MEDİA-da professor Cahangir Məmmədli ilə görüş keçirildi
Ali məktəblərdə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı vermiş abituriyentlərin nəticələri bəlli olub. Belə ki, jurnalistikaya sənəd vermiş 341 abituriyentdən 178-i imtahana gəlməyib. İmtahanda iştirak etmiş 163 abituriyentdən isə yalnız 57 nəfəri məqbul qiymət alaraq ixtisas seçimiə buraxılıb.
Keçən il jurnalistikaya sənəd vermiş 441 abituriyentdən 315- i imtahana gəlməmişdi. İmtahanda iştirak etmiş 126 nəfərdən 45-i Azərbaycan bölməsi, 6-ı rus bölməsi olmaqla yalnız 51 abituriyent ali məktəbə daxil olmuşdu. Göründüyü kimi, ötən ilə nisbətən elə də ciddi dəyişiklik qeydə alınmayıb.
Cahangir məmmədli jurnalistika.
Ali məktəblərdə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı vermiş abituriyentlərin nəticələri bəlli olub. Belə ki, jurnalistikaya sənəd vermiş 341 abituriyentdən 178-i imtahana gəlməyib. İmtahanda iştirak etmiş 163 abituriyentdən isə yalnız 57 nəfəri məqbul qiymət alaraq ixtisas seçimiə buraxılıb.
Keçən il jurnalistikaya sənəd vermiş 441 abituriyentdən 315- i imtahana gəlməmişdi. İmtahanda iştirak etmiş 126 nəfərdən 45-i Azərbaycan bölməsi, 6-ı rus bölməsi olmaqla yalnız 51 abituriyent ali məktəbə daxil olmuşdu. Göründüyü kimi, ötən ilə nisbətən elə də ciddi dəyişiklik qeydə alınmayıb.
TQDK sədri Məleykə Abbaszadə hələ imtahanlardan xeyli əvvəllər çıxışlarında bildirmişdi ki, “bizə 200-300 bal toplamış jurnalist lazım deyil. Bakalavr pilləsi üzrə jurnalistikaya qəbul imtahanı zamanı qabiliyyət imtahanı tətbiq olunsa, onda jurnalistikaya təxminən 200-300 bal toplayan uşaqlar qəbul olunacaqlar. Bu bizə lazımdırmı? Bizə intellektual jurnalist, yoxsa hansısa növ qabiliyyət imtahanından keçənlər lazımdır? Bizim üçün qabiliyyət imtahanını təşkil etmək texniki bir məsələdir və biz buna hazırıq. Amma bu nə dərəcədə nəticə verəcək, nəticəmiz yaxşılaşaq, yoxsa bundan sonra pisləşəcək?”.
Buna baxmayaraq uzun müzakirələrin ardından qərar qəbul olundu. Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllimlərindən və Azərbaycan Mətbuat Şurasının üzvlərindən ibarət komissiya yaradılaraq, qabiliyyət imtahanı həyata keçirildi.
Jurnalistikada keçid ballarının birdən-birə aşağı endirilməsi əvvəlllər 500-dən yüksək bal toplamış tələbələrin ciddi narazılığına səbəb oldu. Bəzi tələbələr düşünürlər ki, onlar 500 bal toplayaraq bu fakültəyə düşdükləri halda, 200-300 aralığında bal toplayanlar “qıraqda qalmamaq” bəhanəsi ilə buraya üz tuturlar.
Modern.az saytı məsələ ilə bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və Bakı Dövlət Universitetinin Nəzəriyyə və təcrübə kafedrasının rəhbəri Cahangir Məmmədlidən açıqlama alıb.
BDU-nun dekanı Şamil Vəliyev bildirib ki, qabiliyyət imtahanı təsadüfi axınların qarşısını almaq üçün tətbiq olunub.
