Press "Enter" to skip to content

Böyük Britaniya Çinlə ticarət əlaqələrinə məhdudiyyət tətbiq edir

Qeyri-neft sahəsində əlaqələrin inkişafı diqqət mərkəzindədir. Bu məqsədlə, 2 mart 2015-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandum”u imzalanıb.

Boyuk britaniyanın ticarət əlaqələri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın bundan sonra da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edildi.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin yaxşı tarixə malik olduğunu və Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investoru olduğunu vurğulayan Prezident İlham Əliyev BP şirkətinin Azərbaycanın qlobal enerji layihələrində əsas tərəfdaşı olmasının önəmini qeyd etdi. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı gələcəkdə qeyri-energetika sahəsində də Böyük Britaniya şirkətlərinin həm investor, həm də podratçı kimi iştirakının genişlənməsində ölkəmizin maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı Baronessa Rona Feyrhedin ölkəmizə səfərinin iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed Azərbaycanın müstəqillik illəri ərzində əldə etdiyi nailiyyətlərin çox böyük təəssürat yaratdığını dedi. Energetika sahəsində əməkdaşlığa toxunan Baronessa Rona Feyrhed BP-Azərbaycan əlaqələrini çox mühüm tərəfdaşlıq əlaqələri kimi dəyərləndirərək hökumətinin bu sahədə əməkdaşlığın bundan sonra da davam etdirilməsi işinə sadiq qalacağını vurğuladı. Britaniya hökumətinin Azərbaycanla ikitərəfli münasibətlərə çox böyük önəm verdiyini deyən qonaq Azərbaycanın ölkəsinin mühüm strateji tərəfdaşı olduğunu bir daha qeyd etdi.

Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivləri ətrafında məsələlərə toxunularaq “Şahdəniz-2” layihəsinin uğurlu icrasının və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılmasının əhəmiyyəti vurğulandı.

Söhbət zamanı, həmçinin infrastruktur sahəsində Britaniya şirkətlərinin iştirakı, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, alternativ enerji, kənd təsərrüfatı, turizm, təhsil sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Böyük Britaniya Çinlə ticarət əlaqələrinə məhdudiyyət tətbiq edir

Böyük Britaniya hökuməti Çində insan hüquqlarının pozulmasına görə, həmin ölkənin Sincan Uyğur Muxtar Bölgəsində istehsal olunan məhsulların idxalını məhdudlaşdırır. “Report” xəbər verir ki, parlamentin İcmalar Palatasında nitq söyləyən ölkənin xarici işlər katibi Dominik Raab adıçəkilən bölgədə məcburi əməklə bağlı iddiaları əsas gətirərək deyib: “Biz Çinlə konstruktiv münasibətlər istəyir və bunun üçün ardıcıl çalışırıq, lakin öz dəyərlərimizi, yaxud ölkəmizin təhlükəsizliyini qurban verə bilmərik. Biz düzgün bildiklərimizi bundan sonra da dilə gətirəcək və bunu əməlimizlə dəstəkləyəcəyik. Hamı əmin olmalıdır ki, biz regionda insan hüquqları pozuntuları ilə birbaşa və ya dolayı yolla əlaqəli olan məhsulların ixracatını əngəlləmək üçün əlimizdən gələni edirik”. Xatırladaq ki, Çinin adıçəkilən bölgəsində sayı 12 milyona yaxın olan uyğur əhalisinin xüsusi toplama düşərgələrində zorakılığa, o cümlədən məcburi əməyə məruz qalması ilə bağlı xəbərlər son vaxtlar dünya KİV-ində mütəmadi yayılır. Böyük Britaniya hökuməti Müasir Köləlik Aktı çərçivəsində məcburi əmək vasitəsilə istehsal oluna bilən məhsulların ölkəyə idxalına yol verməmək üçün müvafiq məhdudlaşdırıcı tədbirlər görür.

