BƏRK CİSİMLƏR FİZİKASININ SEÇMƏ MƏSƏLƏLƏRİ
Azərbaycanda Bərk cisimlərin nəzəriyyəsi istiqamətində elmi məktəbin yaradıcılarından olan kafedranın ilk müdiri akademik Əsgərov Bəhram Mehrəli oğlu on idən artıq Bakı Dövlət Universitetinin Elmi İşlər üzrə prorektoru vəzifəsində çalışmışdır. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, “Bakı Universitetinin Xəbərləri” jurnalının fizika-riyaziyyat elmləri seriyasının redaktoru, AMEA-nın “Xəbərləri” və bir çox elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bundan başqa o, Azərbaycan Milli Ensiklopediyasının elmi məsləhətçisi kimi də fəaliyyət göstərmişdir.
Magistratura ixtisaslar
Magistratura ixtisaslar və keçid balları, eyni zamanda hansı universitetlərdə magistr təhsili ala biləcəyiniz haqqında daha dəqiq məlumatları Təhsil.com.az saytında toplaya biləcəksiniz.
Magistratura ixtisaslar hansıdır və ixtisas seçimi üçün nələr etmək lazımdır kimi sizi maraqlandıran digər sualların cavabları da saytımızda mövcuddur.
Ölkəmizdə magistr təhsilinə, magistr dərəcəsinə maraq və tələb xeyli yüksəkdir. Demək olar ki, bakalavr son kurs tələbələri və univeristeti bitirənlərin ilk atdığı adamlardan biri də magistr təhsili almaq yolunda irəliləməkdir. Azərbaycanda və eyn zamanda xarici ölkələrdə bu təhsil növünə müraciət edən saysız-hesabsız tələbələr vardır. Ölkəmizdə magistr təhsili almaq üçün 2 mərhələli imtahan keçirilir ki, bu imtahanlar qış və yay aylarında baş tutur. Lakin xaricdə magistr təhsili almaq (Rusiya, Türkiyə, Gürcüstan) imtahansız, təqaüdlü və şəxsin öz hesabına baş tutur. Eyni zamanda ALES, SAT, TOFEL, İELTS kimi imtahanlardan keçərək sertifikat əldə edərək və DAAD təqaüdlü proqramı vasitəsilə Türkiyə, Avropa, Amerika kimi ölkələrdə təhsil şansı qazana bilərsiniz. Lakin ölkə və univeristet seçimi zamanı, əgər ki, vətənə geri qayıtmağı planlayırsınızsa, diplomunuzun ölkəmizdə tanınmasını araşdırmalısınız. Əks halda Azərbaycanda tanınmayan diplomla siz iş imkanlarını itirə bilərsiniz.
Magistratura ixtisaslar aşağıdakı kimi təsnif olunur:
- Təhsil ixtisasları qrupu.
- Humanitar və sosial ixtisaslar qrupu.
- Mədəniyət və incəsənət ixtisasları qrupu.
- İqtisadiyyat və idarəetmə ixtisasları qrupu.
- Təbiət ixtisasları qrupu.
- Texniki və texnoloji ixtisaslar qrupu.
- Kənd təsərrüfatı ixtisasları qrupu.
- Səhiyyə, rifah və xidmət ixtisasları qrupu.
- Təhsil ixtisasları qrupuna – Azərbaycan dili və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi, fizika müəllimliyi,riyaziyyat müəllimliyi, texnologiya müəllimliyi, kimya müəllimliyi, musiqi müəllimliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, coğrafiya müəllimliyi, tarix müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, pedaqogika kimi fakültələr daxildir.
- Humanitar və sosial ixtisaslar qrupuna – fəlsəfə, filologiya, tərcümə, junalistika, kitabşünaslıq, tarix, psixologiya, sosiologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər kimi fakültələr daxildir.
- Mədəniyət və incəsənət ixtisasları qrupuna – sənətşünaslıq, instrumental ifaçılıq, solo oxuma, dirijorluq, bəstəkarlıq, musiqişünaslıq, xoreoqrafiya sənəti, estrada sənəti, xalq çalğı alətləri ifaçılığı və s fakültələr daxildir.
- İqtisadiyyat və idarəetmə ixtisasları qrupuna – dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, maliyyə, sənayenin təşkili və idarə edilməsi, statistika, menecment, marktinq, biznesin idarə edilməsi kimi fakültələr daxildir.
- Təbiət ixtisasları qrupuna – riyaziyyat, mexanika, fizika, kimya, biologiya, coğrafiya, hidrometrologiya, geologiya, kompüter elmləri, ekologiya kimi fakütələr daxildir.
- Texniki və texnoloji ixtisaslar qrupuna – materialşünaslıq mühəndisliyi, geologiya mühəndisliyi, geofizika mühəndisliyi, dağ-mədən mühəndisliyi, neft-qaz mühəndisliyi, istilik energetikası mühəndisliyi, metallurgiya mühəndisliyi, hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, uçuş mühəndisliyi kimi fakültələr daxildir.
- Kənd təsərrüfatı ixtisasları qrupuna – torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, baytarlıq, aqromühəndislik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, meşəçilik kimi fakülətələr daxildir.
- Səhiyyə, rifah və xidmət ixtisasları qrupuna – əczaçılıq, bədən tərbiyəsi və idman, turizm və otelçilik, nəqliyyat servisi, sosial iş fakütləri daxildir.
Magistratura ixtisasları üzrə keçid balları hər bir tələbə üçün maraqlıdır. Çünki keçid balı haqqında bir məlumata sahib olduqdan sonra seçim etmək və hansı ixtisasa yönəlməyin mümkünlüyü barədə fikir formalaşır. Magistr üzrə tərtib olunan sualların düzgün cavab balı 1 olaraq müəyyənləşir. Keçid balları hər il dəyişir. Bunun üçün magistr jurnalları həmin il satışa çıxarılır və daha dəqiq keşid ballarını oradan öyrənə bilərsiniz. İndi isə sizə keçən il üçün müəyyən olunmuş magistr keçid ballarını sizlərə təqdim edirik. Buyurun, tanış olun.
