Bxtiyar liyev pedaqoji psixologiya
Azərbaycanda ilk dəfə olaraq 1990-cı ildə məhkəmə-psixoloji ekspertizası elmi-tədqiqat laboratoriyasını yaradılmasına rəhbərlik etmişdir.Həmin laboratoriya öz fəaliyyətində o zamanlar Cənubi Qafqaz və Orta Asiya respublikalarını da əhatə edirdi.
Yaş və pedaqoji psixologiya
Yaş psixologiyası haqqında anlayış. Yaş psixologiyası müasir psixologiyanın əsas sahələrindən biridir. Yaş psixologiyasının predmetini birinci növbədə insan psixikasının inkişaf dinamikasının, şəxsiyyətin psixi prosesləri və psixi xassələrinin ontogenezinin inkişaf xüsusiyyətlərinin öyrənilməsi təşkil edir.
Yaş psixologiyasının predmetinə fərdin psixologiyası və davranışının “yaş” anlayışı ilə ifadə olunan spesifik birliyini də aid etmək olar. Nəzərdə tutulur ki, insan hər bir yaş dövründə psixoloji və davranış xüsusiyyətlərinin həmin yaş dövrü üçün xarakterik olan və həmin dövrdən kənarda heç vaxt özünü göstərməyən birliyinə malik olur.
Yaş psixologiyasının predmetini təşkil edən məsələlərdən birini də insanın psixiki inkişafının hərəkətverici qüvvələri, şərati və qanunauyğunluqları təşkil edir. Psixi inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yönəldən səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndirir. Psixi inkişafın qanunauyğunluqlarına gəldikdə, onlar ümumi və xüsusi qanunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.
Pedaqoji psixologiyanın predmeti. Məktəblərimizin ən mühüm və daimi vəzifəsi olan gənc nəslə elmlərin əsasları haqqında dərin və möhkəm biliklər vermək, həmin bilikləri təcrübəyə tətbiq etmək vərdişləri və bacarığı aşılamaq, hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırılması işini müvəffəqiyyətlə həyata keçirmək üçün müəllim tərbiyənin və təlimin psixoloji qanunauyğunluqlarına dərindən yiyələnməli və özünün pedaqoji fəaliyyətində həmin biliklərdən istifadə etməyi bacarmalıdır. Bu cür biliklər isə müasir psixologiya elminin mühüm sahələrindən biri olan pedaqojipsixologiyada öz əksini tapır.
Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir.
Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixoloji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir.
Təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və inkişafın qarşılıqlı əlaqəsini, psixi proseslərin, xüsusilə şagirdlərdə təfəkkürün inkişafında təlim fəaliyyətinin aparıcı rolunu, təlim motivlərinin psixoloji xüsusiyyətlərini, təlim fəaliyyətinin struktur komponentlərini, əqli fəaliyyətin priyom və vərdişlərinin mənimsənilməsi prosesinin idarə olunması problemlərini öyrənmək müasir pedaqoji psixologiyanın predmetinə daxil olan ən mühüm komponentlərdəndir. Bunlarla yanaşı olaraq, təlimdə müvəffəqiyyəti və müvəffəqiyyətsizliyi şərtləndirən psixoloji amilləri, müasir dərsə verilən psixoloji tələbləri, təlim prosesində müasir texniki vasitələrdən istifadənin psixoloji xüsusiyyətləri, pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri, müəllim və şagirdlərin qarşılıqlı münasibətlərinin, müəllimin pedaqoji bacarıq və vərdişlərinin, xüsusilə onun pedaqoji ünsiyyəti və pedaqoji mərifətinin psixoloji mexanizmlərini və təlim və tərbiyənin digər mühüm psixoloji məsələlərini öyrənmək, aşkara çıxarmaq da pedaqoji psixologiyanın predmetini təşkil edir.
Yaş psixologiyasının əsas bölmələri və vəzifələri
Yaş psixologiyası müasir psixologiya elminin əsas sahələrindən biri olmaqla yanaşı onun da özünəməxsus və bir-birini tamamlayan bölmələri vardır. Bunlara aşağıdakılar daxildir: uşaq psixologiyası, yeniyetmələrin psixologiyası, gəncliyin psixologiyası, yaşlı adamların psixologiyası, uzun ömürlülük psixologiyası (herontopsixologiya).
Müasir yaş psixologiyasının qarşısında duran vəzifələr geniş və çoxsahəlidir. Yaş psixologiyasının qarşısında duran əsas vəzifə şəxsiyyətin inkişaf problemlərini, ayrı-ayrı yaş dövrlərində onun xüsusiyyətlərini, psixi inkişafın dinamikasını, ümumi qanunauyğunluqlarını öyrənməkdən ibarətdir. Şəxsiyyətin yaş aspektində inkişafının hərəkətverici qüvvələri, mexanizm, şərait və amillərinin, təlim-tərbiyə prosesində psixi inkişafın yaş xüsusiyyətlərini nəzərə almağın səmərəli yollarının və s. öyrənilməsi də yaş psixologiyasının qarşısında duran mühüm vəzifələrdən hesab edilir.
