Press "Enter" to skip to content

Cebr binar münasibətləri

Yaxın keçmişdəki problemlərdən bəziləri qayıdacaqlar. Yol verdiyiniz səhvləri tələsmədən, sakitcə təhlil edin. Həmin yanlışlıqları təkrarlamamağa çalışın.

Azərbaycan-İran münasibətləri: təxribatçı qüvvələrin yeni planları fonunda

Tehranla Bakı arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq xətti Ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Prezident İlham Əliyev həmin xətti uğurla inkişaf etdirir. İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri öz bəhrəsini verir. Hazırda iki qonşu və dost ölkə arasında yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı etimad mühiti mövcuddur. Lakin təcrübə göstərir ki, bir sıra mənfur dairələr bu iki müsəlman ölkəsi arasında ixtilaflar yaratmaq planlarından əl çəkmirlər. Son zamanlar bunun təzahürləri özünü göstərir. Livan və İranın bəzi mətbu və şəbəkə resurslarında Bakı və Tehran arasında narazılıq yaratmağa xidmət edən müəyyən informasiyalar yayılıb. Ekspertlər hesab edirlər ki, erməni lobbisi bu istiqamətdə fəallığını artırmağa çalışır. Bununla yanaşı, Ermənistan hakimiyyəti də da pozucu fəaliyyətindən qalmır. Nəticədə, bütövlükdə regionun geosiyasi dinamikası təhlükəli və riskli çalarlar almağa başlayır. Yaradılmağa çalışılan qeyri-müəyyənlik, sözsüz ki, bütün Cənubi Qafqazda sabitliyə və əməkdaşlığa zərbə vura bilər. Bu kontekstdə biz, Ermənistanın və erməni lobbisinin təxribatçı davranışları fonunda regional geosiyasi proseslərdə baş verə biləcək mümkün mənfi tendensiyalar üzərində geniş dayanmağa ehtiyac görürük.

Dağıdıcı fəaliyyət: erməni lobbisi və rəsmi İrəvanın təhlükəli addımları

İran ətrafında yaradılmış gərginlikdən istifadə edərək bir sıra qüvvələr regionda qarışıqlıq meydana gətirməyə çalışırlar. Amerika-İran münasibətlərində risklərin artması fonunda bu, çox təhlükəlidir. Çünki region istənilən an partlaya biləcək barıt çəlləyi halına gələ bilər, bu isə total anarxiyaya gətirib çıxarar. Bu bağlılıqda İranla həmsərhəd olan müsəlman dövlətləri bir-biri ilə düşmən etmək siyasəti də özünü göstərir. Bu baxımdan müəyyən dairələr hazırda üç istiqamətdə fəallıq göstərirlər.

Birincisi, İran-Türkiyə münasibətlərini pozmağa çalışırlar. Çünki Türkiyə İrana böyük dəstək nümayiş etdirir və Amerikanın tətbiq etdiyi sanksiyalara qoşulmur. Prezident Rəcəb Tayyib Ərdoğan son ABŞ səfərindən sonra da bəyan etdi ki, Türkiyənin İrana münasibəti dəyişməyəcək. Yəni Ankara Tehranla qarşılıqlı faydalı əməkdaşlıq xəttini inkişaf etdirəcək. Buraya təbii ki, Suriyada əməkdaşlıq da daxildir.

İkincisi, İranla qonşu Asiya ölkələri arasında ixtilaf yaratmağa cəhd göstərirlər. Bu, Mərkəzi Asiyada Türkmənistan-Tacikistan, Qırğızıstan-Tacikistan, Özbəkistan-Tacikistan münaqişələrini yaratmağa yönəlmiş cəhdlərdir. Buraya Yaxın Şərqdəki terror qruplarının Əfqanıstana köçürülməsi nəticəsində yeni terror dalğası yaratmaq da daxildir. Artıq təhlükəsizlik xidməti orqanları bu barədə xəbərdarlıq edirlər. Terrorçuların Mərkəzi Asiya ölkələrinə sızma cəhdlərinin artdığı müşahidə edilir.