Bakı Dövlət Universiteti
- Geokimya Ə 64(64)
- Dəniz və okean dibinin geologiyası Ə 59(68)
- Mineralogiya Ə 57(-)
- Petrologiya Ə 60(60)
- Petrologiya Ə 45(-)
- Kristalloqrafiya və kristal kimyası Ə 45(-)
- Filiz və qeyri- filiz faydalı qazıntı yataqlarının geologiyası Ə 56(64)
- Hidrogeologiya Ə 40(53)
- Mühəndis geologiyası Ə 63(63)
- Hidrogeoekologiya Ə 40(-)
- Seysmologiya və seysmometriya Ə 49(-)
- İqlimşünaslıq Ə 67(67)
- Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi Ə 69(69)
- Dünya siyasəti ə 60(73)
- Müasir danışıqlar təcrübəsi ə 56(-)
- Sosial psixologiya ə 69(69)
- Sosial psixologiya ə 71(71)
- Klinik psixologiya ə 65(65)
- Klinik psixologiya ə 50(69)
- Hüquq psixologiyası ə 73(73)
- Hüquq psixologiyası ə 65(65)
- Pedaqoji psixologiya ə 63(63)
- Pedaqoji psixologiya ə 52(66)
- Uşaq və yaş psixologiyası ə 63(63)
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi ə 70(-)
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi ə 60(-)
- Beynəlxalq hüquq ə 73(-)
- Beynəlxalq hüquq ə 70(-)
- Dövlət hüququ ə 80(80)
- Dövlət hüququ ə 64(-)
- Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ə 78(80)
- Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ə 64(81)
- Mülki və təsərrüfat hüququ ə 76(78)
- Mülki və təsərrüfat hüququ ə 73(-)
- Kommersiya hüququ (tədris ingilis dilində)ə 83(83)
- İnsan hüquqları (tədris ingilis dilində) ə 74(79)
- Avropa hüququ (tədris ingilis dilində) ə 71(-)
- Dəniz və enerji hüququ (tədris ingilis dilində) ə 70(81)
- Transmilli cinayət hüququ ə 71(-)
- Transmilli cinayət hüququ (tədris ingilis dilində)ə 74(-)
- İnformasiya hüququ ə 70(-)
- İnformasiya hüququ (tədris ingilis dilində) ə 77(80)
- İnzibatı hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ ə 85(85)
- İnzibati hüquq, inzibati proses, iqtisadı və maliyyə hüququ (tədris ingilis dilində) Ə 86(86)
- Tibbi hüquq ə 68(81)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- Elektroenergetika Ə 52(70)
- Elektrik şəbəkə və sistemləri Ə 46(-)
- Elektrik təchizatı (sahələr üzrə) Ə 40(-)
- Kabel və keçiricilərin fizikası və Ə 44(-)
texnikası - Nəqliyyat vasitələrinin elektrik Ə 40(-)
avadanlığı və elektronikası (nəqliyyat növləri üzrə) ▶ Elektrik aparatları ə 44(59) - Elektrik aparatları ə 40(-)
- Sənaye qurğuları və texnoloji ə 51(60)
komplekslərin avtomatikası və elektrik intiqalı - Avtomatlaşdırılmış elektrotexnoloji ə 40(60)
qurğular və sistemlər - Elektrik nəqliyyatı (metropoliten ə 44(61)
sahəsi üzrə) - Elektrik təchizatının ə 40(-)
optimallaşdırılması və modelləşdirilməsi - Sənaye istilik energetikası ə 40(51)
- Bərpa olunan enerji mənbələri ə 40(63)
- Daxiliyanma mühərrikləri və onların ə 43(54)
texniki istismarı - Enerji maşınlarının istehsalı ə 40(66)
- Soyuducu maşın və qurğular ə 40(-)
- Materialşünaslıq və materiallar ə 40(54)
texnologiyası - Maşınqayırma materialşünaslığı ə 40(-)
- Kompozisiya materialları ə 40(-)
- Metalların və ərintilərin tökmə istehsalı ə 40(49)
- Qaynaq istehsalı metallurgiyası, texnologiyası və avadanlığı ə 40(50)
- Metalşünaslıq və metalların termiki emalı ə 40(58)
- Metalşünaslıq və metalların termiki emalı ə 40(48)
- Metalların təzyiq altında emalı ə 40(-)
- Maşınqayırma texnologiyası ə 50(57)
- Maşınqayırma texnologiyası ə 40(-)
- Maşınqayırmada kompüter texnologiyaları ə 61(61)
- Maşınqayırmada kompüter texnologiyaları ə 40(57)
- Tökmə və qaynaq istehsalının maşın və avadanlıqları ə 40(57)
- Texnoloji komplekslərin layihələndirilməsi ə 47(59)
- Metallurji tullantıların təkrar emal texnologiyaları ə 45(57)
- Maşın və aparat hissələrinin yeyilməyədavamlılığının yüksəldilməsi və bərpası texnologiyası və avadanlığı ə 42(-)
- İnteqrasiya olunmuş və kompüterləşdirilmış dəzgah sistemləri ə 40(58)
Azərbaycan Tibb Universiteti
- Menecment (səhiyyə sahəsi üzrə) Ə 52(-)
- Klinik (tibbi) psixologiya Ə 70(70)
- Əczaçılıq kimyası Ə 72(72)
- Farmakoqnoziya Ə 71(71)
- Əczaçılıq texnologiyası Ə 79(79)
- Toksikoloji kimya Ə 78(78)
- Əczaçılığın təşkili Ə 65(65)
Bakı Musiqi Akademiyası
- Etnomusiqişünaslıq Ə 36(-)
- Musiqi tarixi Ə 47(47)
- Musiqi nəzəriyyəsi Ə 38(47)
- Musiqi texnologiyaları Ə 30(-)
- İnstrumental ifaçılıq (musiqi alətləri üzrə: fortepiano, orqan, klavesin, kontrabas, fleyta, klarnet, qoboy, saksofon, truba, viola, arfa, violin, violonçel, faqot, trombon, tuba, valtorna və zərb alətləri) Ə 39(51)
- Solooxuma (akademik vokal) Ə 39(39)
- Dirijorluq (xor dirijorluğu, opera- simfonik dirijorluğu, nəfəs və zərb alətləri orkestrinin dirijorluğu) Ə 49(49)
- Bəstəkarlıq Ə 30(35)
- Populyar musiqi və caz ifaçılığı (vokal üzrə) Ə 60(60)
Azərbaycan Milli Konservatoriyası
- Etnomusiqişünaslıq Ə 30(-)
- Musiqi tarixi Ə 37(59)
- Musiqi nəzəriyyəsi Ə 46(46)
- Xanəndəlik Ə 30(40)
- Vokal ifaçılığı (milli) Ə 30(-)
- Dirijorluq (xalq çalğı alətləri)orkestrinin dirijorluğu, xor dirijorluğu) Ə 30(33
- Bəstəkarlıq Ə 30(-)
- Populyar musiqi və caz ifaçılığı (tar-kamança, qarmon, qanun, balaban, ney, zurna, saz, nağara, tütək, fortepiano, akkordeon, saksofon, klarnet, fleyta, qoboy, truba, gitara, zərb alətləri və vokal) , Ə 30(-)
