Press "Enter" to skip to content

Orta əsrlər ədəbiyyatı – Variasiyalar – Nizaməddin ŞƏMSİZADƏ

Təfsilata varmadan belə bir sual vermək məcburiyyətindəyik: N.Şəmsizadənin �Ədəbiyyat nəzəriyyəsi� dərsliyi hansı məxsusi xüsusiyyətləri ilə seçilir? Bu sualın özündən də bir neçə sual doğur: müəllif müstəqillik dövrünün ab-havasını dərslikdə hiss etdirirmi, özünün qeyd etdiyi �marksist metodologiyası əsasında yazılan�, �rus sovet alimlərinin konsepsiyalarına istinadən� qələmə alınan dərslikləri inkar mövqeyində hansı mülahizələri ilə diqqəti cəlb edir, yaxud bu vaxta qədər əvvəlki dərsliklərdə işlənməyən, lakin müasir dövr üçün son dərəcə zəruri olan mövzulara müraciət olunubmu?

Nizaməddin şəmsizadə ədəbiyyat nəzəriyyəsi

�Ədəbiyyat nəzəriyyəsi�

Nizaməddin Şəmsizadənin kitabı haqqında qeydlər

Azərbaycanda ilk ədəbiyyat nəzəriyyəsi dərsliklərinin çap olunmasından əlli dörd il keçir. Bu sahədə ilk mogikan professor Mikayıl Rəfili olub. �Ədəbiyyat nəzəriyyəsinə giriş� (1958) dərsliyindən az sonra başqa bir professorun � Cəfər Xəndanın �Ədəbiyyat nəzəriyyəsi� kitabı da işıq üzü gördü. Bu iki kitab arasında fərq orasında idi ki, birincisi ali məktəblər, ikincisi isə orta məktəblər üçün nəzərdə tutulmuşdu. Səviyyə fərqini də elə bu nöqtədə axtarmaq lazımdır. Doğrudan da, etiraf etmək lazımdır ki, Mikayıl Rəfilinin dərsliyi üstündən yarım əsrdən artıq bir zaman keçməsinə baxmayaraq, tutiya timsalındadır. İndi heç Axundov kitabxanasına da müraciət etsən, həmin dərsliyi tapmaq müşgül məsələ olacaq.

Ədəbiyyat nəzəriyyəsi dərsliklərinin ikinci mərhələsi görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlalla professor Pənah Xəlilovun birgə yazdıqları �Ədəbiyyatşünaslığın əsasları� (1972) kitabıyla başlayır. Etiraf etmək gərəkdir ki, bu dərslikdən uzun müddət (elə indinin özündə də) ali məktəblərin filologiya fakültələrində həmin profil üzrə ən əsas vəsait kimi istifadə olunmuşdur. Daha sonrakı illərdə həm M.Rəfilinin və C.Xəndanın, həm də M.Cəlalla P.Xəlilovun birgə yazdıqları ədəbiyyat nəzəriyyəsi dərsliklərinin təsiri ilə Şəmistan Mikayılovun �Ədəbiyyat nəzəriyyəsi� (1981), Abbas Hacıyevin �Ədəbiyyat nəzəriyyəsi� (1996), Rafiq Yusifoğlunun �Ədəbiyyatşünaslığın əsasları� (2001), Xalid Əlimirzəyevin �Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları� (2008), Rəhim Əliyevin �Ədəbiyyat nəzəriyyəsi� (2008), Vüqar Əhmədin �Ədəbiyyatşünaslıq� (2008), Nazif Qəhrəmanlının �Ədəbiyyat nəzəriyyəsi� (2008), Məmməd Əliyevin �Ədəbiyyat nəzəriyyəsinin əsasları� (2009) dərslikləri nəşr edildi. Çox təəssüf ki, adları çəkilən bu dərsliklərin heç biri M.Rəfilinin, M.Cəlalın və P.Xəlilovun ədəbiyyat nəzəriyyəsi dərslikləri ilə müqayisədə elə bir uğur qazanmamışlar. Bəzi istisnalar nəzərə alınmazsa, 1981-ci ildən bu yana yazılan dərsliklər təxminən eyni sxem əsasında qurulmuşdur. Bu dərsliklər professor Nizaməddin Şəmsizadənin doğru qeyd etdiyi kimi: �Marksist metodologiya əsasında yazılıb; rus sovet alimlərinin konsepsiyalarına istinadən yazılıb; əsasən Avropa mütəfəkkirləri ön plana çəkilib; Şərq, xüsusilə orta əsrlər Azərbaycan ədəbi-nəzəri fikri, poetika kitabları və estetika risalələri nəzərə alınmayıb; ədəbiyyat nəzəriyyəsini elmi sistem kimi şərtləndirən terminologiya əhatə olunmayıb�.

