Press "Enter" to skip to content

Hansı xəstələrdə bud-çanaq oynağı endoprotezi tövsiyə olunmur

Bud-çanaq oynağı bud sümüyünün çanaq sümüyü ilə birləşdiyi yerdəki oynağa verilən addır. Bud-çanaq ağrısı sıx görülən bir problemdir. Fərqli səbəblərə bağlı olaraq demək olar ki, hər yaşda görülə bilər.

Bud-çanaq oynağı ağrılarının səbəbləri

Bud-çanaq oynağı bud sümüyünün çanaq sümüyü ilə birləşdiyi yerdəki oynağa verilən addır. Bud-çanaq ağrısı sıx görülən bir problemdir. Fərqli səbəblərə bağlı olaraq demək olar ki, hər yaşda görülə bilər.

Xəstələr bud-çanaq oynağı ağrısını daha çox qasıqda, budun ön səthində, hətta dizə yayılan ağrı şəklində hiss edirlər. Bud-çanaq problemlərində yeridikdə, aşağı ətrafa yük verdikdə, istirahəttə ağrı ola bilər. Bu zaman bud-çanaq nahiyəsində şişkinlik, yerli temperatur artışı, oynaq hərəkət məhdudiyyəti yarana bilər.

Bud-Çanaq oynağı ağrısının səbəbləri nələrdir?

  1. Bud-çanaq oynağı ətrafındakı yumşaq toxumalardan qaynaqlanan ağrılar: Əzələlərin və sümüklərin arasında sürtünməni azaltmaq üçün yerləşən kiçik kisəciklərin iltihabı zamanı yaranan bursitlər bu bölgənin ağrılarının ən sıx səbəblərindəndir. Öyrəşmədiyimiz ağır fiziki işdən sonra əzələ ağrıları yarana bilər. Uzun məsafə qaçan bəzi idmançılarda da çox istifadəyə bağlı ağrılar görülə bilər.
  2. Bud-çanaq oynağının duzlaşması(Koksartroz,osteoartroz,osteoartrit)
  3. Revmatizmal xəstəliklər
  4. Anadangəlmə bud-çanaq oynağı çıxıqları
  5. Keçici oynaq zarı iltihabı
  6. Travma
  7. Xoş və Bəd xassəli törəmələr
  8. İnfeksion xəstəliklər
  9. Onurğanın bel nahiyəsindəki problemlər( Bel nahiyəsi osteoxondrozları, disk yırtığı, dar onurğa kanalı və s.)

Bud-çanaq ağrısı diaqnozu necə qoyulur?

Həkim xəstələrə diqqətlə suallar verərək şikayətlərini öyrənməyə çalışır. Şikayətlər fiziki müayinə qədər əhəmiyyətlidir. Buna görə də həkiminizə ağrı ilə əlaqədar ətraflı informasiya verməyiniz zəruridir. Fiziki müayinədən sonra həkiminiz sizdən qan analizləri, rentgen və MRT istəyə bilər.

Bud-çanaq nahiyəsi ağrıları necə müalicə olunur?

Bud-çanaq nahiyəsi ağrıları səbəbindən asılı olaraq müxtəlif cür müalicə olunur.

