Press "Enter" to skip to content

Bəxtiyar vahabzadə (1925-2009) HƏyati, yaradiciliq yolu

Burada şair şahidliyin xalqın tarixində və özünüdərkində rolu üzərində düşünür, oxucu fikrini də çox mühüm həqiqətlər üzərində cəmləşdirir.”'(Ş.Salmanov)

Bəxtiyar Vahabzadə poeziyasının sirri

Bəxtiyar Vahabzadə idealı böyüklük, arzusu təmizlik, məqsədi yüksəklik, eşqi gözəllik olan görkəmli şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas-alim, publisist və ictimai xadimdir. O, ecazlı lirik «Mən”i, orijinal fərdi üslubu ilə həmişə zəmanəsi, torpağı, dövləti və milləti, Şərqi və Qərbi, bir sözlə, dünyanın — Zaman və İnsan münasibətlərinin sirli aləmi ilə əlaqəli olub.

Şairin təsvir təhkiyəsi insanın qəlb və əql aləmi, mənəvi-psixoloji və fəlsəfi-əxlaqi təbiəti ilə möhkəm bağlıdır. Bu poeziya bütün ruhunu folklor, klassik ədəbiyyat və bəşər bədii təfəkkürünün qaynaqlarından götürüb. Bəxtiyar Vahabzadə poeziyası hissi idrakla məntiqi idrakın poeziyasıdır! Onun fikir və düşüncə fəlsəfəsi kifayət qədər intellektualdır. Bu baxımdan Bəxtiyar Vahabzadə poeziyasının anlayış, mühakimə və əqli nəticə deyilən hüdudsuz bədii imkanları vardır. Böyük şair poeziyamıza intellektual yaradıcılıq üslubu gətirib və bu üslub bədii-fəlsəfi təzadların poeziyası kimi fərdilik qazanıb. Sənət məramına çatmaq təşnəsi ilə poetik axtarışlar aparan sənətkar hər dəfə nail olduğu yerdən — hər poetik mətndən yanğıyla nəfəs götürüb. Bəxtiyar Vahabzadə poeziyası dinclik bilməyən, yürüşdə olan, ehtiraslı və əzəmətli poeziyadır! Vaxt, Zaman və Sürət Bəxtiyar Vahabzadə poeziyasının məhək daşıdır. İnsan bu zamanın fəlsəfəsində gözəllik və əqidə mücəssəməsidir!

İnsandır hər şeyi mənalandıran,
Saat nə gərəkdir zaman olmasa.
Bir dağın, bir çayın gözəlliyini,
Söyləyin, kim duyar insan olmasa.

Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında M.Arif, M.C.Cəfərov, M.İbrahimov, B.Nəbiyev, T.Hacıyev, Y.Qarayev, K.Talıbzadə, Y.Axundlu, M.Əlioğlu, Ş.Salmanov, Ş.Alışanlı, V.Yusifli, R.Ulusel və başqaları qiymətli məqalələr yazıb, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev və professor Şamil Salmanov „Poeziyanın kamilliyi” adlı monoqrafiya çap etdirib.

Bəxtiyar Vahabzadə poeziyası xalq təfəkkürünün qədimliyindən, arxeologiya və etnoqrafiyasından, mifologiya, nağıl, dastan, əfsanə, rəvayət və bayatılarından gəlib, folkloru yaradıcı surətdə mənimsəyib. Şair klassik Şərq poeziyasına, təsəvvüf və irfana, Sədi Şirazi, Hafiz Şirazi, Xəyyam Nişapuri, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Osman Sarıvəlli, Rəsul Rzaya, habelə ruslardan Puşkin və Lermontova, türklərdən Cəlaləddin Rumi, Yunus İmrə, Mehmet Akif Ərsoy, Namiq Kamal və Çingiz Aytmatova, Cənubi Azərbaycan ədəbiyyatından Şəhriyar, Səhənd, Sönməz və Cavad Heyətə, Avropadan Vilyam Şekspir, Viktor Hüqo və Corc Bayrona bələd olub, onlardan qiymətli məqalələr çap etdirib.

Bəxtiyar Vahabzadə 1940-cı illərdə süjetli şeirlərlə ədəbiyyata gəlib (“Ana və şəkil”, „Ədəbiyyat qəzeti”, 25 may 1943). 1949-cu ildə ilk şeir toplusunu çap etdirib (“Mənim dostlarım”, Bakı, „Azərnəşr”, 1949). Predmetin lirik düşüncələrlə təsviri, təfərrüat və müşahidə birliyi “Böyük insan”, „Mənim dostlarım”, “Yaşıl çəmən”,”Sabahınız xeyir olsun”, „Ağ saçlar”, “Təzə şəhər”, „Məktəb şeirləri” üçün səciyyəvi olub.
Şair 1950-ci illərdə “Bahar”, „Dostluq nəğməsi” (1953), “Əbədi heykəl” (1954), „Çinar” (1956), “Ceyran” (1957), „Aylı gecələr” (1958) kitablarında da eyni poetik axtarışları davam etdirib.
1960-cı illərin poeziyasında Bəxtiyar Vahabzadənin yaradıcılıq fərdiyyəti kamilləşib, poeziyasında ideyalılıq və sənətkarlıq axtarışları güclənib… Onun şeirlərinin başlanğıcı, davamı və sonu — təkamül mətni vardır ki, bədii təzad bunların qida mənbəyini təmin edib. Şairin əksər şeirlərində bir fərdi ideya qavrayışı olub ki, ədəbi-tənqid bunu “ikinci səs” adlandırıb.
Bəxtiyar Vahabzadənin 1950-cı illərdən başlayan məhəbbət şeirləri ruhən doyumsuzluğun ifadəsi olub poetik „Mən”i haldan-hala salıb, onu bəzən sərt, bəzən mülayim, bəzən məmnun, inkarçı, müdrik, adi, bəzən də filosof, sadəlövh edib (“Yağma, yağış”, „Gülüş”, “İlk məhəbbət”, „Gəlir”, “Ceyran”, „Günəşdən gen düşəndə”, “İtirilmiş məhəbbət”, „Heyranın olsun”, “Bir mənəm, bir də sükut”, „Səni görəndə”, “Səndə qəlb olsaydı”, „Şeirimin ahəngi”, “Gecikmiş məhəbbət”, „Sənin surətin”. ). Bəxtiyar Vahabzadənin məhəbbət şeirləri duyğu və həyəcan, fikir və düşüncə, fəlsəfə və əxlaq şeirləridir.

