Press "Enter" to skip to content

Zümlük də şok olay: “İntim əlaqədə olduq, pulumu vermədi. ” – Təfərrüat

200.5. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 161. Eyniləşdirmə tədbirləri

161.2. Həmin eyniləşdirmə tədbirləri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir.

161.3. Fors-major hallarında malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədləri istisna olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin götürülməsi və ya məhv edilməsi yalnız gömrük orqanları tərəfindən, gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda isə səlahiyyətli iqtisadi operatorlar tərəfindən həyata keçirilə bilər.

161.4. Eyniləşdirmə vasitələri fors-major hallarında götürüldükdə və ya məhv edildikdə, dərhal gömrük orqanlarına məlumat verilməli və göstərilən halların mövcudluğunu sübut edən dəlillər təqdim olunmalıdır.

FƏSİL 25
BURAXILIŞ
Maddə 162. Malların buraxılışı
162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər.

162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir.

162.3. Eyni gömrük bəyannaməsinin əhatə etdiyi bütün mallar gömrük orqanları tərəfindən eyni vaxtda buraxılır.

162.4. Mallar gömrük bəyannaməsini təsdiq etmiş gömrük orqanına deyil, başqa gömrük orqanına təqdim edildikdə, aidiyyəti gömrük orqanları həmin malların buraxılışı üçün zəruri olan məlumatları öz aralarında mübadilə etməlidirlər.

Maddə 163. Gömrük borcunun ödənilməsindən və yaxud bu borca görə

təminatın verilməsindən asılı olan buraxılış
163.1. Gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir.

163.2. Bu Məcəllənin 163.1-ci maddəsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal olunan mallara şamil edilmir.

163.3. Gömrük orqanları malların bəyan edildiyi gömrük proseduruna və bu Məcəllənin 45-ci fəslinə uyğun olaraq gömrük ödənişlərinə təminat verilməsini tələb etdikdə, həmin tələb yerinə yetirilməyənədək mallar müvafiq gömrük proseduruna buraxılmır.

163.4. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər. Bu mallardan başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, bu Məcəllə və digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra, gömrük orqanlarının icazəsi ilə yol verilir.

163.5. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.
FƏSİL 26

SƏRBƏST DÖVRİYYƏ ÜÇÜN BURAXILIŞ
Maddə 164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə

dairəsi
164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir.

164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:

164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini;

164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini;

165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını.

164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar.

164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
FƏSİL 27
TƏKRAR İDXAL
Maddə 165. Təkrar idxal gömrük prosedurunun əhatə dairəsi
165.1. Təkrar idxal – ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.

165.2. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər.

165.3. Malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına bu Məcəllənin 165.6-cı maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir.

165.4. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən asılı olmayaraq icazə verilir.

165.5. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.

165.6. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

XI BÖLMƏ
XÜSUSİ GÖMRÜK PROSEDURLARI
FƏSİL 28
ÜMUMİ MÜDDƏALAR
Maddə 166. Xüsusi gömrük prosedurlarının əhatə dairəsi
166.0. Mallar aşağıdakı xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər:

166.0.1. tranzit (beynəlxalq və daxili tranzit);

166.0.2. saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc);

166.0.3. sərbəst zona;

166.0.4. xüsusi istifadə (müvəqqəti idxal və son istifadə);

166.0.5. emal (daxildə və xaricdə emal).

Maddə 167. İcazələrin və lisenziyaların verilməsi
167.1. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən gömrük orqanının icazəsi ilə həyata keçirilir.

167.2. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanından lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük anbarlarında həyata keçirilir.

167.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 167.1-ci və 167.2-ci maddəsində qeyd olunan icazə və lisenziya aşağıdakı şəxslərə verilir:

167.3.2. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə;

167.3.3. müvəqqəti idxal və ya daxildə emal xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallardan müvafiq olaraq istifadə edən, yaxud emal əməliyyatları aparan şəxsə.

167.4. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazə şəxsə aşağıdakı şərtlərlə verilir:

167.4.1. gömrük orqanlarının xüsusi gömrük prosedurlarına nəzarəti həyata keçirmək imkanı olduqda;

167.4.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.

167.5. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsi iqtisadi şəraitin təhlili nəticəsində müəyyən edilir. Bu təhlilin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

167.6. Xüsusi gömrük proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına məlumat verməyə borcludur.
Maddə 168. Uçotun aparılması
168.1. Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alğı-satqısı ilə məşğul olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada öz əməliyyatlarının uçotunu aparmalıdırlar.

168.2. Aparılan uçot gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o cümlədən həmin gömrük proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsinə, onların gömrük statusunun müəyyənləşdirilməsinə və daşınmasına nəzarətin həyata keçirilməsinə imkan yaratmalıdır.

Maddə 169. Xüsusi gömrük prosedurunun başa çatması
169.1. Tranzit xüsusi gömrük prosedurundan və bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa, xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya dövlətin xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır.

169.2. Tranzit xüsusi gömrük proseduru, göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır.

169.3. Xüsusi gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.
Maddə 170. Xüsusi gömrük prosedurları ilə bağlı hüquq və öhdəliklərin

ötürülməsi
Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilə bilər.
Maddə 171. Malların daşınması
Tranzit və sərbəst zona xüsusi gömrük prosedurları istisna olmaqla, digər xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallar gömrük ərazisinin müxtəlif məntəqələri arasında gömrük qanunvericiliyinin tələblərinə riayət olunmaqla daşına bilər.
Maddə 172. Mallarla adi işləmə formaları
Gömrük anbarlarında saxlanc, emal və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər.
Maddə 173. Ekvivalent mallar
173.1. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.

173.2. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.

173.3. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.

173.4. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərti ilə tranzit, müvəqqəti idxal və ya müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.

173.5. Müvafiq icra hakimiyyəti orqanı ekvivalent mallardan istifadə qaydalarını müəyyən edir.
FƏSİL 29
TRANZİT
Maddə 174. Beynəlxalq tranzit
174.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.

174.2. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması aşağıdakı qaydada həyata keçirilir:

174.2.1. malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;

174.2.2. malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir.

174.3. Bu Məcəllənin 174.1-ci maddəsində qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:

174.3.1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;

174.3.2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr;

174.3.3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya onlar üçün beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi.

174.4. Daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi hallarını və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

174.5. Xarici dövlətlərin və beynəlxalq təşkilatların rezidentlərin mənafeyinə zərər vuran ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, müvafiq icra hakimiyyəti orqanı həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil olan dövlətlərin mallarının gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq edə bilər.

174.6. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir.
Maddə 175. Daxili tranzit
175.1. Daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınmasıdır.

175.2. Bu Məcəllənin 175.1-ci maddəsində qeyd edilən daşınma poçt sistemi daxilində daşınan mallara da şamil edilir.

175.3. Malların daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.

175.4. Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

FƏSİL 30
SAXLANC
Maddə 176. Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi

176.1. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

176.2. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir.

176.3. Daxili mallar da gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı proseduru və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.

176.4. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halları və şərtləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 177. Saxlanc xüsusi gömrük proseduru sahibinin məsuliyyəti
177.1. Saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir:

177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;

177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə;

177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə.

177.2. Prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Maddə 178. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru
178.1. Başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir:

178.1.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar;

178.1.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar;

178.1.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar.

178.2. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir.

178.3. Gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.

178.4. Malları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmək və ya həmin prosedur altında saxlamaq mümkün olmadıqda, gömrük orqanları mallarla bağlı vəziyyəti tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər.
Maddə 179. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma

müddəti
179.1. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsində göstərilən müddət çərçivəsində uzadır.

179.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır.

179.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.
Maddə 180. Müvəqqəti saxlancda olan mallarla bağlı əməliyyatlar
180.1. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi əməliyyatlara məruz qala bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilmir.

180.2. Müvəqqəti saxlanc bu Məcəllənin 180.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında həyata keçirilir.

180.3. Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 181. Gömrük anbarlarında saxlanc
181.1. Xarici mallar gömrük anbarı xüsusi gömrük proseduru altında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər.

181.2. Gömrük anbarı istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.

181.3. Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraiti tələb olunan mallar anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanmalıdır.

181.4. Gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük anbarından müvəqqəti çıxarıla bilər. Fors-major halları istisna edilməklə, həmin malların gömrük anbarından müvəqqəti çıxarılması üçün gömrük orqanlarının icazəsi tələb olunur.

181.5. Gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 182. Gömrük anbarlarında daxili malların saxlanılması və emalı
182.0. Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük anbarında aşağıdakıların həyata keçirilməsinə icazə verirlər:

182.0.1. daxili malların saxlancına;

182.0.2. malların daxildə emal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilərək, həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına.
Maddə 183. Malların gömrük anbarında saxlanc müddəti
183.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç) il müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər.

