Press "Enter" to skip to content

Buzlaqların geoloji faliyyti

Yayda havanın temperaturu sıfırdan yuxarı qalxdıqda buzlağın səthindəki qar əriyərək, ayrı-ayrı buz dənələri (firnlər) əmələ gətirir. Bu dənələr bir-birinə möhkəm birləşmiş olsa da, bu, hələ tam buz deyil; bir neçə yay lazımdır ki, firndə donmuş su onu buza çevirsin. Dağ buzlaqlarının qalınlığı 100 metr, Antarktidada və Qrenlandiyada isə 3-4 kilometr olur.

Buzlaqlar və bataqlıqlar

Buzlaqlar quru üzərində hərəkət edən buzların toplanmasıdır və qurunun 11%-ni və ya 16,3 mln. km2-ə malik olan ərazisini tutur. Onlar qar xəttindən yuxarıda yaranır. Qar xətti bütün ilboyu, hətta yay aylarında belə temperaturun 0°C-dən aşağı olduğu hündürlüyə deyilir.
Qar xəttindən yuxarıda qum səthinə düşən qar əriməyə macal tapmadan toplanır. Tədricən sıxılaraq qar dənəvər formada və tutqun rəngli firn (alm. — “köhnə qar”) buzuna çevrilir. Sonrakı mərhələdə qar daha da bərkiyərək südrəngli şəffaf qletçer (alm. — “buzlaq”) buzunu əmələ gətirir. Coğrafiyanın buzlaqları öyrənən qolu qlyasiologiya (lat. — “buz; elm”) adlanır.
Qar xəttinin hündürlüyünün coğrafi enlik üzrə paylanması
Qar xətti ərazinin iqlim xüsusiyyətlərindən asılıdır. Yerin iqlimi coğrafi enlikdən asılı olaraq dəyişdiyi üçün qar xəttinin hündürlüyü də dəyişir. Yamacların istiqaməti də qar xəttinin hündürlüyünə təsir edir. Dağların ekvatora baxan yamaclarında qar xətti hündür, əks yamaclarında isə nisbətən aşağı olur.
Azərbaycanda buzlaqlar hündürlüyü 3900 m-dən hündür olan Bazardüzü, Şahdağ, Tufandağ, Bazaryurd zirvələrində, az miqdarda Qapıcıq dağında yayılmışdır.
Quruda buzlaqlar dağ və materik (örtük) buzlaqlarına bölünür. Dağ buzlaqları qar xəttindən yuxarıda yerləşən zirvələrdə, yamaclarda və dağarası çökəkliklərdə yaranır. Ən böyük dağ buzlaqları Alyaskada, Himalay, Hindiquş, Pamir və Tyan-Şan dağlarındadır.
Dağ buzlaqları yamacboyu sutkada 20-80 sm-dən ildə 100-300 m-ə qədər sürətlə hərəkət edərək müxtəlif relyef formaları yaradır. Buzlağın qidalanma və axın hissələri vardır. Qidalanma hissəsində qar toplanaraq buz əmələ gətirir, axın hissəsində isə buzlağın əriməsi baş verir. Burada bir çox çayların mənbəyi yerləşir.
Materik (örtük) buzlaqları böyük əraziləri əhatə edir və daha qalın olması ilə fərqlənir. Bu buzlaqlar qar xəttinin 0 m-ə yaxın olduğu ərazilərdə — Antarktida, Qrenlandiya və bəzi qütbətrafi adalarda yayılmışdır. Antarktidada buz örtüyünün orta qalınlığı 2000 m-ə çatır. Materik (örtük) buzlaqları günbəzvarı və ya qalxanvarı formaya malik olur. Toplanan buz qatı öz ağırlığı nəticəsində kənarlara doğru hərəkət edir və qırılaraq dənizə düşür. Nəticədə üzən buz dağları — aysberqlər yaranır. Aysberqlərin uzunluğu 100 km və ondan da çox ola bilər. Onların hündürlüyü, adətən, 35-50 m olur.
Buzlaqlar müxtəlif səbəblərdən, xüsusilə iqlimin təsiri ilə dövri olaraq irəliyə və geriyə doğru hərəkət edir. İslandiya və Qrenlandiya buzlaqlarının geriyə çəkilməsi nəticəsində vikinqlərin X-XI əsrlərdə saldıqları məskənlər buzun altından üzə çıxmışdır.
Buzlaqların böyük iqtisadi əhəmiyyəti vardır. Dağ buzlaqları müxtəlif çayları qidalandırır. Bir çox ölkələrdə su qıtlığı probleminin həll olunmasında buzlaqlardan istifadə edilir. Aysberqlərin yedək gəmiləri vasitəsilə isti ölkələrə gətirilməsi layihələri mövcuddur. Hesablamalara görə, bu layihə dəniz suyunun şirinləşdirilməsindən xeyli ucuz başa gəlir. Qrenlandiyada buzlaq suları ilə işləyən elektrik stansiyasının layihəsi hazırlanmışdır.
Bataqlıqlar ifrat rütubətlənməyə malik, torf qatının 30 sm-dən az olmadığı ərazilərdir. Torfun qalınlığının 30 sm-dən az olduğu və ya heç olmadığı nəmlənmiş ərazilərə bataqlıqlaşmış ərazilər deyilir. Bataqlıqlar quru sahəsinin 4-6%-ə qədərini tutur. Bataqlıqların yaranması müxtəlif amillərlə bağlıdır: a) yağıntıların miqdarının buxarlanmadan çox olması; b) qrunt sularının səviyyəsinin səthə yaxın yerləşməsi; c) daimi donuşluğun olması; d) hamar relyef və zəif səth axını; e) çaylarda gursululuq dövrünün davamlı olması.
Bataqlığın yaranması durğun sututarlarda rütubətsevən bitkilərin, xüsusilə sfaqnum mamırının yayılması ilə başlayır.
Mamır bataqlıqlaşmış səthi örtərək digər bitkilərin çürüməsinə və ərazinin daha çox bataqlıqlaşmasına səbəb olur. Tədricən çürümüş bitki qalıqları toplanaraq torf qatını əmələ gətirir. Bataqlığın bundan sonrakı formalaşması prosesində əsas rolu bitkilər oynayır.
Bataqlıqlar qidalanmasına və bitki örtüyünə görə 2 tipə bölünür: alt və üst. Alt bataqlıqlar keçmiş göllərin və çay dərələrinin yerində yaranır. Onlar, əsasən, mineral tərkibli qrunt suları ilə qidalanır, çünki sukeçirən süxurların üzərində yerləşir. Alt bataqlıqlarda torfun qalınlığı az olur (1-1,5 m) və əsasən, meşə və meşə-çöl zonalarında yerləşir. Üst bataqlıqlar hamar relyefə malik suayırıcılarda yaranır və əsasən, atmosfer yağıntıları ilə qidalanır. Onlar sukeçirməyən süxur qatı üzərində formalaşır. Torfun qalınlığı 6-10 m təşkil edir. Belə bataqlıqlara tundra, meşə-tundra, tayqa zonalarında rast gəlinir.
Bataqlıqlar da buzlaqlar kimi mühüm təsərrüfat əhəmiyyətinə malikdir. Üst bataqlıqların sahələri qurudularaq torf əldə edilir və yanacaq kimi işlədilir. Alt bataqlıqların torfundan üzvi gübrə kimi istifadə olunur. Bu səbəbdən alt bataqlıqlar qismən qurudularaq münbit əkin sahələrinə çevrilir. Bataqlığın bir hissəsi təbiətdə ekoloji sistemi qorumaq üçün təbii halda saxlanılır. Bataqlıqlar ərazinin havasını rütubətləndirir, müxtəlif qiymətli bitki və heyvan növlərinin yayılmasına imkan verir, eyni zamanda çaylar üçün qida mənbəyidir.


