Press "Enter" to skip to content

Brauzerdə reklamlarin bağlanilmasi

4. Düzgün olmayan qidalanma – qəbizliklərin çox tez-tez rast gəlinən səbəblərindən biridir. Qida rasionunda yağlı, qızardılmış, kəskin, duzlu qidalar, ağ çörək, un məmulatları, şirniyyatlar bağırsaqlara xeyli ziyan vuraraq onların fəaliyyətini çətinləşdirir. Buna görə də qəbizlikdən əziyyət çəkənlər (və ümumiyyətlə də, sağlamlığını qorumaq istəyənlər) bu sadalanan məhsulları az-az hallarda qəbul etməlidirlər.

Qəbizlikdən necə qurtulmaq olar? 8 tövsiyə

Kədərləndirici tibbi statistik məlumatlara əsasən, inkişaf etmiş ölkələrin əhalisinin 10%-dən artıq hissəsi xroniki (yəni daimi) qəbizlikdən əziyyət çəkir.

Həm də, qadınlarda qəbizlik kişilərə nisbətən 3 dəfə artıq təsadüf edilir. Bu, qadın cinsi hormonlarının hamiləlik və menopauza dövründə onların orqanizminə olan təsiri, həmçinin hamiləlik zamanı, get-gedə böyuməkdə olan uşaqlığın təzyiq etməsi nəticəsində bağırsağın normal fəaliyyətinin pozulması ilə əlaqədardır.

Bəs, qəbizliyin əsas səbəbləri hansılardır və onunla necə mübarizə aprmaq lazımdır?

1. Saglamolun.az xəbər verir ki, əksər hallarda qəbizlik ayrıca bir xəstəlik olmayaraq, digər bir xəstəliyin əlaməti kimi meydana çıxır. Bu, həm bağırsağın özünün xəstəliyi – düz bağırsağın xorası və çatı, bağırsaqda olan bitişmələr, bağırsaq keçməməzliyi, bağırsağın şişləri, hemorroy (babasil) və s. ola bilər. Bundan başqa digər orqanların xəstəlikləri – pankreatit, xolesistit, qalxanvari vəzinin funksiyasının pozulması (məsələn, hipotireoz), şəkərli diabet, müxtəlif nevroloji pozğunluqlar və s. patoloji hallar da qəbizliyin yaranmasına səbəb ola bilər.

Məhz buna görə də qəbizliyin olduğu hər bir halda həkimin baxışı vacib hesab edilir. Sizin başınız qəbizliklə “mübarizəyə” qarışdıqca, orqanizminizdə olan əsas xəstəlik, diqqətdən kənarda qalaraq, daha güclü və təhlükəli dərəcədə inkişaf etmiş olacaq ki, bu da son nəticədə qiymətli vaxt itkisinə səbəb olaraq xəstəliyin ağırlaşması ilə nəticələnəcək. Əsas xəstəliyi vaxtında aşkar edib onu müalicə etməklə həkim sizi qəbizlikdən də xilas edəcək.

Qəbizliyin təhlükəli, ancaq, xoşbəxtlikdən nadir olan səbəbləri – bağırsaq keçməməzliyi, bağırsaqda olan bitişmələr, bağırsağın şişləri də ola bilər. Buna görə də, əgər sizdə birdən-birə “heç nədən” qəbizlik, qarında ağrı, halsızlıq, nəcisdə qan izləri, qısa müddət ərzində arıqlama və s. bu kimi əlamətlər yaransa, vaxt itirmədən mütləq qastroenteroloqa müraciət edin!

2. Əksər hallarda orqanizmə kifayət qədər maye daxil edilməməsi, yəni orqanizmin susuzlaşması (yüksək hərarət olduqda, havanın quruluğunun və temperaturunun yüksək olması və ya sadəcə olaraq az miqdarda maye qəbul etmək adəti) nəticəsində də qəbizlik baş verir.

Axı su, susuzluq hissiyatı yarandıqda sadəcə olaraq bizim qəbul etdiyimiz maye deyil! Su orqanizmdə olan qanın 80%-ni, beyin toxumasının və əzələlərin 75%-ni və ümumi bədən çəkisinin 55-75%-ni təşkil edir! Hətta bizim sümüklərin tərkibində də su vardır. Su, insan orqanizmini təşkil edən ən əsas maddə olub, onun demək olar ki, hər bir funksiyasına, həmçinin bağırsaqların fəaliyyətinə də təsir edir. Əgər biz, kifayət qədər su qəbul etmiriksə, orqanizm bağırsaq möhtəviyyatından daha çox miqdarda su çəkəcəkdir ki, bu da son nəticədə nəcisin bərkiməsinə, defekasiyanın sayının azalmasına və çətinləşməsinə səbəb olacaqdır. Beləliklə, qəbizliyin qarşısını almaq üçün, gün ərzində kifayət qədər – 2 litrdən az olmayaraq (buraya sulu qidalar da aid edilir) maye qəbul etmək lazımdır! Özünüzdə, səhər yeməyindən əvvəl 1 stəkan su içmək kimi adəti formalaşdırmağa çalışın. Bu, sizin bütün orqanizminizin (həmçinin bağırsaqların) oyanması üçün bir xəbərdarlıq siqnalı (işarəsi) olacaqdır. İçilən su qaynadılmamış (adi təmiz içməli su) olsa, daha yaxşı olar. İçilən bu su, otaq temperaturunda olmalı, tədricən və kiçik qurtumlarla içilməlidir. Əksər hallarda içilən suyun miqdarının artırılması qəbizlikdən qurtulmağa imkan verir.