Azərbaycan-Böyük Britaniya əlaqələri tarixi və strateji əhəmiyyətə malikdir

Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Belə ki, Böyük Britaniya 31 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 11 mart 1992-ci ildə qurulmuşdur. Ötən zaman ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə edilmişdir. Heç şübhəsiz ki, bu uğurların qazanılmasında ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri öncədən proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu vardır. Ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərimizin inkişafına böyük töhfələr verib. Ümummilli liderin 1994-cü ildə və 1998-ci ildə Böyük Britaniyaya səfər etməsi ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas ana sütununu təşkil etmişdir. Ümummilli lider tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının 2004, 2009 və 2018-ci ildə Böyük Britaniyaya üç rəsmi səfəri baş tutmuşdur. Prezidentin bu səfərlərindən 2018-ci il səfəri xüsusi əhəmiyyətə malikdir. Belə ki, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqının 86.02% səsini və yenidən etimadını qazanan ölkə başçımız ilk səfərini qardaş Türkiyə dövlətinə etdikdən sonra Britaniyanın Baş naziri Tereza Meyin dəvəti əsasında Azərbaycana qayıtmayaraq Türkiyədən birbaşa Böyük Britaniyaya səfər etmişdir. Bu faktın özü münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. Sözügedən səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm sənədlər imzalanmışdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, Böyük Britaniyanın yüksək səviyyəli nümayəndə heyətləri dəfələrlə Azərbaycanda səfərdə olublar. Bu səfərlər Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə təkan verməklə yanaşı, əlaqələrimizə hər dəfə yeni bir impuls qazandırıb. Bu dəfə də Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun Azərbaycana iki günlük səfəri çərçivəsində keçirdiyi görüşlər, apardığı müzakirələr olduqca mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən bildirdi: “Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir”.

9 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovla xanım nazirin görüşü zamanı da strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparıldı və görüşdə ikitərəfli əməkdaşlığımızın və əlaqələrimizin inkişafı səviyyəsindən məmnunluq ifadə olundu.

İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır. Ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanan vaxtdan Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru qismində çıxış edir. Əməkdaşlığımızın davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni Saziş imzalanmışdır. Bütövlükdə, 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir ki, bu rəqəm, həqiqətən də, iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir.

Qeyri-neft sahəsində əlaqələrin inkişafı diqqət mərkəzindədir. Bu məqsədlə, 2 mart 2015-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandum”u imzalanıb.

Xanım Morton qadın sığınacağına səfər etdi. Qeyd olunmalıdır ki, bu gün ölkəmizdə gender məsələlərinə xüsusi diqqət göstərilir. Gender bərabərliyini təşviq etmək üçün əhəmiyyətli işlər görən ilhamverici Azərbaycan qadınları var. Əvvəla, Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verən dövlətdir. Ölkəmiz 1991-ci ildə ikinci dəfə müstəqillik əldə etdikdən sonra gender məsələlər ilə yaxından məşğul olmaq məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. İndiki mərhələdə Azərbaycan qadını ölkənin ictimai-siyasi, mədəni həyatında aktiv fəaliyyət göstərib, aparıcı qüvvəyə malik olmaqla cəmiyyətdə nüfuz sahibidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadının ən mükəmməl imicini formalaşdırmaqla onu bütün dünyada layiqincə təmsil edir və tanıdır. Vətən müharibəsi dövründə də Azərbaycan qadının xarakterik xüsusiyyətlərinə uyğun olaraq ölkənin birinci xanımı Mehriban Əliyevanın şəhid və əsgər analarına, bacılarına, həyat yoldaşlarına olan nəcib və qayğı dolu müraciətləri bir daha göstərdi ki, qeyd olunduğu kimi həqiqətən də güclü və uzunmüddətli sülhün qurulmasında qadınlar mühüm rol oynayır. Hazırda Azərbaycan Parlamentinin spikeri xanımdır, sonuncu çağırılmış parlamentdə qadın deputatların sayı artmışdır. Milli Məclisdə də ailə və qadın məsələləri ilə məşğul olan xüsusi komitə fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan parlamenti bu sahəni tənzimləyən bir sıra qanunlar qəbul etmişdir. Bütövlükdə, Azərbaycan qadın və qızların hüquqlarını və gender bərabərliyini dəstəkləyən ölkədir. Xanım Vendi Morton da Azərbaycanda məişət zorakılığının qarşısının alınması və gender məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək parlamentin bu sahənin hüquqi bazasının təkmilləşdirilməsində böyük rol oynadığını bildirib.

