Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Bəxtiyar, düşünək biz dərin-dərin.
Xəyallar möhtəşəm, arzular şirin.
Əsl sənətkarın, əsl şairin
Özü qocalsa da, sözü qocalmır.
xeyrulla xayal
şeir, nəsr, felyetonlar, məqalələr, müxtəlif dillərdən tərcümələr
Архив тегов | Bəxtiyar Vahabzadənin şeirləri
BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ «GÜLÜSTAN» POEMASI HAQQINDA
Məni İnternetdə Bəxtiyar Vahazadənin tənqidinə görə söyən heyvərələr mənə “Gülüstan” poemasını xatırladırlar: guya bu poemanı yazmaqla Bəxtiyar Vahabzadə bərabəri olmayan milli şücaət göstərib.
Məcburam ki, bu gülməli poema haqqında da yazam. Poema doğrudan da gülməlidir. Adına fikir verirsiniz? “Gülüstan”! Fars sözüdür “gül”( گل) və stan. Yəni güllü-çiçəkli yer. Fars sözü! Burda təəccüblü heç nə yoxdur. Azərbyacanın şimalında olan xanlıqlar müstəqil dövlət yox, İran monarxiyasının vassalları olublar və öz aralarında daim çəkişiblər, daim Türkiyənin həmlələrinə məruz qalıblar, Rusiya tərəfinə meyllənəndə İran xanlıqarın ərazisinə qoşun yeridib və s.
1804-1813 –cü illərdə Rusiya ilə İran arasında gedən müharibələrdə Azərbaycan döyüşən tərəflərdən biri olmayıb, ola da bilməzdi, çünki o vaxt təbiətdə və tarixdə Azərbaycan dövləti yox idi. Müqavilə bağlanan vaxta qədər şimal xanlıqlarının əksəriyyəti Rusiya imperiyasının tərkibinə keçmişdi (Gəncə — 1804-cü ildə), müqavilə əslində çoxdan yaranmış vəziyyəti qeydə alırdı, 1812-ci ilin oktyabrında ağır məğlubiyyətdən sonra İran Azərbaycanın şimal hissəsindəki ərazilərdən əl çəkməyə məcbur olur: bu o deməkdir ki, şimali Azərbaycan o vaxta qədər beynəlxalq hüqüq normalarına görə İran ərazisi olub, Azərbaycan isə beynəlxalq hüqüq subyekti kimi mövcud olmayıb.
Yəni “Azərbaycanı böldülər” iddiası ağ yalandır. Əslində Gülüstan, sonra Türkmənçay müqavilələri Şimali Azərbaycan ərazilərinin birləşdirir, feodal dağınqlığına son qoyulurdu. Bu müqavilələrdən sonra azərbaycanlıların vahid millət kimi inkişafı başlayır.
“Gülüstan” poemasını yazanda Bəxtiyar Vahabzadənin 35 yaşı olub, universitetdə sovet (!) ədəbiyyatını tədris edirdi, bunları gözəl bilməliydi. Və onu da bilməliydi ki, Gülüstan müqaviləsi olmasaydı, bəlkə də Şəkidə mal otarardı, çünki Azərbaycanda heç bir sovet ədəbiyyatı və heç bir universitet (cənubda Azərbaycan universiteti var?) olmayacaqdı.
