Press "Enter" to skip to content

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Yox mənim deyərək o taylı bu taylı Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparmışdır. B.Vahabzadənin yaradıcılığında anadili mövzusu əsas yer tutur.
Şair yaxşı bilirdi ki, ana dilini sevmədən həqiqi vətən məhəbbətinə sahib olmaqolmaz.

XX əsr Azərbaycan ədəbiyyatından

Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərinin başqa adı nədir?

“Göytürklər”
“Etiraf”
“Dar ağacı”
“Vicdan”

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.

Testin cavabını göstər

Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.

Almas ildırım vəfat etmişdir:

1957-ci il Bakıda
1952-ci il Türkiyədə
1952-ci il Dağıstanda
1954-cü il Bakıda

M.Cəlal neçənci ildə anadan olub?

A.İldırımın Türkiyədə çap olunmuş kitabı:

“Azərbaycan mahnıları”
“Dağların səsi”
“Əsir Azərbaycanım”

Almas İldırım neçənci ildə anadan olmuşdur?

Sənətkarı yaxından tanıyan tənqidçi alim kimdir?

Gülrux Əlibəyova
Süleyman Rüstəm
Hüseyn Cavid

Almas İldırım anadan olub:

Çəmbərəkənddə
Bakı şəhərində
Naxçıvanda

Ovçu, insaf elə, keçmə bu düzdən!
O ellər qızını ayırma bizdən!
Bu misralar şairin hansı şeirindəndir?

“ Azərbaycan ”

“ A dağlar ” şeiri nəşr edilmişdir:

“ Füyuzat ” jurnalında
“ Həyat ” jurnalında
“ Molla Nəsrəddin ” jurnalında
“ Şərqi – Rus ” qəzetində

Əhməd Cavadın poeması:

“ Dan ulduzu ”

Mikayıl Müşfiq anadan olmuşdur:

1908 – ci ildə Xızıda
1905 – ci ildə Bakıda
1909 – cu ildə Təbrizdə
1913 – cü ildə Gədəbəydə

M. Müşfiqin ilk kitabı:

“ Vuruşmalar ”
“ Günün səsləri ”
“ Kəndli və ilan ”

“ Gülçin ” təxəllüsü ilə şeirlər yazmışdır:

Əhməd Cavad
Mikayıl Müşfiq
Hüseyn Cavid
Almas İldırım

H. Cavidin dram əsərləri:

“ Topal Teymur ”, “Azər ”
“ Maral ”, “ Səyavuş ”
“ Ana ”, “ Peyğəmbər ”
“ Peyğəmbər ”, “ Azər ”

“Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim” – misraları kimə məxsusdur?

Mikayıl Müşfiqə
Süleyman Rüstəmə
Səməd Vurğuna
Almas İldırıma

Bulud Qaraçorlu Səhənd neçənci ildə və harada anadan olmuşdur?

1927-ci il-Marağa
1908-ci il-Təbriz
1910-cu il-Naxçıvan
1989-cu il-Şəki

Ç.Aytmatovun ilk böyük yaradıcılıq uğuru hansı əsər sayılır?

“Cəmilə” povesti
“Əsrdən uzun gün” romanı
“Dəniz kənarıyla qaçan Alabaş” povesti
“Qırğız çobanı” hekayəsi

M.Müşfiq neçənci ildə anadan olub:

Biri İsa Hüseynovun povestidir:

“Söyüdlü arx”

Rəsul Rzanın ilk şeir hansıdır?

“Ərk qalası”
“Ayrılmayaq”
“Təbrizli dostuma”

“O, Azərbaycan ədəbiyyatının ağır artilleriyasıdır.” – Süleyman Rəhimov haqqındakı bu fikri kim söyləmişdir?

Səməd Vurğun
Süleyman Rüstəm
Cəfər Cabbarlı

“Ana”dramı məxsusdur:

C. Cabbarlı

Bu əsərlərdən hansı Mirzə İbrahimovun yaradıcılığına daxil deyil?

