Press "Enter" to skip to content

C cabbarli (1899-1934) HƏyati, yaradiciliğI

C.Cabbarlı yaradıcılığı müasir dövrlə səsləşir. Bu müasirliyinin kökləri ilk növbədə öz xalqının taleyinə , ideallarına bağlılığındadır. Ədibin yaradıcılığı ilk sənət nümunələrindən başlayaraq, qələi\mə aldığı son əsərlərə kimi xalq həyatının, xalqın tərəqqi idealının bədii ifadəsidir. Ədibin fəal həyat mövqeyini, həyatın dibində yaşayan insanların taleyinə biganə qala bilməməsini, şərə etirazını bütün yaradıcılığında izləmək mümkündür.

Cəfər Cabbarlı həyatı və yaradıcılığı

Cabbarlı Cəfər Qafar oğlu (d. 20 mart 1899, Xızı, Rusiya İmperiyası – ö. 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimidir (1932).

Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin “Dağlı məhəlləsi” adlanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. 1904-cü ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür.

Süleyman Rüstəm, Rəsul Rza, Cəfər Cabbarlı

1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur. Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır.

Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur.
Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cabbarlı, başlıca olaraq, Mirzə Fətəli Axundov realizmindən qidalanırdı. Mirzə Fətəli Axundovun maarifçi-demokratik fikirlərini, həyatla dərindən bağlı olan realizmini Cabbarlı ümumiyyətlə Azərbaycan ədəbiyyatı üçün, xüsusən özü üçün ən düzgün bir yaradıcılıq yolu hesab edirdi.
Cabbarlının əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan zəhmətkeşlərinin azad və gözəl həyat haqqındakı arzuları ilə, xalqın irəliyə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi.
Qeyd edildiyi kimi, Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunmuşdu.

Oturanlar: Əli, Nazim, Səməd Vurğun, Aleksey Tolstoy, Maksim Qorki, Salman Mümtaz Ayaq üstə: 3 soldan Mikayıl Rəfili 2 sağdan Cəfər Cabbarlı.

İlk şeir, hekayə və dramlarını Cabbarlı 1915-1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan “Aslan və Fərhad”ın üzərində 15 iyul 1916-cı il tarixi vardır. “Mənsur və Sitarə” hekayəsinin əlyazma nüsxəsi və həmçinin “Sitarə” adlı operanın əlyazma nüsxəsində tarix yoxdur. Lakin əlyazmaların xəttindən, əsərlərin üslubundan asanlıqla təyin etmək olar ki, bunlar da 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.
Cabbarlının ilk satirik və lirik şeirləri ilə bir zamanda yazılan bu əsərlərin mövzusu da, demək olar ki, bir-birinə çox yaxındır. Müəllif bu əsərlərində də cəmiyyətdəki ədalətsizlikdən bəhs edir. Gördüyü zülmə və haqsızlıqlara soyuqqanlı baxa bilməyən gənc yazıçı öz həyəcanını, qəzəb və nifrətini ifadə etməyə çalışır.
C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.
C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan “Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərinin üzərindəki qeydə görə əsər 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. Bu əsərdə dramaturq burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətin və avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğunu göstərmişdir.
“Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərindən sonra yazıçı “Solğun çiçəklər” əsərini yazmışdır. Əsər 1915-ci ildə yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı “Solğun çiçəklər”də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə 1916-cı ildə İsmailiyyədə oynanılmışdır.

Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu xalqa xidmətdə görürdü. Teatr haqqında yazdığı qeydlərindən birində deyirdi: “Teatro-yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor”.

Cəfər Cabbarlının əsərləri:

Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş (1915)
Solğun çiçəklər (1917)
Oqtay Eloğlu (1922)
Od gəlini (1928)
Gülzar (1924)
Dilarə (1924)
Dilbər (1927)
Sevil (1928)
Almaz (1931)
Yaşar (1932)
Dönüş (1932)

Filmoqrafiyası:

Abbas Mirzə Şərifzadə (film)
Ağasadıq Gəraybəyli (film, 1974)
Almaz (film, 1936)-ssenari müəllifi, əsər müəllifi
Azadlığa gedən yollar (film, 1990)
Bakı bağları. Buzovna (film, 2007)
Balıqçılar (film, 1927)
Cavid ömrü (film, 2007)
Cəfər Cabbarlı (film, 1944)
Cəfər Cabbarlı (film, 1969)
Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
Cəfər Cabbarlının dəfni (film, 1935)
Hacı Qara (film, 1929)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Qayıdış (film, 1992)
Qəmbər Hüseynli (film, 2007)
Onlar belə sevirdilər (veriliş, 2007)
Sevil (film, 1929)
Sevil (film, 1970)
Solmaz bir bahar kimi (film, 1979)
Yarasa (film, 1995)

C cabbarli (1899-1934) HƏyati, yaradiciliğI

Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatı tarixində dram əsərləri ilə yeni ədəbi məktəb yaratmış, lirik, epik, satirik şeirlər, mənalı hekayələr, maraqlı ssenarilər , gözəl tərcümələr müəllifi kimi çoxcəhətli yaradıcılıq yolu keçmiş böyük sənətkardır.