183.2. Bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir.

183.3. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir.
FƏSİL 31
SƏRBƏST ZONA

Maddə 184. Sərbəst zonanın müəyyən edilməsi
184.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük ərazisində sərbəst zona yarada və ləğv edə bilər.

184.2. Müvafiq icra hakimiyyəti orqanı hər bir sərbəst zonanın sahəsini, onun giriş və çıxış məntəqələrini müəyyənləşdirir.

184.3. Sərbəst zona qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri gömrük orqanlarının nəzarəti altında olur.

184.4. Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər, mallar və nəqliyyat vasitələri bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçməlidirlər.

184.5. Gömrük orqanlarının icazəsi əsasında sərbəst zonaya gətirilmiş mallarla adi əməliyyatlar, o cümlədən onların qorunması, qablaşdırılması, keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin qruplaşdırılması, çeşidlənməsi, markalanması və yenidən qablaşdırılması həyata keçirilə bilər.
Maddə 185. Sərbəst zonada tikililər və həyata keçirilən fəaliyyət
185.1. Sərbəst zonada tikinti işləri gömrük orqanlarının icazəsi ilə aparılır.

185.2. Sərbəst zonada kommersiya və digər fəaliyyət növləri gömrük orqanlarına müəyyən edilmiş formada əvvəlcədən məlumat verilməklə, onların icazəsi ilə həyata keçirilir.

185.3. Müvafiq icra hakimiyyəti orqanı malların xassələrini və xüsusiyyətlərini, gömrük nəzarətinin tələblərini, təhlükəsizlik və mühafizə tədbirlərini nəzərə almaqla, bu Məcəllənin 185.2-ci maddəsində qeyd olunan fəaliyyət növlərinə qadağa və məhdudiyyətlər müəyyən edə bilər.
Maddə 186. Malların təqdim edilməsi və onların sərbəst zona xüsusi gömrük

proseduru altında yerləşdirilməsi
186.1. Sərbəst zonaya gətirilmiş mallar aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir və müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir:

186.1.1. gömrük ərazisindən kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə;

186.1.2. digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa çatan mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə;

186.1.3. idxal gömrük rüsumlarının qaytarılmasına və ya həmin rüsumların ödənilməsindən azad edilməyə əsas vermiş qərarın tətbiqi məqsədi ilə sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə.

186.2. Bu Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, sərbəst zonaya gətirilən mallar aşağıda göstərilən vaxtdan sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir:

186.2.1. mallar sərbəst zonaya daxili olduğu vaxtdan, əgər onlar artıq digər gömrük proseduru altında yerləşdirilməyibsə;

186.2.2. tranzit proseduru başa çatdığı vaxtdan, əgər mallar dərhal növbəti gömrük proseduru altında yerləşdirilməyibsə.

186.3. Malların sərbəst zona xüsusi gömrük proseduru altında qalması müddəti məhdudlaşdırılmır.

Maddə 187. Sərbəst zonada olan daxili mallar
187.1. Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal oluna, habelə istehlak edilə bilərlər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.

187.2. Şəxslərin müraciəti əsasında gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aşağıdakı malların daxili mallar gömrük statusunu təsdiq edirlər:

187.2.1. sərbəst zonaya gətirilən daxili malların;

187.2.2. sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların;

187.2.3. sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların.
Maddə 188. Sərbəst zonada olan xarici mallar
188.1. Xarici mallar sərbəst zonada olduğu müddətdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, daxildə emal, müvəqqəti idxal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.

188.2. Bu Məcəllənin 188.1-ci maddəsi müvafiq gömrük prosedurlarına uyğun olaraq idxal gömrük rüsumları və vergilər ödəmək öhdəliyini yaratmayan sərbəst dövriyyəyə buraxılmış və ya müvəqqəti idxal edilmiş malların istifadəsinə və istehlakına maneçilik törətmir. Bu cür istifadə və ya istehlak zamanı sərbəst dövriyyə üçün buraxılış və ya müvəqqəti idxal gömrük prosedurları ilə əlaqədar heç bir gömrük bəyannaməsi tələb edilmir.

Maddə 189. Malların sərbəst zonadan kənara çıxarılması
189.1. Sərbəst zonada yerləşən mallar gömrük ərazisindən ixrac və təkrar ixrac edilə və ya gömrük ərazisinin digər hissəsinə gətirilə bilər.

189.2. Gömrük ərazisinin digər hissələrinə gətirilən mallara bu Məcəllənin 117-124-cü maddələrinin müddəaları tətbiq edilir.

Maddə 190. Sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən

malların gömrük statusu
190.1. Mallar sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirildikdə və ya başqa gömrük proseduru altında yerləşdirildikdə, onların daxili statusu bu Məcəllənin 187.2-ci maddəsinə müvafiq olaraq və ya qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı sənədlə təsdiq edilənədək xarici mallar hesab edilir.

190.2. Qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallarda ixrac gömrük rüsumlarının alınması və ya malların ixracı ilə bağlı ticarət siyasəti tədbirlərinin tətbiq edilməsi məqsədi ilə mallar, onların daxili statusunun olmadığı müəyyənləşdirilənə qədər, daxili mallar hesab edilir.

Maddə 191. Sərbəst zonanın ləğvi
Sərbəst zona ləğv edildikdə, şəxslərə malların gömrük ərazisində yerləşən digər sərbəst zonaya aparılması və ya başqa gömrük proseduru altında yerləşdirilməsi üçün kifayət qədər vaxt verilməlidir.

FƏSİL 32
XÜSUSİ İSTİFADƏ
Maddə 192. Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi
192.1. Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.

192.2. Mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilirlər.

192.3. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində istifadə olunur:

192.3.1. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, onların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;

192.3.2. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;

192.3.3. gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.

192.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq müqavilələrin müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri nəzərə alınmalıdır.
Maddə 193. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında

qalma müddəti
193.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır.

193.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər.

193.3. Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır.

193.4. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.

Maddə 194. Müvəqqəti idxal zamanı gömrük rüsumlarından və vergilərdən

azadetmə
194.1. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

194.2. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır.

194.3. Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 195. Son istifadə xüsusi gömrük proseduru
195.1. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır.

195.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı hallarda başa çatır:

195.2.1. mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;

195.2.2. mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda;

195.2.3. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;

195.2.4. mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda.

195.3. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
FƏSİL 33
EMAL
Maddə 196. Hasilat norması
196.1. Gömrük orqanları emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat normasını və ya orta hasilat normasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada müəyyənləşdirirlər.

196.2. Hasilat norması və ya orta hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi və ya həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.

Maddə 197. Daxildə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi
197.1 Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:

197.1.1. idxal gömrük rüsumları;

197.1.2. malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər;

197.1.3. ticarət siyasəti tədbirləri.

197.2. Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun.

197.3. Daxildə emal xüsusi gömrük prosedurundan bu Məcəllənin 173-cü maddəsi ilə müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə olunur.

197.4. Aşağıda göstərilən mallar da daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilə bilər:

197.4.1. sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki şərtlərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə emal əməliyyatlarına məruz qalmalı olan mallar;

197.4.2. bu Məcəllənin 172-ci maddəsində qeyd olunan adi işləmə formalarına məruz qalmalı olan mallar.

197.5. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 198. Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti
198.1. Gömrük orqanı bu Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır.

198.2. Bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan müddət xarici malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir.

198.3. Şəxsin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bu Məcəllənin 198.1-ci maddəsində göstərilən müddətin uzadılması barədə qərar qəbul edir.

198.4. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə onun başlama və sona çatma müddətləri göstərilməlidir.

Maddə 199. Emalı davam etdirmək məqsədi ilə müvəqqəti təkrar ixrac
Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etdirmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.
Maddə 200. Xaricdə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi
200.1. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır.

200.2. Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir:

200.2.1. ixracı idxal gömrük rüsumlarının və vergilərin geriyə qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar;

200.2.2. təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;

200.2.3. ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geriyə qaytarılması ilə nəticələnən mallar.

200.3. Bu Məcəllənin 201-ci və 202-ci maddələrinin əhatə etmədiyi və advalor gömrük rüsumunun tətbiq edildiyi hallarda idxal gömrük rüsumlarının və vergilərin məbləği gömrük ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərclər əsasında hesablanır. Bu hesablamanın aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

200.4. Gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır.

200.5. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 201. Ödənişsiz təmir edilmiş mallar
Xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə, onlar idxal gömrük rüsumlarından və vergilərdən tam azad edilir.