3. Bədəndə kalium elementinin çatmazlığı – tez-tez baş verən qəbizliklərin səbəblərindən biridir. Müxtəlif mikroblardan və infeksiyalardan qorxaraq əksər insanlar xeyli müddətdir ki, çiy su içməkdən çəkinərək onu qaynadılmış su ilə əvəz etmişlər. Ancaq onu da bilmək lazımdır ki, qaynadılarkən, suyun tərkibində olan zərərli mikrobların məhv olması ilə yanaşı, onun tərkibində insan orqanizmi üçün çox vacib olan mineral duzlar, həmçinin kalium duzları da parçalanır. Kaliumun çatmazlığı nəticəsində bağırsaqların yığılması (peristaltikası) xeyli dərəcədə zəifləmiş olur ki, bu da çox vaxt qəbizliyin əsas səbəbi olur. Kalium elementi üzümdə, ərik qurusunda, qara gavalıda, əncirdə daha çox olur. Ona gorə də, əgər siz yalnız qaynadılmış su içirsinizsə, sadalan məhsulları daha tez-tez qəbul edin.

4. Düzgün olmayan qidalanma – qəbizliklərin çox tez-tez rast gəlinən səbəblərindən biridir. Qida rasionunda yağlı, qızardılmış, kəskin, duzlu qidalar, ağ çörək, un məmulatları, şirniyyatlar bağırsaqlara xeyli ziyan vuraraq onların fəaliyyətini çətinləşdirir. Buna görə də qəbizlikdən əziyyət çəkənlər (və ümumiyyətlə də, sağlamlığını qorumaq istəyənlər) bu sadalanan məhsulları az-az hallarda qəbul etməlidirlər.

Tünd çay, kofe, şokolad, kəsmik, düyü, nar, heyva, armud da “qarını bərkidirlər”. Bağırsağın ən yaxşı köməkçilərindən biri sellülozadır. Sellülozanın lifləri qida “tullantılarını” orqanizmdən xaric etməyə kömək edirlər. Sellüloza buğda kəpəyində, yulaf yarmasında, meyvə və tərəvəzlərdə, göyərtilərdə, paxlalı bitkilərdə, qoz-fındıqda daha çox olur.

Onu da qeyd etmək vacibdir ki, sellüloza heç də bütün növ qəbizliklərdə kömək etmir. Spastik qəbizliklər zamanı tərkibində sellüloza çox olan qida məhsulları bağırsaq üçün hətta zərərli hesab edilir – qarının xeyli dərəcədə köpməsinə, nəcis kütlələrinin yığılıb qalmasına (bəzi hallarda onları xəstəxanada şəraitində təmizləmək lazım gəlir) səbəb ola bilər. Belə qəbizliyi olanlar meyvə və tərəvəzləri yalnız sürtgəcdən keçirdikdən sonra və ya püre şəklində qəbul edə bilərlər.

Qəbizliyin bütün növlərində heyvani yağlara nisbətən bitki yağlarına üstünlük vermək, ağ çörəyi isə qara çörəklə və ya daha yaxşı olar ki, suxarı ilə əvəz etmək məsləhət görülür. Qarabaşaq, buğda, arpa, yulaf yarmalarından hazırlanmış sıyıqlardan, yağsız turşulaşdırılmış süd məhsullarından tez-tez istifadə etməyə çalışın.

Nə yediyinizin əhəmiyyəti olduğu kimi, onu necə yeməyinizin də əhəmiyyəti vardır. Qida qəbulu gün ərzində 4 dəfədən az olmamalı və mümkün qədər hər zaman eyni vaxtlarda olmalıdır. Qida qəbulu üçün kifayət qədər vaxt da ayırmağa çalışın, tez-tələsik, qaça-qaçla, ayaqüstə yemək yeməyin, fast-fuddan imtina edin.