Azərbaycan Demokratik Respublikası dövründə o, , vətənpərvərlik ruhlu şerlər, «Ədirnənin fəthi», «Trablis müharibəsi», «Aydın», «Oqtay Eloğlu» pyeslərini yazmışdır.Sovet hakimiyyəti illərində yazdığı “Almaz”, “Sevil”, “Yaşar”, “1905-ci ildə”, “Oqtay Eloğlu”,”Od gəlini”, “Dönüş” pyesləri milli teatr tariximizi\də yeni bir mərhələ kimi qiymətləndirilir.

Cəfər Cabbarlı 1899-cu ildə Bakının Xızı kəndində anadan olmuşdur.İlk təhsilini molla yanında alan Cəfər Cabbarlı sonra Bakıda rus-tatar məktəbinə daxil olub. Sonra o, təhsilini politexnik məktəbində davam etdirmiş, 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinə daxil olmuşdur.

Kiçik yaşlarından bədii ədəbiyyata güclü həvəsi ilə seçilən Cəfər Cabbarlı ilk şerini 16 yaşında yazmışdır. “Bahar” adlı bu şer 1915-ci ildə “Məktəb” jurnalında çap olunmuşdur.O, həmin dövrdən balayaraq lirik, satirik şerlər, hekayələr yazmışdır.

C.Cabbarlı yaradıcılığı müasir dövrlə səsləşir. Bu müasirliyinin kökləri ilk növbədə öz xalqının taleyinə , ideallarına bağlılığındadır. Ədibin yaradıcılığı ilk sənət nümunələrindən başlayaraq, qələi\mə aldığı son əsərlərə kimi xalq həyatının, xalqın tərəqqi idealının bədii ifadəsidir. Ədibin fəal həyat mövqeyini, həyatın dibində yaşayan insanların taleyinə biganə qala bilməməsini, şərə etirazını bütün yaradıcılığında izləmək mümkündür.

İlk gənclik illərindən Cəfər həyatı müşahidə edir, cəmiyyətdə baş verən hadisələri diqqətlə izləyir, ətrafda baş verən haqsızlıqlara laqeyd qala bilmirdi.1915-ci ildə yaşadığı məhəlləmdə çoxlu adam toplaşdığını ,əli külünglü bir dəstə adamın şəhər Dumuna vergi verə bilməyən yoxsulların komalarını sökdüyünü ürək ağrısı ilə seyr edənlər arasında Cəfər də var idi.Qadın və uşaqların ağlaşması, ağsaqqal və qarıların yalvarışı, koma sahiblərinin xahişi daş ürəkli Dum əhlinə təsir etmirdi.Bir neçə gündən sonra “Babayi-Əmir” jurnalında Cəfərin xalqın etirazını əks etdirən “Üstünə” şeri dərc olundu:

Eyni mövqeyi, eyni etirazı «Qürub çağı bir yetim» şerində də göriək mümkündür. Cəmiyyətin. ətrafdakıların köməyə ehtiyacı olanlara münasibətdə laqeydliyini ittiham edən şairin fikrincə, insan taleyinə etinasızlıq faciələr yaradır::

Ana yox, əqrəbası yox, ata yox,

Bir kömək görməyir, baxır hər yan.

Bir nəfər yox ki, sorsun əhvalın,

Bir nəfər yox onu bilə insan.

«Boranlı qış gecəsi» şerində soyuq, şaxtanın qılınc kimi kəsdiyi havada bir parça çörəyə möhtac olan ana ilə zavallı körpənin müsibətindən söz açılır:

Uzaqda kənd kənarında bir uçuq evcik,

Budur, uçulmuş, dağılmış, xərabə bir məqbər.

Zülami-nikbət içindən gəlir inilti səsi-

Baxanda xəstə uşaq, bir də xəstə bir madər…

Uşaq fəğan ilə qucmuş zavallı anasını,

-Ana! Acam!-deyə ağlar, qadın baxır mədhuş,

Nə var dolanmağa taqət, nə var danışmağa dil,

Həzin nəzərlərilə baxır, ağlayır, olur bihuş.

