Press "Enter" to skip to content

Buduq ve buduqlular kitab

Buduqluların keçmişi haqda məşhur tarixçi və səyyahların əsərlərində, eyni zamanda Azərbaycan tarixinin müxtəlif səhifələrində məlumatlar az deyil. Məlumatların birində bildirilir ki, Buduq kəndinin əsası Qafqaz Albaniyası zamanı qoyulub. Buduq kəndi meşəsiz ərazidə qərar tutur. Bəzi tədqiqatçılar �buduq� sözünü �dik yerdə həyat� və ya �təpədə həyat� kimi də mənalandırırlar. Buduqluların öz dilləri var, �budadi-mez� adlandırırlar. Bu dilin əlifbası olmayıb, dil yalnız şifahi şəkildə yayılıb. Bu dildə boğaz səslərinin çox olması onun latın əlifbası ilə yazılışına o qədər də imkan vermir. Ancaq son illər buduqlu tədqiqatçıların əməyi nəticəsində �budadi-mez�in əlifbasının ilkin versiyası və dilin lüğəti hazırlanıb. Buduq dilində olan bəzi sözlərin tərcüməsi: mez-dil, didə-ana, ada-ata, şid-qardaş, şidr-bacı, memen-qonaq və s.

BUDUQLULAR YOXSA BUDATLAR HƏQİQƏTLƏR VƏ FƏRZİYYƏLƏR

Buduq Azərbaycanın ən qədim kəndlərindən biridir. İlk iptidai inasanların yaşadığı ehtimal edilən mağaralar, mürəkkəb relyef xüsusiyyətlərinə malik keçilməz dağlar, təbiətin füsünkar mənzərələri bir anda insanı valeh edir, babalarımızın at minib dövran sürdüyü həyat tərzini gözümüzün önünə gətirir.
Babadağdan, Qırxbulaqdan axan sular Qaraçayda birləşib, lal və sükutla bizə baxan pir Əbdülməhəmmədə, Keçili dağına,Ənbərəyə layla çalır, suların şırıltısı dağ şəlalələrinə qarışıb Sənəm yaylağından Çərəkə düzünədək yayılır. Çoban tütəyinin yanığlı, bir az da el-oba üçün qəribsəyən səsini dinlədikcə Allaha, yaradana minnətdar olmaya bilmirsən, bu saflığa, bu təmizliyə, təbiətin bakirəliyinə heyran qalıb düşüncələrə dalmaq necə də xoşdur.
Buduq və buduqlular haqqında bir çox alimlər, tarixçilər, etnoqraflar dilçilər fikir söyləmiş, məqalələr dərc etmiş, kitablar yazmışlar. Lakin bütün deyilənlər ehtimallar üzərində qurulduğu üçün Buduqun tarixi, buduqluların kimliyi və soy kökləri barədə elmi dəqiqləşdirmələr aparılmamışdır.
Yalnız 13-14 cü əsrlərin görkəmli tarixçisi, mənbəşünası, dövlət xadimi Fəzlullah Rəşidəddin İbn Həmədani özünün “Camə ət Təvarix” (tarixlərin toplusu) kitabında Buduğun tarixinə və soy kökünə işıq sala biləcək məlumat vermişdir bu məlumat etnik azlıq olan buduqluların kimliyinin və soy köklərinin öyrənilməsində açar rolunu oynaya bilər.Məlumdur ki,buduqlular özlərini öz dillərində “budat” adlandırırlar, bir-birləri ilə ünsiyyətdə olarkən “vin budati” deyə soruşurlar. Maraqlıdır ki, F.Rəşidəddin öz əsərlərində “budat”qəbiləsinin mövcudluğu barədə xəbər verir “Camə Ət Təvarix” kitabının 98 və 193 cü səhifələrində yazır: “Budat qəbiləsi, bu qəbilə Tumbinə xanın 5 ci oğlu Bat-Kulkinin nəslindən şaxələnmişdir. Çingiz xanın dövründə onların başçısı Urud və ya Uruday idi. Çingiz xan Tayçuit qəbiləsi ilə vuruşduğu vaxt onlar budatlar onunla ( Çingiz xanla) müttəfiq idilər və onun qoşununda birləşmişdilər, onlardan (budatlardan) çoxlu əmirlər olmuş və vardır. Lakin hal-hazırda adları məlum deyil”Rəşidəddin köçəri türk xalqlarının təsnifatını verərkən budatları “Qədim vaxtlarda moğol ləqəbi daşıyan türk qəbilələrindən Nirun türkləri” sırasına daxil etmişdir. Göründüyü kimi burada əlavə şərhə ehtiyac yoxdur, ən azından böyük tarixçi alimin şəxsiyyətinə və məlumatına hörmətlə yanaşılmalıdır.
Sonralar Buduq kəndi mahal mərkəzinə çevrilir. Buduq bəyləri Quba qəzasının içtimai həyatında mühüm rol oynayırdılar. Buduq bəylərinin sonuncu nümayəndəsi Soltan bəy Abadan bəy oğlu olmuşdur. Bu cüssəli, üzündən gözündən nur tökülən bəyimizi mən uşaq vaxtı görmüşdüm, 70 ci illərdə dünyasını dəyişmiş Soltan bəyə Allah rəhmət eləsin. O həqiqətən də oturuşu duruşu ilə el ağsaqqalı idi.
1833 cü ildə Buduq mahalına 19 kənd birləşdirilmişdi. Mahal mərkəzi kimi inzibati idarəetmə, mədəniyyət mərkəzi kimi inkişafda idi. 20ci əsrin 60 cı illərərinə kimi keçmiş Qonaqkənd rayonunun tərkibində olan Buduq və.s kəndlərdə həyat qaynayırdı əkinçilik və maldarlıq, qoyunçuluq geniş vüsət almışdı. N.S.Xurşovun yarıtmaz siyasəti ilə Qonaqkənd rayonu ləğv edildi, əkin sahələri sıradan çıxdı, kəndlər boşaldı o cümlədən Buduqluların aran torpaqlara axını başladı. Hal-hazırda budatlar-buduqlular Azərbaycanımızın hər yerində ən çoxu Quba, Xaçmaz,Şabran,Qusar və Siyəzən rayonlarında Dağıstanda və Rusiyanın müxtəlif yerlərində yaşayırlar.
Quba rayonunda Bağbanlı, Barlı, Nərimanabad, Dəlləkli, Vladimirovka, Vəl-vələ, Qəcərzeyid, Amsar qışlaq və.s kəndlərdə, Xaçmaz rayonunun Arzu kənd, Hacıəlibəy, Ağyazı, Barisbol, Yergüc, Suxtakələ kəndlərində daha kompakt yaşayırlar. Qusarın Balaqusar, Həsənqala, Şabran və Siyəzən şəhər və kəndlərində buduqlu ailələri vardır.Bakı,Sumqayıt,Gəncə şəhərlərində,Qaxın Qum kəndində,Göyçayda,İsmayıllıda,Qəbələdə və Şəkidə buduqluların yaşadıqları barədə məlumatlar vardır.

