Bu şəhərdə kimsə yoxdur
“Romanın ideyası – nikbin bir insanın bir pessimistin həyatına daxil olaraq onun baxış bucağını və həyatının axarını dəyişməsi diqqətçəkən və yenidir. Nəsr gözəl qələmə alınıb. Baş qəhrəmanın mehriban, müdrik bir insanla getdikcə dərinləşən ünsiyyət nəticəsində təkamül etməsi böyük məharət və dərin duyarlılıqla işlənib”.
Rövşən Abdullaoğlunun”Bu şəhərdə kimsə yoxdur” mənəvi-psixoloji romanı nəşr olunub
“Qədim Qala” Nəşriyyat evi tərəfindən nəşr olunan kitabın oxuculara böyük bir həzz verəcəyi və ilk səhifədən oxucunu özünə çəkəcəyi bildirilir. Əsər dövrümüzün reallıqlarını, günümüzün acı həqiqətlərini özündə əks etdirir.
Ahlibeyt.azın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu günlərdə yazıçı Rövşən Abdullaoğlunun daha bir kitabı işıq üzü görüb. Bu yazıçının qələmindən çıxan sayca 20-ci kitabdır.Bu kitab öz səpkisinə görə digər əvvəlkilərdən xeyli fərqlənməkdədir.
Belə ki, yazıçı bu dəfə tamam fərqli bir üsluba müraciət edib. Yeni nəşrdən çıxan bu“Bu şəhərdə kimsə yoxdur”adlı kitab mənəvi-psixoloji roman üslubunda, gerçək hadisələrdən ilham alınaraq qələmə alınmışdır.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, “Qədim Qala” Nəşriyyat evindən Salamnews-a verilən məlumatda bildirilir ki, kitabın adı əsərin qəhrəmanının daxili aləmini əks etdirir. Nəşriyyat evi tərəfindən kitabın oxuculara böyük bir həzz verəcəyi və ilk səhifədən oxucunu özünə çəkəcəyi bildirilir. Əsər dövrümüzün reallıqlarını, günümüzün acı həqiqətlərini özündə əks etdirir.
Əsərin qəhrəmanı öz iç aləmini, daxilindəki boşluğu belə ifadə edir – “Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. – Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram˝.
˝BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR˝ romanından.
Bu şəhərdə kimsə yoxdur
Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram..
Полная версия
Отзывы о книге Bu şəhərdə kimsə yoxdur
Нет отзывов
Добавить отзыв
Чтобы добавить отзыв Вам нужно зарегистрироваться или авторизироваться
- Последние новинки библиотеки
- Совет недели
Библиотека
- Зарубежная фантастика
- Русская фантастика
- Cаморазвитие, личностный рост
- Зарубежная психология
- Попаданцы
- Боевая фантастика
- Героическое фэнтези
- Еще жанры
- Cовременные детективы
- Любовное фэнтези
- Личная эффективность
- Зарубежные детективы
- Cовременные любовные романы
- Боевое фэнтези
- Триллеры
- Cовременная русская литература
- Практическая психология
- Зарубежная деловая литература
- Космическая фантастика
- Современная зарубежная литература
- Н. Генералова «Духи волшебной долины»
- Я. Батчаева «Круг»
- Э. Смелик «Ключ от твоего сердца»
- Р. Нокс «Бессердечный профессор»
- А. Ким «Второй процент»
- Д. В. Прохор «Хороший день плохого человека»
- А. Тихомиров «Brain»
Обратная связь
- F.A.Q.
- Обратная связь
- Политика приватности данных
- Наша почта: [email protected]
Bu şəhərdə kimsə yoxdur (roman)
Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram. [1]
Xəbərdarlığın sonu.
“Əli və Nino” və “Kitabevim.az” mağazalar şəbəkəsinin məlumatına görə, roman 2016-cı ildə Azərbaycanda ən çox satılan kitab olmuşdur. [2] [3] [4] [5]
Tərcümə və nəşr Redaktə
Roman ilk dəfə 2015-ci ildə Bakıda, Qədim Qala nəşriyyatında Azərbaycan dilində 376 səhifədə, 60×84 ölçüsündə çap edilib. 2021-ci ilə qədər kitab 21 dəfə təkrar nəşr edilib.
Əsər 2016-cı ildə Cəmilə Vaqif (rus. Джамиля Вагиф ) tərəfindən “В Этом Городе Никого Нет” adı ilə rus dilinə tərcümə olunaraq “Qədim Qala” nəşriyyatında 400 səhifədə, 60×84 ölçüsündə nəşr olunub. [6] [7]
2018-ci ildə “This City is Empty” adı ilə ingilis dilinə tərcümə edilib və elektron versiyası Amazon.com satış platrformasına yerləşdirilib. [8]
2020-ci ildə “Bu Şehirde Kimse Yok Mu?” adı ilə Aynur Sultanova Kahraman tərəfindən türk dilinə tərcümə edilib və Türkiyədə Destek Yayınları nəşriyyatında nəşr edilib. [9] [10]
Beynəlxalq ədəbi qurumların rəyləri Redaktə
Self Publishing Review:
“İki unudulmaz həyat hekayəsi Rövşən Abdullaoğlunun emosional cəhətdən çox təsirli və iddialı “Bu şəhərdə kimsə yoxdur” romanında kəsişir. Abdullaoğlu fəlsəfə, poeziya, ritorika və özünüdərki ustalıqla bir-birinə toxuyub. Bununla da gözlənilməz gedişata malik və son dərəcə dərin, mənalı bir əsər ərsəyə gətirib”.