İndi haqqında söz açacağım �Ədəbiyyat nəzəriyyəsi� dərsliyinin müəllifi də Nizaməddin Şəmsizadədir və deyim ki, belə bir dərsliyi yazmaq, nəşr etmək arzusu onda çoxdan yaranmışdı. Bir tədqiqatçı kimi N.Şəmsizadənin elmi-nəzəri səviyyəsi onun məqalə və çıxışlarında, müxtəlif illərdə çap etdirdiyi monoqrafiyalarda aydın nəzərə çarpır. N.Şəmsizadə o ədəbiyyatşünaslardandır ki, K.Talıbzadə və Y.Qarayev kimi görkəmli tənqidçilərin məktəbində dərs almışdır. K.Talıbzadədən klassik tənqidin, Y.Qarayevdən isə müasir, fəlsəfi tənqidin əsaslarını mənimsəyən, həm də ustadlarını təqlid yox, onların fikir və düşüncələrini özünəməxsus şəkildə davam və inkişaf etdirən N.Şəmsizadə nəticə etibarilə nəzəriyyəçi alim kimi elmdə mötəbər sözünü deməliydi.

Təfsilata varmadan belə bir sual vermək məcburiyyətindəyik: N.Şəmsizadənin �Ədəbiyyat nəzəriyyəsi� dərsliyi hansı məxsusi xüsusiyyətləri ilə seçilir? Bu sualın özündən də bir neçə sual doğur: müəllif müstəqillik dövrünün ab-havasını dərslikdə hiss etdirirmi, özünün qeyd etdiyi �marksist metodologiyası əsasında yazılan�, �rus sovet alimlərinin konsepsiyalarına istinadən� qələmə alınan dərslikləri inkar mövqeyində hansı mülahizələri ilə diqqəti cəlb edir, yaxud bu vaxta qədər əvvəlki dərsliklərdə işlənməyən, lakin müasir dövr üçün son dərəcə zəruri olan mövzulara müraciət olunubmu?

