Cahangir huseynov əfşar nadir sah efsar
təşəbbüsü həyata keçirməsinə mane olmağa çalışırdılar. Osmanlı dövləti ilə yeni müharibənin başlanması Nadir şahı
İstanbulda “Azərbaycan Nadir Əfşar dövləti” kitabının təqdimatı olub
Bakı. 30 dekabr. REPORT.AZ/ İstefada olan polis polkovniki, professor Cahangir Hüseyn Əfşarın türk dilində nəşr olunmuş “Azərbaycan Nadir Əfşar dövləti” elmi-publisistik kitabının İstanbulda təqdimatı keçirilib. “Report” xəbər verir ki, “Aydınlar Ocağı”nda təşkil olunan təqdimat mərasimində Türkiyənin tanınmış ədəbiyyatçıları, məşhur elm və sənət adamları, tarixçilər, KİV nümayəndələri iştirak ediblər. Böyük Azərbaycan hökmdarı, Şərqin son fatehi Nadir şah Əfşardan bəhs edən 400 səhifəlik “Azərbaycan Nadir Əfşar dövləti” kitabı nəfis tərtibatla İstanbulda nəşr olunub. Təqdimat mərasimində “Aydınlar Ocağı”nın Anadolu bölməsinin rəhbəri, professor İbrahim Öztək, kitabın tərcüməçisi Cumhur Turan və başqaları çıxış ediblər. Onlar bildiriblər ki, müəllif kitabda Nadir şahın həyatı, Azərbaycanın və İranın böyük bir hissəsini işğal etmiş osmanlılara və əfqanlara qarşı apardığı müharibələr, nəhayət, şahlıq taxtına çıxması və s. əməli fəaliyyətini çoxsaylı tarixi faktlar əsasında araşdıraraq oxuculara çatdırır. Çıxış edənlər əminliklə bildiriblər ki, “Azərbaycan Nadir Əfşar dövləti” elmi-publisistik kitabı Nadir şah dövrünü araşdıran, bu bölgənin dövlətçilik ənənələrinin, hətta mədəniyyətinin və digər dəyərlərinin tədqiqinə maraq göstərən mütəxəssislər üçün çox əhəmiyyətli mənbədir. Mərasimdə çıxış edən Cahangir Hüseyn Əfşar kitabın yazılma səbəbləri, onun yüksək səviyyədə ərsəyə gəlməsi üçün istifadə etdiyi mənbələr barədə məlumat verib, əsərin türk dilində nəşrinin əhəmiyyətindən danışıb. Müəllif təqdim olunan kitabın yazılmasını və başqa dillərə tərcümə olunmasını ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin kitab yaradıcılığının inkişafına göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirib. O qeyd edib ki, “Azərbaycan Nadir Əfşar dövləti” kitabını yazmaqda məqsədi Azərbaycanın zəngin dövlətçilik tarixi, xalqımızın enişli-yoxuşlu inkişaf yolu, qədim mədəniyyətimiz və öyrənilməsi bütün dünya üçün vacib olan dəyərlərimiz barədə oxuculara məlumat vermək olub. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Nadir şah haqqında yazdığı əsərlər kitabın yazılmasında ona yaxından kömək edib. Nadir şahın təkcə yenilməz sərkərdə yox, eyni zamanda, qurucu, islahatçı kimi rəhbərlik etdiyi ölkədə hərtərəfli inkişafa nail olmaq üçün həyata keçirdiyi çoxistiqamətli tədbirlərin mahiyyəti barədə nadir mənbələrdən yeni-yeni faktlar bu tədqiqata cəlb olunub. Böyük zəhmət hesabına ərsəyə gələn bu kitab Nadir şah Əfşarın anadan olmasının 325 və qurduğu qüdrətli dövlətin 280 illiyinə həsr edilib.
Cahangir huseynov əfşar nadir sah efsar
XVIII əsrin 30-cu illərində Azərbaycanda vəziyyət kəskin dəyişmişdi. Ölkə ərazisi Osmanlı imperiyası və Səfəvilər arasında gedən qanlı döyüşlər meydanına çevrilmişdi. Ərazisinin bir hissəsini əfqanlar, qərb hissəsini isə osmanlılar zəbt etdikdən sonra Səfəvilərin hakimiyyəti və onun bir dövlət kimi varlığı üçün ciddi təhlükə yaranmışdı. Düşmənlərə qarşı mübarizədə daxili qüvvələri birləşdirmək lazım idi.
