Press "Enter" to skip to content

Azərbaycan Milli Elmlər Akademiyası

1.Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı, 2018-ci il.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Страница «Psixologiya Elmi Tədqiqat İnstitutu» есть на Facebook. Войдите, чтобы связаться с Psixologiya Elmi Tədqiqat İnstitutu.

Страница «Psixologiya Elmi Tədqiqat İnstitutu» есть на Facebook. Войдите, чтобы связаться с Psixologiya Elmi Tədqiqat İnstitutu.

Psixologiya Elmi Tədqiqat İnstitutu

1 il öncə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun təqdimatında, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilati dəstəyilə 25-26 İyul 2019 tarixlərində keçirilən “PSİXOLOGİYA ZİRVƏSİ” Beynəlxalq Konfransında Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə Heyətinin sədri, professor Bəxtiyar Əliyevin açılış nitqi ilə çıxışını sizə təqdim edirik.

YOUTUBE.COM

“PSİXOLOGİYA ZİRVƏSİ KONFRANSI” – Prof. BƏXTİYAR ƏLİYEV

“PSİXOLOGİYA ZİRVƏSİ” KONFRANSI Problemlər, perspektivlər və yeni yanaşmalar. Açılış nitqi – Professor BƏXTİYAR ƏLİYEV 25-26 İYUL 2019 #Psixologiyaİnstitutu .

Azərbaycan Milli Elmlər Akademiyası

Məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlamış və onun əsasında ilk dəfə olaraq fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji meyarlarını, məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifatı sistemini müəyyənləşdirmişdir. “Fizioloji affektin” məhkəmə ekspertizasının təşkili və keçirilməsi prinsiplərini, ekspert-psixoloqun rəyinin sübutun bir növü qiymətləndirilməsinin elmi-hüquqi əsaslarını müəyyənləşdirmişdir. Həmçinin “Şəxsiyyətə yeni baxış” nəzəriyyəsini işləyib hazırlamışdır. Onun siyasi liderin psixologiyası, siyasi liderin tipologiyası, ümummilli liderin psixoloji portreti kimi tədqiqatları bu sahədə şəxsiyyət nəzəriyyəsində mövcud olan boşluqları doldurmuş, cəmiyyətdə gedən ictimai-siyasi proseslərə tarixi şəxsiyyətin nüfuzu araşdırılmışdır. Onun tədqiqatlarında ekologiyanın və sosial ekologiyanın fəlsəfi-psixoloji məsələləri, təhsil və tərbiyənin psixoloji əsasları, insanın ekstremal şəraitdə davranışının tənzimlənməsi, Dekartın, Aristotelin və Bəhmənyarın fikirlərinin idrak nəzəriyyəsinin inkişafında rolu, cinayət və mülki hüququn, həmçinin kriminologiyanın əsas məsələlərinin, xüsusi biliklərin hüquq praktikasında tətbiqinin metodoloji əsasları, milli dövlətçilik və demokratik inkişafın sosial, fəlsəfi və psixoloji aspektləri, kütlə psixologiyası, siyasi liderin psixoloji portreti, sosial-psixoloji tədqiqatların metodologiyası öz əksini tapmışdır.

AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev 1990-cı ildə Azərbaycanda ilk Məhkəmə-psixoloji eksper­ti­za­sı elmi-tədqi­qat labo­ra­toriyasının yaradılmasına rəhbərlik etmişdir. Hə­min laboratoriya öz fəaliyyətində o za­man­­lar Cə­nu­bi Qafqaz və Orta Asiya respublikalarını da əha­­­tə edirdi.

AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev öz təşəbbüsü və rəhbərliyi ilə 1999-cu ildə Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində «Eks­pe­ri­men­tal psixologiya» elmi-tədqiqat laboratoriyasını yaradaraq idrak pro­sesləri, şəx­siy­yət psixo­lo­giyası sahəsində elmi araşdır­ma­lara rəhbərlik edir. Şəxsiyyətin ya­ra­dı­cılıq imkan və po­ten­sialının aktuallaşması və şəxsiyyətin özünü­ger­çək­ləş­dir­mə­sinin metodoloji və psixoloji əsasları tədqiq edilir. İlk dəfə olaraq respublikada eks­perimental psixologiyanın əsasları işlənmişdir.

AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2018-ci ildə Psixologiya Elmi Tədqiqat İnstitutu yaradılmışdır.

2. О некоторых социально-психологических особенностях процесса формирования брачных пар / Нравственно-эстетическое воспитание и подготовка студенческой молодежи к семейной жизни. Сыктывкар, 1986, с. 176-184.

3. О психологии мотива преступлений / Юридическая психология. М., 1989.

4. Социально-психологическая «анатомия» толпы // Тезисы докладов Республиканской конференции посвященной 90-летию Ф.А.Ибрагимбекова. баку, 1992, с. 95-96.

5. Sürücülərin məhkəmə-psixoloji ekspertizasının bəzi məsələləri // Elmi işlərin məcmuəsi. Bakı, AETMEK və KPİ, 1994

6. Məhkəmə-psixoloji ekspertizasının əsasları. Bakı, BDU, 1995, 53 səh.

7. İntellektual inkişaf səviyyəsi və onun öyrənilməsi metodikası // Bakı, ASHİ,1995, 24 səh.

8. Cinayət və mülki proseslərdə məhkəmə-psixoloji ekspertizası problemləri. Bakı, Azərnəşr, 1996, 200 səh.

9. Социально-психологические проблемы личности несовершеннолетних правонарушителей. Баку, БГУ, 1996, 63 c.

10. О взаимосвязи почерка и характера личности : проблемы экспертизы // Язык и литература, №3(18), 1997, C.141-143.

11. Психологические аспекты изучения суицидального поведения // Язык и литература, №3(18), 1997, С.143-145.

12. Müəllim-tələbə münasibətlərinin təlim prosesinə təsiri // Dil və ədəbiyyat, №3, 1998, S.140-143.

13. Məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsi. Bakı, “Renessans”, 1998, 148 s.

14. Методология социально-психологического исследования. Баку, «Ренессанс», 1999, 4,5 п.л.

15. Учене Р.Декарта о душе и теле / Язык и литература, 1998, N 2.

16. Психологические вопросы изучения преступления. Баку, «Ренессанс» ,1999, 123.

17. Azərbaycan diplomatiyasının yenı erası-İlham Əliyev fenomenı / Dirçəliş-XXİ əsr, 2001, N46, s.39-52.

18. AŞPA və Azərbaycan diplomatiyasi // Dirçəliş-XXİ əsr, 2002, N57, S.66-76.

19. Milli dövlətçilik və demokratik inkişaf // Dirçəliş-XXI əsr jurnalı, 2003, may, S. 80-88.

20. Аббасов А.М., Алиев Б.Г., Микаилова Р.Н., Караев Р.А.Идентификация психологического профиля покупателя // Труды 11 Международной конференции «Идентификация систем и задачи управления», Москва 29-31 января 2003г. Институт проблем управления им. В.А. Трапезникова РАН, c.2058-2068.

21. Siyasi psixologiyada ümummilli lider problemi // Psixologiya jurnalı, Bakı, 2004, №1, S.3-12.

22. Milli-mənəvi dəyərlər və dövlət quruculuğu // Heydər Əliyev irsi və milli dövlət quruculuğu / Məqalələr toplusu, 2005, S.700-710.

23. Yaradıcı müəllim hazırlıgının bəzi məsələləri // Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2008, N 2, S.171-180.

24. Некоторые вопросы типологии личности политического лидера // BDU-nun xəbərləri, №3, 2009, S.165-174.

25. Əliyev B.H., Cabbarova L.M. Duygu və qavrayış. Bakı, 2009, 117 s.

26. Əliyev B., Cabbarov R. Təhsildə şəxsiyyət problemi. Bakı, 2010, 134 s.