- Xalq çalğı alətləri ifaçılığı kamança, qanun, saz, balaban, zurna, tütək, ney, qarmon, nağara) (tar, Ə 36(47)
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
- Memarlıq abidələrinin bərpası və yenidən qurulması (tədris Azərbaycan dilində Ə 40(-)
- İncəsənət əsərlərinin bərpası və ekspertizası (tədris Azərbaycan dilində) Ə 49(59)
- Təsviri incəsənət tarixi və nəzəriyyəsi (tədris Azərbaycan dilində) Ə 47(60)
- Dizayn (sənaye dizaynı, qrafik dizayn, geyim dizaynı, interyer üzrə dizayner, tədris Azərbaycan dilində) Ə 37(49)
- Dekorativ sənət (bədii xalça, bədii toxuculuq, bədii keramika və şüşə, bədii metal, tədris Azərbaycan dilində) Ə 34(41)
- Rəngkarlıq (dəzgah rəngkarlığı, teatr dekorasiyası rəngkarlığı, kino və televiziya rəssamı, tədris Azərbaycan dilində) Ə 41 (41)
- Qrafika (dəzgah qrafikası, kitab tərtibatı və illüstrasiyası, plakat, tədris
Azərbaycan dilində) Ə 30(47) - Heykəltəraşlıq (tədris Azərbaycan Ə 30(31) dilində)
Azərbaycan Turizm və Menecment Universiteti
- Turizm işi Ə 70(70)
- Turizm işi (tədris ingilis dilində) Ə 72(72)
- Otelçılik Ə 55(67)
- Beynəlxalq turizm və ölkəşünaslıq Ə 69(69)
- Beynəlxalq turizm və ölkəşünaslıq (tədris ingilis dilində) Ə 69(69)
- Turizmin iqtisadiyyatı Ə 52(-)
- Menecment (sahələr üzrə) Ə 53(-)
- Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi Ə 50(64)
- Əhalinin sosial müdafiəsi Ə 59(67)
- Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi Ə 50(-)
- İctimai siyasət Ə 50(80)
Bakı Xoreoqrafiya Akademiyası
- Balet tarixi Ə 36(-)
- Balet tarixi Ə 30(-)
- Balet tənqidi Ə 33(-)
- Balet tənqidi Ə 39(-)
- Xoreoqrafiya sənətinin tarixi və nəzəriyyəsi Ə 43(43)
- Xoreoqrafiya sənətinin tarixi və nəzəriyyəsi Ə 41(-)
- İnstrumental ifaçılıq (fortepiano, tar, qarmon) Ə 30(-)
- İnstrumental ifaçılıq (fortepiano, tar, qarmon) Ə 33(-)
- Rəqs sənəti üzrə müəllim-tədqiqatçı Ə 30(-)
- Rəqs sənəti üzrə müəllim- tədqiqatçı Ə 30(-)
- Rejissorluq (musiqili teatr sahəsi üzrə) Ə 30(-)
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
- Fiziki tərbiyə nəzəriyyəsi və metodikası Ə 42(53)
- İdman məşqinin nəzəriyyəsi və metodikası Ə 40(53)
- Bədən tərbiyəsi və idmanda tibbi- bioloji təminat Ə 47(54)
BƏRK CİSİMLƏR FİZİKASININ SEÇMƏ MƏSƏLƏLƏRİ
2 M.M.MAHMUDOV BƏRK CİSİMLƏR FİZİKASININ SEÇMƏ MƏSƏLƏLƏRİ (həlli ilə) Ali məktəblər üçün dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 09 fevral 2012-ci il tarixli 190 saylı əmri ilə təsdiq edilmişdir Bakı Universiteti nəşriyyatı BAKI
3 Kitaba rəy verənlər: professor E.M.Qocayev professor H.S.Orucov Elmi redaktor: professor S.R.Fiqarova professor T.H.İsmayılov M.M.Mahmudov Bərk cisimlər fizikasının seçmə məsələləri (həlli ilə). Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Bakı Universiteti nəşriyyatı, 2012, 372 səh., şəkilli. Ali məktəb tələbələrinin diqqətinə təqdim olunan bu dərs vəsaitinin məqsədi bərk cisimlər fizikası sahəsində nəzəri bilikləri möhkəmləndirmək üçün predmetin müxtəlif bölmələrini əhatə edən xaraktertik məsələlərin həll metodlarını izah etməkdir. Bu baxımdan məşğələ dərsləri üçün nəzərdə tutulan bu vəsait bərk cisimlər fizikası fənninə aid məsələlərin şərhli həlli vasitəsilə mənimsənilməsində və bununla da həmin fənnin öyrənilməsinə tələbələrin marağının daha da artırılmasında yardımçı ola bilər. Kitab Universitetlərin fizika fakültələrinin yuxarı kurs bakalavr və magistrantları üçün nəzərdə tutulmuşdur. Eyni zamanda bu kitab doktorantlar və elmi işçilər üçün də faydalı ola bilər M (07) 0302 Mahmudov Mehdi Müqabil oğlu, 2012 Bakı Universiteti nəşriyyatı, 2012 ÖN SÖZ Universitetlərin bakalavr və magistr proqramına daxil edilmiş bərk cisimlər fizikasının, o cümlədən bərk cisimlər nəzəriyyəsinin müstəqil bir kurs kimi ali məktəblərdə tədris olunan fənlər içərisində xüsusi yeri var. Bu kursda qoyulan və həll edilən problemlər real həyati olan məsələlər – praktikada istifadə olunan makroskopik sistemlərin fiziki xassələrinin öyrənilməsi məsələləridir. Bərk cisimlər fizikasının inkişaf dövrü XX əsrin əvvəllərində rentgen şüalarının difraksiyasının kəşfindən başlamışdır. Sonralar kvant mexanikasının və statistik fizikanın formalaşması və yeni sinif maddələrin – yarımkeçiricilərin tapılması, onların fiziki xassələrinin öyrənilməsi, ifratkeçiriciliyin mikroskopik nəzəriyyəsinin qurulması XX əsrin ortalarında bərk cisimlərin nəzəri və eksperimental tədqiqini daha da intensivləşdirmişdir. XXI əsrdə isə elmi-texniki tərəqqinin nailiyyətlərini bərk cisimlər fizikası olmadan təssəvür etmək mümkün deyil. Bərk cisimlər fizikası metallar, yarımkeçiricilər, dielektriklər fizikasının, bundan başqa mikroelektronika, optoelektronika, nanoelektronika, nanomateriallar və s. kimi müasir fizikanın müxtəlif sahələrinin inkişafında müstəsna rol oynayır. Belə ki, bərk cisimlər, fiziki xassələrinin müxtəlifliyi və unikallığına görə qeyd olunan sahələrdə geniş tətbiq olunurlar. Digər tərəfdən ayrı-ayrı elm və sənaye sahələrinin inkişafı da bərk cisimlər fizikasında yeni nəzəri və praktiki nailiyyətlərin əldə olunmasına təkan verir. Buradan həmin kursun öyrənilməsinin nə dərəcədə vacib və əhəmiyyətli olması aydın olur. Lakin qeyd etmək lazımdır ki, bərk cisimlər fizikası kursu ilə bağlı mövcud olan ədəbiyyat əsasən fənnin nəzəri problemlərini əhatə edir. Ali məktəb tələbələrinin bu kursu öyrənərkən nəzəri biliklərini möhkəmləndirmək üçün səciyyəvi məsələlərin seçilməsi və onların həlli 3
