Press "Enter" to skip to content

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Əfqanıstanda sadəcə bir il yaşamaq Qarabağ qəhrəmanı qədər bir işdir, hörmətli SƏFİR İ.Vahabsadə. Onsuz da bir sıra siyasətçilərimiz gizli mənsubiyyətinəmi və ya şəxsi ambisiyadanmı əslində açıq-aşkar daşnaq mövqeyi göstərir. Minsk qrupunun ABŞlı həmsədri ilk mərhələdə 7 azərbaycanlı rayonlarının evlərinə qaytarılması təklifini irəli sürdüyü halda daimi nümayəndəmiz Q.İsrafilov hələlik 5 rayonun qaytarılmasını rəsmi Azərbaycan mövqeyi kimi ortaya qoymuşdu. Belə mövqelər 24 ildir həllin qarşısını alır.

“AZƏRBAYCANI BMT-də ƏRİ ERMƏNİ OLAN RUSİYA VƏTƏNDAŞI TƏMSİL EDİRDİ” – İsfəndiyar Vahabzadə ŞOK fakt açıqladı

Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə “Yeni Müsavat”a müsahibəsində sensasiyalı fakt açıqlayıb. O nun sözlərinə görə, BMT-nin Avropa bölməsində səlahiyyətli nümayəndə kimi Azərbaycanı İsveçrədə Rusiya vətəndaşı, əri erməni olan bir xanım təmsil edib. Özü də Fransada erməni qəsəbəsində yaşayıb. Bu fakt Azərbaycan xarici siyasətinin hansı vəziyyətdə olduğunu ortaya qoyur. Əlavə şərh vermədən, müsahibənin həmin bölümünü “AzPolitika.info”nun oxucularına təqdim edirik:

– Bir Zümrüd Yağmur var, mən heç tanımıram da o kimdir. Bir yazısını gördüm, bir cümləsi xoşuma gəlmədi. Yazır ki, Bəxtiyar Vahabzadə millətə atalıq edə biləcəyi təqdirdə övladlarına atalıq elədi. Bu, bir az yaxşı söz deyil. Əvvəla, Bəxtiyar Vahabzadənin iki oğlu var. Mən şərq fakültəsini bitirmişəm. 21 yaşında evdən çıxmışam və gedib İran İslam İnqilabında iştirak etmişəm. Ondan sonra gəlib 1-2 il komsomol işində çalışdım. Daha sonra Əfqanıstan müharibəsində oldum. Əgər Bəxtiyar Vahabzadəyə istinad edirlərsə, onda gərək ilk növbədə desinlər ki, bunun övladı Əfqanıstanda döyüşüb, “kontuziya” alıb, İran inqilabında olub. İran inqilabı elə-belə məsələ deyildi. Mən İranın Hərbi Nazirliyində işləmişəm. Sən əvvəlcə mənim keçdiyim yolları bil, ondan sonra danış! Elə dövr idi ki, mən Vahabzadə soyadını da götürməmişdim, imtina etmişdim ki, doktorluq müdafiə edəndə deməsinlər atasına görə edir. Bəxtiyar Vahabzadə oğlunu nazirmi elədi, yoxsa deputatmı seçdirdi, bəlkə icra başçısı qoydurdu?! Axı bu, mənim öz sahəmdir də. İndi siz fikir verin, mən şərq fakültəsini bitirmişəm, şərqşünas kimi İranda, Türkiyədə, Əfqanıstanda uzun müddət işləmişəm. Geri qayıdandan sonra gedib Türkiyədə diplomatik kurs bitirmişəm. Bir də Ali Partiya Məktəbində oxumuşam. İki ali diplomum var, mən gedib qaynaqçı işləməliyəm, yoxsa montyor? Yaxşı, bu sözü deyən qadın fikirləşmirmi ki, məndən əvvəl İsveçrədə həyat yoldaşı erməni olan Sima adlı biri işləyirdi? Niyə digərləri işləyəndə bunu yazmırlar, ancaq Bəxtiyar Vahabzadənin oğlu işləyəndə yazırlar? Mən səfir vəzifəsindən yuxarı qalxmamışam. Söhbət bundan gedir.