Şairin poeziyasında canlı harmoniyanın — insan və cəmiyyət birliyinin önəmi təbiətdir. Bəxtiyar Vahabzadənin 1950-ci illərdəki təbiət şeirlərinin öz ahəngi, öz ritmi, obrazlar və rənglər aləmi vardır. Təbiət sənətkar təfəkkürünün düşüncə, fikir və məna məkanıdır. Fəqət Bəxtiyar poeziyasında Yaşar Qarayev demişkən “saf” halda təbiət təsviri, demək olar ki, yoxdur, Azərbaycan obrazı heç yerdə xalis „peyzaj” şəklində deyildir (“Sənsiz də yaşadar bu dağlar məni”, „İlk cığır”, “Bizim yurdun”, „Yay”, “Çinar”, „Qövsi-qüzeh”, “Ceyran”, „Göygöl”, “Qaranquş və sərçə”, „Ey ana təbiət” və başqaları).
Bəxtiyar Vahabzadə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edib. Sənətkarın bədii təsvir obyektlərindən biri Cənubi Azərbaycan, bütöv Vətən ideyası, idealı olub. Şair bu mövzunu 1950-ci illərdən başlayıb və yaradıcılığının bütün mərhələlərində davam etdirib. Bəxtiyar Vahabzadənin Cənub mövzularının (“Sökün çəpərləri”, „Məktublar”, “Şəhriyara”, „Şair-vətən”, “Ustad Şəhriyarın S.Rüstəmə göndərdiyi məktubuna cavab”, „Cavab”, “Həsrət”, „Şəhriyara”, “Səhəndə məktub”) konkret qaynaqları olub.
Bəxtiyar Vahabzadə Azərbaycan və azərbaycançılıq mövzusunu „Ata yurdu”ndan — səs-söz, ifadə, motiv, təsvir-təhkiyədən tutmuş, soy-kök, od-ocaq, gen-yaddaş, torpaq, vətən və dünya genişliyinə qədər ifadə edib.
Torpaq məsələsi mənfur düşmənlərimiz tərəfindən 1950-1980-ci illərdə də qaldırılıb. Akademik İsa Həbibbəyli “Naxçıvan elmi mühiti: ənənə və müasir dövr” adlı irihəcmli məqaləsində yazıb ki, „Ermənistan tərəfinin Naxçıvan ərazilərini ölkəsinə birləşdirməsi uğrunda apardığı mübarizə artıq XX əsrin 50-ci illərinin ikinci yarısından etibarən cəmiyyətə məlum idi. Onlar Kremldə yüksək vəzifə tutan Anastas Mikoyanın imkanlarından istifadə etməklə Naxçıvan MR-i ələ keçirmək arzusunda idilər. Azərbaycan ziyalıları, xüsusən Naxçıvandan olan elm və ədəbiyyat adamları bu ədalətsiz məsələyə kəskin münasibət bildirir, etiraz səslərini ucaldırdılar”. Bəxtiyar Vahabzadə torpaq, vətən və millət dərdindən daha çox yazan şairimizdir.

Sənətkar sosial-siyasi mövzulara geniş yer verib. II Dünya müharibəsindən, daha çox 1960-cı illərdən Asiya, Avropa ölkələrinə səfərlər başlayıb. Milli-demokratik hərəkatların nəticəsində ölkə xalqları öz milli “Mən”inə, milli-mənəvi özünüdərkinə qayıdıb. Sənətkarın „Sərhəd ağacları”, “Haqq, zorakılıq”, „Xalq deputatına açıq məktub”, “Haqqa haqsız dedilər”, „Hörmət — rüşvət”, “Cəllad Yazov”, „Yenilənmiş ittifaq”, “İkibaşlı qartal” və başqa əsərlərində həmin mövzunun əlvan bədii ifadəsini görürük. Şairin yaradıcılığında mühüm yer tutan beynəlxalq mövzu da — »Latın dili”, «Pompey xərabələri önündə”, „İki yol”, “Helmuta”, „Portuqaliya lövhələri”, “Topqapı sarayı”, „Hayd-Park”,”Çörək-Vətən”, “Maqbet”, „Otello” və başqaları 1970-1980-ci illərə aid olub, Almaniya, Türkiyə, Portuqaliya və İngiltərə səfərlərinin təəssüratıdır.
1970-ci illərin səyahət şeirlərində də epik material şairin lirik duyğular aləminə tabe tutulub, milli ideyalar, bütöv Azərbaycan idealı həmin şeirlərin cövhəri olub.
Bəxtiyar Vahabzadə ana dili, millilik, milli ideya, milli birlik, bütöv Azərbaycan və istiqlal mövzularına, xüsusilə “Gülüstan”, „Köklər və budaqlar” kitablarına görə incidilib, onu həbs etmək istəyiblər.
1950-ci illərin sonunda Mərakeşdə olanda da xalqın ana dilində yox, fransızca danışdığının şahidi olub. Geri qayıdandan sonra “Latın dili” şeirini yazıb. Bu səbəbdən MK-ya, təbliğat şöbəsinə çağırılıb, sorğu-suala tutulub… Şair cava, bında bildirib ki, şeir Mərakeşə həsr olunub.
Bakı Dövlət Universitetində 40 ildən çox dərs deyən şair-pedaqoq tələbələrinə anladıb ki, biz hansı millətin övladlarıyıq və rejim bizi hansı uçurumlara sürükləyib. Buna görə də 1962-ci ildə şairi millətçilik ideyalarının təbliğinə görə günahlandıraraq universitetdən xaric ediblər. İki il işsiz qalıb, ağır vəziyyətdə yaşayıb. 1964-cü ildə yenidən iş yerinə qayıda bilib.

Ulu Öndər Heydər Əliyev Bəxtiyar Vahabzadə və Xəlil Rzanı qoruyub saxlayıb. Onlar milli azadlıq hərəkatında ən fəal ziyalılardan, azadlıq mücahidlərindən olub.
Ana və ana dili mövzusu Bəxtiyar Vahabzadə yaradıcılığında əhəmiyyətli yer tutub. Şair 1950-2000-ci illərin şeirlərindən olan „Ana və şəkil”, “Ana türbəsi”, „Ana”, “Körpə nəfəsi”, „Lay-lay”, “Doğum evində”, „Ana dili”, “Ana hədiyyəsi”, „Ana və balalar”, “Mənim anam”, „Ekran qabağında”, “Anama giley”, „Şəhid anası”, “Ana birsə”, „Mənim ana dilim”, “Anam öldümü”, „Anam təzədən böyüyür”, “Anam haqqında şeirlər”, „Ana dedim, qarşımda bir gözəl səhnə açıldı” və başqalarında anaların və doğma dilimizin ehtizazlı bədii obrazını yaradıb.
Bəxtiyar Vahabzadə psixologizminin min bir poetik halı var — duyğu, qavrayış, təsəvvür onun poetik idrakının hissi təzahürləri olub, bu da məntiqi idraka — mənəvi-əxlaqi və fəlsəfi-estetik dəyər-lərin doğulmasına zəmin yaradıb. Ümumən, insanın mənəvi-əxlaqi aləminə nüfuz Bəxtiyar Vahabzadənin uğurlu “səyahətidir” (Y.Qarayev). „Mən və dünya”, “Mən və zaman” „Özümlə özüm”, “Mənlə mən”, „Bəxtiyarla Bəxtiyardır”, “Dağda şəlalə kimi”, „Sürət”, “Özümü axtarıram”, „Özümüzdən öyrənək”, “Özümdən narazıyam”, „Nəsənsə, özün ol”, “İkinci səs”, „Şəhidlər” kimi əxlaqi-fəlsəfi və estetik qavrayış bu əsərlərin poetik xüsusiyyətlərini ifadə edib.
Vətən, torpaq, tarix, Azərbaycan, millilik və bəşərilik Bəxtiyar Vahabzadə vətənpərvərliyinin, humanizminin cövhəridir. Onun İnsanı yanar ürəyə, sevən qəlbə, ehtiraslı ruha malikdir. Şair “Şəbi-hicran”da yaxşı deyib:

Məncə, can yanğısıdır şeir, sənət, a dostlar.
Kimin ki, ürəyində bir yanğı var, bir od var,
O dərk edər sənəti,
İnsan məhəbbətidir yaradan hər sənəti.