  1. Ağrının səbəbindən asılı olmayaraq , xüsusilə erkən dövrdə ağrını azaltmaq və mövcud xəsarəti minimuma endirmək üçün istirahət məsləhət görülür. Bu dövrdə nərdivana çıxmaq, velosiped sürmək, qaçmaq və s. kimi aktivliklərə məhdudiyyət qoyulur.
  2. İsti və ya soyuq tətbiqi şikayətin müddətinə bağlı olaraq tərcih edilir. Travmalara bağlı əzilmələrdə ilk 24-48 saat içində buz qoymaq tövsiyyə edilir. Revmatizmal xəstəliklərdə oynaqda şişkinlik və istilik varsa eynilə buz tətbiqi faydalıdır. Ancaq bəsit əzələ tutulmalarında , yumşaq toxuma əzilmələrində erkən dövr keçdikdən sonra isti tətbiqi daha yaxşı nəticələr verir.
  3. .Gərmə hərəkətləri tutulan əzələləri yumşaltmaq, istirahətə bağlı qısalmış olan yumşaq toxumaların elastikliyini artırmaq üçün faydalıdır.
  4. Duzlaşma və əzələ ağrılarında ağrıkəsici qəbul etmək və dərin qanlanmanı artıraraq toxuma sağalmasını sürətləndirdiyi üçün fizioterapiya tətbiq edilə bilər.
  5. Müalicəvi gimnastika və fizioterapiya ağrıkəsicilər qədər effektivdir. Gimnastika həm də ağrının şəklini azaldır.
  6. Dərman müalicəsi olaraq ağrıkəsici (QSİƏ) və əzələ spazmını götürən dərmanlar istifadə edilə bilər.
  7. Arıqlamaq bud-çanağa düşən yükü azaltdığı üçün ağrının azalmasına da səbəb olur.
  8. .Dəyənək, yerimə cihazları oynağa düşən yükü azaltmaqda və müvazinəti saxlamaqda köməkçi olduğu üçün istifadə edilə bilər.
  9. Xoş və bəd xassəli törəmələrdə törəmənin cərrahi yolla çıxarılması lazım ola bilər. Bud-çanaq oynağının ağır duzlaşmalarında (koksartroz), ağrı konservativ müalicəyə cavab vermədikdə sıradan çıxmış oynaq yeni süni oynaqla(endoprotez) əvəz oluna bilər. Bu əməliyyat dünyada ən effektiv və yayılmış əməliyyatlardan biridir.

Hansı xəstələrdə bud-çanaq oynağı endoprotezi tövsiyə olunmur?

Vücudda və ya bud sümüyündə aktiv davam edən infeksiyanın olması və ya sümüyün infeksiyasının olması, “ostemielit” tablosunun olması… Və ya hər il davam edən və ya alovlana bilən “xroniki osteomielit”in olması. Əgər vücudda hər hansı bölgədə aktiv infeksiya varsa, xüsusilə, sidik yolları infeksiyası və ya boğaz yolları infeksiyası və ya vücudun hər hansı bir bölgəsində… Bu zaman kəskin dönəmində, xüsusilə, bud-çanaq oynağı endoprotezi göstərişi düzgün deyil.

Çünki bədəndə olan mikroblar və ya infeksiya, bakteriyalar qan yolu ilə xüsusilə, o endoprotez yad cisim sayıldığı üçün endoprotez nahiyəsinə düşə bilər, “hemotogen” dediyimiz yolla. Bu zaman onun üzərində əmələ gətirdiyi xüsusi lövhə ilə üzərinə hopmuş olur bakteriya və bakteriya implant oradan çıxarılmadığı müddətcə infeksiya orada qalmış olur. Yəni qoyduğumuz endoprotezi məcburən təkrar çıxarmaq məcburiyyətində qalırıq.

Onun üçün bu xəstələrə endoprotez əməliyatı tövsiyə edilmir. Və ya infeksionistə və ya terapevtə göndərdikdən sonra bu infeksioz prosesi həll olduqdan sonra normal laborator analizlər çıxdıqdan sonra endoprotez əməliyyatı tərcih edilə bilər.

Digər bir əks göstərişlərdən biri də xüsusilə, xəstələrdə aşağı ətraflara gedən arteriya və venaların problemləridir. Xüsusilə, arteriyalarda ciddi “oklüziya” dediyimiz arterial damarın tıxanıqlığı və ya xüsusilə venalarda tromboz probleminin olması, irəli dərəcədə trombozun olması… Bu xəstələrdə də əməliyyatdan sonra tromb əmələ gəlməsi, “trombemboliya” dediyimiz problem yaşana bildiyi üçün bu xəstələr əməliyyat edilməməsi tovsiyə olunur. O, xəstəni bir damar cərrahına göndəririk. Damar cərrahları, xüsusilə, bu trombun müalicəsini icra etdikdən sonra, əlbəttə, onlar icazə verdikdən sonra bud-çanağı endoprotezi əməliyatı icra etmək olar.

