Press "Enter" to skip to content

Bəxtiyar Vahabzadə – Gülüstan poemasi

Səni arzulara sədd eyləyəndə,

Gülüstan (poema)

Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, dramaturq və publisist kimi məşhurdur. Yaradıcılığı mövzuca zəngin olsa da, onu gənc yaşlarından xalqa tanıdan və sevdirən “Gülüstan” (1958) poeması olmuşdur. Milli azadlıq və müstəqillik ideyaları aşılayan bu əsər ilk dəfə Şəkinin “İpəkçi” qəzetində nəşr olunmuş və qısa zaman ərzində əlyazma şəklində əldən-ələ gəzərək geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Əsərin az zaman kəsimində belə sevilməsinin bir səbəbi qadağan olunmuş mövzunun cəsarətlə işlənməsi idisə, digər səbəbi onun bədii cəhətdən dolğun olması, yüksək sənətkarlıqla yazılması idi. Poema vahid süjet xəttinə malik deyil. Cəmi 52 bənddən ibarətdir. Məlumdur ki, 1804-cu ildən etibarən Rusiya Azərbaycan xanlıqları arasındakı ixtilafdan istifadə edərək xanlıqları bir-bir zəbt etməyə başlamış və nəhayət, 1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında Azərbaycan torpaqları bahasına sülh sazişi imzalanmış, nəticədə Azərbaycan ikiyə bölünərək, bir hissəsi Rusiyanın ixtiyarına keçmiş, digər hissəsi İranın tərkibində qalmışdır. “Gülüstan” poemasında bu ədalətsiz tarixi hadisənin şairdə doğurduğu qəzəb və nifrət ifadə olunmuşdur. Sovet dövründə Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Bu poemaya görə 1962-ci ildə şair çoxsaylı təqiblərə məruz qalmış, “millətçi” damğası ilə damğalanmış, işlədiyi universitetdən kənarlaşdırılmışdır. Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını Azərbaycanın birliyi və istiqlalı uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin əziz xatirəsinə ithaf etmişdir.

Vahid süjet xəttinə malik olmayan poema əslində tarixi mövzulu bir əsər olmaqla bərabər, Azərbaycanın Sovet imperiyası tərkibində olmasına sərt bədii etiraz idi.

September 04, 2021
Ən son məqalələr

Günəş fəvvarəsi

Günəş küləyi

Günəş imperiyası (film, 1987)

Günəş müalicəsi

Günəş saatı

Günəş sistemi

Günəş paneli

Günəş radiasiyası

Günəş tacı

Günəş tutulması

Ən çox oxunan

Əsli dəlillər

Əsli və Kərəm

Əsli və Kərəm (opera)

Əsmayi-hüsna

Əsma Sultan (III Əhmədin qızı)