Buduq kəndində vaxtilə 500 ev və kəndli təsərüffat mövcud idi. Orta məktəb, klub, kitabxana, poçt-rabitə, feldşer-mama məntəqəsi və hətda ətraf kəndlərdən məktəbə gələn uşaqlar üçün internat da təşkil olunmuşdu. Rayonda buduqlu müəllimlər daha çox idilər, ətraf kəndlərdə dərs keçirdilər. Ömürlərini xalqın övladlarının təhsilinə və tərbiyyəsinə həsr etmiş belə müəllimlərdən bəzilərini xatırlamaq yerinə düşər. Bu gün Allah rəhmətinə getmiş Buduqlu müəllimlərdən Ramazan Bahadirovu,Nurulla Məmmədovu,Bəylər Abdullayevi,Şərafəddin Bahadurovu, Əbubəkir Ağayevi, Zalı Əliyevi, Həmdulla Əhmədovu, Şabran rayonunda təhsil şöbəsinə başçılıq etmiş rayon ağsaqqalı məşhur taraqulu nəslindən Teyfur Adayevi, Quba şəhərində buduqlu Müsənnif müəllimi, buduqlu Əhməd müəllimi, Xaçmaz rayonunda buduqlu Hüseyn müəllimi, Qiyasəddin müəllimi, Feyzulla müəllimi, Şahlar müəllimi, vaxtilə Kuba respublikasında tərcüməçi işləmiş Sabir müəllimi və bir çox başqalarını göstərmək olar.
Böyük Vətən müharibəsində iştirak etmiş, Taqanraq və 223- cü atıcı diviziya qəhrəmanlarını necə unutmaq olar. Canı və qanı ilə bir olan azərbaycanlı qardaşları ilə birgə buduqlular Ukraynada, Kerçdə, Terek çayı sahillərində döyüşlərdə həlak olmuş və hətda Almaniyaya Berlinə kimi gedib çıxmışdılar. Onlardan biri Beybut Hidayət oğlu Əhmədov bir çox orden və medallara layiq görülmüş, müharibə bitdikdən bir nçə il sonra da Berlin komendantlığında çalışmışdır.
1940-50 ci illərdən başlayaraq buduqlular yavaş-yavaş aran kəndlərə köç etməyə başlayırlar. Buna səbəb əhalinin sıxlığı, yol və.s çətinliklərlə bağlı idi. Kənddə 100 dən çox əqrəba, nəsil var idi ki, onların hər birinin ayrıca qəbirsanlıqları bu gün də qalmaqdadır. Hazırda Buduq kəndində, Qazmalarda, Dağüstü və Yalavanc kəndlərində 150 yə yaxın ailə məskunlaşmışdır ki, onlar buduq dilində danışa bilirlər.
Dəliqaya kəndi də Buduqluların yaşadığı dağ kəndidir, orada da 30 dan çox buduqlu ailəsi məskunlaşıb.
Budatlardan –buduqlulardan alimlər, həkimlər, tanınmış müxtəlif peşə sahibləri bu gün də respublikamızın müxtəlif idarə və təşkilatlarında çalışırlar, onlardan tarix elmləri doktoru ,professor,əməkdar elm xadimi Vaqif Piriyevi,fəlsəfə elmləri doktoru professor Adil Əsədovu, fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nizaməddin Məmmədovu, hüquq elmləri üzrə fəlsəfə doktoru Zavər Qafarovu, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Məcid İsmixanovu,tibb sahəsində Tibb universtetinin uşaq cərrahiyyəsi kafedrasının baş müəllimi, Lenin təqaüdçüsü olmuş doktor Əmrağa Məmmədovu, uzun illər respublika əmək – tibb komissiyasına rəhbərlik etmiş Mikayıl Əhmədovu,şimal bölgəsində loğman həkim kimi tanınan əczaçı, çətin anlar da insanlara yardım əli uzadan,təbii bitkiləri toplayaraq dərman hazırlayıb şəfa verən Dəmir Dəmirovu, Azərbaycan MEA-nın Coğrafiya İnstititunun dissertantı olmuş X.Məmmədovu yada salmamaq mümkün deyil. Alim dərəcəli aqronom – zootexnik, sovet dönəmində rayon kənd təsərrüfatı idarəsinə başçılıq etmiş İldirım Məmmədovu,ulu öndərimiz H.