Press "Enter" to skip to content

Insanda cadu (sehr) olduğunu yalnız BU ÜSULLA DƏQİQ öyrənmək olar

Insana cadu (sehr) olunduğunu necə bilmək olar və bunun acıqca görülən əlamətləri varmı?

Qibləni necə təyin etmək olar?

Qibləni müxtəlif üsullardan istifadə edərək müəyyənləşdirmək olar. Başqasının evində namaz qılarkən qiblə istiqamətini bilmirsinizsə, ilk növbədə evin yiyəsindən və ya qonşulardan soruşun. Hal-hazırda telefonlarda namaz vaxtlarını və qiblə istiqamətini göstərən proqramlar yayılmışdır. Bir neçə dəfə qibləni bildiyiniz yerlərdə bu proqramları sınayın, doğru göstərsə istifadə edə bilərsiniz. Həmçinin qibləni kompasla da təyin etmək olar. Azərbaycandasınızsa, kompasa baxaraq cənub istiqamətindən azca sağa dönmək lazımdır. Bakıda kompasla bu rəqəm 207 dərəcəni göstərir. Həmçinin, havaya baxıb günəşin çıxma-batma istiqaməti ilə tapmaq olar. Azərbaycandasınızsa, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız. Digər bir üsul isə günəşli havada qibləni günəşə baxaraq tapmaqdır.

Day.Az zikr.az-a istinadən bildirir ki, qiblə saatı deyilən vaxt var. Həmin saatda günəş qiblə istiqamətində olur. Bakıda qış mövsümündə bu təqribən 14:00 radələrində, yay mövsümündə isə 14:30 radələrində olur. Qibləni müəyyənləşdirə bilməsəniz, təxmini bir istiqamət götürüb qıla bilərsiniz. Uca Allah buyurur: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (əl-Bəqərə, 115). Əgər namaz qılıb qurtarandan sonra bəlli olsa ki, qibləni səhv təyin etmisiniz, namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur. Cabir (Allah ondan razı olsun) deyir: “Biz, Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) ilə yürüşə çıxmışdıq və (hava) dumanlandı. Qiblənin istiqamətini müəyyən etməyə çalışdıq və bu barədə ixtilafa düşdük. Hər kəs öz bildiyi kimi namazını qıldı və bizdən bir nəfər yönəldiyi istiqaməti nişanladı ki, sonradan bunu yoxlasın. Növbəti səhər biz baxıb gördük ki, biz qiblədən digər istiqamətə yönələrək namaz qılmışıq. Biz bu barədə Peyğəmbərə, Allahın ona salavatı və salamı olsun, bildirdik və o, bizə namazı təkrar qılmağı əmr etmədi və dedi: “Namazınız səhihdir”. (əl-Hakim, 743).

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Insanda cadu (sehr) olduğunu yalnız BU ÜSULLA DƏQİQ öyrənmək olar

Insana cadu (sehr) olunduğunu necə bilmək olar və bunun acıqca görülən əlamətləri varmı?

08 Kasım 2010 Pazartesi – 06:36

Cin və insan olan şeytanlardan Allaha sığınırıq. Ondan başqa sığınacaq varlığ yoxdur. Sualınıza cavabı bir məsələni xatırlamaqla başlamaq istərdik. O da heç bir cadu və sehrin Allahın izni olmadan baş verə bilməyəcəyi həqiqətidir. “(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” (əl-Bəqərə 102).Ayədəndə aydın olduğu kimi (“Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər”) hər şey Allahın əlindədir.
İnsanların bəziləri sehri inkar edir. Bəziləri isə ifrat dərəcədə onun gücünü şişirdir. Əslində sehrin varlığı sabitdir. Təsir gücünə gəldikdə isə Allahın izninə bağlıdır.Bundan sonra sehrin bəzi növlərini qeyd etmək istərdik.