Üçüncüsü, İranla Azərbaycanın arasını vurmağa çalışanlar da mövcuddur. Məsələnin bu tərəfi bizim üçün çox önəmlidir. Məsələ yalnız qonşu və dost İran ilə münasibətlərin pozula bilməsi ilə bağlı deyil, burada həm də Ermənistanın xüsusi geosiyasi məqsəd güdməsi də nəzərə alınmalıdır. Çünki həmin təxribatlar əsas olaraq İrəvandan gəlir. Onun ilk əlamətlərindən biri Nikol Paşinyanın İrana səfəri zamanı “Qarabağ Ermənistandır” şüarı fonunda erməni baş nazirin foto çəkdirməsi oldu. Azərbaycan tərəfinin ciddi etirazları nəticəsində təxribatçı prosesin qarşısı alındı. Lakin sonra aydın oldu ki, məsələ bununla məhdudlaşmır.

İranda ermənilərə məxsus müxtəlif xeyriyyə cəmiyyətləri Azərbaycanın işğal olunmuş ərazilərinə yardımlar göstərməyə başladılar. Onlardan biri “Tevanik” (2014-cü ildə yaradılıb) Azərbaycanın işğal altında olan ərazilərində layihələr həyata keçirir. Bu təşkilatın üzvləri işğal altındakı Azərbaycan torpaqlarına səfərlər edirlər. Həmin hadisələr erməni KİV-lərində geniş işıqlandırılır. Bundan başqa, “Tevanik” sosial şəbəkələrdəki səhifələri vasitəsilə daim Azərbaycanla İranın münasibətlərini sarsıtmağa çalışır. Müxtəlif yalanlar uydurur, şayiələr yayır və iki dövlətin bir-birinə şübhə ilə yanaşmasına səbəb ola bilən addımlar atırlar. Onu da vurğulamaq lazımdır ki, Ermənistanın İrandakı səfirliyi “Tevanik”in üzvləri ilə mütəmadi görüşlər və tədbirlər keçirir. Deməli, həmin təşkilata, əslində, Ermənistan nəzarət edir. İran üçün bu, ciddi siqnal olmalıdır. Dünyanın hər yerində nailiyyətlə fəaliyyət göstərən İran gizli servisinin bu məsələdəki passivliyi düşündürücüdür.

Bu yaxınlarda isə erməni tərəfi yeni bir təxribat prosesinin əsasını qoyaraq İran səmasında vurulan pilotsuz təyyarənin Azərbaycana məxsus olduğu haqqında yalan informasiyalar yaydı. Maraqlıdır ki, bu məsələ Livan mətbuatında da daha çox şişirdilib. İranda da müəyyən informasiyalar yayılır. Ekspertlər hesab edirlər ki, bu hadisələrin arxasında İrandakı və Livandakı erməni lobbisi dayanır. Tamamilə mümkün haldır. Lakin burada yalnız erməni faktorunu nəzərə almaq yarımçıqlıq olmalıdır. Görünür, İranda və Livanda olan bəzi dairələrin marağında vardır ki, Azərbaycanı pis vəziyyətə salsınlar. Bunun da səbəbi aydındır.

Bakı və Tehran ayıqdır: iki müsəlman dövlətin bir-birinə dəstəyi

Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, müstəqil xarici siyasət yeridir, dövlət suverenliyini tam təmin edə bilir. Bu məqam da məlum dairələrin xoşuna gəlmir. Azərbaycanı özünə tabe etdirmək istəyənlər İran və Livandakı əlaltılarının xidmətindən yararlanmağa çalışırlar. Bunun region üçün mənfi fəsadlarının ola biləcəyi şübhəsizdir. Çünki istənilən halda iki qonşu və dost dövlət arasında hər hansı anlaşılmazlığın meydana gəlməsi bütövlükdə regiona təsir göstərəcək. Məsələ ondan ibarətdir ki, İran regionun güclü dövlətidir, Azərbaycan da bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və aktiv iştirakçısıdır. O cümlədən ölkə Şərq-Qərb və Şimal-Cənub dəhlizində xüsusi rola malikdir.