Bu nümunələrdə ilk növbədə cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə etiraz səsi ucaldan, insan həyatını əvəzsiz nemət hesab edən humanist sənətkarın qəlb çırpıntılarını, harayını eşidirik.

C. Cabbarlının lirikasında təmiz, saf məhəbbətə həsr olunmuş şerlərin xüsusi mövqeyi vardır. Bu şerlərdə lirik qəhrəmanın qəlbində yaranan ilk sevgi duyğuları, səmimi, munis hisslərdən söz açılır:

Bir biz idik, bir düz idi, bir də al boya,

Dağ başından uçan quşlar endilər çaya.

Sən dedin ki, bütün dünya qoy dönsün toya.

Çaldı qaval, uzaq kənddə ellər oynadı,

Qəlbimdəki kaman kimi tellər oynadı.

C. Cabbarlı yaradıcılığının müasirliyi həm də onun Azərbaycanın istiqlalı, müstəqilliyi idealı ilə qırılmaz şəkildə bağlılığındadır.Demokratik Respublika dövründə yazdığı «Azərbaycan bayrağına» şerində şair üç boyalı, üç mənalı bayraqdan iftixarla söz açırdı:

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə, belə söyləmək:

Bu göy boya göy moğoldan qalmış bir türk nişanı;

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan inamı,

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Səkkiz uclu şu ulduz da

Səkkiz hərfli Od yurdu,

Əsarətin gecəsindən fürsət tapmış quş kimi,

Öz xalqını azad, müstəqil, bütövləşmiş, birləşmiş görmək arzusu ilə yaşayan sənətkarı əsarətdə olan cənublu qardaş və bacılarımızın taleyi daim düşündürür, narahat edirdi.O, 1922-1923-cü illərdə üzərində işlədiyi «Araz çayı» adlı mənzum faciəsini tamaşaya qoyulmaq üçün Dövlət Dram Teatrına təqdim etmişdi.Müəllif xalqımızın vəhdəti məsələsinə həsr etdiyi həmin əsərdə yazırdı:

Araz çayı, qalx aradan!

Qoy birləşsin Azərbaycan!

Lakin sovet rejimi belə bir qayəni diqqət mərkəzinə çəkən, xalqımızın vətənpərvərlik, azadlıq duyğularını əks etdirən əsərin səhnəyə qoyulmasına icazə verə bilməzdi.Bu işdə İran rejiminin də rolu az olmamışdı. Cənubi Azərbaycana azadlıq tələb edən sənət əsərləri İran şahpərəstlərini də qorxuya salır, onların sovet hökumətinə ünvanladığı etirazlarda öz əksini tapırdı.Əsərin əlyazması itmiş, bu vaxtadək tapılmamışdır.

C.Cabbarlının istər inqilabdan əvvəl, istərsə də sovet hakimiyyəti illərində yazdığı orijinal lirik hekayələr onun yaradıcılığının ən qiymətli səhifələrindən birini təşkil edir.Təsadüfi deyil ki, onun ideya-bədii cəhətdən dolğun hekayələrini həyat hekayələri də adlandırırlar. Yaradıcılığınını ilk illərində yazdığı «Aslan və Fərhad», «Mənsur və Sitarə» hekayələrində pul, var-dövlət hərisliyinin, çirkin ehtirasların insan münasibətərində doğurduğu fəsadlar öz əksini tapmışdır. Bu hekayələrdə ədib həyatda baş verən faciələrin,pisliklərin mənbəyinin insanın təbiətində olması qənaətinə gəlir. Şerlərində olduğu kimi, hekayələrində də sənətkar əzilən, haqsızlığa düçar olan, ədalətsizliyin qurbanı olan insanların halına yanır, onların dərdlərindən ürək ağrısı ilə söz açır.

Ədibin “Gülər”. “Firuzə”, “Gülzar”, “Dilarə”, “Dilbər” hekayələrində qadın taleyi, qadın azadlığı problemi təsirli, səmimi bir dillə qələmə alınmışdır.

C. Cabbarlının ilk pyesləri “Vəfalı Səriyyə” və “Solğun çiçəklər” əsərləridir. Ədibin “Aydın”,”Nəsrəddin şah”, “Almaz”, “Sevil”, “Od gəlini”, “Yaşar”, “1905-ci ildə”, “Oqtay Eloğlu”, “Dönüş” pyesləri onu bir dramaturq kimi şöhrətləndirmişdir.