4 4 ÖN SÖZ metodlarının izah edilməsi isə vacib meyarlardan biridir. Bu baxımdan məşğələ dərsləri üçün nəzərdə tutulan bu dərs vəsaitinin məqsədi bərk cisimlər fizikası fənninin məhz müxtəlif sahələrini əhatə edən məsələlərin həlli vasitəsilə mənimsənilməsində və bununla da həmin fənnin öyrənilməsinə tələbələrin marağının daha da artırılmasında yardımçı olmaqdır. Belə bir dərs vəsaitinin Azərbaycan dilində olması həm bakalavr, həm də magistr təhsil pilləsində oxuyan tələbələr üçün vacibdir. Dərs vəsaitinə daxil edilmiş praktiki məsələlər bərk cisimlər fizikası kursunun tədris olunduğu ali məktəblərin bakalavr və maqistr proqramlarına uyğun seçilərək tərtib edilmiş və həmin proqramlarda öyrənilməsi nəzərdə tutulan nəzəri materiallara uyğun məsələləri, demək olar ki, tam əhatə edir. Burada bərk cisimlər fizikasının bir cox vacib bölmələrini əhatə edən keyfiyyət və kəmiyyət xarakterli məsələlər ciddi riyazi metodlardan istifadə edilməklə şərhli həll edilmişdir. Kitab on bölmə və doqquz əlavədən ibarətdir. Kristalloqrafiyanın əsaslarını əhatə edən məsələlər və onların həllinə dərs vəsaitinin birinci bölməsi həsr edilmişdir. Belə ki, bu bölmədə həll edilmiş məsələlər kristallik bərk cisimlərin həndəsi quruluşu, kristalların simmetriya elementləri, kristal qəfəs, kristallik quruluş, sadə və mürəkkəb qəfəslər, elementar özək, Brave qəfəsləri, sinqoniyalar, düz və tərs qəfəslər, tərs qəfəs haqqında teoremlər, kristallik bərk cisimlərdə simmetriya müstəvilərinin vəziyyəti və oxların istiqaməti, Miller indeksləri kimi mövzuları əhatə edir. Kitabın ikinci bölməsindəki məsələlər kristallik bərk cisimlərin quruluşunun öyrənilməsində əvəzsiz rol oynayan rentgen şüalarının difraksiyası mövzusuna aiddir. Burada əsasən, Breqq-Vulf qanunu, Laue tənliyi, rentgen şüalarının səpilməsinin atom və struktur faktoruna aid məsələlər həll edilmişdir. Kristallik bərk cisimlərdə atomlar və ionlar arasındakı kimyəvi rabitənin növləri və qarşılıqlı təsir qüvvələrinin təbiəti mövzusunu əhatə edən məsələlər üçüncü bölmədə verilmişdir. Həlli verilmış məsələlər, kristal qəfəsindəki zərrəciklər arasında qarşılıqlı təsir qüvvələrinin xarakteri, ion rabitəsi, ion kristalları üçün Evyen metodu və Madelunq sabitinin hesablanması, Qryuneyzen-Mi qanunu, ionların ÖN SÖZ radiusu, Van-der-Vaals rabitəsi, metallik rabitə, kristal qəfəsin rabitə enerjisinin hesablanması ilə bağlı məsələlərdir. Kristal qəfəsin dinamikası və bərk cisimlərin istilik xassələrinə həsr olunmuş məsələlərə dördüncü bölmədə baxılmışdır. Burada birölçülü sadə və mürəkkəb qəfəsdə rəqslər və dalğalar, akustik və optik rəqslər, qəfəsdə yayılan elastiki dalğaların faza və qrup sürətlərinin təyini, rəqs saylarının sıxlığı, normal rəqslər, kristal qəfəsin rəqslərinin kvantlanması, fononların statistikası, birölçülü, ikiölçülü və üçölçülü kristal qəfəsin tam enerjisi və istilik tutumu, istilik tutumunun klassik və kvant nəzəriyyəsi, bərk cismlərin termodinamik əmsalları və onlar arasında olan əlaqələr mövzusunda məsələlərin şərhli həlli verilmişdir. Bərk cisimlərin zona nəzəriyyəsi, Fermi səthi, Brillüen zonası, Blox dalğa funksiyası və Blox vuruğu, metalların elektron nəzəriyyəsi, kristallik bərk cisimlərin elektrik xassələri, sərbəst elektronların klassik və kvant nəzəriyyəsi, elektronların hərəkətinin dinamikası, effektiv kütlə və hal sıxlığı funksiyası, elektron qazının statistikası, termoelektron emissiya hadisəsi və Riçardson – Deşman düsturunun tətbiqi, elektronların dreyf sürəti və dreyf yürüklüyünün, elektrikkeçirmə və istilikkeçirmə əmsallarının hesablanması, Videman-Frans qanunu, releksasiya müddətinin təyini, Holl hadisəsi, ifratkeçiricilik və onun tətbiqləri kimi mövzuları əhatə edən məsələlərin həllinə dərs vəsaitinin beşinci, altıncı və yeddinci bölmələrində baxılmışdır. Yarımkeçirici bərk cisimlər və onların fiziki xassələrinə həsr olunmuş səkkizinci bölmədə, məxsusi və aşqar keçiriciliyə malik yarımkeçiricilər, qadağan olunmuş zonanın eni, yükdaşıyıcıların konsentrasiyası, yarımkeçiricilərdə kinetik hadisələr mövzusuna aid məsələlərin həlli öz əksini tapmışdır. Vəsaitin doqquzuncu bölməsində kristallik bərk cisimlərin dielektrik xassələrini əhatə edən məsələlərə yer verilmişdir. Bu bölmədə əsasən bərk cisimlərin dielektrik nüfuzluğu və müxtəlif polyarizasiya mexanizmləri, dielektrik tənlikləri, piroelektrik effekti, dielektriklərin elektroelastiki və termodinamik xassələri, polyarlaşmış dielektriklərdə relaksasiya kimi mövzulara həsr olunmuş məsələlərin izahlı həlli göstərilmişdir. 5