Dərsliyin müasirliyi, ilk növbədə, məlum problemlərə, daha doğrusu, mövzulara yeni düşüncə tərzi ilə yanaşılmasında özünü göstərir. Nəzərə almaq lazımdır ki, ədəbiyyat nəzəriyyəsi dərsliyi öz oxucu auditoriyasına görə genişliyi ilə seçilir: müəllimlər, tələbələr, professional oxucular və s. Buna görə də müəllif mümkün qədər hamının başa düşəcəyi bir tərzdə oxucuları ilə ünsiyyət qurur. Bu ünsiyyət, ilk növbədə, müəllifin nə dərəcədə məlumatlı olmağıyla, tədqiq etdiyi predmeti hansı səviyyədə oxucuya mənimsətməsiylə bağlıdır. Dünya elmi-nəzəri fikri ilə tanış olmadan (həm Şərq, həm Qərb elmi-nəzəri fikri) ədəbiyyat nəzəriyyəsinin hər hansı problemini izah etmək çətin olardı. Məsələn, ədəbiyyat nəzəriyyəsi dərsliyində ədəbiyyatın mahiyyəti, daha doğrusu, ədəbiyyat nədir sualı birinci sırada durur. Elə bu sualın cavabını izah etmək üçün antik dövrdən üzü bəri ən mühüm məxəzlərə, fikir və mülahizələrə müraciət etmək və məsələyə aydınlıq gətirmək lazımdır. Elə həqiqət var ki, əsrlər keçməsinə baxmayaraq, öz məna və mahiyyətini dəyişmir, əksər hallarda etalon və ölçü olaraq qalır. Müəllif yazır: �Ədəbiyyat nəzəriyyələrində Aristoteldən tutmuş bu günə qədər, xüsusən də Sovet dönəmində bədii ədəbiyyat həyat həqiqətini obrazlarla əks etdirən söz sənəti kimi izah olunub�. Bundan sonra, ayrı-ayrı ədəbiyyat nəzəriyyəsi dərsliklərindən gətirilən misallar əslində �bədii ədəbiyyat həyat həqiqətini obrazlarla əks etdirən söz sənətidir� tərifinin çalarlarıdır. Ədəbiyyat sənət növlərindən biridir. O, həyatı bədii surətlərlə əks etdirir: Bədii ədəbiyyat insan şüuru və idrakının şəkillərindən biridir� (M.Rəfili). �Bədii ədəbiyyatın başqa məfkurələrdən ayrılan əsas cəhəti obrazlılıqdır. Belinskinin dediyi kimi, ədəbiyyat lövhələr ilə düşünmək, varlığı şairanə bir şəkildə dərk etməkdir. Elm də, sənət də məfkurədir. Varlığın ifadəsi, inikasıdır, hər ikisi həyatı əks etdirir. Fərq isə bunların həyatı inikas şəkillərindədir� (M.Cəlal, P.Xəlilov).

�Bədii əsərin arxitektonikası�, �Bədii əsərin dili və üslub� bölmələri dərsliyin ən mükəmməl bölmələridir desək, yanılmarıq. Hər bir bədii əsəri bütöv, mürəkkəb poetik sistem hesab edən müəllif, bu sistemin mərkəzində, onun bütün fikri-bədii komponentlərini birləşdirən qüvvə kimi sənətkar şəxsiyyətinin dayandığını göstərir. Çünki əsər sənətkar qəlbindən qidalanır, bədii təfəkkürün gücü ilə hərəkətə gəlir. Bədii əsər bədii yaradıcılıq prosesinin məhsuludur. Bu baxımdan da müəllif konkret bədii əsəri təhlil edib dəyərləndirmək üçün, ilk növbədə, məzmun və forma vəhdətini açıqlamağı lazım bilir. Hadisə, mövzu, məzmun, ideya, daha sonra kompozisiya, süjet, zavyazka, kulminasiya, razvyazka, fabula kimi məlum ədəbiyyatşünaslıq anlayışlarının yığcam təhlili müəllifin elmi ümumiləşdirmə qabiliyyətini aşkara çıxarır. Bunu biz bədii obrazla bağlı elmi mülahizələrdə də aydın görürük. Məlumdur ki, ədəbiyyatda bədiiliyin cövhəri olan obraz müxtəlif vasitələrlə yaradılır. Şəmsizadə böyük alman filosofu G.V.Hegeldən yerinə düşən belə bir sitat gətirir: �Biz poetik təsəvvürü obrazlı təsəvvür kimi müəyyənləşdirə bilərik, o səbəbdən ki, o, bizim gözümüzün qarşısında mücərrəd mahiyyətdən daha çox konkret reallıq kimi dayanır�. Belə bir fikir də təsdiq olunur ki, bədii obraz yüksək bədii ümumiləşdirmənin məhsulu olmalıdır. O, həm bədii təfəkkürün, həm də bədii təxəyyülün birgə əməyinin-yazıçının (sənətkarın!) şəxsiyyətində əlbir fəaliyyətinin məhsuludur. Obrazlı düşünülsə, bədii obrazın atası Həqiqət, anası � Xəyaldır! Xəyal və Həqiqət bədii obrazda estetik gözəlliyin rəhnidir.

