Tariximiz-Açıqlanmamış Mövzüları Ile-Süleyman Eliyarlı-Baki-2012-557s Kesli- Nevruz-Novruz Bayrami Tariximizde Edebiyatimızda Ve Folklorumuzda-Ebced-Riza Hamraz-6s
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (.
Oghuz Turks and Their Neighbors in the Book of Dede Korkut
The Book of Dede Korkut is a unique literary and historical work of the Turkish world and one of the most valuable works of the world. This historical source mentions how Oghuz Turks had lived in Azerbaijan and a large part of Anatolia. For this reason, the information about Oghuz Turks’ neighbors covers only a part of the regions where they’d settled. This article discusses the Book of Dede Korkut as a primary source and shows the relations the Oghuz Turks had with the Georgians and Abkhazians, Kipchaks, Byzantines, Bayburt, Duzmurt, and Trabzon as mentioned in the book. In doing so, the article will also examine the situations before and after the arrival of the Seljuks in Anatolia. The paper will also use the newly found manuscript copy of the Book of Dede Korkut found in Turkmen-Sahra, in which different results are encountered. The main reason for this is that the manuscript copies of the Book of Dede Korkut were written at different times, and the book makes no direct mention of the Oghuz Turks having any neighbor to the south. However, this article would like to create a general perspective by also providing information about the Persians and the Arabs and including Seljuk names and sources written in Georgian and Arabic, as well as some research on this subject in addition to the Turkish-language sources. The Oghuz Turks had quite contradictory relationships with their neighbors. While some neighbors such as the Kipchaks and Trabzon were at war with them, other neighbors such as the Georgians and Abkhazians were under their administration and paid the Oghuz Turks taxes. This article will for the first time compare the information in all three copies of the work and make clarifications about the subjects in question.
DOI : 10.26650/PB/AA10AA14.2023.001.060 IUP : 10.26650/PB/AA10AA14.2023.001.060 Full Text (PDF)
“Kitâb-ı Dedem Korkut”a Göre Oğuzların Komşuları
“Kitâb-ı Dedem Korkut” Türk dünyasının eşsiz edebî ve tarihî yapıtı, dünyanın en değerli eserlerinden biridir. Bu tarihî kaynakta bahsi geçen Oğuzlar Azerbaycan’da ve Anadolu’nun büyük bir kısmında yaşamaktadır. Bu nedenle de burada Oğuzların komşuları ile ilgili bilgiler sadece Oğuzların yaşadıkları bölgelerin bir kısmını kapsamaktadır. Bu bildiri metninde temel kaynak olarak “Kitâb-ı Dedem Korkut” ele alınmış ve kaynakta ismi geçen Gürcüler ve Abhazlar, Kıpçaklar, Bizans olarak tanımlayabileceğimiz Bayburt, Düzmürt ve Trabzon ile Oğuzlar arasındaki ilişkiler gösterilmiştir. Bu zaman Selçukluların Anadolu’ya gelişinden önceki ve sonraki durumlar ayrıca incelenmiştir. Bildiride abidenin yeni bulunan el yazması nüshası olan “Türkmen-Sahra” nüshası kullanılmış ve farklı sonuçlar ile karşılaşılmıştır ki bunun esas nedeni “Kitâb-ı Dedem Korkut”un el yazması nüshalarının farklı zamanlarda kaleme alınmasındandır. “Kitâb-ı Dedem Korkut”ta Oğuzların güney komşuları hakkında direkt söz edilmemektedir ancak biz Farslar ve Araplar hakkında bilgiler vermekle de genel bakış açısı yaratmak istedik. Bildiri makalesine Türk dilli kaynakların yanı sıra Selçuk-nameleri, Gürcüce ve Arapça kaynakları, aynı zamanda bu konu üzerine gerçekleştirilmiş bazı araştırmaları dâhil ettik. Oğuzların komşuları ile ilişkisi oldukça çelişkili olmuştur. Bazı komşularla (Kıpçaklar, Trabzon) savaş hâlindeyken, bazı komşuların (Gürcüler, Abhazlar) idaresi altında ve onlara vergi ödemektedir. Bu bildirde ilk kez, eserin her üç nüshasında yer alan bilgiler kıyaslanmış ve bahsi geçen konu aydınlatılmıştır.
