Bülfəz Elçibəy | Türkçü – Turancı – Milletçi | Azerbaycan Kurtuluş Hareketi Lideri ve Cumhurbaşkanı Ebulfeyz Elçibey
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək). Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun “Elmi əsərlər”ində, EA-nın “Xəbərlər”ində, “Əlyazmalar xəzinəsində” toplusunda və b. nəşrlərdə çıxan “Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması” (1967), “Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair” (1968), “9-10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında” (1971), “Tulunilər dövləti və Qərmətilər” (1971), “Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair” (1971), “9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət” (1972), “Hənəfilik və onun əsas qaydaları” (1986), “Əhməd Tantarani Maraği və onun “Tantaraniyyə” qəsidəsi” (1987) və b. bir çox monumental tədqiqatlarını göstərmək olar.
Bütöv Azərbaycan Yolunda
Əbülfəz Qədirqulu oğlu Elçibəy (əsl soyadı Əliyev; 24 iyun 1938 – 22 avqust 2000) — Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993). Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
Əbülfəz Elçibəyin soy ağacı
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək). Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun “Elmi əsərlər”ində, EA-nın “Xəbərlər”ində, “Əlyazmalar xəzinəsində” toplusunda və b. nəşrlərdə çıxan “Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması” (1967), “Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair” (1968), “9-10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında” (1971), “Tulunilər dövləti və Qərmətilər” (1971), “Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair” (1971), “9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət” (1972), “Hənəfilik və onun əsas qaydaları” (1986), “Əhməd Tantarani Maraği və onun “Tantaraniyyə” qəsidəsi” (1987) və b. bir çox monumental tədqiqatlarını göstərmək olar.
Görkəmli alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: “Tolunoğulları dövləti (868-905)” (İstanbul, 1997) və “Bütöv Azərbaycan yolunda” (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.
Əbülfəz Elçibəy | Türkçü – Turancı – Milletçi | Azerbaycan Kurtuluş Hareketi Lideri ve Cumhurbaşkanı Ebulfeyz Elçibey
butov azerbaycan yolunda
Çapa hazırlayanlar: Ədalət Tahirzadə, Çingiz Göytürk. Ankara, “Ecdad” yayınları, 1998, 334 s.; Bakı, “NURLAR” NəĢriyyat-Poliqrafiya Mərkəzi, 2004, 376 s.
I BÖLÜM. MƏQALƏLƏR
1. AZƏRBAYCAN (TARİXDƏN BİR NEÇƏ SÖZ)
2. TÜRK DİLİ VƏ RUS İMPERİYA SİYASƏTİ
3. FARS ŞOVİNİZMİ
4. ƏN KƏSƏ YOL
5. NƏ DEYƏSƏN?! BELƏ QALMAZ
II BÖLÜM. ÇIXIŞLAR
1. İRAN TƏBRİZİN BİR YUMRUĞU İLƏ DAĞILACAQ
2. BAYRAĞIMIZ İDEYA MƏNBƏYİMİZDİR
3. 31 DEKABR BİRLƏŞMİŞ AZƏRBAYCAN YURDLARI (BAY) UĞRUNDA HƏMRƏYLİK GÜNÜDÜR
4. İRAN İMPERİYASININ SONU YAXINLAŞMAQDADIR
III BÖLÜM. MÜRACİƏTLƏR
1. DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİ İLƏ
2. AZƏRBAYCANIN GÜNEYİNDƏ MİLLİ İSTİQLAL CƏBHƏSİNİN YARADILMASI İLƏ BAĞLI
3. TÜRKİYƏDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRƏ
4. TƏRƏQQİPƏRVƏR DÜNYA İCTİMAİYYƏTİNƏ VƏ BEYNƏLXALQ TƏŞKİLATLARA
5. AZƏRBAYCANIN GÜNEYĠNDƏ BAŞ VERMİŞ TƏBİİ FƏLAKƏTLƏ BAĞLI
6. AVROPA BİRLİYİ ÖLKƏLƏRİNƏ VƏ MÜTƏRƏQQİ DÜNYA DÖVLƏTLƏRİNƏ
7. DÜNYA AZƏRBAYCAN TÜRKLƏRİNƏ
IV BÖLÜM. MÜSAHİBƏLƏR
1. VAXTINDA ATILMIŞ CƏSARƏTLİ ADDIM
2. MiLLƏTiN ÖZÜNÜ DƏRKi TARiXiN TƏLƏBiDiR
3. FARS ŞOVİNİZMİ AZƏRBAYCAN TÜRKLƏRİNİN QATI DÜŞMƏNİDİR
4. BİZ HAQLARIMIZ UĞRUNDA MÜBARİZƏ APARIRIQ
5. BÜTÖV AZƏRBAYCAN İDEYADIR, MƏFKURƏDİR VƏ TƏBRİZ MƏNİM ŞƏHƏRİMDİR
6. MƏNİM VƏTƏNİM BÜTÖV AZƏRBAYCANDIR
7. İRANI DA SSRİ-nin TALEYİ GÖZLƏYİR
8. VƏTƏN BİRDİR
9. AZƏRBAYCANIN GÜNEYİ AZAD OLMALI
10. 200 İL PARÇALANMIŞ BİR XALQI BİRLƏŞDİRMƏK BÖYÜK ŞƏRƏF VƏ TARİXİ ZƏRURƏTDİR
11. AZƏRBAYCANIN BÜTÖVLÜK RUHU PARÇALANMAZDIR
V BÖLÜM. DÜŞÜNCƏLƏR
Kitabın DPF baskısını bağlantıya tıklayıp okuyabilirsiniz veya sağ tıklayıp farklı kaydet diyerek bilgisayarınıza indirebilirsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.