Əliyevin sağlığında ümumrespublika müşavirəsində çıxış etmiş, onun çıxışı Ulu Öndərimizdə maraq doğurmuş və ona suallar vermişdi.
Alim dərəcəli iqtisadçı,bütün elimləri mükəmməl bilən, fenomenal yaddşa və natiqlik bacarığı ilə bir çoxlarına örnək olan Gülağa Kərimovu, uzun illər Buduq kəndində kənd sovetinin sədri işləmiş Məmmədrəsul İsayevi, müxtəlif vəzifələrdə işləmiş Ənvər Adayevi, Mövsüm Rzayevi xatırlamamaq günah olardı.
Hüquq sahəsində ədliyyə generalı Z.Qafarov, uzun müddət Azərbaycan respublikası Ədliyyə nazirliyində beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsində işləmiş, hazırda hüquq elimləri üzrə doktorluq desertasiyası üzərində işləyir. MTN də uzun illər xidmət etmiş polkovnik Ç.Mustafayev, polkovnik N.Adayev, ədliyyə polkovniki, müxtəlif rayonlarda prokuror işləmiş Z.Haciyev, ədliyyə polkovnik- leytenantı K.Əliyev, polis polkovnik – leytenantı R.Abdullayev və bir çox başqa hüquq mühafizə və məhkəmə orqanlarında çalışan budatlar buduqlular xalqa və dövlətə,dövlətçiliyə sədaqətləri ilə fərqlənmişlər.
Buduq kəndin də vaxtı ilə 4 məscid fəaliyyət göstərmişdir, onlardan hazirda 1-i fəaliyyətdədir. Buduqlular Allaha, Peyğənbərə sədaqətlidirlər, axundları, əfəndiləri olmuşdur. Ağa əfəndi, Molla Hacı əmi, Molla Rəsul, Molla Seyidağa və bir çox başqalarını hörmətlə xatırlayırıq.
Buduq kəndi və buduqluların maddi və mədəni irsinin qorunması və müəyyən problemlərin aradan qaldırılması məqsədi ilə bir neçə il əvvəl “Buduq xeyriyyə cəmiyyəti təsis edilmişdi. Fəaliyyət göstərdiyi az zaman müddətində xeyriyyə cəmiyyətinin xətti ilə əlaçı şagirdlərə pul mükafatları, məktəblilərə geyim və dərs ləvazimatlarınin verilməsi təşgil olunmuş, “Qaçaq Mayıl” mükafatı təsis edilmişdi. Cəmiyyətin xətti ilə “Babadağ” qəzeti dövlət qeydiyyatindan keçərək çap olunurdu. Hazırda xeyriyyə cəmiyyəti və qəzet öz fəaliyyətini maliyyə problemləri ilə bağlı dayandırmişdır. Bu işdə xidmətləri olan Rafiq və Eldar Abdullayev qardaşları bu gün də mütərəqqi fikir və gördükləri işlərlə bizlərə yardımçıdırlar.
Bir neçə kəlimə də Qaçaq Mayıl haqqında: Qaçaq Mayıl uşaq vaxtı ailəsi ilə birlikdə 19 cu əsrin 30 cu illərində Buduq kəndindən Qonaqkənd rayonunun Xaşı kəndinə ,oradan da Qonaqkənd kəndində məskunlaşmışlar. Sonradan “Qaçaq Mayıl hərəkatı”-ı kimi tanınan mübarizədə xalq arasında böyük hörmətə və nüfuza sahib olmuşdur.
Tarix elmləri doktoru, ustad şair, divanşünas Şahin Fazil demişdir:

Atamın kəndi o Qəçrəş ,anamın kəndi Buduq,

Versələr istəmərəm Gəncəni, Dərbəndi mənə.

Gəzmişəm çox yeri dərviş sayağı,ey Şahin,
Ən nəhayətdə Buduq torpağı məskəndi mənə.

Əziz Budatlar-Buduqlular! Sizi Budatlar.com saytının fəaliyyətə başlaması münasibəti ilə təbrik edirəm,bu saytın açılmasında xüsusi xidmətləri olmuş R.Abdullayevə, E.Abdullayevə, E.Kərimova və Ülvi Rafiq oğluna öz təşəkkürümü bildirirəm. Sonda bir şerimlə sizi salamlayıram.

Həsrətim dağ cəkir,güman yerinə.
Tələsir uçmağa ümman yerinə.
Baxıram zirvədə duran yerinə,
Qartallar qıy vurur dayan,kim ola?

Bax örüs yerinə sırada Cafdı
Bax yürüş yerinə sağlamdı,safdı,
Bir adı Babadağ,bir adı Qafdı,
Haylayan kim ola,hayan kim ola?

Bir-bir,iki-iki köçüb getdilər,
Diz çöküb torpağa öpüb getdilər.
Ömrün karvanını çəkib getdilər,
Qaytarıb yoluna qoyan kim ola?

