Press "Enter" to skip to content

Əbülfəz rəcəbli dilçilik tarixi

Bütün bunlarla yanaşı , Əbülfəz Rəcəbli Azərbaycan dilçiliyi tarixində bəlkə də daha çox nəzəri dilçiliyin görkəmli nümayəndəsi kimi qalacaq , çünki ömrünün son 55 ilinə yaxın bir dövrünü Bakı Dövlət Universitetinin ” Ümumi dilçilik ” kafedrasında elmi və pedaqoji fəaliyyətdə keçirib .

Əbülfəz Rəcəbli

Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Əbülfəz Rəcəbli (tam adı: Əbülfəz Əjdər oğlu Rəcəbli) — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor; Əməkdar müəllim.

Əbülfəz Rəcəbli
Əbülfəz Əjdər oğlu Rəcəbli
Əbülfəz Rəcəbli BDU Filologiya, Ümumi dilçilik kafedrasında
Doğum tarixi 6 may 1936 (86 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ →
Azərbaycan
Elm sahələri türkologiya, Ümumi dilçilik
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi yaradıcılığı
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Əbülfəz Əjdər oğlu Rəcəbli 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə isə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. 1985-ci ildə isə Markizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1959-1963-cü illərdə nəşriyyatlarda əvvəlcə korrektor, sonra redaktor işləmişdir.

1963-cü ildə BDU-nun aspiranturasına daxil olmuş və Qırğızıstan EA-ya ezam edilmişdir. 1967-ci ilin dekabrında “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda namizədlik, 1978-ci ilin martında “Orxon-Yenisey abidələri dilində felyaratma” mövzusunda doktorluq dissertasiya müdafiə etmişdir. 1990-cu ildə Orxon-Yenisey abidələri üzrə Almatıda I və 2000-ci ildə İstambulda II beynəlxalq kollekviumda iştirak etmişdir. 46 kitabın və 200-ə qədər məqalənin müəllifidir.

1967-ci ildən Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasında çalışır.

Elmi yaradıcılığı Redaktə

Ə.Ə.Rəcəbli elmi yaradıcılığa gec başlamışdır. Namizədlik dissertasiyası Orxon-Yenisey abidələrinin morfologiyasına həsr olunmuşdur. Doktorluq işində Ə.Rəcəbli bu mövzunu daha genişləndirərək və dərinləşdirərək Orxon-Yenisey abidələri dilin feliyaratma problemi araşdırmış, keçmiş SSRİ türkoloqlarının dərin rəğbətini qazanmış bir elmi tədqiqat əsəri ərsəyə gətirməyə nail olmuşdur. Doktorluq dissertasiyasını yazıb bitirdikdən altı il sonra Alma-Atada müdafiə etmişdir.

Prof.Ə.Rəcəbli poliqlot dilçidir. O, bir çox dilləri bilir və elmi araşdırmalarında onlardan səmərəli şəkildə, bacarıqla istifadə edir. Onun elmi maraq dairəsi genişdir. Dilçiliyin bir çox sahələrində dərin məzmunlu, böyük elmi əhəmiyyəti olan araşdırmalar aparmış və aparmaqdadır: ümumi (nəzəri) dilçilik, Azərbaycan, ingilis və talış dillərinin tədqiqi, qədim türk yazısı abidələrinin dili, türkologiya, struktur dilçilik, sosiolinqvistika, tarix, ölkəşünaslıq, beynəlxalq münasibətlər, xarici ədəbiyyat leksikoqrafiya və s.

AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov müəllimi Ə.Rəcəblinin bu fenomenal məhsuldarlığını vurğulayaraq yazır: “Bakı Dövlət Universitetində türk xalqlarının dili, tarixi və ədəbiyyatı, ən azı üç kafedrada öyrənilir. Professor Əbülfəz Rəcəblinin türkologiya üçün gördüyü işlərin miqyası isə onu, obrazlı desək, təkbaşına, dördüncü kafedra saymağa hər cür əsas verir”.

Prof. Ə.Rəcəbli hər şeydən əvvəl türkoloq dilçidir. Məlum olduğu kimi, onun namizədlik və doktorluq dissertasiyaları türk xalqlarının müştərək abidəsi olan Orxon-Yenisey kitabələrinin dilinə həsr olunmuşdur. Bu mövzuda onun “Orxon-Yenisey abidələri dilində felin məna növləri” (1982), “Orxon-Yenisey abidələri dilində felin tərzləri” (1988), “Orxon-Yenisey abidələri” (1993) və “Uyğurlar” (1996) adlı kitabları, 50-dən çox məqaləsi nəşr edilmişdir. O, son zamanlar bu problemlə daha ciddi məşğul olur. Son illərdə onun qədim türk xalqlarının dili və tarixinin araşdırılmasına həsr edilmiş altı sanballı kitabı – “Qədim türkcə-azərbaycanca lüğət” (2001), “Göytürk dilinin fonetikası” (2004), “Göytürk dilinin morfologiyası” (2002), “Göytürk dilinin sintaksisi” (2003) və “Ulu türklər” (2003) adlı əsərləri çapdan çıxmışdır.