İki ölkə arasında təhsil sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Bu münasibətlərin əsası 1994-cü ilin fevral ayında Prezident Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin imzalanması ilə qoyulub. Xanım nazirin təhsil naziri Emin Əmrullayev ilə görüşü Birləşmiş Krallıq ilə Azərbaycan təhsili arasında güclü əlaqələrin mövcudluğundan xəbər verir. Britaniya universitetləri xarici ölkələrdə təhsil almağa yollanan Azərbaycanlı tələbələrin seçimləri arasında birincilik təşkil edir.

İki ölkənin xalqları, mədəniyyətləri arasında da möhkəm əlaqələr mövcuddur. 2013-cü ildə Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi və 2016-cı ildə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu təsis edilmişdir. Bundan əlavə, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adı verilmişdir ki, beləliklə də sözügedən qurumların təşəbbüsü ilə hər il Bakıda və Londonda çox sayda mədəni və elmi tədbirlər keçirilir. 2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı “Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi qeyd edilməlidir. İçərişəhərdə olan Xanım nazirin Azərbaycanın zəngin mədəni irsə malik olduğunu, gənc rəssamları dəstəkləyən və Azərbaycanın qədim mədəniyyətini qoruyub saxlayan Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbini şəxsən görməkdən məmnun olduğunu bildirib.

Son illərdə ölkəmizdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır ki bu sahədə də bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer alıb. Azərbaycan bu sahədə zəngin təcrübəyə malik ölkələrlə əməkdaşlığı genişləndirmək xəttini tutur. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, bərpa olunan enerjinin və günəş enerjisinin inkişafı üçün imkanlar var və bu sahədə də Böyük Britaniyanın nümunəvi təcrübəsi mövcuddur, o zaman münasibətlərimizin yüksək səviyyədə olması Azərbaycana sözügedən ölkənin təcrübəsindən yararlanmaqda kömək edəcək. Artıq Britaniya şirkətlərindən biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşıl enerji zonalarının yaradılması, həmçinin bu ərazilərdə bərpa olunan enerjidən istifadə işində Britaniya şirkətləri maraqlıdır.

İki ölkə hərbi sahədə əməkdaşlığın inkişafı üçün də səylər göstərilir. Belə ki, ötən günlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb və iki ölkə arasında müdafiə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu, bu imkanların genişləndirilməsinin vacibliyi, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi vurğulayıb.

Nəzərə alsaq ki, bölgədə yeni yaranmış geosiyasi reallıqlar fonunda Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrlə qardaş Türkiyə dövlətlərinin də münasibətlərinin mövcud durumu mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir, o zaman görürük ki, Türkiyə ilə Böyük Britaniya arasında olan münasibətlər də son dərəcə müsbətdir. Belə ki, Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra ilk azad ticarət sazişini əvvəl Avropa İttifaqı ilə, ikincini isə Türkiyə ilə imzaladı ki, bununla da Türkiyə ilə Böyük Britaniya arasında ticarət gömrük rüsumları tətbiq olunmadan həyata keçiriləcək.

Şəbnəm Həsənova bildirib ki, Böyük Britaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. 44 günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgilədi və münasibətlərimizə xələl gətirəcək addım atmadı.

“Bütövlükdə, xanım nazirin Azərbaycana gəlməsini, keçirilən görüşləri, müzakirə edilən məsələləri nəzərə alsaq, o zaman aydın olur ki, Böyük Britaniya ilə Azərbaycan arasında olan əlaqələrimizin inkişafı gələcəkdə daha yüksələn xətlə inkişaf edəcək. Qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün vacibdir və hər iki tərəf də bunda maraqlıdır. Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun ölkəmizə iki günlük səfəri Azərbaycan-Böyük Britaniya dostluğunun, əlaqələrinin yüksək səviyyədə olmasına nümunədir”, – deyə politoloq vurğulayıb.

Comments are closed, but trackbacks and pingbacks are open.