Bu məsul vəzifəni kim öz üzərinə götürdü?
Səfəvi dövlətinin ərazilərini azad etmək üçün o nə etdi?
Səfəvi dövlətinin sərhədlərinin bərpası. Nadir xan Əfşar. XVIII yüzillikdə dünyanın ən tanınmış sərkərdələrindən biri də Nadir şah Əfşar olmuşdur. Nadir türk əfşar boyundan idi. Əfşarlar öz döyüşkənlikləri ilə fərqləndikləri üçün Səfəvi ordusunda mühüm yer tuturdular. Hətta şah I Abbas özbəklərin hücumlarının qarşısını almaq üçün Xorasanın sərhədlərinə məhz əfşar tayfalarını göndərmişdi.
1726-cı ildən Nadir II Təhmasibin yanında xidmətə başlamışdı. İgidliyinə görə II Təhmasib onu sipəhsalar* təyin etmişdi.
Saray əyanları II Təhmasiblə Nadirin arasını vurmaq və yüksək vəzifələri ələ keçirməyə çalışırdılar. Nəticədə II Təhmasiblə Nadir arasında hərbi toqquşma yarandı. Döyüşdə Nadir qələbə
* Sipəhsalar — qoşun başçısı
Azərbaycan Nadir şah imperiyasının tərkibində (1736-1747)
müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular.
Suqavuşan qurultayı nəticəsində:
Əfşarlar dövləti yarandı.
Səfəvilərin sülaləsinin hakimiyyətinə son qoyuldu.
Suqovuşan qurultayında aşağıdakı Azərbaycan feodalları Nadirin şah seçilməsinə qarşı çıxdılar:
Ziyadoğlu kimi tanınan Gəncə bəylərbəyi.
Qarabağın – Otuzikilər, Kəbirli və Cavanşir tayfalarının başçıları.
Nadir şah ona sadiq qalan feodal əyanları öz vəzifələrində saxladı. Lakin Nadirin şah seçilməsinə qarşı çıxan
feodalları cəzalandırmaq məqsədi ilə şah onlara qarşı sonralar
Azərbaycanın gələcək tarixi üçün uğursuz addımlar
aşağıdakı tədbirləri həyata keçirdi:
Həmin Azərbaycan feodallarının başçıları, ailələri ilə birlikdə Xorasana sürgün edildi.
Gəncə bəylərbəyinə daxil olan Borçalı və Qazax mahalları o zaman Nadir şahdan vassal asılılığında
olan Kartli-Kaxetiya hakiminin tabeliyinə verildi
Qarabağ bəylərbəyinə tabe olan məlikliklər
(Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın)
tabeliyindən çıxarılaraq şahın idarəsinə verildi.
Nadir şah Əfşar
Əfşar imperiyasının
bayrağı və gerbi
Nadir şahın
kəsdirdiyi pul
Nadir şahın Əfqanıstana və Hindistana yürüşü
Nadir şahın Mərkəzi Asiyaya yürüşü
Nadir şah imperiyasının sərhədləri
NADİR ŞAH ƏFŞAR İMPERİYASI
Nadir şahın daxili siyasəti
Nadir şah ölkədə mərkəzləşmiş dövlət yaratmaq üçün bir sıra tədbirlər – islahatlar həyata keçirdi:
İdarə aparatında bir sıra ali vəzifələr, o cümlədən baş vəzir, sədr-əzəm vəzifəsi ləğv edildi.
Şahın hakimiyyətini qəbul etmiş hakimlərə nəzarət üçün onların yanına xüsusi naiblər təyin olundu.
Dövlət dörd əyalətə (Azərbaycan, Əcəm İraqı, Xorasan və Fars vilayətlərinə) bölündü.
Səfəvilər dövründə mövcud olan Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyiliklərini ləğv edərək
paytaxtı Təbriz olan vahid inzibati bölgü yaradıldı.
İbrahim
xanı buraya başçı təyin edildi.
Vergi islahatı keçirildi.
