Press "Enter" to skip to content

Messenger-də bu yeniliklər gözlənilir

İndi özünə bu sualı ver.Real həyatda belə bir mühitdə müdür ola bilərəm mi? Əyər cavabın “HƏ”-dirsə ehtiyacın olan hər şeyə sahibsən deməkdir və sən hissetməsən belə artıq proqramçısan.

Bunu necə qura bilərəm ki, messengerdə ​​dostlarımı görməsinlər?

Facebook”un məşhur mesajlaşma platforması “Messenger”, “WhatsApp” ilə paralel olaraq inkişaf etməkdə davam edir. Ötən aylarda sizlərə “messenger”in Fransada olan istifadəçilər üzərindən gizli mesajlaşmaları yoxladığı haqqında xəbər vermişdik. Artıq bu xidmət bütün iOSAndroid istifadəçiləri üçün təqdim olunub. Beləliklə siz “messenger” platformasından istifadə etməklə, eynilə “WhatsApp”da olduğu kimi, end-to-end şifrələmə texnologiyası ilə şifrələnmiş mesajlardan istifadə edə bilərsiniz. Bundan əlavə bizə “SnapChat“dan yaxşı tanış olan bir yenilik – “Mesajların müəyyən vaxt ərzində yox olması” funksiyasını artıq “Messenger”də də görə bilərik.

Bəs bu cür yazışmalar “Messenger”də necə aktivləşdirilir?

Addım 1: “Messenger”ə daxil olub, öz profiliniz olan hissəyə keçid edirsiniz.

Addım 2: Profil hissəsində yenilənmiş “secret conversations” seçimini görəcəksiniz. Həmin bölməyə daxil olun.

Addım 3: Bu bölmədən “secret conversation” xüsusiyyətini aktivləşdirin.

Addım 4: Bu əməliyyatı etdikdən sonra əsas mesaşlama səhifəsinə qayıdıb, yeni bir mesaj yaratmaq üçün “+” düyməsini klik edin.

Addım 5: İstədiyiniz adamı seçməzdən əvvəl yuxarı sağ küncdə “qıfıl” işarəsini aktivləşdirin. Mesajlaşma ekranın qara rəngə büründüyünü görəcəksiniz.

Özünü yox edən mesajlar

Bu mesajlaşma növündən istifadə etmək üçün yuxarıda göstərilən təhlükəsiz mesajlaşma servisini aktivləşdirməlisiniz. Əməliyyatları həyata keçirdikdən sonra, təhlükəsiz mesaj yazmaq istədiyiniz adama “özünü yox edən” mesaj da yaza biləcəksiniz. Bunun üçün sadəcə mesajlaşma hissəsində “saat” əlavəsinə toxunmaq kifayətdir. Qarşınıza çıxan pəncərədə isə, mesajınızın nə qədər müddət qalmasını seçib, qarşı tərəfə göndərə bilərsiniz.

Qeyd edək ki, qarşı tərəfin bu mesajları qəbul etməsi və mesaj göndərməsi üçün öz hesabında messengerdə secret conversationu aktiv etməlidir.

Ümid edirik, bu sizin üçün faydalı oldu. Məqalələrimizi bəyənirsinizsə, dostlarınızla paylaşmağı unutmayın.

Messenger-də bu yeniliklər gözlənilir

Feysbuk şirkəti tərəfindən Messenger-in bəzi xüsusiyyətləri dəyişdirilərək daha çox istifadəçi qazanmaq planlaşdırılır. Əsas hədəf isə Messenger-in istifadəçi sayına görə Whatsapp-ı geridə qoymasıdır.

InterPress.ge bildirir ki, Messenger bu günədək 2 milyarddan çox iOS və Android telefonlarına yüklənib. Amma Feysbukdan bildirilib ki, hər yeniliyin tətbiqindən sonra Messenger-də qarışıq vəziyyət yaranır. Əsas yeniliklər də məhz elə bununla izah edilib.

Şirkət rəsmiləri Messenger-ə tətbiq olunacaq yeniliklərin əsasən sürətlə bağlı olacağını bildiriblər. Tətbiq artıq daha sürətli çalışaraq WhatsApp kimi axıcı olacaq. Dizayn baxımından da dəyişiklik gözlənilir, loqo ölçüsünün kiçildiləcəyi bildirilib.

