Çimərlik turizm
Azərbaycanın hədəfi yaxın 5 ildə dünya ölkələri arasında populyar turizm məkanına çevrilməkdir. Çimərlik turizminin gücləndirilməsi həm də yaxın gələcəkdə gəmi və yaxta turlarının təşkili cəhətdən əhəmiyyətli olacaq . Düzdür , Bakıda bu var , amma dənizətrafı digər rayonlarda da təşkil ediləcək. Cənub və şimal zonalarında yaxta və kruiz gəmi limanlarının olması zəruridir.
“Bu da çimərlik turizminin inkişafını labüd edir”
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, ölkəmizə artıq çoxlu sayda turist gəlməyə başlayıb.
“Yay fəslində turistlər və vətəndaşlar əsasən dənizdə dincəlməyə üstünlük verirlər. Bu da çimərlik turizminin inkişafını labüd edir. Yay turizminin özəlliklərindən biri də çimərlik zonalarıdır. Azərbaycanda kifayət qədər normalara cavab verən çimərliklərlə yanaşı, natəmiz çimərliklər də var. Bu ərazilərdə də artıq yay mövsümünə hazırlıqlar başlayıb. Eyni zamanda dənizkənarı ərazidə yerləşən hotellər də öz işlərini tamamlayıblar. Çimərliklər normalara uyğun yaradılmalıdır. Həm turistlər, həm də yerli vətəndaşlar çimərlikdən istifadə edərkən təhlükəsizlik məsələləri və sanitar-gigiyenik normalara da riayət olunmalıdır. Bunu üçün çimərliklərə cavabdeh olan qurumlar kordinasiyalı fəaliyyət göstərməlidirlər”.
Ə.Qurbanov bildirib ki, dünyada “mavi bayraqlı” (çimərliyin dünya standartlarına cavab verməsi) çimərliklər deyilən anlayış var. Təəssüf ki, belə çimərliklər Azərbaycanda yoxdur. Biz çalışmalıyıq ki, ölkəmizdə də belə çimərliklər olsun.
“Çimərliklərə daha çox turist cəlb etmək üçün atraksionlar quraşdırılmalı, skuterlərin sayı artırılmalı, dəniz idman növlərini inkişaf etdirməliyik”, – Turizm Assosiasiyasının sədri deyib.
Milli.Az
Çimərlik turizm
Çimərlik turizmi : yeni hədəflər müəyyənləşdirilir
Azərbaycanda turizmin müxtəlif növləri � inkişaf etdirilməkdədir. İnsanları daha çox maraqlandıran turizm istiqamətlərindən biri də çimərlik turizmidir . Çünki bu turizm növü həm istirahət vəd edir , həm də sağlamlıq. Heç təsadüfi � deyil ki , ötən il Prezident İlham Əliyevin turizmin inkişafına dair � əlavə tədbirlər haqqında � sərəncamında � bu � sahənin inkişafına � xüsusi � diqqət yetirilmiş , bu yaxınlarda isə, ölkə � başçısı � �Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017�2020-ci illər üçün Tədbirlər Planı�nı təsdiq etmişdir .
Sərəncam Xəzər dənizinin � Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə imzalanıb. Tədbirlər planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, təhlükəsizlik, ətraf mühitin mühafizəsi tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağl ı görüləcək işlər öz əksini tapıb.
Ötən ildən başlayaraq ölkəmizə turist axınının artması bu istiqamətdə daha çox işlər görülməsinin vacibliyini ortaya qoydu . Dənizə çıxışı olan ölkə kimi bu potensialdan bəhrələnməklə daha çox gəlir əldə etmək mümkündür .
Təsdiq olunan sənəd bu sahənin inkişafına kompleks yanaşmağı tələb edir . Çimərlik turizmi ənənəsi bizdə sovet dövründən formalaşıb. Xüsusilə 70-80-ci illərdə Xəzər dənizinin qərb sahillərində böyük turizm infrastrukturunun qurulması ilə bağlı böyük bir plan da hazırlanmışdı. O planın mühüm tərkib hissələrindən biri də Siyəzəndən Yalamaya , Rusiya sərhədinə qədər olan hiss ədə çimərlik turizm kompleksinin yaradılması idi . Əfsuslar olsun ki , o vaxt bu plan reallaşdırılmadı.
Tədbirlər planında � həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm çimərlik infrastrukturunun yaradılması, həm də çimərlik turizmini həyata keçirən operatorların, özəl sahibkarların fəaliyyətinə dəstək, onların özünüidarəetmə qurumu olan assosiasiyanın yaradılması, ətraf mühitin qorunması ilə bağlı xüsusilə, mövsüm vaxtı tullantıların idarə olunması, təhlükəsizlik tədbirləri, bu sahədəki marketinq işləri öz əksini tapmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovun � sözlərinə � görə bu sərəncam Xəzərsahili regionlarımızla məhdudlaşmır.