27. Psychosocial and mental well-being of the migrants / The 11 th European congress of psy-cho¬lo¬gy Oslo, Norway 7-10 july 2009. http://www.ecp2009.no/abstractview.cfm? pMode= AbstractView&pAbstractId=11055

28. National leader as an appearance of the democratic development / International Society of Political Psychology 32nd Annual Scientific Meeting July 14-17, 2009. Dublin, Ireland.

29. Globalization and trafficking in human beings / İSPP 34th Annual Scientific 2011, İstanbul, Turkey, Zulu 9th-12th. / http //convetion3. academic.com/one/ispp/ispp11/index.php?click

30. Motivation Aspect of Modern Training Process / The 12th European congress of psychology. İstanbul 2011 04/08 july.

31. Əliyev B.H., Əliyeva K.R., Cabbarov R.V. Pedaqoji psixologiya. Bakı, Təhsil, 2011, 214 s.

32. Əliyev B.H., Səməndərova A.F. Hüquq psixologiyasının tədqiqat metodları. Bakı, BDU, 2010, 156 s.

33. Bayramov Ə.S., Əliyev B.H. Hüquq psixologiyası. Bakı, Təhsil, 2012, 648 s.

34. INTERRELIGIOUS DIALOGUE IN THE CONTEXT OF CONTEMPORARY CULTURE: ISLAM, CHRISTIANITY, AND OTHER RELIGIONS IN AZERBAIJAN / WORLD RELIGIONS IN THE CONTEXT OF THE CONTEMPORARY CULTURE: NEW PERSPECTIVES OF DIALOGUE AND MUTUAL UNDERSTANDING. St. Petersburg Branch of the Russian Institute for Cultural Research. St. Petersburg, 2011. (G.E. Efendiyeva) // http://unesdoc.unesco.org/images/0021/002140/214008e.pdf

35. Emotional Reactions of Azerbaijani Young Peoples to Media Commercials and its İmpact on Their Attitudinal Developments / Universal Journal of Psychlogy 2(6), 2014, p.199-204

36. Personal –Change İn Adolescent /Advances in Environmental Biology 8(6), 2014, p. 3200-3204

37. Parent, Peer and Media Effect on the Perception of Body İmage in Preadolescent Girls and Boys /Universal Journal of Psychlogy 2(7), 2014, p.224-230

38. A Study Of The Relationship Between Self- Realization Of Students With Their Academic Achievements / International Journal of Gurrent Life Sciences Vol 4, Issue, 8, p.4179-4185

39. The role of artistic perception in improvinq self-esteem in abolescents / Вестник Днепропетровського Универсситету имени Альфреда Нобеля, № 1, (7), 2014, pp.87-93

40. Using turkish comedy sinema films in group therapy to increse self-esteem among adolescents / International association of social science research V European Confrence on social and bihaverioal science .St. Petersburg Russia- September 11-14,2014, 105-109.

41. Aliyev B., Türkmen A. Relate to improving self-esteem at a special needs school for emotionally disturbed adolescents in Turkey // Psychology, sociology and pedagogy. 2014. № 6 [Electronic journal]. URL: http://psychology.snauka.ru/en/2014/06/3259

42. The Relationship between Self-Esteem, Social Networking Site Usage and Body Satisfaction for Adolescent girls in the Turkey / International association of social science research VIII European Confrence on social and bihaverioal science . Belgrade, Serbia- September 5-6, 2015

43.A meta-analysis of stress and depression in parents of autistic childre / İCLEL 2016. 2 nd İnternational conference on lifelong education and leadership for all. July 21 th -23 th , 2016-11-04

44.Using Turkish comedy cinema films in group therapy to increase self-esteem among adolescents / İnternational Association of Social Research – İASSR. European journal of research on education, 2015, 3(2), p. 34-42

45.Self-image and psychological well-being among Turkish adolescents / İCLEL 2016 Abstract Book, 1 st İnternational conference on lifelong learning and leadership for all. October 29-31.2015, p.146-151

46.Psychoanalytic view of play between parent and child // USOS XV.Uluslararası sınıf öğretmenliği eğitimi sempozyumu. 11-14 mayıs 2016

47.Mədəni müxtəliflik: şəxsiyyətin inkişaf məkanı// Mədəni müxtəliflik: Dünya və Azərbaycan. Beyəlxalq elmi-praktik konfrans. 29 aprel 2016-cı il. Bakı-2016, s.269-272

48.Siyasi identikliyin növləri və təşəkkül xüsusiyyətləri/ “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi konfransın materialları. Bakı-2016, s. 3-9.