Psixi inkişafın yaş dövrləri
Psixi inkişafın yaş dövrlərinin müəyyənləşdirilməsi prinsipləri. Psixoloji ədəbiyyatda uşağın inkişaf prosesi haqqında iki müxtəlif nöqteyi-nəzər mövcud olmuşdur. Bunlardan birinə görə bu inkişaf prosesi fasiləsiz, digərinə görə diskret — qeyri-bərabər xarakter daşıyır. Birinci fikrə görə inkişaf dayanmadan, sürətlənmədən, ləngimədən baş verir. Ona görə də bir mərhələni digərindən fərqləndirəcək hər hansı dəqiq sərhəddi müəyyənləşdirmək mümkün deyildir. İkinci nöqteyi-nəzərə görə inkişaf qeyri-rəvan, qeyri-bərabər şəkildə gedir. Onun sürəti gah arta, gah da azala bilir. Bu isə inkişafın keyfiyyətcə bir-birindən fərqlənən mərhələlərini, yaş dövrlərini müəyyənləşdirməyə imkan verir. Bu fikrin tərəfdarları hesab edirlər ki, hər bir mərhələdə inkişaf səviyyəsini şərtləndirən əsas, aparıcı amillər mövcuddur. Bununla yanaşı, fərdi xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar inkişafın hər bir mərhələsini, onlardan heç birini buraxmadan, qabağa qaçmadan keçirlər.
Psixi inkişafın yaş dövrləri haqqında həmin konsepsiya psixoloji ədəbiyyatda özünə geniş yer tapmış və uşaqların təlim-tərbiyəsində geniş istifadə olunan konsepsiyadır.
- bilavasitə-emosional ünsiyyət;
- əşyavi-manipulyativ fəaliyyət;
- rollu oyunlar;
- təlim fəaliyyəti;
- intim-şəxsi ünsiyyət;
- təlim-peşə fəaliyyəti.
2. Erkən uşaqlıq dövrü: bir yaşdan üç yaşa qədər.
Bu dövrdə əşyavi-manipulyativ fəaliyyət aparıcı fəaliyyət olur. Bu zaman bir növ xüsusi əşyavi fəaliyyətə keçid baş verir. Eyni zamanda uşağın böyüklərlə verbal ünsiyyət forması inkişaf edir.
Aparılmış tədqiqatlar göstərmişdir ki, bu dövrdə uşaqlar nitqdən təfəkkür aləti kimi deyil, insanlarla birgə fəaliyyət zamanı əməkdaşlığı təmin etmək üçün əlaqə vasitəsi kimi istifadə edirlər.
3. Bağça yaşı dövrü: üç yaşdan altı-yeddi yaşa qədər.
Bu dövrdə oyun aparıcı fəaliyyət rolunu oynayır, uşağın psixika və davranışının bütün cəhətlərinin inkişafı üçün şərait yaradır. Xüsusi oyun tərzlərindən istifadə etməklə uşaq bir növ böyüklərin rolunu öz oyunlarında təkrar edir, insanlar arasındakı qarşılıqlı münasibətləri özünəməxsus şəkildə mənimsəyir. Bu zaman rollu oyunlar fəallığın növü kimi özünü göstərir.
4. Kiçik məktəb yaşı dövrü: altı-yeddi yaşdan on-on bir yaşa qədər.
Bu dövrdə uşaqların psixi inkişafında təlim aparıcı fəaliyyət kimi özünü göstərir. Təlim prosesində əqli və idrak qabiliyyətləri formalaşmaqla, təlimin köməyi ilə uşağı əhatə edən adamlarla onun münasibətlər sistemi şərtlənir.
5. Yeniyetməlik dövrü: on-on bir yaşdan on dörd-on beş yaşa qədər.
Bu dövrdə əmək fəaliyyəti, eləcə də xüsusi ünsiyyət forması olan intim-şəxsi ünsiyyət meydana gəlir və inkişaf edərək aparıcı fəaliyyət rolunu oynayır. Ünsiyyətin başlıca məqsədi yoldaşlıq və dostluğun elementar normalarının aşkara çıxarılması və mənimsənilməsindən ibarət olur. Ünsiyyətin bütün formalarında yoldaşlığın özünəməxsus kodeksinə tabe olmaq münasibəti müşahidə olunur.
6. İlk gənclik dövrü: on dörd-on beş yaşdan on yeddi yaşa qədər.
Bu dövrdə təlim-peşə fəaliyyəti aparıcı rol oynayır. Yeniyetməlik dövründə meydana gələn intim-şəxsi ünsiyyət inkişafda mühüm əhəmiyyət kəsb edir. İlk gənclik dövründə həyata baxışlar, peşə və şəxsi özünütəsdiq inkişaf edir.
Psixoloji ədəbiyyatda insanın bütün həyat silsiləsini əhatə edən aşağıdakı yaş dövrlərinin təsnifi verilmişdir:
Yaş dövrləri | Kişi cinsi | Qadın cinsi | Yeni doğulan | 1-10 gün | Südəmər uşaq | 10 gün — bir il | Erkən uşaqlıq | 1-2 il | Uşaqlığın ilk dövrü | 3-7 il | Uşaqlığın ikinci dövrü | 8-12 il | 8-11 il | Yeniyetməlik dövrü | 13-16 il | 12-15 il | Gənclik dövrü | 17-21 il | 16-20 il | Orta yaş: | Birinci mərhələ | 22-35 il | 21-35 il | İkinci mərhələ | 36-60 il | 36-55 il | Yaşlı adamlar | 61-75 il | 56-75 il | Qocalıq yaşı | 76-90 il | Uzunömürlülük | 90 ildən yuxarı |
Müasir pedaqoji psixologiyanın əsas problemləri, vəzifələri və bölmələri
Müasir dövrdə gənc nəslin təlim və tərbiyəsi pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik əhəmiyyətə malik olan problemlərin həlli vəzifəsini qoyur. Həmin problemləri həll etmədən və onlardan irəli gələn vəzifələri həyata keçirmədən pedaqoji psixologiya lazım olan səviyyəyə qalxa bilməz.