– Həmin Sima dediyiniz Azərbaycanı təmsil edirdi?

– Bəli. Mən əvvəlcə Pakistanda səfir işlədim. Oradan qayıdandan sonra İsveçrəyə – BMT-nin Avropa bölməsinə səlahiyyətli nümayəndə yolladılar. Məndən əvvəl Sima Eyvazova idi. Yaşlı adam idi, qaldı Fransada. Erməni qəsəbəsi var idi, Lyaroş, orada yaşayırdı. Ölməyindən, qalmağından xəbərim yoxdur. Özü də həmin bu Sima Rusiya vətəndaşı idi. Bunu heç kim heç yerdə demədi. Anası, əri erməni olandan danışan yox idi. Amma Vahabzadə gedəndən sonra dərhal dedilər ki, Bəxtiyar Vahabzadənin oğlu səfir getdi. Vahabzadənin oğlunun keçmişində nələr var? İran, Əfqanıstan, Türkiyə təhsili. Bunları niyə demirlər? Adama ağır gələn budur. Mən Vahabzadənin oğlu olduğum üçün deputatmı seçildim, nazirmi oldum, yoxsa icra başçısı qoydular?

Şərhlər

============= 2018-04-06 11:47:56

Bəxtiyar müəllimin oğlu bildirklərinin çox az bir hissəsini yazıb.Əslində o bildiklərinin üçdə birini desə heç şübhə etmirəm ki,həmin şəxsi ən azından öldürməklə hədələyərlər.Yüksək dövlət qurumlarında anası,nənəsi erməni və rus olan şəxslər ən aparıcı dövlət vəzzifələrində işləyirlər.Yüksək vəzifə tutan əksər dövlət məmurları üzdə vətəndən,vətənə və dövlətə sədaqətdən danışsalarda,faktiki olaraq həmin şəxslər ancaq özlərinin və ailələrinin maddiyyətini güdməklə məşquldurlar.

[email protected] 2018-04-06 11:47:56

Bir çox məsələdən hali olduq. 20 min erməni qadının dədəsi-anası, urusiyada yaşayan qərdeş-bacısı var. Hamısı da Azərbaycana düşmən. Casusdurlar hamısı.

Mirzezade Arifə 2018-04-06 11:47:56

Azərbaycanda DQarabağla 200 mindən çox erməni yaşayır. DQarabağa 20-25 min erməni ailəsinin hər birinə 25000(iyirmi beş min) ABŞ $ verməklə R.Kuçeryan köçurub. Güman ki, Başneft dən payı da həmin məbləğdən qalanla pula alıb?

Mirzəzadə Arif 2018-04-06 11:47:56

İsfəndiyar müəllim,rəsmi məlumatlara görə yalnız Bakıda 20 mindən çox erməni yaşadığını qeyd edirlər.Bəs onlar kimlərdir? AXtarsanız onların xeyli hissəsi öz ad,soyadlarını dəyişmış (Şaqen-Şahin,Avanes-Avtandil, Qriqori-qalib,aykanuş-Əzizə və s. olmuş) və əksərən dövlət müəssisələrində vəzifələrdə çalışırlar.Hələ 1988-ci ildən əvvəl də onlar yerli Azərbaycanlılardan fərqləndirilib və vəzifələrdə olublar.əBelə halda bir nəfərin BMT-də nümayəndə olması da təsadüf deyil,pıanlı işin nəticəsidir.Yazıq olmuşuq!

