Press "Enter" to skip to content

Buz heykəl əsərinin təhlili

Ordudan tərxis edildikdən sonra “Azərbaycanfilm” kinostudiyasında işə başlayan Ənvər Məmmədxanlının həyatı heç də hamar olmadı. Qardaşının başına gətirilən faciə, eləcə də yaxın qohumlarının sürgünü, bir sıra pyeslərinin başıbəlalı olması onu da oda salmışdı. Özlərinin rahatlığını təmin etmək üçün bəzi insanlar şər, böhtan, donos yazmaqdan usanmırdılar. Bəzən də Mir Cəfər Bağırova xoş gəlsin deyə Ənvər Məmmədxanlını da bada verməkdən ötrü ona da çamur atmağa çalışırdılar. Xatirələrdən bəlli olur ki, Ənvər Məmmədxanlı ömrünün sonuna kimi repressiya dövrünü yaddan çıxarmamışdı. Şahidi olduğu qanlı iclaslardan, xof və vahimə içərisində qalan insanların yalan danışdığından, haqsızlıqlardan tez-tez söhbət edərmiş. Stalin haqqında dediyi bir fikir dövrün və quruluşun ab-havasını bildirirdi: “Şineli rəngdə boz bir həyat qoyub getdi bizə”. Əsərlərinə səpələnmiş elə qiymətli fikirlər var ki, bu atmacaların, deyimlərin ahəngindəki gizlinlər indi bizə çox mətləblərdən xəbər verir: “Düşmən üçün fikir yoxdur, dost və ya hər şey ki boğulanda ölür, fikir boğlduqca dirilir. “; “Düşünən həmişə belədir. Azadlığa qovuşanda bir az dəli olur”; “Ey ölüm, gəl ki, bu həyat bizi öldürdü”; “Ey yazıqlar, siz nə vaxt dərk edəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir?! O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir”; “Xırdaca kəndlər gördüm ki, yuxarı başı aşağı başla vuruşurdu. Böyük şəhərlər gördüm ki, aşağı məhəllə yuxarı məhəllə ilə döyüşürdü. Və yüz dəfə lənət olsun o kiçik balıqlara ki didirlər böyük balığın qarnında bir-birini”. Bu deyimlərin sayı çoxdur. Onların hər biri yazıçının fəryadı, etirazı və cəsarəti idi. Əsl sənətkarlar, qələm sahibləri həqiqəti demək mümkün olmayanda, ana dilində yaza bilməyəndə ya ezopdan istifadə ediblər, ya da susublar, amma yalan danışmayıblar.

87 №-li tam orta məktəb

Ənvər Məmmədxanlının “Buz heykəl” əsərinin müzakirəsi təşkil olunmuşdur

Məktəblilər üçün oxu – Ənvər Məmmədxanlı “Buz heykəl” əsəri. Məktəbin İllik Fəaliyyət Planının 1.3.11- ci bəndinə müvafiq olaraq məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və bədii əsərlərin şagirdlər tərəfindən müzakirəsinin təşkili məqsədilə məktəbin 7a və 7b siniflərində əməkdar artist Mehriban Zəkinin səsləndirdiyi həmin hekayənin şagirdlər tərəfindən müzakirəsi təşkil olunmuşdur. https://www.youtube.com/watch?v=p0etEKhLagI&t=44s

XƏBƏR LENTİ

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Bakı İd.

Dərslərdə “İdman növləri haqqında mövzular”dan söhbət açmışlar

“1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar sinif tə.

Paytaxt məktəblərində idman həftəsi

Məktəbdə X sinif şagirdləri arasında “Mən Azərbaycanlıyam” .

Məktəbdə Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslər keç.

II Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

BŞTİ tərəfindən monitorinq keçirilir

Buz heykəl əsərinin təhlili

Prezident İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda deyilir: “Ənvər Məmmədxanlı ədəbi prosesə həmişə təravət gətirən əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərmişdir. Onun yaradıcılığı ana dilimizə həssas yazıçı yanaşmasının parlaq nümunəsidir”.

