Press "Enter" to skip to content

Drgah qüdrtov türk xalqlarının tarixi

BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan “Tarix və onun problemləri” jurnalının 20 illik fəaliyyətindən bəhs edib.

Türk xalqlarının tarixi necə tədris edilməlidir?

Bakı Dövlət Universitetində Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda respublika elmi praktik konfransı keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb. Türk xalqlarının qədim dövr və orta əsrlər tarixi, türk xalqları üzrə mənbələr və tarixşünaslıq, tarixi şəxsiyyətlərimiz, türk xalqları və din, türk xalqlarının yeni və müasir dövrlər tarixi kimi məsələlərin müzakirə olunacağı konfransın keçirilməsini yüksək qiymətləndiran rektor onun işinə uğurlar arzulayıb, türk xalqları tarixi kafedrasının fəaliyyətini xüsusilə qeyd edib.

Tarix fakültəsinin dekanı Azad Rzayevin çıxışından sonra Türk xalqlarının tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – 98 yaşlı Bakı Dövlət Universiteti Azərbaycan Respublikası ilə yaşıd olan Türk xalqları tarixi kafedrası” mövzusunda məruzə edib.

BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan “Tarix və onun problemləri” jurnalının 20 illik fəaliyyətindən bəhs edib.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Sonrakı xəbər

Şavkat Mirziyoyev: “Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir”

Drgah qüdrtov türk xalqlarının tarixi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Türk xalqlarının tarixi: II hissə

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Türk Xalqları Tarixi- Kitab- i Dədə Qorqud

Subscribe to our mailing list and get interesting stuff and updates to your email inbox.

Thank you for subscribing.

Something went wrong.