Şehli yamaclarda günüm,ayım hey,
Daşda çiçəkləyən ömür payım hey,
“Can Qardaş” harayım,“Nənəvayım” hey
“Kəllə qoparana” qıyan kim olla?

Təngədə tən oldum,Kerç də yoruldum,
Endim Qara çaya çimdim,duruldum..
Mən də bir zamanlar sənə oğuldum,
Baba dağ,bal tutan balan kim ola?

Murada çatmağa içdim suyundan,
Keçdim cığırından,keçdim yolundan,
Gözümə nur gəldi sənin nurundan,
Şam kimi əriyib yanan kim ola?

Pir Əbdül Məhəmməd,Kərəmdi babam,
İçib kövsərindən doyunca yatam,
Anam harda qaldı?Hardadır atam?
Bu yanım oyandı,O yan kim ola?

Anamın laylası bayatım mənim,
Yerdə qiyamətim göy taxtım mənim,
Öz elim,elatim paytaxtım mənim,
Doymadım üzündən doyan kim ola?

Bir səhər yurduma qayıda bilsəm,
Fələyin çarxını döndərə bilsəm,
Təkcə ürəyimi göndərə bilsəm,
Göylərdən endirib alan kim ola?

Daşlara züy tutub çaldıran da mən ,
Daşı daş üstünə qaldıran da mən,
Bu daş inadları sındıran da mən,
Dağları,daşları sayan kim ola?

Öz Dərbənd yolum var,öz Şirvan yolum,
Yenisey bir qolum,Orxon bir qolum,
Sonun başlanğıcı,ölüm ya olum.
Döyür qapımızı boylan kim ola?

İç bulaq suyundan dadım, bu daddı,
Coratdı,Bayatdı,andım Xudatdı,
Mən Nirun türküyəm, adım Budatdı,
Başqa birisinə, uyan kim ola?

Nə əcəm oğluyam,nə yad oğluyam,
Bir az dəliqanlı,bir az buğluyam…
Budatlar, mən sizin Budatoğluyam,
Sizi haraylayan başqa kim ola ?

Hazırladı: Cəlaləddin Budadoğlu, Emin Kərimov.

Buduq ve buduqlular kitab

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Buduq və buduqlular

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Buduq ve buduqlular kitab

Buduq və buduqlular

Buduqlularla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlular barədə XVIII və XIX əsrin əvvəllərində verilmiş Quba xanlarının � Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir. A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində Buduq və buduqlularla bağlı müəyyən yer verilib. XVIII əsrdə Buduq eyni adlı mahalın mərkəzi olub.

Tarix elmləri doktoru, professor Vaqif Buduqlu-Piriyev �Buduq və buduqlular� adlı kitab yazıb. Kitab 1994-cü ildə “Sabah” nəşriyyatında çap olunub. Kitabda Azərbaycanın qədim yaşayış məskənlərindən biri � Quba rayonunun Buduq kəndi və onun sakinləri barədə elmi araşdırmalar əksini tapıb. Burada Buduq kəndinin tarixi, buduqluların etnik mənsubiyyətləri, bugünü və keçmişi, buduq dilinin öyrənilməsi səviyyəsi, Buduğa aid tarixi sənədlər və materiallar, maraqlı söhbətlər, rəvayətlər verilir.

Buduq kəndində buduq dilində danışan buduqlular yaşayır. Buduqluların mədəniyyətləri də dilləri kimi qrızlıların mədəniyyətnə çox yaxındır. Əldə olan məlumata görə, Buduq kəndinin əsası Qafqaz Albaniyası dövründə qoyulub. Əhalinin Sasani qoşunlarının qəfil basqınlarından qorunması üçün kənd çətin keçilən yerdə salınıb. Buduqlular yolların keçilməsinin yalnız yay mövsümündə mümkün olduğu ərazidə məskən salıblar. Kəndin yaxınlığında yerləşən Küləxana və Əmbərə dağında olan mağaralar burada qədim sakinlərin mövcud olmasından xəbər verir. �Buduq� sözü qədim türk dillərində �dəliqanlı, hirsli� mənasını verir. Buduqlular isə özlərini �budad� adlandırırlar.