Bəhram Qarabağlı 2018-04-06 11:47:56

Əfqanıstanda sadəcə bir il yaşamaq Qarabağ qəhrəmanı qədər bir işdir, hörmətli SƏFİR İ.Vahabsadə. Onsuz da bir sıra siyasətçilərimiz gizli mənsubiyyətinəmi və ya şəxsi ambisiyadanmı əslində açıq-aşkar daşnaq mövqeyi göstərir. Minsk qrupunun ABŞlı həmsədri ilk mərhələdə 7 azərbaycanlı rayonlarının evlərinə qaytarılması təklifini irəli sürdüyü halda daimi nümayəndəmiz Q.İsrafilov hələlik 5 rayonun qaytarılmasını rəsmi Azərbaycan mövqeyi kimi ortaya qoymuşdu. Belə mövqelər 24 ildir həllin qarşısını alır.

Arçil 2018-04-06 11:47:56

Isfəndiyar müəllim!sizi və digər taninmiş şəxslərin övladlarini vəzifə tutmaqda heç kim qinaya bilməz nədənki əgər o vəzifəyə ləyaqəti varsa.bu 1-ci.2-si uman yerdən küsərlər.bu məzlum millətin gözü həmişə ziyalida olub ki taleyüklü məsələdə nē mövqe tutacaq.3-cü bu soyaddan imtina məsələsi eşidəndə yadima Əhməd Cavadin xanimi Şükriyyə xanim düşür.zənnimcə biz Türk kişiləri üçün bunu eləmək heç bir halda olmaz

SUAL 2018-04-06 11:47:56

BU FAKTLAR COXDUR.MƏSƏLƏN 1996-97 CİİLLƏRDƏ BAKİ HƏLƏB TƏYYARƏ REYSİNİ HƏLƏBDƏ ELƏ ERMƏNİLƏR QARIİLAYİB ERMƏNİLƏRİN HOTELİNDƏ SAXLAYİB, ERMƏNİ RESTORANLARİNDA YEDİZDİRİRDİLƏR AZƏRBAYCANDAN GEDƏN TURİSTLƏRİ. BUNLARİN İCƏRİSİNDƏ DAĞİSTANLİLARDA VAR İDİ. YƏNİ TURİSTLƏRİN. ƏN MARAQLİSİ İDƏ BAKİDAN GEDƏN TURİSTLƏRİ APARAN BULAQ FİRMASİ VAR İDİ HAMİSİ DA QARABAĞLİLAR İDİ, FAİQ, İLHAM, ŞİRZAD NƏ BİLİM NƏ. BİABİRCİLİQ İDİ Kİ SETONUN RESTORANİNDA HAMİ SALİKO VURURDU. AEROPORTUN BAKİ NUMAYƏNDƏSİ İSƏ NİYƏ ERMƏNİYDİ?

R-n 2018-04-06 11:47:56

O cumle ile men raziyam.Hegigeten de B.Vahabzade turkculuyu yalniz yaradiciliginda terennum edib,uzde ise shexsi heyatina cox digget yetirib.O gozel bilirdi,olke . esilliler terefinden zebt olunub. O bilirdi ki,hec bir mustegillik yoxdur,hamisi kagiz uzerindedir,mustegilliye ses vermeyenler olkeni idare edirler,susdu.

hərbi pensiyaçı 2018-04-06 11:47:56

təkcə xin-mi? dövlət orqanlarında arvadı erməni olan, cürbəcür üsullarla ermənilərlə əlaqə saxlayan o qədər vətəndaş-məmur varki.