Azərbaycan Şimal-Cənub dəhlizi layihəsində İranla ciddi əməkdaşlıq edir. Xəzər dənizinin statusunun müəyyənləşməsində ölkələr arasında əhəmiyyətli təmaslar vardır. İranla Azərbaycanın əməkdaşlığı həm ikitərəfli xarakter daşıyır, həm də “Yeni İpək Yolu” layihəsi çərçivəsində yeni məzmun kəsb etməkdədir. Bunlardan başqa, İran Azərbaycanın təklif etdiyi üçtərəfli əməkdaşlıq modelində xüsusi yer tutur. Azərbaycan, İran və Rusiya prezidentləri mütəmadi olaraq həmin model çərçivəsində görüşlər keçirirlər. Bundan da bütün region faydalanır.

Hazırda Rusiya-Azərbaycan-İran əməkdaşlığı regional sabitliyin təmin edilməsində ciddi rol oynayır. Hər üç ölkənin liderləri bu istiqamətdə irəli getməyin vacibliyini vurğulayırlar. Deməli, Azərbaycan-İran münasibətləri ancaq iki ölkənin sərhədləri ilə məhdudlaşan hadisə deyil – o, regional təhlükəsizliyin mühüm hissəsidir.

Bunlardan başqa, Azərbaycanla İranı tarix və ənənələr birləşdirir. Hazırda İranda milyonlarla azərbaycanlı yaşayır. Ermənistanla İran arasında hər hansı yaxınlaşmanı azərbaycanlıların ayağına yazmağa çalışanlar da az deyil. Onlar KİV-də belə təəssürat yaradırlar ki, azərbaycanlılar özləri bir-birinə zərbə vururlar. Yəni bir xalq və millət kimi özlərinə qəsd edirlər. Təbii ki, bu primitiv və kobud izahı Azərbaycan xalqı rədd edir. Azərbaycanlılar kimin kim olduğunu çox gözəl bilirlər. İran-Ermənistan əməkdaşlığını inkişaf etdirməyə hansı dairələrin çalışdığı da sirr deyil. Lakin sadə insanlar müəyyən anlarda təxribata uyaraq, lazımsız hərəkətlər edə bilərlər. Bu səbəbdən erməni təbliğatının bu çirkin üzü də ifşa olunmalıdır.

Nəhayət, burada rəsmi İrəvanın bir gizli məqsədini də açıq demək gərəkdir. Ermənistan rəhbərliyi təcavüzkar siyasətini ört-basdır edib, diqqəti başqa səmtə yönəltməklə həm özünün, həm də işğalın ömrünü uzatmağa cəhd göstərir. Onlar hesab edirlər ki, İranla Azərbaycanı bir-birinə düşmən etsələr Dağlıq Qarabağ arxa plana atılacaq. Dünya üçün bu iki dost ölkənin münasibətlərinin normallaşması daha önəmli məsələ kimi qəbul ediləcək. Bununla da Ermənistan həm özünü proseslərdən kənara çəkir, həm də müsəlman dünyasında ziddiyyətlər yaratmaq imkanı əldə edir.

Əlbəttə, bu çirkin planın da puç olması labüddür. Çünki İran və Azərbaycan dövlətləri kifayət qədər ayıq, güclü və işlərini biləndirlər. Onlar Ermənistanın bədxah niyyətlərinin reallaşmasına imkan verməzlər.

Beləliklə, Cənubi Qafqazda erməni təxribatı mövcud geosiyasi mənzərəni xeyli dərəcədə yeni risklərə atır. Ermənistan dağıdıcı və qeyri-konstruktiv siyasəti ilə region dövlətləri arasında nifaq salmağa çalışır. Bu, zatən, erməni xislətinə həmişə xas olmuş xüsusiyyətdir. Onun hazırda məhz yuxarıda vurğulanan aspektdə təzahür etməsi isə regional təhlükəsizlik və əməkdaşlıq baxımından təhlükəli məqamdır.