49.Siyasi-hüquqi identikliyin əsas xüsusiyyətləri / “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi konfransın materialları. Bakı-2016, s. 9-13

50.Diqqət və hafizənin psixologiyası (M.Mustafayevlə birlikdə). Bakı, 2017, s.250

51.Психологические особенности политического сознания личности в условиях культурного многообразия // Psixologiya jurnalı. Bakı-2017, № 1, s. 3-14

52.Studying Loneliness, Friendship, Self-Esteem of Turkish Young Stundents Using Faceook in High Schools of The Azerbaijan Republic // II Avrasya Pozitif Psikoloji Kongresi, Books of Abstracts, 2017, İstanbul, p.32

53.Adolescents İnvolvement of the İnfluence of Seeing YouTube Videos on Personality and Sense of Self // II Avrasya Pozitif Psikoloji Kongresi, Books of Abstracts, 2017, İstanbul, p.33

54.Bakhtiyar Aliyev, Abdullah Türkmen, Hüseyin Tolu, Fatma Demircan, Lütfi Üredi Uncertain (negative) impact of cyber bullying and social media habits within youths // XVIII. European Conference on Social and Behavioral Sciences, Bucharest, Romania, September 5-7, 2018, p.18

55.Bakhtiyar Aliyev, Abdullah Türkmen, Hüseyin Tolu, Fatma Demircan, Lütfi Üredi Social media policy in education: corresponding among Turkey and Azerbaijan // XVIII. European Conference on Social and Behavioral Sciences, Bucharest, Romania, September 5-7, 2018, p. 19

56.Counselor Educators and Sosial Media in Exercise // İnternational Learning, Teaching and Education Research Congress (ILTER 2018).

57.Tələbələrin idrak fəallığının artırılmasında emosional intellektin rolu // Psixologiya Jurnalı, 2018, №1, s.5-13

58.Məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasının qiymətləndirilməsi // Psixologiya jurnalı, №3, Bakı, 2018, s.3-12

59.Mədəni müxtəliflik və şəxsiyyətin təşəkkülü // Psixologiya jurnalı, elmi-praktik jurnal, №3, Bakı, 2018, s.12-20

60.Təlim motivlərinin təşəkkülündə emosional intellekt // Psixologiya jurnalı, elmi-praktik jurnal, №1, Bakı, 2018, s.20-29

61.Mədəniyyətin intibahı-şəxsiyyətin tənəzzülü? // Psixo­lo­gi­ya jurnalı, elmi-praktik jurnal, №1, Bakı, 2018, s.12-20

62.Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusi-yyətləri // Psixologiya jurnalı, elmi-praktik jurnal, №2, Bakı, 2018, s.1-20

63.Təlim fəaliyyətində tələbələrin emosional intellektinin inkişaf xüsusiyyətləri // Psixologiya jurnalı, elmi-praktik jurnal, №4, Bakı, 2018, s.12-20

Beynəlxalq Siyasi Psixoloqlar Cəmiyyəti, üzv

Beynəlxalq Kadr Akademiyası, həqiqi üzv

Azərbaycan Fəlsəfə Cəmiyyəti, üzv

1983-cü ildən 2020-ci ilə kimi fasiləsiz Bakı Dövlət Universitetinin Psixologiya kafedrası, 37 il pedaqoji staj

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, 2005-ci ildən 2020-ci ilə kimi

MDB Parlament Assambleyasının “Elm və təhsil komissiyası”nın sədr müavini

1.Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı, 2018-ci il.

