Press "Enter" to skip to content

Cahanşah Həqiqi

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Cahanşah Həqiqinin şeirlər toplusunun əlyazma surəti əldə edilib – FOTOLAR

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov İstanbulun Süleymaniyyə kitabxanasının Fatih qismindən XV əsrdə yaşamış Azərbaycan şairi, Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah Həqiqinin (1405-1467) “Şeirlər toplusu – “Divan”ının əlyazma surətini əldə edib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə institutdan məlumat verilib. Bildirilib ki, 107 vərəqdən ibarət nüsxədə farsca 31 məsnəvi, 1 müstəzad, 112 qəzəl, Azərbaycan türkcəsində 94 qəzəl və 29 tuyuq yer alır. Həqiqi divanının məlum olan digər 3 nüsxəsi Londonun Britaniya Muzeyi Kitabxanasında, İrəvanın Mətndaran Əlyazmalar İnstitutunda, Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsi kitabxanasında saxlanılır.

İstanbulun Süleymaniyyə kitabxanasından yeni əldə edilən əlyazma surəti Cahanşah Həqiqinin ən çoxsaylı şeirlərini əhatə edən nüsxədir. Müəllifin dünyagörüşü barədə dəyərli məlumatların əks olunduğu bu məsnəvilərə digər nüsxələrin heç birində rast gəlinmir.

Qeyd edək ki, doğma Azərbaycan türkcəsində gözəl şeirlər qələmə alan Cahanşah o dövrün savadlı və maarifpərvər hökmdarlarından sayılaraq ədəbiyyat tariximizdə “Həqiqi” təxəllüsü ilə tanınıb. Yüksək təhsil görmüş və Şərq ədəbiyyatına dərindən bələd olan Həqiqi Azərbaycan türkcəsi və fars dilində qəzəl, məsnəvi və rübailərin müəllifidir. Özünü Nəsimi məktəbinin davamçısı hesab edən Qaraqoyunlu hökmdarı həm də hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi olub. Dahi fars şairi Əbdürrəhman Cami onun “Divan”ının bədii və mənəvi keyfiyyətlərini yüksək qiymətləndirərək öz şeirlərinin birində onu “Xəzinə” adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Cahanşah Həqiqi

Cahanşah Həqiqi Azərbaycan Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi.
Doğma Azərbaycan türkcəsində gözəl şeirlər yazmış Cahanşah ədəbiyyat tariximizdə “Həqiqi” təxəllüsü ilə tanınmışdır..
Həqiqinin “Divan”ının “macəra”sı da şairin həyatı qədər maraq doğurur. Tədqiqatçılar uzun müddət həmin divandan xəbərsiz olduqlarından onu itmiş zənn etmişdilər. Və yalnız 1961-ci ildə əlyazmanın sirri açıldı. Məlum oldu ki, Həqiqinin “Divan”ı uzun müddət İstanbulda, türk sultanlarının saray kitabxanasında saxlanılıb. Sultan Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir müddət sonra isə Misirdə, İskəndəriyyə kitabxanasında tapılmışdır. Lakin sonradan buradan da yoxa çıxaraq, dünyanı gəzə-gəzə Londona gəlib çıxmışdır. Məşhur şərqşünas alim Minorski onunla burada tanış olub. Lakin əlyazma burada da qalmır. Nyu-Yorka, erməni kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə düşən əlyazma buradakı başqa əsərlər kimi, onun vəsiyyətinə əsasən, İrəvan Universitetinə gətirilir. Azərbaycan alimi Lətif Hüseynzadə “Divan”ı burada tapmış və işləyərək, dərc etdirmişdir.

Sevgi şerləri

O süzgün baxışdan öldüm əzizim,
Hər baxışın mənə bir işgəncədir.
Baxışların oldu sevda dənizim,
Gülən baxışların qəlb sevincimdir.

Gözümə zillənib baxanda gözlər,
Sanki bir dikanı battı hər gülün.
Elə ki çəkildi o gülən gözlər,
İndi de əzizim mən necə gülüm.

Bəzən baxışların sevincim oldu,
Kədəri qoymadı bir dəyqə yaxın.
O baxış bəzəndə bir him-cim oldu,
Bəzən ürək deyir bir az çox baxın.

Güldürmə demə ki baxmıram sənə,
Sevən gözlər heç vaxt yalan söyləmir.
Sevirəm denən sən mənə bir dənə,
Gözlər yorulubdur tabda gətirmir.

İlk dəfə gözlərin baxanda mənə,
Bir anlıq qırıldı qolum qanadım.
Elə hey baxırdın mənə,
Sevgi nə deməkmiş onda anladım.

Qələmin bəs dedi gedirəm indi,
Deyir yenə baxar dur get yanına.
Gördüm yenə baxdın qəlbim sevindi,
Gözlərim hey baxır gələn yoluna.