“Böyük dayaq”
“Gələcək gün”
“Təzə müəllim”
“Kəndçi qız”

Hüseyn Cavid öz əsərlərini daha çox hansı mövzuda yazmışdır?

türkçülük, humanizm ideyaları, insan obrazları

Bu əsərlərdən hansı C.Cabbarlının poemasıdır?

“Uzun dərya”
“Qız qalası”

Samo romanı kimindir?

Bəxtiyar Vahabzadə
Süleyman sanı Axundov
Süleyman Rəhimov

Səməd Vurğunun” dostlar badələri qaldırın içək” cümləsini tamamlayın:

Demirəm məst olub dünyadan köçək
Gecə ulduzludu havada sərin
İsti qucağında qızınaq bir az
Deyirəm mehrib düşüncələrin

Azərbaycanın ilk xalq şairi kimdir?

Əhməd Cavad
M.F.Axundzadə
Hüseyn Cavid
Süleyman Rüstəm
Səməd Vurğun

İsa Hüseynov neçənci ildə anadan olmuşdur?

C.Cabbarlının Oqtay Eloğlu pyesinin baş qəhrəmanı ilə H.Cavidin İblis faciəsindəki Arif surətini birləşdirən xüsusiyyət hansıdır

Hər iki surətin İblisə uyaraq cinayət törətməsi
Hər iki surətin qarşısına konkret məqsəd qoyması
Hər iki surətin müharibəyə nifrət etməsi
Hər iki surətin romantik qəhrəman olması
Hər iki surətin şəxsi ailə həyatini ictimai amalına qurban verməsi

Şəki xanlığı neçənci ildə kim tərəfindən yaradılmışdır?

1943-cü ildə Hacı Çələbi tərəfindən yaradılmış
1067 Hacı Çələbi
1458 hacı Çələbi
1942 Hacı Çələbi
1234 Çələbi

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Ədalət RƏSULOVA.”Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi”

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

Ömrünü, gününü, bütün şüurlu həyatını Azərbaycanımızın bugünkü müstəqilliyinə, azadlığına həsr etmiş xalq şairi Bəxtiyar Vahabzadənin 90-illik yubileyi qeyd edilir.1925-ci il avqustun 16-da Şəki şəhərində anadan olmuş, Bəxtiyar Vahabzadə ibtidai təhsilə Şəkidə başlamış, lakin1934-cü ildəBakıyaköçdüklərinə görə təhsilini176-saylı məktəbdədavam etmişdir.Məktəb illərində şeir və dramdərnəklərinin üzvüolan
Bəxtiyar 1942-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyarkən Mir Cəlal Paşayevin rəhbərlik etdiyi ədəbiyyat dərnəyində fəal iştirak edir. O,1947-ci ildə univeristeti bitirib aspiranturaya daxil olur.1950-ci ildə “Səməd Vurğunun poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra, universitetdə müəllim işləməyə başlayır. Səməd Vurğun mövzusunda tədqiqatını daha da genişləndirmək üçün “Səməd Vurğunun yaradıcılıq yolu” adlı doktorluq dissertasiyasını müdafiə edir. Xalq şairi Bəxtiyar Vahabzadə bir sıra adlara, incəsənət xadimi (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1976),“Qırmızı Əmək Bayrağı ordeni”1984-cü ildə“Xalq Şairi”
fəxri adını almışdır. Müstəqillik illərində isə o,Mərhum Prezident Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir.Şair yaradıcılığının ilk illərində az yazsada onun yazdıqları fikir zənginliyi ilə seçilirdi. Yaradıcılığının yetkinlik mərhələsi 60-cı illərə təsadüf etsə də qədim tarixə malik poeziyamızın ənənənələrinə sadiq qalmışdır.Şairin yaradıcılığında əsas yer tutan vətən və ana dili mövzusu onun şeirlərində də özünü biruzə verir. Məhz bu baxımdan o,sovet dövründə milli ruhlu şeirlərinə görə təqib olunurdu. Şairin “Bəsdir”, “Vətən var”, “Təyyarələr” şeirlərində vətən uğrunda mübarizəyə hazır döyüşçü idealınıyorulmadan sevə-sevə canlandırılmışdır.
Qarabağ hadisələrinin başlanmasından çox-çox əvvəlki bir dövrdə şair uzaqgörənlik göstərərək xalqımızın şəhidlik yaddaşını təzələmişdir. Yaradıcılığında vətən mövzusuna xüsusi yer ayıran şair milli və estetik idealı olan vətəndaş obrazı yaratmışdır. Bu baxımdan onun qələmə aldığı “Vətəndən-vətənə” şeirində vətənin bütövlüyündən danışılır.