Həm də ona görə ki, bir sıra dövlətlər regionda vəziyyəti mürəkkəbləşdirmək üçün fürsət gözləyirlər. Onlar əsas olaraq müsəlman ölkələri və xalqlarını bir-birinə düşmən etməyə cəhd göstərirlər. Deməli, indi regionda müşahidə edilən dağıdıcı addımlarda başqa faktorlarla yanaşı, bir islamofobiya əlaməti də mövcuddur.

Bütün bunlar regionda həm də informasiya savaşının daha da intensivləşməsinin əlamətidir. Azərbaycan müstəqil siyasətində, təbii ki, davam edəcək. Eyni zamanda, Azərbaycan informasiya müharibəsində uğur əldə etməkdədir. Prezident İlham Əliyevin tapşırığı ilə hücum taktikasının seçilməsi öz səmərəsini verməkdədir. Bu səbəbdən Ermənistanın yeni təxribat planlarının hamısının puç olacağı tam aydındır.

Milli.Az

Cebr binar münasibətləri

Qərbin Azərbaycanı özünün bölgədəki müttəfiqi adlandırmasına təbii baxmaq lazımdır. Bu Azərbaycanın regionda tutuduğu geosiyasi vəziyyət, sahib olduğu enerji ehtiyatları ilə bağlıdır. Bildiyiniz kimi, Qərbin xarici siyasətində milli təhlükəsizliyini təmin etmək,enerji ehtiyacını qarşılamaq,sərhədləri yaxınlığında maksimum şəkildə münaqişələrin yaranmasına yol verməmək və qonşu ölkələrdə iqtisadi-siyasi sabitliyin qorunub saxlanmasına çalışmaq prioritet istiqamətlərdəndir. Qərb vətəndaş cəmiyyətinin inkişafı, terrorizmlə mübarizə, ekologiyanın qorunması və s. sahələrdə Azərbaycanla müştərək layihələr həyata keçirir. Regionun əhəmiyyəti dedikdə ilk nəzərə çarpan məsələ geosiyasi amillərdir. Rusiya, Mərkəzi Asiya,İran, Türkiyə ilə və Xəzərə sahil olan Azərbaycanın diqqətdən kənarda qalması mümkün deyil. Region müxtəlif maraqların kəsişməsində yerləşir. Rusiyanın burada əvvəlki nüfuzu zəifləsə də, ciddi ambisiyası olan dövlət kimi qalır. İran və Türkiyə Yaxın Şərqin əsas siyasi fiqurları hesab olunur. Mərkəzi Asiyanın Qərbə çıxışı Azərbaycandan keçir. Təsadüfi deyil ki,ABŞ politoloqu Z.Bjezinsiki Azərbaycanı Qərb üçün “həyati əhəmiyyətə malik ölkə” adlandırır. Bu kimi siyasi münasibətlər foununda Qərb Azərbaycanla müttəfiqlik, bərabərhüquqlu şəkildə əməkdaşlıq etməyə məcburdur. Azərbaycana gəldikdə isə öz müstəqilliyini elan etdikdə bəri dövlətimiz xarici ölkələrlə, o cümlədən də Qərb ölkələri ilə ən müxtəlif sahələrdə bərabərhüquqlu əməkdaşlıq etmək niyyətini bildirib.

Məlum olduğu kimi, Azərbaycanın daxili və xarici siyasətinə təsir edən əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanının xarici siyasi fəaliyyətində problemin ölkəmizin milli maraqları və ərazi bütövlüyü çərçivəsində həll olunması prioritet istiqamətdir. Nəzəri baxımdan Qərbin də regionda hazırkı və gələcək layihələrinin icrasında Dağlıq Qarabağ probleminin olması əsas maneədir. Amma təssüflər olsun ki, bu günə qədər Qərbin ikili standartlar çərçivəsindən yanaşması münaqişənin hər an müharibəyə çevrilməsinə gətirib çıxara bilər. Beləliklə də, Qərbin xarici siyasət və təhlükəsizlik məsələlərində regiondakı münaqişələrlə bağlı qəti mövqeyinin olmaması Azərbycanda ciddi narazılıqlara səbəb olur.