Vəfasızlara

Qoyma bu məhəbbət bitsin kədərlə,
Məni atıb getmə,getmə sevgilim.
Oynama vəfasız sevən ürəklə,
Dikanlı gül olub bitmə sevgilim.

Gün gələr sevgilim səndə sevərsən,
Onda bu sevgilin düşər yadına.
Əl açıb sən məndən sevgi istərsən,
Bilki bu sevgimdə çatmaz dadına.

Yenədə sən düşün gülüm gedərkən,
Nəyə lazım qüssə kədər sevgilim.
Məni ağlar qoydun səni sevərkən,
Eylədin qəlbimi hədər sevgilim.

Eşitdim başqası olub həmdəmin,
O da çox sevməyib tez atıb səni.
Zəng vurub danışdın mənə dərd qəmin,
Sənə dedim axı axtarma məni.

Sən yoxsan

Sən yoxsan işıqlı dünyam qaralıb,
Sən yoxsan qara saçım ağarıb.
Fikrim xeyalım sanki dağılıb,
Ey fikrim xəyalım söylə hardasan?.

Ağlama deməkdən gecələr bezdi,
Sanki gecələrdə eşq dərdindədir.
Dağlara danışdım dağlar diz çökdü,
Deməli bu ürək gör nə gündədir.

Eşqinlə danışdım gözlər qan tökdü,
Qəddimi bir tək o vefasız bükdü.
Həyatda bu mənə ən ağır yükdür,
Qaldıra bilmədim qəlbim də çökdü.

Həsrətində gözlər birdə mən qaldım,
Sevgidən həyatda dərsimi aldım.
Elə vurdun ki sən yıxılıb qaldım,
Səni isə bəxtsizlər yanına atdım

Ağlama Ürəyim

Bilməzdin əzablar çəkəcəksən sən,
Bilməzdin dirilib öləcəksən sən.
Ağlamaqdan Vallah tükənəcəysən,
Ağlama ürəyim ağlama daha.

Qoyma düşmənlərin baxıb gülsünlər,
Qoyma dərt sərini onlar bilsinlər.
İzin ver göz yaşın dostlar silsinlər,
Ağlama ürəyim ağlama daha.

Sən layiq deyilsən bu göz yaşına,
Sevdiyin daş saldı sənin başına.
Ağlamaq yaraşmır sənin yaşına,
Ağlama ürəyim ağlama daha.

Həyatdan ağrılar çox görmüsən sən,
Bilirəm o şəxsi çox sevmisən sən.
Onun yoxluğunda yaş tökmüsən sən,
Ağlama ürəyim ağlama daha.

Yoxsa peşmansanmı sən sevdiyinə,
Təkcə özün inan öz bildiyinə.
Ağlamaqdan qurtar get sevdiyinə,
Ağlama ürəyim ağlama daha.

Satlar tez ötdü dəyqələr bitdi,
Bu da bir taledi tez gəldi keçdi.
Göz yaşı faydasız ağlamaq gecdir,
Ağlama ürəyim ağlama daha.

Sevirəm ilk eşqim sevirəm səni

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Hardasan göz nurum,Hardasan indi

Çıxıb uca dağabaxdım sol sağa,
Dərdimi danısşdım bir daşa dağa.
Gözüm het zillənib baxır yollara,
Hardasan göz nurum hardasan indi.

Bax gülüm solubdu canım dərdindən,
İnan heç bezmədim sənin sevgindən.
Məni ayrı salma o nur üzündən,
Hardasan göz nurum hardasan indi.

Taqətdə qalmıyıb dözməyir bu can,
Sən gəlmirsən onda mən gəlim dayan.
Məni təkcə anlayan duyan,
Hardasan göz nurum hardasan indi.

Bir duysam səsini bir il bəsimdi,
Sevginə bil möhtac mənim qəlbimdi.
Həsrətlə uzanan sənə əlimdi,
Hardasan göz nurum hardasan indi.

Qoyma həsrətindən yanam alışam,
Dərdimi danısşdım əridi bir şam.
Otağım qaranlıq nursuz qalmışam,
Hardasan göz nurum hardasan indi.

Artıq ürəyimdə dayanmır dərdə,
İşıqsız bir yerdə qəlbim əlində.
Ürək çox kiçikdi dözməz bu dərdə,
Hardasan göz nurum hardasan indi.

Nə olar bir səs ver səsimə mənim,
Bir sözun bəs edər yanına gəlim.
Ağlamaqdan daha bezib gözlərim,
hardasan göz nurum hardasan indi.

Daha yazmayacam ayrılıq sözün,
Yenə zillənəcək yollara gözüm.
Nursuzdu yolları bu gözüm,
Hardasan göz nurum hardasan indi.

Baxılıb: 111149 Tarix: 02 aprel 2008

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Comments are closed, but trackbacks and pingbacks are open.