Maddə 202. Standart mübadilə sistemi
202.1. Standart mübadilə sistemi çərçivəsində idxal edilmiş məhsul (əvəzləyici məhsul) bu Məcəllənin 202.2 – 202.5-ci maddələrinə müvafiq olaraq emal məhsulunu əvəz edə bilər.

202.2. Gömrük orqanları standart mübadilə sistemindən istifadəyə emal əməliyyatları qüsurlu daxili malların təmiri ilə əlaqədar olduğu hallarda icazə verirlər.

202.3. Əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.

202.4. Qüsurlu mallardan ixracdan əvvəl istifadə olunmuşdursa, əvəzləyici məhsullar da istifadə edilmiş olmalıdırlar.

202.5. Əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir edilmişdirsə, gömrük orqanları bu Məcəllənin 202.4-cü maddəsində qeyd olunan tələbdən imtina edirlər.

202.6. Emal edilmiş məhsullara tətbiq olunması nəzərdə tutulan müddəalar əvəzləyici məhsullara da şamil edilir.

Maddə 203. Əvəzləyici məhsulların əvvəlcədən idxalı
203.1. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə şəxsin müraciəti əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir. Bu halda şəxsdən bu Məcəllənin 203.2-ci maddəsində göstərilən miqdarda təminat alınır.

203.2. Bu Məcəllənin 203.1-ci maddəsində nəzərdə tutulan təminatın miqdarı qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsinə müvafiq olaraq ixrac edilmədiyi halda ödənilməli olan idxal gömrük rüsumlarının və vergilərin məbləğini əhatə etməlidir.

203.3. Qüsurlu məhsullar əvəzləyici məhsulların sərbəst dövriyyəyə buraxılması üçün verilmiş bəyannamənin gömrük orqanları tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 2 (iki) ay müddətində ixrac edilməlidir.

203.4. Qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsində göstərilmiş müddət ərzində üzrlü səbəblərə görə ixrac edilə bilmədikdə, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti ilə bu müddəti 2 (iki) ayadək artırırlar.

XII BÖLMƏ
MALLARIN KABOTAJ DAŞINMASI, QADAĞALAR VƏ MƏHDUDİYYƏTLƏR
FƏSİL 34
MALLARIN KABOTAJ DAŞINMASI
Maddə 204. İdxal olunmuş malların kabotaj daşınması

204.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş və ya bəyan edilmədən gömrük ərazisinə gətirilən malların gətirildiyi gəmi ilə deyil, başqa gəmi ilə gömrük məntəqələri arasında daşınması və boşaldılması gömrük nəzarəti altında kabotaj daşınma yolu ilə həyata keçirilə bilər.

204.2. Gömrük orqanları şəxsin müraciəti nəzərə alınmaqla kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların yüklənməsi və boşaldılması üçün yerləri, eləcə də yüklənmə və boşaldılmanın həyata keçirildiyi müddəti müəyyən edirlər.

204.3. Gömrük orqanları malların eyniləşdirilməsinə və digər tələblərin yerinə yetirilməsinə əmin olduqda, onların başqa mallarla birlikdə gəminin göyərtəsində kabotaj daşınmasına icazə verirlər.

204.4. Kabotaj daşınma proseduru altında yerləşdirilmiş malları daşıyan gəminin göyərtəsində bəyan edilməmiş, yaxud başqa gömrük prosedurları altında yerləşdirilmiş mallar olduqda, gömrük orqanları malların kabotaj daşınma proseduru altında yüklənməsinə və boşaldılmasına gəmi yükləmə və boşaltma yerinə gəldikdən sonra, mümkün qədər qısa müddətdə icazə verirlər.

204.5. Gömrük orqanları gəminin kapitanından və ya digər əlaqədar şəxslərdən gəmi haqqında məlumatları, kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların siyahısını və malların boşaldılacağı yerin, gömrük ərazisində yerləşən limanın və ya limanların adları göstərilən sənədlərin təqdim olunmasını tələb edirlər.

FƏSİL 35
GÖMRÜK TƏMİNATLARI
Maddə 205. İdxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi

nəzərdə tutulan mallara gömrük təminatının vurulması
205.1. Gömrük orqanları gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük təminatının vurulmasını həyata keçirirlər.

205.2. Bu Məcəllənin 205.1-ci maddəsində nəzərdə tutulan qaydalarda gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulmasının, onun dəyişdirilməsinin, çıxarılmasının şərtləri və onlara müdaxilə oluna biləcəyi hallar göstərilməlidir.

Maddə 206. Gömrük təminatının vurulması ilə bağlı bildiriş
206.0. Gömrük orqanlarında təsdiq edilmiş təhlükəsiz ixrac sxemi üzrə ixrac olunmayan malların yerləşdirildiyi bağlamalara gömrük təminatını vuran gömrük orqanlarının vəzifəli şəxslərindən bağlamalara aşağıdakıları izah edən bildirişin əlavə edilməsi tələb olunur:

206.0.1. bağlamaya ilk gömrük təminatının vurulduğu vaxtdan bu təminatın gömrük orqanı tərəfindən rəsmi çıxarılmasınadək malların həmin bağlamada olmasını;

206.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrini saxlamaq və yoxlamaq səlahiyyətlərinin gömrük təminatı vurulmuş bağlamalarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunduğunu;

206.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük ərazisindən ixrac olunması nəzərdə tutulan bütün mallar barədə aşağıdakı şəxsləri sorğu-sual edə bilməsi səlahiyyətini:

206.0.3.1. gömrük təminatı vurulmuş bağlamaların içərisində yerləşən və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;

206.0.3.2. gömrük təminatı vurulmuş bağlamaların içərisində yerləşən və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini və ya onun istifadəçisini;

206.0.3.3. bu Məcəllənin 206.0.3.1-206.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.

FƏSİL 36
TƏHLÜKƏSİZ İXRAC SXEMİ
Maddə 207. Təhlükəsiz ixrac sxeminin məqsədi
Təhlükəsiz ixrac sxeminin məqsədi malların təhlükəsiz qaydada qablaşdırılmaqla, başqa mallardan ayrılıqda, heç bir kənar müdaxilə olmadan yüklənməsini, daşınmasını və təyinat yerində boşaldılmasını təmin etməkdir.
Maddə 208. Təhlükəsiz ixrac sxemi üzrə tələblər
208.1. Təhlükəsiz ixrac sxemi üzrə ixrac olunan malların qablaşdırılması üçün təhlükəsiz bağlamalardan, onlara kənar müdaxilələrin qarşısının alınması və belə halların müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunmalıdır.

208.2. Müvafiq icra hakimiyyəti orqanı təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması qaydalarını müəyyən edir. Həmin qaydalarda malların daşınması üsullarına, malların yüklənməsinin, boşaldılmasının və saxlanılmasının təhlükəsiz yerlərinə, malları daşıyan şəxslərə münasibətdə təhlükəsizliklə bağlı tələblər də nəzərdə tutulmalıdır.

Maddə 209.Təhlükəsiz ixrac sxemi çərçivəsində təsdiq edilməli olan məsələlər
209.0. Malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs tərəfindən aşağıdakılar təsdiq edilməlidir:

209.0.1. təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edilməsi nəzərdə tutulan malların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya yerləşdirildiyi vaxtdan ixrac edilənədək gömrük nəzarəti altında olması;

209.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması ilə bağlı səlahiyyətlərinin təhlükəsiz bağlamalarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunması;

209.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin ixrac olunması nəzərdə tutulan mallar barədə aşağıdakı şəxsləri sorğu-sual etmək səlahiyyəti:

209.0.3.1. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;

209.0.3.2. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini və ya istifadəçisini;

209.0.3.3. bu Məcəllənin 209.0.3.1-209.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.
Maddə 210. Təhlükəsiz ixrac sxeminin təsdiqi
210.1. Gömrük orqanları ixracı nəzərdə tutulan malların daşınması, onlarla bağlı əməliyyatların aparılması prosesinə və ya ixracına cəlb olunmuş şəxsin yazılı müraciəti əsasında təhlükəsiz ixrac sxemini təsdiq edirlər.

210.2. Gömrük orqanları təhlükəsiz ixrac sxeminin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi hallarda və qaydada təsdiqi və ya bundan imtina edilməsi haqqında qəbul etdiyi yazılı qərarı barədə şəxsə bildiriş göndərirlər.

210.3. Təhlükəsiz ixrac sxemi təsdiq edildiyi tarixdən qüvvəyə minir.

210.4. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə qərar malları ixrac edən şəxsə səbəbləri və qüvvəyə minmə tarixi göstərilən yazılı formada bildiriş göndərilməklə, gömrük orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi hallarda ləğv edilir.