Buduqlulara dair əldə olunan ilk tarixi məlumat Xlll əsrin sonu XlV əsrin əvvəllərində yaşamış Fəzlullah Rəşidəddinin �Came ət-təvarix� (�Tarixlərin toplusu�) əsərində verilib. Müəllif öz əsərində qeyd edir ki, bu qəbilə Tumbine xanın 5-ci oğlu Bat-Kulkinin nəslindən şaxələnib. Buduqlular tarixən nəsillərə – böyük və ya kiçik ailə birliklərinə bölünüblər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Kəndin qəbirstanlığında hər bir nəslin öz yeri olub.

Buduq və buduqlularla bağlı saytda oxuyuruq: �Buduq Azərbaycanın ən qədim kəndlərindən biridir. İlk ibtidai insanların yaşadığı ehtimal edilən mağaralar, mürəkkəb relyef xüsusiyyətlərinə malik keçilməz dağlar, təbiətin füsünkar mənzərələri insanı valeh edir. Babadağdan, Qırxbulaqdan axan sular Qaraçayda birləşib, lal və sükutla bizə baxan pir Əbdülməhəmmədə, Keçili dağına ,Ənbərəyə layla çalır, suların şırıltısı dağ şəlalələrinə qarışıb Sənəm yaylağından Çərəkə düzünədək yayılır.

Buduq və buduqlular haqqında bir çox alimlər, tarixçilər, etnoqraflar, dilçilər fikir söyləyib, məqalələr dərc edib, kitablar yazıblar. Ancaq bütün deyilənlər ehtimallar üzərində qurulduğu üçün Buduqun tarixi, buduqluların kimliyi və soykökləri barədə elmi dəqiqləşdirmələr aparılmayıb. Yalnız 13-14-cü əsrlərin görkəmli tarixçisi, mənbəşünası, dövlət xadimi Fəzlullah Rəşidəddin İbn Həmədani özünün �Camə ət-təvarix� (�Tarixlərin toplusu�) kitabında Buduğun tarixinə və soykökünə işıq sala biləcək məlumat verib. Bu məlumat buduqluların kimliyinin və soyköklərinin öyrənilməsində açar rolunu oynaya bilər. Məlumdur ki, buduqlular özlərini öz dillərində �budat� adlandırırlar, bir-birləri ilə ünsiyyətdə olarkən �vin budati� deyə soruşurlar. Maraqlıdır ki, F.Rəşidəddin öz əsərlərində budat qəbiləsinin mövcudluğu barədə xəbər verir. �Camə ət-təvarix� kitabının 98 və 193-cü səhifələrində yazır: �Budat qəbiləsi, bu qəbilə Tumbinə xanın 5-ci oğlu Bat-Kulkinin nəslindən şaxələnib. Çingiz xanın dövründə onların başçısı Urud və ya Uruday idi. Çingiz xan Tayçuit qəbiləsi ilə vuruşduğu vaxt onlar – budatlar onunla ( Çingiz xanla) müttəfiq idilər və onun qoşununda birləşmişdilər, onlardan (budatlardan) çoxlu əmirlər olmuş və vardır. Lakin hazırda adları məlum deyil�. Rəşidəddin köçəri türk xalqlarının təsnifatını verərkən budatları �Qədim vaxtlarda moğol ləqəbi daşıyan türk qəbilələrindən �Nirun türkləri� sırasına daxil edib. Göründüyü kimi, burada əlavə şərhə ehtiyac yoxdur, ən azından böyük tarixçi alimin şəxsiyyətinə və məlumatına hörmətlə yanaşılmalıdır�.