Daha bir yenilik isə tətbiqin sadələşdirilməsi ilə bağlıdır. Feysbuk rəsmilərinin fikrincə, dizayn və funksiyalarının mürəkkəb olması Messenger istifadəçilərinin sayına təsir göstərir. Buna görə də, tətbiqi kifayət qədər sadələşdirmək qərara alınıb.

Proqramçı ola bilərəm görən? Bunu necə bilə bilərəm?

Təbii ki ola bilərsən.Bunu sənə boş xəyallara inandırmaq üçün demirəm.Yaşam koçlarının lazımlı lazımsız yerdə dedikləri kimi “ Yess you cannn.You are the greatest.Yeahh ” filan deyib qaz vermək deyil niyətim.Dediyimin reallıq olduğunu görmək üçün proqramçı sözünün tərifinə baxmaq kifayətdir.

Programmer – Wikipedia

A range of occupations that involve programming also often require a range of other, similar skills, for example…

Müqəddəs məlumat mənbəyimizə ( Wikipedia) əsəsan Proqramçı : Kod yazaraq proqram istehsal edən insandır.Çox bəsit tərifdir və proqramçı olmaq bundan başqa bir şey deyil.(Atom parçalamırıq, ölü diriltmirik və bir də sizin kompyuterinizə format atmırıq.Əsla təklif etməyin.Çox agresivləşirik).

Proqram nədir? Proqram insanların hər hansı problemini birbaşa və ya dolayısı yolla həlledən kod yığınıdır.

Kod nədir? Bir proqramın ortaya çıxması və işləməsi üçün lazım olan əmrləri kompyuterin anlayacağı formada ifadə etməyə yarıyan ünsiyyət vasitəsidir.

Məsələ bu qədər bəsitdir.Proqramçı olmaq sənə verilən bir alətə (ki o kompyuterdir) əmrlər verərək iş gördürməkdən ibarətdir.Tam bizim millətin xarakterinə uyğun bir sahədir.Çünkü biz əmr vermək , müdür olmaq üçün dəridən qabıqdan çıxan millətik.Daha nə istəyirsən millət illər boyu əlləşdikdən sonra müdür olur sən isə ilk gündən müdürsən artıq.İşin əmr verməkdir. Xahiş minnət qətiyyən qəbul olunmur bu işdə.Öz işçinə (kompyuterə) “Zəhmət olmasa 2 ilə 2-nin cəmini mənə deyə bilərsiz? Əyər həvəsiniz yoxdursa sonraya da qala bilər” kimi kübar cümlələr qurmaq heç bir işə yaramaz.Və o işcinin bir mənfi və bir də müsbət xarakteri var

  • Mənfi xüsusiyyət : Çox axmaq alətdir. Lüğətində “HƏ” və “YOX” dan başqa söz olmayan qabiliyyətsiz bir alətdir.Ən xırda işi gördürmək üçün o işin bütün detallarını əmr olaraq deməlisən.Yəni “Get 2 kg gilas al gəl” desən alınmayacaq.Hər addımını deməlisən.(Bu arada özün üçün bu işi reallaşdırmaq üçün neçə əmr verməli olduğunu düşünə bilərsən.Çox maraqlı nəticələr olacağından əminəm.Bizə çox asan gələn işin arxa planında çox ciddi əmrlər yığını olduğunu görəcəksən).İşin bu tərəfi yorucudur.
  • Müsbət xüsusiyyət : İt kimi sadiqdir.Qətiyyən ona əmr ediləndən kənara çıxmaz.Yalan deməyəcəyinə, səni “fırladmayacağına” əmin olabilərsən.”Müdür işdə yoxdur onsuz da bu gün 17:45-də çıxım işdən” deməz o heç vaxt.Bütün qəlbinlə güvənə biləcəyin sadiq işcidir.

Gördüyün kimi proqramlaşdırma səyahətinə başladığın andan etibarən müdürsən və sənə sadıq olan olan çox qabiliyyətsiz işcin var sənin görəcəyin iş isə əmr verməkdir.

İndi özünə bu sualı ver.Real həyatda belə bir mühitdə müdür ola bilərəm mi? Əyər cavabın “HƏ”-dirsə ehtiyacın olan hər şeyə sahibsən deməkdir və sən hissetməsən belə artıq proqramçısan.

Artıq öyrənmə mərhələsinə başlamaq lazımdır

Comments are closed, but trackbacks and pingbacks are open.