondan ibarətdir ki, bütün hallarda sürcü haqsız çıxarılır. Çünki, hələ bu günə qədər bir Azərbaycan vətəndaşının yol patrul xidməti əməkdaşının tərtib etdiyi cərimə pratokolundan etdiyi şikayətindən qalib ayrıldığı məlumatına rast gəlməmişəm. Heç ümid bəsləməyə də dəyməz. Ona görə ki, bir protokolun ləğvi 50-100 manatdan məhrum olmaq deməkdir. Paqonlu qardaşlar isə hər qəpiqlərinin dəyərini və qədrini bilirlər. Axı yazılan cərimə pratokolundan yığılan milyonlar dövlət büdcəsinə deyil, həm də öz ciblərinə gedir. Bu baxımdan demək olar ki, DYP və BNA ölkədaxili yeganə qurumlardandır ki, orada şəffaflıqdan söhbət gedə bilməz.

Əgər sözügedən qurumlarda kök salan qanun pozuntuntularına qarşı ən yüksək səviyyədə tətbirlər görülməsə problem elə bu şəkildə də davam edəcək. Ən azı islahatlar və kadr dəyişiklikləri həyata keçirilsə, müsbət nəticələr qaçılmazdır.

İ.ƏLİYEV

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir

Comments are closed, but trackbacks and pingbacks are open.