In iqtisadiyyatı çökür: Son 50 ilin ən pis göstəricisi
19 Oktyabr , 2020 11:55
Çin iqtisadiyyatı 0,7% böyüyüb
Çin iqtisadiyyatı 0,7% böyüyüb Yeni növ koronavirus pandemiyasına baxmayaraq, Çində ÜDM-in böyümə sürəti yanvar-sentyabr ayları aralığında 0,7% səviyyəsində olub.
19 Oktyabr , 2020 11:55
https://static.report.az/photo/6bd3efa4-684d-373c-92cf-deff2ac3f4c9.jpg
Yeni növ koronavirus pandemiyasına baxmayaraq, Çində ÜDM-in böyümə sürəti yanvar-sentyabr ayları aralığında 0,7% səviyyəsində olub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi bazar ertəsi məlumat yayıb. Təqdim olunan hesabatda göstərilir ki, Çin iqtisadiyyatının pandemiyanın mənfi təsirindən sonra bərpası fonunda üçüncü rübün dinamikası daha da ürəkaçan olub – 4,9%. 2019-cu ilin iyul-sentyabr aylarında müvafiq göstərici 6% təşkil edib. Qeyd olunur ki, bu ilin ilk doqquz ayında Çin iqtisadiyyatının miqyası 72,27 trilyon yuanı (cari məzənnə ilə təxminən 10,7 trilyon ABŞ dolları) aşıb. Göstərilən müddətdə aqrar sektor 2,3% artaraq 4,81 trilyon yuana (717 milyard ABŞ dolları), sənaye 0,9% artaraq 27,42 trilyon yuana (4,1 trilyon ABŞ dolları), xidmət sferası 0,4% artaraq 40,04 trilyon yuana (5,9 trilyon ABŞ dolları) çatıb. Çinin ÜDM-inin artım tempi tədricən yavaşlayır. 2017-ci ildə bu göstərici 6,8% olubsa, 2018-ci ildə 6,6%-ə, 2019-cu ildə isə 6,1%-ə düşüb.
Çin iqtisadiyyatı çökür: Son 50 ilin ən pis göstəricisi
Çin demoqrafik tənəzzülün yavaşlayan iqtisadiyyatla paralel getdiyi sistemli böhranla üz-üzədir. Vətəninfo.az xəbər verir ki, Çinin iqtisadi artım tempi yarım əsrin ən aşağı səviyyəsinə enib. Reuters yazır ki, Çin iqtisadiyyatının çökməsinin əsas səbəbi ciddi karantin məhdudiyyətləri və daşınmaz əmlak bazarındakı tənəzzüldür.
Belə ki, 2022-ci ilin yekunlarına görə, Çinin ÜDM-i 3% artıb ki, bu da ilkin gözləntilərin təxminən 5,5%-ni təşkil edir və iqtisadiyyatın 8,4% artdığı 2021-ci ildəki artım tempindən kəskin şəkildə fərqlidir.
Nəşr qeyd edir ki, 2020-ci ilin göstəricilərini nəzərə almasaq, Çin iqtisadiyyatının artımı COVID epidemiyasının başlaması səbəbindən cəmi 2,2% təşkil edir, onda 2022-ci ilin göstəriciləri ölkə üçün ən pis olacaq. 1976-cı il – dağıdıcı “mədəni inqilab”ın sonra ilk dəfədir ki, Çin iqtisadiyyatında belə çöküş baş verir.
Analitiklər hesab edirlər ki, Çin hakimiyyəti ilin sonunda karantin məhdudiyyətlərinin əksəriyyətini qəfil və kəskin şəkildə ləğv etməyə məcbur edən iqtisadiyyatdakı bu vəziyyət idi. Amma bu da iqtisadiyyatın artım tempini artırmağa imkan vermədi.
Çində 60 ildən sonra ilk dəfə əhalinin ümumi sayında azalma qeydə alınıb . Son bir ildə çinlilərin sayı 850 min nəfər azalıb.
Koronavirus epidemiyası yəqin ki, demoqrafik vəziyyətə öz töhfəsini verib. İlin sonunda ölkə bir ay ərzində 60.000 insanın ölümünə səbəb olan güclü infeksiya dalğası ilə əhatə olundu .