Elm və texnikanın durmadan inkişaf etdiyi və mənimsənilməsi zəruri olan məlumatların artdığı müasir dövrdə pedaqoji psixologiyanın qarşısında duran ən mühüm problemlərdən biri uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirmədən ibarətdir. Psixoloqlar bu məsələnin pedaqoji psixologiya üçün problem məsələ olduğunu onda görürlər ki, hər şeydən əvvəl, uşaqlarda şəxsiyyətin və əqli inkişafın bütün senzitiv mərhələləri, onların başlanğıcı, davamlılığı və sonu hələ də məlum deyildir. Digər tərəfdən, hər bir uşağın həyatında bu mərhələlərin təzahürü fərdi xarakter daşımaqla, müxtəlif vaxtlarda özünü göstərir və müxtəlif şəkildə cərəyan edir.
Pedaqoji psixologiyanın həll etməli olduğu problemlərdən biri də təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan ibarətdir. Uzun müddətdən bəri dünya psixoloqlarının diqqətini cəlb edən bu problem hələ də pedaqoji psixologiyanın əsas problemlərindən biri kimi qalır.
Pedaqoji psixologiyanın həll etməli olduğu başqa bir problem təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərinin əlaqəsinin aşkara çıxarılmasından ibarətdir. Məlum olduğu kimi, uşağın hər bir yaş dövrü əqli və şəxsi inkişaf üçün özünəməxsus imkan yaradır. Lakin bu sahədə müəyyən tədqiqatların aparılmasına baxmayaraq hələ də uşaq həyatının hər bir konkret mərhələsində təlim və tərbiyədən hansına üstünlük vermək, vahid pedaqoji prosesdə tərbiyəedici və öyrədici təsirlərin bir-birini tamamlaması üçün hansı yollardan istifadə etmək özünün əsaslı həllini tapmamışdır.
Pedaqoji psixologiyanın həll etməli olduğu problemlərdən biri də uşaqların psixoloji və davranış nöqteyi nəzərdən inkişafında onların anadangəlmə, genotipik imkanlarının və mühitin ayrılıqda və ya birgətəsirinin xüsusiyyətlərini aşkara çıxarmaqdan ibarətdir.
Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi də pedaqoji psixologiyanın həll etməli olduğu əsas problemlərdəndir. Pedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyətinin, xüsusilə onun pedaqoji bacarıq və qabiliyyətlərinin, pedaqoji ünsiyyət və pedaqoji mərifətin psixoloji xüsusiyyətlərini aşkara çıxarmaqla pedaqoji psixologiya pedaqoji fəaliyyətin idarə olunmasına düzgün istiqamət vermiş olur.
Müasir dövrdə pedaqoji psixologiyanın qarşısında duran və həll edilməsi zəruri olan problemlərdən biri də pedaqoji cəhətdən baxımsız uşaqlar problemidir. Bu problemlə sıx bağlı “çətin” uşaqlar problemi ən ümdə problem kimi diqqəti cəlb edir.
Son illərdə respublikamızda yaşlı nəsillə birlikdə qaçqınlıq həyatı keçirən uşaqların həyatı hamını düşündürür. Bu baxımdan pedaqoji psixologiya da kənarda qala bilməz. Bu cür uşaqların sosial-psixoloji adaptasiyası və psixoloji reabilitasiyası probleminin öyrənilməsi ən ciddi problemlərdən biridir.
Yuxarıda qeyd olunan problemlərin həll edilməsi gənc nəslin təlim və tərbiyəsi işinə öz önəmli təsirini göstərə bilər.
Bütün qeyd edilənlərdən aydın olur ki, müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzərivə praktik vəzifələr durur. Həmin vəzifələri həyata keçirmədən pedaqoji psixologiya tələb olunan səviyyəyə qalxa bilməz.
Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar.
Müasir pedaqoji psixologiyanın praktikvəzifələrinə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s. öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiya təlim və tərbiyənin motivlərini aşkara çıxarmaq və müəllimləri bu sahədə zəruri biliklərlə silahlandırmaq kimi mühüm praktik vəzifəni həyata keçirir.
Pedaqoji psixologiyanın bir-biri ilə sıx bağlı olan bölmələri vardır. Pedaqoji psixologiyanın həmin bölmələrinə tərbiyə psixologiyasını, təlim psixologiyasını, pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyasınıaid etmək olar. Bununla yanaşı psixoloji ədəbiyyatın bir çoxunda anomal uşaqlarla təlim, tərbiyənin psixologiyasını da pedaqoji psixologiyanın şöbələrindən biri kimi qeyd edirlər.
Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizmlərini, tərbiyə işinin metodları və formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılmasını, şagird kollektivinin psixologiyasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin idarəolünması problemini, «çətin» uşaqlar, onların davranışının korreksiyası məsələlərini öyrənir. Bunların hamısı vahid bir vəzifəni — şəxsiyyətin formalaşdırılması vəzifəsini yerinə yetirməyə yönəlmiş olur.
Təlim psixologiyası təlimin mahiyyəti və psixoloji qanunauyğunluqlarını, didaktikanın, xüsusi metodikaların, problemli təlimin, proqramlaşdırılmış təlimin, əqli əməliyyatların formalaşmasının psixoloji əsaslarını, təlim və inkişafın qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir texniki vəsaitlərdən istifadənin psixoloji əsaslarını və s. məsələləri tədqiq edib öyrənir.
Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyasıpedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyəti və onun peşə-psixoloji istiqamətini, pedaqoji funksiyasının, pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin psixoloji əsaslarını, pedaqoji mərifət və pedaqoji ünsiyyətin psixoloji xüsusiyyətlərini və s. öyrənir.
.
Yaş və pedaqoji psixologiyasının tədqiqat metodları
Yaş psixologiyasında istifadə olunan tədqiqat metodları kompleksi bir neçə blokdan ibarətdir. Bu metodların bir qismi ümumi psixologiyadan, digər qismi differensial psixologiyadan, üçüncü qismi sosial psixologiyadan götürülmüşdür.