Vergi toplanması işini qaydaya salmaq üçün vəzifə bölgüsü aparıldı. Bu işə
ciddi nəzarət dövlətin gəlirini xeyli artırdı. Belə ki, xalqdan toplanılan vəsait indi ayrı-ayrı adamlar
tərəfindən mənimsənilmədən xəzinəyə daxil edilirdi. Xəzinəyə daxil olan vergilərin çox hissəsi ordunun
saxlanılmasına xərclənirdi.
Həyata keçirilən hərbi islahat nəticəsində güclü ordu yaradıldı.
Rəiyyəti (kəndliləri) hərbi qulluğa çağırıldı.
Ruhanilərin var-dövləti dövlət xəzinəsi üçün müsadirə etdi.
Nadir şahın daxili siyasəti nəticəsində:
Mərkəzi hakimiyyəti gücləndi.
Ayrı-ayrı tayfa başçılarının mövqeyi zəiflədi.
Nadir şahın güclü ordu yaratması
Nadir şah qoşunların formalaşdırılmasında Səfəvi dövlətinə aid olan bir sıra xüsusiyyətləri qoruyub
saxlamaqla yanaşı ciddi yeniliklər etdi. Orduda yüngül artilleriyanın (zənburəklərin) istifadəsi genişləndirildi. Nadir
şahın qoşunlarının aparıcı hissəsini süvari qoşun təşkil edirdi.
Dövlətin şimaldan və cənubdan, eyni zamanda dənizdən təhlükəsizliyini təmin etmək üçün İran körfəzində və
Xəzər dənizində hərbi donanma
yaratmaq qərara alındı. Bu məqsədlə İngiltərə, Hollandiya və Rusiya ilə danışıqlar
aparıldı. Lakin bölgədə gələcək işğalçı planlarını həyata keçirmək istəyən Avropa dövlətləri Nadir şahın bu
təşəbbüsü həyata keçirməsinə mane olmağa çalışırdılar. Osmanlı dövləti ilə yeni müharibənin başlanması Nadir şahı
İran körfəzində hərbi dəniz donanması yaratmaq təşəbbüsünü təxirə salmağa məcbur etdi. Buna baxmayaraq, Nadir
şah hərbi-dəniz donanması yaratmaq təşəbbüsünü sonralar
da davam etdirdi. O, həm hərbi gəmilər düzəldilməsi,
Cavanşirlilər
Ziyadoğlular
Nadir xanın şah seçilməsinə razı olmayan Azərbaycan feodalları
Nadir xan Səfəvilər dövlətində rəhbərlik etsə də, qanuni
dövlət rəhbəri deyildi. Dağıstan yürüşündən sonra o
özünü qanuni dövlət rəhbəri elan etmək üçün Muğan
qurultayının keçirilməsi üşün böyük təşkilatçılıq işləri
apardı. Qurultaya şoxlu sayda adam dəvət olunduğu
üçün təyin olunmuş məntəqədə 12 min çadır quruldu.
1736-cı il fevralın 14-də Muğan düzünə toplaşanlar
Ramazan bayramını qeyd etdilər. Səhəri gün bütün
iştirakçılar onlar üçün ayrılmış meydana toplaşdılar.
Qurultayda tərəfdarlarının çoxluğuna nail olan Nadir
xan şah elan olundu.
Nadir şahın yaratdığı dövlət Səfəvilər dövlətindən fərqli olaraq, dini yox, dünyəvi dövlət idi. Nadir şah
din xadimlərinin dövlət işlərinə müdaxiləsinin qarşısını almaqla yanaşı, özünə sərvət toplayan dindarlara
qarşı tədbirlər həyata keçirdi. Məlumatlara görə, Nadir şah taxt-taca sahib olandan sonra yüksək
məqamlara malik olan din xadimlərini toplayıb onlardan sərvətlərini necə əldə etdiklərini soruşmuş, onları
dinlədikdən sonra əmr etmişdi ki, ruhanilərin var-dövləti dövlət xəzinəsi üçün müsadirə edilsin. Nadir şah
islamda sünni və şiə məzhəblərinə parçalanmanın da əleyhinə idi. Nadir şah Quranla yanaşı, İncilin və
Tövratın da tərcümə edilməsinə göstəriş vermişdi.
həm də donanma mütəxəssislərinin yetişdirilməsi üçün bir sıra tədbirlər gördü. Bunun üçün Xəzərdə gəmiçilik
zavodu tikdirdi. Onun səyi ilə top istehsal edən zavodlar inşa edildi.