Cavad 2018-04-06 11:47:56

AZərbaycan millətini bir millət kimi sıradan çıxarmaqla məşğul olan məmurlar indi vəzifələri qəsb ediblər və çirkin əməllərini davam etdirirlər.Bir az imkanı olan təmiz qanlı Azərbaycanlıların bir qismi ölkəni tərk edib. bir qismi isə imkan gözləyir.

oxucu 2018-04-06 11:47:56

VAY-VAY DAŞ OLUB BİZİM BAŞIMIZA XƏBƏRİMİZ YOXDUR. ELƏ BİR MÖTƏBƏR YERDƏ ERMƏNİ ? SÖZÜN BİTDİYİ YER.

matin 2018-04-06 11:47:56

Hələ bu harasıdır. 2003-dən qabaq Şaumyanın nəticəsi (Ekaterina adlı rus diplomatiyasında işləyən) Bakıya təşrif buyurmuşdu. Medvedev prezident olanda deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq Azərbaycan və Ermənistanın hökumət üzvləri bir-biri ilə çox yaxşı münasibətdədirlər.

oxucu 2018-04-06 11:47:56

Azerbaycan XALQINI BEDBAXTLIQA DUCHAR EDENLERDEN BİRİ DE XIN naziri Elmar Memmedyarovdur ki, TAMAMILE ASILIDIR Kremlden ve DAIMA, BUTUN GOSTERISHLERI ALIR S. Kalantarov – Lavrovdan. . ERMENIPEREST – RUSPEREST MEMURLARIN AKTIV YARDIMI ile, UZUN ILLERDIR ki, ermeni -rus ishqalindadir Daqliq Qarabaq ve etrafindaki 7 rayonlar. VAXT ITIRILİR ve YALNIZ ILLUZIYA EDIZDIRIRLER XALQA.

t.ədalət 2018-04-06 11:47:56

Bu yazılanlar həqiqətdirsə,vay bizim halımıza!Bir tərəfdən ermənilər DQ-də bizi qırır,o biri tərəfdə hökumətimiz ermənilərə etimad göstərir.Vətən yolunda canını fəda edənlərə iş və mənzil qapısı açmayanlar BMT kimi mötəbər bir təşkilatda erməniyə etbar edir.Belə şeyləri eşidəndə DQ-də şəhid olanlara adamın yazığı gəlir..Heyif onlara!Biz burda-döyüşlərdə sağlamlığımızı,həyatımızı itirəndə,sən demə bizi BMT-də erməni təmsil edirmiş..Bu yolla torpaq qaytarılmaz..

Fəradi 2018-04-06 11:47:56

Sovetin ilk vaxtında məhv edilən ziyalılarımızı demirəm, fikirimcə bu millət 70 ildə məhv olmayıbsa, B.Vahabzadə, İ.Şıxlı, X.Rza, Şirməmməd H., S.Rüstəmxanlı, Ə.Elçibəy, Z.bünyadov, Xudu Məmmədov və adını çəkmədiyim bir sıra ziyalılarımıza borcluyuq.Yadımdadır tələbə olduğumuz 70-80-cı illərdə Vahabzadənin “Gülüstan poeması” əlyazma şəkillində tələbələr arasında yayılır və tələbələr arasında milli hisslər aşılayırdı.İndi 3 yazı yazıb Bəxtiyar haqqında yazılar yazan gənglər özlərinə sual vermirlərki axı biz bu ziyalılarmızdan yaxşı bu vətən üçün neyləmişik?İndi yazmağa nə var ki.Bəxtiyarın evladları traktorçu olmalaydılar?Əgər onlar hansısa vətənə, Bəxtiyara yaraşmayan hərəkətlər ediblərsə konkret fakt gətirin xalq da bilsin.Yoxsa öyrəşmişik ey hamıya çamur atmağa.Millətin ziyalılarını gözdən salmaq üçün bizə başqa millət lazım deyil.

Arçil 2018-04-06 11:47:56

Mən bu gün şərh yazmişdim qeyri-etik qanunvericiliyə zidd heç bir şey yox idi niyə çap eləmirsiz

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Bəxtiyar VAHABZADƏ.Qəzəllər

Azərbaycanın Xalq şairi

Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

Nə güman eyləmisən ondakı tilsimləri sən,
“Kürü ahıyla qurutdu”, “salı yandırdı” muğam.

Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam.

Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

O – ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

Dəfn edin siz məni Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Bu qədər saldı məni həsrət, amandan-amana
Könlüm axırda mənim düşdü gümandan-gümana.

Neçə alim yazıb öz dərdini izhar elədi,
Aşiqin dərdi fəqət keçdi zamandan-zamana

Dərdü-qəmdən usanıb düşdü könül hicr oduna,
Eləyək indi şikayətmi yamandan-yamana?!

Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,
Boşalır göydə buludlar da dolandan-dolana…

Demərəm görməmişəm mən səni çoxdandı,
gülüm, Görürəm surətini yalqız olandan-olana…

Könlümün üstə düşən kölgələr əlan silinir,
Başımın üstünə sən kölgə salandan-salana.

Neçə yol vədə verib əhdə vəfa qılmadı yar,
Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.

Son Yazılar

  • Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)
  • 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
  • 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
  • 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
  • Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart) 12 Mart 2023
  • 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü 12 Mart 2023
  • 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü 12 Mart 2023
  • 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü 12 Mart 2023
  • Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb 11 Mart 2023
  • “Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq 11 Mart 2023
  • “Euronews.com”: Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO 11 Mart 2023
  • UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb 11 Mart 2023
  • Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub 11 Mart 2023
  • Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü… – NARGİS 10 Mart 2023
  • Nargis.”ZERO. ” 10 Mart 2023
  • Gülnar SƏMA.”Fədakarlığı örnək qadınlarımız” 10 Mart 2023
  • İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti” 10 Mart 2023
  • Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək 10 Mart 2023
  • Milli Kulinariya Mərkəzi loqosunu yeniləyib 10 Mart 2023
  • Milli kulinarların Avropada qalib gələn menyularının təqdimatı olub 10 Mart 2023
  • Gənc xanım yazar Şəhanə Müşfiqin “Qutsal yolçu” kitabının təqdimat mərasimi keçiriləcək 10 Mart 2023
  • Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub – 10 Mart 2023
  • TÜRKSOY Yazarlar Birliyi yaradıldı 10 Mart 2023
  • TÜRKSOY-un 30 illiyi münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi elan edilir 10 Mart 2023

Bəxtiyar vahabzadə qafqaz

20 Yanvar günü xalq şairi Bəxtiyar Vahabzadənin 24 il sərasər eşitdiyimiz “Şəhidlər” poemasını yenidən dinləmək qismət oldu mənə. Açığını deyim ki, tələsik yazılmış bu əsəri heç də bəyənmirəm. Həmin anın emosional-psixoloji durumuna uyğun olaraq poema ilə bağlı sərt tənqidi status yazdım. Yazdım və aləm biri-birinə dəydi.

Sosial şəbəkədəki dostlarım “Tərəfdarlarım” və “Əleyhdarlarım” deyə iki cəbhəyə bölündülər. Məni təhqir etməkdən belə çəkinməynlər oldu. Və qədirbilən xalqımızın bu həssas övladlarına söz verdim ki, məsələ ilə bağlı qısa da olsa bir açıqlama yazacam. Çünki artıq Bəxtiyar Vahabzadə ilə bağlı yazdığım fikirlər facebook sərhədlərini aşmış, saytlara və qəzetlərə “sızmağa” başlamışdı.

Bəxtiyar Vahabzadənin ziddiyyətli şəxsiyəti ilə işim yoxdur.

Mənə maraqlı gələn onun şişirdilmiş və imkanlarından çox yuxarıdan təqdim edilmiş yaradıcılığıdır.

O, Nazim Hikmət və Əli Kərimdən sonra həm istedad, həm müasirlik baxımından geriyə atılmış addımdır. Çarpaz qafiyələr, publisistik səliqəsizlik, kitablardan əxz olunmuş fəlsəfi oyunlar, süni təzad quramaçılığı şeirlərindəki poetizmi boğur, əsl ədəbiyyat materialına çevrilməyə imkan vermir.