Yaradıcılıq prosesində, bədii əsərin strukturunda mövqeyinə, daşıdığı estetik yükə və bədii tutumuna görə obrazın iki növünü Xarakter və Tipi fərqləndirən müəllif burada da tarixilik prinsipinə riayət edir. Böyük nəzəriyyəçi Aristoteldən, filosof Hegeldən, ilk marksist Engelsdən, məşhur ədəbiyyatşünas M.Baxtindən, böyük yazıçı M.Qorkidən tutmuş bugünkü müəlliflərə qədər söylənilən fikirlər ardıcıllıqla şərh olunur. Yeri gəlmişkən, qeyd edək ki, bu �üsul� sadalama xarakteri daşımır, müəyyən anlayış haqqında təsəvvürün tarixiliyini və ardıcıllığını təmin edir. Müəllifin münasibəti və dəqiq mövqeyi də burada həlledici rol oynayır. Məsələn, MİLLİ XARAKTERi xarakterin ən yüksək zirvəsi hesab edən Şəmsizadə yazır: �Milli xarakter xalqın milli mənəviyyatının fərdi daşıyıcısı, bədii-psixoloji aynasıdır. Sovet dönəmində bədii ədəbiyyata sinfi-ideoloji silah kimi baxan, onu totalitar kommunist-sovet ideologiyasını yaradıcılıq sahəsində təzahürü olan sosializm realizminin saxta ehkamları çərçivəsinə salan tənqidçi və nəzəriyyəçilər bədii surətləri, xarakterləri də müsbət qəhrəman və mənfi qəhrəman deyə iki yerə bölmüşdülər. Adətən sovet rejiminə zidd, öz soy kökünə, türk əslinə, Milli keçmişimizə, xalq həyatımıza, islami dəyərlərlə bağlı surətlər � bəylər və xanlar mənfi qəhrəman kimi təsvir olunurdu. Nə yaxşı ki, yazıçılarımız onları mənfi qəhrəman qismində yaradıb təsvir ediblər. Maraqlıdır ki, sovet dövrü ədəbiyyatında qəhrəmanlar xarakterlər etibarilə daha qüvvətli çıxır, başlıcası isə oxucular � xalq tərəfindən rəğbətlə qarşılanırlar�.

Xalq Cəbhəsi.- 2013.- 3 aprel.- S.11.

“Orta əsrlər” ədəbiyyatı – Variasiyalar – Nizaməddin ŞƏMSİZADƏ

Ədəbiyyat və sənət tarixin yol yoldaşıdır. O, xalqın ictimai tarixi ilə bərabər addımlayır və tarixi (faktları) təsdiq edir. Lakin ədəbiyyatı – bədii sənəti tarixin gedişatından tam asılı hesab etmək doğru deyil. Ədəbiyyatın, ümumən, bədii sənətin öz stixiyası var. Bədii proses deyil (materializm-marksizmin iddia etdiyi kimi!) daha çox tarix bədii prosesdən, bədii təxəyyüldən asılıdır. İstedadla, sənətkarlıqla, ilhamla yaradılmış ədəbiyyat tarixə yol açır, onu hələ keçmədiyi yerlərə yönəldir, prioritetlərini təyin edir.

“Orta əsrlər” Azərbaycan tarixində IX əsrdən XIX əsrə qədər davam edib. Bu, Şərq ölkəsi olmağa binaən Azərbaycan tarixində feodalizmin uzun (10 əsr) sürməsi, tarixi düşüncə iki mühafizəkarlığı ilə bağlı idi.

Fəqət, Azərbaycan ədəbiyyatında “Orta əsrlər” XIII-XVIII yüzilləri əhatə edir. Bu anadilli-türkdilli ədəbiyyat epoxası idi. Əgər qədim dövr IV-XII əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyəti ümummüsəlman mədəniyyəti kontekstində iştirak edirdisə, XIII- XVIII əsrlərin Azərbaycan mədəniyyəti ümumtürk (Oğuz-səlcuq!) mədəniyyəti kontekstində çıxış edirdi. Azərbaycan ədəbiyyatında “Orta əsrlər” bir tarixi-nəzəri konsepsiya və bədii-fəlsəfi sistem kimi fərdi-milli mahiyyətində bu kontekstin həledici əlamətlərini daşıyır.