Uşaqlarda idrak proseslərinin və şəxsiyyətin öyrənilməsi üçün tətbiq olunan bütün metodlar ümumi psixologiyadan götürülmüşdür. Bu metodlar uşaqların yaşına uyğunlaşdırılmaqla ayrı-ayrı yaş dövrlərində qavrayışın, diqqətin, hafizənin, təxəyyülün, təfəkkürün və nitqin inkişaf xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir.
Differensial psixologiya yaş psixologiyasını uşaqların fərdi və yaş xüsusiyyətlərini öyrənmək üçün zəruri olan metodlarla təmin etmişdir. Bu metodlar içərisində əkizlər metodu xüsusi yer tutur.
Sosial psixologiyadan götürülmüş metodlardan müxtəlif uşaq qruplarında şəxsiyyətlərarası münasibətləri, eləcə də uşaqlarla yaşlı adamlar arasındakı qarşılıqlı münasibətləri öyrənmək üçün istifadə olunur. Həmin metodlar uşaqların yaşına uyğunlaşdırılmış olur. Bunlara müşahidə, sorğu, intervyu, sosiometrik metodu, sosial-psixoloji eksperimenti aid etmək olar.
Qeyd olunan metodların bəzilərinin tətbiqi xüsusiyyətlərinə nəzər salaq.
Müşahidə metodunun müxtəlif variantlarından istifadə olunması uşaq haqqında kifayət qədər əsaslandırılmış məlumat əldə etməyə imkan verir. Hər cür müşahidəni məqsədəyönəlmiş və müvafiq proqrama, plana uyğun şəkildə aparmaq lazımdır.
Müvafiq nəticə əldə etmək üçün müşahidəni müntəzəm aparmaq tələb olunur. Uşaqlar çox sürətlə inkişaf edirlər. Onların psixologiyası və davranışı sürətlə dəyişir. Ona görə də uşağın yaşından asılı olaraq müşahidələr arasındakı fasilə dəyişməli olacaqdır. Məsələn, yeni doğulmuş uşaq üzərində hər gün, 2-3 aylıqdan bir yaşa qədər dövrdə hər həftə, 1-3 yaşlı uşaqlarda hər ay, bağça yaşlı uşaqlarda ildə ən azı iki dəfə və s. müşahidə aparmaq lazım gəlir. Uşaqlar üzərində müşahidənin gizli təşkil edilməsi, uşağın bunu hiss etməməsi daha dəqiq nəticə əldə etməyə imkan verir.
Müşahidənin bir növü kimi “ana gündəlikləri”ndən istifadə də səmərəli nəticə verir.
Çox vaxt uşaqlarla aparılan şifahi və yazılı sorğu zamanı bir sıra çətinliklərlə rastlaşmaq olur. Bəzən uşaqlar ona verilmiş sualı o qədər də düzgün başa düşmürlər. Ona görə də sorğu zamanı uşağın ona verilən sualı nə qədər düzgün başa düşdüyünü müəyyənləşdirmək lazımdır.
Uşaqlarla aparılan tədqiqat işində uşağın psixologiyası və davranışı barədə daha düzgün məlumatlar əldə etmək üçün eksperiment daha səmərəli metodlardan biri hesab olunur. Eksperimentlərin daha səmərəli olması üçün onların təbii şəraitdə, oyun və təlim fəaliyyətində aparılması zəruridir. Bu zaman uşaqları eksperimentin gedişinə maraqlandırmaq lazımdır.
Testləşdirmənin tətbiqi zamanı da uşaqların bu işdə iştirakının stimullaşdırılması zəruridir. Bunun üçün Kettelin və Vekselerin testlərinin uşaq variantlarından və sosiometrik testin bəzi formalarından istifadə olunması daha yaxşı nəticə verə bilər.
Pedaqoji psixologiyanın tədqiqat metodlarına gəldikdə ümumi psixologiyada, yaş psixologiyasında və psixologiyanın digər sahələrində istifadə olunan tədqiqat metodlarından pedaqoji psixologiyada da istifadə olunur. Bu metodlara müşahidə, şifahi və yazılı sorğu, eksperiment, fəaliyyət məhsullarının təhlili, anketlər, testləşdirmə və s. aid etmək olar. Pedaqoji psixologiyada bu metodlardan istifadə edərkən uşaqların yaş xüsusiyyəti, psixoloji-pedaqoji problemin xüsusiyyətləri, onların köməyi ilə uşaqların tərbiyəlilik və hazırlıq səviyyələrini, təlim və tərbiyənin təsiri altında onların psixologiyası və davranışında baş verən dəyişiklikləri aşkara çıxarmaq imkanları nəzərə alınaraq müvafiq dəyişikliklər edilir. Məsələn, pedaqoji müşahidədən uşaqların müxtəlif sosial şəraitdə özlərini necə aparmalarını, eləcə də müxtəlif həyati məsələləri həll edərkən əldə etmiş olduqları bilik və vərdişləri tətbiq edə bilmək bacarığını aşkara çıxarmaq üçün istifadə etmək olar. Daha yaşlı uşaqları — yeniyetmə və gəncləri öyrənərkən bu məqsədlə yazılı sorğu və testlərdən, məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla şifahi sorğudan istifadə etmək mümkündür.
Bu cür ümumi metodlarla yanaşı pedaqoji psixologiyanın özünəməxsus xüsusi metodları da vardır. Bu cür metodlara psixoloji-pedaqoji eksperimenti və uşaqların öyrənməyə qabillik, biliklilik və tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq üçün xüsusi psixoloji-pedaqoji testləşdirməni aid etmək olar.
