Press "Enter" to skip to content

Национальная Академия Авиации Азербайджана

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Buraxılış imtahanlarının hesablanma qaydası – İZAHLI VƏ SADƏ FORMADA – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

13 Mart, Bazar ertəsi
Günün xəbərləri

Xəbər xətti

13.03.2023

12.03.2023

Ən çox oxunan xəbərlər

Buraxılış imtahanlarının hesablanma qaydası – İZAHLI VƏ SADƏ FORMADA

18.11.2018 19:10 Фото: 9 Канал–> Cəmiyyət A- A A+

  • Ana dili – 20 tapşırıq (2 mətn olmaqla hər mətnə aid 5 qapalı, 5 yazıla bilən açıq)
  • Riyaziyyat – 10 açıq tipli tapşırıq
  • Xarici dil – 15 tapşırıq (9 qapalı, 6 açıq)

Açıq tapşırıqlar 2, qapalı tapşırıqlar isə 1 balla hesablanılır. Abituriyentin yazdığı səhv cavablar düzgün cavablara təsir etmir.

Abituriyent bütün tapşırıqlara düzgün cavab verməklə ən yüksək 90 bal toplaya bilər:

ana dili – 30 bal, riyaziyyat – 30 bal, xarici dil – 30 bal.

Şərti göstəricilər əsasında fənlər üzrə nəticənin hesablanmasına baxaq:

Ana dili fənni:

Fərz edək ki, abituriyent ana dili fənnindən 20 tapşırığın 10-na düzgün cavab yazıb. Həmin 10 düzgün cavabın 5-i açıq, 5-i isə qapalı tapşırığa aiddir. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 5-i 1-ə (5˟1=5), 5-i 2-yə vurmalıyıq: 5˟2=10. Beləliklə Ana dili fənnindən abituriyentin toplam nəticəsi 15 bal olacaq: 5+10=15

Riyaziyyat fənni:

Riyaziyyat fənnində bütün tapşırıqlar açıq tipli olduğu üçün düzgün cavablar 2 balla hesablanılır. Əgər abituriyent riyaziyyat fənnindən 10 tapşırığın 7-ni düz, 3-nü səhv yazarsa, bu halda düzgün cavabların sayı olan 7-ni 2-yə vurmaq lazımdır (7˟2=14 bal).

Xarici dil fənni:

Fərz edək ki, abituriyent 6 qapalı, 3 açıq tapşırığa düzgün cavab yazıb. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 6-nı 1-ə (6˟1=6), 3-ü isə 2-yə vurmalıyıq: 3˟2 =6. Beləliklə xarici dil fənnindən abituriyentin toplam nəticəsi 12 bal olacaq: 6+6=12

Yuxarıda şərti şəkildə verilmiş göstəricilər əsasında abituriyentin IX sinif buraxılış imtahanının I mərhələsindən toplayacağı bal 41 olur: 15+14+12=41

Bu mərhələ yalnız qapalı tapşırıqlardan ibarətdir.

Fənlər üzrə tapşırıq sayı aşağıdakı kimidir:

  • Ana dili – 30 qapalı test tapşırığı (maksimum nəticə 70 bal)
  • Riyaziyyat – 30 qapalı test tapşırığı (maksimum nəticə 70 bal)
  • Xarici dil – 30 qapalı test tapşırığı (maksimum nəticə 70 bal)

Toplam ən yüksək nəticə 210 baldır.

Şərti göstəricilər əsasında fənlər üzrə nəticənin hesablanmasına baxaq:

Ana dili fənni: 22 düzgün cavab olarsa, 22˟70:30=51,33. bal

Riyaziyyat fənni: 23 düzgün cavab olarsa, 23˟70:30=53,66. bal

Xarici dil fənni: 18 düzgün cavab olarsa, 18˟70:30=42 bal

Göründüyü kimi, bütün fənlər üzrə düzgün cavablar 70-ə vurulub 30-a bölünür. Burada 70 həmin fənn üzrə maksimum nəticə, 30 isə tapşırıqların ümumi sayını göstərir.