C. Cabbarlı hələ tələbəlik illərində öz xalqının tarixi keçmişini öyrənməyə böyük maraq göstərmişdir. “Od gəlini” faciəsinin yaranması məhz bu marağın məntiqi nəticəsi idi. Əsərdə Babək hərəkatı, Azərbaycanlıların ərəb istilasına qarşı mübarizəsi öz bədii əksini tapmışdır.Əsər yalnız müəllifin deyil, xalqımızın da öz tarixi mənliyini dərk etmək meylinin ifadəsi idi.

“Oqtay Eloğly” və “Dönüş” dramları teatr mövzusuna həsr olunmuşdur.”Sevil” dramında C.Cabbarlı Azərbaycan qadınının azadlıq idealını əks etdirmiş, Sevil obrazı vasitəsilə müti, kölə vəziyyətində olan gənc bir qadının qaranlıqdan işığa çıxması, yeni həyatın səəsinə səs verib öz haqqı uğrunda mübarizəyə başlaması və qələbə çalması təsvir edilir. Əsərdə Sevilin qələbəsi əslində çadrasını tullamış, savadsızlığı ləğv edib yeni hyəyat qurmaqla Şərqdə nümunəyə çevrilən Azərbaycan qadının qələbəsi kimi mənalandırılmışdır.

C. Cabbarlının əsərlərinin səhnə taleyi də uğurlu olmuş, dramaturqun pyesləri üzrə teatr tamaşaları ədəbi hadisəyə çevrilmiş, böyük əks səda doğurmuş, xalqın dərin rəğbətini qazanmışdır.

Məlumdur ki. sovet hakimiyyəti illərində ədəbyyatşünaslıqda ideal qəhrəman problemi ətrafında mübahisələr səngimək bilmirdi.C. Cabbarlının bu məsələyə münasibəti müasir ədəbyyatşünaslıqda təqdir olunan meyllə səsəşir. Belə ki. sənətkar öz müsbət qəhrəmanlarını əksər hallada ideallaşdırmamış, onları insana xas olan zəif, ziddiyyətli cəhətləri ilə təsvir etmişdir.

Sovet yazıçılarının 1934-cü ildə keçirilmiş birinci qurultayındakı məşhur nitqində C. Cabbarlının söylədiyi fikirlər bu gün də aktuallığını itirməmişdir: «Qəhrəmanı resept ilə yaratmaq olmaz.Yazıçı öz qəhrəmanını nə qədər yaxşı keyfiyyətlərlə bəzəyirsə, bəzəsin. Əgər o, qəhrəmanı canlı bir insan kimi bütün ehtirasları ilə göstərə bilməmişsə, fərqi yoxdur,o qəhrəman sevilməyəcək və yazıçı mütləq tamaşaçıdan belə sözlər eşidəcəkdi: Qəhrəman bir az sünidir, sxematikdir, qurudur.

Tolstoyun güllələrlə deşilmiş Hacı Muradı ayaq üstə qalxaraq sonra ölü bir halda yerə yıxılarkən adama elə gəlir ki, qoca, cəsim bir dağ uçub tökülür.Görünüz, müəllif öz qəhrəmanını nə qədər yüksəldə bilmişdir? Bu bacarığı, bu sənəti biz də öyrənməliyik.»

C. Cabbbarlının bütün yaradıcılığı üçün zəhmətə, qurub-yaratmağa, insanı, həyatı dərk etməyə, ətalətə, mühafizəkarlığa etiraz səsi ucaltmağa, yenilik uğrunda fəal mübarizə aparmağa, mənəvi saflığa çağırış qayəsi səciyyəvidir.