İqtisadi problemlər və daxili siyasi gərginlik fonunda Pekin Qərblə münasibətləri yaxşılaşdırmaq və Rusiya Federasiyası ilə əlaqələri zəiflətmək üçün zəmin hiss etməyə başladı.
EPİDEMİYA ÇİN İQTİSADİYYATINI DAĞIDIR – İqtisadi böhran siyasi böhrana da yol açır
Çində ortaya çıxan və sürətlə yayılmağa başlayan koronavirus(Covid-19) bu ölkənin iqtisadiyyatının bütün sahələrini darmadağın edir. ABŞ, Almaniya, Fransa, İngiltərə kimi rəqiblərinin Çin iqtisadiyyatına yarada bilmədiyi problemi koronavirus yarada bilib. Nəticədə Çində epidemiya yalnız insanları öldürmür, həm də bu ölkənin iqtisadiyyatını məhv edir. Bunu Çin iqtisadiyyatında müşahidə olunan proseslər də əyani şəkildə ortaya qoyur.
Koronavirusdan ölən insanların sayında artım müşahidə edilməsi artıq Çin liderliyindəki qlobal iqtisadiyyatı da təhdid edir. Qlobal iqtisadiyyatdakı böyük payına görə, Çində baş verənlər bütünlükdə dünya üçün əhəmiyyətli sayılır. İqtisadi məlumatlara baxdıqda bunun önümüzdəki mərhələ üçün ciddi təhdid olacağı görünür . Çin dünya miqyasında ÜDM-in 17 %-ni təşkil edən ikinci ən böyük iqtisadiyyata malik olmaqla yanaşı qlobal ticarətdə ən böyük paya – 13,45 faizə sahibdir.
Məsələn, alman avtomobil istehsalçıları və “Apple” kimi xasrici şirkətlərin tədarükçüsü olan Çinin epidemiya səbəbindən illik 615 milyard dollr dəyərində gəlir əldə etdiyi bu ticarət bazarında itkilər yaşayacağı şübhəsizdir.
Turizm gəlirlərindən itki 80 milyard dollar olacaq
2020-ci ilin ilk rübündə smartfon satışlarının 50 faizə qədər, Çinin telefon tədarükünün isə 30-50 faiz arasında azalacağı gözlənilir. Qeyd edək ki, Çində avtomobil satışları 2020-ci ilin yanvarında 22 faiz azalıb. Bu, yerli və xarici avtomobil istehsalçıları üçün qorxunc xəbər sayıla bilər. Hazırda avtomobil satışlarının 2020-ci ildə 30 faizdən çox azalacağı proqnozları irəli sürülür.
Dünyada 23 milyard dollarlıq turizm xərcləmələrinin 16 %-nə sahib olan Çində koronavirus səbəbindən aylıq 4,6 milyard dollar itki yaşanır. Yüzlərlə əcnəbi hava yolları şirkəti virus səbəbindən Çinə uçuşları dayandırıb. Çinin turizm gəlirlərində itkilərinin 80 milyard dollara çatacağı və 2021-ci ildə də bu prosesin davam edəcəyi təxmin edilir.
Səyahət sayında ötən illə müqayisədə 82 faiz azalma müşahidə edilib. Yerli hava yolları şirkətləri 2,86 milyard dollar dəyərində 20 milyon təyyarə biletini ləğv ediblər. 27 milyondan çox qeydiyyatdan keçən mühacir-işçi geri qayıtmayıb. Milyonlarla kiçik və orta sahibkarlıq subyektləri batmaq üzrədir.
10 milyonlarla kiçik və orta sahibkarlıq müəssisələri qapanacaq
Çin vətəndaşları eyni zamanda sürətlə müşahidə olunan inflyasiya ilə mübarizə aparır. Son illərdə illik inflyasiya 5,4 faiz təşkil edərkən, fevral və yanvar aylarında artıq 1,4 faiz artım qeydə alınıb. Epidemiya səbəbindən qiymətlərin xeyli artacağı gözlənilir.