Yazıçı, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü ilin fevralında Göyçay şəhərində anadan olub. Sonralar Bakıya gələn Ənvər Məmmədxanlı əvvəlcə sənaye texnikumunda oxuyub. Bir müddət Bakıda zavodların birində çalışıb. Eyni zamanda Azərbaycan Neft İnstitutunda qiyabi təhsil alıb. Amma bu ali məktəbi bitirməyə həvəsi olmayıb. Ədəbiyyata, yaradıcılığa bağlılıq onun gələcəkdə neft mühəndisi olmasını əngəlləyib. Xatirələrdən bəlli olur ki, Ənvər Məmmədxanlı istedadlı və qabiliyyətli şəxsiyyət olub. Hansı işin qulpundan yapışsa, onu mükəmməl şəkildə yerinə yetirərmiş. Bu səbəbdən də əgər səbirsizlik etməyib ali təhsilini başa çatdırsaydı, respublikanın tanınmış neftçi alimlərindən biri olardı. Dostları onun intellektual səviyyəsindən, dünyagörüşündən, dəqiq elmləri yaxşı bildiyindən maraqlı xatirələr qələmə alıblar. Ömrünün ən gözəl çağları repressiya və müharibə illərinə təsadüf edən Ənvər Məmmədxanlının həyatı çox iztirablı keçib. Atası Qafar kişi Müsavat hökumətinin Göyçay təmsilçisi olduğundan dəfələrlə həbs edilərək Sibirə göndərilib. Sovet hökuməti onu tutmaqdan, Qafar kişi də sürgündən qaçmaqdan yorulmayıb, eləcə qaçaq ömrü yaşayıb. Qardaşı Niyazi də İkinci Dünya müharibəsi zamanı cəbhədə ağır yaralanaraq əsir düşüb. Faşistlərin ona verdiyi məşəqqətlərdən qurtulduqdan sonra Stalin hökuməti bu başıbəlalı gənci doğma vətənindən sürgün edib. Üzləşdiyi haqsızlıqlar sonda Niyazini sağalmaz xəstəliyə salıb. Bu acılar ömrü boyu Ənvər Məmmədxanlının taleyində öz izini göstərib.

Xalq yazıçısı Anar onun haqqında qələmə aldığı xatirələrində yazır: “Həyatım ağrıyır. ” Ənvər Məmmədxanlının ifadəsidir. Uşaqlıq illərimdən xatırlayıram. Nə vaxt xəbər alsaydım ki, nə olub sənə, dalğın-dalğın cavab verərdi: “Həyatım ağrıyır”. Ənvər Məmmədxanlının şəxsiyyətini, bioqrafiyasını öyrəndikdən, əsərlərini oxuduqdan sonra məhz bu ifadənin necə qəribə bir məna daşıdığını dərindən anladım. Anar söyləyir ki, o, həyatsevər insan idi; gəncliyində dünyanın ləzzətlərindən zövq almağı bacaran adam kimi, yaşlı çağında da şövqündən, yaşamaq, düşünmək, mübahisə etmək həvəsindən qalmamışdır. Amma bu nikbin təbiətli bir insanın ömrü boyu həyatı niyə ağrımışdı?”

Biz nəsil bu yazıçını orta məktəb illərində oxuduğumuz “Buz heykəl” hekayəsinə görə tanımışdıq. İkinci Dünya müharibəsi zamanı insanların çəkdiyi zillətlərə həsr olunmuş bu əsərdə almanların yaxınlaşdığını görən ana körpəsini götürüb qaçanda çovğuna düşür. Balasını xilas etmək üçün ana çox əziyyətlər çəkir. Son nəfəsini də, hərarətini də ona verərək bərk-bərk qucağına sıxır. Sovet əsgərləri ananı tapanda o özü buz heykələ dönsə də, qucağındakı körpə donmamışdı. Gözəl, axıcı, təsiredici bir dildə yazılmış bu əsər həm müharibənin dəhşətlərini əks etdirmək baxımından, həm də ananın övlad yolunda fədakarlığından, ölümə meydan oxumasından, balası yolunda canını qurban verməsindən bəhs edən ən dəyərli və qiymətli əsər kimi yaddaşımıza iz saldı. Bilmirəm, ədəbi tənqidçilər hansı fikirdədirlər? Çünki bu yazıçının saysız-hesabsız hekayələri, müxtəlif məzmunlu kitabları işıq üzü görüb. Onun ssenarisi əsasında “Bəxtiyar”, “Cazibə qüvvəsi”, “Leyli və Məcnun”, “Fətəli xan”, “İntizar”, “Babək” və s. filmlər çəkilib. Dramları teatrlarda, televiziyalarda tamaşaya qoyulub. Bir oxucu kimi deyə bilərik ki, “Buz heykəl”i ilə Ənvər Məmmədxanlı öz yaradıcılığının əbədiyyət nəğməsini oxudu. Bundan başqa, guya inqilabdan bəhs edən “Şərqin səhəri” əsərində, daha doğrusu, televiziya tamaşasında Səməndər Rzayevin yaratdığı obrazın kapitalist Ağalarovun dili ilə söylənilən “Biz qayıdacağıq, Bakı! Məşhər ayağı onda olacaq” xəbərdarlığı uzaqgörənliyin ifadəsi deyilmi?! Quruluşun diktəsi öz yerində, yazıçının həqiqəti bu əsərə əslində əbədi ömür gətirmişdi. Müəllif baş verən hadisələri qələmə almışdı. Öz münasibəti məhz “biz mütləq qayıdacağıq” inamı idi. Həyat da onun doğru söylədiyini təsdiq etdi. Yazıçı müdrikliyi budur!