Yuxarıda şərti şəkildə verilmiş göstəricilər əsasında abituriyentin IX sinif buraxılış imtahanının II mərhələsindən toplayacağı bal 146,99 olur: 51,33+53,66+42=146,99

XI sinif buraxılış imtahanı üzrə:

XI sinif buraxılış imtahanı 30 ana dili, 25 riyaziyyat, 30 xarici dil tapşırığı olmaqla, ümumilikdə 75 tapşırıqdan ibarətdir. Bu imtahan üçün ən yüksək nəticə 300 baldır.

Fənlər üzrə tapşırıqların sayı açıq və qapalı olmaqla aşağıdakı kimidir:

  • Ana dili – 30 tapşırıq (20 qapalı,10 açıq)
  • Riyaziyyat – 25 tapşırıq (18 qapalı, 7 açıq)
  • Xarici dil – 30 tapşırıq (23 qapalı, 7 açıq)

Açıq tapşırıqlar 2, qapalı tapşırıqlar isə 1 balla hesablanılır. Abituriyentin yazdığı səhv cavablar düzgün cavablara təsir etmir.

Şərti göstəricilər əsasında fənlər üzrə nəticənin hesablanması:

Ana dili fənni:

Fərz edək ki, abituriyent ana dili fənnindən 30 tapşırıqdan 20-nə düzgün cavab yazıb. Düzgün cavabların 15-i qapalı, 5-i isə açıq tapşırıqlara aiddir. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 15-i 1-ə (15˟1=15), 5-i isə 2-yə vurmalıyıq: 5˟2=10. Beləliklə Ana dili fənnindən abituriyentin toplam nisbi balı 25 bal olacaq: 15+10=25. Nisbi bal əsasında abituriyentin ana dili fənnindən ümumi balını hesablamaq üçün alınan nəticəni 100-ə vurub 40-a bölməliyik. Bu göstəricilərə əsasən abituriyentin ana dilindən topladığı bal belə hesablanacaq: 25˟100:40=62,5 bal. Burada 100 fənnə görə ən yüksək nəticəni, 40 isə tapşırıqların nisbi bala görə ümumi rəqəmini bildirir: (20˟1)+(10˟2)=40.

Riyaziyyat fənni:

Fərz edək ki, abituriyent riyaziyyat fənnindən 15 qapalı, 4 açıq tapşırığa düzgün cavab yazıb. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 15-i 1-ə (15˟1=15), 4-ü isə 2-yə vurmalıyıq: 4˟2=8. Beləliklə, riyaziyyat fənnindən abituriyentin toplam nisbi balı 23 olacaq: 15+8=23. Nisbi bal əsasında abituriyentin riyaziyyat fənnindən ümumi balını hesablamaq üçün alınan nəticəni 100-ə vurub 32-ə bölməliyik. Bu göstəricilərə əsasən abituriyentin riyaziyyat fənnindən topladığı bal belə hesablanacaq: 23˟100:32=71,875 bal. Burada 100 fənnə görə ən yüksək nəticəni, 32 isə tapşırıqların nisbi bala görə ümumi rəqəmini bildirir: (18˟1)+(7˟2)=32.

Xarici dil fənni:

Fərz edək ki, şagird xarici dil fənnindən 17 qapalı, 3 açıq tapşırığa düzgün cavab yazıb. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 17-ni 1-ə (17˟1=17), 3-ü isə 2-yə vurmalıyıq: 3˟2=6. Beləliklə, xarici dil fənnindən abituriyentin toplam nisbi balı 23 olacaq: 17+6=23. Nisbi bal əsasında abituriyentin xarici dil fənnindən ümumi balını hesablamaq üçün alınan nəticəni 100-ə vurub 37-yə bölməliyik. Bu göstəricilərə əsasən abituriyentin xarici dil fənnindən topladığı bal belə hesablanacaq: 23˟100:37=62,162. Burada 100 fənnə görə ən yüksək nəticəni, 37 isə tapşırıqların nisbi bala görə ümumi rəqəmini bildirir: (23˟1)+(7˟2)=37.