Digər bir bud-çanaq oynağı endoprotezi əməliyyatlarına əks göstərilənlərdən biri də xüsusilə, narkoz alacaq xəstələrdə, narkozu qaldıra bilməyəcək ürək, daxili orqanları ciddi xroniki xəstəlikləri, çatışmazlığı olan insanlara bud-çanaq oynağı endoprotezi əməliyyatı, əlbəttə ki, tövsiyə edilmir.

  • Tags artroplastika, boğaz yolları infeksiyası, bud-canaq oynagi endoprotezi, endoprotez, oklüziya, ostemielit, sidik yolları infeksiyası, trombemboliya, tromboz, xroniki osteomielit

Bud-çanaq oynağı displaziyası nədir, formaları və müalicəsi

Anadangəlmə bud-çanaq çıxığı tərifi artıq istifadə edilmir. Bunun əvəzinə bud-çanaq çıxığının yalnız doğuş öncəsi dövrdə meydana gələn bir xəstəlik olmadığını ifadə edən bir tərif istifadə olunur. Bud-çanaq oynağının (bço) inkişafı doğuş öncəsi, doğuş və doğuşdan sonrakı dövrü əhatə edən bir müddətdə baş verir. Bu mərhələlərin hər hansı birində bud-çanaq çıxığının baş verə biləcəyi ehtimalına görə, hazırda inkişafla olan bud-çanaq displaziyası (DDH-Developmental Dysplasia of Hip) termini istifadə edilir. İnkişaf etməkdə olan bud-çanaq oynağı displaziyasına femur başının subluksasiyası, asetabulyar displaziya və femur başının asetabulumdan tam çıxması daxildir.

Ümumiyyətlə xromosom anormallıqları və sinir-əzələ xəstəlikləri ilə əlaqəli ayrı bir bud-çanaq oynağı çıxığı növü var ki, buna teratojenik çıxıq deyilir. bud-çanaq oynağı doğuşdan çıxıqdır və müayinə ilə reduksiya edilə bilməz. Bu daha ağır formadır. Konservativ müalicə ilə reduksiyaya nail olmaq mümkün deyil. Rentgendə asetabulum kiçikdir, bucağı çox yüksəkdir və femur başı superolateral olaraq yerləşir. Ümumiyyətlə açıq reduksiya və/vəya ostetomiya ilə müalicə olunur.

Sol bud-çanaq oynağı çıxığı təsvir olunmuşdur

Patofiziologiya

Yenidoğulmuş (YD) uşağın sirkə kasası tamamilə qığırdaq qatı ilə örtülüdür və labrum adlanan fibroqığırdaq bir quruluşda incə bir kənara sahibdir. Asetabulumun qığırdaq səthi böyümə funksiyası rolunu oynayır və bu bölgənin zədələnməsi böyümənin pozulmasına səbəb olur. Asetabulumun inkişafının çox hissəsi 8 yaşında tamamlanmış olunur.

Bud-çanaq displaziyası zamanı klinik müayinələr

Yenidoğulan uşaqlar

Displaziya olduqda bço Ortalani ve Barlow testləri ile reduksiya edilib, yerindən çıxardıla bilər. YD bud-çanağı reduksiya olarkən əllə hissedilən redüksiya səsinin olması vacibdir. Bu muayinə ən az 3-4 dəfə təkrar edilməlidir. Klisic testinin pozitiv olması da bud-çanaq oynağı çıxığını göstərir.

Klisic testi: Əl 2-ci barmaq böyük burma, 3-cü barmaq qalça darağının alt çıxıntısına qoyulan zaman bu iki nöqtəni birləşdirən xəyali xətt göbəkdən keçərsə normal, göbək ilə pubis arasından keçərsə bud-çanaq oynağı çıxığı deməkdir (pozitiv test).

Südəmər uşaqlar:

Abduksiya məhdudluğu , Galeazzi testi, pili asimmetriyasına baxılır. Yenidoğulmuşlarda olduğu kimi Ortolani, Barlow provokasiya testləri və Klisic testi pozitiv ola bilər.