Ənvər Məmmədxanlı əslində ədəbiyyata 1934-cü ildə “Burulğan” povesti ilə gəldi. O, mühəndisliyin daşını atsa da, ilk nəsr əsərində məhz neftçilərin həyatından yazmışdı. Saflığın, təmizliyin, mərdliyin, etibar və sədaqətin simvolu olan Ənvər Məmmədxanlı şöhrətdən, məşhurluq iddiasından çox uzaq insan olub, jurnalistlərə müsahibələr verməyi, televiziya ekranlarında görünməyi, müxtəlif tədbirlərdə çıxış etməyi heç sevməzmiş.

“Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi işlədiyi vaxt İkinci Dünya müharibəsi başlayıb. 1942-ci ildə müharibəyə gedən Ənvər Məmmədxanlı Stalinqrad cəbhəsində vuruşub. Sonra Azərbaycan yazıçıları ilə birlikdə Şimali Qafqaz cəbhəsinə göndərilib. 416-cı Taqanroq diviziyasında hərbi müxbir olub. 1944-cü ildə Sovet ordusunun tərkibində İrana göndərilib. O zaman Təbrizdə əski əlifba ilə “Vətən yolunda” adlı qəzet buraxılırdı. Ənvər Məmmədxanlı bu qəzetin redaksiyasında xüsusi müxbir kimi çalışıb. O, zabit paltarında olsa da, ilk növbədə yazıçı idi. Sinəsində vətənini, millətini canından artıq sevən, onun taleyini düşünən bir ürək döyünürdü. İranda olduğu müddətdə Ərdəbili, Tehranı gəzmişdi. Cənubi Azərbaycanla bağlı “Qızıl qönçələr”, “Boyunbağı”, “Karvan dayandı”, “Od içində” əsərlərini qələmə almışdı.

Ordudan tərxis edildikdən sonra “Azərbaycanfilm” kinostudiyasında işə başlayan Ənvər Məmmədxanlının həyatı heç də hamar olmadı. Qardaşının başına gətirilən faciə, eləcə də yaxın qohumlarının sürgünü, bir sıra pyeslərinin başıbəlalı olması onu da oda salmışdı. Özlərinin rahatlığını təmin etmək üçün bəzi insanlar şər, böhtan, donos yazmaqdan usanmırdılar. Bəzən də Mir Cəfər Bağırova xoş gəlsin deyə Ənvər Məmmədxanlını da bada verməkdən ötrü ona da çamur atmağa çalışırdılar. Xatirələrdən bəlli olur ki, Ənvər Məmmədxanlı ömrünün sonuna kimi repressiya dövrünü yaddan çıxarmamışdı. Şahidi olduğu qanlı iclaslardan, xof və vahimə içərisində qalan insanların yalan danışdığından, haqsızlıqlardan tez-tez söhbət edərmiş. Stalin haqqında dediyi bir fikir dövrün və quruluşun ab-havasını bildirirdi: “Şineli rəngdə boz bir həyat qoyub getdi bizə”. Əsərlərinə səpələnmiş elə qiymətli fikirlər var ki, bu atmacaların, deyimlərin ahəngindəki gizlinlər indi bizə çox mətləblərdən xəbər verir: “Düşmən üçün fikir yoxdur, dost və ya hər şey ki boğulanda ölür, fikir boğlduqca dirilir. “; “Düşünən həmişə belədir. Azadlığa qovuşanda bir az dəli olur”; “Ey ölüm, gəl ki, bu həyat bizi öldürdü”; “Ey yazıqlar, siz nə vaxt dərk edəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir?! O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir”; “Xırdaca kəndlər gördüm ki, yuxarı başı aşağı başla vuruşurdu. Böyük şəhərlər gördüm ki, aşağı məhəllə yuxarı məhəllə ilə döyüşürdü. Və yüz dəfə lənət olsun o kiçik balıqlara ki didirlər böyük balığın qarnında bir-birini”. Bu deyimlərin sayı çoxdur. Onların hər biri yazıçının fəryadı, etirazı və cəsarəti idi. Əsl sənətkarlar, qələm sahibləri həqiqəti demək mümkün olmayanda, ana dilində yaza bilməyəndə ya ezopdan istifadə ediblər, ya da susublar, amma yalan danışmayıblar.