gülüstan, poema, məqaləni, vikiləşdirmək, lazımdır, lütfən, məqaləni, ümumvikipediya, redaktə, qaydalarına, uyğun, şəkildə, tərtib, edin, xalq, şairi, bəxtiyar, mahmud, oğlu, vahabzadə, əsr, azərbaycan, ədəbiyyatı, tarixində, görkəmli, şair, dramaturq, publisi. Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Xalq sairi Bextiyar Mahmud oglu Vahabzade XX esr Azerbaycan edebiyyati tarixinde gorkemli sair dramaturq ve publisist kimi meshurdur Yaradiciligi movzuca zengin olsa da onu genc yaslarindan xalqa tanidan ve sevdiren Gulustan 1958 poemasi olmusdur Milli azadliq ve musteqillik ideyalari asilayan bu eser ilk defe Sekinin Ipekci qezetinde nesr olunmus ve qisa zaman erzinde elyazma seklinde elden ele gezerek genis oxucu kutlesinin derin regbetini qazanmisdir Eserin az zaman kesiminde bele sevilmesinin bir sebebi qadagan olunmus movzunun cesaretle islenmesi idise diger sebebi onun bedii cehetden dolgun olmasi yuksek senetkarliqla yazilmasi idi Poema vahid sujet xettine malik deyil Cemi 52 bendden ibaretdir Melumdur ki 1804 cu ilden etibaren Rusiya Azerbaycan xanliqlari arasindaki ixtilafdan istifade ederek xanliqlari bir bir zebt etmeye baslamis ve nehayet 1813 cu ilde Gulustan kendinde Rusiya ve Iran arasinda Azerbaycan torpaqlari bahasina sulh sazisi imzalanmis neticede Azerbaycan ikiye bolunerek bir hissesi Rusiyanin ixtiyarina kecmis diger hissesi Iranin terkibinde qalmisdir Gulustan poemasinda bu edaletsiz tarixi hadisenin sairde dogurdugu qezeb ve nifret ifade olunmusdur Sovet dovrunde Azerbaycanin ikiye bolunmesi ve ya gelecek birliyi barede danismaq qadagan idi Bu poemaya gore 1962 ci ilde sair coxsayli teqiblere meruz qalmis milletci damgasi ile damgalanmis islediyi universitetden kenarlasdirilmisdir Bextiyar Vahabzade Gulustan poemasini Azerbaycanin birliyi ve istiqlali ugrunda carpisan Settar xan Seyx Mehemmed Xiyabani ve Seyid Cefer Piseverinin eziz xatiresine ithaf etmisdir Vahid sujet xettine malik olmayan poema eslinde tarixi movzulu bir eser olmaqla beraber Azerbaycanin Sovet imperiyasi terkibinde olmasina sert bedii etiraz idi Menbe https az wikipedia org w index php title Gulustan poema amp oldid 6079760, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Bəxtiyar Vahabzadə Gülüstan poemasi

[ Bəxtiyar Vahabzadə ] Vətən var

[ Bəxtiyar Vahabzadə ] Axı dünya fırlanır

[ Bəxtiyar Vahabzadə ] Ana

[ Bəxtiyar Vahabzadə ] Anamın ölümünə

[ Bəxtiyar Vahabzadə ] Gecələr

Bəxtiyar Vahabzadə Bir salama dəymədi

Bəxtiyar Vahabzadə Vətən var

Bəxtiyar Vahabzadə Ana

Bəxtiyar Vahabzadə Nağıl həyat

Bəxtiyar Vahabzadə Məndən xəbərsiz

Муз жанры

Песни

Исполнители

© 2011 – 2023 Get-Tune.cc
get-tune.net@yandex.ru
ООО «АдвМьюзик» заключил лицензионные соглашения с крупнейшими российскими правообладателями на использование музыкальных произведений. Полная информация

0:00 0:00

Get-Tune.cc Bəxtiyar Vahabzadə – Gülüstan poemasi №157743196

Bəxtiyar vahabzadə gülüstan poeması

“Gülüstan poeması” – Bəxtiyar Vahabzadə

Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. Adalet.az dahi şairin “Gülüstan” poemasını təqdim edir:

İpək yaylığıyla o, asta-asta

Silib eynəyini gözünə taxdi.

Əyilib yavaşca masanın üstə

Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,

Qıydı ürəklərin hicran səsinə.

O güldü haqq üçün daim çarpışan

Bir xalqın tarixi faciəsinə.

Əyləşib kənarda topsaqqal ağa,

Hərdən mütərcimə suallar verir.

Çevrilir gah sola, baxır gah sağa,

Başını yellədib təsbeh çevirir.

Qoyulan şərtlərə razıyıq deyə,

Tərəflər qol çəkdi müahidəyə.

Tərəflər kim idi?

Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu Tomrisin.

Babəkin qılıncı parlasın yenə.

Onlar bu şərtlərə sözünü desin,

Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları,

Açın bərələri, açın yolları.

Bəs hanı bu əsrin öz Koroğlusu

– Qılınc Koroğlusu, söz Koroğlusu?

Babaların şəni, şərəfi, əlbət,

Bizə əmanətdir, böyük əmanət.

Yoxmu qanımızda xalqın qeyrəti?

Belə saxlayarlar bəs əmanəti?

Qoy ildırım çaxsın, titrəsin cahan!

Ürəklər qəzəbdən coşsun, partlasın.

Daim haqq yolunda qılınc qaldıran

İgid babaların goru çatlasın!