“Belə ki, buraya əvvəlcədən jurnalist olmaq arzusunda olanlar ərizə verə bilirlər. Elə tələbə var ki, istəyi Hüquq fakültəsi olurdu. 500 balla Hüquqa düşə bilmədiyi üçün kənarda qalmasın deyə, jurnalistikaya gəlirdi. Təcrübə göstərir ki, Hüquqa düşə bilməyib bura üz tutmuş tələbələr gələcəkdə heç öz ixtisasları üzrə işləmirlər. Əgər sən ixtisasını sevib və seçib gəlirsənsə, nəticədə yaxşı da uğur qazanmaq mümkündür. Lakin təcrübə göstərir ki, hüquqşünas olmaq istəyi ilə gəlib jurnalistikaya düşmüş tələbə yaxşı jurnalist ola bilmir. Sırf bu səbəbdən, keyfiyyətli jurnalist yetişdirmək üçün belə qərar verilib ki, qabiliyyət imtahanı da tətbiq olundu. Biz də nə qərar verilibsə, ona tabeyik. Bu, məndən – jurnalistika fakültəsinin dekanından asılı deyil”.
Müşfiq Ələsgərli Şamil Vəliyevlə oxşar fikirlər səsləndirdi. O da keyfiyyətli jurnalist yetişdirmək yolunda bu addımın atıldığını bildirdi.
“Yaxşı jurnalistə müəyyən qabiliyyətlər, bacarıqlar lazımdır. Ola bilsin ki, tələbə yüksək biliyə, dünyagörüşünə sahibdir, amma yazı qabiliyyəti, istedadı yoxdursa, ondan jurnalist olmaz.
Qabiliyyət imtahanı ötən il ilk dəfə tətbiq olunduğu üçün müəyyən problemlər yarandığı doğrudur. Uşaqların sayında kəskin enmə oldu. Yerlər o qədər məhdudlaşdı ki, hətta Jurnalistika fakültələri boş qaldı.Amma hesab edirəm ki, bu il bir sıra qabaqlayıcı addımlar atıldı ki, müəəyyən axın yaransın. Qabiliyyət imtahanının fərqi ondan ibarət oldu ki, tutaq ki abituriyent yüksək bal toplayırdı. Əgər balı başqa fakültələrə yetmirdisə, həmin vaxtı o Jurnalistika fakültəsinə üz tuturdu. İndi isə əksinədir. O müəyyən bal toplayıb sonra qabiliyyət imtahanı verir. Əgər qabiliyyət imtahanından keçə bilməsə, onda həmin balla başqa fakültələri seçə bilmək ixtiyarındadır”.
Cahangir Məmmədli isə bir qədər fərqli düşünür.
“Qabiliyyət imtahanı olan yerlərdə, o cümlədən də jurnalistikada ballar aşağı olur. Balı aşağı olanlar adətən bura müraciət edirlər. Bu mənada tələbələrin ümumi dünyagörüşü zəif olur. Mən də bir jurnalistika müəllimi kimi çox arzu edərdim ki, qəbul olunmuş abituriyentlər bütövlükdə dünyagörüşünə malik olsunlar. Bütün elmlərə – fizikadan tutmuş digərlərinədək – heç olmasa bəsit şəkildə bələd olsunlar, xüsusilə də humintar elmlərə. Mən də onunla razıyam ki, sözün həqiqi mənasında aşağı balla gələn tələbələr humanitar elmlərdən zəif göstəricilər əldə eləyiblər. və ona görə də tələbəlik müddətində bu keyfiyyət onlarda özünü göstərir. Bəzən də çətinlik çəkirik bu uşaqları mükəmmləşdirməyə. Bir halda ki, balları aşağı olan tələbər gəlirlər və həm də bunların elə də böyük üslübları özünü göstərmir, imtahan götürənlər də bunu nəzərə alırlar. Əslində müəyyən dərəcədə onların öz üslubu olmalıdır və verdikləri qabiliyyət imtahanı zamanı hiss olunmalıdır ki, bunlar həqiqətən jurnalistikaya sevib gəliblər.
Mənə elə gəlir ki, qabiliyyət imtahanı özünü doğrultmur. Mənə yüksək ballı tələbər daha çox lazımdır. Yüksək bal toplayanlar qabiliyyət imtahanına gəlsələr, onda mən qabiliyyət imtahanının tərəfində olaram. Amma aşağı bal yığıb, jurnalistikaya gəlmək və qəbul olunmaq məni narahat edir”.