Sonralar Buduq kəndi mahal mərkəzinə çevrilir: �Buduq bəyləri Quba qəzasının içtimai həyatında mühüm rol oynayırdılar. Buduq bəylərinin sonuncu nümayəndəsi Soltan bəy Abadan bəy oğlu olub. Bu cüssəli, üzündən-gözündən nur tökülən bəyimizi mən uşaq vaxtı görmüşdüm. O, həqiqətən də oturuşu-duruşu ilə el ağsaqqalı idi. 1833-cü ildə Buduq mahalına 19 kənd birləşdirilmişdi. Mahal mərkəzi kimi inzibati idarəetmə, mədəniyyət mərkəzi kimi inkişafda idi. XX əsrin 60-cı illərərinə kimi keçmiş Qonaqkənd rayonunun tərkibində olan Buduq və s. kəndlərdə həyat qaynayırdı, əkinçilik və maldarlıq, qoyunçuluq geniş vüsət almışdı. N.S.Xurşovun yarıtmaz siyasəti ilə Qonaqkənd rayonu ləğv edildi, əkin sahələri sıradan çıxdı, kəndlər boşaldı, o cümlədən buduqluların aran torpaqlara axını başladı. Hazırda budatlar-buduqlular Azərbaycanımızın çox yerində – ən çoxu Quba, Xaçmaz, Şabran, Qusar və Siyəzən rayonlarında, Dağıstanda və Rusiyanın müxtəlif yerlərində yaşayırlar.

Quba rayonunda Bağbanlı, Barlı, Nərimanabad, Dəlləkli, Vladimirovka, Vəlvələ, Qəcərzeyid, Amsar, Qışlaq və s. kəndlərində, Xaçmaz rayonunun Arzu kənd, Hacıəlibəy, Ağyazı, Barisbol, Yergüc, Suxtakələ kəndlərində daha kompakt yaşayırlar. Qusarın Balaqusar, Həsənqala, Şabran və Siyəzən şəhər və kəndlərində buduqlu ailələr var. Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Qaxın Qum kəndində, Göyçayda, İsmayıllıda, Qəbələdə və Şəkidə buduqluların yaşadıqları barədə məlumatlar var�.

Buduq kəndində vaxtilə 500 ev və kəndli təsərüffatı mövcud idi: �Orta məktəb, klub, kitabxana, poçt-rabitə, feldşer-mama məntəqəsi və hətta ətraf kəndlərdən məktəbə gələn uşaqlar üçün internat da təşkil olunmuşdu. Rayonda buduqlu müəllimlər daha çox idilər, ətraf kəndlərdə dərs keçirdilər. Ömürlərini xalqın övladlarının təhsilinə və tərbiyəsinə həsr etmiş belə müəllimlərdən bəzilərini xatırlamaq yerinə düşər. Bu gün həyatdan getmiş buduqlu müəllimlərdən Ramazan Bahadirovu, Nurulla Məmmədovu, Bəylər Abdullayevi, Şərafəddin Bahadurovu, Əbubəkir Ağayevi, Zalı Əliyevi, Həmdulla Əhmədovu, Şabran rayonunda təhsil şöbəsinə başçılıq etmiş rayon ağsaqqalı Teyfur Adayevi, Quba şəhərində buduqlu Müsənnif müəllimi, buduqlu Əhməd müəllimi, Xaçmaz rayonunda buduqlu Hüseyn müəllimi, Qiyasəddin müəllimi, Feyzulla müəllimi, Şahlar müəllimi, vaxtilə Kuba respublikasında tərcüməçi işləmiş Sabir müəllimi və bir çox başqalarını göstərmək olar.

Böyük Vətən müharibəsində iştirak etmiş, Taqanroq və 223-cü atıcı diviziya qəhrəmanlarını necə unutmaq olar? Canı-qanı ilə azərbaycanlı qardaşları ilə birgə buduqlular Ukraynada, Kerçdə, Terek çayı sahillərində döyüşlərdə həlak olub, hətta Almaniyaya – Berlinə kimi gedib çıxmışdılar. Onlardan biri Beybut Hidayət oğlu Əhmədov bir çox orden və medallara layiq görülüb, müharibə bitdikdən bir neçə il sonra da Berlin komendantlığında çalışıb�.