210.5. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə gömrük orqanlarının qərarı malları ixrac edən şəxsin əsaslandırılmış yazılı müraciəti olduqda da ləğv edilir.

210.6. Təhlükəsiz ixrac sxeminin ləğvi barədə gömrük orqanlarının qərarı ilə razılaşmayan şəxslər həmin qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Maddə 211. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallara

gömrük təminatlarının vurulması
211.1. Bu Məcəllənin 208.1-ci maddəsində qeyd edilən təminatların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxeminə uyğun olaraq bağlamaya vurulması, həmin təhlükəsiz bağlamaya gömrük orqanları tərəfindən təkrar gömrük təminatlarının vurulmasına mane olmur.

211.2. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallar gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya bir və ya bir neçə gömrük təminatı vurulduqdan sonra da həmin sxem üzrə ixrac olunan mallar hesab olunur.

Maddə 212. Mallarla təhlükəsiz ixrac sxemindən kənar əməliyyatların

aparılması
212.1. Məcəllənin bu fəsli gömrük orqanları tərəfindən təsdiq edilmiş bir və ya bir neçə təhlükəsiz ixrac sxemi çərçivəsində malların daşınmasına, onlarla əlaqədar müvafiq əməliyyatların aparılmasına və ya ixracına cəlb olunmuş şəxslərə tətbiq edilir.

212.2. Məcəllənin bu fəslinin müddəaları şəxslərin malları gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxemindən kənar daşınmasına, onlarla müvafiq əməliyyatlar aparmasına və ya ixrac etməsinə mane olmur.

Maddə 213. Təhlükəsiz ixrac sxeminə yenidən baxılması
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda gömrük orqanları

təsdiq etdikləri təhlükəsiz ixrac sxeminin qüvvədə olma məsələsinə yenidən baxırlar.

FƏSİL 37
MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİNİN, BU ƏRAZİDƏN APARILMASININ QADAĞAN EDİLMƏSİ VƏ MƏHDUDLAŞDIRILMASI
Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən

aparılmasının qadağan edilməsi
214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır:

214.1.1. saxta kağız və metal pullar;

214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları;

214.1.3. pornoqrafik materiallar və ya əşyalar;

214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar.

214.2. Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən müsadirə edilməsi qanunla nəzərdə tutulmamışdırsa, dərhal müvafiq olaraq gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına müvafiq olaraq çıxarılır və ya qaytarılır.

214.3. Malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Bu cür malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır.

214.4. Saxlanc müddətinin son həddi keçmiş mallar barəsində sərəncam verilməsi bu Məcəllənin 330-cu maddəsi ilə tənzimlənir.

Maddə 215. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən

aparılmasının məhdudlaşdırılması
215.1. Beynəlxalq müqavilələrlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, dövlətin iqtisadi maraqlarının müdafiəsi, daxili bazarın qorunması baxımından, həmçinin rezidentlərin mənafeyinə zərər vuran xarici dövlətlərin və onların ittifaqlarının ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə qarşı cavab kimi, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun surətdə malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudiyyətlər müəyyən edilə bilər.

215.2. Bu Məcəllənin 215.1-ci maddəsində qeyd olunan məhdudiyyətlər müəyyən edildikdə, onların təsiri altına düşən malların buraxılışı yalnız qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə gömrük orqanları tərəfindən həyata keçirilir.

215.3. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş malların gömrük sərhədindən keçirilməsi üçün xüsusi icazə tələb olunur.
FƏSİL 38
GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLƏN MALLARIN

NƏZARƏTLİ GÖNDƏRİŞİ
Maddə 216. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinin

xüsusiyyətləri
216.1. Nəzarətli göndəriş – qanunsuz dövriyyəyə daxil edilmiş ayrı-ayrı malların xarici dövlətlərin gömrük və başqa səlahiyyətli orqanları ilə razılaşmalara və ya beynəlxalq müqavilələrə uyğun olaraq əməliyyat-axtarış fəaliyyəti subyektlərinin nəzarəti altında gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranzitlə keçirilməsi üzrə əməliyyat-axtarış tədbiridir.

216.2. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinə, malların qanunsuz beynəlxalq dövriyyəsi ilə bağlı törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması və dövriyyədə iştirak edən şəxslərin aşkar edilməsi məqsədi ilə yol verilir.

216.3. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla digər əməliyyat-axtarış fəaliyyətinin subyektləri qəbul edir.

216.4. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi metodundan istifadə haqqında qərar qəbul edildikdə və malların təyinat yeri xarici ölkə olduqda, əməliyyat-qeydiyyat işi açılmaqla, dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verilir və əməliyyat-axtarış tədbirinin nəticələrindən asılı olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət işinin başlanılıb-başlanılmaması məsələsi həll edilir.

Maddə 217. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük

sərhədindən keçirilən malların götürülməsi
Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada götürülə bilər.
XIII BÖLMƏ
GÖMRÜK RÜSUMLARININ VƏ MALLARLA TİCARƏTDƏ DİGƏR TƏDBİRLƏRİN TƏTBİQİNİ ƏSASLANDIRAN AMİLLƏR
FƏSİL 39
GÖMRÜK TARİFİ VƏ MALLARIN TARİF TƏSNİFATI
Maddə 218. Gömrük tarifi
218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur.

218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir:

218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası;

218.2.2. tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura;

218.2.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları;

218.2.4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri;

218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri;

218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər;

218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi;

218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri.

218.3. Bu Məcəllənin 218.2.4–218.2.7-ci maddələrində qeyd olunan tədbirlərin tətbiqi və ya bu Məcəllənin 218.2.8-ci maddəsində qeyd olunan tədbirlərdən azadetmə idxalın və ya ixracın müəyyən həcmi ilə məhdudlaşırsa, həmin tədbirlərin tətbiqi və ya azadetmə (tarif kvotası olduğu halda) idxal və ya ixrac üzrə müəyyənləşdirilən həcmə çatan kimi dərhal dayandırılmalıdır.

218.4. Bu Məcəllənin 218.2.3-cü maddəsində “konvensiya idxal rüsum dərəcələri” dedikdə bağlanılan beynəlxalq müqavilələr əsasında, “avtonom rüsum dərəcələri” dedikdə isə dövlət tərəfindən birtərəfli qaydada, beynəlxalq müqavilə bağlanılmadan müəyyənləşdirilən rüsum dərəcələri nəzərdə tutulur.

Maddə 219. Malların tarif təsnifatı
219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir.

219.2. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər.

FƏSİL 40
MALLARIN GÖMRÜK DƏYƏRİ
Maddə 220. Malların gömrük məqsədləri üçün dəyərləndirilməsi
220.1. Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur.

220.2. Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs:

220.2.1. onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları bu Məcəllənin 95.2-ci maddəsində tələb olunan müddət ərzində saxlamalı;

220.2.2. gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.

Maddə 221. Gömrük dəyərinə düzəlişlərin edilməsi
221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir.

221.2. Bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir.

221.3. Şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır.

221.4. Yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Məcəllənin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur.

FƏSİL 41
MALLARIN MƏNŞƏYİ
Maddə 222. Malların qeyri-preferensial mənşəyi
222.1. Malların qeyri-preferensial mənşəyinin müəyyən edilməsinin məqsədi onlar barəsində gömrük tarifini, mallarla ticarətin xüsusi sahələrini tənzimləyən tədbirləri və malların qeyri-preferensial mənşəyi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri tətbiq etməkdir.

“Üzümlük”də şok olay: “İntim əlaqədə olduq, pulumu vermədi. ” – Təfərrüat

Teleqraf.com -un əldə etdiyi məlumata görə, Fərid 23 fevral 2021-ci ildə gecə saat 1 radələrində Abşeron rayonunun Saray qəsəbəsindəki “Üzümlük” yaşayış massivində Səmədin Fatimə ilə birlikdə olduğun “Daewoo Gentra” markalı avtomobilinin qarşısını kəsib. O, avtomobildən qeyri-rəsmi yaşadığı Fatiməni düşürüb.

Fatimənin Səmədlə eyni avtomobildə hansı səbəbdən olmasını aydınlaşdırmaq məqsədi ilə mübahisə edib. Fərid kəllə və yumruqla Səmədin sifət nahiyəsindən bir neçə dəfə vurub. Daha sonra Səmədin üstündə olan 70 manat pulu və 70 manat dəyərində içərisində sim nömrə kartı olmayan “Samsung” markalı “DUOS” modelli mobil telefonu alıb.

“İntim əlaqədə olmuşam”

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda valideynləri ilə bir yerdə yaşayır: “Təxminən 4 ay əvvəl “İnstagram” internet sosial şəbəkəsi vasitəsilə Fatiməni tanıdım. Həmin ərəfədə Fatimə Sumqayıt şəhərində ailəsi ilə birgə yaşayırdı.