Beləliklə, Nadir şahın hərbi islahatları nəticəsində güclü ordu yaradıldı. Məhz Nadir şahın hərbi səfərlərdə
uğurlar əldə etməsinin səbəblərindən biri də onun güclü ordu yaratması idi.
Nadir şahın islahatları nəticəsində dövlət xeyli gücləndi. Lakin ölkədə vergi və mükəlləfiyyətlərin son dərəcə
artırılması əhalini var-yoxdan çıxartdı. Şahın əmri ilə rəiyyət hərbi qulluğa çağırılırdı. Nadir şahın sənətkar və
tacirləri Xorasana köçürməsi Azərbaycanın şəhər həyatına ağır zərbə vurdu. Nəticədə XVIII əsrin 30-40-cı
illərində Azərbaycanın təsərrüfat həyatı tənəzzülə uğradı və mövcud hakimiyyətə qarşı çıxışlar baş verdi.
Əfşar imperiyasının döyüşçüsü: piyada, bayraqdar, süvari və zənburək
Tarixçilər Nadir şahı Napoleonla müqayisə edirlər. Napoleon özü də Nadir şahın sərkərdəlik
istedadı haqqında bu fikirləri söyləmişdir: “Nadir şah böyük döyüşçü idi, böyük qüdrət sahibi ola
bilmişdi, ixtişaş yaradan fitnəkarları, düşmən qoşunlarını vahiməyə salırdı. O, Vətəninin
düşmənlərinə qənim kəsildi və ölkəsinə iftixarla padşahlıq etdi”.
Azərbaycanın şimal-şərqində Nadirə qarşı ilk üsyanlar (1734-1735)
XVIII əsrin 30-cu illərinin ortalarında vergilərin ağırlığı və feodal zülmü
Azərbaycanda xalqın vəziyyətinin ağırlaşmasına səbəb oldu. Nadir şahın köçürmə
və vergi siyasəti əhali tərəfindən böyük narazılıqla qarşılanmışdı.
hakimiyyətə qarşı çıxışlar artırdı.
Nadir şaha qarşı çıxışlar əsasən onun digər
ərazilərə yürüşü zamanı baş verirdi. Müqavimət göstərə bilməyənlər isə daimi
yaşayış yerlərini tərk edir, qonşu bölgələrə köçüb gedirdilər. Məhz buna görə də
torpağı becərməyə və orduya çağırmağa adam tapılmırdı. Nadir şah qaçanları tutub
əvvəlki yaşayış yerlərinə qaytarmağı əmr etmişdi.
Nadirə qarşı üsyanlar ilk dəfə hələ
Səfəvilər dövlətinin mövcud olduğu
dövrdə, 1734-cü ildə Astaranın yoxsul kəndliləri tərəfindən
Şəki vilayətindəki Göynük mahalına daxil olan
Biləcik kəndinin əhalisi də
Üsyançılara Göynük mahalının digər kəndləri Car və Tala
kəndlərinin sakinləri də qoşulmuşdu. Kəndli dəstələri Səfəvi məmurları və keşikçi
dəstələrinin üzərinə hücum etmişdilər.
Vergi toplanması işində vəzifə
Nadir şah
Əfşarın
tədbirləri
Ruhanilərin əmlakını dövlət
xəzinəsi üçün müsadirə etdi
Vahid inzibati bölgü
İdarə aparatında bir sıra ali
Rəiyyəti – kəndlilər hərbi
Gəmiçilik və top istehsal edən
zavodlar inşa etdirdi
Car və Tala əhalisinin
istehkamlarından biri –
Cingöz qalası
1735-ci ilin fevralında Nadir xan üsyanı yatırmaq üçün oraya böyük cəza
dəstəsi göndərdi. Nəticədə
Car və Tala sakinlərindən 160 nəfər
Sonra şahın cəza dəstələri Dərbəndə qədər olan əraziləri
hakimiyyət əleyhinə olan qüvvələrdən təmizləyə bildi.