Yekun olaraq şərti şəkildə verilmiş nəticələrdən fənlər üzrə toplanılan balları ümumiləşdirsək, abituriyent XI sinif buraxılış imtahanından 196,537 bal toplamış olar: 62,5+71,185+62,162=196,537

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary

–>Кафедра “Радиоэлектроника” –>

1. Buraxılış işinin həcmi: Titul vərəqi, tapşırıq vərqi, referat (Azərbaycan və Rus dillərində), mündəricat, 40 – 45 səhifə hesabat – yazı hissəsi, nəticə, ədəbiyyat, qrafiki materialar və əlavələrdən (əgər varsa) ibarət olur.

2. Buraxılış işinin hesabat yazı hissəsi Times New Roman 14, Interval – 1,5 – şrifti ilə tərtib olunur.

3. Hesabat yazı hissəsində standarta uyğun olaraq hər bir vərəqdə soldan 30 mm, yuxarıdan 20 mm, sağdan 10 mm, aşağıdan 20 mm boş sahələr buraxılır.

4. Hesabat mətnlərində düsturla mətn arasında yuxarıdan və aşağıdan bir sətr boş buraxılır. Düsturlar səhifənin sətrlərinin ortasında, düstur nömrələri isə sağda sətrin sonunda yazılır.

5. Buraxılış işinin fəsil və ya bölmə başlıqları səhifənin ortasından Times New Roman 14 – şriftinin böyük (qara-yağli) hərfləri ilə yazılır və 1,2,3. -rəqəmləri ilə, bölməyə daxil olan kiçik başlıqlar isə mətn ardıcıllığı ilə Times New Roman 14 – şriftinin kiçik (qara-yağlı) hərflərləi ilə yazılır və böyük başlıqlara müvafiq olaraq 1.1., 1.2, . 2.1, 2.2., . və s. rəqəmləri ilə sıralanır..

6. Mətn daxilindəki struktur, funksional, prinsipial sxemlər, qrafiklər, çertyojlar və şəkillər ayrıca vərəqlərdə 15 mm – lik künc ştamplı çərçivə daxilində verilirlər. (Çərçivənin ölçüləri bütün növ künc ştampları üçün eynidir və soldan 20 mm, sağdan, yuxarıdan və aşağıdan 5 mm təşkil edir).

7. Buraxılış işinin hesabat-yazı hissəsi tamamlandıqdan sonra, onun əsas qrafiki materialları (Struktur, funksional və prinsipial sxemlər, qrafiklər, çertyojlar, şəkillər və s.) ədəbiyyatdan sonra 55 mm-lik çərçivə daxilində verilir və buraxılış işinin həcminə daxil olmurlar.

8. Əlavələr (qrafiklər, cədvəllər, şəkillər və s.) ən sonda verilir və səhifə sayına daxil deyil.

9. Böyük bölmələr səhifənin əvvəlində və ya ortasında qurtararsa növbəti böyük bölmə yeni səhifədən başlanır.

10. Buraxılış işinin, məruzə üçün hazırlanmış prezentasiyası qrafiki materiallar daxil olmaqla elektron versiyada CD və ya DVD diskə yazılaraq əlavə olunur.

ALİ MƏKTƏBİN BAKALAVR PİLLƏSİNDƏ BURAXILIŞ İŞLƏRİNİN HƏCMİNİN BÖLMƏLƏR ÜZRƏ TƏQRİBİ PAYLANMASI

1. Giriş: ~ 3 – 5 səhifə;

2. Qurğunun struktur sxeminin analizi ~ 10 səhifə;

3. Qurğunun eskiz hesabatı ~10 səhifə;

4. Prinsipial elektrik sxeminin elektrik hesabatı ~ 15 – 20 səhifə;

5. Nəticə – 1 səhifə;

6. Ədəbiyyat – 1 səhifə.

ПРИМЕРЫ ОФОРМЛЕНИЯ ТИТУЛЬНЫХ СТРАНИЦ

Comments are closed, but trackbacks and pingbacks are open.