Türk dünyası mövzusu Bəxtiyar Vahabzadənin əsərlərində böyük yer tutub. 1970-1990-cı illərdə yazdığı „Türküstan, Türküstan”, “Yunus İmrə”, „İstiqlal nəğməkarı”, “Əhməd Cavad”, „Böyük türkçü”, “Sənət sənət üçündür, yoxsa xalq üçün”, „Ey qocaman Türkiyə” adlı məqalə və məktubları, habelə poetik əsərlərində şair turançılıq, türkçülük və azərbaycançılıq baxışlarını, o cümlədən Azərbaycan-Türkiyə dostluq əlaqələrini təcəssüm etdirib. Bu yazılar sənətkarın Türkiyə görüşləri və türk ölkələrində çap olunmuş kitabları ilə bağlı yaranıb.
1990-cı illərin olayları Bəxtiyar Vahabzadəni də ciddi sarsıdıb. O, yazıb ki, “yanvarın 19-da gecə məlum hadisə baş verdi. Gecəni yata bilmədik. Səhər bir neçə deputat mənə zəng vurub, təcili Ali Sovetin fövqəladə sessiyasını çağırmağın vacib olduğunu dedi. Beynimə batdı. Ali Sovetə zəng vurdum və belə qərara gəldik ki, mən televiziya ilə çıxış edib deputatları sabaha — sessiyaya çağırım. Mən MK-ya gəlib gördüm ki, binanın qarşısında minlərlə adam dayanıb və dünənki qırğına etirazlarını bildirir. Mən də çıxış edib Kommunist Partiyasının üzvlüyündən çıxdığımı elan etdim. Telestudiyaya gəldim. Dedilər ki, studiyanın enerji blokunu rus əsgərləri dağıdıb. Çıxış etmək mümkün deyil. Studiyanın həyətində rus generalı, ətrafında isə televiziyanın bir neçə işçisi, o cümlədən şair Qabili və rejissor Nazim Abbasovu gördüm. Mən əsəbi vəziyyətdə generala yanaşıb onu dünənki qırğına, törətdiyi faciəyə görə yağlı sözlərlə təhqir edib üzünə tüpürdüm. Sonralar eşitdiyimə görə o, tapançaya əl atmış, məni vurmaq istəmiş, telestudiyanın işçiləri, xüsusən N.Abbasov ona mane olmuşdur”. Şair „Sessiya çağırmaq şəxsi təşəbbüsüm idi” müsahibəsində 1990-cı ilin “Şənbə gecəsindən”, özünün „Şənbə gecəsinə gedən yol” əsərindən, faciənin obyektiv və subyektiv səbəblərindən, sessiya çağırmaq zərurətindən, özünün və Xalq yazıçısı İsmayıl Şıxlının sessiyanı idarə etmələrindən, Heydər Əliyevin siyasi iradəsindən, onun əleyhdarlarının hiylələrindən və Heydər Əliyev fenomenindən söz açıb. Şair hesab edib ki, o zaman Azərbaycana qüvvətli bir adam rəhbərlik etsəydi, 20 Yanvar qırğını törənməzdi”. Bəxtiyar Vahabzadənin azərbaycançılığı həm də Heydər Əliyev və azərbaycançılıq bütövlüyü deməkdir.
Dövlət, bayraq və istiqlal mövzuları B.Vahabzadənin 1990-cı illərdə yazdığı məqalə, müsahibə və şeirlərində ifadə olunub. Şair 1960-1990-cı illərdə “Bayraq qalxdı”, „Xalqın səsi”, “Əgər qorun-masa istiqlalımız”,”Vətən məcnunluğu”, „Vətən var”, “Biz Vətənçün doğulduq”, „Azərbaycan”, “İki bayraq”, „Bayraq”, “Atatürk” şeirlərindəki həmin mövzuları 2000-ci illərin şeir və poemalarında da davam etdirib (»Xalqa”, Vətənə”, «Tanrı türkü qorusun”, „Vətən marşı”, “İstiqlal”, „Azadlıq savaşı”, “Vətən savaşı”, „Qarabağ”, “Vətəndən vətənə”, „Şəhidlər” və başqaları).
Bəxtiyar Vahabzadə Azərbaycanın dövlət müstəqilliyi, istiqlalı yolunda çox çalışıb. Təsadüfi de-yil ki, Ümummilli Lider Heydər Əliyev ilk “İstiqlal” ordenini ona və Xəlil Rza ilə Məmməd Araza verib.

Bəxtiyar Vahabzadə güclü poema və pyeslərin müəllifidir. O, bu əsərlərində müdrik və parlaq zəkasının üfüqlərini, milli özünüdərk və istiqlal məfkurəsinin əngin panoramını təzahür etdirib. Onun poema və pyeslərində azərbaycançılıq, türkçülük və milli müstəqillik ideyaları parlaq təcəssüm olunub. B.Vahabzadə 60-dan çox şeir kitabının, 10-dan artıq monoqrafiya, 20 poema və 9 pyes, 200-ə qədər elmi-nəzəri və publisistik məqalə, 12 cilddə „Əsərləri”n müəllifidir.
O, görkəmli müəllim-pedaqoq, ədəbiyyatşünas-alim, AMEA-nın həqiqi üzvü, akademikdir. Milli və bəşəri ədəbiyyatın müxtəlif sahələri üzrə elmi-nəzəri və publisistik məqalələr, dissertasiya və monoqrafiyalar yazıb, kitablar çap etdirib, dövrünün həssas publisisti olub, türk dünyasının sosial-mədəni həyatında yaxından iştirak edib. Türk alimləri də onun poeziya və publisistikası haqqında dissertasiya yazıb, monoqrafiyalar çap etdirib.
Bəxtiyar Vahabzadə ictimai xadimdir. O, uzun illər xalq elçisi kimi respublikanın sosial-siyasi və mədəni həyatında nüfuz sahibi olub, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında can-zəka yandırıb.
B.Vahabzadə poeziyasının üzü həmişə Azərbaycanın gələcəyinə, millətin tarix və mədəniyyətinə, türk dünyasına, onun mənəvi üfüqlərinə doğrudur. Bəxtiyarın poeziyası əbədi Zaman, Tarix və Sürət rəmzi olub, ucalıq və zirvə, vüsət və ləyaqət, məntiq və idrak, milli ruh və birlik deməkdir!


Müəllif: Əlizadə ƏSGƏRLİ, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor

  • Teqlər:
  • Bəxtiyar Vahabzadə
  • , Bəxtiyar Vahabzadə yaradıclığı

Bəxtiyar vahabzadə (1925-2009) HƏyati, yaradiciliq yolu

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1934-cü ildə ailəsi ilə irlikdə Bakıya köçmüş, orta məktəbdə təhsilini davam etdirmişdir. Orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1942-1947-ci illərdə burada təhsil almışdır. Təhsilini universitetin aspiranturasında davam etdirərək 11951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-90-cı illərdə Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır.1964-cü ildə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Xain qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları meydana çıxanda Bəxtiyar Vahabzadə milli azadlıq hərəkatının öncüllərindən biri kimi B.Vahabzadə xalqımızın haqq səsinə səs vermiş, sovet rəhbərliyinin ermənipərəst, ikiüzlü siyasətinə etiraz səsini ucaltmışdır.

. Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmişdir. 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

Azərbaycanm görkəmli xalq şairi Bəxtiyar Vahabzadə, yaradıcılığınm bütün mərhələlərində zəngin ənənələrə malik olan Azərbaycan lirikasını orijinal lirik şeirlərlə zənginləşdirmişdir. Hələ 1962-ci ildə yazılmış «Bəxtiyaram mən» şeiri aradan təxminən yarım əsr keçməsinə baxmayaraq, bu gün də Azərbaycan şeirinin təkrarsız nümunələrindən biri kimi səslənir.