Cahangir məmmədli jurnalistika.
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Gündəm MEDİA-da professor Cahangir Məmmədli ilə görüş keçirildi
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Yanvar 27, 2022 – 15:32
!Reklam – Yazi
Yanvarın 27-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli ilə görüş keçirilib.
Professor Agentliyin ölkə mediasının inkişafına yönələn fəaliyyətini, “Media haqqında qanun”un geniş ictimai müzakirələrini yaxından izlədiyini bildirmişdir. O, artıq parlamentin müzakirələrindən keçmiş qanun layihəsinin ölkə mediasının həyatında yeni keyfiyyət mərhələsinin əsasını qoyacağını vurğulamışdır. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu il gerçəkləşdiriləcək yeni layihələr və “Media haqqında qanun”dan irəli gələn məslələr barədə ətraflı bəhs etmişdir. Görüşün sonunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 80 illik yubileyi münasibəti ilə professor Cahangir Məmmədlini təbrik etmişdir.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Cahangir məmmədli jurnalistika.
Milli mətbuat tarixi
Filologiya elmləri doktoru, professor
Telefon nömrəsi: +(994) 12 438 66 82
QISA BİOQRAFİK MƏLUMAT
- 26 yanvar 1942-ci ildə Ağdamın Novruzlu kəndində anadan olub.
- 1961-1964-cü illərdə orduda xidmət edib.
- 1964-1968-ci illərdə ADU-nun jurnalistika fakültəsində təhsil alıb.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1973-cü ildə ” Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
- 2008-ci ildə “Azərbaycanda jurnalistikanın müasir inkişaf meylləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
- 1973-cü ildən BDU Mətbuat tarixi kafedrasına çalışıb.
- 1999-2005-ci illərdə Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışıb.
- 2005-ci ildən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridir.
- 250 elmi, 1300 publisistik məqalə, 3 monoqrafiya, 4 kitabın müəllifidir.
- Yetişdirdiyi elmlər namizədlərinin və doktorların sayı 3
- Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.
TƏDRİS ETDİYİ FƏNLƏR
- Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi.
- KİV-in hüquqi tənzimlənməsi.
TƏDQİQAT SAHƏSİ
- Müasir Jurnalistika
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 2005, Hollandiya: İctimai teleradionun problemləri
- 2006, Türkiyə: Türk dilli xalqların qurultayı
- 2007, Moskva: Dövlət Universitetində YUNESKO-nun təşkil etdiyi “Mediaobrazovanie”
- 2007, Bakı: “Türk dünyası jurnalistikası”
- 2015, Bakı: “Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri”. Əlibəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans.
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
- Avropa Şurasının layihəsi ilə İctimai Televiziya və Radio yayımları haqqında Qanunun hazırlanmasında iştirak edib.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
- Jurnalistikaya giriş. Bakı, 2001
- Müasir jurnalistika. Bakı, 2003
- Jurnalistikanın müasir inkişaf meylləri. Bakı, 2006
- Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. «Zərdabi LTD» MMC, 38,5 ç.v., Bakı, 2012
- Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. «Zərdabi LTD» MMC, Bakı, 2012
- Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (dərslik). “Təhsil” nəşriyyatı, Bakı, 2013
- Jurnalist sənətkarlığı. “Elm və Təhsil” nəşriyyatı, (redaktor), Bakı, 2015
- Dünya sözə qalacaq. (Ədəbi-tənqidi məqalələr) “Zərdabi LTD” MMC, Bakı, 2016
- Xatirələr işığında (Jurnalist İsa Axundovun 75 illik yubileyinə). Kitaba redaktor. “Red N Line”, 106 s., 6,7 ç.v. Bakı, 2017