Arazın bu tayı vətən,
O tayı vətən.
Vətəni görməyə amanım yox mənim.

Yox mənim deyərək o taylı bu taylı Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparmışdır. B.Vahabzadənin yaradıcılığında anadili mövzusu əsas yer tutur.
Şair yaxşı bilirdi ki, ana dilini sevmədən həqiqi vətən məhəbbətinə sahib olmaqolmaz.

Ana dilinin taleyi xalqın taleyi ilə ayrılmaz tellərlə bağlıdır. Sovet dövründə Azərbaycan dilinin süni şəkildə sıxışdırılıb rus dilinin əhatə dairəsinin genişləndirilməsi üçün səy göstərilirdi. Lakin B.Vahabzadə bütün qüvvəsi ilə buna qarşı çıxırdı. O, “Mənim anam” şerində ana və dil anlayışlarını yanaşı qoyur, onların eyni məfhun olduğunu göstərməyə çalışmışdır.

Yox, mən heçəm, mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi-mənim anam.

Şairin 1954-cü ildə yazdığı “Ana dili” şeirində dilimizə xor baxanlara qəzəbi və nifrəti ifadə olunur:

Ey doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun.

deyərək öz ana dilinə xor baxanları qınayır və buna cavab olaraq“Latın dili” şerini yazır.Cənubi Azərbaycanda dilində təhsilin olmaması,bu dildə kitap çapının qadağan
olunması şairi çox narahat edir. O, “Gülüstan” poemasında bu məsələyə toxunmuşdur.
Şairin 1942-ci ildə yazdığı “Xəzan bülbülü”, “Şəbi hicran”, “Ağlar güləyən”, “Muğam” poemalarında qəm,kədər müşahidə olunur. Bu onunla bağlı idi ki, Şair sovet ideyalarının təbliğ edildiyi bir zamanda müstəqillik arzusu ilə yaşayan xalqın kədərindən bəhs edə bilməzdi. Bu səbəbdən o, Füzuli, Sabir kimi şairlərin kədərindən bəhs edərək mənsub olduğu millətin sovet zülmündən doğan kədərini dilə gətirmişdir.
“Gülüstan”, “Atılmışlar”, “Təzadlar”, “İstiqlal”, “Qiymət”, “Şəhidlər” və s. Vahabzadənin ən yaxşı poemalarındandır. Şairin sovet dövründə yazdığı poemalar həqiqi mənaları ilə yanaşı ikinci-simvolik məna daşımaları xüsusiyyəti ilə də yadda qalır.
Vahabzadənin mənzun dramları bir növ Səməd Vurğunun ən-ənələrinin davamçısı kimi qeyd olunmuşdur.Onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür” pyesləri nəsrlə, “ Fəryad” pyesi isə nəzmlə yazılmışdır.Bu pyeslər uğurla səhnəyə qoyulmuşdur.
Bundan başqa şairin 1990-cı ildə qələmə aldığı “Şəhidlər” poeması qanlı 20 yanvar hadisələrinə həsr olunmuşdur. Şəhidlər poeması uğurla səhnələşdirilmiş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ münaqişə ocağına çevriləndə şair vətəndaş mövqeyini nümayiş etdirmiş,onun çağrışları ümumxalq mitinqlərində yüz minlərlə insanın qarşısında eşidilmişdir.
“Özümüzü kəsən qılınc” pyesi “Dədə Qorqud” dastanının motivləri əsasında yazılmışdır. Qədim türk tayfalarının arasında hökm sürən düşmənçilik özümüzü kəsən qılınc kimi təqdim olunmuşdur. Şairin bir sıra əsərlərində olduğu kimi burada da tarixdəki düşmənçiliyi göstərərk xalqı birliyə çağırır.
Bəxtiyar Vahabzadə ingilis şairi Corc Bayronun “Abidos gəlini” poemasını, A.S.Puşkin, M.Y.Lermantov, N.A.Nekrasov və başqa rus klassiklərinin şeirlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, ancaq öz vətəndaş əqidəsinə uyğun olan əsərləri tərcümə etmişdir.Bu baxımdan şairin şeirləri də türk, rus və.s dillərə tərcümə olunmuş,eyni zamanda bir neçə kitabı Moskvada rus dilində çap olunmuşdur.
Azərbaycanın ikiyə bölünməsi S.Vurğun, M.Şəhriyar, S.Rüstəm kimi şairlərin yaradıcılığında olduğu kimi B.Vahabzadənin də yaradıcılığında kədərlə xatırlanmışdır. O, Azərbaycan xalqının bir dövlət halında birləşmək idealını daim önə çıxarmışdır. Şairin “Gülüstan” poemasında Azərbaycanın ikiyə bölünməsi haqqında danışmağın qadağan olunduğu bir dövrdə qələmə alınmışdır. Bunu nəzərə alaraq şair 1959-cu ildə poemanı Bakıdan uzaqda-Şəkidə buraxılan rayon qəzetində dərc etdirir. Lakin poemanın səsi tez bir zamanda hər tərəfə yayılır, müəllifə millətci damğası vurularaq nəzarətə götürülür. Lakin B.Vahabzadə bu poemaya görə cinayət məsuliyyətinə cəlb olunmur.Lakin 1963-cü ildə Azərbaycan xalqı Gülüstan müqaviləsinin 150 illiyini bayram kimi qeyd etməyə məcbur edilir.
Bu poema müəllifə şöhrət qazandırır. Əsər Azərbaycanın Sovetlər İttifaqının tərkibində olmasına etiraz kimi yazılmışdır. Azərbaycanın birliyi və istiqlalı uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsini yad edərək müstəqillik istəyini dilə gətirir. Müəllif Azərbaycanı bölən tərəfləri yad adlandırır, bir xalqın əvəzinə qərar vermələrinə qəzəblə etiraz edərək deyir:

Bir deyən olmadı, durun ağalar!
Axı bu yurdun öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?

Vətənin parçalanmasına etirazını bildirən şair bunu Tomrislərin, Koroğluların,
Babəklərin ruhuna təhqir sayır. O, ildırımın çaxmasını dünyanın titrəməsini arzulayır. Babaların qan bahasına qoruduğu əmanət olan Vətənin yadların əli ilə bölünməsinə qəzəblənir və deyir:

Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət…
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?

Müəllif müqavilənin imzalandığı kağıza basılan möhürü Azərbaycanın köksünə vurulan dağ hesab edir. O, müqavilənin yazıldığı kağızı sərhəd dirəklərini, xalqı ikiyə bölən Araz çayını qınayır.
Şair ölkənin ikiyə bölünməsinin tarixə, mədəniyyətə, ədəbiyyata da böyük zərbə olduğunu qeyd etmişdir. Sonda müəllif nikbin görünür. O, qeyd edir ki, bir xalqı, milləti ancaq kağız üzərində iki yerə bölmək mümkündür. Can bədəndən ayrıla bilmədiyi kimi bu xalq da bir olacaqdır.

Böl kağız üstündə, böl gecə-gündüz,
Torpağın üstündə dirəklər də düz.
Gücünü, əzmini tök də meydana,
Qoşundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən ancaq
Çətindir bədəni candan ayırmaq!

Azərbaycanın bütövlüyü, müstəqilliyi uğrunda bütün həyatı boyu mübarizə aparmış Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi bu gün də 90 illik yubileyi ərəfəsində hörmətlə anılır və yad edilir.