İndiki Azərbaycanın əsası Rusiya imperiyasında qoyulub. SSRİ-də isə bitkin halda formalaşıb. Bunun üçün də biz Vlaıimir İliç Leninə minnətdar olmalıyıq. Çünki 1922-ci ildə SSRİ yaradılanda Stalin təkidlə muxtariyyə planını yeridirdi. Yəni milli ucqarlar Rusiyanın tərkibində muxtariyət kimi qalmalıydılar. Lenin bu planı rədd edir, hər milli ucqara müttəfiq respublika statusu – SSRİ tərkibindən çıxmaq hüququ ilə!- verilməsi təkfini irəli sürür. Yəni əslində Lenin bizə qurulu dövlət bağışlayır. Başqa xalqlar kimi əsrlərlə mübarizə aparmadan, sərhədlər uğrunda dəryalarla qan tökmədən hazır dövlət alıb qoyuruq cibimizə. Biz Lenindən narazı ola bilərikmi? Hanı Leninin heykəlləri? Qaytarın qoyun yerinə! Bəxtiyar Vahabzadə özü Lenini sevib, ona poema yazıb, Heydər Əliyevin köməyi ilə SSRİ dövlət mükafatı alıb (5 000 r, bir “Volqa”nın pulu)… Yəni Bəxtiyar Vahabzadə həmişə bilib ki, çörəyi hardan çıxır. Gülüstan poeması isə gənclik lotuluğu olub. Hərçənd 35 yaşlı universitet müəlliminə lotuluq yaraşmaz…
İndi kim Gülüstan müqaviləsindən narazıdırsa, baxsın Cənubi Azərbaycana. 1812-ci ildə İran Rusiyaya qalib gəlsəydi, bizim şimal əraziləri həmişəlik keçərdi İrana. Biz İranın içində dövlət qura bilərdikmi? Yox! Cənubda otuz milyona yaxın azərbaycanlı var, onlar nəinki dövlət qura bilmirlər, hətta bir məktəb də aça bilmirlər…
Şimalda pis-yaxşı dövlətimiz var. Düzdür, parlamentimiz yoxdur, məhkəməmiz yoxdur, məmurlar oğrudurlar… Ancaq dövlət var, ruslar açan akademiya da var, ruslara yaradan kinostudiya da var, ruslar yaradan (Tuqanov!) teatr var… Məktəblərimiz var, mətbuatımız var. Televiziya da var, hərçənd gecə-gündüz yalan danışır…
Bəli, xalq aralı düşüb. Ancaq xalq həmişə birləşə bilər (buna tələsmək lazım deyil, 1990-cı ildə İran sərhədini dağıdanlar başıpozluq edib, İranı düşmənə çeviriblər). Ancaq Gülüstan müqaviləsi olmasaydı, biz Rusiya imperiyasının tərkibinə keçməsəydik, heç bir dövlət-zad olmayacaqdı…
Bunu azərbaycanca yazıram ki, ruslar oxumasınlar. İndi lazım deyil. Putindən sonra, Rusiyada demokratik rejim yarananda ruslarla oturub Gülüstan müqaviləsinin şərəfinə araq da vurmaq olar…
14.01. 2019
Samara
P.S. Poemanın bədii xüsusiyyətlərini ayrı yazıda təhlil etmək olar. Gülməli şeylər çoxdur. Bir beyt:
“Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?”
Universitet professoru bilməyib ki, “cəsəd” ərəbcə ölü bədəndir…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Xalq şairi Bəxtiyar VAHABZADƏ.Seçmə şeirlər
BƏXTİYARAM MƏN
Səninlə
Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.
Mey olsan, yanında bir qədəh ollam,
Gül olsan, çətrini öpən meh ollam.
Ot olsan, bir anda dönüb şeh ollam.
Dağ olsan, zirvənə yağan qaram mən.
Başımı qoyaram gündə yüz kərə
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə hədd qoymaq, düzü günahdır,
Cahilin hər işi, sözü günahdır.
Eşqi günah saymaq özü günahdır,
Kim deyir, eşqimdə günahkaram mən?
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada bəxtiyaram mən.
Sən getdin, elə bil dünya boşaldı
Yaz da köçüb getdi, yeri boş qaldı,
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam, qışı neylərəm?
Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir könül nəyimə gərək?
Soyuq daşa döndü o gündən ürək
Sinəmdən asılan daşı neylərəm?
Həmişə ayrıyıq, gecə-gündüzük,
Birimiz təpəyik, birimiz düzük.
Üstünün qaşıyla tanmar üzük,
Əgər üzük yoxsa, qaşı neylərəm?
Niyə yaşayıram, mən niyə sənsiz?
Nə yerə baxmaram, nə göyə sənsiz.
Mən ki, kor olmuşam hər şeyə sənsiz,
Kor gözün üstündə qaşı neylərəm?
İllərlə bir eşqin cövrünü çəkdik –
Ayrılsaq, gün sönər, il qınar bizi.
Eniş-yoxuşunu bir ötdüyümüz
Yollara nə deyək, yol qınar bizi.
Sən dedin, başlanan qurtarsın gərək!
Mən dedim, doymayır arzudan ürək!
Birgə əkdiyimiz gülü dərməsək
Tikanlar əl çalar, gül qmar bizi.
Bəs deyil bu ələm, bu kədər mənə.
Elədin dünyanı sən hədər mənə.
Gözəl sözlər dedin nə qədər mənə,
Gəl indi danlama, dil qınar bizi.
Çox çəkə bilmədik nazını eşqin,
Qış gəlib, yaşadıq yazını eşqin.
Yamanca sındırdıq sazını eşqin,
Bilmədik, axırda tel qınar bizi.
Dedin ki, eşqimlə bəxtiyaram mən.
Dedin ki, dönmərəm qəlbin səsindən.
İndiysə çəkinib el tənəsindən
Deyirsən, ayıbdır, el qınar bizi.