Bu, ana dili və regional düşüncənin sayəsində müştərək ümumtürk qaynaqlarından – “Avesta”dan, Şumerdən, “Orxon-Yenisey” kitabələrindən, “Kitabi-Dədə Qorqud” eposundan Yusif Xas Hacib Balasaqunlunun “Qutadqu-bilik” poemasından, Mahmud Kaşğarlının “Divani-lüğət-it-türk” ensiklopediyasından daşlanıb gələn türkçülüyün qayıtması, yeni dirçəliş dövrü idi.

Qədim türk cəmiyyəti demokratik mühit idi. Ərəblər İslamı yaratdı, Türklər onu yaşatdı. Türk cəmiyyəti (və əxlaqı, mədəniyyəti!) zorakılığı qəbul etmirdi, türklər islamı zor gücü ilə yox, dərk edərək, könüllü qəbul etdilər. İslam mənəvi-əxlaqi cəhətdən türklərin əsrlər boyu işləyib hazırladıqları vətən əxlaqına doğma idi.

Fəqət, X əsrdən başlayaraq ərəb-islam ehkamları Böyük Çöl Mədəniyyətinə əsaslanan sərhədsiz türk demokratizmini sıxışdırmağa başladı. Başlıcası isə türk qəhrəmanlığına dini (ehkam!) don geyindirdi. İslam dini Böyük Çöl Mədəniyyətinə şərik çıxmağa, hər şeyi “Quran” ayələri ilə izah etməyə başladı.

Ədəbiyyatın qəhrəmanı dəyişdi, maddi aləmi ikinci dərəcəli, mistik aləm həlledici hesab olundu. Mənəvi kamillik sufizmdə məxluqun xalüqə qovuşmasını təmin edən dörd təkamül mərhələsi şəriət, təriqət, mərifət, həqiqət olaraq ədəbiyyatda təsdiqini tapdı. Heoplatonizm, vəhdəti – vücut. Hər şeyi Allah yaradıb ona görə də yaranmış hər şeydə Allahın əlaməti var. Yaranmışların ən alisi Allahın görünən surəti varlığında Allah əmanəti olan ruhu daşıyan insan (Təsəvvüfdə gözəl qadın!) ədəbiyyatda əsas qəhrəmana çevrildi. Azərbaycan ədəbiyyatında Şirin (Nizami “Xosror və Şirin” və Leyli (Füzuli “Leyli Məcnun”) bədii-fəlsəfi təkamülün əsas hərəkətverici qüvvələrinə çevrildi. Şeyx Nizaminin kamil insan konsepsiyası hürufizmdə (Fəzlullah naimi və İmadəddin Nəsimi) “Ənəlhəq” səviyyəsinə yüksəldi. Sufilər təkamül yolu ilə insanı Allahın yanına qaldırır, hürufilər Allahın yaratdığına – insana endirdi.

Ədəbiyyatın qəhrəmanı (və bütün bədii sistemi!) alilikdən adiliyə eniş etdi. Bunun əyani nümunəsi dahi Füzulinin “Şikayətnamə”si idi. “Şikayətnamə” ilə Azərbaycan mistik-romantik ədəbiyyatına gələcək realizmin madiyyat tozu daxil oldu.

Qeyd etmişik ki, Avropada ədəbi mərhələlərin (və ədəbi cərəyanların!) dəyişməsi, bir-birnin əvəzləməsi ilə Şərqdə (və Azərbaycanda!) dəyişməsi fərqli xarakter daşıyır. Avropada ədəbi mərhələlər (və cərəyanlar!) sıçrayışlı xarakter daşıyır, bir mərhələ digərini – özündən əvvəlkini inkar edir. Şərq ədəbiyyat və mədəniyyətlərində isə bir mərhələ digərini (yenisini!) öz bətnində yetişdirir. Şərqdə ədəbi mərhələ və cərəyanların əvəzlənməsi təkamülü xarakter daşıyır, dialektik surətdə baş verir. Ona görə də Şərq ədəbiyyat və mədəniyyətlərində ənənə çox güclüdür, forma isə mühafizəkardır.