Pedaqoji psixologiyada istifadə olunan metodları aşağıdakı şəkildə qruplaşdırmaq olar: təşkiledici,prosedur, qiymətləndirici, eləcə də faktların toplanması və işlənməsiilə bağlı metodlar.Təşkiledici metodlara məqsəd, məzmun, aparılan tədqiqatın strukturu və təşkili, onların tərkibi və hazırlıq aiddir. Prosedur metodlara bütövlükdə aparılacaq tədqiqatın, eləcə də onun hissələrinin həyata keçirilmə forması aiddir. Qiymətləndirici metodlara tədqiqatın nəticələrinin psixoloji-pedaqoji qiymətləndirilməsi yolları daxildir. Faktların toplanması və işlənməsi üçün tətbiq olunan metodların köməyi ilə yoxlanılanlar haqqında zəruri məlumatlar əldə edilir. Əldə edilmiş faktların işlənməsi üçün tətbiq olunan metodların köməyi ilə müvafiq nəzəri və praktik psixoloji-pedaqoji nəticələr və tövsiyyələr irəli sürmək mümkün olur.
Qeyd etdiyimiz tədqiqat xarakteri daşıyan metodlarla yanaşı elə metodlar da vardır ki, onların köməyi ilə uşaqlara birbaşa praktik psixoloji-pedaqoji təsir göstərmək olur. Bu cür metodlara psixoloji məsləhət və korreksiyanı aid etmək olar. Psixoloji məsləhət adi söhbət şəklində şagirdlə, onun valideynləri və ya onun təlim-tərbiyəsi ilə məşğul olan adamlarla aparıla bilər. Psixoloji məsləhətdən fərqli olaraq psixokorreksiyanın köməyi ilə psixoloq maraqlandığı şəxsə bilavasitə psixoloji-pedaqoji təsir göstərir.
Pedaqoji psixologiyada eksperiment metoduna xüsusi yer verilir. Əldə edilmiş nəticələrin taleyi və səmərəliliyi psixoloji-pedaqoji eksperimentin düzgün təşkili və aparılmasından asılıdır. Psixoloji-pedaqoji eksperimentin nəticəsinin etibarlılığı üçün bir sıra şərtlərə əməl olunmalıdır. Hər şeydən əvvəl, nəticələrdə səhvlərə yol verməmək üçün eksperimentin təşkili məntiqi əvvəlcədən düşünülməlidir.
Psixoloji-pedaqoji tədqiqatın aparılmasına verilən ikinci xüsusi tələb testlər və digər psixodiaqnostik metodlarla bağlıdır. Onlar kifayət qədər yoxlanmalı və uşaqların yaşına uyğunlaşdırılmalıdır.
Bxtiyar liyev pedaqoji psixologiya
BƏXTİYAR HƏMZƏ OĞLU ƏLİYEV
AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru
BDU-nun psixologiya kafedrasının müdiri
Tel: (+994 12) 439-01-12
QISA BİOQRAFİK MƏLUMAT
Əliyev Bəxtiyar Həmzə oğlu (20.03.1961, Ağdam) – psixoloq, psixologiya üzrə elmlər doktoru (1998), professor (2000), AMEA-nın müxbir üzvü (2007). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakultəsinin məzunu (1983), aspirantura (1985-1988). “Millətlərarası ünsiyyət sosial-psixoloji təhlil obyekti kimi” mövzusunda namizədlik (1989), “Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri” mövzusunda doktorluq (1998) dissertasiyalarını müdafiə etmiş, Bakı Dövlət Universitetinin psixologiya kafedrasında müxtəlif vəzifələrdə çalışmış (1983-1997), 1997-ci ildən hal-hazıra kimi həmin kafedranın müdiri, “Psixologiya jurnalı”nın baş redaktoru, Beynəlxalq Siyasi Psixoloqlar Cəmiyyətinin üzvü, “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin sədridir.
1978-ci ildə 2 saylı Ağdam şəhər beynəlmiləl orta məktəbi bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakultəsində təhsil almışdır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakultəsini 1983-cü ildə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin “Pedaqoqika və psixologiya” kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. Psixologiya, pedaqoqika və məntiq fənlərindən universitetin humanitar və təbiət elmləri fakültələrində mühazirələr oxumuş və seminar məşğələləri aparmışdır. Eyni zamanda qiyabi aspirantura yolu ilə təhsilinidə davam etdirmişdir.
1984-1987-ci illərdə Azərbaycan dövlət televiziyasında aylıq “İdrak” elmi-kütləvi verlişin müəllifi v əaparıcısı olmuşdur.
1989-cu ildə fəlsəfə sahəsində “Межнациональное общение как объект социально-психологического анализа” (09.00.01- dialektik və tarixi materializm) mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almış, 1998-ci ildə psixologiya elmləri üzrə «Cinayətvə mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri» (19.00.05 – Sosial psixologiya) adlı doktorluq dissertasiyasın ımüdafiə edərək psixologiya elmləri doktoru elmidərəcəsini, 2000-ci ildən psixologiya elmləri üzrə professor elmi adı almışdır.
Keçmiş SSRİ məkanında ilk dəfə olaraq məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlamışdır.Həmin nəzəriyyəyə əsasında fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji meyarlarını, həmçinin məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifatı sistemini müəyyənləşdirmişdir.Əldə edilmiş nəticələr hüquq praktikasında istifadə edilərək cəzanın fərdiləşdirilməsində və obyektiv araşdırılmasında istifadə edilir.Zəruri əhəmiyyyət daşıyan “fizioloji affektin” məhkəmə ekspertizasının təşkili və keçirilməsi prinsiplərini, ekspert-psixoloqun rəyinin sübutun bir növü kimi qiymətləndirilməsinin elmi-hüquqi əsaslarını müəyyənləşdirmişdir.Bu məsələyə dair elmi məqalələrlə beynəlxalq və respublika elmi konfranslarında çıxışlar etmişdir.
Azərbaycanda ilk dəfə olaraq 1990-cı ildə məhkəmə-psixoloji ekspertizası elmi-tədqiqat laboratoriyasını yaradılmasına rəhbərlik etmişdir.Həmin laboratoriya öz fəaliyyətində o zamanlar Cənubi Qafqaz və Orta Asiya respublikalarını da əhatə edirdi.