Şirvan üsyanı yatırılsa da, ümumən Azərbaycanda xalq hərəkatı sarsılmadı.
Həmin dövrdə Şamaxıda daha böyük üsyan baş verdiyindən Nadir şah 1734-cü
ildə Şamaxıya hücum etdi. Nadir xan öz qoşunu ilə Şamaxıya yaxınlaşanda, şəhər
əhalisi ona müqavimət göstərdi. Bundan qəzəblənmiş Nadir xan Şamaxını ələ
keçirdikdən sonra şəhəri yandıraraq darmadağın etdi, əhalisinin isə köçürülməsi
əmrini verdi. Beləliklə, 1735-ci ildə Şamaxı şəhəri yaxınlığında yeni Ağsu (Yeni
Şamaxı) şəhərinin əsası qoyuldu. Bu dövrdən etibarən Ağsu şəhəri Şirvan
hakimlərinin iqamətgahı oldu.
Nadir şaha qarşı Car üsyanı (1738-1741)
Ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məqsədilə Nadir şah uğurlu hərbi yürüşlər
həyata keçirməyi nəzərdə tutmuşdu. Hərbi yürüşlərdən əldə edilmiş qənimət və sərvət xalqın rifahı üçün sərf
edilməli idi. Digər tərəfdən hərbi yürüşləri həyata keçirmək üçün külli miqdarda pul vəsaiti lazım idi. Nadir şah
həmin vəsaitin əldə olunması üçün əhalidən yığılan vergini pulla əvəz edərək vəziyyətdən çıxmaq istəsə də, buna
nail ola bilmədi. Bu addım kəndlilərin daha da var-yoxdan çıxmasına və Nadirə, eləcə də mərkəzi hakimiyyətə qarşı
yenidən mübarizəyə qalxmasına səbəb oldu.
Nadir şah 1737-ci ildə böyük ordu ilə Mərkəzi Asiyaya və Hindistana yürüş etdi. Nadir şahın ölkədə
olmamasından istifadə edən Azərbaycanın şimal-qərb bölgəsinin əhalisi 1738-ci ildə yenidən üsyan etdi. Ən böyük
üsyan Carda (hazırkı Zaqatala rayonunun ərazisində) baş verdi.
Car üsyançıları Dağıstandan kömək aldılar.
Üsyanı yatırmaq üçün Nadir şahın qardaşı, Azərbaycan bəylərbəyi İbrahim xan böyük ordu ilə buraya gəlsədə
qanlı döyüş nəticəsində – xanın qouşun məğlub edildi və İbrahim xan ölümcül yaralandı.
Cənubi Qafqazı itirməkdən ehtiyat edən Nadir şah 1741-ci ilin yazında Mərkəzi Asiyaya səfərini başa
çatdıraraq üsyançılara qarşı yürüşə özü başçılıq etdi və Car üsyanını böyük çətinliklə yatırdı.
Şirvanda I Sam Mirzə üsyanı (1743)
1743-cü ilin əvvəllərində Şirvanda Nadir şaha qarşı başlanmış üsyanlar geniş vüsət aldı. Belə bir şəraitdə
özlərini Səfəvi şahzadələri yəni II Təhmasibin oğulları kimi təqdim edən yalançı şahzadələr – I, II, III Sam
Mirzələr meydana çıxdılar.
Əhalinin vəziyyətinin pisləşməsi Səfəvi dövlətinin bərpası meyillərinin güclənməsinə səbəb olmuşdu. Xalq
Səfəvilər sülaləsinin yenidən hakimiyyətə qayıtması ilə vəziyyətin yaxşılaşacağına ümid edirdi. Şirvanda Nadir şah
hökmranlığına qarşı yönəlmiş üsyan «əsl hökmdar» ideyası altında gedirdi.
Əhali Əfşar sülaləsinin hökmranlığından
narazı olduğu üçün yalançı şahzadəni – I Sam Mirzəni müdafiə etdi.
1743-cü ildə I Sam Mirzə qısa bir müddət
ərzində böyük dəstə toplayaraq Əfşarlar dövlətinə qarşı üsyan qaldırdı. Bəzi kiçik feodallar da üsyançılara
I Sam Mirzəyə Qazıqumuxlu Surxay xan kömək etmək üçün öz dəstəsilə onun düşərgəsinə gəlmiş və
onlar birlikdə Yeni Şamaxıya – Ağsuya 50 min nəfərlik qoşunla hücum etdərək şəhəri tutmuşdular.