BAKIYLA TƏBRİZİN ARASINDAYAM
Mənim qismətimdir alatoranlıq
Gecəylə gündüzün arasındayam,
Qurulur içimdə mizan-tərəzi,
O gözlə, bu gözün arasındayam.
Yollar ayrıcında çox talanmışam,
Fikirlər əlində haçalanmışam.
Təpədən qorxmuşam, düzü danmışam,
İndi dağla düzün arasındayam.
İlişib qalmışam qəm çalasmda,
Bir gözəl tilsimin daş qalasında,
Həmişə qapılar astanasında
Bayırla dəhlizin arasındayam.
Bəxtiyar, sinəndən neçə “mən” keçir
Biri dərdli keçir, biri şən keçir,
Məftilli çəpərlər sinəmdən keçir.
Bakıyla Təbrizin arasındayam.
Qocaldır insanı, qocaldır zaman;
Ürəyin atəşi, közü qocalmır.
Dağları, daşları qocaldan zaman,
Bilmirəm, bəs niyə özü qocalmır?
Getdi baharımız, yer qışa qaldı.
Düzlər qara qaldı, yağışa qaldı.
Bizimki bir quru baxışa qaldı,
Neyləyək arzunun gözü qocalmır.
Bəxtiyar, düşünək biz dərin-dərin.
Xəyallar möhtəşəm, arzular şirin.
Əsl sənətkarın, əsl şairin
Özü qocalsa da, sözü qocalmır.
Son Yazılar
- Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)
- 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
- 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
- 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
- Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Təqvim
| BE | ÇA | Ç | CA | C | Ş | B |
|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Son Yazılar
- Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart) 12 Mart 2023
- 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü 12 Mart 2023
- 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü 12 Mart 2023
- 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü 12 Mart 2023
- Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb 11 Mart 2023
- “Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq 11 Mart 2023
- “Euronews.com”: Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO 11 Mart 2023
- UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb 11 Mart 2023
- Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub 11 Mart 2023
- Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü… – NARGİS 10 Mart 2023
- Nargis.”ZERO. ” 10 Mart 2023
- Gülnar SƏMA.”Fədakarlığı örnək qadınlarımız” 10 Mart 2023
- İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti” 10 Mart 2023
- Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək 10 Mart 2023
- Milli Kulinariya Mərkəzi loqosunu yeniləyib 10 Mart 2023
- Milli kulinarların Avropada qalib gələn menyularının təqdimatı olub 10 Mart 2023
- Gənc xanım yazar Şəhanə Müşfiqin “Qutsal yolçu” kitabının təqdimat mərasimi keçiriləcək 10 Mart 2023
- Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub – 10 Mart 2023
- TÜRKSOY Yazarlar Birliyi yaradıldı 10 Mart 2023
- TÜRKSOY-un 30 illiyi münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi elan edilir 10 Mart 2023
Kayzen
«Sənədsiz sevgilər», «Qədər evləri», «Könül gülləri», «Uyak klavuzu», «Qafiyə klavuzu» kimi bir neçə kitabın müəllifi olan Hamit Göksoy şeir kitabının birinin adını «Küldeki kör» («Küldəki qor») adlandırır. «Gənclik şeirləri» adı ilə oxuculara təqdim etdiyi poeziya nümunələrini müəllif «Gənc ürəklərə» ithaf etmişdi. Bu gün ömrünün orta çağında yaşayan Hamit Göksoy kitaba daxil etdiyi şeirlərini 17-20 yaşlarında yazmışdı. Gənclik atəşi ilə yazdığı bu şeirlər haqqında şair «atəş yanar, kor buraxar» («ocaq yanar, közü qalar») ifadəsini işlədir. «Közlər küllənir, amma sönmür. Yanmağa davam edir. İçdən-içə, göynəyə-göynəyə… Nə zaman bir külək əssə, külü canlanar, yenidən dirilər və yenidən bir köprü qurar keçmişə, gələcəyə. Kitabdakı şeirlərinin hər biri bu köprünün birər ayağı və sütunudur» — deyir.
Larisaya | Bəxtiyar Vahabzadə
- Poeziya
- 20 yanvar 2015, 17:29
On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu.
İnsanlığı, mərhəməti,
Ədaləti, həqiqəti
Bir qərəzə satan oldu.
Anan asmış dərs çantanı,
Məzarının baş daşına.
Axı, niyə hay vermirsən.
Səni dərsə haraylayan yoldaşına?
Sənin adın dostlarının dil əzbəri.
Qızım, axı səni gözlər çoxdan bəri
Açmadığın kitabların, dəftərlərin,
Səni gözlər partandakı o boş yerin.