5. Bağırsaqların fəaliyyətinə çox mənfi təsir edən faktorlardan biri də – kifayət qədər olmayan fiziki aktivlikdir. Sakitlik halında nəinki qol və ayaq və digər əzələlər, həmçinin bağırsaqların hərəkətini təmin edən daxildəki əzələlələr də fəaliyyətsiz qalır. Uzanmış vəziyyətdə olan xəstələrə qulluq edənlərin hər biri, onlarda nəcis ifrazının necə çətinliklə baş verdiyini təsdiq edə bilərlər. Yəni, insan nə qədər tənbəl və az hərəkətlidirsə, onun bağırsağı da o qədər tənbəl olur. Bu vəziyyətdən çıxış yolu isə mümükün qədər çox hərəkət etməkdir. Səhhətiniz imkan verdikcə, bədən tərbiyəsi ilə məşğul olamaq, qaçmaq, üzmək və s. fiziki hərəkətlərlə məşğul olmaq lazımdır. Sağlamlığınız və vaxtınız imkan vermədikdə isə, açıq havada mümkün qədər çox piyada gəzmək məsləhət görülür. Belə bir təsdiq olunmuş məlumat vardır ki, insan orqanizminin normal fəaliyyət göstərməsi üçün, hər gün 11 min addım atmaq lazımdır. Səhərlər yataqda uzanarkən mürəkkəb olmayan, ancaq “bağırsaq üçün” çox xeyirli olan hərəkətləri etmək yaxşı olar. Bu zaman arxası üstə uzanaraq ayaqlarınızla velosiped sürəndə olan kimi hərəkətləri, “qayçı” hərəkətlərini etmək, qarnınızla “nəfəs almaq”, qarnınızı saat əqrəbi istiqamətində masaj etmək olar.

6. Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbul edilməsi də qəbizliyə səbəb ola bilər. Belə preparatlara ağrıkəsici dərmanlar, antidepressantlar, qıcolma əleyhinə olan preparatlar, arterial təzyiqi azaldan preparatlar, dəmir preparatları, diuretiklər (sidikqovucu dərmanlar) aiddir. Buna görə də, əgər siz bu dərmanlardan hər hansı birini qəbul edirsinizsə, özünüzdə qəbizlik hiss etdikdə, bu barədə müalicə həkiminizə məlumat vermək lazımdır.

7. Defekasiya aktı üçün normal şəraitin olmaması (məsələn, iş yerində – sürücü, satıcı) və ya həddindən artıq “utancaqlıq” (“bunu” qonaq gedəndə, işdə olarkən edə bilmirəm) da, qəbizliyin formalaşmasına səbəb ola bilər. Bu, defekasiya aktına ehtiyac olduğu bir çox hallarda, hər zaman həmin hissin qarşısını almaq vərdişi nəticəsində baş verir. Heç bir halda defekasiya aktına olan hissiyyatın qarşısını almağa cəhd etməyin. Bunun üçün normal şərait olmadıqda isə (iş, tədris), özünüzdə hər gün səhər bağırsağınızı boşaltmaq vərdişi yaratmağa çalışın.

Həkimlər məhz səhərlər olan defekasiya aktını fizioloji olaraq daha normal hesab edirlər. Gecə istirahəti zamanı orqanizm tələsmədən bütün qida tullantılarını “evakuasiya” etməyə hazırlayır. Bu zaman, özünüzü diskomfort vəziyyətə salaraq, bütün gün ərzində qida qalıqlarını bağırsaqlarınızda saxlamağa da ehtiyac olmayacaq.

8. Stres – qəbizliyin daha tez-tez rast gələn səbəblərindən biridir. Stres zamanı orqanizm gərginləşmiş olur ki, bu da normal defekasiya aktının da pozulmasına səbəb olur. Onu da bilmək lazımdır ki, stres nəinki bağırsağı, həmçinin digər orqan və sistemlərə də mənfi təsir edir. Məhz buna görə, sağlamlığı qorumaq, həmçinin nəcis ifrazının normal olmasını təmin etmək üçün, streslə mübarizə aparmağı və özünüzü sakitləşdirməyi öyrənmək lazımdır. Yuxunun kifayət qədər olması, açıq havada gəzintilər, fiziki aktivlik, “şopinq-terapiya” (mağazaları gəzmək), dostlarla və qohumlarla əlaqə saxlamaq və digər üsullarla stress vəziyyətindən çıxmaq olar. Əgər stress uzun çəkərsə, və siz onun “öhdəsindən gələ bilmirsinizsə”, heç nədən çəkinməyərək mütəxəssisə müraciət etmək lazımdır.

Saglamolun.Az

Brauzerdə reklamlarin bağlanilmasi

Salam,kompüterdə bütün brauzerlerdə hər hansisa bir sayta daxil olmaq istəyəndə ayri-ayri adreslərdə saytlar açilir avtomatik,bunun qarşisin necə almaq olar?

Sualı verdi: ToTo ( 26/02/2015 )
Kateqoriya: Sual . Brauzerdə reklamlarin bağlanilmasi. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Salam. Yeqin siz internetden hansisa bir programi yukluyub qurasdiranda. Hansisa reklam programina icaze vermisiz. Bu da brazerlerde saytlara girerken reklam yaradir. Daxil olun Pusk>>>Program ustroysvai>>>Program i kompanenti
Ordan baxin FlurFlosh adli program olmalidi onu uninstall(remove) edin vessalam.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi – Payoneer ünvan təsdiqləmə (1 gün əvvəl)

123589 cavab verdi – PC üçün tövsiyə (5 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (7 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (7 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (7 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (9 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (9 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (12 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (12 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (20 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (30 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (34 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.