We respect your privacy and take protecting it seriously

Tarix və ədəbiyyat bir-birindən ayrılmaz ikilidir. Çünki ədəbiyyatın da tarixin də ana mövzusuinsan və onunyaşamıdır. Eləcə də bu ikili bir millətin həyat damarıdır.Millətlər uzun tarixləri boyunca ədəbiyyatla əlaqədar saysız-hesabsız əsərlər meydana gətirirlər.Sözsüz ki, Türk millətinin görüşlərinə, düşüncələrinə, ruhuna və mədəniyyətinə işıq saçan əsər kimi biz “Kitabi-Dədə Qorqud” dastanını göstərə bilərik. Bu əsər istər tarixi, istərsə də ədəbi cəhətdən olduqca əhəmiyyətlidir.Haqqında danışılan dastan Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (XI-XII əsrlər) Türk ədəbiyyatında daşıdığı dəyər qədər bu əsərin dünya ədəbiyyatında da dəyərli yeri vardır. Bir çox dillərdə bu dastan haqqında maraqlı məlumatlar yazılmışdır. “Gilqameş” Babil mədəniyyəti üçün nədirsə, “Odisseya” Yunanlar üçün nədirsə “Kitabi-Dədə Qorqud” dastanında Türklər üçün eyni dəyəri ifadə edir. Milli bir xarakter xüsusiyyəti daşıması, Türk millətinin yaşamı, vərdişləri və zövq haqqında bizə çox önəmli məlumatlar verməsi bu əsərin qiymətini çox yüksək etməkdədir. Qısacası bu əsər keçmişimizə kəskin bir işıq qaynağı olmaqdadır.
Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında “Dədə Qorqud” eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 50-ci illərin sonu 60-cı illərin əvvəllərində “bəraət” ala bilmişdir. Dastanın əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdu. “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu BamsıBeyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basat Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.Xalqın danışıq tərzi ilə qələmə alınmış bu boylar gərçək bir “şah əsərdir”. Bunlardan “Dirsə xan oğlu Buğacın boyu” və “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy” larında Oğuzların öz aralarındakımübarizələrindən danışılır.”Duxa Qoca oğlu Dəli Domrulun boyu” və “Basat Təpəgözü öldürdüyü boy” da mifoloji dunyagörüşünün izlərinə, qalan 8 boyda isə Oğuzların qonşuları ilə mübarizələrini görməkdəyik. Boylar, xanlar xanı Bayandur xan və ya Salur Qazandan verdiyi ziyafətlə başlayır, Oğuz bəyləri Bayandur xan və ya Salur Qazandan icazə aldıqdan sonra ova gedirlər. Bu zaman yurdları düşmən tərəfindən basqına məruz qalır. Bunun nəticəsində mallarını itirir, bu vaxt Oğuz bəyləri bir-bir gəlirlər və düşməni yenərək ölkələrini və əsirləri qurtarırlar.
Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir, dastanda Salur Qazanın düşməninə söylədiyi sözlər anaya, qadına olan münasibət baxımından çox ibrətamiz tərbiyəvi və təsirlidir: “Ay Şöklü Məlik! Evimi soyub, xəzinəmi gətirmisən, sənin olsun. Şahbaz atları gətirmisən, sənin olsun. Nə qədər var-dövlətimi gətirmisən, sənin olsun. Amma dünyada anadan əziz nə var? Anamı qaytar, arvadımı, oğlumu və bütün əsirləri ver, davasız-qırğınsız geri dönək”.Dastanda baş sərkərdədən tutmuş böyükdən-kiçiyə bütün qəhrəmanların doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə hazır olduqları nümayiş etdirilir. Dastanda oğuz-türk anaları vətəni müdafiə edən oğullarına tərbiyə verərək deyirlər: “Oğul dağdan uçmasın, oğul suda axmasın. Oğul azğın düşmənə əsir düşməsin”.
Oğuzlarda geri dönmək, yoldaşı müdafiə etməyib qaçmaq çox ağır cəzalandırılmışdır. Qazan xan oğlunun döyüş meydanından qaçdığını zənn edib deyir: “Onu altı bölük edib, altı yolun ayırıcına tullayacam ki, kimsə döyüşdə yoldaşını qoyub qaçmasın”. Dastanda böyüməkdə olan nəslə Vətənə məhəbbət hissini aşılamaq, onlara vətəni tanıtmaq və sevdirmək üçün ardıcıl bilik və məlumatlar verilir. Bu məqsədlə dastanda vətənin dağları, çölləri, bulaqları, al-əlvan çəmənləri, əzəmətli qalaları, abidələri haqqında söhbətlər getmiş. Təbiət çox canlı, dağlar keçid verməz kimi göstərilmiş, həmçinin dağlar və sular canlı kimi düşünülüb onlarla danışılmışdır. Məsələn, dastanda su və dağ haqqında deyilir: “Şırıl-şırıl qayalardan axan su, böyük-böyük ağacları yerindən oynadan su, bağ və bostanın zinəti su”. “Ağaclı dağlar, gözəl dağlar, gündoğan dağlar, qara dağlar, otlu-yaylaqlı uca dağlar”, – deyə onu vəsf edərkən mərd, qoçaq, qəhrəman, namus, qeyrət sahibi olan oğullar bu təmiz su və dağlarla müqayisə edilərək deyilir: “Dağın yüksəyioğul” “Suyun daşqını oğul”.
“Kitabi-Dədə Qorqud”da advermə mərasimi də qəhrəmanlıq, igidliklə bağlı olub böyük tərbiyəvi əhəmiyyət daşıyır. Oğuz adətinə görə, oğlan uşaqlarına doğularkən deyil, ov ovlayıb, quş quşladıqdan və baş kəsdikdən sonra ad verilir. Bu cəhətdən oğuz elində yaxşı ad qazanmaq üçün yaxşı işlər görmək lazım idi. Həmçinin boylarda bəylərin yanında 300,uşaqların yanında isə 40 igid vardır. Xatunların yanında da 40 incə belli qız olur.
“Kitabi-Dədə Qorqud”da ailə tərbiyəsinin aliliyi, ailədə ər-arvad münasibətlərində sədaqət vardır. Sadəcə BamsıBeyrək xaricində bütün oğuz bəylərinin bir evliliyi olur,BamsıBeyrəyin ikinci evliliyi də Bayburt qalasından xilas olması vaxtında qızın kömək etməsi və Beyrəyin söz verməsindən asılıdır.
Dədə Qorqud dastanında iki üzlülük yoxdur. Bütün bəylər və qadınlar mərtdirlər. Yalan deməzlər, boyların tək yalançısıYalançıoğluYalancıq isə mövzu gərəyiBamsıBeyrəy boyunda qarşımıza çıxır.
Boylarda Oğuzlar müsəlmandırlar, ancaq din qüvvətli faktor deyildir. Oğuz bəyləri səfərə çıxmadan əvvəl arı sudan abdest alır, iki rükət namaz qılırlar. Düşmənlərə hucum sırasında adı Görklü Məhəmmədə salavat gətirirlər. Savaşların sonunda daima düşmənlərindən aldıqları kilsələri məscidlərə çevirirlər. Həmçinin boylarda 4 böyük mələkdən ( Cəbrail, Azrail, İsrafil, Mikail), Peyğambərlərdən( Həzrəti Musa, Həzrəti Məhəmməd), 3 xəlifədən (Həzrəti Əbubəkr Osman , Həzrəti Əli) və Qurani-Kərimdən( Amme, Tabereke, Yasin, İhlan surələri və.s) söz edilir.
Dastanın müqəddiməsində Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Bayat elindən çıxmış bu bilicihəm ağıllı həm də müdrikdir. Onun söylədiyi aşağıdakı müdrik kəlamlara diqqət yetirək: “Təkəbbürlülük eləyəni Tanrı sevməz. Özünü uca tutan lovğa adamda ağıl olmaz. Ata qıymayınca, yol gedilməz. İti qılıncı çapmayınca, düşmən basılmaz. Qız anadan görməyincə, öyüd almaz, oğul atadan görməyincə, süfrə açmaz. Bu dünyada vətəndən əziz, doğma eldən qiymətli nə var? Ata qədri bilməyən namərd oğul doğulmasa yaxşıdır. Qarı düşmən dost olmaz. Yalan söz dünyada olunca, olmasa yaxşıdır. Kişi malına qıymayınca, adı çıxmaz. Qonağı gəlməyən evlər yıxılsa yaxşıdır və.snümünələrin hər biridərin əxlaqi-ibrətamiz mənaya malikdir .
Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Boyların sonunda edilən şənliklərdə qopuz çalar və şeir parçaları deyərdi. Boylarda qopuzun yanında təbildən də söz edilir. Savaşa getmədən əvvəl təbil çalınarkən ,demək olar ki, qopuz isə Oğuz bəyinin yanından heç əksik etmədiyi musiqi aləti olmuşdur. Hətta qopuz oğuzlarda tanınma işərəsidir. Dastanlarda oğuzun yaşlıvə gənc nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. Bütün bunlar göstərir ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.Ümumilikdəmilli-mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir.

Türkologiya Araşdırma Mərkəzi
Ülfər Məmmədli

Comments are closed, but trackbacks and pingbacks are open.