Press "Enter" to skip to content

Dilinizin üstünə baxaraq sağlam olub olmamağınızı təyin edə bilərsiniz

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Proqramlaşdırma dilləri

Proqramlaşdırma dilləri adi dillərdən “sözlərin” (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompyuterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.

  • Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.
  • Sintaksis – əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.
  • Semantika – dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına “göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.

Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. Proqramçının başa düşdüyü dildə olan bu proqram maşının başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompyuterdə translyatorlar və kompilyatorlar olur.

Proqram ancaq onların translyatorları olan halda icra oluna bilərlər. Translyatordan fərqli olaraq kompilyatorlar exe-faylların yaradılması üçün istifadə olunur ki, onlar da sərbəst icra oluna bilərlər (yəni, proqpamin yazildiğı mühitdən (sistemdən) asılı olmadan). Proqramlaşdırma dillərinin səviyyələri. Müxtəlif tip prosessorlar müxtəlif tip əmrlər sisteminə malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun xüsusiyyətlərini nəzərə alırsa, onda ona aşağı səviyyəli proqramlaşdırma dili deyirlər. Assembler aşağı səviyyəli proqramlaşdırma dilidir. Çünki o, bir əmri mnemonika adlanan simvol işarəmələrinin köməyilə ədədlər şəklində yox, maşın kodları şəklində verir. Assemblerin köməyilə çox səmərəli və kompakt proqramlar yaratmaq mümkündür. Assemblerdən adətən, sistem əlavələrin, drayver-proqramların, kompyuterin aparat resurslarına müraciət edən proqram modullarının hazırlanması üçün istifadə olunur. Aşağı səviyyəli proqramlaşdırma dillərindən, adətən yüksək səviyyəli peşəkar proqramçılar istifadə edir. Bu dillərdə tutulan proqramlar yaddaşda az yer tutmaqla yanaşı, daha sürətlə icra olunurlar. Yüksək səviyyəli proqramlaşdırma dilləri isə adi dilə daha yaxın və insan üçün daha aydın başa düşüləndir. Çox yayılmış, bəzi proqramlaşdırma dilləri haqqında məlumat verək

  • Aşağı səviyyəli dillər (Assembler, Avtokod və s.),
  • Yüksək səviyyəli dillər (Fortran, Alqol, Kobol, Basic, Pascal, Ci və s.).
  • Ada – Ada proqramlaşdırma dilinin yaranma tarixi 1974-1980-ci illərə təsadüf edir.
  • Assembler – bu proqram vasitəsilə effektiv və kompakt proqramlar yaradılır. Assemblerlərdən sistem proqramlarının, drayverlərin, kompyuterin aparat resurslarına müraciət üçün və s. proqramların yaradılmasında istifadə edilir.
  • Basic – Bu dil üçün kompilyator və interpretatorlar mövcuddur. 60-cı illərdə yaradılmışdır və öyrənilməsi sadədir.
  • C – Bell laboratoriyasında yaradılmışdır və assembler dilini əvəz etmək üçün nəzərdə tutulmuşdur. Assemblerdən fərqli olaraq konkret tip prosessordan asılı deyil.
  • C++1980-cı ildə Byörn Straustrup tərəfindən yaradılmışdır. Proqramın imkanları proqramçının işinin məhsuldarlığını artırmış olur.
  • C# – C#(C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir.
  • Fortran – 50-ci illərdə Cim Bekus tərəfindən yaradılmış ilk kompilyasiya dilidir. Bu dildən hal-hazırda da bütün dünyada istifadə edilir. 2000-ci ildə Fortranın yeni versiyası yaradılmışdır: F2k.
  • JAL – Wouter Van Ooijen tərəfindən 16F84 ,16C84,16F877 , Scenix SX18 ve SX28 kimi mikrokontrollerləri proqramlaşdırmaq üçün yaradılmış dildir.
  • Java – 90-cı illərdə Sun kompaniyası tərəfindən С++ proqram dili əsasında yaradılmışdır. Java С++ proqram dili əsasında əlavələrin işlənməsini sadələşdirir.
  • LISP – List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. 1958-ci ildə yaradılmışdır
  • Lua – 1993-cü ildə yaradılmış açıq qaynaq kodlu dildir.
  • Objective-C – yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dilidir.
  • Pascal – 70-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.
  • Perl – 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
  • PHP – (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
  • Prolog – Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır.
  • Python – 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Dilinin sintaksisi çox aydın və anlaşıqlıdır.
  • Ruby – Yukihiro Matsumoto tərəfindən Perl, Smalltalk və Eiffel dillərindən yararlanaraq yaradılmışdır.
  • Scheme – Funksional proqramlaşdırma dili olub. 1975-1980-cı illər ərzində MİT süni intellekt laboratoriyasında yaradılmışdır.
  • Delphi – Pascal dilinin əsasında yaradılmış dildir.
  • Cobol – 60-cı illərdə yaradılıb, iqtisadi sahədə, biznes məsələlərin həllində istifadə edilir. Bu proqramın operatorları adi ingilis cümlələrinə çox bənzəyir.
  • SQL (Structured Qquery Language) – sorğuların strukturlaşdırılmış dili olub, güclü riyazi nəzəriyyəyə əsaslanır və yazılar qrupunu idarə etməklə VB-nın effektiv işlənməsini yerinə yetirir. Praktiki olaraqSQL dilindən başqa hər bir VBİS-də, özünün unikal dili mövcuddur. VBİS-nin unikal dilini digər sistemlərə tətbiq etmək mümkün deyil.
  • Perl – 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
  • HTMLweb-səhifələrin hazırlanmasında istifadə edilən populyar dildir.
  • XML – Həm insanlar həm informasiya əməliyyat sistemləri tərəfindən asanca oxuna biləcək sənədlər yaratmağa yarayan dildir.
  • PHP – (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
  • Java – 1995-ci ildə Sun Microsystems şirkəti tərəfindən yaradılmışdır.