Qoy əysin başını vüqarlı dağlar,

Matəmi başlandı böyük bir elin.

Mərsiyə söyləsin axar bulaqlar,

Ağılar çağırsın bu gün qız, gəlin.

Tərəflər sakitdir, qəzəbli deyil,

Məhv olan qoy olsun, onlara nə var.

İmzalar atılır bir-bir, elə bil,

Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağa

Əyləşir sakitcə keçib yerinə.

Eynəkli cənabla, təsbehli ağa,

Qalxıb əl də verir bir-birinə.

Onların birləşən bu əllərilə

Ayrılır ikiyə bir el, bir Vətən.

Axıdıb gözündən yaş gilə-gilə,

Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı, durun ağalar!

Axı bu ölkənin öz sahibi var.

Siz nə yazırsınız, bayaqdan bəri,

-Bəs hanı bu yurdun öz sahibləri?

Bəs hanı həqiqət, bəs hanı qanun?

Böyükdür bu yurdun tarixi, yaşı.

Bəs hanı köksünə sərhəd qoyduğun,

Bir vahid ölkənin iki qardaşı?

Görək bu hicrana, bu müsibətə,

Onların sözü nə, qərəzi nədir?

Bu xalq əzəl gündən düşüb zillətə,

Öz doğma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən

-Ürəyi bədəndən, canı cəsəddən?

Axı kim bu haqqı vermişdir sizə,

Sizi kim çağırmış, Vətənimizə?

Neçə vaxt səngərdə hey ulaşdılar,

Gülüstan kəndində sövdalaşdılar

Göy də buludlamış deyirlər o gün,

Çölləri, düzləri buludlar sarmış.

O göy gumltusu Oğuz xaqanın

Ruhuymuş, hönkürüb fəryad qoparmış.

Gülüstan kəndinin gül-çiçəkləri

Bir günün içində soldu, saraldı.

“Gülüstan” bağlandı, o gündən bəri,

Bu kəndin alnında bir ləkə qaldı.

Bağrı köz-köz oldu “Yanıq Kərəm”in

Tellər inildədi, yandı, nə yandı.

Aşığın sazında daha bir həzin,

Daha bir yanğılı pərdə yarandı.

Həmin gün ölkəni apardı sel, su,

Tutuldu çöhrəsi Günün, Ayın da.

Qoca Nəbacinin eşqi, arzusu,

O gün batmadımı Arpa çayında?

Ağlayıb dağlardan əsən küləklər,

Bu məşum xəbəri aləmə yaydı.

Sanki dilə gəldi güllər, çiçəklər:

“Bu işə qol qoyan qollar sınaydı”.

Arazın suları qəzəbli, daşqın,

Şirin nəğmələri ahdır, haraydır,

Vətən, quşabənzər qanadlarının

Biri bu taydırsa, biri o taydır.

Quş iki qanadla uçar, yüksələr,

Mən necə yüksəlim tək qanadımla?

Ürəklər bu dərddən tüğyana gələr,

Axar gozümüzdən yaş damla-damla.

Cənablar, bir anlıq düşündünüzmü?

Verdiyiniz hökmün ağırlığını?

Bu hökmün dəhşəti əllimi, yüzmü?

Biz necə götürək bu gözdağını.

Başı kəsiləndə bu məğrur elin

Könül fəryadını hiss etdinizmi

Qoca Füzulinin, igid Babəkin

Etiraz səsini eşitdinizmi?

Cənablar, bir damcı mürəkkəblə siz

Düşünün, nələrə qol çəkmisiniz?

Bir damcı mürəkkəb bir vətəndaşı

Qanına bulayıb ikiyə böldü.

Bir damcı mürəkkəb olub göz yaşı

İllərlə gözlərdən axdı, töküldü.

Min ləkə vurdular şərəfimizə

Verdik, sahibimiz yenə “ver” – dedi.

Lap yaxşı eyləyib doğrudan, bizə

Biri “baran” – dedi, biri “xər” – dedi.

Bizi həm yedilər, həm dəmindilər,

Amma arxamızca gileyləndilər.

Hökmü gör nə qədər böyükmüş anın.

Möhür də basdılar varağa təkrar.