İctimai-fəlsəfi lirikasının böyük üstünlük qazandığı illərdə də B,Vahabzadə həm də incə ruhlu şeirlər yazmaq ənənəsinə sadiq qalmışdır. XX əsrin altmışıncı illərində yazılmış «Dodaqda gəz», «Biri sənsən, biri mən», «Bəhanəm» şeirləri, yetmişinci-səksəninci illərdə qələmə alınmış «Kəpənək», «İnsan göydə ay kimi- dir», «Küsəndə» kimi poetik nümunələr təkcə yarandığı dövrün deyil, ümumiyyətlə, Azərbaycan lirik poeziyasınm hadisəsidir. Yaxud, keçən yüzilliyin sonu, yeni əsrin başlanğıcında Bəxtiyar Vahabzadənin meydanlarda və yürüşlərdə öndə getdiyi vaxtlarda, müstəqilliyin möhkəmləndirilməsi yollarında mübarizə apardığr məqamlarda meydana çıxmış «Ömür qatarı», «Mən aldanmaq istəyirəm», «Sənsizliyin içində», «Borcludur» və sair lirik şeirləri xalq şairinin qəlbinin dərinliklərindəki lirikanın intəhasızlığını, tükənməzliyini nümayiş etdirir. Bu şeirlərin bir çoxuna Azərbaycanın tanınmış bəstəkarlarınm yaddaqalan mahnılar bəstələməsi həmin bədii nümunələrdəki qeyri-adi lirizmin, ahəngdarlığın, səmi- miyyətin asanlıqla musiqiyə çevrilə bilməsi ilə əlaqədardır.

Lirik şeirlərində ictimai-fəlsəfi düşüncələri ifadə etmək bacarığı tədricən şairi XX əsr Azərbaycan vətəndaşlıq lirikasının əsas yaradıcılarından birinə çevirmişdir. Xalq şairinin vətəndaşlıq lirikası onun milli istiqlal düşüncələrindən yoğrulmuş ictimai-fəlsəfi şeirlərinin mükəmməl bir toplusundan ibarətdir. B.Vahabzadə ən yeni dövr Azərbaycan milli istiqlal ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi böyük şöhrət qazanmışdır.

B.Vahabzadənin sovet dövrü istiqlal düşüncəsi beynəlxalq mövzularda yazılmış əsərlərində də öz əksini tapmışdır. Bu mənada onun «Latın dili», «Hayd park» qəbilindən olan şeirləri, xüsusilə 1967-ci ildə tamamladığı «Təzadlar» poemasının mövzusu xarici ölkələrin həyatmdan alınmış, lakin əslində Azərbaycan həqiqətlərinə həsr olunmuş qiymətli bədii əsərlərdir. «Latın dili» şeiri XX əsrdə nəinki Azərbaycan ədəbiyyatında, hətta keçmiş Sovetlər İttifaqı miqyasında milli istiqlalın vacib şərtlərindən olan ana dili uğrunda mübarizədən söz açan ən cəsarətli əsər hesab olunmağa layiqdir. Sovet dövrü Azərbaycan ədəbiyyatında ana dili uğrunda mübarizənin bundan uca zirvəsi yoxdur. Doğma ana dilinin təhlükədə olduğu çətin illərdə, 1967-ci ildə Bəxtiyar Vahabzadə həyatını təhlükə qarşısmda qoymaqdan çəkinməyərək «Latın dili» şeiri ilə Azərbaycan dilinin müdafıəsinə qalxmışdır. «Latın dili» şeiri bu mövzuda bütün həyatı boyu düşünüb-daşınmış, ən müxtəlif səviyyələrdə fikirlərini bəyan etmiş şairin həmin istiqamətdə meydana çıxmış əsərlərinin də ən uca nöqtəsini təşkil edir. Ədibin ana dili mücadiləsi Azərbaycan ictimai fikrində böyük əks-səda doğurmuş, nəticə olaraq Azərbaycan dilinin nüfuzunun və mövqeyinin qorunub saxlanmasına ciddi təsir göstərmişdir. Əsəri oxuyan hər oxucu «Latın dili» şeirini Azərbaycan dili şeiri kimi qəbul etmişdir:

Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili! –
Millət ölüb, dil yaşayır.
«Ana» deyən, «torpaq» deyən,
«Vətən» deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil.
Sabah bizim ərzimizin
Sərhəddindən o yana da
Qoşar bu dil.
Bəlkə… bütün ulduzları
Gəzər bu dil.
Döyüşlərdə zəfər çalıb

Millət ölüb, dil yaşayır.

«Mən azadam, müstəqiləm» sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər,
De, kim sənə azad deyər.
Söylə, necə azadsan ki,
Komalarda dustaq olub ana dilin.

İtirilib ilim-ilim.
İclaslarda bir kəlməsi, sözü yoxdur.
Bəlkə… onun böyük, rəsmi məclislərə
Çıxmaq üçün üzü yoxdur?

İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda
dustaq olan bir diləmi?
Yoxsa, uzun əsrlərdən
keçib gələn,
Xalqı ölən,
Özü qalan bir diləmi?

Keçən əsrin altmışıncı illərində Vyetnam xalqının azadlıq uğrunda apardığı mübarizə o vaxtlar Amerika ilə qarşı-qarşıya dayanan Sovetlər İttifaqının mənafeyinə və maraqlarına uyğun gəlirdi. Ona görə də Vyetnam mövzusunda əsərlər yazmaq ədəbi- ictimai mühitdə aparıcı məsələlərdən birinə çevrilmişdi. B. Vahabzadə də yaranmış fursətdən faydalanaraq, «Təzadlar» poemasında Vyetnam mübarizəsinin fonunda özünün azadlıq, istiqlal düşüncələrini əks etdirməyə nail olmuşdur. «Təzadlar» poemasında hər hansı ölkəyə, o cümlədən Vyetnama da dəxli olmayan, ümumiyyətlə, azadlıq anlayışının mahiyyətini açan, milli istiqlalın fəlsələsini aydınlaşdıran ayrı-ayrı misralar və bəndlərlə şair öz xalqımna azadlığın mənasım çatdırmış, ölkəsini gələcək nıübarizələrə hazırlamaq məqsədini izləmişdir:

Düşünən beyinlər çökər zülmətə,

Azadlıq olmayan bir məmləkətdə

Düz əyri adlanar, əyri düz olar.

Buna görədir ki, «TəzadIar» poeması təkcə Vyetnamdakı deyil, şairin öz ölkəsindəki təzadları da əks etdirən bədii əsər kimi mühüm əhəmiyyət kəsb edir. «Təzadlar» poeması özünü azad ölkə kimi dünyada bəyan edən Sovetlər İttifa- qının təzadlı həyat tərzini müəyyən vasitələrlə nəzərə çarpdırırdı. Beləliklə, şair hələ keçən əsrin altmışmcı illərində zor şərtlər altında olsa da, özünün milli azadlıq arzularını xalqına çatdırmağı bacarmışdır.