5 ÖN SÖZ Kristallik bərk cisimlərin maqnit xassələrinə aid olan məsələlər vəsaitin onuncu bölməsində geniş əhatə olunur. Bölmədə bərk cisimlərin diamaqnit, paramaqnit və ferromaqnit xassələri, diamaqnetiklər və paramaqnetiklər üçün Lanjeven düsturu, Küri qanunu, paramaqnetizmin kvant nəzəriyyəsi, ferromaqnetizm, maqnit rezonansları kimi mövzuları əhatə edən məsələlər nəzəri cəhətdən şərh edilərək həll olunmuşlar. Məsələlərin həlli prosesində tələbələrin istifadə edə biləcəyi bir sıra fiziki məlumatlar kitabın sonunda olan əlavələrdə göstərilmişdir. Burada bəzi universal fiziki sabitlər və cevirmə əmsalları, elementar kubik quruluşlar haqqında müəyyən məlumatlar, ion kristallarının və metalların bəzi xassələri, ifratkeçiricilər üçün böhran temperaturları və böhran maqnit sahələrinin qiymətləri, bəzi yarımkeçiricilərin fiziki xarakteristikaları, təsirsiz qazlardakı atomların və qələvi-halloid birləşmələrindəki ionların maqnit qavrayıcılığı, bərk cisimlər fizikasında rast gəlinən müəyyən inteqrallar, Yakobian və onun xassələri verilmişdir. Kitabın yazılması və nəşrə hazırlanması zamanı öz qeydləri və dəyərli məsləhətləri ilə onun səviyyəsinin yüksəlməsinə kömək etmiş AMEA-nın akademiki B.M.Əsgərova dərin minnətdarlığımı bildirirəm. Dərs vəsaitinin tərtibi və redaktəsi prosesində bir çox məsələlərin müzakirəsində yaxından iştirakına görə prof. T.H.İsmayılova, o cümlədən kitabın rəyçiləri prof. S.R.Fiqarova, prof. E.M.Qocayev və prof. H.S.Orucova təşəkkür edirəm. Eyni zamanda, kitabın işıq üzü görməsində əməyi olan Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrasının hər bir əməkdaşına öz təşəkkürümü bildirirəm. Bütün kitab nəşrlərində olduğu kimi, yəqin ki, bu dərs vəsaiti də nöqsansız deyil. Müəllif oxucular tərəfindən kitabı təkmilləşdirmək istiqamətində göstərilən iradları və edilən təklifləri böyük razılıq və minnətdarlıqla mmm@bsu.az ünvanında qəbul etməyə hazırdır. MÜNDƏRİCAT Ön söz. 3 I BÖLMƏ Kristalloqrafiyanın əsasları II BÖLMƏ Kristal qəfəsdə rentgen şüalarının difraksiyası III BÖLMƏ Kristal qəfəsin rabitə enerjisi IV BÖLMƏ Kristal qəfəsin dinamikası. Bərk cisimlərin istilik xassələri V BÖLMƏ Bərk cisimlərin zona nəzəriyyəsi VI BÖLMƏ Metalların elektron nəzəriyyəsi VII BÖLMƏ Bərk cisimlərin elektrik xassələri VIII BÖLMƏ Yarımkeçiricilərin fiziki xassələri IX BÖLMƏ Bərk cisimlərin dielektrik xassələri X BÖLMƏ Bərk cisimlərin maqnit xassələri Əlavələr Ədəbiyyat M.M.Mahmudov 6 371
6 Nəşriyyat redaktoru: M.Q ədimova Kompüter tərtibatı: A.İmanova Mahmudov Mehdi Müqabil oğlu BƏRK CİSİMLƏR FİZİKASININ SEÇMƏ MƏSƏLƏLƏRİ (həlli ilə) Ali məktəblər üçün dərs vəsaiti Çapa imzalanıb Format 60×84 1 / 16. Həcmi 23,25 ç.v. Sifariş 77. Tiraj 500 nüsxə. Bakı Universiteti nəşriyyatı AZ1148, Bakı, Z.Xəlilov küç. 23.
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI 050627- Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi Təhsil müddəti 4 il (əyani) Sıra Fənlərin şifri Fənlərin adı
Bərk cisimlər fizikası
KAFEDRA HAQQINDA
Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində böyük rolu olmuş, yaşı bir əsrdən çox olan Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrası 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşəbbüsü ilə bərk cisimlər fizikası sahəsində yüksək ixtisaslı kadrlarin hazırlanması məqsədi ilə yaradılmışdır. Yarandığı gündən 2014-cü ilə qədər kafedraya Əməkdar Elm xadimi, Dövlət Mükafatı Laureatı, “Şöhrət” ordenli akademik, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehrəlı oğlu Əsgərov rəhbərlik etmişdir. 2014-2022-ci illərdə kafedranın müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Novruz oğlu Əliyev olmuşdur. 2022-ci ildən kafedraya fizika-riyaziyyat elmləri namizədi, dosent Mehdi Müqabil oğlu Mahmudov rəhbərlik edir.
Azərbaycanda Bərk cisimlərin nəzəriyyəsi istiqamətində elmi məktəbin yaradıcılarından olan kafedranın ilk müdiri akademik Əsgərov Bəhram Mehrəli oğlu on idən artıq Bakı Dövlət Universitetinin Elmi İşlər üzrə prorektoru vəzifəsində çalışmışdır. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, “Bakı Universitetinin Xəbərləri” jurnalının fizika-riyaziyyat elmləri seriyasının redaktoru, AMEA-nın “Xəbərləri” və bir çox elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bundan başqa o, Azərbaycan Milli Ensiklopediyasının elmi məsləhətçisi kimi də fəaliyyət göstərmişdir.
Kafedrada akademik Əsgərov Bəhram Mehrəli oğlu ilə yanaşı, uzun illər, professorlar Quliyev Baxşəli İmamqulu oğlu, Əliyev Məmməd Novruz oğlu, Fiqarova Sofya Rüstəm qızı, İsmyılov Taryel Hümbət oğlu, dosentlər Ağamalıyev Əmirulla Qulu oğlu, Həsənov Eldar Rəsul oğlu, Eminov Ramazan Fərrux oğlu, Mahmudov Mehdi Müqabil oğlu, müəllimlər Cəfərov Mahir Ismayıl oğlu, Qədirova İradə Ramiz qızı, Mustafayeva Ruhiyyə Kərəm qızı kimi mütəxəssislər çalışmışlar ki, onlardan da bir çoxu indi də kafedrada öz fəaliyyətini davam etdirir. Qeyd etmək lazımdır ki, kafedra əməkdaşlarınin böyük əksəriyyəti əsasən Sankt-Peterburq, Moskva və Kazan şəhərlərində aspirantura təhsilini alıb dissertasiya işlərini hazırlamışlar.