Son bir ay ərzində Fatimə Saray qəsəbəsində Üzümlük deyilən ərazidə həyət evində tək yaşayırdı. Arabir onun evinə gedərək birgə vaxt keçirmişik. Fatimə ilə intim əlaqədə olmuşam. Arabir evi üçün lazım olan ərzaq ehtiyaclarını ödəmişəm, amma şəxsi həyatı ilə maraqlanmamışam. Yəni onun məndən başqa kiminlə vaxt keçirməsini bilməmişəm. Bir ay ərzində Fatimənin evində təxminən 5-6 dəfə olmuşam”.

“Mənim pulumu kim verəcək?”

Fəridin sözlərinə görə, fevralın 22-də səhər saatlarında Fatimə ona zəng vurib: “Fatimə bildirdi ki, bu gün görüşərik, mən də onunla razılaşdım. Sonra zəng vurub ondan nə ilə məşğul olduğunu soruşdum. Dedi ki, işi var. Fevralın 23-də gecə saat 1 radələrində Fatimə mənə zəng etdi. Telefonu açanda danışıq olmadı. Lakin telefonda mübahisə səsləri eşitdim. Kimsə qışqıraraq deyirdi ki, rədd ol, düş maşından. Fatimənin də səsi gəlirdi, bildirirdi ki, heç olmasa məni yaşadığım evə qədər aparın, yolda düşürtməyin. Sonra səs kəsildi.

Bu səbəbdən Fatimənin yaşadığı evin yaxınlığına gəldim. Təxminən 10 dəqiqə sonra “Daewoo” markalı taksi nişanlı avtomobil gəldi. Avtomobilə yaxınlaşdım. Qabaq sağ oturacaqda bir nəfər cavan oğlan oturmuşdu. Oğlana yaxınlaşaraq soruşdum ki, nə məsələdir, niyə görə mübahisə edirsən. Oğlan dedi ki, sənə heç bir aidiyyəti yoxdur, özümüz bilərik.

Sürücü dedi ki, mənim yol pulumu kim ödəyəcək. Həmin vaxtı qabaq sağ oturacaqda əyləşən oğlan aşağıda olarkən cibindən bir ədəd köhnə ucuz, ağ rəngli işlənmiş telefonu mənə verdi ki, taksi sürücüsünə verim., Sabah özü sürücü ilə görüşərək pulu ödəyib, telefonu sürücüdən alacaq”.

“Dedim ki, bizi bu işə qatmayın”

Fərid qeyd edib ki, oğlandan telefonu alıb və sürücüyə verib: “Sürücü yerə düşərək bizə yaxınlaşdı və dedi ki, pul məsələsini özümüz həll edərik. Aramızda normal söhbət oldu. Həmin vaxtı Post-Patrul Xidmətinin maşını bizə yaxınlaşdı. Oradan üç nəfər polis əməkdaşı bizə yaxınlaşdı, sorğu-sual etdi. Biz heç bir problemin olmadığını dedik. Sonra polis əməkdaşları getdilər. Sağollaşaraq mən də getdim. Həmin oğlan da taksiyə əyləşərək oradan uzaqlaşdı.

Fatimənin yaşadığı evə yollandıq. Təxminən 15 dəqiqə sonra Fatimənin telefonuna zəng gəldi. Telefonu açanda məlum oldu ki, zəng edən taksi sürücüsüdür. Sürücü bildirdi ki, oğlanı Sumqayıtda “Elmarın dairəsi” adlanan yerdə düşürdüb, həmin şəxsin telefonunu götürüb, pulu ödədikdən sonra qaytaracaq, oğlan elə bilir ki, telefon sizdədir.

Sürücüyə dedim ki, bizi bu işə qatmayın, öz aranızda həll edin. Bundan sonra mənə məlum oldu ki, həmin oğlan barəmdə polisə şikayət verib”.

“İntim əlaqədə oldum, 50 manat ödədim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səmədin sözlərinə görə, Nardaran qəsəbəsində ailəsi ilə birlikdə yaşayır: “Təxminən iki ay əvvəl internetdə çat vasitəsilə Fatimə adlı qızla tanış oldum və görüşərək 50 manat müqabilində Maştağa-Bilgəh yolundakı bağ evimdə görüşdüm. Onunla intim əlaqədə oldum.

Növbəti dəfə fevralın 22-də, axşam saat 20 radələrində Fatimənin istifadəsində olan mobil telefonuna zəng etdim, görüşmək istədiyimi bildirdim. Fatimə mənimlə razılaşdı. Təxminən bir saatdan sonra, yəni saat 21 radələrində Fatimə mənimlə Maştağa-Bilgəh yolundakı bağ evində görüşdük. Evdə tək idim. Fatimə ilə intim əlaqədə oldum, 50 manat ödədim”.

“Əlavə pul istədi. ”

Zərərçəkmiş deyib ki, Fatimə onunla saat hesabı danışıb: “Yəni bir saat müqabilində məndən 50 manat istədi. Fatimə ilə bağ evində 2 saat olduq. Buna görə Fatimə bildirdi ki, əlavə 50 manat da verməliyəm. Dedim ki, səni aparıb yola salım, yolda əlavə 50 manat verərəm. Fatimə mənimlə razılaşdı. Bundan sonra istifadəmdə olan mobil telefon vasitəsilə *2111-ə zəng vuraraq taksi sifariş etdik.

Fatimə ilə birgə Maştağa-Bilgəh yolunda “Abu Petrol” yanacaq doldyurma məntəqəsinin yanında taksi gözlədik. Təxminən 15-20 dəqiqədən sonra “Daewoo Gentra” markalı taksi nişanlı avtomobil gəldi. Özüm qabaq sağ oturacaqda, Fatimə isə arxa sağ oturacaqda əyləşdi.

Fatimənin yaşadığı Saray qəsəbəsinə yola düşdük. Saray qəsəbəsi ərazisində “Araz” marketə çatanda taksi sürücüsünə bildirdim ki, avtomobili saxlasın. Çünki bankomatdan pul çıxararaq 50 manat Fatiməyə verməli idim. Fatimə ilə birlikdə taksidən düşdük. Fatimə marketin qarşısında məni gözlədi. Bankomata yaxnlaşdım və orada Fatiməyə 50 manat verməkdən vaz keçdim. Ona görə də bankomatın yanından geri qayıtdım. Fatiməyə bildirdim ki, kartım bloka düşdüyü üçün sənə 50 manat verə bilməyəcəm”.

“Söydü, “pulumu ver” dedi”

Səmədin sözlərinə görə, bundan sonra taksiyə yaxınlaşıb və qabaq sağ oturacaqda əyləşib: “Sürücüyə maşını sürməsini bildirdim. Maşın işə düşəndə arxa güzgüdən Fatimənin arxamızca qaçdığını gördüm, sürücü maşını saxladı. Arxa sağ qapını açan Fatimə salonda oturdu, məni söyərək “pulumu ver” dedi. Dedim ki, üstümdə pulum yoxdur, kartım da bloka düşüb, düş özün evinə get. Fatimənin yolda buraxaraq evə qayıtmaq istədim.

Həmin vaxtı sürücü astadan mənə köhnə, sadə, lakin istifadəyə yararlı ucuz “Samsung” markalı mobil telefon verdi ki, bunu pul əvəzi qıza ver, sonra görüşüb, qızın pulunu ödəyəndən sonra telefonu alarsan. Sürücüdən telefonu aldım, qıza vermək istədim”.

“Özünü polis əməkdaşı kimi təqdim etdi”

Zərərçəkmiş qeyd edib ki, Fatimə həmin telefonu götürməyib: “Bildirdi ki, mənim pulumu ver. Bir qədər sonra qız mənimlə mülayim danışmağa başladı. Məndən xahiş etdi ki, onu yaşadığı evinə aparım, bu gecə onun evində qalım, sabah pul tapıb verərəm. Qızdan ayrılmaq üçün dedim ki, sabah işə gedəcəm, ona görə səninlə görüşə bilmərəm.

Bundan sonra onun xahişi ilə evinə aparmaq üçün Saray qəsəbəsinə yola düşdük. Taksi sürücüsünün verdiyi “Samsung” markalı mobil telefonu əynimdəki gödəkçənin cibinə qoydum. Saray qədəbəsinə Fatimənin yaşadığı evə çatmağımıza az qalmış sürücüdən xahiş etdim ki, maşını saxlasın.