Ölkənin bütövlüyü və xalqın birliyi məsələsi xalq şairi B. Vahabzadənin yaradıcılığında geniş yer tutur. Heç şübhəsiz, Bəxtiyar Vahabzadənin xalqın milli birliyi mövzusunda yazdığı əsərlər sırasında millətin tarixi müqəddəratını əks etdirən bədii əsərlər xüsusi əhəmiyyət kəsb edir. Bu cəhətdən 1999-cu ildə yazılmış «İstiqlal» poeması mühüm yer tutur. Bu poema milli-mənəvi bütövlük və xalqın birliyi haqqında poetik monoloqdur. Bu əsər, eyni zamanda, XX əsrin doxsa- nıncı illərində Azərbaycanın müstəqillik qazanmasının doğurduğu emosional düşüncələri, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi məsələlərini də geniş planda əks etdirən poema kimi də böyük əhəmiyyət kəsb edir. Bütövlükdə isə bu əsərdə şair üçün müqəddəs olan hər şeyin məhz Azərbaycanın timsalında əbədiləşib qorunub saxlanmasına, daha da möhkəmləndirilməsinə xidmət etməlidir. “İstiqlal” poeması Azərbaycanın milli istiqlalının poetik konsepsiyasıdır.

XX əsrin doxsanıncı illərində yazılmış şeirlərinin böyük əksəriyyətində o, xalqın gözünü açmağa, kütlə psixologiyasından yaxa qurtarılmasına, oxucuların cəmiyyətdə gedən proseslərdən baş çıxarmasına çalışmışdır. Vətəndaş şairin hə- min mövzuda yazılmış şeirlərində ana xətt milli istiqlalın müdafıə edilib daha da möhkəmlənməsinə istiqamətlən mişdir. Belə şeirlərdə poetik mənalandırmadan çox ittiham, tənqid, çağırış notları vardır:

Nə özü ucaldı, nə endi xalqa.

Ömründə bir dəfə xalq deməyənlər,

Kürsü məramiylə söykəndi xalqa.

Özgənin fıkrini bəyənməyənlər,

Özünü öyməkçün xalqı öyənlər,

Gah ona, gah buna düşmən deyənlər,

Əslində özləri düşməndi xalqa.

Yüz yollu yüz nəfər kütlədir, ancaq,

Biryollu beş nəfər qüvvədir ancaq.

Yüz sözlü məmləkət ölkədir ancaq,

Bir sözlü məmləkət vətəndi xalqa.

Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci mərhələsində xalq şairi B.Vahabzadə müstəqillik dövrü Azərbaycan parlamentinin üzvü və görkəmli ədəbiyyat xadimi kimi ölkədə aparılan ınilli dövlətçilik siyasətinin həyata kcçirilməsində fəal rol oynamışdır.

Şairin «Azərbaycan-Türkiyə» şeiri istiqlal qazandıqdan sonra Azərbaycana bütün sahələrdo təmənnasız dəstək verən qardaş Türkiyə cümhuriyyəti ilə tarixi bağlılığı və çağdaş münasibətləri mənalandıran təsirli poetik nümunədir. Bu şeirə yazılmış mahnı hər iki ölkədə geniş yayılmış qardaşlıq və birlik marşı kimi səslənir:

Bir millətik, iki dövlət,

Eyni arzu, eyni niyyət,

Hər ikisi Cümhuriyyət,

Bir ananın iki oğlu,

O da ulu, bıı da ulu,

. Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir

Eşqimiz bir, yolumuz bir

Azərbaycan ədəbi tənqidi xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığındakı mövzu və ideya baxımmdan mövcud olan ge nişliyi daim qeyd etmişdir. Xüsusən, türk dünyası mövzusu şairin əsərlərində daha böyük yer tutur. Bu mənada haqlı olaraq deyildiyi kimi, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan türklərinin deyil, bü- tün türk dünyasının bütövlüyü, ideya-mənəvi birliyi uğrunda mübarizə aparan qəhrəman şairdir.

«Özümüzü kəsən qılınc» dramında ədib ortaq soykökə malik olan türklərin ulu keçmişinin tarixi məqamlarmı diqqət mərkəzinə çəkmişdir. «Özümüzü kəsən qılmc» türk dünyası üçün ibrət kitabıdır. Azərbaycanda və Türkiyə səhnəsində böyük uğurla tamaşaya qoyulan bu əsər türklüyün birliyə olan ehtiyacının ədəbiyyatdakı böyük əks-sədasıdır. Son əsərlərindən biri olmaq etibarilə «Özü- müzü kəsən qılınc» B. Vahabzadənin türk dünyasına vəsiyyətnaməsi kimi də səslənir. Görkəmli gövlət xadimi Heydər Əliyev «Özümüzü kəsən qılınc» pyesinə «millətimizin qədim köklərinin tarixinin böyük bir səhifəsini açıb ictimaiyyətə göstərən» əsər kimi yüksək qiymət vermişdir.

Bir çox şeirlərində və «Şəhidlər» poemasında Bəxtiyar Vahabzadə türk dünyası üçün aktual olan problemlərdən bəhs etməyi vacib sayır. Artıq bu məqamda o, geniş mənada türk dünyasının tarixi müqəddəratından söz açır. Azərbaycan ədəbiyyatında türk dünyasının mənəvi birliyi məsələsini B.Vahabzadə qədər açıq deyən ikinci şair göstərmək çətindir:

Tarix bizi imtahana çəkirkən,

İmdad umur hamımızdan bu Vətən.

Dünya da haqq səsimizə kar ikən,

Türkün türkə ədavətə haqqı yoxl

Nə çox imiş bu torpağa göz dikən,

Düşmənimiz dostumuzdan çox ikən,

Türkün türkə ədavətə haqqı yox!

Sinəsini yarmalıyıq zülmətin,

Bu məqsədə getdiyimiz yol çətin.

Hər gün neçə şəhid verən millətin,

Bir-birilə ədavətə haqqı yox!

Göründüyü kimi, xalq şairi B.Vahabzadənin yaradıcılığında istiqlal mövzusu milli-mənəvi özünüdərk proseslərinin təqdimindən başlayaraq, azadlıq uğrunda mübarizə və istiqlalın keşiyindo dayanmaq ideyalarının təcəssümünə qədər böyük bir yol keçmişdir. Nəticədə B. Vahabzadənin simasında Azərbaycan və geniş mənada türk dünyası istiqlal ədəbiyyatının görkəmli bir simasını qazanmışdır. Vətəndaş şairin adı istiqlal ədəbiyyatına böyük töhfələr vermiş qüdrətli sənətrkarların sırasında iftixarla çəkilir.

Ümumiyyətlə, B. Vahabzadə Azərbaycan ədəbiyyatının milli-poetik istiqlalnaməsinin qüdrətli yaradıcılarından biridir. Xalq şairinin Azərbaycanın ən yüksək dövlət təltiflərindən olan «İstiqlal» ordeninə layiq görülməsi, həm də onun milli istiqlala şərəflə xidmət etməsinə verilən yüksək qiyməti əyani şəkifdə əks etdirir. Milli istiqlalın böyük carçısı B.Vahabzadənin parlaq adı və böyük sənəti Azərbaycanın və ümumən türk dünyasının əbədi milli sərvətidir. Dünya ədəbiyyatı üçün də B.Vahabzadənin poeziyası fərqli və qiymətli bir səhifədir.

ŞƏHIDLƏR” POEMASI

B.Vahabzadə azad, müstəqil Azərbaycanın milli istiqlal ədəbiyyatının dəyərli nümunələrini yaratmışdır. Bu baxımdan «Şəhidlər» poeması Azərbaycan milli istiqlal ədəbiyyatınm kamil nümunəsidir. Əsərdə Azərbaycan şəhidlərinin simasında milli istiqlal ədəbiyyatının qəhrəmanlarının bədii obrazı canlandırılımışdır. B.Vahabzadə Vətən uğrunda həlak olmuş Azərbaycan şəhid- lərindən ana torpağın bağrına azadlıq toxumları əkən milli qəhrəmanlar kimi söz açmışdır:

Zalım öyünməsin zülmləriylə,

Min bir böhtanıyla, min bir şəriylə,

Həqiqət uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər!

Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də.

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi şəhidlər.

Millət, millət olur xeyir-şəriylə,

Torpağın bağrına cəsədləriylə

Azadlıq toxumu əkdi şəhidlər!

Zalım öyünməsin zülmləriylə,

Min bir böhtanıyla, min bir şəriylə,

Həqiqət uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər!

Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də.

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,

Millət, millət olur xeyir-şəriylə,

Torpağın bağrına cəsədləriylə

Azadlıq toxumu əkdi şəhidlər!

“Şəhidlər” poeması təkcə Azərbaycan xalqının deyil, keçmiş Sovet imperiyasının 70 illik tarixində misli görünməmiş bir faciənin lirik-epik təsvirindən ibarətdir. Kommunist rejiminə xalqımızın itaətsizliyindən hiddətə gəlmiş imperiya özünün dağılması ərəfəsində bütün gücünü Azərbaycanın üstünə göndərmişdi. Bakı küçələri qeyrətli vətən övladlarının al qanına qəltan olmuşdu. Poemada 20 Yanvar soyqırımının, gözlərimiz önündə tarixə çevrilən bu dəhşətli hadisənin obyektiv tarixi-bədii qiyməti verilmişdir. Qara yanvar haqqında ədəbiyyatımızın ilk sanballı nümunəsi olan bu əsərdə azadlıq mücahidlərinin qəhrəmanlığı şairin öz şəxsi müşahidələri və yaşantıları əsasında ümumiləşdirilmişdir:

. Onlar sübut etdi: hər qara zülmün’

Əli uzansa da, ömrü gödəkdir.

Xalqın azadlığı sabah, biri gün

Şəhid yarasından göyərəcəkdir!

Şairin dediyi kimi də oldu. Şəhidlərin qanı yerdə qalmadı. Bu gün müstəqil, suveren dövlətini qurmuş xalqımız şəhidlərin ruhunu yaşadır, dərin minnətdarlıq duyğusu ilə əzizləyir əbədiləşdirir.”

“Şəhidlər” bu mövzuda ilk iri həcmli poemadır. Şair poemada qanlı yanvar gecəsində Bakıya hücum etmiş işğalçı ordunun cinayətlərini göstərir, şəhidlərin qəhrəmanlığını mənalandırır.

tj

Şair Allaha üz tutur-, xalqın başına gətirilən müsibətləri acı bir fəryadla nəql edir. “Biz nə etmişik ki, günahımız nə idi ki, başımıza belə bir faciə gəldi?” Poemada şairin fikir və düşüncələri bu böyük və ağrılı sual ətrafında başlanır, gah həzin-lirik məcrada davam edir, gah da qəzəb və qətiyyət ifadə edən publisist ahənglə səslənir. Poemanın proloq hissəsi bütünlükdə Allaha müraciətlə yazılmışdır və bu müraciətdə əsərin əsas ideya xətləri və motivləri bir növ mərkəzləşir. Şəhidlər nəyin naminə, hansı məqsəd uğnında qurban getdilər? Proloqda şair bu ideyanı qoyur və inkişaf etdirir. O, göstərir ki, şəhidlər vətəni sevdikləri üçün günahkar sayıldılar və buradan, da əsas sual doğur:

Vətəni sevmək niyə günah olmuş, ay Allah?

Şair poemada xalqımızın son iki əsr ərzindəki tarixi faciələrindən söz açır və bu yol- ilə şəhidlərin uğrunda həyatlarını qurban verdikləri ideyanın, məqsədin aliliyini açıb göstərir. Bu baxımdan poemanın “Eşq olsun sizə!” hissəsi xüsusilə mənalı və təsirlidir:

Bizim əlimizdən çoxdan alınmış,

Haqqı bu dünyaya bildirdi onlar.

Millətin qəlbinə qəsdən salınmış

Qorxu iblisini öldürdü onlar.

O gecə dağlardan axan sel təki.

Qəzəbdən kükrəyib daşdı millətim.

O şənbə gecəsi ürəyindəki

Qorxu hasarını aşdı millətim.

Burada şair şahidliyin xalqın tarixində və özünüdərkində rolu üzərində düşünür, oxucu fikrini də çox mühüm həqiqətlər üzərində cəmləşdirir.”'(Ş.Salmanov)

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Bəxtiyar vahabzadə azadlıq ideyaları

m üasir poeziyada milli azadlıq ideyaları

Bəşər sivilizasiyasının bütün xalqlarının ümumi xüsusiyyətlərindən ən başlıcası müstəqillik, azadlıq ideyalarıdır.

«Müstəqillik insan təfəkkürü, iradəsi və xarakterində təzahür edir. Müstəqil təfəkkürə malik olanlar başqalarını kor-koranə təqlid etmir, bu və ya digər məsələyə dair öz rəyini bildirir, mürəkkəb məsələlər həllində belə onları müstəqil yerinə yetirməyə qabil olurlar».(1)

Müstəqillik və azadlıq uğrunda mübarizədə cənublu qardaşlarımız hələ 26-27 il əvvəl böyük fəlakətlə üzləşməli olmuşdur. 1979-cu il İran inqilabına böyük ümidlə baxan Söhrab Tahir hələ o vaxt ilk «Şəhid» şeirlərini yazmışdır. Şair 1979-cu il İran inqilabından çox şey gözləyirdi, nəhayət, istiqlal və azadlıq arzularının çiçək açacağını güman edirdi. Lakin əliyalın, yumruqla döyüşən xalqın üzərinə yeridilən zirehli tanklar 70 min şəhid məzarının yaranmasına səbəb oldu:

Hər məzar üstündə ağlayan ana,

Şəhid oğulların baş daşlarıdır.

Söhrab Tahirin 1979-cu ildə poeziyaya gətirdiyi şəhid məzarlarını illər sonra Bakıda – Şəhidlər Xiyabanında gördük. (2)

Azərbaycan ədəbiyyatına nəzər saldıqda, tarix boyu xalqı­mızın azadlıq, müstəqillik və bütöv Azərbaycan dövləti qurmaq uğrunda mübarizə apardığını və bu mübarizənin ədəbiyyatda öz əksini tapdığını görürük. Zaman-zaman bir az gizli də olsa ədəbiyyatımızda milli-tarixi taleyimizlə bağlı tələblər ifadə olunub. Hər zaman kəsiyində azadlığı təbliğ edən yazarlarımızı susdurmağa çalışsalar da, buna nail ola bilməyiblər, ədəbiyyatda azadlıq, müstəqillik ideyaları öz əksini tapıb. Ədəbiyyatımızdan, tariximizdən bizə məlumdur ki, azadlığa qovuşmağın ancaq bir yolu var, o da mübarizə yoludur. Ancaq XX əsrin 60-80-c ı illər poeziyasında əvvəlki illərə nisbətən azadlıq, müstəqillik ideyaları fərqləndi.