“OQTAY ELOĞLU” faciəsi

C. Cabbarlı maarifçilik ruhunda olan ilk realist dramlarından sonra sənətində romantik qəhrəman axtarışlarını daha da gücləndirir. Bu qəhrəmanın həyat və mübarizəsini, ideyasını və ideallarını təcəssüm etdirən dramlar onun yaradıcılığında xüsusi və yeni bir mərhələni təşkil edir. “Oqtay Eloğlu” da bu baxımdan C.Cabbarlının uğurlu əsərlərindən biridir. İlk realist dramlarının qəhrəmanlarından fərqli olaraq, C.Cabbarlı bu əsərində qəhrəmanın romantik tipini, cəmiyyətin sosial və mənəvi qanunlarına etiraz edən şəxsiyyətin obrazını təcəssüm etdirir. Onun ilk belə qəhrəmanı Aydındırsa, ikincisi məhz Oqtay Eloğludur. C.Cabbarlının bu dramları xüsusiyyətlərinə və qəhrəmanların xarakterinə görə yaxındır. Hər iki qəhrəman fəal, ehtiraslı həqiqət axtarıcısı, həqiqət mübarizi rolunda çıxış edir, bu mövqedən də içərisində yaşadıqları cəmiyyəti, bu cəmiyyətin əxlaq və mənəviyyatını bəşəriliyin ittiham və mühakimə obyektinə çevirir. Romantik qəhrəmanın bı mübarizəsi baxımından Oqtay daha miqyaslı və əhatəli olub milli ziyalı obrazının bir sıra mühüm tarixi xüsusiyyətlərini özündə ək etdirir. Oqtay öz qarşısına böyük, ali və həm də çətin bir vəzifə – Azərbaycan xalqının teatrını yaratmaq vəzifəsini qoymuşdur. Bu onun həyatı və idealıdır. Oqtaym bütün mənliyi, bütün varlığı, fikir və hisləri bu ideala bağlıdır, bunsuz onu təsəvvür etmək qeyri-mümkündür. Milli teatrı yaratmaq və inkişaf etdirmək Oqtayın nəzərində milli özünüdərk deməkdir; əgər millət özünü təsdiq etmək istəyirsə o, teatrını, müasir mədəniyyətini yaratmalıdır. Oqtay bunu da başa düşür ki, bu teatrı, bu mədəniyyəti başqa bir xalq nümayəndələri yaratmayacaq, tərəqqi etmək istəyirsə, bunu xalq özü yaratmalıdır. Dostu Səməd bəy Oqtaya rus səhnəsinə getməyi təklif edir: ” O vaxta qədər milli teatr da yaranar və sən qayıdıb yenə teatrda çalışarsan”. Bu təklif Oqtaya tamamilə yaddır, onun ideal yə prinsipləri ilə bir yerə sığmır. Buna görə Səməd bəyə qəti və sərt cavab verir:”Aldanır san , Səməd bəy, aldanırsan: Bunu bizimçin kim edəcəkmiş! Başqalarında səhnə, mədəniyyət hər şey var, bizdə yox. Yaşamaq istəyiriksə, yaratmalıyıq.”

Oqtay həyatını, mübarizəsini bu ali məqsədlərə həsr etməyi qərara almışdır. Onun bu qərarı qəti və dəyişməzdir. Səməd Oqtaya həm də anasının şikayətlərindən danışır, neft alıb lampa yandırmağa pulları olmadığını söyləyir. Bacısı Sevərin qaranlıq otaqda xəstə yatdığını xəbər verir. Əlbəttə, Oqtay bütün bunları bilir, anasının və bacısının ağır, dözülməz, maddi çətinlik məngənəsində güzəran keçirmələrindən sarsılır, həyəcan keçirir. Beləliklə, o, iki qütb arasında qalır: ailə və teatr. İkisi də çətin və dözülməz vəziyyətdədir. Oqtay bu iki qütb arasında teatra üstünlük verir, çünki başa düşür ki, özündən başqa teatrı yaradaacaq bir qüvvə, başqa bir şəxsiyyət yoxdur. O, Səməd bəyə qəti bildirir: “. mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki qadının istirahətinə fəda edə bilmərəm”.

Bununla o, Səməd bəylə öz arasında mühüm bir məsələ üstündə—ictimai ideal, xalq taleyi qarşısında şəxsiyyətin məsuliyyəti məsələsində baxışlarının müxtəlifliyini kəskinləşdirir. Oqtayın böyüklüyü, mühitindən üstünlüyü də məhz bu problemə münasibətinin Səməd bəylərin münasibətlərindən fərqlənməsindədir. Əlbəttə, əsərdə Oqtay daha çox teatr mühitində təsvir olunur. Bu da təbiidir, çünki Oqtay teatra bağlıdır, teatr üçün yaşayır, fəaliyyət göstərir, teatr naminə mübarizə aparır. Teatrda isə vəziyyət yarıtmaz və dağınıqdır: burada heç kim öz işini bilmir, vəzifəsini dərk etmir. Lakin Oqtay çətinliklərə, məhrumiyyətlərə dözür, tab gətirir, müxtəlif yollarla maneələri aradan qaldırır.