Kirkus Reviews:
“Müəllif Villi ilə Visamın timsalında iki güclü xarakter yaradır; çox maraqlı dönüşlər və həqiqi müdriklik də qatmaqla hekayəni zənginləşdirir. Öz səmimiyyət libasını qürurla daşıyan və oxucunun ruhunu qidalandıran cəlbedici bir hekayədir”.
IndieReader:
“İrqi, mədəni baryerləri aşan, ailəsi tərəfindən tərk edilməkdən müharibənin törətdiyi təhlükələrə qədər həyatın müxtəlif uğursuzluqlarının öhdəsindən gələn çox dəyərli əsərdir”.
BookLife Prize:
“Romanın ideyası – nikbin bir insanın bir pessimistin həyatına daxil olaraq onun baxış bucağını və həyatının axarını dəyişməsi diqqətçəkən və yenidir. Nəsr gözəl qələmə alınıb. Baş qəhrəmanın mehriban, müdrik bir insanla getdikcə dərinləşən ünsiyyət nəticəsində təkamül etməsi böyük məharət və dərin duyarlılıqla işlənib”.
BookLife Reviews:
“Fərqli aləmlərdən olan iki qəhrəmanın müzakirələrində fəlsəfi yanaşmanı sevən, açıqfikirli oxucuların təfəkkür etmələri üçün çox məqamlar var”.
R.Tanveer, “Readers’ Favorite” üçün:
“Bu şəhərdə kimsə yoxdur” səni yaxşıya doğru dəyişəcək həmin o insanı və həm də öz kimliyini tapmaqdan bəhs edən gözəl bir hekayədir. Mən yazıçının böyük pərəstişkarıyam, onun “Relslər üzərinə uzanmış adam” romanını da çox bəyəndim. Rövşən Abdullaoğlu usta yazıçıdır!”
İstinadlar Redaktə
- ↑ 12“Bu Şəhərdə Kimsə Yoxdur (VI nəşr)” ( (az.) ) . qedimqala.az. 2016-06-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-06-17 .
- ↑Zərif Nisə.“Tilsim sındı – Azərbaycanlı yazıçı xariciləri üstələdi” ( (az.) ) . milli.az. 2017-01-13. 2017-01-13 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2017-01-13 .
- ↑”Azərbaycanda ən çox satılan kitab – FOTO”. 2021-09-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-09-09 .
- ↑”Azərbaycanda ən çox satılan kitabın adı məlum olub”. 2017-01-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-09-09 .
- ↑”Azərbaycanlı yazıçı xariciləri üstələdi”. 2021-09-27 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-09-09 .
- ↑”На русском языке издан один из самых обсуждаемых азербайджанских бестселлеров” ( (rus.) ) . trend.az. 2016-10-28. 2016-11-12 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2016-11-12 .
- ↑”В Этом Городе Никого Нет” ( (rus.) ) . qedimqala.az. 2017-04-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-08-25 .
- ↑This City Is Empty Kindle Edition
- ↑” ” Bu şəhərdə kimse yokmu” – Bestseller türkcə çap olundu” ( (az.) ) . modern.az. 2020-05-18. 2020-07-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-07-16 .
- ↑” ” Bu şəhərdə kimse yokmu”-Bestseller türkcə çap olundu” ( (az.) ) . azedu.az. 2020-05-18. 2020-07-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-07-16 .
Həmçinin bax Redaktə
Xarici keçidlər Redaktə
- “Bu Şəhərdə Kimsə Yoxdur (VI nəşr)” ( (az.) ) . qedimqala.az. 2016-06-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-06-17 .
- This City Is Empty Kindle Edition
- “BookTrailer – Bu şəhərdə kimsə yoxdur – Rövşən Abdullaoğlu, 2015” ( (az.) ) . YouTube/KRENVAN studio. 2016-05-11 . İstifadə tarixi: 2016-09-25 .
- “Bu Sheherde Kimse Yoxdur – Bu Şəhərdə Kimsə Yoxdur” ( (az.) ) . YouTube/QƏDİM QALA. 2015-06-30 . İstifadə tarixi: 2016-09-25 .
- Qlobal TV.“Ağa Mehdiyev – Rövşən Abdullaoğlu / Bu Şəhərdə Kimsə Yoxdur” ( (az.) ) . YouTube/Qlobal TV. 2016-10-19 . İstifadə tarixi: 2016-11-12 .
- Qədim Qala.“291 saylı Ekologiya liseyində yazıçı Rövşən Abdullaoğlu ilə 2016-cı ildə respublika üzrə ən çox satılan “Bu şəhərdə kimsə yoxdur” kitabının müzakirəsi keçirilidi” ( (az.) ) . qedimqala.az. 2017-04-18. 2017-11-20 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-08-25 .
- Yazar: Rövşən Abdullaoğlunun “Bu Şəhərdə Kimsə Yoxdur” adlı psixoloji romanı yaxın günlərdə işıq üzü görəcək!
- Rövşən Abdullaoğlunun daha bir kitabı işıq üzü görüb
Comments are closed, but trackbacks and pingbacks are open.