Şəkildə A-pili asimmetriyası; B- galeazzi testi; C-abduksiya məhdudluğu göstərilmişdir.

Yeriyən uşaqlar:

Çıxıq bud-çanaq oynağı olduqda, abduksiyada azalma, pozitiv Klisic testi, pozitiv Galeazzi testi, topallama, Trendelenburg yeriməsi görülür. İkitərəfli bud-çanaq oynağı çıxığı olan xəstələrdə bel lordozunda artma və “ördək” yeriyişi görülür. Bu uşaqlarda pili asimetriyası və Galeazzi testi neqativ olur. Bu səbəbdən Klisic testi yoxlanılmalıdır.

Risk faktorları

  • Genetik faktorlar
  • Doğuş problemləri
  • İlk uşaq (qız olması)
  • Metatarsus adduktus və tortikoliz

Diaqnoz necə qoyulur?

  • Rentgen
  • Maqnit Rezonans Görüntüləmə
  • Artroqrafiya

Rentgen: Çanaq oynağı 3-6 ay arasında rentgendə görülə biləcək hala gəlir. Rentgeni dəyərləndirəndə ən çox aşağıdakı xətlər istifadə olunur.

Hilgenreiner xətti hər iki Y qığırdağını birləşdirən xətdir.

Perkins xətti sirkə kasasının bayır kənarından Hilgenreiner xəttinə perpendikulyar çəkilən xətdir.

Mərkəz-kənar (CE) bucağı: Bud başı mərkəzini sirkə kasasının ən bayır nöqtəsi ilə birləşdirən xətt və bud başının mərkəzindən dik çəkilən xətt arasındakı bucaqdır.

Shenton xətti, kiçik burmadan başlayıb bud sümüyü boynunu keçərək pubisin içəri kənarı boyunca uzanan oval xətdir. Normal çanaqda Shenton xətti düzgündür.

Astabulyar indeks isə Hilgenreiner xətti ilə sirkə kasası üstü boyunca çəkilən xətt arasındakı bucaqdır. Asetabulyar indeks normal yenidoğulmuşda ortalama 27.5 dərəcədir. 6 aylıqda ortalama 23.5 dərəcə və 2 yaşında 20 dərəcəyə düşür. 30 dərəcə normalın yuxarı səviyyəsi olaraq qəbul edilir.

Alfa asetabulyar indeks dərəcəsini göstərir

Çıxıq olan çanaqlarda reduksiyaya mane olan amillər mövcuddur. Bunlar:

  • Ligamentum teresin uzaması və qalınlaşması, açıq reduksiya zamanı mütləq kəsilərək çıxardılmalıdır.
  • Köndələn asetabular bağ, açıq reduksiya zamanı mütləq kəsilməlidir.
  • Bud sümüyü başı ilə sirkə kasası arasına girən iliopsoas əzələsi (qum saatı), açıq əməliyyatlarda mütləq kəsilməlidir.
  • İçəri qatlanmış labrum (inverte limbus), açıq əməliyyatlarda mütləq kəsilməlidir.
  • Pulvinar, sirkə kasasının içində olar yağ-çapıq toxumadan (fibrofatty tissue) ibarətdir. Açıq əməliyyatlarda mütləq təmizlənməlidir.

Bud-çanaq oynağı displaziyasının müalicəsi

1-6 ay

1-6 ay arası uşaqların bud-çanaq oynağı displaziyası müalicəsində Pavlik bandajı tətbiq edilir. Bud-çanaq oynaqlarına 80-90 dərəcə fleksiya və 45 dərəcə abduksiya verilir. Bandaj 24 saat taxılmalıdır. Daha sonra isə sıra ilə qapalı reduksiya, açıq reduksiya, asetabulyar və ya femur osteotomiyalarının hər hansı birindən və ya birləşməsindən istifadə edilir. Həkim xəstənin yaşına və klinikasına görə müalicə seçimini edir. Hər bir uğursuz addımda, növbəti müalicə mərhələsinə həkimin seçiminə uyğun olaraq keçilir.