Onun qarşısında daha ciddi və müşkül çətinliklər vardır. Bunlardan biri onun varlı qızı Firəngizlə olan məhəbbətidir. Firəngiz Oqtayın həyatına daxil olduqdan sonra onun vəziyyəti daha çətin və iztirablı olur. Əslində Oqtayın faciəsi bu hadisə ilə daha da dərinləşir. Firəngiz varlı, dövlətli bir ailənin qızıdır. Ancaq bu ailə köhnəpərəstdir, burada köhnə əxlaq və mənəvi dəyərlər qorunub saxlanılır. Hacı Zaman qızının teatra marağının əleyhinədir. Bu işdə Aslan bəy bacısına kömək edir. Ancaq bu, Aslan bəyin heç də yenilik və tərəqqi tərəfdarı olduğunu göstərmir. Doğrudur, o, teatrı məktəb adlandırır, qadın azadlığı tərəfdarı kimi atasına qarşı çıxaraq hətta belə deyir:” Arvad da kişi kimi bir insandır. Biz analarımızı çarşab içində saxlamışıq”. Aslan bəy Oqtayla üz-üzə gəldikdə də ziyalılığını gözə çarpdırır, ziyalı kimi davranmağa və hərəkət etməyə çalışır. Deməli, Aslqn bəy qatı köhnəpərəst, fanatik fikirlərlə yaşayan atası Hacı Zaman deyildir. Lakin Aslan bəy həqiqi mənada demokrat, ziyalı və yenilikçi də hesab edilə bilməz. Onun ziyalılığı zahiridir, xudbin şəxsi mahiyyət ifadə edir. O, bacısı Firəngizi ona görə teatra buraxır ki, bu hərəkəti ilə ünsiyyətdə olduğu dövlət məmurlarının gözündə mədəni görünsün. Firəngizlə son görüşdən sonra Oqtayın məşəqqətli həyatı başlanır. Qubernatoru təhqir etdiyi üçün həbs edilir, sürgünə göndərilir. On illik ayrılıqdan sonra Oqtay yenə vətənə qayıdır. Lakin o, ruhən əzgin, küskündür, əsəbləri pozulmuş vəziyyətdədir. Yazıçı qəhrəmanın bu vəziyyətini cəmiyyətin əxlaq və qanunları ilə izah edir. Şillerin “Qaçaqlar” faciəsinin tamaşasında Amalya rolunda Firəngizi görən Oqtay — Karl sarsılır, əsəbləri gərginləşir, sanki olmuşlan yenidən bir də yaşayır və bütün bu qarışıq hislərin təsiri altında o, daha Şillerin pyesini yox, onun qəhrəmanını yox, öz həyatını, öz rolunu oynayır. Firəngizə Amalya kimi yox, Firəngiz kimi müraciət edir, sanki ondan ayrıldığı son görüşdəki dialoqu davam etdirir, Karlın bıçağı ilə Firəngizi öldürərək bu dialoqu faciəvi bir sonluqla tamamlayır. Bu qanlı aktı icra edən Oqtay üzünü xalqa tutub soruşur: ” Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əli qanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud alman dahisi böyük Şiller özümü?” Baş qəhrəmanın səhnədən xalqa bu müraciəti ilə C.Cabbarlı öz pyesini tamamlayır. Oqtayın son monoloqunda ifadəsini tapan fikir və hislər onun xarakterini və faciəsini başa düşmək nöqteyi-nəzərindən çox mühümdür. Oqtay içərisində yaşadığı cəmiyyətdə tək və tənhadır. O, məhəbbətini bu cəmiyyətdə itirmişdir. Cəmiyyət, onun əxlaqı və mənəviyyatı, qanunları və normaları Oqtayın məhəbbətini məhv etmişdir. Firəngizdən sonra həbs və sürgün illərində Oqtay iztirab və məşəqqətlərdən keçərək dərk edib ki, bu cəmiyyətdə, Aslan və Danyar bəylərin, Hacı Zamanların cəmiyyətində həqiqi insan səadəti yoxdyr, ülvi insan məhəbbəti qeyri-mümkündür. Bunu başa düşən Oqtay bu cəmiyyətə əyilmir, onun köləsim çevrilmir,’əksinə “mən. həqiqətəm!”— deyə ona qarşı üsyan edir onun qanun və prinsiplərini qəbul etmədiyini bildirir.

Oqtay XX əsr Azərbaycan vətənpərvər, əməlpərvər ziyalılarının ümumiləşdirilmiş obrazıdır. Beləliklə, C.Cabbarlı “Oqtay Eloğlu” dramının timsalında milli dramaturgiyanı çox gözəl və mükəmməl bir əsərlə daha da zənginləşdirmiş, bu dramaturgiyanın qəhrəmanları silsiləsinə yeni və parlaq bir qəhrəman əlavə etmişdir. Bu qəhrəman böyük dramaturqun yaratdığı qüvvətli, işıqlı insan xarakterləri sırasında xüsusi yer tutur. (Ş.Salmanov)

Cefer Cabbarli – Wikipedia

Cəfər Qafar oğlu Cabbarlı ( 20 mart 1899 [1] , Xızı , Quba qəzası – 31 dekabr 1934 [1] , Bakı , SSRİ ) — Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1933)*.