Bərk cisimlər fizikası kafedrası uzun illər ərzində Rusiya, Türkiyə, Ukrayna və Belarusiyanın aparıcı Ali məktəbləri və elmi mərkəzləri ilə beynəlxalq əlaqələr yaratmışdır ki, bunlardan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Gaziosmanpaşa, Leninqrad, Kazan, Tomsk, Kiyev, Minsk və Sankt-Peterburq Texniki Universitetləri, A.F.İoffe adına Fizika-Texnika İnstitutu (Sankt-Peterburq), Novosibirsk və Kiyev Yarımkeçiricilər İnstitutlarını göstərmək olar. Bu elmi mərkəzlərin əməkdaşları Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrasında mühazirələr oxumuş, elmi seminarların işlərində iştirak etmiş və dissertasiya işlərinin opponentləri kimi çıxış etmişlər. Bundan başqa akademik B.M.Əsgərov, professorlar M.N.Əliyev və T.H.İsmayilov müxtəlif illərdə Hacettepe Üniversitesi (Ankara, Türkiyə), École normale supérieure (Paris, Fransa), Ankara Üniversitesi (Türkiyə) kimi ali məməktəblərdə çalışmış, tədqiqat işləri və elmi seminarlar aparmışlar. Professor B.İ.Quliyev və dosent R.F.Eminov isə 1996-2011-ci illərdə Türkiyənin Van Yüzüncü Yıl Üniversitesinin fizika fakültəsində işləmiş və həmin fakültədə nəzəri fizika kursları tədrisinin əsasını qoymuşlar ki, bu da öz növbəsində Universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Kafedranın əməkdaşları professor S.R.Fiqarova və prof. T.H.İsmayılov 2011 və 2012-ci illərdə Finlandiyanın Oulu şəhərində keçirilən Avropa Birliyinin 7-ci Çərçivə Proqramı üzrə NAPEP layihəsinin (EU FP7-INCO-2010-6 project “Elektronika və fotonika üçün nanotexnologiya platformaları”) seminarlarında elmi məruzələrlə uğurla çıxış etmişlər.
Kafedranın bir çox məzunları dünyanın və Azərbaycanın bir sıra ali məktəblərində və elmi-tədqiqat institutlarında əsası bu kafedrada qoyulmuş elmi istiqaməti davam və inkişaf etdirirlər. Belə ki, kafedrada aspiranturanı keçərək, dissertasiya işini müdafiə edən alimlərdən professor Pənahov Məzahir Məhəmməd oğlu uzun illər Fizika fakültəsinin Ümumi fizika kafedrasının müdiri olmuşdur. Bu kafedranın digər yetirməsi Mehrabov Həmdulla Oruc oğlu Orta Doğu Teknik Üniversitesinin Metallurgiya və Materiallar Mühəndisliyi kafedrasında professor kimi çalışır. Tələbəlik illərində kafedrada ixtisaslaşan və aspiranturada akademik B.M.Əsgərovun rəhbərliyi altında dissertasiya işini müdafiə edən dosent Mahmudov Mehdi Müqabil oğlu hal-hazırda Bərk cisimlər fizikası kafedrasının müdiri olaraq tədris və elmi-tədqiqat işlərini davam etdirir.
Bərk cisimlər fizikası kafedrasında müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitununun əməkdaşları akademik Haşımzadə Firudin Məmməd Əli oğlu, müxbir üzvlər Seyidov Yühənnas Mirhəsən oğlu və Hüseynov Rauf Rüstəm oğlu, professorlar Paşayev Hafiz Mircəlal oğlu və Mehdiyev Məmməd Əzim oğlu müxtəlif ixtisas kurslarından mühazirələr oxumuş, yeni nəzəriyyəçi fiziklərin formalaşmasına öz töhfələrini vermişlər.
Hal-hazırda kafedrada ştat üzrə 7 nəfər professor-müəllim heyəti və 2 nəfər tədris-köməkçi heyət çalişır. Professor-müəllim heyətindən 3 nəfər elmlər doktoru, professor, 2 nəfər elmlər namizədi, dosent, 1 nəfər elmlər namizədi, müəllim və 1 nəfər fəlsəfə doktoru, müəllimdir.
KAFEDRANİN ELMİ FƏALİYYƏTİ
Bərk cisimlər fizikası kafedrasının əsas elmi istiqaməti – kondensə olunmuş mühitlərdə o, cümlədən yarımkeçiricilərdə, metallarda, yarımmaqnit yarımkeçiricilərdə, bərk cisim əsaslı aşağıölçülü elektron sistemlərində və həmçinin ifratqəfəsli bərk cisimlərdə kinetik, termodinamik, maqnit və optik xassələrin nəzəri tədqiqidir.
Kafedranın elmi-tədqiqat işlərinin mövzusu üzrə aşağıdakı əsas elmi nəticələr alınmışdır:
Güclü maqnit sahəsində yerləşmiş metal və yarımkeçiricilərdə termomaqnit hadisələrinin kvant nəzəriyyəsi qurulmuşdur. Kvantlayıcı maqnit sahəsi olduqda termomaqnit cərəyanının hesablanma metodu ilk dəfə təklif olunmuşdur. Faktik olaraq bu metodun yaranması ilə bərk cisimlərdəki elektron köçürmə hadisələrinin nəzəriyyəsində yeni istiqamət inkişaf etməyə başlayır. Xüsusi halda Şubnikov-de Haaz və maqnetofonon rezonansının ossillyasiyaları tədqiq olunmuşdur. İlk dəfə olaraq elektronların fononlar tərəfindən sövq olunmasının statistik qüvvəsi anlayışı daxil edilmişdir.
Aşağıölçülü elektron sistemlərində termodinamik və köçürmə hadisələrinin ardıcıl nəzəriyyəsi qurulmuşdur. Cırlaşmış keçirici kvant təbəqələrində mənfi maqnit müqaviməti kimi keyfiyyətcə yeni hadisənin varlığı haqqında fikir irəli sürülmüşdür. Klassik və kvantlayıcı maqnit sahələrində yerləşmiş ifratqəfəslərdə termomaqnit və qalvanomaqnit hadisələri tədqiq edilmiş və uyğun kinetik əmsalların işarəsinin dəyişməsi müşahidə olunmuşdur. Kvantlayıcı maqnit sahəsində maqnit müqavimətinin ossillyasiyalarına elektronun spininin təsiri araşdırılmışdır. Qalvanomaqnit və termomaqnit hadisələrinin, o cümlədən kvant ifratqəfəslərində termoelektrik hərəkət qüvvəsinin nəzəriyyəsi qurulmuşdur.
Yarımkeçiricilərdə, kvant məftilləri və kvant çuxurlarında optik hadisələrin xətti və qeyri-xətti nəzəriyyəsi inkişaf etdirilmişdir. Bu istiqamətdə yarımkeçiricilər və yarımmetallarda, həmçinin invers yarımkeçiricilərdə Raman səpilməsi, Faradey effekti və işığın ikifotonlu udulma hadisələri tədqiq olunmuşdur.
Xarici elektrik və maqnit sahələrində olan çoxvadili yarımkeçiricilərdə cərəyan rəqslərinin dayanıqsızlıq nəzəriyyəsi qurulmuşdur.
Paramaqnit ionlu diamaqnit kristallarda, yarımmaqnit yarımkeçiricilərdə müasir nəzəri metodlarla dinamik effektlər tədqiq edilmişdir.