Tariximiz-Açıqlanmamış Mövzüları Ile-Süleyman Eliyarlı-Baki-2012-557s+Kesli- Nevruz-Novruz Bayrami Tariximizde Edebiyatimızda Ve Folklorumuzda-Ebced-Riza Hamraz-6s
Əməkdar elm xadimi, tarix elmləri doktoru professor, şərqşünas alim Süleyman Əliyarlı həyat və elmi fəliyyəti ilə bağlı araşdırma apardıq. Süleyman Sərdar oğlu Əliyarlı, 18 dekabr 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində dünyaya gəlib. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954 də “Fərqlənmə diplomu” ilə bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 5 il çalışıb. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilib.
1978-2001-ci illər kəsimində, yəni 23 il həmin kafedraya başçılıq edib. Elmi işini hər zaman konyukturadan uzaq tutmağa çalışıb. 1969-cu ildə Azərbaycanın Rusiyaya könüllü birləşməsi tezisinə qarşı çıxaraq, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini yazıb və Azərbaycan KP-nin təqiblərinə məruz qalıb. 1983-84 illərdə Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq çap edib, nəticədə Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşib.
1989-2000 illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimiya) Komisyonuna başçılıq edib; 1992-2001 illərdə Azərbaycan Ali Attestasiya Komisyonu Rəyasət Heyətinin üzvü olub. 1990-cu ildə “Azərbaycanın Əməkdar Elm Xadimi” adına layiq görülüb. 2000-ci ildə “Türk və Türkiye tarihi ile ilgili değerli araştırmalarından dolayı” Türk Tarix Kurumu Şərəf Üyəsi (fəxri üzvü) seçilib. Türk Tarix Kurumu və “Center For Balkan Turkology Researches” kimi beynəlxalq elmi təşkilatlar ilə elmi əməkdaşlıq edib.
2002-ci ildə Türkiyənin paytaxtı Ankarada Türkcə və ingiliscə çap olunmuş 26 cildlik “Türklər” ensiklopedik əsərin Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biridir.
S.Əliyarlı 1962-ci ildə “Bakı proletariatının vəziyyəti” mövzusunda namizədlik, 1975-ci ildə isə “Azərbaycan neft sənayesində inhisarlar” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifidir. 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib.
Onu da bildirək ki, 2013-cü ilin avqustunda S.Əliyarlı Türk Dünyası Araşdırmaları Akademiyasının akademiki, habelə Ümumdünya Türk Xalqları Konqresinin Ağsaqqallar Şurasının fəxri prezidenti və rəhbəri seçilib. O, 16 yanvar 2014-cü ildə vəfat edib.
««Kitabi Dədə Qorqud” dastanı onun yozumunda yeni bir məna kəsb etməyə başladı»
Tarixçi alim Cəmil Həsənli bildirdi ki, Süleyman Əliyarlı “Kitabi Dədə Qorqud” qədim türk dastanının Drezden kitabxanasında saxlanılan orta əsrlərə aid əlyazmasını (ikinci əl yazması Vatikanda saxlanılır) tədqiq edib: “Onun “Kitabi Dədə Qorqud”a müraciət etməsi və Azərbaycan xalqının etnogenizi ilə bağlı elmi müzakirələrin mərkəzində dayanması Süleyman müəllimin tükənməz elmi potensialından xəbər verirdi. Türklərin regiona gəlmə olması haqqında bəsit düşüncələrdən uzaqlaşmağımızda, onların bu torpağın, bu yurdun köhnə sakinləri və əsl sahibləri olmaları baradə elmi mühakimələrimizin və siyasi təfəkkürümüzün oturuşmasında professor Süleyman Əliyarlının araşdırmaları, elmi seminarlardakı aydın mövqeyi mühüm rol oynadı. Hələ sovet ideologiyasının hökmranlıq etdiyi bir dövrdə, bir sıra alim və ziyalılarımızla birlikdə Süleyman müəllim bu millətin türk kimliyinə tapınması yolunda sözün tam mənasında ardıcıl bir mücadilə yolu keçməli oldu. “Kitabi Dədə Qorqud” dastanı onun yozumunda yeni bir məna kəsb etməyə başladı. Bu böyük alimin bu böyük dastana baş vurması, Dədə Qorqud boylarını tükənməz bir sevgi ilə incələməsi, Təpəgözün hekayətini vətənimizin təpələrinin arasında axtarması Qazan xandan və Burla Xatundan gələn türklüyümüzün mənəvi