Mirzənin xalqı vergilərdən azad etmək vədi onun xalq arasında nüfuzunu artırmışdı.
1743-cü ildə Nadir şah Şirvanda I Sam Mirzə üsyanını yatırmaq üçün oğlu Nəsrullah Mirzəni I Sam
Mirzəyə qarşı ordu ilə Şamaxıya göndərdi. 1743-cü ildə Nəsrullah Mirzənin başçılığı altında şah ordusu ilə I Sam
Mirzə arasında Şamaxı yaxınlığında Şirvan düzənliyində həlledici döyüş baş verdi. Döyüş nəticəsində:
I Sam Mirzənin qoşunu darmadağın edildi.
Nəsrullah Mirzə Şamaxıda Nadir şah idarə üsulunu bərpa etdi.
Nadir şah əleyhinə üsyanların səbəbləri
Nadir şahın ağır vergi siyasəti
Yerli feodallların zülmü
Ağsu şəhərində «Xaraba
şəhər»in qalıqları
Şirvanda II Sam Mirzə üsyanı (1743)
I Sam Mirzə üsyanının yatırılmasına baxmayaraq Şirvanda Nadir şah əleyhinə mübarizə zəifləmədi.
ilin sonlarında xalq hərəkatına Ərdəbildən Şirvana gəlmiş II Sam Mirzə başçılıq etməyə başladı.
Ağsudan Dərbəndə qədər olan bütün ərazilər hələ də üsyançıların əlində idi. Şirvan üsyançıları Ağsu şəhərini
tutdular, şahın vergi toplayanlarını qovub, oraya özünü yeni «Səfəvi şahzadəsi» kimi qələmə verən II Sam Mirzəni
Şamaxılıların bu qələbəsi şimal-şərqi Azərbaycanda əhalini mübarizəyə ruhlandırdı.
Yeni Şamaxıya – Ağsuya gələn kimi xalqın rəğbətini qazanmaq məqsədi ilə bir sıra tədbir həyata keçirdi:
Ağır verigləri ləğv etdi.
Əhalidən az miqdarda vergi toplanması barədə göstəriş verdi.
Bu tədbirlər üsyanın genişlənməsinə səbəb oldu. Şirvan üsyanı geniş vüsət alaraq Xəzər sahillərindən
Gəncəyədək böyük bir ərazini əhatə etdi.
Bu zaman Osmanlı dövləti ilə müharibə aparan Nadir şah Şirvanda
olan hadisələrdən narahat olduğu üçün oğlu Nəsrullah Mirzəni böyük bir
qoşunla yenidən Şirvana göndərdi.
Lakin döyüş nəticəsində Nəsrullah
şirvanlılalarla döyüşdə ağır məğlubiyyətə uğradı. Bu
məğlubiyyətdən sonra Nadir şah təcili tədbirlər görməyə məcbur oldu – şah
Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas qüvvələrlə
Azərbaycandakı üsyaları yatırtmağı qərara aldı.
Yeni hərbi qüvvələr almış
Nəsrullah Mirzənin qoşunu 1743-cü ilin
sonlarında Ağsu yaxınlığında üsyançılarla döyüşə girdi. Ağsu
yaxınlığında baş vermiş döyüş nəticəsində:
Nəsrullah Mirzə qalib gələrək Şirvan üsyanını yatırdı.
II Sam Mirzə məğlub olaraq Gürcüstana qaçdı.
Ərdəbil və Təbrizdə III Sam Mirzə üsyanı (1747)
Şirvan və Şəki üsyanlarından sonra Azərbaycanda xalq kütlələrinin vəziyyəti daha da pisləşdi. Xalq
kütlələrinin ağır vəziyyətinə baxmayaraq, Nadir şahın əhali üzərinə yeni vergilər qoyulması haqqında fərmanlar
verməsi xalq kütlələrinin yeni silahlı üsyanlara başlaması üçün təkan oldu.