Kafedranın professor-müəllim heyəti tərəfindən bərk cisimlər fizikasına böyük elmi töhvələr verilmiş, mühüm elmi nəticələr alınmışdır. Belə ki, kafedra əməkdaşlarının aldıqları elmi nəticələr “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin “Web of Science” bazasına daxil olan “Physical Review” (ABŞ), “Nanotechnology” (ABŞ), Comptes Rendus de l’Académie des Sciences Paris (Fransa Elmlər Akademiyasının hesabatları), A Letters Journal Exploring the Frontiers of Physics (EPL) (Fransa), “Physica Status Solidi” (Almaniya), “J.Phys. Condensed Matter” (İngiltərə), “Optical and Quantum Electronics” (İngiltərə), “Philosophical Magazine Letters” (İngiltərə), “Physica E: Low-Dimensional Systems and Nanostructures” (Niderland), “Superlattices and Microstructures” (Niderland), “Thin Solid Films” (Niderland) “Japanese Journal of Applied Physics” (Yaponiya), “Journal of Nano Research” (İsveçrə), “Физика твердого тела”, “Физика и техника полупроводников”, “Письма в ЖЭТФ”, Известие Вузов России “Физика” (Rusiya), “Journal of the Korean Physical Society” (Koreya) kimi yüksək impakt faktorlu xarici və yerli elmi jurnallarda dərc olunmuş, həmçinin xarici və respublika səviyyəli elmi konfranslarda məruzə edilmişdir.
Bərk cisimlər fizikası kafedrasının əməkdaşları İngiltərə, Fransa, Rumınya, Russiya, Almaniya, İspaniya, Polşa, Yunanıstan, Türkiyə, İran, Avstraliya, ABŞ, Arqentina kimi ölkələrdə keçirilmiş beynəlxalq elmi konfrans, simpozium və seminarların işlərində uğurla iştirak etmişlər.
Kafedra əməkdaşlarının elmi işlərinə “Web of Science” bazasına daxil olan və Elsevier, Springer, Wiley, Taylor & Francis, The Royal Society Publishing və s. kimi nəşriyyatlarda dərc olunan çox nüfuzlu xarici jurnallarda (Nature, Science, American Institute of Physics, Institute of Physics), doktorluq dissertasiyalarında (Van der Waals – Zeeman Institute, University of Amsterdam, Netherlands və California Institute of Technology,USA) və bir çox monoqrafiyalarda (Wiley, World Scientific Publishing, Наука, Наукова Думка nəşriyyatları) çoxsaylı istinadlar edilmişdir. Bu orijinal elmi nəticələrə olan istinadlara nümunə olaraq А.И.Ансельм “Введение в теорию полупроводников”, Л.Бонч-Бруевич, С.Г. Калашников “Физика полупроводников” (Москва, “Наука”,) monoqrafiyalarını, Драгунов В.П., Неизвестный И.Г., Гридчин В.А. “Основы наноэлектроники” (Новосибирск, “Наука”) dərs vəsaitlərini və “Физическая энциклопедия” (Москва, Издательство “Большая Российская энциклопедия”, т.5) энциклопедический словарь “Физика твердого тела” (Киев, Наукова Думка) ensiklopediyalarını göstərmək olar.
Kafedranın mövzusu istiqamətində dərc olunmuş monoqrafiyalar:
- Askerov B.M. Figarova S.R. “Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases”, Springer-Verlag, Berlin Heidelberg, 2010, 374 p.
- Askerov B.M. “Electron Transport Phenomena in Semiconductors”, World Scientific, Singapore, 1994, 394 p.
- Аскеров Б.М. “Электронные явления переноса в полупроводниках”, “Наука”, Москва, 1985, 318 с.
- Аскеров Б.М. “Кинетические эффекты в полупроводниках”, “Наука”, Ленинград, 1970, 304 с.
- Аскеров Б.М. “Теория явления переноса в полупроводниках”, “Элм”, Баку, 1963, 128 с.
Doktorantura və aspirantura xətti ilə kafedrada Bərk cisimlər fizikası ixtisası üzrə 6 fizika-riyaziyyat elmləri doktoru, 25-dən artıq fizika-riyaziyyat elmləri namizədi və fizika üzrə fəlsəfə doktoru hazırlanmışdır.
KAFEDRANIN TƏDRİS FƏALİYYƏTİ
Kafedranın professor-müəllim heyəti bakalavr təhsil pilləsi üzrə Fizika və Fizika müəllimliyi ixtisasları üçün mühazirələr oxuyur və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı kafedrada Bərk cisimlər fizikası ixtisaslaşması üzrə magistr hazırlığı həyata keçirilir.
Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və bu fənlər üzrə tədris mövcud sillabus və təqvim-tematik planlara uyğun olaraq aparılır. Kafedra əməkdaşları tərəfindən tələbəlrin bakalavr buraxılış işlərinə və magistr dissertasiya işlərinə rəhbərlik edilir. 1997-ci ildən hal-hazırkı dövrədək kafedrada 100-dən cox magistr dissertasiya işi yazılmış və müvafiq şurada müdafiə edilərək yüksək qiymətləndirilmişdır. Bundan başqa professor-müəllim heyəti tərəfindən kafedrada tələbələrin tədris və pedaqoji təcrübələrinə rəhbərlik edilir.
Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsilin bakalavr pilləsində tədris olunan fənlər:
- Klassik mexanika
- Termodinamika və statistik fizika
- Bərk cisimlər fizikası
- Aşağıölçülü sistemlər fizikasının əsasları
Tədris proqramlarının tələbələr tərəfindən yükcək səviyyədə mənimsənilməsi üçün kafedranın əməkdaşları tərəfindən ali məktəblər üçün azərbaycan və rus dillərində bir sıra dərslik və dərs vəsaitləri çap olunmuşdur. Onlardan aşağıdakıları göstərmək olar:
- Əsgərov B.M. “Bərk cisimlərin nəzəriyyəsi”. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2013, 396 səh. (dərs vəsaiti);
- Fiqarova S.R. “Termodinamika və statistik fizikadan məsələlər”. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2012, 248 səh. (dərs vəsaiti);
- Mahmudov M.M. “Bərk cisimlər fizikasının seçmə məsələləri”. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2012, 372 səh. (dərs vəsaiti);
- Ağamalıyev Ə.Q. “Klassik mexanika”, Bakı: “Bakı Universiteti nəşriyyatı”, 2009, 272 səh. (dərslik);
- Аскеров Б.М. “Термодинамика и статистической физика”, Баку: Издательство “Бакы Университети”, 2007, 512 cтр. (dərslik);
- İsmayılov T.H. “Bərk cisimlərin optik xassələri”, Bakı: “Elm”, 2006, 52 səh. (dərs vəsaiti);
- Əsgərov B.M. “Termodinamika və statistik fizika”, Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2005, 632 səh. (dərslik);
- Əsgərov B.M. “Bərk cisimlər nəzəriyyəsi”. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2001, 154 səh. (dərs vəsaiti);
- Fiqarova S.R. “Termodinamika və statistik fizikadan məşğələ dərsləri üçün vəsait”. Bakı:“Bakı Universiteti” nəşriyyatı, 1997, 62 səh. (dərs vəsaiti).