Bəxtiyar Vahabzadə – Bəli, əsəbiyəm!
- Poeziya
- 19 okyabr 2013, 15:49
Mənə “əsəbisən” deyən — düz deyir.
Mənim nöqsanımı demək istəyir.
Söz atdın… Könlümdə qopdu zəlzələ,
Bilmədim, nə zaman çıxdım özümdən.
Toxundun könlümə üstəlik hələ
Deyirsən, lal olum, qışqırmayım mən?
Dəmir dəmirdi ki, toxunsan əgər
O da cingildəyər, o da səslənər.
Mən ki istəmərəm bir ürək sına,
Əsəbiyəm, çünki həyəcanım var.
Hardasa bir haqqın tapdanmasına
Mən dözə bilmərəm, isti qanım var.
Mənə biganədir soyuqqanlılıq,
Hər şeyə öz ölçüm, öz tərəzim var.
Sənin qərəzinin mənə dəxli yox,
Mənim öz görüşüm, öz qərəzim var.
De, necə od tutub alışmayım mən –
Fikirsiz, məsləksiz ölü canlara?
Bəli, əsəbiyəm, heç çəkinmədən
Mənim əqidəmə toxunanlara.
Dünyaya gəlmişəm, qanam, anladım,
Ürəyim od tutub yanar.
Bəli, əsəbiyəm, çünki insanam,
Mənim nifrətim var, məhəbbətim var.
Quzuya da bəli,
Qurda da bəli?
Deyirsən, olmasm baxışım mənim?
Nöqsanım budursa əgər.
deməli,
Ancaq naxışımdır yanlışım mənim.
Ömür | Bəxtiyar Vahabzadə
- Poeziya
- 18 sentyabr 2013, 16:36
Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.
Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.
Ardı →
Bəxtiyar Vahabzadə – Nə sən gülsən, nə mən bülbül
- Bloq: gulwan
- 26 may 2013, 13:02
Bir qız qarlı qış günündə
Dibçəkdə bir gül bitirdi.
Qış fəslində gülə baxıb
Ürəyinə yaz gətirdi.
Bu gül, əsl qızılgüldü –
Ləçəkləri varaq-varaq.
Tikanı bol, rəngi qızıl,
Ətri yoxdu onun ancaq.
Davamı →
Bəxtiyar Vahabzadə lirikası
- Poeziya
- 7 okyabr 2013, 17:43
Vətən onun şeirlərində doğulduğu şəhər anlamında deyil, Bütöv Azərbaycanı əhatə edən sözdür
Azərbaycan ədəbiyyatının XX əsrdə yetişdirdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Şair yaradıcılığı boyu həmişə şeirlərində Vətənini, onun zəhmət adamlarını, təbiətini, insanların daxili aləmini tərənnüm edib. Onun şeirlərində türkçülük, Azərbaycançılıq, xalqına sədaqət, yurduna bağlılıq qeyd olunmalı xüsusiyyətlərdir.
Bəxtiyar Vahabzadənin lirikasını üç hissəyə ayırmaq olar: fəlsəfi lirika, məhəbbət lirikası və təbiət lirikası. Fəlsəfi lirika onun poeziyasının əsasını təşkil edir. Bu şeirlərdə şair öz fəlsəfi düşüncəsini oxucularla bölüşür. Onun təbiət lirikası isə nisbətən azdır. Şairin sevgi şeirləri fəlsəfi lirika ilə təbiət şeirləri arasında həm fəlsəfi məzmunu, həm də mənəvi duyğuları ilə ifadə olunan poetik lirikadır.
Davamı →
Ürək / B.Vahabzadə
- Poeziya
- 16 avqust 2012, 14:15
Ürək odur daim yana,
Od püskürə alovlana.
Od vermirsə qəlbə, cana
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.
Əgər ki, sevinib gülmür,
Döyüntüsün heç kim bilmir,
Çırpıntısı eşidilmir
Demək o, heç ürək deyil.
O heç mənə gərək deyil.
Vətəniyçün lazım gəlsə
Polad kimi gərilməsə,
Torpağına sərilməsə
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.
Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!
Ardı →
Yaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə
- Poeziya
- 5 aprel 2011, 17:37
Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm!
Davamı →
Gör necə güclüsən – Bəxtiyar Vahabzadə
- Bloq: MASON
- 5 mart 2011, 19:31
Yatmaq istəyirəm. sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.
Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən…
Davamı →
Anam öldümü? | Bəxtiyar Vahabzadə
- Poeziya
- 17 fevral 2011, 17:19
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi… otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: Səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.
Davamı →
Comments are closed, but trackbacks and pingbacks are open.