XVIII əsrin 40-cı illərinin sonlarında Azərbaycanın cənub vilayətlərində güclü üsyanlar başlandı.
ildə Nadir şah əleyhinə Ərdəbil və Təbrizdə baş verən üsyana Səfəvi hakimiyyətini bərpa etmək uğrunda
mübarizə aparan III Sam Mirzə başçılıq edirdi.
III Sam Mirzə şəhərlilərin böyük bir hissəsini öz tərəfinə çəkərək
silahlı dəstələr yaratdı və onların köməyi ilə hakimiyyəti ələ aldı.
Lakin III Sam Mİrzə üsyanı Nadirin əmisi oğlu
Əmiraslan xan tərəfindən Təbrizdə qətlə yetirildi və üsyan yatırıldı.
I Sam Mirzə və II Sam Mirzə üsyanlar arasında müəyyən oxşar cəhətlər var idi: hər iki üsyan eyni
ildə, Nadir şah idarə üsuluna qarşı, Şirvan ərazisində baş vermişdi, hər ikisi də Yeni Şamaxını – Ağsunu tutaraq
əhalini bəzi vergilərdən azad etmişdi, hər iki üsyan Nadir şahın oğlu Nəsrullah Mirzə tərəfindən yatırılmışdı.
Sam Mirzələrdən fərqli olaraq III Sam Mirzə üsyanı Şirvanda deyil, Təbrizdə və Ərdəbildə baş vermişdi. Lakin
Nadir şaha qarşı baş verən hər üç üsyanın başçıları Səfəvilər dövlətini bərpa etməyə çalışırdılar.
I Sam Mirzə üsyanı
II Sam Mirzə üsyanı
III Sam Mirzə üsyanı
1743-cü ilin əvvəllərində
Şirvanda Nadir şaha qarşı xalq
hərəkatına başçılıq etmişdi
Yeni Şamaxını –Ağsunu tutaraq
əhalini vergilərdən azad etmişdi
Nəsrullah Mirzənin başçılığı
altında şah ordusu ilə Şamaxı
yaxınlığında baş verən döyüşdə
məğlub olmuşdu
1743-cü ilin sonlarında
Şirvanda Nadir şaha qarşı xalq
hərəkatına başçılıq etmişdi
Yeni Şamaxını –Ağsunu tutaraq
əhalini vergilərdən azad etmişdi
Nəsrullah Mirzənin başçılığı
altında şah ordusu ilə Ağsu
yaxınlığında baş verən döyüşdə
məğlub olmuşdu
1747-ci ildə Nadir şah əleyhinə
Ərdəbildə və Təbrizdə baş
Səfəvi hakimiyyətini bərpa
etmək uğrunda mübarizə
Təbrizdə hakimiyyəti ələ
Əmiraslan xan tərəfindən
yatırılmışdı
Məğlub olaraq Gürcüstana qaçan
II Sam Mirzəni Kartili-Kaxetiya
çarı Teymuraz əsir alaraq
Nəsrullah Mirzənin düşərgəsinə
göndərdi. Nadir şah II Sam
Mirzənin tutulmasında köməyinə
və digər xidmətlərinə görə Araqvi
vilayətini Teymuraza hədiyyə
etdi. Araqvi vilayətindən başq
Nadir şah hələ şah seçilərkən də
Qazax və Borçalı mahallarınıda
Kartili-Kaxetiya çarlığına hədiyyə
Hacı Çələbinin başçılığı ilə Şəki üsyanı (1743)
Şirvan üsyanı yatırılsa da, Azərbaycanda xalq hərəkatı zəifləmədi. Bu zaman Nadir şahın hakimiyyəti
əleyhinə Şəkidə üsyan geniş vüsət almışdı. Şəki hakimi Məlik Nəcəfin qəddarlığı və ağır vergi siyasəti üsyanın
başlanmasının başlıca səbəbi oldu. Hələ 1741-ci ildə şəkililər Nadir şaha ərizə yazıb yerli hakim Məlik Nəcəfin
özbaşınalığından, vergilərin artırılmasından şikayətlənmişdilər. Nadir şah əhalini sakitləşdirmək üçün Şəkidə böyük
nüfuzu olan Hacı Çələbini Şəkiyə vəkil təyin etdi. Hacı Çələbi Məlik Nəcəfin əməllərinin qarşısını almağa çalışsa
bundan narahat olan
Məlik Nəcəf Hacı Çələbidən şaha şikayət etdi. Qəzəblənmiş Nadir şah onların ikisini də
Dərbənd yaxınlığındakı düşərgəsinə çağırdı və Hacı Çələbinin asılmasını əmr etdi. Lakin Hacı Çələbi Nadirin
hüzurunda cəsarətlə Məlik Nəcəfin vergiləri özbaşına artırdığını və xalqı şahdan narazı saldığını bildirdi.