Bundan başqa kafedra əməkdaşları Həsənov E.R. və Ağamalıyev Ə.Q. tərəfindən L.D.Landaunun nəzəri fizika kursu seriyasından “Mexanika” I cild və “Statistik fizika” V cildləri azərbaycan dilinə tərcümə olunaraq “Elm” nəşriyyatı tərəfindən uyğun olaraq 2014 və 2012-ci illədə çap olunmuşdur.
Bakalavriat üzrə tədris proqramları
Kafedranın professor-müəllim heyətinin bakalavr təhsil pilləsi üzrə Fizika və Fizika müəllimliyi ixtisasları üçün hazırladığı Fənn proqramları:
- Klassik mexanika
- Termodinamika və statistik fizika
- Bərk cisimlər fizikası
- Aşağıölçülü sistemlər fizikasının əsasları
Magistratura ixtisaslaşmaları və hər ixtisaslaşma üzrə tədris olunan fənlər
Kafedrada Bərk cisimlər fizikası ixtisaslaşması üzrə magistr hazırlığı həyata keçirilir. Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsilin magistr pilləsində tədris olunan fənlər:
- Kvant statistikası
- Bərk cisimlərin kvant nəzəriyyəsi
- Bərk cisimlərin optik xassələri
- İfratkeçiricilik və maqnetizm
- Aşağıölçülü elektron sistemlərin fizikası
- Qrin funksiyası metodunun bərk cisimlərə tətbiqi
- Qrup nəzəriyyəsi və onun bərk cisimlər fizikasına tətbiqi
- Bərk cisimlərdə köçürmə hadisələri
- Kvantlayıcı maqnit sahəsində köcürmə hadisələri
- Metallar fizikası
- Yarımkeçiricilər fizikası
- Səlt mühitlərin mexanikası
- Səlt mühitlərin elektrodinamikası
- Kvant ölçü effektləri
- Bərk cisimlərdə səth effektləri
- Bərk cisimlər fizikasının seçmə məsələləri
- Qeyri-taraz termodinamika
Magistratura tədris proqramları
Kafedranın professor-müəllim heyətinin magistr təhsil pilləsi üzrə Bərk cisimlər fizikası ixtisaslaşması üçün hazırladığı Fənn proqramları (azərbaycan və rus bölmələri):
- Kvant statistikası
- Bərk cisimlərin kvant nəzəriyyəsi
- Bərk cisimlərin optik xassələri
- İfratkeçiricilik və maqnetizm
- Aşağıölçülü elektron sistemlərin fizikası
- Qrin funksiyası metodunun bərk cisimlərə tətbiqi
- Qrup nəzəriyyəsi və onun bərk cisimlər fizikasına tətbiqi
- Bərk cisimlərdə köçürmə hadisələri
- Kvantlayıcı maqnit sahəsində köcürmə hadisələri
- Metallar fizikası
- Yarımkeçiricilər fizikası
- Səlt mühitlərin mexanikası
- Səlt mühitlərin elektrodinamikası
- Kvant ölçü effektləri
- Bərk cisimlərdə səth effektləri
- Bərk cisimlər fizikasının seçmə məsələləri
- Qeyri-taraz termodinamika
BƏRK CİSİMLƏR FİZİKASI KAFEDRASI ÜZRƏ STATİSTİK MƏLUMATLAR
Bərk cisimlər fizikası ixtisaslaşması üzrə magistr dissertasiya işlərinin mövzuları
2016-2018
- İkiölçülü elektron sistemlərində optik fononlardan səpilmə halında termoelektrik hadisələri (elmi rəhbər: professor Sofya Fiqarova);
- Aşağıölçülü yarımkeçirici elektron sistemlərində spin-orbital qarşılıqlı təsiri (elmi rəhbər: professor Taryel İsmayılov);
- Mürəkkəb formalı kvant çuxurunda akustik fononnardan səpilmə halında ikiölçülü elektron qazının termoelektrik hərəkət qüvvəsi (elmi rəhbər: dosent Mehdi Mahmudov);
- Parabolik kvant çuxurlu yarımkeçirici strukturlarda zonadaxili optik udulma (elmi rəhbər: müəlllim İradə Qədirova);
- Üçbucaq şəkilli potensial çuxurda elektron qazının Fermi səviyyəsi (elmi rəhbər: dosent Vətən Bədəlov).
2017-2019
- İfratqəfəslərdə elektron fonon səpilməsi halında Nernst-Ettinqshauzen effekti (elmi rəhbər: professor Sofya Fiqarova);
- Yarımkeçirici əsaslı kvant quyusunda Raşba qarşılıqlı təsirli elektron qazının termodinamikası (elmi rəhbər: professor Taryel İsmayılov);
- Ölçüyə görə kvantlanmış yarımmaqnit yarımkeçi təbəqədə elektron qazının termodinamik xassələri (elmi rəhbər: dosent Mehdi Mahmudov);
- İzospin mühitində nuklonların form-faktorlarının ADS KXD nəzəriyyəsində öyrənilməsi (elmi rəhbər: dosent Mehdi Mahmudov);
- Kvant çuxuruna malik yarımkeçirici strukturlarda işığın zonalararası udulması (müəllim İradə Qədirova).
2018-2020
- Güclü maqnit sahəsindəki kvant təbəqəsində akustik fononlardan səpilmə zamanı termomaqnit effektlər (elmi rəhbər: professor Sofya Fiqarova);
- Asimmetrik formalı kvant quyusunda ikiölçülü elektron qazının statistikası (elmi rəhbər: professor Sofya Fiqarova);
- Kvant təbəqəsində Faradey fırlanması (elmi rəhbər: professor Taryel İsmayılov);
- Kvant məftilində Faradey fırlanması (elmi rəhbər: professor Taryel İsmayılov);
- Kvantlayıcı maqnit sahəsindəki ifratqəfəsdə aşqar ionlarından səpilmə zamanı qalvanomaqnit effektlər (elmi rəhbər: dosent Mehdi Mahmudov);
- Yarımmaqnit kvant nöqtələrində Raşba spin-orbital effekti (elmi rəhbər: dosent Baxşı Mehdiyev).
2019-2021
- İfratincə qarşılıqlı təsirin aşağı temperaturlarda və konsentrasiyalarda yarımmaqnit yarımkeçiricilərdə nüvə maqnit rezonansına təsiri (elmi rəhbər: professor Məmməd Əliyev);
- İkiölçülü elektron qazının termodinamik xassələrinə dispersiya qanununun qeyri-parabolikliyinin təsiri (elmi rəhbər: dosent Mehdi Mahmudov);
- Kvant çuxuruna malik yarımkeçirici strukturlarda optik keçidlər (elmi rəhbər: müəllim İradə Qədirova);
- CdMnTe yarımmaqnit yarımkeçiricilərində defekt əmələgəlmə enerjisinin təməl prinsipindən hesablanması (elmi rəhbər: dosent Mətanət Mehrabova).
Bərk cisimlər fizikası ixtisaslaşması üzrə magistr dissertasiya işlərinin müdafiəsi
Comments are closed, but trackbacks and pingbacks are open.