Sürücü maşını saxlamaq istəyəndə Fatimə bildirdi ki, gecə küçədə sahibsiz itlər çox olur, ona görə onu məhəlləyə aparıb, evinin qarşısında düşürdək. Sürücü məhəlləyə dönərkən ağ rəngli “Chevrolet Aveo” markalı avtomobil bizim maşının qabağını kəsdi. Maşının yanında dayanmış bir nəfər cavan oğlan mənə tərəf yaxınlaşdı. Sağ qapını açaraq şalvarımın arxa hissəsində kəmərdən tutdu, dartaraq çölə çıxartdı. Özünü polis əməkdaşı kimi təqdim etdi.

Həmin anda cibimdə olan “Samsung J2” markalı mobil telefonu oturacağın üstünə atdım. Təxminən məni 15 addım qabaqda olan hasara tərəf apardı, küncə söykədi. Sonra əli ilə “Chevrolet Aveo” markalı ağ rəngli avtomobilin sürücünə əli ilə getməsini bildrdi”.

“Qışqırdım ki, məni evimə apar”

Səmədin sözlərinə görə, “Chevrolet Aveo” avtomobili gedib: “Bundan sonra həmin oğlan üstümdə nə var, çıxartmağımı istədi. Əlimi gödəkçəmin cibinə salaraq sürücünün verdiyi “Samsung” markalı mobil telefonu, digər əlimlə isə pulqabımı çıxartdım. Bildim ki, həmin şəxs polis əməkdaşı deyil. Telefonu məndən alaraq cibinə qoydu. Sonra pulqabımı açmağımı tələb etdi. Pulqabını açdım, oradan bir ədəd 20 manat və bir ədə 50 manatı çıxardım. Pulları həmin şəxsə verdim, o da pulu əynindəki gödəkçəsinin cibinə qoydu. Mənə dedi ki, taksidə olan qız onun tanışışıdr, hara istəyirəmsə, oraya göndərirəm, sən nə üçün qızın pulunu kəsirsən?

Sonra həmin şəxs mənə dedi ki, burada dayan, özü isə taksi maşınına tərəf getdi. Onun ardınca gələndə mənə təpindi ki, sənə demədim, orada dayan. Həmin şəxs cibindən topa açarları çıxararaq qıza verdi və onu evinə yola saldı. Taksi sürücüsünə də bildirdi ki, sən də, çıx get. Həmin vaxt qışqırdım ki, hara gedirsən, məni gözlə, məni evimə apar”.

“Sabaha 150 manat verə bilərsənmi?“

Səməd qeyd edib ki, taksi sürücüsü maşını bir qədər qabağa verib və üzünü yola tərəf istiqamətləndirərək saxlayıb: “Sürücü düşərək mənə yaxınlaşdı. Oğlana bildirdi ki, sonra görüşüb, borcunu qaytarar. Mən də oğlana dedim ki, nə qədər istəyirsənsə, mən taparaq sənə verərəm, sən də mənim telefonumu qaytararsan. Həmin şəxs dedi ki, sabaha 150 manat verə bilərsənmi? Dedim ki, taparam.

Bu vaxt bizə post-patrul xidməti maşını yaxınlaşdı. Üç nəfər polis əməkdaşı yaxınlaşaraq burada dayanmağımızın səbəbini soruşdu. Sürücü ilə birlikdə bildirdik ki, bu şəxsdən dəniz yolunu soruşuruq. Polis əməkdaşları getdilər. Taksiyə minib oradan uzaqlaşdıq. Sürücüdən soruşdum ki, telefonu oturacağın üstünə qoymuşdum, indi tapa bilmirəm. Sürücü dedi ki, yəqin qız düşəndə telefonu götürüb. Üstümdə pul olmadığına görə Sumqayıt şəhərində “Elmar” dairəsi deyilən yerdə düşdüm”.

Səmədin ifadəsinə görə, oradan piyada Nardaran qəsəbəsinə gedib: ”Səhərə yaxın evə çatdım. Səhər anamın evinə getdim. Orada anam bildirdi ki, gecə saat 4 radələrində bir nəfər şəxs mənim mobil telefonumla zəng vurub, özünü taksi sürücüsü kimi təqdim edib və bildirib ki, oğlun bütün gecəni taksi ilə şəhəri gəzib, lakin pulunu ödəməyib, gəlsin pulu ödəsin və telefonu geri alsın.

Başa düşdüm ki, məni döyən şəxs anama zəng vurub və 150 manat istəyib. Bu səbəbdən ertəsi gün Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurdum, hadisə barədə məlumat verdim. Sonradan isə mənə məlum oldu ki, həqiqətən də taksi sürücüsü anama zəng vurub. Telefonum isə taksidə qalıb.

Öyrəndim ki, məni döyən şəxs 70 manatımı və sürücünün mənə verdiyi köhnə, ucuz içərisində sim nömrə kartı olmayan “Samsung” markalı mobil telefonu əlimdən alıb”.

“Pul müqabilində intim əlaqədə oldum”

Cinayət işi üzrə şahid qismində ifadə verən Fatimənin sözlərinə görə, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, “Oba” marketin yaxınlığnda yerləşən həyət evində kirayə yaşayır: “Təxminən 4 ay olar ki, “İnstagram” internet sosial şəbəkəsi vasitəsilə Fərid adlı oğlanla tanış olmuşam və aramızda normal münasibətlərimiz yaranıb.

Evdə tək qaldığım üçün arabir Fərid gələrək mənim evimdə qalıb. Təxminən iki ay əvvəl “İnstagram” internet sosial şəbəkəsi vasitəsilə Səməd adlı şəxslə tanış oldum. Həmin ərəfələrdə Səmədin dəvəti ilə yaşadığı Maştağa qəsəbəsində olan evində oldum. Pul müqabilində Səmədlə intim əlaqədə oldum. Bir-birimizə telefon nömrələrimizi verdik”.

“Dedi ki, get nə istəyirsən elə”

Fatimənin sözlərinə görə, növbəti dəfə fevralın 22-də, axşam saatlarında Səməd ona zəng vurub: “Səməd mənimlə vaxt keşirmək istədiyini bildirdi. Razılaşdım, saat 21 radələrində taksi ilə Səmədin yaşadığı evinə getdim. Əvvəlcədən Səmədə bildirmişdim ki, bir saat müqabilində mənə 50 manat pul verəcəksən. Lakin 2 saat vaxt keçirdik. İntim əlaqədə olduqdan sonra Səməd bildirdi ki, Novxanıda işləyirəm, yolda bankomatdan pul çıxarıb, sənə 100 manat verərəm. Onunla razılaşdım.

Mənim telefonumla taksi çağırdıq, yola düşdük. Saray qəsəbəsində “Araz” marketin qarşısında maşını saxladı və mənə dedi ki, burada gözlə, mən bankomatdan pul çıxarıb, gəlirəm. Orada gözləyən zaman bir də onu gördüm ki, Səməd maşınına əyləşərək qaçmaq istəyir. Taksinin yola düşdüyünü gördüm, dalınca qaçdım.

Sürücü bunu görərək maşını saxladı. Arxa sağ oturacaqda əyləşdim. Orada Səmədlə mübahisə etdim, bildirdim ki, pulumu ver, səndən şikayət edəcəm, mənim vaxtımı alrısan. Səməd isə dedi ki, get nə istəyirsən elə”.

Fatimənin sözlərinə görə, bu zaman onun telefonuna Fərid zəng vurub, ondan nə olduğunu soruşub: “Səmədlə aramda olan söhbəti Fəridə danışdım və bildirdim ki, mənim pulumu vermək istəmir. Fərid məndən harada olduğumu soruşdu. Cavab verdim ki, Saray qəsəbəsində yerləşən “Araz” marketin qarşısındayam. Yolda Səməd mənə ağ rəngli işlənmiş ucuz “Samsung” markalı mobil telefonu verdi ki, pulun əvəzinə bunu götür. Mən isə götürmədim. Sonra öz telefonunu təklif etdi, yenə götürmədim.

Fərid mənə demişdi ki, çalış maşını evinə tərəf sürdür, görüm həmin oğlan kimdir, niyə görə sənin pulunu vermək istəmir. Səmədə dedim ki, məni evimə apar, sonra get. Biz Saray qəsəbəsinə gəldik. Məhəlləyə dönərkən orada ağ rəngli xarici markalı avtomobili gördük. Maşının arxasında Fərid dayanmışdı.

Fərid Səmədi maşından dartaraq çıxartdı və bir qədər aralıya apardı. Taksi sürücüsü mənə dedi ki, ödənişi siz ödəyəcəksiniz, yoxsa oğlan ödəyəcək? Bildirdim ki, mənim pulumu da verməyib, sizə də pul verib-verməyəcəyi bəlli deyil.

Bundan sonra Fərid geri qayıtdı və bir az əvvəl Səmədin mənə təklif etdiyi köhnə ucuz “Samsung” markalı mobil telefonu sürücüyə verdi, bildirdi ki, yol pulu əvəzi götür və get. Səməd də Fəridə bildirdi ki, 70 manatı sənə verdim, qalan 30 manat da sabah verərəm. Həmin vaxtı Fərid cibindən mənim evimin açarlarını çıxardaraq verdi və bildirdi ki, evə get. Mən evə getdim, Fərid orada qaldı.