� Sərəncam 4 ili əhatə edir . Bu müddət ərzində ölkəmizdə çimərlik turizminin imkanlarının inkişaf etdirilməsi üçün ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verilib . Azərbaycanda həm Bakı və Abşeron yarımadasında, həm də Xəzər dənizi sahilində olan regionlarda çimərlik turizminin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur . Amma bu sərəncam Xəzər dənizi sahillərindən əlavə ölkə ərazisində olan müxtəlif göllər, çaylar və insanların istirahəti üçün imkanlar olan su anbarlarını da əhatə edir . Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə müxtəlif fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Məqsəd müvafiq standartlara uyğun , ekoloji cəhətdən təmiz çimərlik imkanlarının həm ölkə vətəndaşlarına, həm də xarici turistlərə təqdim olunmasından ibarətdir.
” Luna Travel � turizm agentliyinin direktoru � Rəhman Quliyevin � sözlərinə � görə insanları çimərlik turizminə cəlb etmək üçün dəniz kənarında � beşulduzlu otellərlə yanaşı, aşağı büdcəli otellərin olması da lazımdır: “Gələn turistə heç də beşulduzlu otel lazım deyil , onlar yeməyə gəlmirlər. Aşağı büdcəli insanların qala biləcəyi otellərin inşa olunması vacibdir . Antalyada dəniz qırağında bütün kateqoriyaya aid otellər var . Dəniz kənarından ikiulduzlu oteli çıxarıb, yerində � beşulduzlu otel tikməyin mənası yoxdur . Antalyada Belek bölgəsində az ulduzlu otel qalmayıb, hamısı beşulduzludur . Amma əvvəl hamı orada istirahət edirdi , indi ora çox adam girə bilmir . Azərbaycanı da o səviyyəyə gətirmək olmaz . Bizə hazırda kütləvi turist axınının olması lazımdır. Ona görə elə təşkil etməliyik ki , turistlər qaçmasınlar. Hətta pulsuz çimərliklər də olsun . Pulsuz olmasa belə, cüzi ödənişli olsun �.
Azərbaycanın hədəfi yaxın 5 ildə dünya ölkələri arasında populyar turizm məkanına çevrilməkdir. Çimərlik turizminin gücləndirilməsi həm də yaxın gələcəkdə gəmi və yaxta turlarının təşkili cəhətdən əhəmiyyətli olacaq . Düzdür , Bakıda bu var , amma dənizətrafı digər rayonlarda da təşkil ediləcək. Cənub və şimal zonalarında yaxta və kruiz gəmi limanlarının olması zəruridir.
Çimərlik turizmi perspektivli � sahədir. Prezident � sərəncamı ilə təsdiq olunmuş tədbirlər planında � nəzərdə tutulmuş � məsələlərin reallaşması şübhəsiz gələcəkdə � turizmin inkişafına əsaslı töhfələr verəcəkdir.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti .- 2017.- 4 iyun.- S. 6.
Çimərlik turizmi: dünya təcrübəsi və standartları
Çimərliklər dünya turizm sənayesində ən gəlirli sahələrdən biridir. Əksər insanlar ilin isti günlərini dəniz sahilində istirahət mərkəzlərində keçirməyə üstünlük verirlər. Hər il minlərlə xarici turist bu məqsədlə səyahətə çıxır. Dəniz sahilində yerləşən ölkələr də təbiətin onlara bəxş etdiyi bu sərvətdən məqsədli istifadə edərək bu turizm növündən böyük mənfəət götürürlər.
Azərbaycanın Xəzər sahili bölgələrində çimərlik turizminin inkişaf etdirilməsi üçün də əlverişli imkanlar var. Araşdırmalara görə, bu, şimaldan cənuba 850 km-lik sahilyanı zolaq boyunca ərazilərin 60-70 faizində çimərlik turizmini inkişaf etdirmək mümkündür. Hazırda sahilyanı ərazilərimizdə 90-dan çox çimərlik var, yenilərinin salınması davam edir. Hər il çimərlik mövsümü başlamazdan öncə dəniz suyunun monitorinqi aparılır, çirkli suyu olan ərazilərdən istifadəyə qadağa qoyulur, çimərliyə yararlı ərazilər isə elan olunur. Amma ölkəmizin bu sahədə olan potensialını nəzərə alsaq görərik ki, Xəzər dənizindən çimərlik məqsədilə istifadə yetərincə deyil. Sözügedən ərazilərdə çimərliklərin, istirahət mərkəzlərinin yaradılması, kottec, sanatoriya kimi məkanların istifadəyə verilməsi, ölkəmizə xarici turistlərin axınına şərait yarada bilər.
