Press "Enter" to skip to content

Cafar Ramzi

XX əsrin görkəmli Azərbaycan tədqiqatçısı və şairi Cəfər Rəmzinin 1981-ci və 1987-ci illərdə nəşr olunmuş “Deyilən söz yadigardır” toplusu yeni tərtibatda çapdan çıxıb.

«Deyilən söz yadigardır»

Göyçayda Xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçiriləcək

2010-cu il dekabrın 1-dən 3-dək Göyçay şəhərində Xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunmuş «Deyilən söz yadigardır» V Respublika Bədii Qiraət Müsabiqəsi keçiriləcək.
Müsabiqədə 18 yaşından 30 yaşınadək hər bir şəxs (dövlət teatrlarında çalışan aktyorlar, şəhər və rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin üzvləri) iştirak edə bilər. Fərdi şəkildə iştirak etmək istəyənlər yaşadıqları ərazidə, rayon (şəhər) mədəniyyət müəssisələrinin rəhbərlərinə müraciət etməlidirlər.
Müsabiqə iki tur üzrə – seçim turu (2 gün) və final (1 gün) keçirilir. İştirakçılar müsabiqəyə qəzəl, şeir, mənzum şeir, poema, hekayə ilə bərabər Rəsul Rza poeziyasının nümunələrini də təqdim etməlidirlər.
Seçim turunda iştirak edəcək ifaçıların anketləri şəhər (rayon) mədəniyyət və turizm şöbələri (idarələri) tərəfindən tərtib olunub, 2010-cu il il noyabrın 20-dək Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinə (Hökumət Evi, 309-cu otaq, tel. 493-06-03) təqdim olunmalıdır
Qaliblər üçün aşağıdakı mükafatlar təsis edilib:
I mükafat- 500 manat, I dərəcəli diplom;
II mükafat- 300 manat, II dərəcəli diplom;
III mükafat- 250 manat, III dərəcəli diplom;
3 həvəsləndirici mükafat – hər biri 100 manat və diplom.
Dövlət təşkilatları, ictimai və özəl təşkilatlar (birliklər) müsabiqənin qalibləri üçün xüsusi mükafatlar təsis edə bilərlər.

Bu kateqoriyaya aid digər yazılar

Cafar Ramzi

İsmayılzadə Cəfər Balaəmi oğlu (Cəfər Rəmzi) — azərbaycanlı şair, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), baş elmi işçi (1973), əmək veteranı, (1977), elm veteranı (1988)

Həyatı

Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsinı doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış (1913-1917), sonra bir müddət əkinçiliklə məşğul olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir (1920-1922). Bakı Darül müəllimində təhsilini davam etdirmişdir (1922-1927). APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1929-1932). Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir. APİ-nin tarix fakültəsində qiyabi təhsil almış (1941-1942), Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir (19 1990). “Yəğma Cəndaqinin poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1958-1990). Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini “Sufi” təxəllüsü ilə yazıb-yaratmışdır (1954-cü ildən). Bundan sonra öz şeir, elmi əsər və tərcümələrini “Cəfər Rəmzi” təxəllüsü ilə dövri mətbuatda çap etdirmişdir. “Deyilən söz yadigardır” üç cildlik kitabın toplayını və tərtibçisidir. Klassik Şərq ədəbiyyatından seçmə nümunələri fars və ərəb dilindən çevirib çapa vermişdir. XIX-XX əsrlər poeziyasında satira problemi ilə məşğul olmuşdur.

1996-cı il sentyabrın 11-də Bakıda vəfat etmişdir. Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur.

Əsərləri

  1. Şeirlər. Bakı: Azərnəşr, 1974, 92 səh.
  2. Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğəti. Bakı: Maarif, 1966, 220 səh.
  3. Yəğma Cəndaqinin poeziyası. Bakı: Elm, 1976.
  4. Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı: Maarif, 1981, 280 səh.
  5. Günləri sayıram. Bakı: Yazıçı, 1982, 88 səh.
  6. Ürəkdən gələn səslər. Bakı: Yazıçı, 1986, 128 səh.
  7. Deyilən söz yadigardır (üç cilddə). Bakı: Yazıçı, 1987, 350 səh.

Tərcümələri

(fars və ərəbcədən)

  1. Xarici yumor. Bakı: Azərnəşr, 1964, 108 səh.
  2. Behiştin narları. Bakı: Azərnəşr, 1968, 166səh.
  3. Gəlin birlikdə gülək. Bakı: Azərnəşr, 1970, 112 səh.
  4. Dünya xalqlarının yumoru. Bakı: Azərnəşr, 1976, 128 səh.

The contents of this page are sourced from Wikipedia article on 25 Mar 2020. The contents are available under the CC BY-SA 4.0 license.

“Deyilən söz yadigardır” toplusu yeni tərtibatda

XX əsrin görkəmli Azərbaycan tədqiqatçısı və şairi Cəfər Rəmzinin 1981-ci və 1987-ci illərdə nəşr olunmuş “Deyilən söz yadigardır” toplusu yeni tərtibatda çapdan çıxıb.

Kitabı nəşrə hazırlayan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitaba XIV-XX əsrlərdə Bakı və Abşeronda yaşayıb-yaratmış 170-dən çox şairin tərcümeyi-halı və əsərlərindən nümunələr daxildir.

Tərtibçi Sona Xəyal Cəfər Rəmzinin Əlyazmalar İnstitutunda saxlanılan arxivində indiyədək nəşr olunmayan şeirlərini, toplularla bağlı ona ünvanlanan 4 məktubu da nəşrdə təqdim edib.

Kitabın redaktorları Qorxmaz Səfərov və Nəbibə Səfərova, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Əzizağa Nəcəfzadə, Aytac Zeynalova və Qutiyera Cəfərovadır.

“Deyilən söz yadigardır” nəinki Bakı-Abşeron ədəbi mühitinin tədqiqatçıları üçün, həmçinin geniş oxucu kütləsi üçün maraqlı nəşrdir.

Comments are closed, but trackbacks and pingbacks are open.