Müəllif: Yaqub Qəribov, Oktay Alxasov, Şərafət Hüseynli, Məhbubə Babayev
Mənbə:Coğrafiya — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK

Buzlaqların geoloji faliyyti

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir.

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır.

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Buzlaqlar buzun uzun illər ərzində toplanması sayəsində yaranır. Bu, o yerlərdə baş verir ki, bütün qış boyu yağan qar yay vaxtı əriməyə macal tapmır. Odur ki, buzlaqlar, əsasən, uca dağların zirvəsində, Arktika adalarında və Antarktidada müşahidə edilir.

Yayda havanın temperaturu sıfırdan yuxarı qalxdıqda buzlağın səthindəki qar əriyərək, ayrı-ayrı buz dənələri (firnlər) əmələ gətirir. Bu dənələr bir-birinə möhkəm birləşmiş olsa da, bu, hələ tam buz deyil; bir neçə yay lazımdır ki, firndə donmuş su onu buza çevirsin. Dağ buzlaqlarının qalınlığı 100 metr, Antarktidada və Qrenlandiyada isə 3-4 kilometr olur.

Bütün buzlaqlar hərəkət edir. Bu, buzun xüsusiyyətidir: buz layı çox qalın olduqda, buz öz ağırlığının təsiri ilə yavaş-yavaş “axmağa” başlayır.

Qafqaz dağlarındakı bir çox buzlaq ildə 100 metrədək hərəkət edir. Tyanşan və Pamir dağlarının nəhəng buzlaqları isə ildə 150-300 metr sürüşür. Bəzən hərəkət edən buzlaq öz yolunda daş maneələrə rast gəlir və parçalanır. Bu zaman buz uçqunları – buzlaqların ən təhlükəli və çətin keçilən yerləri yaranır.

Buzlaqlar ən yaxşı şirin su mənbəyidir. Buzlaqlarda əriyən qar bir çox hallarda çayların başlanğıcını təşkil edir.

Dağ çaylarının əksəriyyəti buzlaqlardan qidalanaraq, bir çox quru iqlimli ölkələrin torpağına bərəkət gətirir. Azərbaycanda Bazardüzü, Tufan, Şahdağ və Bazaryurdda buzlaqlar var.

Comments are closed, but trackbacks and pingbacks are open.