Avropa neft istehlakı nöqteyi-nəzərdən alternativliyi müəyyən qədər təmin etsə də, son illərə qədər təbii qazla təmin olunmasında eyni fikiri bölüşmək mümükün deyildi. Amma Azərbaycanda kəşf olunan təbii qaz yataqları və eyni zamanda onun Avropaya nəqli məsələsi gündəmə gələndən sonra Avropanın Rusiyadan təbii qaz asılığından tədricən azalmasına gətirib çıxarmış olur. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə 2030-cu ilə qədər Avropanın təbii qaza olan ehtiyacı 3 dəfə artacaqdır. Beləlilklə Avropanın alternativ olaraq təbii qazla təmin olunmasında Azərbaycanın geostrateji mövqeyi daha da möhkəmlənmiş olur. Bu mövqe isə Avropadan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmasını və daha aktiv siyasət aparmasını tələb edir. Rusiya da regionun aktiv siyasi oyunçularından biri olmaqla bərabər Azərbaycanla həm quru, həm də su sərhədi olan dövlətdir. Bu baxımdan sözügedən situasiyada Azərbaycanın Rusiya ilə əməkdaşlığı genişləndirməsi, mövcud vəziyyətdən yararlanması təbiidir. Fikrimzcə, bütün bunlar Azərbaycanının Qafqaz regionunda strateji mövqeyinin möhkəmlənməsinə, eyni zamanda Dağlıq Qarabağ probleminin öz milli maraqları və ərazi bütövlüyü çərçivəsində həll olunmasına hesablanıb.

Neft Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini müəyyənləşdirən yeganə amil deyil. Bundan daha vacib amil Azərbaycanının mənsub olduğu geosiyasi vəziyyətidir. Avropa ilə Mərkəzi Asiyanı bilrləşdirən strateji coğrafi mövqe, İranla qonşuluq münasibətləri, İran əhalisinin əsas hissəsi ilə eyni etnik kökənli olma və s. kimi xüsusiyyətləri qeyd etmək olar. Bundan başqa Azərbaycanın neftlə yanaşı böyük təbii qaz ehtiyatlarına sahib olması və Avropanın təbii qaza olan tələbatının ildən- ilə artması Azərbaycanının beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsinə səbəb olacaqdır.Nəticə olaraq deyə bilərik ki, neftin qiymətinin qeyri stabil olması Azərbaycanın beynəlxalq əlaqələrinə ciddi təsir göstərmir.

Nəzəri baxımdan hər bir dövlət çevik diplomatik siyasətlə istınilən situasiyadan öz maraqları üçün yaranlanmağı bacarmalıdır. Azərbaycan neft, təbii qaz ixtacatçısı olmaqla yanaşı həm də tranzit ölkədir. Eyni zamanda Rusiya da neft və təbii qaz ixracatı və tranzit ölkə olması kimi üstünlüklərə malikdir. ABŞ-ın Rusiyadan enerji asılılığı olmasa da, Avropa haqqında bu fikiri söyləyə bilmərik. Yəni Avropa ən azı qarşıdan gələn soyuq qış aylarını Rusiyanın təbii qaz ilə qarşılamalıdır. Diplomatik çevrələrdə belə bir fikir dolaşır ki, Avropa enerji problemlərini həll etmək üçün Rusiya ilə gizli danışıqlar aparır. Həm də Avropa ABŞ-ın tələb etdiyi sankisiyaların daha da ciddiləşməsinin tərəfdarı deyildir.