Yox, varağın deyil, Azərbaycanın

Köksünə dağ boyda dağ basdı onlar.

İmzalı, möhürlü ey cansız varaq,

Nə qədər böyükmüş qüvvətin, gücün.

Əsrlər boyunca vuruşduq, ancaq

Sarsıda bilmədik hökmünü bir gün.

Ey kağız parçası, əvvəl heç ikən,

Yazılıb, qollanıb yoxdan var oldun.

Böyük bir millətin başını kəsən,

Qolunu bağlayan hökmdar oldun.

Bir eli ikiyə paraladın sən

Özün kağız ikən paralanmadın,

Köksünə yazıları qəlb atəşindən,

Niyə alışmadın, niyə yanmadın?

Araz sərhəd oldu, əsdi küləklər,

Sular yatağında qalxdı, köpürdü.

Üstü dama-dama taxta dirəklər,

Çayın kənarıda səf çəkib durdu.

Sular, sizdən təmiz, nə var dünyada?

Ləkədən xalidir axı qəlbiniz.

Bağrınız alışıb niyə yanmadı

Bu çirkin əmələ qol qoyanda siz?

Ey Araz, səpirsən, göz yaşı sən də

Keçdikcə üstündən çölün, çəmənin.

Səni arzulara sədd eyləyəndə,

Niyə qurumadı suların sənin?

Dayanıb Arazın bu tayında mən

“Can qardaş” deyirəm, o da “can” deyir.

Ey zaman, sorğuma cavab ver, nədən

Səsim, yetən yerə əlim yetməyir.

Qarışıb gözümdə, qarışıb aləm,

Dərd dərdi doğrayır, qəm qəmdən keçir.

Arazın üstündən keçə bilmirəm,

Araz dərdim olub, sinəmdən keçir.

Taxta dirəkləri torpağa deyil,

Qoydular Füzuli divanı üstə.

Yarıya bölündü yüz, yüz əlli il

Gəraylı, bayatı, muğam, şikəstə.

Dəmir çəpərləri eşqim, diləyim

Tarixim, ənənəm üstə qoydular.

Yarıya bölündü canım, ürəyim,

Yarıya bölündü Arazda sular.

Taxta dirəkləri qoydular, ax, ax.

Qəlbimin, ruhumun dilimin üstə,

Biz güldük, ağladıq, yenə də, ancaq

Bir sazın, bir telin, bir simin üstə.

Ürəkdən ürəyə körpü? Bir dayan!

Dərdimiz dinirsə bir sazın üstə.

Şəhriyar yaralı misralardan,

Körpü salmadımı Arazın üstə?!

Bu taydan o taya axışdı sel tək

Gözə görünməyən könül telləri.

Bu selin önünü nə çay, nə dirək,

Kəsə bilməmişdir yüz ildən bəri.

Ağalar bilmədi birdir bu torpaq

Təbriz də, Bakı da – Azərbaycandır,

Bir elin ruhunu, dilini ancaq

Kağızlar üstündə bölmək asandır.

Böl, kağız üstündə, böl, gecə-gündüz,

Torpağın üstünə dirəklər də düz,

Gücünü, əzmətini tök də meydana,

Qoşundan silahdan sədd çək hər yana.

Torpağı ikiyə bölərsən, ancaq

Çətindir bədəni candan ayırmaq!

Ayırmaq kimsəyə gəlməsin asan,

Bir xalqın bir olan dərdi-sərini.

O taydan bu taya Mustafa Payan

Oxuyur Vahidin qəzəllərini.

Dolandı zəmanə, döndü qərinə,

Şairlər od tökdü yenə dilindən.

Vurğunun o həsrət nəğmələrinə

Şəhriyar səs verdi Təbriz elindən:

“Heydər baba, göylər qara dumandı.

Günlərimiz bir-birindən yamandı.

Bir-birizdən ayrılmayın, amandı,

Yaxşılığı əlimizdən aldılar,

Yaxşı bizi yaman günə saldılar.

Bir uçaydım bu çırpman yelinən,

Qovuşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı,

Ölkəmizdə kim qırıldı, kim qaldı”.

Comments are closed, but trackbacks and pingbacks are open.