Azərbaycanda ilk dəfə olaraq 1999-cu ildəBakı Dövlət Universitetində «Eksperimental psixologiya» elmi-tədqiqat laboratoriyasını yaradaraq idrak prosesləri, şəxsiyyət psixologiyası sahəsində elmi araşdırmalara rəhbərlik edir.Şəxsiyyətin yaradıcılıq imkan və potensialının aktuallaşması və şəxsiyyətin özünü gerçəkləşdirməsinin metodoloji və psixoloji əsasları tədqiq edilir.İlk dəfə olaraq respublikada eksperimental psixologiyanın əsasları işlənmişdir.
«Şəxsiyyətə yeni baxış» nəzəriyyəsini işləyib hazırlamış və bu nəzəriyyə əsasında fundamental tədqiqatların aparılmasına elmi rəhbərlik edir.Elmi araşdırmalarında ekologiyanın və sosial ekologiyanın fəlsəfi-psixoloji məsələləri, təhsil və tərbiyənin psixoloji əsasları, insanın ekstremal şəratdə davranışının tənzimlənməsi, Dekartın, Aristotelin və Bəhmənyarın fikirlərinin idrak nəzəriyyəsinin inkişafında rolu, cinayət və mülki hüququn, həmçinin kriminologiyanın əsas məsələlərinin, xüsusi biliklərin hüquq praktikasında tətbiqinin metodoloji əsasları, milli dövlətçilik və demokratik inkişafın sosial, fəlsəfi və psixoloji aspektləri, kütlə psixologiyası, siyasi və ümummilli liderin psixoloji portreti, sosial və psixoloji tədqiqatların metodologiyası öz əksini tapmışdır.
Bu yeni istiqamətlər üzrə bilavasitə onun elmi rəhbərliyi ilə 38 fəlsəfə doktoru və 6 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.
Respublikamızda ilk dəfə olaraq 1999-cu ildə «Psixologiya jurnalı»nı təsis etmiş, elə həmin dövrdən hal-hazıra kimi onun baş elmi redaktorudur. Jurnal qısa müddətdə respublikada və xarici ölkələrdə diqqəti cəlb etmiş, elmin inkişafında böyük rol oynamışdır.
2005-ci ildə onun rəhbərliyi ilə ilk dəfə olaraq psixologiya elminin rəsmi internet saytlalrı yaradılmışdır (www.psixologiya.az; http://psixologiya.net).Azərbaycan psixologiya elminin təbliğində, dünya psixologiya elminə inteqrasiyasında jurnalın və rəsmi saytların əhəmiyyətli rolu vardır.
Onun təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycanda 2018-ci ildə “Psixologiya elmi-tədqiqat institutu” yaradılmışdır.
2000-ci ildən 2016-cı ilə kimi psixologiya elmləri üzrə AAK-ın dissertasiya şurasının sədri kimi elmi-pedaqoji kadrların hazırlanmasında bilavasitə iştirak etmiş, 2016-cı ildən hal-hazıra kimi isə Azərbaycan Respublikası Prezidenti yanında AAK Rəyasət Heyətinin üzvüdür.
Elmi fəaliyyətinə görə 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü seçilmişdir.
214 elmi əsərin, o cümlədən 23 dərslik və dərs vəsaitinin, xarici ölkələrdə çap edilmiş 47 elmi əsərin müəllifidir.
1997-ci ildən hal-hazıra kimi BDU-nun “Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir.
Elmi-pedaqoji fəaliyyətlə yanaşı Azərbaycan Respublikası Milli Məclisinin II Çağırış (2000-2005-ci illər), III Çağırış (2005-2010), İV Çağırış (2010-2015) V Çağırış (2015-2020) deputatı. 2001-2005-ci illərdə Avropa Şurası Parlament Assembleyasının üzvü kimi «Elm və təhsil məsələləri komitəsinin», «Monitorinq komitəsinin» üzvü və «Geniş miqyaslı miqrantlar və köçkünlər işi üzrə» alt komitənin sədri olmuşdur.
MDB Parlament Assambleyasının Elm və təhsil komitəsinin sədr müavinidir.
2005-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Milli Məclisinin «Elm və təhsil komitəsinin» sədr müavinidir.
Azərbaycan Respublikası Prezidenti yanında «Əfv məsələləri üzrə komissiya»nın və «Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya»nın üzvüdür.
Evlidir, iki övladı var.
Əliyev Bəxtiyar Həmzə oğlunun 2010-2017-ci illərdə çap edilmiş ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
- Psychological rehabilitation of migrants and refugees//paper presented at the annual meeting of the ISPP 33rd Annual Scientific Meeting, Mark Hopkins Hotel, San Francisco, California, USA, Jul 07, 2010 .2014-11-27 (K.R.Əliyeva)
- İstedadlı uşaqların yaradıcılıq potensialının inkişafının psixopedaqoji məsələləri// Psixologiya jurnalı, № 1, 2010, 108-115 s.
- Şəxsiyyətin özünügerçəkləşdirməsinin meyarları və modelləri//Psixologiya jurnalı, № 1, 2010, 3-16 s.
- Mədəniyyət və təfəkkür probleminin bəzi məsələlərinin tədqiqinə dair // Psixologiya jurnalı, № 2, 2010, 3-12 s.
- Şagird şəxsiyyətinin yaradıcı inkişafının innovasiya modeli// Psixologiya jurnalı, № 2, 2010, 87-94 s.
- İstedadlı uşaqlarlaişin təşkili istiqamətində tədqiqat nəticələrinə dair//Psixologiya jurnalı, № 2, 2010, 94-101 s.