Tükiyə-Qərb münasibətlərinə gəldikdə isə qeyd edə bilərik ki, Türkiyənin də sahib olduğu strateji,iqtisadi-siyasi mövqe Qərbin Tükiyə ilə də münasibətlərinin soyuqlaşmasının dərinləşməsinə səbəb olmayacaq. Bu yalnız siyasi bəyantlarla məhdudlaşacaqdır. Eyni zamanda Qərbin Rusiya ilə münasibətlərinin soyuqlaşması fonunda biz Rusiya-Türkiyə yaxınlaşmasının şahid oluruq. Buna son günlər Rusiya prezdentinin Türkiyə səfəri və bu zaman hər iki dövlət başçıları tərəfindən səsələnən bəyənatlar bariz nümunədir. Tarixdən də məlumdur ki, Qərb hələ 1950-ci ildə Türkiyə SSRİ yaxınlşamasının qarşısını almaq üçün Tükiyənin NATO-ya üzvlük məsələsinin tezləşdirmişdir. Bütün bu siyasi münasibətlər fonunda Azərbaycanının siyasi vəziyyətini həm də iki yaxın qonşusunun yaxınlaşması prizmasından dəyərləndirmək daha düzgün olardı. Yəni Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın mövqelərini möhkəmlənməsinə səbəb ola bilər.

Bu gün Azərbaycan diplomatiyası hərbi bloklara qoşulmamaq siyasətiniə üstünlük verir. Bu da Azərbaycanını yerləşdiyi bölgənin strateji, coğrafi, iqtisadi, siyasi xüsusiyyətlərindən irəli gəlir. Bötüvlükdə son vaxtlar qarşılıqlı siyasi münasibətlərin inkişaf tendensiyası göstərir ki, gələcəkdə digər ölkələrin regiona olan marağı daha da artacaqdır. Bildiyiniz kimi regionda stabilliyin qorunması, enerji yollarının təhlükəsizliyinin təmin olunması Qərb üçün xüsusi əhəmiyyət daşıyır. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin mövcudluğu və hər an müharibə ilə nəticələyini Qərb stateji planlarında nəzərə almalı, problemin ədalətli şəkildə həllinə çalışmalıdır.

Qeyd olunduğu kimi Azərbaycan digər dövlətlərlə bərbərhüquqlu əməkdaşlıq prinsiplərini elan etmişdir. Azərbaycanın qonşu dövlətlərlə münsibətlərini isə ayrı-ayrılıqda götürsək ikitərəfli əməkdaşlıq çərçivəsində mövcud mənzərəni aydın görə bilərik. Eyni zamanda Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ problemindən sonra qarşılaşığı ikinci problem Xəzərin statusu məsələsidir ki, bu problem də öz həllini gözləyir. Bütölükdə isə “qonşularla sıfır problem” prinsipinə nail olma məsələsi barədə qəti fikir söyləmək çətindir.

Cebr binar münasibətləri

Qoç – Neptun və Saturnun münasibətləri bir çox problemləri həll etməyə imkan verən gün vəd edir. Enerjili, qətiyyətli, inadkar olun.

Çətinliklər sizi qorxutmasın. Qəfil, gözlənilməz və maraqlı təklif ala bilərsiniz, bu təklifə çox düşünmədən, vaxt itirmədən razılaşın.

Uzaqdakı tanışlarla ünsiyyət üçün əlverişli gündür.
Səfər və gəzintilər məsələhətdir. Yolda maraqlı tanışlıq baş tuta bilər.
Tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Nüanslara, xırdalıqlara diqqət yetirin.

Buğa – Yupiter və Sererarın münasibətləri uğurlu, xoş gün vəd edir. Faydalı işlərlə məşğul olun. Hansı işi ilk növbədə görərək başa çatdırmağı sizə intuisiyanız xəbər verəcək.

Enerjili, inadkar, qətiyyətli olun. Çətin sandığınız problemi minimum səylə asanlıqla həll edə bilərsiniz.

Yaxın ətrafınızdakı insanlarla münasibətləri rəvan və harmonik edin. Sizin dediklərinizə qulaq asır, mövqeyinizi nəzərə alırlar. Həyatınızda mühüm rol oynaya biləcək insanla görüş istisna deyil.