Sonradan nə olduğunu bilməmişəm. Fəridin Səmədi vurmasını və ya onların dalaşmağını görməmişəm”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Fəridin ittiham olunduğu Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi həmin məcəllənin 180.1-ci (soyğunçuluq) maddəsinə tövsif edilib.

Fəridin barəsində 1 il 10 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçirilən hüquq islahatlarının yeni mərhələsi

Milli.Az Trend-ə istinadən Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Nazim Abbasovun məqaləsini təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan altenativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanmışdır.

Sərəncamda cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbiri və azadlıqdan məhrumetmə cəzasının tətbiqinin məhdudlaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasya-kommunikasiya texnologiyaların tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edilməlidir ki, 2000-ci ildən qüvvədə olan Cinayət Məcəlləsi ötən dövrdə müxtəlif normativ aktların qəbul edilməsi ilə əlaqədar əlavə və dəyişikliklərə məruz qalmışdır.

Son dəyişikliklər geniş miqyası ilə fərqlənməklə, cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində aparılan hüquq islahatlarının yeni mərhələsinin başlanğıcı sayıla bilər.

Yalnız bir faktı qeyd etmək kifayətdir ki, yeni Qanunla qüvvədə olan Cinayət Məcəlləsinin 300-dən çox maddəsinə əlavə və dəyişikliklər edilmişdir.

Ümumiyyətlə, cinayət-hüquq siyasətində liberallaşdırma tendensiyası dövlətin və cəmiyyətin demokratik quruculuq yolunda dinamik inkişafının göstəricsidir. Yəni, bütün bunlar dinamik inkişafımıza əyani sübutdur.

Bu baxımdan yaxın tariximizə nəzər saldıqda aydın olur ki, 9 avqust 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirnilməsi barədə” məlum Fərmanın verilməsi həmin dövrdəki mövcud şərait, dövlətin və dövlətçiliyin qorunması, cəmiyyət üzvlərinin təhlükəsizliyinin təmin olunması zərurəti, cinayətkarlığa qarşı mübarizəinin gücləndirilməsi və cinayət törətmiş şəxslərə qarşı sərt cəzaların tətbiq olunması zərurəti ilə şərtlənmişdir. Uzun müddət məhkəmə və hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizə fəaliyyətində istinad nöqtəsi sayılan həmin Fərmanda verildiyi tarixi şəraitə uyğun olaraq cinayətkarlığa qarşı mübarizə işində qanunun bütün imkanlarından istifadə olunması tələb edilirdi.

Bu gün müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi düzgün siyasət, görülmüş məqsədyönümlü tədbirlər sayəsində ölkəmizdə dayanıqlı ictimai-syiasi sabitlik hökm sürür ki, bu bizim ən böyük uğurlarımızdandır.

Ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində müsbət dəyişikliklərə uyğun olaraq zaman-zaman qanunlarımızın demokratik prinsiplərə uyğunlaşdırılması və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində mütəmadi qaydada islahatlar həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Sərəncamı və onun icrası ilə bağlı cinayət təqibi və cəza siyasətinin liberllaşdırılmasına yönələn Qanunun qəbulu ölkəmizdə hökm sürən real ictimai-siyasi sabitlikdən, iqtisadi inkişaf sahəsində əldə etdiyimiz nailiyyətlərdən, bir sözlə, günün tələblərindən irəli gəlir.

Həmçinin, qeyd etmək lazımdır ki, yeni Qanunun qəbulu həm də cəmiyyətdə qanunlara hörmətin artması, qanunların məzmun və mahiyyətinin dərk edilməsi və onların tələblərinə dönmədən əməl edilməsinin zəruriliyi ilə bağlı insanların şüurunda baş vermiş müsbət dəyişikliklər ilə şərtlənmişdir.

Eyni zamanda, qanunvericiliyin və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilmiş əsaslı tədbirlər, onların məqsədlərinin və törədilmiş cinayətlərə görə cəza tətbiq ediləcəyi ilə bağlı dövlət siyasətinin dəyişməz qaldığının cəmiyyət üzvləri tərəfindən dərindən dərk edilməsini, habelə vətəndaşlarımızın öz fəaliyyətlərini ciddi şəkildə bu qanunların tələblərinə uyğun həyata keçirmələrini tələb edir.

Həmin tələblərə layiqincə əməl olunması gələcədə cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində daha da mütərəqqi qanunların qəbul olunmasına təkan verəcəkdir.

Yuxarıda göstərildiyi kimi, 20 oktyabr 2017-ci il tarixli Qanunla Cinayət Məcəlləsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər”, “Mülkyiyyət ələehinə olan cinayətlər”, “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər”, “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” və digər fəsillərində yerləşən 300-ə qədər maddədə mühüm dəyişikliklər və əlavələr edilərək, 18 cinayət əməli dekriminallaşdırılmış, 24 cinayət əməlinə görə zərərçəkimiş şəxslə barışma və ziyanın ödənilməsi, 25 cinayətə görə ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi, 2 cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azad etmə, 1 cinayətə görə narkomanlıq xəstəliyinə düçar olmuş təqsirləndirilən şəxsin tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqindən sonra sağaldıqda cinayət məsuliyyətindən azad edilməsi müəyyən olunmuş, 152 normanın sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə edilmiş və 36 cinayət görə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutlumşudr.

Cinayət Məcəlləsində bir sıra əməllərin dekriminallaşdırlması istiqamətində diqqət çəkən mühüm dəyişiklik “Mülkiyyət əleyhinə olan cinayətlər” və “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər”lə bağlı cinayət məsuliyyətinin yaranmasına səbəb olan ziyanın məbləğinin əhəmiyyətli dərəcədə artırılmasıdır.

Belə ki, yeni Qanunda ölkədə gedən iqtisadi-sosial proseslər və iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin “Mülkiyyət əleyhinə olan cinayətlər” fəslinin 177.1, 178.1 və 179.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə görə məsuliyyətin yaranması üçün zəruri olan məbləğ beş dəfə, yəni 100 manatdan 500 manatadək artırılaraq, həmin əməllərlə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulmasının cinayət məsuliyyətinə səbəb olması təsbit edilmiş (əvvəllər bu maddələrlə məsuliyyətin yaranması üçün yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ nəzərdə tutulurdu), habelə, 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrdə “xeyli miqdar” ziyanın beş min manatdan yuxarı, lakin əlli min manatdan yuxarı olmayan məbləği (əvvəllər 177-187, 189 və 189-1-ci maddələrdə “xeyli miqdar” dedikdə, üç min mantadan yuxarı, lakin on min manatdan yuxarı olmayan məbləğ başa düşülürdü), “külli miqdar” ziyanın əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləği (əvvəllər “külli miqdar” dedikdə on min manatdan artıq olan məbləğ başa düşülürdü), “xüsusilə külli miqdar” ziyanın beş yüz min manatdan yuxarı olan məbləği ehtiva etməsi müəyyən olunmuşdur.

Əhəmiyyətli məqamlardan biri kimi qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş əməllərə görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyanın vurulması kifayət edir.

Eləcə də, Cinayət Məcəlləsinin 190-cı maddəsinin (Qanuni sahibkarlıq fəaliyyətinə mane olma) “Qeyd” hissəsində “192.2.1, 192.2.2, 192-1.3.2, 193.2.1, 193.2.2,” rəqəmləri “192-1.3.2” rəqəmləri ilə əvəz olunaraq, 19 maddədə (192.1, 192-1.1, 192-1.2, 193.1, 194.1-1, 195.1, 195-1.1, 195-1.2, 196.1, 197.1, 198.1, 200-2.1, 201-1.1, 203.1, 204.2,, 205-2.1, 210.1, 211.1 və 212.1-ci maddələr) “xeyli miqdar” dedikdə, iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, 21 maddədə (190.2, 192-1.3.2, 194.2.4, 195.2, 195-1.3, 196.2, 197.2, 198.2, 200-2.3, 201-1.2, 202.2, 202-1.2, 202-2.1, 203.2, 203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələr) “külli miqdar” dedikdə yüz min manatdan artıq olan mәblәğ, 4 maddədə (192.2.1, 192.2.2, 193.2.1 və 193.2.2-ci maddələr) “külli miqdar” dedikdə yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, yenə 4 maddədə (192.3.1, 192.3.2, 193.3.1 və 193.3.2-ci maddələr) “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.