- Özünügerçəkləşdirmənin fəlsəfi istiqamətdə tədqiqi// Bakı Univeritetinin xəbərləri. Sosisal-siyasi elmlər seriyası. 2010, №1, s. 177-186
- S.Seyidovun “Yaradıcılığın fenomenologiyası ”əsərində istedad və yaradıcılığın qədim fəlsəfi köklərinə dair// AMEA-nınXəbərləri: Tarix, Fəlsəfə, Hüquq. № 1-2, 2010, s. 274-282
- Ümumipsixologiya (Diqqət və hafizə). Proqram. Bakı: BakıUniverstietinəşriyyatı, 2011, 12 s.
- Təfəkkür psixologiyasi: müasir vəziyyəti və inkişaf perspektivləri. Proqram. Bakı: Bakı Universtieti nəşriyyatı, 2011, 14 s.
- Ümumipsixologiya (Təfəkkür və nitq). Proqram. Bakı: BakıUniverstietinəşriyyatı, 2011, 15s.
- Psixologiyanın metodoloji problemləri. Proqram. Bakı: Bakı Universtieti nəşriyyatı, 2011, 11 s.
- Yaradıcılığın ümumpsixoloji problemləri. Proqram. Bakı: Bakı Universtieti nəşriyyatı, 2011, 12 s.
- Pedaqoji psixologiya. Dərslik. Bakı: Təhsilnəşriyyatı, 2011, 256 s.
- Hüquq psixologiyası. Metodik göştəriş. Bakı: Təhsil nəşriyyatı, 2011, 88 s.
- Motivation Aspect of Modern Training Process / The 12th European congress of psychology İstanbul, 2011, 04/08 july,s.6 -27
- İnvestigation about Gift Types / The 12th European congress of psychology İstanbul, 2011, 04/08 july, p.554
- About the Results of the Study of Educational Problems of Gifted Children / The 12th European congress of psychology İstanbul 2011 04/08 july, p.552
- Globalization and trafficking in human beings / İSPP34th Annual Scientific 2011, İstanbul, Turkay, Zulu 9th-12th. http //convetion3. Academic.com/one/ispp/ispp11/index.php?click, p.274-282
- Studying the relationship between emotional intelligence and control of anger among adolescents of Ardabil Province in 2010 /1 st International Conqress Child and Adolescent Psychology.Iran-Shiraz: 2010, p.105
- Interreligious Dialogue in the Context of Contemporary Culture: İslam, Christianity, and other Religions in Azerbaijam, World Religions in the context of the contemporary Culture: new perspectives of dialogue and Mutual understanding/ UNESCO, St.Peterburg Branch of the Russian Institute for Cultural Research, 2011, p.172-186
- Межрелигиозный диалог в контексте современной культуры: ислам и христианство в Азербайджане, Мировые религии в контексте современной культуры: Новые перспективы диалога и взаимопонимания / Юнеско, Санкт-Петербургское отделение Российского института культурологи.Санкт-Петербург 2011, c.190-205
- Проблемы вовлечения молодежи в общественную жизнь Азербайджана //Мир и согласие, Москава, 2011, №2(47) С.104-118
- İnsan və cəmiyyət. X sinif. Dərslik (Azərbaycan dilində), Bakı, Təhsil nəşriyyatı, 2011 157 s.
- İnsan və cəmiyyət. XI sinif. Dərslik (Azərbaycan dilində), Bakı, Təhsil nəşriyyatı, 2011 146 s.
- Özünügerçəkləşdirmənin formalaşmasının daxili və xarici şərtlərinə dair // Psixologiya jurnalı, Bakı, 2011, №3, с.3-15
- Mədəniyyət sosial-psixoloji fenomen kimi//Psixologiya jurnalı, Bakı, 2011, №3, s.3-12
- Xüsusi lisey sinifləri üçün nümunəvi proqramlar. Məntiq (V-VII siniflər), Nitq mədəniyyəti (V-IX siniflər), Üslubiyyat (X-XI siniflər)
- Hüquq psixologiyası. Dərslik. Təhsilnəşriyyatı, Bakı, 2012, 656 s.
- Mədəniyyət və şəxsiyyət konteksində özünügerçəkləşdirməin psixoloji məsələləri, //Psixologiya jurnalı, Bakı, 2012, № 2, s.3-11
- Tələbələrdə özünügerçəkləşdirmə və özünü qiymətləndirmənin səviyyələrinin asılılıq dərəcəsinin tədqiqi //Psixologiya jurnalı, Bakı, 2012, № 3, s.3-15
- Некоторые вопросы межпоколенных отношений в транзитарном обществе / Beynləxalq Humanitar forumu Bakı, 4-5oktyabr 2012
- İnsan və cəmiyyət. VIII sinif. Dərslik (Azərbaycan dilində), Bakı, Təhsil nəşriyyatı, 2012
- İnsan və cəmiyyət. VIII sinif. Dərslik (Rus dilində), Bakı, Təhsil nəşriyyatı, 2012
- İnsan və cəmiyyət. IX sinif. Dərslik (Azərbaycan dilində), Bakı, Təhsil nəşriyyatı, 2012
- Начало новой эпохи феномен политического лидера // Psixologiya jurnalı, Bakı, 2013, № 1, с.3-23
- Yenisiyasireallıqlarhaqqındapsixolojidüşüncələr // Psixologiya jurnalı, Bakı, 2013, № 2, с.3-29
- Некоторые вопросы межпоколенных отношений в транзитарном обществе. //Bakı Beynəlxalq Humanitar Forumun materialları. Бakı, 2013, с.280-285
- Siyasətin tükənən romantikası (psixoloji təhlil) // Strateji araşdırmalar,№4,2013, s.35-43
- Образование для всех: обзор достижений в Азербайджанской республики в сфере образования, / Юнеско (електронняшр)
- Problems of civec engagement of youth in Azerbaijan / YUNESKO (електронняшр)
- Emotional Reactions of Azerbaijani Young Peoples to Media Commercials and its İmpact on Their Attitudinal Developments // Universal Journal of Psychlogy, 2(6), 2014, p.199-204
- Personal –Change İn Adolescent // Advances in Environmental Biology8(6), 2014, p.3200-3204
- Parent, Peer and Media Effect on the Perception of Body İmage in Preadolescent Girls and Boys //Universal Journal of Psychlogy 2(7), 2014, p.224-230
- A Study Of The Relationship Between Self-Realization Of Students With Their Academic Achievements // International Journal of Gurrent Life Sciences. Vol 4, Issue, 8, p.4179-4185
- The role of artistic perception in improvinq self-esteem in abolescents//Вестник Днепропетровського Универсситету имени Альфреда Нобеля, № 1, (7), 2014
- Проблемы улучшения самооценки потребностей у эмоционально неустойчивых школьных подростков в Турции // Научный практический журнал, «Психология, соцология и педагогика» №6(33), 2014
- Using turkish comedy sinema films in group therapy to increse self-esteem among adolescents, International association of social science research /V European Confrence on social and bihaverioal science .St. Peterburq, Russia- September 11-14,2014
- Realete to improving self-esteem at a special neds school roremitiohaldistrurbed adolescents in Turkey / International association of social science research V European Confrence on social and bihaverioal science. St. Peterburq,Russia- September 11-14,2014
- Cinayidavranışınpsixologiyasıvəanomaliyası. Proqram. Bakı, 2015,16 s.