Axşam saatlarını istirahətə həsr edin.

Əkizlər – Lisiteya və Kallistonun münasibətləri ehtiyatlı davranmağınızı tələb edir. Özünüzə problemlər yaratmayın.

Emosiyaları nəzarətdə saxlayın, səsinizi ucaltmayın, aqressiv olmayın. Dostlardan biri ilə münaqişə, sevdiyiniz insanla mübahisə istisna deyil. Həddən artıq tələbkar olmayın.

Məişət problemlərinin həlli çətinləşir. Adi günlərdən fərqli olaraq, ən adi ev işləri belə, daha çox vaxt alır.

Yardım almadığınız üçün sinirlənməyin.
Bu gün qida rasionuna diqqət yetirin.

Xərçəng – Titaniya və Pasifenin münasibətləri əlverişli gün vəd edir. Diqqət və konsentrasiya tələb edən işlərdə uğur əldə edə bilərsiniz. Yeknəsəqlik sizi darıxdırmasın.

Trivial məsələlərin həllində gözlənilməz çözüm tapın.
Sizə çox önəmli olan insandan xəbər ala bilərsiniz.
Qəfil məlumat hadisələrin axarını dəyişəcək.

Yeni tərəfdaş, şərik, müttəfiq cəlb etmək və yeni planınıza inandırmaq istədiyiniz insanla ünsiyyət üçün münasib vaxtdır.

Axşam saatlarında romantika istisna deyil.

Şir – Titaniya və Qanimedin münasibətləri müəyyən problemli gün vəd edir. İntuisiyanız güclüdür. Məhz onun sayəsində ən çətin suallara cavab tapacaqsınız. Əks cins mənsubu ilə ünsiyyətdə çətinliklər yarana bilər.

Maliyyə işləri baxımından uğurlu gündür. Gəlir əldə edə bilərsiniz.
Axşam saatlarında dincəlin, evdən çıxın, əyləncə məkanlarından birinə yollanın.

Qız – Ariel və Mirandanın münasibətləri məhsuldar gün vəd edir. Bir sıra təxirəsalınmaz işləri görə bilərsiniz.

Bütün diqqəti işə yönəltmək çətin deyil. işləri başa vurmağa kimsənin sizə mane olmasına imkan verməyin.

Alış-veriş etmək, mühüm sənədləri imzalamaq, maliyyə və əmlak məsələlərini həll etmək olar.
Maraqlı və faydalı məlumat alsanız, həmin informasiya ilə nə edəcəyinizi dəqiqləşdirin.

Tədris və ya təhsildə yeni materialın əxz olunması ilə bağlı problemlər yarana bilər. Dostlarla ünsiyyət, köhnə tanışlarla təmaslar üçün əlverişli gündür.

Şəxsi münasibətlərdə romantika xoş duyğular yaradacaq.
Axşam saatlarında pozitiv emosiyalar almağa çalışın.

Tərəzi – Avropa və İonun münasibətləri çətin gün vəd edir. Hər şey istədiyiniz kimi deyil. Planları korrektə etmək, niyyətlərin reallaşmasında ləngimələrlə barışmaq məcburiyyəti yaranır.

Şərtlər sizi mənəvi baxımdan hazır olmadığınız addımlar atmağa vadar etməsin. Sonradan peşman olacağınız sözlər deməyin. Planlaşdırılmamış xərclər mümkündür.

İsrafçılığa yol verməyin, qənaətcil olun.

Yaxın ətrafınızdakı insanlarla münasibətləri normal saxlayın, münaqişə yaratmayın. Sadəcə, mövqeyinizi açıqlamaq və fikrinizi deməyə çalışırsınız, amma sizdən bərk inciyirlər.

Əqrəb – Makemake və Uranın münasibətləri uğurlu, düşərli gün vəd edir. Uğur əldə etməyinizə mane ola biləcək yeganə ünsür tənbəlliyinizdir.