Dilinizin üstünə baxaraq sağlam olub olmamağınızı təyin edə bilərsiniz

Dilinizin üstünə baxaraq sağlam olub-olmamağınızı təyin edə bilərsiniz.

Kələ-kötür dil

Əgər sizin diliniz kələ-kötürdüsə o zaman qorxmağınıza gərək yoxdur, bu cür dil normal heab edilir. Amerika əhaisinin 14%-nin dili kələ-kötürdür.

Xırda ağ rəngli çökəkliklər

Bu vəziyyət ən çox siqaret çəkənlərdə üşahidə edilir. Əgər siqaretdən istifadə etmirsinizsə o zaman mütləq diş həkiminə və onkoloqa müraciət edin. Bu çökəkliklər 5% hallarda dilin xərçəng xəstəliyi zamanı meydana çıxır.

Kəsmiyəbənzər ağ kütlə

Dilinizin üstündə süd çürüyünə və ya kəsmiyə bənzər ağ şey görsəniz bilin ki, bu göbələk xəstəliyinin əlamətidir. Bu həm də sizin immun sisteminizin aşağı olmasının göstəricisi sayılır. Ona görə də diabet və autoimmun xəstələrinin və immuniteti aşağı olan uşaqların dilinin üstündə əksər vaxt süd çürüyünə bənzər ağ kütlələr olur.

Qırmızı – moruğu dil

Qırmızı-moruğu rəngdə dilin olması orqanizmdə dəmirin və B12 vitamininin çatışmazlığının gösəricisidir.

Qırışmış dil

Bu qocalmanın əlamətlərindən sayılır. Əgər siz qoca deyilsinizsə o zaman ağız boşluğunda problemləriniz olacaq. Bu cür dildə ağrılar, ağızda iylənmə olur. Səbəbi isə ağız boşluğuna düzgün qulluq etməməkdir.

Qara dil

Dilin qəhvəyi və ya qara olması ağız boşluğuna düzgün qulluq etməməkdən olur. Bu rəngdə dil uzun müddət siqaret çəkənlərdə və ya çoxlu kofein qəbul edənlərdə müşahidə edilir.

Qırmızı ləkələr

Dilin üstündə qırmızı ləkələr göründükdə mütləq həkimə müraciət etmək lazımdır. Çünki, bu dildə yara və ya xərçəng xəstəliyi olan zaman baş verir. Mütləq həkim məsləhəti lazımdır.

Dildə yaralar

Dildə ağrılı yaraların olması sizin stressdən əziyyət çəkməyinizin göstəricisidir. Bu yaralardan ağız boşluğunda da olur və 4 gün müddətində ağrı ilə müşahidə edilir. Yaraların tam sağalması isə 1-2 hıftərə baş verir.

Chrome-da Azərbaycan dilinə tərcümə etmir

Heç cür. Google-un servisləri hələlik rəsmi olaraq Azərbaycanda dəstəklənmir. Amma translate.google.com saytında istədiyiniz saytın adresini yazıb Azərbaycan dili seçsəz təxmini tərcümə edəcək,amma çətin ordan nəsə başa düşülə.Tərcümə düz getmir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (4 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (9 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (9 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (31 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.