60-cı illərdə – çətin, mürəkkəb zəmanədə yaşamağı poeziya fədakarlıq kimi mənalandırırdı. B.Vahabzadənin hələ xeyli qabaq yazdığı «Ömür» şeirindəki misralar çağdaş lirikanın axtarışları üçün simvolik başlanğıc idi:

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır,

Şam, əgər yanmırsa, yaşamır demək

Azadlıq uğrunda mübarizə millətin özünüdərkinə gətirib çıxardı. Totalitarizmə, imperiya köləliyinə milli etiraz həmin mübarizənin ümumxalq forması kimi milyonları meydanlarda toplara və tanklara qarşı sipərə çevirdi. (3).

Xəlil Rzanın poeziyası isə başdan ayağa ədalətə, haqqa, milli qürura, sarsılmazlığa, cəsarətə çağırışdır. Onun 1992-ci ildə qələmə aldığı «Ayağa dur Azərbaycan» şeiri xüsusilə seçilir və demək olar ki, Azərbaycan poeziyasında ən yadda qalan, xalqın dilinin əzbəri olan bir şeirdir. Bu şeir Azərbaycan poeziyasını azadlıq, mübarizə ruhunda kökləyir:

Səninləyəm, haqq-ədalət, səninləyəm,

Milli qürur, milli qeyrət, səninləyəm!

Səpil quma, göyər yerdə, bit qayada,

Gizli nifrət, açıq nifrət, səninləyəm,

Oyat bizi, ey yaradan, səninləyəm!

Ya bilmərrə yatırt bizi,

Ya bilmərrə oyat bizi,

Ya yenidən yarat bizi,

Ya yaradan səninləyəm,

Səninləyəm, yatmış vulkan, səninləyəm,

Ayağa dur, Azərbaycan səninləyəm!

Azadlıq şairi kimi təqdim etdiyimiz Xəlil Rza Ulutürk poeziyası ədəbiyyatımızda yeni bir cığır açdı. Xəlil Rza poeziyası deyəndə, yadımıza ilk düşən bu misralar olur:

Azadlığı istəmirəm zərrə-zərrə,

Qolumdakı zəncirləri qıram gərək!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,

İstəyirəm səma kimi

Hələ keçən əsrin 60-cı illərində Xəlil Rza bu misraları yazmağa cəsarət edirdi. Və müəllif çox yaxşı bilirdi ki, bu misralar Afrikanın dilindən səslənsə də, illərlə müstəqillik arzularının içərisində boğulan bir xalqı tərpədəcək.

Çox haqlı olaraq, Elçin Mehrəliyev bu şeir haqqında yazır: Doğrudur, bu sözlər Afrikanın dili ilə səslənirdi. Lakin X.Rzanın şeirində Afrika şərti obraz idi, əslində bu, şairin öz səsi, öz mövqeyi idi. Məhz bu keyfiyyətlərinə görə xalq hərəkatının vüsət aldığı dövrdə, Sovet imperiyasının dağıldığı vaxtlarda X.Rza şeirlərində azadlıq istəyən xalq artıq rəmz şəklində deyil, öz real obrazında, xalq obrazında çıxış edirdi. Təsadüfi deyildir ki, bu illərdə qələmə aldığı şeirlərində X.Rza öz oxucusunun təsəvvüründə milli istiqlal şairi kimi yüksəlir. Bu illərdə nəşr olunmuş «Hara gedir bu dünya» (1988), «Davam edir 37» (1992) kitablarında X.Rza sadəcə istedadlı şair deyil, həm də alovlu istiqlal nəğməkarıdır. Maraqlıdır ki, X.Rzanın bütün bu dövrkü lirikasında xalqımızın istiqlaliyyət arzusu və düşüncəsi əsas motiv kimi çıxış edir» (4).

Azadlıq ideyası şairin poeziyasından qızıl bir xətt kimi keçirdi. Mövzuları rəngarəng idi. Ancaq hər şeirinin ana xəttini azadlıq, müstəqillik, vətənsevərlik hissləri təşkil edir. 1961-ci ildə yazdığı «İki qardaşın söhbəti» poemasında da şair azadlı q ideyasının üzərində dayanırdı:

Səsimə, ünümə – azadlıq!

Elimə, günümə – azadlıq!

Yaradan əlimə – azadlıq!

Qıfıllı dilimə – azadlıq!

Şair yəqin ki, «qıfıllı dilimə» dedikdə, özünü nəzərdə tutmurdu. Çünki müstəmləkəyə çevrilmiş Azərbaycanın «qıfıllı dili» şairə aid deyildi. Daha doğrusu, onun dilini, əlini heç nə buxovlaya bilmirdi. Onun yaradıcılığı göstərir ki, şair bütün gücünü, cəsarətini azadlıq, köləliyi ifşa istiqamətinə yönəltmişdi. Bu gün Azərbaycan ədəbiyyatında istiqlal, azadlıq müstəqillik şairi kimi qalması buna canlı sübutdur. Mürşid Məmmədli «Xəlil Rza Ulutürk fenomeni» məqaləsində çox haqlı olaraq, şairin 60-cı illərin əvvəllərində yazdığı şeirləri, xüsusilə «Afrikanın səsi» («Azərbaycanın səsi») şeirini bütövlükdə milli istiqlal hərəkatımızın poetik uverturası hesab edir (5).

Ədəbiyyatımıza nəzər salarkən görürük ki, müstəqil dövlətimizin qurulmasında müasir poeziyamızın rolu böyükdür. Çağdaş ədəbiyyatımız ümidvarıq ki, Qarabağ uğrunda mübarizədə, torpaqlarımızın azad və bütöv olmasında da böyük rol oynayacaq.

Xalq əlində qılınc oldu çəkdiyim ah,

… Mən xalqımın sağ əliyəm

Köləliyi alt-üst edən bir azadlıq məşəliyəm.

Göz yaşımı boğa-boğa,

Ehkamlara, meydanlara sığınmayan, mənim xalqım!

Rəzalətə, əsarətə, hər zillətə qənim xalqım.

Cəsarətlə demək olar ki, Xəlil Rza Ulutürk poeziyası müstəqillik uğrunda apardığımız mübarizədə, qələbəmizdə böyük rol oynadı. Yəni, qazandığımız müstəqillik cəsarətini milli poeziyamızdan da almışdı, artıq ədəbiyyatımızda olan azadlıq arzuları arzu olaraq qalmadı, reallığa qovuşdu.

Mən qalmışdım məlul-müşgül, əlim

Lapdan gördüm: dağlar gəlir elin boynunda,

Düşdü yada qədim məsəl:

Yelin gucu, selin gücü, elin gücü.

Yelin gücü – qasırğaymış,

Selin gücü – qaynar ümman,

Elin gücü – daha zormuş qasırğadan, okeandan…

Xalqın əli ildırımdan, raketdən də güclü silah

Xalq əlində qılınc oldu çəkdiyim ah.

Zəlimxan Yaqub poeziyası, sözdə Nəsimi cəsarətli, Babək qeyrətli Azərbaycan oğullarını meydana – azadlığımız uğrunda mübarizəyə, qalibiyyətə səsləyirdi. Şair əmin idi ki, yurdun hər qarışını göz bəbəyi sanan insan bu xalqı zülmdən qurtaracaq:

Bu torpağın odunu yer üzünə yayanlar

Yurdun hər qarısını göz-bəbəyi saydılar,

Nə məsləkdə Nəsimiyə, Babəkə oxşayanlar,

Meydan sizindir bu gün.

Bəxtiyarın «Gülüstan» poeması isə ədəbiyyatımızda, milli təfəkkürümüzdə azadlıq duyğularımızın çırpıntılarını daha da çoxaldırdı. Almaz Ülvi yazır: «Yeni təfəkkür işığında B.Vahabzadənin 60-cı illərdə ədəbiyyatımıza gətirdiyi dəsti-xətti, milli ruhu araşdırarkən bugünkü milli müstəqillik və milli azadlıq mübarizəsində onun dəyərli, milli mənəviyyatlı poeziyasının təsirini görürük».