- Diqqətvəhafizəninpsixologiyası. Dərslik. Bakı, 2015, 300 s.
- The Relationship between Self-Esteem, Social Networking Site Usage and Body Satisfaction for Adolescent girls in the Turkey /International association of social science research VIII European Confrence on social and bihaverioal science. Belgrade, Serbia- September 5-6, 2015
- Self-Image and psychologikal well-being among Turkish adolescents /1 st International Confrence on lifelong learning and leadership for all. Olomouc, Czeeh, Respublic. October 29-31, 2015, 46 s.
- Self-Image and psychological well-being among Turkish adolescents/ICLEL2015 IST INTERNATIONAL CONFERENCE ON LIFELONG LEARNING AND LEADERSHIP FOR ALL, October 29 th -31 st , 2015, Palacky University&Moravian University College Olomouc, Czech Republic, s146-151. (A.Türkmən)
- Using Turkish comedy cinema films in group therapy to increase self-esteem among adolescents/ European Journal of Research on Education, 2015, 3(2), 34-42, s.34-42 (A.Türkmən)
- A meta-analysis of stress and depression in parents of autistic children/ İCLEL 2016. 2 nd İnternational conference on lifelong education and leadership for all. July 21 th -23 th , 2016-11-04 (A.Türkmən, Özkan Mahir)
- Using Turkish comedy cinema films in group therapy to increase self-esteem among adolescents/ İnternational Association of Social Research – İASSR. European journal of research on education, 2015, 3(2), 34-42. (A.Türkmən)
- Psychoanalytic view of play between parent and child/ USOS XV.Uluslararası sınıf öğretmenliği eğitimi sempozyumu. 11-14 mayıs 2016. (A.Türkmən, Özkan Mahir)
- Mədəni müxtəliflik: şəxsiyyətin inkişaf məkanı/ Mədəni müxtəliflik: Dünya və Azərbaycan. Beyəlxalq elmi-praktik konfrans. 29 aprel 2016-cı il. Bakı-2016, 269-272.
- Siyasi identikliyin növləri və təşəkkül xüsusiyyətləri/ “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi konfransın materialları. Bakı-2016, 3-9 (A.Səməndrəova, N.Nəsirova)
- Siyasi-hüquqi identikliyin əsas xüsusiyyətləri/ “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi konfransın materialları. Bakı-2016, 9-13. ( A.Səməndərova, V.Vəliyeva)
- Hüquqi identikliyin psixoloji strukturu və təşəkkül xüsusiyyətləri/ “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi konfransın materialları. Bakı-2016, 13-19 (A.Səməndərova, Y.Vəliyeva)
- Studying Loneliness, Friendship, Self-Esteem of Turkish Young Stundents Using Faceook in High Schools of The Azerbaijan Republic/ 2.Avrasya Pozitif Psikoloji Kongresi, Books of Abstracts, 32 p. (A.Türkmən, R.Cabbarov, M.Mustafayev)
- Adolescents İnvolvement of the İnfluence of Seeing YouTube Videos on Personality and Sense of Self/ 2.Avrasya Pozitif Psikoloji Kongresi, Books of Abstracts, 33 p. (A.Türkmən, H.Tolu )
- Политическое сознание личности и эмоциональный интеллект/ Web of scholar Multidisciplinary scientific journal. ISSN 2518-167X. 9(18),Vol.2,December 2017. 4-7 p.
- Cinayət hüququnun və kriminologiyanın əsasları/Bakı, 2017, 1 ç.v. (A.Səməndərova)
- Əməliyyat-axtarış fəaliyyətinin psixoloji əsasları/ Bakı, 2017, 1 ç.v. (A.Səməndərova)
- İxtisas (Region) ölkəsinin etnopsixologiyası/ Bakı, 2017, 1 ç.v.
- Caninin psixologiyasının öyrənilməsi problemi/ Bakı, 2017, 0,75 ç.v. (A.Səməndərova)
- Məhkəmə-psixoloji ekspertizası/ Bakı, 2017, 0,5 ç.v.
- Психологические особенности политического сознания личности в условиях культурного многообразия/ Psixologiya jurnalı. Bakı-2017, № 1.
Comments are closed, but trackbacks and pingbacks are open.