Çimərlik turizmi zonalarının yaradılması üçün qoyulan başlıca tələblər suyun təmizliyi, müvafiq infrastruktur və turizm xidmətlərinin səviyyəsi ilə bağlıdır. Çimərlik turizmi sahəsində xüsusi yeri olan İspaniya, Türkiyə, Yunanıstan, Fransa və digər ölkələrin bu sahədə böyük təcrübəsindən yararlanmaq olar.
“Mavi bayraq” nədir?
Müasir dövrdə çimərlik turizmində başlıca məqsəd daha yüksək xidmətlər təklif etməklə, daha çox turist cəlb etməkdir. Bunun üçün çimərliklər müxtəlif fərqləndirici əlamətlərlə özlərini tanıtmaqdadırlar.
Ən yüksək səviyyəli xidmətlər göstərən çimərliklərə verilən “mavi bayraqlar” nədir və onun verilməsi üçün hansı tələblər qoyulur?
“Mavi bayraq” kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir. Əvvəlcə 11 Avropa Birliyi ölkəsində, daha sonra 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələblərindən dolayı kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı (FEE) adlandırılıb.
“Mavi bayraq” ən yüksək meyarlara cavab verən çimərliklərə Avropa Birliyi “Çimərlik suyu direktivi”nə uyğun olaraq FEE tərəfindən verilən nümunəvi xidmət göstəricisidir. “Mavi bayraq” sertifikatı 4 meyar üzrə müəyyənləşir – suyun təmizliyi, ekologiyanın qorunması, təhlükəsizlik və istirahət edənlərin məlumatlandırılması. Burada lazımi sayda zibil qutusunun yerləşdirilməsi, tullantıların vaxtlı-vaxtında daşınması, ev heyvanlarının çimərliyə girişinin beynəlxalq qanunlara görə müəyyən edilməsi, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması, yetərli sayda xilasedicilərin mövcudluğu, ətrafı çirkləndirə biləcək qəza risklərinə qarşı tədbirlərin vaxtında həyata keçirilməsi kimi vacib məsələlər də əsas götürülür.
Bayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir. “Mavi bayraq” çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir. Ancaq proses bununla da yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq geri alınır və ondan istifadəyə qadağa qoyulur.
Qeyd edək ki, “mavi bayraq” statusu bölgənin turizm potensialının inkişafına müsbət təsir edir. 2016-cı ildə İspaniya növbəti dəfə ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkə seçilib. Bu il İspaniya “ən yaxşı çimərliklər” nominasiyasında öz rekordunu yeniləyib. Ekoloji və İstehlakçılar Maariflənməsi Assosiasiyasının (ADEAC) məlumatına əsasən, İspaniyada bu il 586 “mavi bayraq” sertifikatına sahib çimərlik qeydə alınıb. Bu ölkədə ən yaxşı yay istirahəti üçün regionlar sırasında Valensiyanın adı çəkilir – burada 125 “mavi bayraq” işarəli çimərlik var. Siyahıda növbəti yerləri Qalisiya (123), Kataloniya (98), Əndəlüs (76) və s. tutur.
Reytinq cədvəlində ikinci yerdə 444 “mavi bayraqla” Türkiyə, daha sonra isə Yunanıstan (430), Fransa (400) və Portuqaliya (315) gəlir.
Türkiyədə 2000-ci ildə 97 “mavi bayraq”lı çimərlik var idisə, bu gün onarın sayı 444-ə çatıb. Türkiyədə “mavi bayraq”lı çimərliklər sırasında birinci yerdə Antalya, digər yerlərdə isə Muğla, İzmir, Aydın bölgələridir.
Beynəlxalq səviyyəli bu mükafatı almaq isə hər çimərliyin öz işini yüksək səviyyədə həyata keçirməsinin göstəricisi olaraq turistlərin diqqətini cəlb etməkdədir. Azərbaycanda olan çimərliklərdən hələ heç biri “mavi bayraq” almayıb. Ümid edək ki, yaxın vaxtlarda ölkəmiz çimərlik turizminin yaradılmasında mövcud olan potensialından daha səmərəli istifadə edəcək. Çimərliklərimiz də dünya standartlarında xidmətlər təklif edərək bayrağa layiq görüləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.