Bəxtiyar Vahabzadə poeziyasındakı vətənə, xalqa bağlılıq müəllifin içində bir vulkana dönür. Onun azadlıq istəyi poeziyamızda fərqlənir. Bu fərq eyni zamanda ilkinliyi ilə də diqqəti çəkir:

Yaşamaq istəmirəm sürünüb dizin-dizin,

İstəyirəm ən uca zirvələrə mən qonam.

Xəfif sakitliyini neyləyirəm dənizin,

Onun qasırğasına, qovğasına vurğunam.

Qoy döysün yağış məni, boran məni, qar məni,

Həyatın boranları daim yaşadar məni,

İstəmirəm həyatım sakitcə bir otaqda

Gəlib keçsin lal kimi…

İstəyirəm döyüşəm qayaların başında

Düşmənlə qartal kimi.

Sabir Rüstəmxanlı poeziyasında da birliyə, azadlığa, müstəqilliyə çağırış arzuları güclüdür. Şair müstəqilliyin nə qədər bənzərsiz olduğunu vurğulayır, azad olmaq üçün müstəqilliyi qiymətləndirir və əsas sayırdı:

Müstəqillik! İlk inamım, ilk həsrətim!

Müstəqillik! Xalqın məslək bayrağıdır,

Müstəqillik! Yarışlarda inanmaqdır

Öz südünlə, çörəyinlə dolanmaqdır.

Və 20 yanvar qırğını şairin sözünü təsdiqlədi. Ədəbiy­yatımızda «Şəhid» obrazı yenidən canlandı. «Şəhidlər» mövzusu analarımızın şəhid məzarları önündə dedikləri bayatılardan, ağılardan yaranmağa başladı. Əzizə Cəfərzadə, Məmməd Aslan qələmindən ağılar deyildi, laylalar çalındı:

Qərənfil – şəhid qanı,

Ağla, qərənfil, ağla

Ağla, inlət meydanı,

Ağla, qərənfil ağla. (Məmməd Aslan)

Qərənfillər şəhid qanına bələndi. Şəhərlərin küçələri qərənfilə qərq oldu. Xalq bir tərəfdən qəmginləşdi, yas saxladı, digər tərəfdən neçə illik azadlıq, müstəqillik arzuları reallaşdı. Həmin gecənin hadisələri poeziyaya köçdü. 20 yanvar hadisələrindən söz düşəndə ilk öncə xalq şairi Qabilin «Mərsiyyə»si yada düşür. Şair 20 yanvar gecəsində yaşadığımız, şahidi olduğumuz müsibətləri, Kərbəla müsibətinə bənzədir, o dəhşətdən qeyzlənir, üsyan edir:

Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,

Ölmədi, canlı şəhid oldu neçə yüzlərimiz,

Bu Kərbəla düzləridir, düzlərimiz,

Necə qan ağlamasın üzlərimiz, gözlərimiz?!

Gecəni atəş ilə qırmızı qan eylədilər,

Xalqımı, millətimi gülləbaran eylədilər.

«Mərsiyyə»də hirsindən, hikkəsindən od püskürən, hiddətindən partlamaq dərəcəsinə çatan bir şairin ürək naləsi duyulurdu. Bunu da qeyd edək ki, şəhidlərimizin cənazəsi dəfn olunmadan belə bir «Mərsiyyə» yazmaq və onu üzə çıxarmaq dəhşət doğurası qədər çətin və ağır bir iş idi. O ağır gündə Qabillə bahəm B.Vahabzadə, N.Xəzri, C.Novruz, X.Rza Ulutürk, M.Araz, S.Rüstəmxanlı, F.Qoca, Z.Yaqub və başqaları hadisələrə, müsibətlərə öz münasibətlərini poeziya dili ilə bildirdilər. Şübhəsiz ki, bu poeziya nümunələrində məqsəd, məram bir idi – xalqın çətin və ağır günündə onlara dayaq olmaq, bu xalqın günahsız övladlarının gülləbaran edilməsinə qarşı etiraz səslərini ucaltmaq və onları ədalətlə müdafiə etmək. Poeziyada haqsızlığa, nanko­rluğa, qaniçənliyə, vəhşiliyə nifrət hissləri daha güclü idi. Zəlimxan Yaqub yazırdı:

Həyatımda heç zaman belə dərd

Dərdi belə amansız, belə sərt

Mənim düşmənim qədər, mən namərd

Namərdlərin başında çaxırdı şəhid qanı.

Zəlimxanın poeziyasında bir tərəfdən hakimiyyət uğrunda vuruşa-vuruşa vətəni satan, vətən sərhədlərindən geri çəkilən xainlərin tənqidi vardısa, digər tərəfdən bu qədər günahsız tökülən qanların alınacağına, qalibiyyətimizə inam, ümid var idi:

Sınar dağların beli, bu qədər ah götürməz,

Adi insan olan kəs belə günah götürməz,

Yerdə bəndə götürsə, göydə Allah götürməz,

Qəm yemə, dəli könlüm, nahaq qan yerdə qalmaz.

Şair «Sınar dağların beli, bu qədər ah götürməz» misrasını işlətməklə xalqın iztirablarının böyüklüyünü poetik şəkildə ifadə edib.

Məmməd Araz poeziyası onun xarakterindən qidalanırdı. Onun şeirlərinin çoxu Murovdağ döyüş bölgələrində ərsəyə gəlirdi. Murovdağın döyüşçü şairi Abdulla Qurbaninin «Məmməd Araz üç gün döyüş bölgəsində» kitabında Məmməd Arazın müharibə başlanan gündən hər ay cəbhə bölgəsində olmasından, döyüşçü oğullara qol-qanad verməsindən bəhs edir. Hətta Məmməd Araz ömrünün son günlərində belə, xəstə olarkən min bir əzabla Murovdağ Qartallarına qonaq olmuşdur. Əsərdə Məmməd Arazın əsgərlərə verdiyi mənəvi güc xalqımıza, ziyalılarımıza nümunə göstərilmişdir. Müəllifin «Murova qar yağırdı» şeiri də Murovdağ cəhbə bölgəsindən xəbər verir.

Məmməd Araz poeziyasında isə Azərbaycan vahid, bitkin bir varlıq kimi öz suverenliyi, haqları, milli dəyərləri uğrunda çıxış edir, mübarizə aparırdı. Bu mübarizə müstəqil bir ölkənin, azad bir xalqın yaşamaq, yaratmaq haqqı uğrunda mübarizəsi olduğundan, bəşəridir.

1. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, III cild – Bakı – ASE nəşriyyatı, 1979, s. 133

2. Kazımov Q. Sənət düşüncələri. Kitab Palatası, Bakı, 1997

3. Nicran Nəsibova «Müasir Azərbaycan poeziyasında milli Azadlıq hərəkatı», «Şuşa» nəşriyyatı, Bakı, 2001

4. E.Mehrəliyev. «Müharibə və ədəbiyyat». 2000

5. Mürşüd Məmmədli. «Xəlil Rza Ulutürk fenomeni». X.Rza. Seçilmiş əsərləri, 2001

6. Almaz Ülvi Bünnətova. «Poeziyada milli azadlıq duyğuları». «Ağrıdağ», 1997

Comments are closed, but trackbacks and pingbacks are open.