Müəllif türkoloji ədəbiyyatda dərin kök salmış run/runik abidə, run/runik əlifba terminlərinin işlədilməsinə qarşı çıxır, bu terminlərin əvəzinə göytürk abidələri, göytürk əlifbası terminlərinin işlədilməsini təklif edir. Sonra müəllif göytürk yazısı abidələrinin araşdırılması tarixini nəzərdən keçirir. Ə.Rəcəbli göytürk əlifbası ilə yazılmış kitabələrin lokallaşdırılması məsələlərinə toxunur və S.Q.Klyaştornının ardınca bu abidələri belə lokallaşdırır: 1) Orxon kitabələri, 2) Yenisey kitabələri, 3) Şərqi Türküstan kitabələri, 4) Orta Asiya kitabələri və 5) başqa areallarının abidələri.

İstinadlar Redaktə

  1. Mahmudov M. Professor Ə.Rəcəbli fenomeni və ya öz oduna əriyən şam. Bakı, Nurlan, 33 s.
  2. Yeni Azərbaycan qəzeti. 04.03.2004.
  3. Azərbaycan qəzeti. 1 noyabr 2009.
  4. Dilimiz-narahatçılığımız. (S.Nəriminin M.Adilov, K.Əliyev, Ə.Cavadov və Ə.Rəcəbovla müsahibəsi). Zəka, 1993, № 1-2.

Əbülfəz rəcəbli dilçilik tarixi

Dilçilik elmimizin ustad nümayəndəsi

Deyirlər, insanın adı ilə onun taleyi üst-üstə düşür. Bəzi insanların adları ilə talelərinə baxdıqda bir anlıq bunun həqiqətən belə olduğunu düşünürsən . Belə unikal hallardan biri də Əbülfəz Rəcəbliyə aiddir .

İlk baxışda çox sərt xarakterli bir insan təəssüratı bağışlayan Əbülfəz müəllimi yaxından tanıdıqca onun necə tələbkar , amma bir o qədər də mülayim bir insan olduğunu anlayırsan . Bu tələbkarlıq isə ilk növbədə Əbülfəz müəllimin özünə qarşı hiss olunur . Son illər yazdığı onlarla monoqrafiyaya baxdıqda onun özünə qarşı necə tələbkar olduğuna bir daha şahidlik edirsən . Dilçiliyin ən müxtəlif və ən çətin sahələrinə həsr olunmuş bu monoqrafiyaları nəzərdən keçirdikcə Əbülfəz müəllimdə elmə yeni gələn enerjili bir gənc ruhu olduğu duyulur .

1967-ci ildən bu günə qədər ömrünün 55 ilə yaxın bir dövrünü Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasına həsr edib və bu zaman kəsiyində 50-dən artıq monoqrafiya , 200-dən artıq elmi məqalə yazıb . Bu isə ilə bir monoqrafiyadan artıq deməkdir və bəlkə də dünya elm tarixinə , ” Ginnesin rekordlar kitabı” na düşə biləcək fenomenal bir hadisədir .

Əbülfəz müəllim müxtəlif dillərdə və müxtəlif dillərə aid əsərlərin müəllifidir . Məlumdur ki , ikidillilik əksər hallarda birtərəfli olur , yəni dillərdən biri dominantlıq qazanır . Lakin Əbülfəz müəllimdə bu , belə deyil . O, həm də bildiyi dillərdə monoqrafiya yaza biləcək qədər sərbəst danışa və yaza bilir . Bu isə dünyada çox nadir hallarda rast gəlinən hadisələrdəndir . Əminik ki , onun yaradıcılığı gələcəkdə ayrıca tədqiqat mövzusu olacaq və bir fenomen kimi onun dilçilik fəaliyyəti öyrəniləcək . Necə ki , onun öz rəhbərliyi ilə Azərbaycan dilçilərinə artıq bir neçə elmi iş həsr olunub , özü isə ” Azərbaycan dilçiliyi ” adlı iri həcmli monoqrafiya hazırlayıb .

Professor Əbülfəz Rəcəbli hər şeydən əvvəl türkoloq alimdir . Çünki alimin həm namizədlik , həm də doktorluq dissertasiyası qədim türk yazılı abidələrinin tədqiqinə həsr olunub . Bu tədqiqatdan sonra da onun ” Göytürk dilinin fonetikası “, ” Göytürk dilinin leksikası “, ” Göytürk dilinin morfologiyası ” və ” Göytürk dilinin sintaksisi ” adlı fundamental monoqrafiyaları çap edilib . Bu monoqrafiyalarla yanaşı , Əbülfəz müəllimin ” Orxon-Yenisey abidələri dilində feilyaratma “, ” Orxon-Yenisey abidələrində feilin məna növləri “, ” Orxon-Yenisey abidələri dilində feilin tərzləri ” və digər əsərləri də onun türkologiya sahəsində yazdığı fundamental monoqrafiyalardır .