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili
    • 1.2 Ailəsi
    • 2.1 İlk dövr
    • 2.2 Yaradıcılığının ikinci dövrü
    • 2.3 Yaradıcılığının üçüncü dövrü
    • 2.4 Kino fəaliyyəti
    • 4.1 Nəşri
    • 5.1 Cəfər Cabbarlı mükafatı

    Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. [2] Kömürçü işləyən atası (Qafar Cabbarlı) görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb. [3] Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. [3] O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub. [3] Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü. [4]

    Təhsili

    Cəfər Cabbarlı gənclik illərində

    Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında “çərəkə” oxumağa, bir müddət sonra isə molla Qədirin yanına Quran oxumağa qoyur. Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlar ilə birlikdə 1905-ci ildə “Starıy Poçtovı-25”-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci müsəlman və rus” məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə “7-ci müsəlman və rus” məktəbini bitirərək bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına “3-cü ali ibtidai” məktəbdə oxuyur. 1915-ci ilin aprelin 2-də Cəfər məktəbi bitirir.

    1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. [5] Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin o, ərizə yazıb həmin fakültədən çıxır. [5] 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir. [5]

    1915–1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr idi. O, bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi” və ya “Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi Azərbaycan əsərlərini qələmə almış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir. [6]

    Ailəsi

    1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu vəfat etdi. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi. [5] Cəfər ailənin ən kiçik uşağı idi. Onun atası Qafar kömürçülüklə məşğul olurdu. Anası Şahbikə xanım isə evdar qadın idi. [5]

    Cəfər 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurdu. [5] Bu evlilikdən onun Aydın və Gülarə adlı 2 övladı oldu. Onun böyük oğlu Aydın Cabbarlı 1924-cü ildə anadan olmuşdur. [5] O, tibb elmləri namizədi idi. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru idi. [5]

    Yaradıcılığı

    İlk dövr

    Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdur və 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunmuşdu. “Məktəb” jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. C.Cabbarlının yaradıcılığa başlamasında “Məktəb” jurnalının da müəyyən rolu olmuşdur. [7]

    1915-ci ildə “Qurtuluş” jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının “Qürub çağı bir yetim” şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin “Hophopnamə”si və “Qurtuluş” jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı. [8]

    Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini “Boranlı qış gecəsi”, “Bayram saxlayanlara”, “Dilənçi” və “Novruz bayramına hazırlaşan müsəlmana töhfə” kimi şeirlərində əks etdirmişdir. [9]

    “Hürriyyəti-nisvançılara protesto”, “Arvadlar deyirlər”, “Kişilər deyirlər”, “Qızlardan kişilərə protesto” və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

    Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şeirlərində də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutur. Yazıçı satirik şeirlərində cəmiyyətinin qadına mənfi münasibətlərini tənqid edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırır.

    Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915–1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan “Aslan və Fərhad”ın üzərində 15 iyul 1916-cı il tarixi var. “Mənsur və Sitarə” hekayəsinin əlyazma nüsxəsi və həmçinin “Sitarə” adlı opera 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.

    Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən məşhur əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycan dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.

    C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan “Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərinin üzərindəki qeydə görə əsər, 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. “Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərindən sonra yazıçı “Solğun çiçəklər” əsərini yazmışdır. Əsər 1915-ci ildə yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı “Solğun çiçəklər”də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə 1916-cı ildə İsmailiyyə Sarayında oynanılmışdır. Pyes ailə-məişət mövzusuna həsr olunmuşdur. Əsərdə Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir.

    “Nəsrəddin şah” C.Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində “Nəsrəddin şah” pyesinin variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir. Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi (Qacarlar) fonunda zəhmətkeş kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərmişdir.

    Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirmişdir.

    “Nəsrəddin şah” pyesində istibdad və mütləqiyyətə qarşı geniş xalq kütlələrinin mübarizəsinin əks olunması onun fərqli xüsusiyyəti olmuşdur. Azərbaycan dramaturgiyasında və Cəfər Cabbarlının yaradıcılığında tarixi mövzunun işlənilməsi “Nəsrəddin şah”la yeni mərhələ idi. “Nəsrəddin şah” ilk dəfə 1919-cu ildə Aşqabadda tamaşaya qoyulmuşdur.

    Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair “Trablis müharibəsi” və ya “Ulduz” və “Ədirnə fəthi” pyeslərini yazmışdır. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür. Obraz və mövzu yaxınlığını nəzərə alaraq “Ədirnə fəthi” pyesini “Trablis müharibəsi” pyesinin davamı hesab etmək olar. [10] Bu əsərlər türk məişətini, türk qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar və sovet tənqidi tərəfindən “pantürkist”, “panislamist” təmayüllü əsərlər kimi qarşılanmış, az sonra tamamilə səhnədən çıxarılmışdır.