- A.Məmmədli. “Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq. Kitaba redaktor. “Şərq-Qərb”, 224 s., 14 ç.v., Bakı, 2017
- “525” – zamanın sınağında. Monoqrafiya. “Zərdabi LTD” MMC, 476 s., 29,75 ç.v. Bakı, 2017
- Mətbuat tipoloji təhlil kontekstində. Elmi redaktor. 14 ç.v., Bakı, “Ziya” NPN, 2018
- Zamanın tələbləri kontekstində. Medianın ənənəvi prinsipləri və internet-jurnalistika. Ön söz. “Bakı Universiteti”. 245 səh., Bakı, 2018
- Öncə söz gəldi. “Zərdabi LTD” MMC, 312 səh., Bakı, 2018
- Müasir mediada reklam və marketinq. “Jurnalistika” elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyası. Redaksiya heyəti. Bakı, 2018
Məqalələr
- Fəlsəfi publisistika: bu zamanın və bu məkanın tələbi. «Tənqid.net» jurnalı, №8, 2011
- Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri. «Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi» I Beynəlxalq elmi-nəzəri konfransın materialları. «Bakı Universiteti» nəşriyyatı, 2012
- Səlahəddin Xəlilov publisist kimi. Bakı, 2013, “Elm” nəşriyyatı, 2013
- Zaman sərhəddini aşan klassik publisistika. Bakı, “Füyuzat”jurnalı, №, 2013
- Jurnalist yaradıcılığının bəzi peşəkarlıq məqamları. “Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri”. Əlibəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. BDU, Jurnalistika fakültəsi, 2014
- Müəllimliyin, tədqiqatçılığın və publisistikanın Şirməmməd Hüseynov məktəbi. Biblioqrafiya. Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2014
- Senzura sisteminin fəaliyyət mexanizmi. “Füyuzat” jurnalı, № 3, 2014
- Bədii sözün «Ulduz» rəngi. «Ulduz»jurnalı, Bakı, «Təhsil» nəşr., 2015
- Böyük alim, böyük müəllim. Mir Cəlal, II cilddə, Bakı, «Nurlar» nəşriyyatı, 2015
- Fəlsəfi publisistikanın müasir problemləri. «Jurnalistika» seriyası, №3 Bakı, «Elm və Təhsil» nəşriyyatı, 2015
- Elmi düşüncənin Tofiq Hacıyev mərtəbəsi Prof. DR. Tofiq Hacıyev kitabı. Türklük bilimində bir ömür. Ankara, Akçay Yayınları, 2016
- Dərslik – hər kəs üçün “Ulduz” jurnalı, № 7, 2016
- Maarifçilik missiyası yeni dönəm sınağında (Əflatun Amaşovla birgə). Jurnalistika (elmi, siyasi humanitar elmlər seriyası). III Beynəlxalq elmi-nəzəri konfransın materialları. Elm və Təhsil, № 6, Bakı, 2017
- Yurd həsrətinin qürub çağı. Xatirələr işığında (Jurnalist İsa Axundovun 75 illik yubileyinə həsr olunmuş kitab). “Red N Line”, Bakı, 2017
- Şəxsiyyət və yaradıcılığın uyarlıq meydanı. S.Vəliyeva haqqında yazılanlar: Bitməyən söz. “Zərdabi LTD” MMC, Bakı, 2017
- Practical indicators of a democratic press fact in mass media of modern Azerbaijan (həmmüəlliflə). Visnyk of the Lviv University. Philosophical political studies. Issue 15, Ukrayna, 2017
- KİV-in tiplolji sisteminin inkişaf mərhələləri (həmmüəlliflə). “Dil və ədəbiyyat” jurnalı, Bakı, 2018
- Kitab-ucalığa aparan yolun bələdçisi. “Füyuzat” jurnalı, № 3, Bakı, 2018,
- Jurnalistika – nəzəriyyə ilə praktikanın vəhdəti. Kitabşünaslıq və nəşriyyat işi. №2 aprel-iyun, Bakı, 2018
- Azərbaycan Televiziyası milli maraqlar kontekstində. Jurnalistika (İctimai-siyasi humanitar elmlər seriyası), №8, Bakı, 2018
- Senzura: mətbuat azadlığına qadağanın sərt silahı kimi. Filologiya məsələləri. Bakı, №11, Bakı, 2018
- Jurnalistin yaradıcılıq fəaliyyətində peşə etikası və hüquqi normalar. Jurnalistika (İctimai-siyasi humanitar elmlər seriyası), №9, Bakı, 2018
Comments are closed, but trackbacks and pingbacks are open.