Gələcəklə bağlı planlar qurun, ətalətdən qurtulun. Təşkilati məsələləri həll edin. Ünsiyyətdə olacağınız insanlardan biri sayəsində yeni işgüzar perspektivlərə qovuşa bilərsiniz.

Yaxın keçmişdəki problemlərdən bəziləri qayıdacaqlar. Yol verdiyiniz səhvləri tələsmədən, sakitcə təhlil edin. Həmin yanlışlıqları təkrarlamamağa çalışın.

Günün ikinci yarısı sizin üçün önəmli insanlardan xoş xəbər vəd edir.

Oxatan – Merkuri və Veneranın münasibətləri problemlərin tam əksəriyyətinin kökündən həll edilə biləcəyi gün vəd edir. Diqqətli və ciddi olun.

Hərəkətləriniz düşünülmüş, açıqlama və sözləriniz isə təmkinli olsun. Əvvəllər yarımçıq qalmış işi başa vurun. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi problemi həll edə bilərsiniz.

Yeni tanışlara etibar etməyə tələsməyin. Onlardan biri qəsdən və ya təsadüfən ciddi problem yarada bilər.

Təşəbbüskar olun, müzakirəyə yeni ideyalar çıxarın.
Günün ikinci yarısı uzaqdan gəlmiş insanla görüş üçün münasibdir. Səfər və ya gəzinti istisna deyil.
İmiclə eksperimentlər aparmaq olar.

Oğlaq – Hiperion və Arielin münasibətləri yaxşı gün vəd edir. Problemlərin öhdəsindən rahatlıq və asanlıqla gələcək, məşğul olduğunuz işdən həzz alacaqsınız.

İstənilən müşklün həllinə yaradıcı yanaşın. Uğur əldə olunması üçün fəaliyyət azadlığı gərəkdir. Bunu anlayırsınızsa, kimsəyə sizə təzyiq və ya təsir göstərməyə imkan verməyin.

Genişmiqyaslı layihənin reallaşdırılmasına, böyük işə başlamaq olar. Amma bir şərtlə: əmin olun ki, həmfikirləriniz sizi yalnız sözdə dəstəkləməyəcək, tapşırıq və xahişlərinizi yerinə yetirəcəklər.

Dərman qəbul edərkən ehtiyatlı olun. Zəhərlənmə riski yarana bilər.

Dolça – Fobos və Amalteyanın münasibətləri uğurlu gün vəd edir. Bir çox işləri xüsusi səy göstərmədən yerinə yetirəcək, yaxşı nəticələrə nail olacaqsınız.

Planlardan birinin aktiv şəkildə həyata keçirilməsi üçün uyğun gündür.

Nə zamansa kəsilmiş münasibətləri bərpa etmək şansı yaranıb. Əvvəllər yola getmədiyiniz insanla əlaqələr normallaşır.

Maliyyə və əmlak məsələləri ilə bağlı anlaşılmazlıqlarla fikir ayrılıqları aradan qalxır, kompromiss həll tapılır. Ev üçün qeyri-adi, ekzotik əşya almaq olar.

Günün ikinci yarısında pul alacaqsınız. Gəlir sizi razı salmasa da, bu da pis deyil.

Balıqlar – Ay və Deymosun münasibətləri işgüzar baxımdan o qədər də rahat gün vəd etmir. Tənbəl və ətalətli olmayın, işlərlə məşğul olmamaq istəyindən qurtulun.

Xırda səhvlər və yarımçıq işlərə yol verməyin. Məhz belə səhvlərlə yanlışlıqlar ciddi işin başa çatdırılmasına mane ola bilər.

Yanınızda işinizi yoxlayan, səhvləri aradan qaldırmağa kömək edən insan varsa, əladır.

Qeyri-rəsmi ünsiyyət, dostlarla görüş, romantik münasibətlər, dəvət alınan tədbirlərə qatılmaq üçün yaxşı gündür.

Comments are closed, but trackbacks and pingbacks are open.