Son Yazılar

  • Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)
  • 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
  • 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
  • 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
  • Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb

Bəxtiyar vahabzadə özümüzü kəsən qılınc pyesi

Millətin Bəxtiyar şairi

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi təntənə ilə qeyd edildi

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, yaşadılması naminə altmış ildən artıq bir müddətdə yorulmadan yazıb-yaradıb. O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Hər zaman xalqının yanında olmağı bacaran şairə millət sevgisi də tükənməzdir.

Oktyabrın 29-da Heydər Əliyev Sarayında Xalq şairinin 90 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsinə də dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət, ədəbiyyat xadimləri ilə yanaşı, yüzlərlə poeziya həvəskarı qatılıb.

Tədbir iştirakçıları əvvəlcə foyedə görkəmli şair, dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin əsərlərindən və ona həsr edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın dahi şair və şəxsiyyətləri sırasında Bəxtiyar Vahabzadənin adı tamamən fərqli, bənzərsiz və olduqca əhəmiyyətlidir. Güclü bir istedadla ədəbiyyata gələn Bəxtiyar Vahabzadə ötən əsrin 40-50-ci illərindən başlayaraq son nəfəsinə qədər vətənin, əqidənin və bədii sözün əsgəri olub. Bəxtiyar Vahabzadə qüdrətli şair idi. Onun qələmindən çıxan şeirlər, poemalar emosionallığı, fəlsəfi dərinliyi, bədii qüdrəti ilə Azərbaycan və dünya oxucusunun qəlbini həyəcana gətirir, dillərdə dolaşır. Xalqın azadlığı, müstəqil dövlətçilik, vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam şairin yaradıcılığının əsasını təşkil edir.

Nazir vurğulayıb ki, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunur. Bəxtiyar Vahabzadənin yubileyi türk dünyasında da qeyd edilir. TÜRKSOY-un dəstəyi ilə �Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri� kitabı çap olunub.

Qeyd edilib ki, Bəxtiyar Vahabzadə həm də böyük elm adamı, gözəl pedaqoq və dramaturq idi. Uzun illər milli professional səhnədə uğurla nümayiş etdirilən �Yağışdan sonra�, �İkinci səs�, �Özümüzü kəsən qılınc� kimi dram əsərlərini yaradıb. Son 30-40 ildə Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Bəxtiyar Vahabzadə dövlət səviyyəsində də, xalq yanında da milli istiqlal ədəbiyyatının, milli istiqlal düşüncəsi və hərəkatının öndə gedən bayraqdarlarından biri kimi qəbul olunub. XX əsrin ikinci yarısında – sovet ideologiyasının ən sərt dönəmlərində Bəxtiyar Vahabzadənin ana dili uğrunda apardığı mübarizə əslində təkcə dil amilini əhatə etməyib, geniş mənada milli istiqlal, azad vətən, müstəqil dövlət uğrunda mübarizənin tərkib hissəsi kimi meydana çıxıb.

Onun 70-90-cı illərdə yazdığı əsərlər Azərbaycan ədəbiyyatının açıq istiqlal kitabıdır. O həm də yazdıqlarının, ifadə etdiyi idealların konkret daşıyıcısı kimi də xalqımızın önündə gedib, müstəqillik uğrunda mübarizədə ziyalı mövqeyini, borcunu və məsuliyyətini şərəflə yerinə yetirib. Bəxtiyar Vahabzadənin dramaturgiyası da poeziyası, lirikası kimi milli istiqlal və müasirlik məsələlərinə həsr olunub. Qılıncdan da kəsərli olan fəlsəfi-dramatik pyesi �Özümüzü kəsən qılınc� əsəri bu gün də ədəbiyyatımızın zirvəsində dayanan əsərlərdəndir.

Bəxtiyar Vahabzadə bədii yaradıcılıqda olduğu kimi, elmi yaradıcılıqda da həmişə millilik, elmilik, tarixilik, xalqın elmi irsinin millətə çatdırılması kimi məsələlərin mübarizəsini aparıb. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanıb.

Gecədə qiraət ustaları şairin poeziyasından nümunələr söyləyiblər. Ədibin dram əsərlərindən parçalar nümayiş etdirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 2.

Comments are closed, but trackbacks and pingbacks are open.