Beş yüz ildən artıq (750-1258) davam edən Abbasilər zamanında Şərq mədəniyyətində ərəb nüfuzu tədricən azalmağa – düşməyə başlayır. Bu, bir neçə səbəblə bağlı idi.

1. Abbasilər antik yunan fəlsəfəsini – Platonu, Aristoteli öyrənməyə başladılar. Yunan fəlsəfəsindən qiymətli (seçmə!) ərəb və fars dillərinə tərcümə olundu. Abbasilər universitet və elmi-tədqiqat mərkəzləri açaraq antik yunan fəlsəfəsini və mədəni irsini tədqiqat və təbliğatla məşğul oldular.

2. Abbasilər türklərə onların cəmiyyətində xüsusən dövlətçiliyində iştirak etməyə imkan yaratdılar.

3. Türk düşüncəsi, elmi və bədii yaradıcılığından istifadə etməyə nail oldular. Anadilli ədəbiyyatımızın ilk nümayəndəsi şairə Zübeydə xanım V Abbasi xəlifəsi Harun Ər-Rəşidin arvadı idi.

4. Türklər bu dövrdə bütün həlledici yürüşləri İslam bayramı altında keçirir, dövlətçiliyinə – qanunlarına islamın mənəvi-əxlaqi dəyərləri uğurla tətbiq edirdilər.

5. Türk ədəbiyyatı və mədəniyyətində islamın elmi-məntiqi cəhətləri – millətçilik və ümmətçilik vəhdətdə çıxış edirdi, qarşılıqlı bədii-fəlsəfi, mənəvi-əxlaqi təmaslar getdikcə güclənir, “Orta əsrlər”in simasını müəyyənləşdirirdi.

“Orta əsrlər” Azərbaycan ədəbiyyatı geniş ürəklə şahlara və hökmdarlara Qazi Bürhanəddinə, Şah İsmayıl Xətaiyə Mirzə Cahanşah Həqiqi Məhəmməd Əmaniyə fəaliyyət üçün yer verdi onları (müharibələr aparar, baş kəsib qan tökən!) ədəbiyyatın insanpərvərlik kürsüsünə çıxardı, şahlıq və hökmdarlıq taxtından endirib bədii gözəllik, estetika müstəvisinə gətirdi. Akademik Nizami Cəfərovun dili ilə desək: “Məstaneyi eşqəm. Qazi Bürhanəddin -XIVəsr, Mirzə Cahanşah Fəqiqi – XV əsr, Şah İsmayıl Xətai – XVI əsr. Üç hökmdar, üç şair. Lakin üçü də bir etstetik ideanın ifadəsinə xidmət edir. ” (“Füzulidən Vaqifə qədər”. Bakı “Yazıçı” 1991. s.15.)

Fəqət şahlar, hökmdarlar bədii ədəbiyyatı şöhrətləndirə bilməyib, ədəbiyyat onları – Sultan Səncəri, Xosrovu, Bəhram Guru, Nüşabəni, Şirini, Makedoniyalı İskəndəri və b. şöhrətləndirib, tarixdə qalmalarına (və yaşamalarına!) imkan verib.

Böyük filosof Aristotel 2400 il öncə yazırdı: “Poeziya tarixdən daha ciddidir”. Biz isə deyirik: ədəbiyyat tarixdən daha mənalı və güclüdür.

Bədii ədəbiyyat milləti də, dövləti də, vətəni də, xalqı da yaşadır, ədəbiyyat tarixin obrazıdır. Xalq mənəviyyatının aynasıdır, bədii Söz xalqın ruhudur, ruh isə ölməzdir. Əbədidir, çünki o, Allah əmanətidir, insan öləndə onu sahibinə qaytarır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Nizaməddin şəmsizadə ədəbiyyat nəzəriyyəsi

Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, hökumət nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə yubilyarın həyat yolundan, elmi-bədii yaradıcılıq axtarışlarından geniş söz açılıb.