mənzərəsini və siyasi məzmununu ortaya qoydu. Biz həmin illərdə Süleyman müəllimin türk kimliyi üçün elmi fədakarlığını görüb onun qürurunu yaşayan gənclərdən idik. XX əsrin 80-ci illərinin sonunda Qarabağa qarşı erməni təcavüzü başlarkən Süleyman müəllim mücadilənin önündə gedən alimlərimizdən idi. Bəzən Garabağla bağlı elə sənədlər hazırlamaq lazım gəlirdi ki, orada həm tarixi, həm də hüquqi məsələlər öz əksini tapmış olsun. Bax həmin məqamlarda Süleyman müəllimin rəhmətlik Məmməd Xələfovla birlikdə necə fədakarlıqla çalışmaları indi də mənim gözümün qabağındadır. Hadislər başlayan zaman Süleyman müəllimin Bəxtiyar müəllimlə birlikdə 1988-ci ildə “Azərbaycan” jurnalının 9-cu sayında dərc etdirdikləri “Dağlıq Qarabağ – uydurmalar və həqiqətlər” yazısı bir sıra xarici ölkələrdə nəşr olundu. Süleyman Əliyarlı 2012-ci ildə “Tariximiz açıqlanmamış mövzuları ilə” kitabını nəşr etdirdi. 660 səhifədən ibarət olan bu kitab onun yaradıcılığının yekunu, millət və xalq qarşısında bir alim kimi hesabatı idi. O, bir alim kimi, bir vətəndaş kimi öz börcunu yerinə yetirdi, amma mənə belə gəlir ki, Azərbaycan cəmiyyəti çox məsələlərdə Süleyman müəllimə borclu qaldı”.
“Ziyalı olaraq cəmiyyət həyatının kritik dönəmlərində mövqeyini bildirərdi”
Millət vəkili Fazil Mustafa da bildirdi ki, Süleyman Əliyarlı nüfuzlu şəxsiyyətlərdən biri idi: “Tarix elmləri doktoru, professor Süleyman müəllim ziyalı olaraq cəmiyyət həyatının kritik dönəmlərində sözünü, mövqeyini bildirərdi. Buna görə də Elmlər Akademiyasının müxbir üzvlüyündən başlayıb həqiqi üzvə qədər yönələn mərhələləri keçəcək bir imkana sahib olmayıb. Ancaq Azərbaycan tarixşünaslığından söz düşərkən hələ tələbə vaxtlarından adını fəxrlə çəkdiyimiz bir neçə addan biri idi. Tarixlə bağlı əsərlərinin bir qismi ilə tanışam və mübahisəyə açıq məqamları da qeydə almışam. Bütün hallarda öz ixtisasının yüksək səviyyədə bilicisi idi və bunu ona mənfi münasibəti olan tarixçilər də vurğulayırdılar.
Görkəmli alim bu il 84 yaşında vəfat etdi. Süleyman müəllim xanımının vəfatının 38-ci günündə Allahın rəhmətinə qovuşdu. Yəni bu fani dünyadakı uzun ayrılığı da Uca Yaradan onlara, bu xoşbəxt ahıllara rəva bilmədi.
Ramid İbrahimov
Book tariximiz açıqlanmamış mövzuları il
Xəzər Universitetində Azərbaycanın görkəmli tarixçi alimi, tarix elmləri doktoru, professor Süleyman Əliyarlının “Tariximiz açıqlanmamış mövzuları ilə” kitabının təqdimatı olmuşdur. Tədbirdə Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı görkəmli alimin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir.
H.İsaxanlı mərasimdə iştirak edən gənc tarixçi alimlərə S.Əliyarlının Azərbaycan tarixi ilə bağlı tədqiqat yolunu davam etdirməyi tövsiyə etmişdir. Tədbirdə kitabın redaktoru, Bakı Dövlət Universitetinin professoru Elmira Muradəliyeva, Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov, fəlsəfə elmləri doktoru Esmiralda Həsənova və digərləri çıxış edərək müəllifə yeni elmi uğurlar arzulamışlar. Sonda Süleyman Əliyarlı mərasimə toplaşanlara, tələbələrinə, Xəzər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyini Muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. S.Əhmədov təmsil etmişdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak.
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar.
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç.
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-.
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid.
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (.
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr.
Comments are closed, but trackbacks and pingbacks are open.