6 aya qədər

Qapalı reduksiya əldə edilərsə, sabit bir bud-çanaq oynağı Pavlik bandajı ilə 4-6 həftə ərzində formalaşa bilər. Bu mərhələdən sonra Pavlik istifadəsi tədricən azaldılır və gecə ortezi bağlanır. Gecə ortezinə, bud-çanaq oynağı ultrasəs və ya rentgenoqrafiya ilə normallaşana qədər davam edilməlidir.

6 – 18 ay

Qapalı reduksiya 12 aya qədər sınaqdan keçirilir və uğurlu olarsa, pelvipedal gibs sarğısı tətbiq olunur. Qapalı reduksiya uğurlu olmazsa, açıq reduksiya tətbiq olunur. Medial yanaşma ilə 12 aydan kiçik uşaqlarda açıq reduksiya edilə bilər. 12 aydan yuxarı uşaqlar üçün anterolateral yanaşma tövsiyyə olunur.

18 aydan böyük uşaqlar

İlk olaraq açıq reduksiya tətbiq olunur. Lazım gələrsə, cərrahi müdaxiləyə Salter osteotomiyası və / və ya proksimal femoral varus-derotasiya osteotomiyası (VDO) əlavə olunur. Qapalı reduksiya ümumi anesteziya və ya dərin sedasiya altında aparılır. Pelvipedal gips sarğısı, “təhlükəsiz sahə” vəziyyətində edilir. Fleksiya ən az 90 dərəcə, abduksiya 40-45 dərəcə olduğu vəziyyətdə kip reduksiya əldə edilir. Qalçaya veriləcək daxili rotasiya 10-15 dərəcəni keçməməlidir. Gipsdə immobilizasiya müddəti standart deyil. Ümumi praktikada xəstə üç ay gips sarğısında təqib edilir. Altı həftə immobilizasiya edildikdən sonra gips və xəstə rentgen ilə yoxlanılır. Gipsin çirklənməsi və ya genişləməsi varsa, anesteziya altında gibs dəyişdirilir.

Bud-çanaq oynağı displaziyasının cərrahi müalicə üsulları

Asetabulumu yeniden formalaşdıran çanaq osteotomiyaları:

Salter osteotomiyası:

Çanaq sümüyü sirkə kasasının üzərindən osteotomiya edilərək sirkə kasasının indeksi normala salınır. Yaranmış boşluğa qalça darağından alınan sümük qrefti qoyulur və 2 ədəd tel ilə fiksasiya edilir. Daha sonra pelvipedal gips tətbiq edilir. Ən çox istifadə edilən osteotomiya növü budur.

Pemberton osteotomiyası:

Periasetabulyar osteotomiya olub, əyri osteotom vasitəsilə Y qığırdağına qədər osteotomiya edilir, sirkə kasasının dərəcəsi normallaşdırılır. Qalça darağından alınan sümük qrefti boşluğa yerləşdirilir. Tel istifadə edilmir.

Ganz osteotomiyası:

Asetabulum formalaşması tamamlanmış uşaqlarda Ganz (üçlü osteotomiya) edilir. İlium iskium və pubisdən asetabulumun hər üç ətrafı osteotomiya edildikdən sonra tam sərbəstləşən asetabuluma istənilən dərəcə və rotasiya verilərək tellər və vintlər vasitəsilə fiksasiya edilir.

Dega osteotomiyası:

Dega osteotomiyasında çanaq şəkildə göstərildiyi kimi osteotomiya edilir. Sümük qrefti osteotomiya boşluğuna doldurur. Dega osteotomiyasında gips qoyulmasına ehtiyac yoxdur.

Steel və Tönnis osteotomiyası:

Sirkə kasasınn üç kənarlı osteotomiyası edildikdən sonra, rentgen altında rotasiya ve traksiya edilərək bud başının ön ve yan kənarlarını örtməsi üçün çevrilir. İliak qanadın üzərindən iliak osteotomiya boşluğuna iki ədət 3,5 mm K-teli və titan lövhə vintlərlə fiksasiya edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.