Press "Enter" to skip to content

Professor Buludxan Xəlilov: Dili öyrətmək dilə sevgidən başlamalıdır

Bu gün əziz dostum-qardaşım, hələ tələbəlik illərindən nəinki biliyi, savadı, istedadı ilə,
eləcə də dostcanlığı, səmimiyyəti, mehribançılığı, sözübütövlüyü, mərdliyi, sədaqəti, etibarı ilə hamımızın böyük hörmətini qazanan və bu gün də böyük fəxr və qürurla ünsiyyət saxladığımız görkəmli ziyalı, ləyaqətli vətəndaş, tanınmış dilçi alim, fəali ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Buludxan Əziz oğlu Xəlilovun 50 yaşı tamam olur.

Professor Buludxan XƏLİLOV – 50 * * * TƏBRİK EDİRİK. ZiM.Az/Tv-nin qonağı ADPU-nun dekanı B.XƏLİLOVdur.

Bu gün əziz dostum-qardaşım, hələ tələbəlik illərindən nəinki biliyi, savadı, istedadı ilə,
eləcə də dostcanlığı, səmimiyyəti, mehribançılığı, sözübütövlüyü, mərdliyi, sədaqəti, etibarı ilə hamımızın böyük hörmətini qazanan və bu gün də böyük fəxr və qürurla ünsiyyət saxladığımız görkəmli ziyalı, ləyaqətli vətəndaş, tanınmış dilçi alim, fəali ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Buludxan Əziz oğlu Xəlilovun 50 yaşı tamam olur.

Görkəmli dilçi alim Buludxan Xəlilov həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda
öz dəyərli elmi-tədqiqatları ilə, yüksək səviyyəli elmi məruzələri ilə, dərslik, dərs vəsaiti və
monoqrafiyaları il tanınan alimdir.

Professor Buludxan Xəlilov eyni zamanda ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən və
əsl vətəndaş mövqeyi ilə seçilən ziyalılarımızdan biridir.

Bu əlamətdar yubileyi münasibətilə biz də hörmətli Buludxan müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq.

Yubileyin mübarək, qardaşım. Gün o gün olsun ki, səni 100 yaşında təbrik edək.

Böyük hörmət və ehtiramla,
Müşfiq BORÇALI.

Professor Buludxan Xəlilov: Dili öyrətmək dilə sevgidən başlamalıdır

Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiqi bir daha onu göstərir ki, Azərbaycan dilinin tətbiqi işinin hər zaman aktual olduğu diqqət mərkəzindədir. Odur ki, bu Komissiyanın görəcəyi işlərin planı dilin tətbiq olunduğu bütün sahələri əhatə edəcək. Əlbəttə, görüləcək işlərlə bağlı Tədbirlər Planının hazırlanması bir zərurətdir. Bununla belə, Tədbirlər Planı içərisində dilə olan sevginin aşılanması yolları da mühüm yer tutmalıdır.

Bunu AZƏRTAC-a müsahibəsində Dövlət Dil Komissiyasının üzvü, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov deyib. Professor bildirib ki, doğma ana dilimizi, Azərbaycan dilini sevmək və sevdirmək vacib bir məsələdir. Dilə olan sevgi ailədən, bağçadan, məktəbdən başlayır və davam edir. Ona görə də ailələrimizdə doğma ana dilimizə sevgini formalaşdırmaq lazımdır. Ailələrimizdə Azərbaycan dilini uşaqlara sevdirmək üçün onların qavrayacağı bir formada uşaq nağılları, hekayələri, şeirləri oxunmalı və aşılanmalıdır. Vaxtilə babalarımız, nənələrimiz evdə uşaqlara maraqlı nağıllar, hekayələr, şeirlər söyləyiblər. Nəticədə uşaqlar bunun təsiri altında formalaşıb, doğma ana dilimizin təsirini, möcüzəsini hiss ediblər, duyublar. Bununla da uşaqlar nağıl, hekayə və şeir qəhrəmanlarına bənzəməyə çalışıblar. Uşaqlarda romantik hisslər, xəyalla yaşamaq əhvali-ruhiyyəsi artıb. Bu da təbii ki, doğma ana dilimizin sayəsində baş verib. “Ancaq təəssüflər olsun ki, indi ailələrdə uşaqlara nağıl, hekayə, şeir söyləyən yoxdur. Bu ənənə, demək olar ki, unudulub. Ailələrdəki bu boşluq göz qabağındadır. Yəni doğma ana dilimizə, Azərbaycan dilinə sevgini artırmaq üçün ailələrdə valideynlərin – atanın, ananın, o cümlədən babanın, nənənin məsuliyyətini unutmamalıyıq. Sonra bu istiqamətdə olan işlər bağçada davam etdirilməlidir”, – deyə B.Xəlilov bildirib.

Onun sözlərinə görə, bir-birini tamamlayan ardıcıl işlərin nəticəsində uşaqlar doğma ana dilimizə, Azərbaycan dilinə bağlanacaq, bu dili sevəcək, həm də sevə-sevə öyrənəcəklər. Professor deyib: “Uşaqlarımız kiçik yaşlarından doğma ana dilimizin, Azərbaycan dilinin sehrinə düşə bilmirlər. Çünki bu mühiti yarada bilmirik. Məhz bu mühiti ailədə, bağçada yaratmaq vacibdir. Sonra isə orta məktəbin ibtidai və yuxarı siniflərində Azərbaycan dilinə sevgini yaratmalı və inkişaf etdirməliyik. Dilə sevgi olan yerdə uşaqlar doğma ana dilimizi, Azərbaycan dilini dərindən öyrənəcək, ana dilimizə məhəbbətlə bağlanacaqlar. Təbii ki, bu zaman Azərbaycan dili müəllimlərinin qarşısında daha mühüm vəzifələr duracaq. Axı dili öyrətmək üçün təkcə qrammatik qayda-qanunları əzbərlətməklə işimizi bitmiş hesab edə bilmərik. Qrammatik qayda-qanunları yaxşı öyrətmək üçün elə ədəbi-bədii nümunələrə istinad etmək lazımdır ki, uşaqlar həmin ədəbi-bədii parçalar əsasında da dili sevə bilsinlər. Bunun üçün hazırda Azərbaycan dili müəllimlərinin üzərinə daha çox məsuliyyət düşür. Təsadüfi deyil ki, bəzi dövlətlərdə dil müəllimlərinə əlavə pul (maaşdan əlavə) verilir”.

B.Xəlilov qeyd edib ki, Azərbaycan dilinin tədrisi işinə diqqət daha da artırılmalıdır. Bu gün ali təhsil müəssisələrində Azərbaycan dili və nitq mədəniyyəti fənninin tədrisi dilimizə dövlətimizin atributlarından biri kimi dəyər verildiyini təsdiq edir. Ancaq bu fənnin tədrisinə də yeni tələblər səviyyəsində yanaşılmalıdır. Həmin tələblərin nədən ibarət olduğu, bu fənnin tədrisində hansı məsələlərə xüsusi diqqət yetirməyin vacibliyi ayrıca bir müzakirə məsələsidir.

Comments are closed, but trackbacks and pingbacks are open.