1. Ara vurma sehri.
Bu ər-arvad, oğul-ata, dostlar, ortaqlar və sair biri-biri ilə yaxın münasibətdə olanlar arasında baş verir.Əlamətləri. Gözlənilmədən məhəbbətin nifrətə çevrilməsi. Şübhələrin artması, qarşılıqlı etimadsızlıq, gərgin vəziyyəti dahada gərginləşdirməyə meyl, qarşı tərəfin hər hərəkətlərini çirkin görmək. Əks tərəfin olduğu məkanda (məsələn evdə) özünü narahat hiss edib ordan ayrıldıqda hüzur tapmaq. Ər-arvad arasındakı sehr nətıcəsində əks tərəfin irgənc və dəhşətli görsənməsi (qulisinasiyada olduğu kimi). Bir məsələ var ki hər söz-söhbət və ara dəymədə cadu əlaməti görməkdə doğru deyil. Bütün yuxarıda qeyd edilənlər adi narazıçılıq, nifrət, kindədə özünü biruzə verməkdədir. Hər halda bu təbii və adi hallar sehirdən öz qeyri adiliyi və gözlənilmədən baş verməsi ilə secilir.
2. Məhəbbət sehri.
Əlamətləri. Bu qadını öz ərinə sevdirən sehrdir. Adama xanımına qarşı həddən artıq məhəbbət, ehtiras, onsuz ayrı qalmağın mümkünsüzlüyü, onu görmə arzusu ilə aşıb daşmaq, ona həddən artiq itaət göstərmək.
3. Xəyal gətirmə sehri.
Əlamətləri. Bu əsasən göz bağlayıcılıqla (gipnoz) olur. Əşyaları həqiqətdən fərqli şəkildə görməsi. Məsələn böyüyü kiçik, sabit olanı hərəkətli və sair.
4. Dəlilik sehri.
Əlamətləri. Diqqətsizlik, keylik, güclü unutqanlıq, baxanda gözlərini bərəltmək, bir yerdə sakit durmamaq, öz xarici görkəminə fikir verməmək. Xəstəlik şiddətləndikdə evdən çıxıb nə üçün, hara getdiyini, nə etdiyini bilmir.
5. Taqətsizləşdirmə sehri.
Əlamətləri.Təkliyi sevməyə başlaması. Təcrid özünə qapanma, daimi susqunluq və baş ağrısı.
6. Qeybdən səs eşitmə sehri.
Əlamətləri. Yuxuda kiminsə onu çağırdığını eşitmək hündür yerdən düşdüyünü, vəhşi heyvanın onu qovduğunu və bənzəri dəhşətli yuxular görmək. və görmək. Oyaq ikən qulağına səs gəlməsi, kiminsə onu çağırdığını zənn edib bu səbəbdən ora bura baxması. Dost və yaxınlarından şübhələnmək.
7. Xəstələndirmə sehri.
Əlamətləri. Bədən üzvündən birinin daima ağrıması, özündən getmə. Bədən üzvlərindən birinin iflic olması, hissiyyat üzvlərindən birinin sıradan çıxması.
8. Qadınlarda ay halının uzanması sehri.
Əlamətləri. Bu qadınlarda ay halından başqa olan tibbi olmayıb şeytanın qadının uşaqlığındakı damarlardan birini partlatması ilə olur. Bu aylarla davam edə bilir. Qanın miqdarı azda ola bilir çoxda.
9. Bağlama (evlənməyə mane olma) sehri.
Bu məsələdə şeytanlar iki yoldan istifadə edir. Birincisi qız onu istəyən hər kəsi rədd edir. Digəri isə qızı görən hər kəsə onu eybəcər göstərib çəkindirdiyi kimi.
Əlamətləri. Tibbi dərmanlarla getməyən gah tutub, gah buraxan baş ağrıları. Axşam çağından gecə yarısına qədər davam edən güclü təngə nəfəslik. Nişanlısını çirkin görkəmli görmək. Yuxuda narahatlıq. Bəzən mədədə kəskin ağrı hiss etmək. Fəqərə sütununun aşağı hissəsində ağrı hiss etmək.

(Bu məlumat Vahid Əbdis-Salam Balinin “Cadu açmalar” əsərindən götürülmüşdür)
Bir məsələnidə qeyd edək ki yuxarıdakı əlamətlərin əksəriyyəti sehirlənməmiş insanlarda ya tibbi yada psixoloji yöndən baş verən hallardır. Buna görə hər əlaməti cadu sehirlə bağlamağa ehtiyac yoxdur. Bu qədər. Doğrusunu bilən Allahdır.
timeturk

Comments are closed, but trackbacks and pingbacks are open.