2.”Şöhrət” ordeni, 2019-cu il

3.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı

4. “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı

5.MDB PA-nın medalı, 2017-ci il

6.MDB PA-nın medalı, 2015-ci il.

Bəxtiyar Əliyev fenomeni

Müəllimlərin XIV qurultayı Azərbaycanın təhsil tarixinin səhifələrinə yazıldı. Bu qurultayın əvvəlki qurultaylardan üstün və ya zəif cəhətlərini araşdırmaq istəmirəm. Qurultayda maraqlı çıxışların şahidi olduq. Nədənsə bu böyük dövlət tədbiri ilə bağlı Kütləvi Informasiya Vasitələrində ən çox millət vəkili Bəxtiyar Əliyevin çıxışı təbliğ olunur. Maraqlı məqam ondan ibarətdir ki, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, xeyli sayda deputatlar və böyük ali məktəblərin rektorlarının iştirak etdiyi qurultayda nədənsə deputat Bəxtiyar Əliyevi də çıxışa yazmışdılar.
Bəlkə hörmətli Bəxtiyar müəllim təhsili onlardan yaxşı bilir, yaxud böyük cəsarət sahibidir. Gəlin onun çıxışının əsas məqamlarına diqqət edək: “Azərbaycanda müəllim hazırlığı ilə bağlı hazır model yoxdur. Biz bu işi köklü şəkildə yenidən qurmalıyıq. Bu gün orta məktəb şagirdləri repetitorlarla hazırlaşırlar, ali məktəbi bitirən məzunlar şirkətlərə işə qəbul üçün hazırlıq kurslarına gedirlər. Cəmiyyət buna normal yanaşsa da, bu, normal hal deyil. Irəliləyişə nail olmaq istəyiriksə, müəllimin nüfuzunun geri qaytarılmasına nail olmalıyıq. Təhsil Nazirliyi yanında yeni metodiki mərkəz yaradılmalı, pedaqoji kollektivdə sağlam mühitin yaradılması üçün psixoloji xidmət önə çəkilməlidir. Bundan əlavə, yeni nəsil universitetlər yaradılmalı, orada rəqabət qabiliyyətli ixtisaslı kadrlar, mütəxəssislər hazırlanmalıdır. Mülkiyyət formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrində ödənişli təhsil və qəbul planı ləğv edilməlidir. Qəbul dövlət sifarişli ixtisaslar üzrə aparılmalıdır. Ali məktəblərə maliyyə və təşkilati müstəqillik verilməlidir. Müəllimlərin nüfuzunu artırmaq üçün onlara dövlət qulluqçusuna bərabər status verilməlidir”. Bunlara bənzər fikirlərin əksəriyyətini daha kəskin formada biz artıq 10 illərdir ki, deyirik. Bunların bir neçəsini isə nazir Mikayıl Cabbarov qurultayda ondan öncə səsləndirmişdi. Bəxtiyar Əliyevin ehtiyatlılığına diqqət edin – “Müəllimlərin nüfuzunu artırmaq üçün onlara dövlət qulluqçusuna bərabər status verilməlidir”. Bu hansı status ola bilər? Belə bir status varmı? Bəxtiyar Əliyev başqa nə deyə bilərdi? Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin vacibliyini dilə gətirə bilməyən millət vəkili pedaqoji kollektivdə sağlam mühitin yaradılması üçün psixoloji xidməti önə çəkir. Belə çıxır ki, pisixoloji xidmət olan kimi işlər düzələcək hə. Məncə o, işlədiyi universitetdə təhsilin hansı vəziyyətdə olduğunu, hansı özbaşınalıqların baş verdiyini bizdən yaxşı bilir. Amma bunları dilə gətirməyə cəsarəti çatmadığı halda nazirliyə və ictimaiyyətə tövsiyyələr verir, yol göstərir. Özünü kifayət qədər müdrik və ağıllı aparmağa çalışan hörmətli Bəxtiyar müəllimin elmi və digər qabiliyyətləri haqqında deyəsən