Press "Enter" to skip to content

Buludxan Xelilov – Wikipedia

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlamışdır. 1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor və­zifəsində çalışıb. Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaradılmış Dədə Qorqud elmi-tədqiqat la­bo­ratoriyasına rəhbərlik etmişdir. 2006-cı ildə Filologiya fakültəsinin dekanı seçilmiş, 2011-ci ildə yenidən dekan vəzifəsinə təyin olunmuşdur. 2018-ci ilin dekabr ayından Müasir Azərbaycan dili kafed­rasının müdiri vəzifəsində çalışmışdır. [3]

BuludXan-Xelilov.com

The domain BuludXan-Xelilov.com was registered 8 years ago. The website is ranked #34,072 in the world . Here are more than 5,300 visitors and the pages are viewed up to n/a times for every day. Usually, it takes n/a seconds for the visitors to open the website. Based on current visitor traffic, you will know that the advertising revenue on the website will be able to reach n/a USD per day. The server of the website is being hosted in France.

Site Traffic

Daily Visitors (Last 90 days)

The chart below shows how many visitors visited the website BuludXan-Xelilov.com every day for the past 90 days. The last record was on Oct 25, 2022, and about 5,300 visitors visited this site.

Daily Visitors by Keyword

Which search keywords send traffic to the website BuludXan-Xelilov.com? Through the chart below, you will know that there are a lot of visitors to this site by searching the keyword “n/a”, about n/a visitors per day. Top 0 keywords are displayed here.

Daily Visitors by Country / Region

Where are the visitors who visited the website BuludXan-Xelilov.com? Through the map below, you will know that most of the visitors to this site are from n/a, about n/a visitors per day. Top 0 countries / regions are displayed here.

Daily Visitors by Subdomain

Which subdomains visitors often go on BuludXan-Xelilov.com? Through the chart below, you will know that the subdomain n/a is very popular, about n/a visitors per day. Top 0 subdomains are displayed here.

Buludxan Xelilov – Wikipedia

Buludxan Əziz oğlu Xəlilov ( 25 iyul 1966 , Ellərkənd , Amasiya rayonu – 26 sentyabr 2021 , Bakı ) — publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor. [1] B.Xəlilov 2021-ci il sentyabrın 27-də Bakı şəhərində vəfat etmişdir. [2]

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi və ictimai fəaliyyəti
  • 3 Əsərləri
  • 4 Məqalələri
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1983-1990). Ordu sıralarında Uzaq Şərqdə hərbi xidməti borcunu yerinə yetirmişdir (1985-1987). [3]

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlamışdır. 1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor və­zifəsində çalışıb. Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaradılmış Dədə Qorqud elmi-tədqiqat la­bo­ratoriyasına rəhbərlik etmişdir. 2006-cı ildə Filologiya fakültəsinin dekanı seçilmiş, 2011-ci ildə yenidən dekan vəzifəsinə təyin olunmuşdur. 2018-ci ilin dekabr ayından Müasir Azərbaycan dili kafed­rasının müdiri vəzifəsində çalışmışdır. [3]

B.Xəlilov 2021-ci il sentyabrın 27-də uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. [2]

Ailəli idi, iki övladı var.

Elmi və ictimai fəaliyyəti

Buludxan Xəlilov “Filologiya məsələlərinə dair tematik toplu”nun redaktoru idi. Müasir ədəbi-tənqidi fikrin, ədəbi irsin araşdırılmasında öz dəst-xətti ilə seçilir. M.F.Körpülünün “Azəri” əsərini transliterasiya edib ön söz və şərhlərlə çap etdirmişdir (2000). Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. XX əsrin 90-cı illərindən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə çıxış edir.

Xəlilovun elmi fəaliyyəti çoxsahəli, geniş və əhatəlidir. Onun 400-dən çox elmi, elmi-publisistik əsəri çap edil­­miş­dir. Bunlar­dan 45-i mono­qrafiya, dərslik və dərs vəsaiti­dir.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyindəki İrs komissi­ya­sının üzvü idi. 2003-2004-cü illərdə Ali Attestasiya Komissiyasının Filologiya ixtisası üzrə Ekspert şurasının üzvü olmuşdur.

2006-cı ildə Azərbaycanda təhsil sisteminin inkişafındakı xid­mətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Buludxan Xəlilov 2001-ci ildə İlin alimi no­minasiyasının, 2003-cü ildə Vektor Beynəlxalq Elm Mərkəzi Mükafat Ko­mis­siyasının qərarı ilə Azərbaycanın gənc alimləri Beynəlxalq layi­həsinin qalibi olmuşdur. O, 2004-cü ildə Azad Qələmlər Cəmiyyəti tərə­findən Azərbaycan dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sa­hə­sindəki xidmətlərinə görə Qızıl qələm fəxri mükafatı laureatı seçilmiş, 2006-cı ildə XXI əsrin ziyalısı adına layiq görülmüşdür. 2009-cu ildə türk ədəbiyyatına xidmətləri ilə bağlı olaraq Türkiyə Cüm­huriyyətinin KIBATEK Akademik ÜYESİ diplomunu almış, KIBATEK Akademik Üyesi seçilmişdir. 2006-cı ildə VII Uluslararası Türk dili Qurultayında məruzə ilə çıxış etmişdir. [3]

Buludxan Xəlilov iki dəfə 1999-cu və 2004-cü illərdə Nəsimi rayonu bələdiyyəsinə üzv seçilmiş, Sosial məsələlər daimi komissiyasına sədrlik etmişdir.