    “Trablis müharibəsi” və “Ədirnə fəthi” əsərlərinin mövzusu Osmanlı əhalisinin, Türkiyə türklərinin mübarizə dolu tarixinin yaxın keçmişindən (1911–1913-cü illər) götürülmüşdür. Cəfər Cabbarlı “Trablis müharibəsi” tarixi faciəsi ilə Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur. Əsərin ilk tamaşası Novruz bayramı ərəfəsində 1918-ci il martın 10-da Bakıdakı “İsmailiyyə” binasında göstərilib. [10]

    “Trablis müharibəsi” və “Ədirnə fəthi” əsərlərini müəllif ömrünün gənclik çağında (18 yaşında), yaradıcılığının ilkin mərhələsində yazmışdır. Cəfər Cabbarlı Bakı Politexnik məktəbinin tələbəsi olmasına baxmayaraq, Osmanlı tarixinin Balkan müharibələri (1911–1913) dövrünü mətbuat məlumatları əsasında izləmiş, bəhrələndiyi tarixi faktlara yaradıcı münasibət bəsləyərək, problemlərin və xarakterlərin ziddiyyətli məqamlarını üz-üzə qoyaraq bu səhnə əsərlərini yaratmışdır.

    “Trablis müharibəsi”ndə hadisələr 1911–1912-ci illər İtaliya-Osmanlı müharibəsi fonunda cərəyan edir.

    “Ədirnə fəthi” faciəsini gənc Cabbarlı 1917-ci il oktyabrın 17-də bitirmiş, əsər ilk dəfə elə həmin il, dekabrın 15-də Abbas Mirzə Şərifzadənin təqdimatında nümayiş etdirilmişdir. Cəfər Cabbarlı “Trablis müharibəsi” və “Ədirnə fəthi” əsərlərinin ilk tamaşasından sonra verilən ziyafətdə çıxış edərək türk xalqının qədimliyindən, zəngin mədəniyyət və döyüş ənənələrinə malik olmağından söhbət açıb. “Ədirnə fəthi”ni bu mövzuya həsr etdiyini, “Trablis müharibəsi”ndə Nuru Paşanın hərbi xadim və şəxsiyyət kimi bədii obrazını təsvir etməklə yanaşı, generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz verib. Cəfər Cabbarlının alovlu nitqi Nuru Paşanı heyran qoyub. General ziyafətdən sonra “arkadaş” adlandırdığı Cabbarlının dəvətini qəbul edərək onun qonağı olub. Ertəsi gün Nuru Paşanın göndərdiyi hədiyyələri Cabbarlının anası Hacı Şahbikə xanım alıb. Bunlar: bir ədəd nikelli dəmir çarpayı, paltar üçün divar asılqanı və divar saatından ibarət idi. [10] Pyesin əsas məzmunu Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutmuş hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadəti təşkil edir.

    Yazıçının “Bakı müharibəsi” əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara garşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da A.M.Şərifzadənin rəhbərliyi ilə “Türk ocağı”nda (Türk Dövlət Teatrı) tamaşaya qoyulmuşdur. [10] Lakin əsər sonradan tapılmamışdır.

    Bu dövr gənc yazıçının yaradıcılıq yolunda qanunauyğun bir mərhələ, ciddi ədəbi təcrübə əhəmiyyətinə malik idi. Bu dövrdə Cabbarlı realizm yoluna düşmüş və ictimai-məişət mövzularını işləməyə başlamışdı. İlk satirik və lirik şeirlərində o, cəmiyyətdəki nöqsanlara incə bir kinayə ilə gülməyi, onları acı-acı qamçılamağı, ifşa etməyi və onlara qarşı nifrət oyatmağı öyrənmişdi; hekayələrində insanlar arasındakı münasibətləri nisbətən geniş təsvir etməyə, yaxşı-yamanı, xeyir-şəri bir-birindən ayırmağa çalışmışdı. Bu hekayələrində Cabbarlı hələ cəsarətsiz bir şəkildə olsa da, xarakterlər yaratmağa təşəbbüs etmişdi. İlk pyeslərində isə bu təşəbbüs daha da artmışdı; yazıçı məişət səhnələrini, burjua cəmiyyəti ilə toqquşan fərdlərin faciəsini və nəhayət, ictimai ədalətsizliyə qarşı mübarizə meyllərini göstərməyi təcrübə etmişdi.

Comments are closed, but trackbacks and pingbacks are open.