cəmiyyətimiz bir o qədər məlumatlı deyil. Diqqət edin: Bəxtiyar Əliyev Bakı Dövlət Universitetində “Psixologiya” kafedrasının müdiri, həmin universitetin “Eksperimental psixologiya” Elmi tədqiqat laboratoriyasının elmi rəhbəri, BDU Sosial elmlər və psixologiya fakültəsinin elmi şurasının üzvü, Psixologiya elmləri üzrə Ali Attestasiya Komissiyasınınn dissertasiya şurasının sədri, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, Beynəlxalq Siyasi Psixoloqlar Assosiasiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin II, III və IV çağırışının deputatı, Azərbaycan Respublikası Milli Məclisinin “Elm və təhsil” komitəsinin sədr müavini, “Psixologiya” jurnalının baş redaktoru (mən bu jurnalın saytı qədər bərbad sayta rast gəlməmişəm), Azərbayacan Respublikası Prezidenti yanında “Əfv məsələləri üzrə komissiya”nın üzvü, Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə üzrə komissiya”nın üzvü, Azərbaycanın AŞPA-da təmsil edən deputat qrupunun üzvü, VIII, IX, X, XI siniflər üçün (Azərbaycan və rus dillərində) “Insan və cəmiyyət” dərsliklərinin müəllifidir. Bəxtiyar Əliyev psixologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür. O, 1989-cu ildə fəlsəfə sahəsində “Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1998-ci ildə psixologiya elmləri üzrə “Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi, 2000-ci ildən psixologiya elmləri üzrə professor elmi adı almışdır. B. Əliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü (fəlsəfə üzrə) seçilmişdir. Maraqlıdır ki, həmin il Akademiyada keçirilən seçkilərdə fəlsəfə sahəsində dünya çapında tanınmış böyük alim, bütün ömrünü fəlsəfəyə həsər etmiş Yusif Rüstəmov da iştirak etmişdi. Amma fəlsəfə üzrə AMEA-nın müxbir üzvü fəlsəfədən yarım səhifəlik məqaləsi belə olmayan Bəxtiyar Əliyev seçilmişdi. Allah Yusif müəllimə rəhmət eləsin. Bu hadisə ona yaman pis təsir eləmişdi. AMEA-nın saytında professor Bəxtiyar Əliyevin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 185, xaricdə çıxmış elmi əsərlərinin sayı isə 35 göstərilmişdir. Həmin saytda onun xaricdə çıxmış əsərləri kimi Osloda, Dublində və 2 dəfə Istanbulda keçirilmiş konfranslardakı mövzuların adları yer alıb. Həmmüəllifi olduğu kitablar isə bunlardır: Pedaqoji psixologiya. Bakı, Təhsil, 2011, 214 s. (Əliyev B. H., Əliyeva K.R., Cabbarov R.V.), Hüququ psixologiyasının tədqiqat metodları. Bakı, BDU, 2010, 156 s. (Əliyev B.H,. Səməndərova A.F.), Hüquq psixologiyası. Bakı, Təhsil, 2012, 648 s. (Əliyev B. H, Bayramov Ə.S.). Fəlsəfə istiqaməti üzrə Akademiyaya müxbir üzv olmuş Bəxtiyar müəllim nədənsə yaradıcılığında fəlsəfə elmindən çox hüquqa meyl edir. Bəlkə də düz edir, indiki zamanda fəlsəfə elmi hüquq elmindən çox aciz və sahibsiz görsənir. Bu qədər vəzifə və titullardan sonar hörmətli Bəxtiyar müəllimə orta ümumtəhsil məktəbləri üçün “Insan və Cəmiyyət” dərsliklərinin yazılması da həvalə olunub. Ortaya çoxlu suallar çıxır: psixoloq hara, belə bir adda dərsliyin yazılması hara? Görəsən B.