Hacı Çələbi boynu kəndirdə ola-ola Nadir şahın ittihamına qarşı deyir: «Məlik şahdan hansı tapşırığı alırsa-
alsın buna bir neçə başqa tapşırıqlar da əlavə edir». Nadir şah inanır, öz əmirlərinə acıqlanaraq söyləyir:
«Hamınız bunu bilə-bilə səsinizi çıxara bilmədiyiniz bir zamanda bu şəkili Çələbi boynu kəndirdə, məndən
qorxmayıb öz rəyini bildirdi. İndi görəcəksiniz, o, yenə nəsə bir iş törədəcək. Mən öz zənnimdə heç vaxt
Sonra Nadir şah Hacı Çələbinin sözlərinə inanıb onu bağışladı və hətta vəkillik səlahiyyətini artırdı.
Şahın yanından qayıtdıqdan sonra Hacı Çələbi Məlik Nəcəfi daha çox sıxışdırmağa başladı. Məlik Nəcəf
yenə ondan şaha şikayət etdi. Nadir şah Hacı Çələbinin üzərinə 100 tümən cərimə qoydu. Hacı Çələbi cəriməni
verməkdən boyun qaçırdıqda onu hüzuruna çağırdı. Bu dəfə edamdan yaxa qurtarmayacağını dərk edən Hacı Çələbi
getməkdən imtina etməklə yanaşı, Məlik Nəcəfin iqamətgahına hücum edərək onu öldürtdü və şahın
adamlarını Şəkidən qovaraq, 1743-cü ildə Şəki vilayətini müstəqil xanlıq, özünü isə xan elan etdi. Bununla da
Azərbycanda müstəqil dövlətlər olan xanlıqların yaradılmasının əsası qoyuldu.
Hacı Çələbinin bu addımı Azərbaycanda mərkəzi hakimiyyətə və Əfşarlar xanədanının hakimiyyətinə qarşı
mübarizənin yeni mərhələsinin başlanğıcı oldu. Daxili və xarici vəziyyət Nadir şaha qoşunu parçalayıb bir hissəsini
Şəkiyə göndərmək imkanı vermirdi. Bu zaman Dərbənd, Car, Qarabağ, İrəvan bölgələrində və dövlətin cənub
ərazilərində də mərkəzi hakimiyyətə qarşı
çıxışlar davam edirdi.
Hacı Çələbi xan tezliklə Nadir şahın ordusunun Şəkiyə yürüş edəcəyini anladığı üçün Şəki əhalisini
«Gələsən-görəsən» qalasına köçürüb, oraya lazımi ərzaq və sursat ehtiyatı topladı. 1744-cü ilin payızında Nadir
şah Şəkiyə yürüş etsə də heç bir uğur qazana bilmədi.
1745-ci ilin əvvəllərində Nadir şah yenidən «Gələsən-görəsən» qalası üzərinə hücum etdi. Ancaq yenə də
uğur qazana bilmədi. Bundan qəzəblənən şah Şəki şəhərinə od vurdurdu və qala qarşısında üç min döyüşçü qoyub
buranı tərk etdi. «Gələsən-görəsən»
qalası beş ay mühasirədə qaldığından 1746-cı ildə qalada ərzaq ehtiyyatı
tükəndi. Məhs bu səbəbə görə Hacı Çələbi vəkil vəzifəsində qalmaq şərti ilə Nadir şahın hakimiyyətini tanımağa
Lakin Azərbaycanda xalq azadlıq hərəkatı sona çatmadı.
Nadir şaha qarşı baş vermiş üsyanları yatırmağa mane olan
amillər
Nadirin Osmanlı dövləti ilə müharibə aparması
Comments are closed, but trackbacks and pingbacks are open.