Ənvər Məmmədxanlının gözəl və diqqətçəkən əsərlərindən biri də “Şirvan gözəli” olub. Vaxtilə bu əsəri oxuyan böyük türk şairi Nazim Hikmətin onu dəyərləndirərək “Əsl məqsədinizi dolayı yolla deyə bilibsiz” söyləməsi müəllifin uğurundan xəbər verirdi. Təəssüf ki, bu əsər də o dövr mətbuatında kəskin tənqidə məruz qaldı. Ənvər Məmmədxanlı dövrünün oğlu idi. Lenin, Stalin, oktyabr inqilabı haqqında hekayələr yazmışdı. Məşhur “Şərqin səhəri” əsərində aprelin 28-ni tərənnüm də etmişdi. Amma bu əsərlərin özündə elə həqiqəti demişdi ki, bu gün də yazıçının məharətinə, həqiqəti söyləmək qabiliyyətinə heyran olmaya bilmirsən.

“Bakı gecələri”, “Əfsanəli dağlar”, “Ay işığında”, “Ayrıldılar” kimi əsərləri ilə Azərbaycan nəsrinə yeni təravət gətirən Ənvər Məmmədxanlı oxucu rəğbəti qazanan, sevilən orijinal yazıçı idi. Bu bir həqiqətdir ki, sovet dövründə yaşayıb-yaradan, quruluşun tikanlarını ürəyində hiss edən, neçə əzizinin güdaza getdiyinin şahidi olan Ənvər Məmmədxanlı heç vaxt mədhiyyə yazmadı, inandığı və gördüyü həqiqəti qələmə aldı.

Daxilən çox zəngin olan, Azərbaycan ədəbiyyatına bir-birindən maraqlı, yaddaqalan əsərlər bəxş edən, kino sənətinə öz imzasını atan Ənvər Məmmədxanlı əslində çox sadə, eyni zamanda tənha bir həyat yaşayıb. Onun var-dövlətini ehtiva edən zəngin kitabxanası var idi. Sevməyi və sevilməyi bacaran Ənvər Məmmədxanlı əzəldən bəxti gətirməmiş bir sevda yolçusu olub. Həssas, duyumlu və sədaqətli olması onu həyatın burulğanında ormanından ayrı düşmüş bir çinar kimi qurutdu. O, bir dağ qartalı idi, güzarına həsrət qaldı. Gözəl əsərlər yazdı, həqiqətləri dilə gətirdi, mərd ömür sürdü, kişi kimi sözün düzünü dedi, üzə dedi, əyilmədi, amma içində bir sınıqlıq var idi. Əzizlərinin itkisi onun həyatına ağırlıqlar gətirirdi və sanki bu olmuşların acığına o öz ömrünün düsturunu dürüst imzalayırdı: “Sən o qədər təksən ki, heç vaxt təklik nə olduğunu bilməyəcəksən”. Anar müəllim söyləyir ki, ömrünün son illərini də guşənişinliyə qapılmaqla keçirmişdi bu görkəmli yazıçı.

Ənvər Məmmədxanılının adı çəkiləndə xəyalımıza ilkin olaraq onun uşaq kimi saf, təmiz siması, aydın baxışları, bir də ağ saçları gəlir. Zirvələr həmişə bəmbəyaz olar. Sanki bir bulud parçası Ənvər Məmmədxanlı adlı bir dağın zirvəsinə işıq salaraq boşalmağa məqam axtarırdı. Amma bu yağışlar heç vaxt yağmadıE

“Buz heykəl”i ilə qəlbimizə yol tapdı, ürəyimizdə öz abidəsini ucaltdı. Quruluşlar dəyişdi, ölən və atılan əsərlər oldu. Amma taleyin işinə bax ki, buzdan naxışladığı heykəl bu yazıçının yaradıcılığına əbədiyyət nəğməsi oxuduE

Comments are closed, but trackbacks and pingbacks are open.