2007-2008-ci tədris illərində ADPU-da “İlin müəllimi”, 2011-ci və 2013-cü illərdə “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. 2011-ci ildən Prezident təqaüdçüsüdür (Yazıçılar Birliyinin üzvü kimi). 2011-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “Xalqın nüfuzlu ziyalısı” mükafatına layiq görülmüşdür. 2011-ci ildən Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının, 2013-cü ildən AAK-ın Filologiya ixtisası üzrə Ekspert Şurasının üzvüdür. 2014-cü ildə Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 2013-cü ildən Türkologiya jurnalının Azərbaycan dili, terminologiya üzrə sahə redak­torudur.

2015-ci ilin aprel ayında Türk dünyası araşdırmaları uluslararası elmlər akademiyasının akademiki seçilib.

2015-ci ilin 19 mayında “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2015-ci il tarixli, 450 №li sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkib komissiyasına üzv seçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli 4/14 nömrəli qərarı ilə AMEA-nın “Türkologiya” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Bakıdan türk dünyasına” adlı layihə çərçi­vəsində tədbirlərə verdiyi dəstəyə görə “Onur bəlgəsi” ilə, azərbaycanlı şair Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş tədbirdə TÜRKSOY Genel Sekreteri Düsen Kaseinov tərəfindən “Molla Pənah Vaqif” medalı ilə təltif edilmişdir. 2018-ci ildə ADPU-nun Filologiya fakültəsinin inki­şafında xidmətlərinə görə rektorluq tərəfindən fəxri fərmanla təltif edilmişdir.

O, “Əməkdar müəllim” fəxri adı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və bir sıra digər fəxri fərmanlar ilə (1973, 2008) təltif edilmiş, həmçinin dəfələrlə ADPU-nun rəhbərliyinin fəxri fərmanlarına layiq görülmüşdür. [3]

  1. Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı. Bakı: Azərbaycan Dövlət Kitab Palatası, 1995, 80 səh.
  2. Azərbaycan dilində ikihecalı fellərin fonosemantik inkişafı. Bakı: APİ nəşri, 1996, 96 səh.
  3. Fellərin ilkin kökləri. Bakı: APİ nəşri, 1998, 220 səh.
  4. Birinci Beynəlxalq Türkoloji qurultay. Bakı: “Elm”, 1999, 186 səh.
  5. Müasir Azərbaycan dilinin morfologiyası (I hissə). Bakı: “Elm”, 2000, 280 səh.
  6. Türkologiyanın intibah dövrü (XIX əsrin sonu XX əsrin 30-cu illəri). Bakı: Adiloğlu, 2001, 172 səh.
  7. Müasir Azərbaycan dilinin morfologiyası (II hissə). Bakı: “Elm”, 2003, 310 səh.
  8. Azərbaycan dili (VI-VII siniflər üçün). Bakı: “Təhsil”, 2003, 250 səh
  9. Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya. Bakı: 2007, 260 səh.
  10. ​Azərbaycan dili: dünən, bu gün». Bakı: 2004, 370 səh.
  11. Türkologiyaya giriş. Bakı: “Elm”, 2006, 220 səh.
  12. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: 2008, 270 səh.
  13. Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi. Bakı: 2010, 180 səh.
  14. 224 qədim türk sözü. Bakı: 2013, 160 səh.

Məqalələri

  • “Bədii dilimizə aid izahlı lüğət”, Bütöv Azərbaycan qəzeti, №14(146), 25-30 aprel 2012-ci il.
  • Buludxan Xəlilov.“Onun şeirləri həqiqətən doğulur” (az.) . modern.az. 06.09.2017. 2017-10-27 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2017-10-27 .

İstinadlar

  1. ↑”Diktor Sabir Ələsgərov: “Aydın Qaradağlıda olan məlahətli, şirin səs indi hardadır? ” “. 2016-04-07 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2015-08-29 .
  2. 12“Professor Buludxan Xəlilov vəfat edib”. 2022-03-27 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2021-09-27 .
  3. 1234“Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya Fakültəsi​, BULUDXAN XƏLİLOV (filologiya elmləri doktoru, professor Müasir Azərbaycan dili kafedrasının müdiri )”. 2021-09-29 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2021-09-29 .

Comments are closed, but trackbacks and pingbacks are open.