Sadə bir misal çəkəcəm.

Bəxtiyar Vahabzadənin ən məşhur misralarından biri belədir:

Mən özümün inkarıyam, aman hey!

Bildiyiniz kimi Fəlsəfədə İnkarı inkar qanunu var və bir-iki kitab oxumuş hər kəs bilir ki, insanın gəncliyi onun uşaqlığını, qocalığı gəncliyini inkar edir. Belə bir halda şair bizə heç bir yeni poetik informasiya vermir. İndi, Bəxtiyar müəllimin yaradıcılığını tədqiq etdiyi və ürəkdən vurulduğu Səməd Vurğunun yaradıcılığından bir örnəyə baxaq. O, “Komsomol” poemasında Humayı təsvir edir, onun dalğınlığını, qüssəyə qərq olduğunu göstərir. Təsvirə aid hissənin sonunda isə belə bir beyt yazır:

Bilirəm dərdini, bilirəm nədir

Humay təkayaqlı bir qərinədir!

Bildiyiniz kimi qərinə 33 ildir, otuz ilin yarısını şair “təkayaqlı qərinə” adlandırmaqla onun yarısına işarə vuruub Humayın 16 yaş yarımda olduğunu unikal poetik fəndlə oxucuya çatdırır və onu heyrətləndirir.

Bəxtiyar Vahabzadənin hamıya bəlli olan “çörək undan bişir” fəlsəfəsi, kitabdan oxuduğu bilikləri qafiyələrə salaraq düzəltdiyi şeirlər müasir oxucu üçün maraqlı görünə bilməz. Ən pisi isə odur ki, bu şeirlərin müzakirəsi və tənqidi qadağandır. Kimsə onu toxunulmaz elan edib ehkama çevirmək niyyətindədir.

Halbuki, biz zaman-zaman mövcud olmuş, xalqın taleyində ciddi rol oynamış bu cür tarixi şəxsiyyətlərə doğru-dürüst qiymət verməyincə gələcəyimizi ürəyimiz istəyən kimi qura bilmərik. Adam səhvlərini və çatışmazlıqlarını etiraf etməkdən çəkinməməlidir.

Lütfən, gəlin keçmişimizlə yaxından tanış olaq.

Bizə deyilənlərə yox, öz gördüklərimizə və ağlımıza inanaq.

O ki qaldı şəhidlər mövzusuna.

Bu mövzuda təkcə Bəxtiyar Vahabzadə deyil, o vaxt tələsik şeirlər qələmə alan şairlərin, demək olar ki, hamısı bədii cəhətdən olduqca zəif, fəlsəfi mənada olduqca bəsit şeirlər qələmə alırdılar.

Halbuki Şəhid sözünün böyük fəlsəfəsi var və bu dində işlənən məşhur “Şəhadət” kəlməsindən yaranıb.

Söhbət haqqın varlığına və onun uğuruna öz canı ilə şəhadət verməkdən gedir ki, bu da inancların ən mötəbəri sayılır.

Bəxtiyar Vahabzadə isə, qafiyə xatirinə işlətdiyi “Axı el qeyrəti çəkdi şəhidlər” tipli misralarla bu fəlsəfənin, bu dərinliyin qarşısında sadəlövh görünür.

Mənə qalsa bunun sirri Bəxtiyar Vahabzadənin fəlsəfi biliklərinin və istedadının az olmasında deyil, “Leninlə söhbət” poemasındadır. Dünyanın heç bir yerində və tarixin heç bir dövründə bir ədəbiyyat adamı həm əzən, həm də əzilən tərəfin yanında olmayıb.

Bizi qocaltdınız, heç olmasa gənclərin üstünə əlibaltalı getməyin. Qoyun nəyin nə olduğunu özləri müəyyən etsinlər.

Comments are closed, but trackbacks and pingbacks are open.