Bütün bunlarla yanaşı , Əbülfəz Rəcəbli Azərbaycan dilçiliyi tarixində bəlkə də daha çox nəzəri dilçiliyin görkəmli nümayəndəsi kimi qalacaq , çünki ömrünün son 55 ilinə yaxın bir dövrünü Bakı Dövlət Universitetinin ” Ümumi dilçilik ” kafedrasında elmi və pedaqoji fəaliyyətdə keçirib .

Alim bu sahədə ” Dilçilik tarixi ” kitabı ilə yanaşı , dünya dilçiliyinin təməl prinsiplərini müəyyənləşdirən alimlər barədə ayrıca monoqrafiyalar da yazıb . Onun “Ferdinand de Sössürün dilçilik görüşləri “, ” Vilhelm fon Humboldt – ümumi dilçiliyin banisi kimi “, ” Uilyam Duayt Uitni – linqvist kimi ” adlı irihəcmli monoqrafiyaları bu qəbildəndir . Alim eyni zamanda , Vilhelm fon Humboldtun ” Bəşər dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin mənəvi inkişafında rolu ” əsərini də dilimizə tərcümə edib .

Ə.Rəcəblinin müasir dilçiliyin əsas cərəyanlarına həsr edilən ” Struktur dilçilik “, ” Sosiolinqvistika “, “London struktur dilçilik məktəbi “, ” Deskriptiv dilçilikdə fonologiya və qrammatika problemləri ” və ” Dilin struktur səviyyələri ” adlı əsərləri dilçilyimiz üçün hadisə sayıla biləcək elmi işlərdir .

Onun dilçiliyin müxtəlif sahələrinə həsr etdiyi monoqrafiyalar da maraq doğurur . Alimin ” Tipoloji dilçilik “, ” Universalilər dilçiliyi ” və ” İnterferensiya ” adlı monoqrafiyaları müasir dilçiliyin əsas problemlərinə , ” Dil , şüur , cəmiyyət , tarix “, ” Nəzəri dilçilik ” və”Dilçilik metodları ” adlı monoqrafiyaları isə dilin nəzəri problemlərinə həsr edilib .

Alimin ” Ulu türklər ” kitabı türk xalqlarının , ” Uyğurlar ” isə uyğur xalqının tarixini araşdırmaq baxımından əvəzsiz mənbə hesab olunur . ” Frankodan sonra İspaniyanın xarici siyasəti ” kitabında ispan hökumətinin 1975-1985-ci illər arasında xarici siyasəti təhlil edilir . ” S.Vurğunun ” Komsomol poeması”nın ilkin variantı ” kitabında və ” M.F.Axundovun dramaturgiyası “, ” M.F.Axundovun fəlsəfi görüşləri “, ” Böyük gülüş ustası ” və sair məqalələrində Azərbaycan ədəbiyyatı məsələləri , T.Drayzer və onun ” Amerika faciəsi ” romanı ” kitabı və ” Amerikanın mütərəqqi yazıçısı “, “Madam Bovari”nin müəllifi ” adlı məqalələrində xarici ölkə ədəbiyyatı məsələləri , ” Linqvistik ölkəşünaslığın əsasları ” kitabı və ” İngilis dilində önlüklərin omonimliyi “, ” Müasir ingilis dili önlükləri haqqında bəzi qeydlər ” məqalələrində isə ingilis dili , o cümlədən , ingilisdilli ölkəşünaslıq məsələləri təhlil edilir .

Alimin ” Məktəblinin talışca – azərbaycanca lüğəti “, ” Talış dilinin orfoqrafiya lüğəti “, ” Talışlar və talış dili “, ” Talış dilinin fonetikası ” və Ə.Əliyevlə birgə yazdığı IV siniflər üçün ” Talış dili ” dərslikləri vardır .

Bu günlərdə 85 yaşı tamam olan professor Əbülfəz Rəcəbli , heç şübhəsiz , öz adını Azərbaycan elm tarixinə qızıl hərflərlə yazdırmış görkəmli alim , böyük ustad və ən əsası , tələbələrinin xatirələrində daim yaşayacaq əziz müəllim , gözəl ailə başçısıdır . Professor Əbülfəz Rəcəblini bu yubiley münasibəti ilə təbrik edir , ona cansağlığı və uzun ömür arzulayırıq .

Rasim HEYDƏROV

Filologiya üzrə fəlsəfə doktoru , dosen

525-ci qəzet.- 2021.- 6 may.- S.12.

Əbülfəz rəcəbli dilçilik tarixi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Qədim türk yazısı abidələrinin dili: I hissə

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.