1940-50 ci illərdən başlayaraq buduqlular yavaş-yavaş aran kəndlərə köç etməyə başlayırlar: �Buna səbəb əhalinin sıxlığı, yol və s. çətinliklərlə bağlı idi. Kənddə 100-dən çox əqrəba, nəsil var idi ki, onların hər birinin ayrıca qəbirsanlıqları bu gün də qalmaqdadır. Buduq kəndində, Qazmalarda, Dağüstü və Yalavanc kəndlərində 150-yə yaxın ailə məskunlaşıb ki, onlar buduq dilində danışa bilirlər.

Dəliqaya kəndi də Buduqluların yaşadığı dağ kəndidir, orada da 30-dan çox buduqlu ailəsi məskunlaşıb�.

Buduqluların tarixi haqqında tarix elmləri doktoru Vaqif Piriyev �Buduqlar� adlı məqaləsində yazır: �Buduqlular əsasən Qubanın 64 kilometr cənub-qərbində, Qaraçayın sol sahilindən 2 kilometr aralıda, Böyük Qafqaz dağ silsiləsi yamacında, Babadağın yaxınlığında yerləşən Buduq kəndində yaşayırlar. 1990-cı illərin məlumatına görə, Buduq kənd sovetliyinin tabeliyində olan üç kənddə – Buduq, Yalavanc və Dağüstüdə 780 nəfər buduqlu yaşayıb. Buduqluların etnik mənsubiyyəti haqqında müxtəlif fikirlər mövcuddur. Məsələn, onların ləzgilərlə yaxın qohumluq əlaqələlərinin olmaması (M.H.Baharlı), onların Şəki-Zaqatala zonasından köçüb gəlmələri və ya alban diyarı olan Beddən (Q.Qeybullayev), eləcə də Herodotun fərziyyələrinə görə budiyalarla yaxınlığı, Fəzlullah Rəşidəddinə görə isə budat tayfalarına aid olmaları barədə (V.Piriyev) müxtəlif fikirlər var. Bu mövzu ilə bağlı geniş tədqiqat işlərinin aparılması vacibdir. Bunu da qeyd etmək lazımdır ki, buduqluların Qafqaz Albaniyası tayfalarına aidiyyəti şəksizdir�.

Buduqluların keçmişi haqda məşhur tarixçi və səyyahların əsərlərində, eyni zamanda Azərbaycan tarixinin müxtəlif səhifələrində məlumatlar az deyil. Məlumatların birində bildirilir ki, Buduq kəndinin əsası Qafqaz Albaniyası zamanı qoyulub. Buduq kəndi meşəsiz ərazidə qərar tutur. Bəzi tədqiqatçılar �buduq� sözünü �dik yerdə həyat� və ya �təpədə həyat� kimi də mənalandırırlar. Buduqluların öz dilləri var, �budadi-mez� adlandırırlar. Bu dilin əlifbası olmayıb, dil yalnız şifahi şəkildə yayılıb. Bu dildə boğaz səslərinin çox olması onun latın əlifbası ilə yazılışına o qədər də imkan vermir. Ancaq son illər buduqlu tədqiqatçıların əməyi nəticəsində �budadi-mez�in əlifbasının ilkin versiyası və dilin lüğəti hazırlanıb. Buduq dilində olan bəzi sözlərin tərcüməsi: mez-dil, didə-ana, ada-ata, şid-qardaş, şidr-bacı, memen-qonaq və s.

Buduqlu ailədə böyüyə hörmət çox vacibdir. Buduqlu ailələri əsasən çoxuşaqlı olur. Buduqlular qonaqpərvərdirlər. Buduqda evlər digər dağ kəndlərinə bənzər formada, yonulmuş daşdan inşa edilir. Hamar ərazi demək olar, olmadığından evlər bir-birinə yaxın tikilir. Hətta bəzi yerlərdə bir evin damından o biri evin damına keçmək mümkündür. Otaqlar xalça-palazla bəzədilir. Bu, payız-qış aylarında evlərin daha isti və rahat olmasına şərait yaradır. Buduqlular əsasən heyvandarlıq və qismən də əkinçiliklə, bostaçılıqla məşğul olurlar.

Xalq Cəbhəsi.- 2016.- 3 mart.- S.13.

Comments are closed, but trackbacks and pingbacks are open.