Əliyev bu ağır işin öhdəsindən gələ bilibmi? Əlimə düşən 11-ci sinflər üçün “Insan və cəmiyyət” dərsliyi oldu. Kitabı geniş təhlil etmək imkanım olmasa da bəzi mətnləri oxucuların diqqətinə çatdırmaq istəyirəm: məsələn baxın, kitabın “Sağlam ekoloji mühitin yaradılmasında yaşıl iqtisadiyyatın rolu” paraqrafında nələr yazılıb: “Bəziləri düşünürlər ki, maddi imkan olan yerdə insan mütləq bahalı avtomobildə hərəkət etməlidir. Maddi imkanın məhdud olduğu yerdə ictimai nəqliyyatdan istifadə etmək lazımdır. Bu gün Azərbaycana xarici ölkələrdən istismar müddətini başa vurmuş, köhnəlmiş avtomobillərin gətirilməsinə və istifadə olunmasına adi hal kimi baxılır. Çünki təfəkkür tərzi bu cür düşünməyin əsas səbəbidir. Halbuki insanlar başa düşməlidirlər ki, nəqliyyat vasitələrinin seçiminə maddi imkanla yanaşı, insanların cəmiyyət və gələcək qarşısında daşıdığı sosial məsuliyyət də təsir göstərə bilər. Sosial məsuliyyət hissinin yüksək olduğu cəmiyyətdə fərdi nəqliyyatdan istifadə etməli olan şəxslər bir çox hallarda ictimai nəqliyyatdan istifadəyə üstünlük verirlər. Bu sosial məsuliyyətli seçim, ”yaşıl” təfəkkür yollarda nəqliyyatın azalmasına, təbii ehtiyyatlardan qənaətlə istifadə olunmasına və ətraf mühitin qorunmasına yönəldilmiş “yaşıl həyat tərzi” şəklində həyata keçirilə bilər”. Bu mətni başa düşən varsa əlini qaldırsın. Mən bircə şeyi başa düşdüm ki, Bəxtiyar müəllim bizim cəmiyyəti də dolayısı ilə sosial məsuliyyət hissi olmayan cəmiyyət kimi anlatmaq istəyir. Dərslikdə “Davamlı insan inkişafı və sosial məsuliyyətli siyasət” paraqrafının birinci cümləsi belə başlayır: “davamlı inkişafın əsas məqsədi gələcəksiz inkişafın qarşısını almaqdan ibarətdir”. “Mənəvi həyat” paraqrafında mənəviyyatın tərifi belədir: “mənəviyyat- insanın əxlaqını formalaşdıran ruhi keyfiyyətdir”. Bərəkallah… Dərslikdəki ən maraqlı paraqraflardan biri “Cəmiyyət və elm”dir. Təsəvvür edin uşaqlara “elm” anlayışı haqqında elementar bilgilər vermək əvəzinə dərhal elmi texniki tərəqqinin cəmiyyətə təsiri haqqında danışılır. Bu mətndə “lazer”, “nanotexnologiya” anlayışlarınının izahı səhv verilib, “fərdi foton” anlayışı isə fizika elmində ümumiyyətlə yoxdur. Mətnin sonu isə çox maraqlı cümlələrlə qurtarıb: “Müasir elmin sürətli və heyrətamiz nailiyyətləri, həmçinin Internet vasitəsilə beynəlxalq əməkdaşlıq elmi və texnologiyanı qloballaşdırır. Bu isə həm də təhlükəlidir. Sual qoyulur: elm və texnologiyanın qloballaşması hansı təhlükələri törədə bilər? Məhz bunları nəzərə alan Birləşmiş Millətlər Universitetinin Amerika Şurasının Minilliyin Layihəsi üzrə 15 qlobal Çağrışlarından birində bu təhlükədən narahatlıq ifadə olunur”. Başa düşən varsa əlini qaldırsın. Orta məktəb şagirdlərinə anlaşıqlı dildə kitab yaza bilməyənlər bizlərə təhsil dərsi keçmək istəyirlər. Kitabın 28-ci səhifəsində əzəmətli bir bina şəkli var. Sizi intizarda qoymaq istəmirəm. Bu bina M. F. Axundov adına Milli kitabxananın şəkli deyil. Mərkəzi Seçki Komissiyasının şəklidir.

Comments are closed, but trackbacks and pingbacks are open.