Mərasim açıq elan edən Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov bildirib ki, Nizaməddin Şəmsizadə Azərbaycan ədəbiyyatında, ədəbi-tənqidində öz obrazını yaradan alimlərdəndir. Tələbəlik illərindən ədəbiyyatşünaslığımızın mühüm problemləri ilə məşğul olmağa başlayan N.Şəmsizadə ilk məqalələrindən hamının diqqətini cəlb etmiş və bir ədəbiyyat adamı kimi tanınmağa başlamışdı. O, həm də bədii yaradıcılıqla məşğul olmağı bacaran alimlərdəndir.

Bildirilib ki, Nizaməddin Şəmsizadə ədəbi prosesdə fəal mövqeyi olan, həm müasir ədəbiyyat problemləri, həm də tənqidimizin tarixi və nəzəriyyəsi ilə intensiv sürətdə məşğul olan tənqidçilərdəndir. O, bir alim kimi ötən əsrin 20-30-cu illər tənqidimizin, ədəbi-nəzəri fikir tariximizin problemləri üzərində tədqiqatlar aparıb və taleyinə məşəqqətlər yazılan bir çox söz adamlarının ədəbi irsini geniş auditoriyaya çatdırıb.

Natiq bildirib ki, N.Şəmsizadə nə yazırsa, nədən yazırsa ürəkdən yazı və bu səbəbdən də, hamı tərəfindən qəbul olunur, bəyənilir. Böyük ədiblərdən yaza-yaza o, da mənən ucalır.

Yubilyarı təbrik edən Nizami Cəfərov onun bundan sonra da ədəbi tənqidimizə ölməz əsərlər bəxş edəcəyinə inamını ifadə edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva və başqaları yubilyarı təbrik edərək ona yeni-yeni uğurlar arzulayıblar.

Bildirilib ki, böyük ənənələri olan Azərbaycan tənqidinə N.Şəmsizadə müasirlik problemi ilə gəlib. Onun hər bir əsərində orijinal fikir, özünəməxsus üslub, obrazlı ifadə, prinsipial tənqidçi mövqeyi boy verməkdə, görünməkdədir.

Vurğulanıb ki, çağdaş ədəbi prosesin fəal iştirakçısı olan Nizaməddin Şəmsizadə 30-a yaxın elmi, nəzəri, ədəbi-tənqidi, fəlsəfi-publisistik kitabın, 200-dən çox məqalənin müəllifidir. Onun milli ideologiyamızı əks etdirən “Azərbaycançılıq” kitabı, üç cildlik “Seçilmiş əsərləri”, ölkənin ali məktəblərində əsas tədris vəsaiti kimi istifadə olunan “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi ədəbi-nəzəri fikrimizin nailiyyətlərindən sayılır.

Diqqətə çatdırılıb ki, Nizaməddin Şəmsizadə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə 2010-cu ildə Dövlət mükafatı laureatı adına layiq görülüb.

N.Şəmsizadəni gözəl insan, etibarlı dost, yüksək mənəviyyat adamı, böyük alim, zəhmətkeş ziyalı kimi dəyərləndirərək natiqlər ona ən xoş arzularını çatdırıblar.

Tədbirdə Nizaməddin Şəmsizadə haqqında akademiklər Kamal Talıbzadə, Bəkir Nəbiyev, xalq yazıçısı Elçin və başqa dəyərli alimlərin, söz adamlarının vaxtı ilə dedikləri fikirlər oxunub.

Gecədə alimin şeirləri və əsərlərində parçalar səsləndirilib, tanınmış müğənnilər tərəfindən xalq və bəstəkar mahnılar ifa olunub.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Nizaməddin Şəmsizadə bundan sonra da ədəbi tənqidimizin keşiyində duracağını və yeni almi əsərləri ilə Azərbaycan ədəbiyyatşünaslığına töhfələr verəcəyini bildirib.

Comments are closed, but trackbacks and pingbacks are open.