Eyni zamanda, Cinayət Məcəlləsinin 200-cü maddəsinin “Qeyd” hissəsində əməlin “istehlakçıları xeyli miqdarda aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma” tərkibini yaratması üçün nəzərdə tutulan məbləğ artırılaraq üç yüz manatdan üç min manata qədər təsbit edilmiş (əvvəl yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ), 209-cu maddənin “Qeyd” hissəsində “gömrük ödənişlərinin ödənilməsindən küllü miqdarda yayınma” və 213-cü maddənin “Qeyd” hissəsində “vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən külli miqdarda yayınma” tərkiblərinin yaranması üçün yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ (əvvəl yüz min manatdan artıq olan məbləğ) müəyyən edilmişdir.

Bunlarla yanaşı, “xüsusilə ağır cinayət” kimi Cinayət Məcəlləsinə əlavə olunmuş 6 maddənin (177.4, 178.4, 179.4, 180.4, 181.4 və 182.4-cü maddələr), “ağır” cinayət kimi əlavə edilmiş 2 maddənin (185.4 və 186.3-cü maddələr), “az ağır” cinayət kimi əlavə olunmuş 8 maddənin (187.4, 189-1.2-1, 192.3.1, 192.3.2, 193.3.1, 193.3.2, 209.3 və 213.3-cü maddələr) dispozisiyalarında nəzərdə tutulmuş “xüsusilə külli miqdar” anlayışı həmin əməllərin törədilməsi nəticəsində beş yüz min manatdan yuxarı ziyan vurulmasını ehtiva edir.

Göstərilən dəyişikliklər nəticəsində ayrı-ayrı kateqoriyaya aid cinayət tərkiblərinin yaranması üçün tələb olunan məbləğlər əhəmiyyətli dərəcədə artırıldığına görə cinayət qanunu ilə cəzalandırılmalı olan xeyli əməllər inzibati xəta kimi tövsif ediləcəkdir.

Cinayət Məcəlləsinə edilmiş kompleks dəyişikliklərin və əlavələrin məzmunundan da göründüyü kimi, ən mütərəqqi yeniliklərdən biri də cinayət məsuliyyətindən azad olma institutunun daha da təkmilləşdirilməsi və onun tətbiq dairəsinin genişləndirilməsi hesab olunur.

Cinayətlərin dekriminallaşdırılmasına yönəlmiş mühüm əhəmiyyətli yenilik kimi, Cinayət Məcəlləsinin ayrı-ayrı fəsillərində nəzərdə tutlumuş bir sıra cinayət əməllərinin törədilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə barışmaq ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəa təsbit olunmuşdur.

Belə ki, yeni Qanunla Cinayət Məcəlləsinin 73.1-ci maddəsində müvafiq dəyişiklik edilərək “İlk dəfə böyük” sözləri “Böyük” sözü ilə əvəz olunmuş və bununla da, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad olunma institutunun tətbiqi imkanları genişləndirilmişdir.

Habelə, Cinayət Məcəlləsinə daxil edilmiş 73.2-ci maddəyə əsasən, bu Məcəllənin 12 maddəsində, yəni 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurma), 128 (Qəsdən sağlamlığa yüngül zərər vurma), 129 (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 130 (Zəruri müdafiə həddini aşmaqla və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır zərər vurma), 131.2 (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 133.1 (Əzab vermə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 142.1 (Xəstəyə kömək göstərməmə), 143 (Təhlükədə qoyma), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma), 157.1 (Mənzil toxunulmazlığını pozma) və 158.1-ci (Hüquqi şəxslərin binalarının və ya otaqlarının toxunulmazlığını pozma) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Eləcə də, Cinayət Məcəlləsinə əlavə olunmuş 73-1-ci maddədə nəzərdə tutulmuşdur ki, mülkiyyət əleyhinə yönəlmiş ictimai təhlükəliliyi maddi ziyanın vurulması ilə əlaqədar olan Azərbaycan Respublikası CM-nin 6 maddəsində- 178.1 (Dələduzluq), 179.1 (Mənimsəmə və ya israf etmə), 186.1 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 187.1 (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə), 187.2 (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 189-1.1 (Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması) və 189-1.2-ci (Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, 4 maddədə (178.2, 179.2, 186.2.1 və 189-1.2-1-ci maddələr) nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir, 4 maddədə (178.3, 178.4, 179.3 və 179.4-cü maddələr) nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs isə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Həmçinin, iqtisadi fəaliyyət sahəsində baş vermiş ictimai təhlükəliliyi maddi ziyanın vurulması ilə əlaqədar olan Azərbaycan Respublikası CM-nin 3 maddəsində – 209.1 (Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma), 209.2.2 (Gömrük ödənişlərinin ödənilməsindən yayınma külli miqdarda törədildikdə) və 213-cü (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələrində nəzərdə tutulmuş əməli (əmlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir, 18 maddədə – 192 (Qanunsuz sahibkarlıq), 192-1 (Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi), 193 (Yalançı sahibkarlıq), 195 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 195-1 (Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma), 196 (Kreditor borclarını ödəməkdən qəsdən yayınma), 197 (Əmtəə nişanlarından qanunsuz istifadə etmə), 198 (Bilə-bilə yalan reklam etmə), 202-2 (İnsayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə), 203 (Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma), 203-1.1 (Qiymətli kağızlar bazarında manipulyasiyalar), 205-2 (Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı), 209.2.1 (Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma təkrarən törədildikdə), 209.3 (Gömrük ödənişlərinin ödənilməsindən xüsusilə külli miqdarda yayınma), 210 (Müflisləşmə zamanı qanunsuz hərəkətlər), 211 (Qəsdən müflisləşmə), 212 (Saxta müflisləşmə) və 213-2-ci (Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Eləcə də, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinə əlavə olunmuş 2-ci bənddə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Cinayət Məcəlləsinin 306-cı maddəsinə əlavə olunmuş “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.

Cinayət qanunvericiliyinə edilmiş həmin dəyişikliklər cinayətin zərərli nəticələrinin aradan qaldırılması, zərərçəkmiş şəzsə vrulmuş ziyanın ödənilməsinin təmin olunması, cinayət törətmiş şəxslərin islah olunması və gələcəkdə yeni cinayətlər törətmələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, Cinayət Məcəlləsinin 74.1-ci maddəsindən “ilk dəfə” sözləri çıxarılmaqla, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükəli olmayan və ya az ağır cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad olunmasının əsasları və imkanı daha da artırılmışdır.

Yeni Qanunla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş şəxslərin cinayət məsuliyyəti ilə bağlı humanistləşdirmə istiqamətində bir sıra yeniliklər müəyyən olunmuşdur.

İlk növbədə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir.

Habelə, Cinayət Məcəlləsinə əlavə edilmiş 74-1.1-ci maddəyə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar staisonar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

Qanunvericilikdə təsbit olunmuş həmin müddəalar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin şəxsiyyəti və işin digər halları nəzərə alınmaqla onların barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın tətbiqinə, bu şəxslərin yenidən təbiyə və islah olunması, müalicə edliməklə sağlam həyata qaytarılması və cəmiyyətə inteqrasiyası üçün geniş imkanlar yaradır.

Göstərilənlərlə yanaşı, yeni Qanunla Cinayət Məcəlləsinin 59.1.9 və 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən hallar yeni redaksiyada verilmiş (59.1.9 – cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; 59.1.10 – şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi;), habelə Məcəlləyə 59.1.11-59.1.14-cü maddələr daxil edilərək, cəzanı yüngülləşdirən halların siyahısı (59.1.11 – cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 59.1.12 – zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14 – cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi) genişləndirilmişdir.

Yeni Qanunun keçid müddəalarına əsasən, cinayət hesab olunmayan əməllərə görə qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlarla yanaşı, həm də yeni Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulubsa, həmin şəxslərin cəza müddətləri ona müvafiq azaldılır. Cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır.

Yeni Qanunla Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların siyahısına azadlığın məhdudlaşdırılması cəza növünün əlavə edilməsi və çoxsaylı cinayətlərə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təcrübədə geniş tətbiqi, xeyli cinayətlərə görə əvvəllər təyin olunmuş cəzadan məhkumların azad edilməsi və azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması, Qanunun qüvvəyə minməsindən sonra törədilmiş cinayətlərə görə azadlıqdan məhrum etmənin aşağı hədlərdə təyin edilməsi, habelə zərər çəkmiş şəxslə barışmağa və vurulmuş ziyanın ödənilməsinə görə cinayət məsuliyyətindən azad etmə institutunun daha da geniş tətbiq olunması azadlıqdan məhrum etmə cəzasının tətbiqinin və onun hədlərinin əhəmiyyətli dərəcədə azaldılmasına və Respublika Prezideninin Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin səmərəli yerinə yetirilməsinə əlverişli şərait yaradacaqdır.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.