Çin hökumətinin statistikasına görə, 2018-ci ildə 150 milyondan çox insanın işlədiyi 63 milyon kiçik müəssisələr mövcud olub . 2003-cü ildə Sars virusunun Çin iqtisadiyyatında 8 milyon iş yerinin qapanmasına səbəb olduğunu nəzərə alsaq, koronavirus bu sahədə daha böyük risklər yaradacaq. Yaxın 2-3 ay içərisində Çində 10 milyonlarla kiçik müəssisələrin qapana biləcəyi proqnozu Pekini narahat etməyə başlayıb.
Artıq “South China Morning Post” qəzeti çoxlu sayda insanın əmək haqlarının azaldığını yazıb. Çin dövlət başçısı Si Çinpin yerli idarəçiləri iş dünyası üzərində nəzarəti gücləndirməyə və böyük miqyasda ixtisarlara mane olmağa çağırıb.
Çin hökuməti bu ay ölkənin maliyyə bazarlarına 1,2 tirlyon yuan (173 milyard dollar) çıxarıb. Kiçik və orta səviyyəli müəssisələrə subsidiya verilməsi, bank faizlərinin endirilməsi, verginin azaldırması kimi tədbirlər həyata keçirilib. Ötən həftə Çin mərkəzi bankı da iqtisadiyyata 77 milyard dollar vəsait ötürüb.
Həftəlik 350 milyon dollar itki
Çində yaşanan virus epidemiyası qlobal yükdaşımalarını da böhrana aparır. Dünya mal daşımalarının 80 faizinin dəniz yolu ilə həyata keçirildiyini nəzərə alsaq, böyük sayda şirkətin aylarla mal almasında gecikmələr yaşayacağı şübhəsizdir.
Hazırda bir çox gəmilər Çin limanlarına daxil ola bilmir. Şanxay və Honkonqdakı liman əməkdaşlarının 50 faizi yalnız ötən həftənin bazar günü işlərinə qayıda bilib. Hazırda Çindən hərəkət edən yüzlərlə gəmi Avstraliya və Sinqapur yaxınlarındakı “üzən karantin bölgəsində” dayanıb . Virus səbəbindən milyonlarla konteyner qlobal ticarət şəbəkələrindən çıxarılıb. Bu sahədə həftəlik 350 milyon dollarlıq itki yaşanır.
Qlobal iqtisadiyyat üçün başqa bir həyacan siqnalı Çinin xammal tələbinin azalmasıdır. Neft, dəmir filizi və mis kimi mallara artıq təlabat azalıb. Çinin günlük neft ustehlakı 20 faiz azalıb və bu amil dünya neft bazarında qiymətlərə ciddi təsir göstərib. Eləcə də dəmir və mis məhsullarının qiyməti də tələbin azalması səbəbindən enib.
Hunday və Nissan zavodları bağlanıb
Çinin istehsal sektoru da iqtisadi böhranla üz-üzə qalıb. Minlərlə fabrik bir neçə həftədir ki, dayanıb. İşin bərpa edilməsinə icazə verilsə belə, milyonlarla işçi koronavirusla bağlı karantin bölgəsində yaşadığından istehsala başlamaq mümkün olmur.
Yeri gəlmişkən qeyd edək ki, Çində virusun yayıldığı əyalətin payına ölkədə istehsal edilən avtomobillərin dördə biri düşür. 2020-ci ildə Çində ötən illə müqaqyisədə 43.500 ədəd az avtomobil istehsal olunacağı təxmin olunur. Virusun inkişaf xarakterinə və yayılmasına görə, bu sayın dəyişməsi mümkündür.
Hubei əyalətində eyni zamanda xarici avtomobillər üçün işıqlandırma, əyləc və elektrik hissələri kimi məhsullar istehsal edən 70-dən çox fabrik var.
Çinin xaricindəki avtomobil zavodları isə tədarük prosesində fasilələrə görə bağlanır. Məsələn, “Hunday” şirkəti Çindən aldığı parça və detallarda fasilə yaranması səbəbindən fabrikini bağlayıb, 25 min əməkdaşını müvəqqəti olaraq, evlərinə göndərib. Şirkət elan edib ki, həftəlik zərəri 500 milyon dollara yaxınlaşır. Nissan şirkəti də fabrikini bağlamaq qərarını verib.
Siyasi böhran?
Əlavə edək ki, Çin parlamentinin (Milli Xalq Konqresi) Daimi Komitəsi virus epidemiyası səbəbindən illik toplantılarının təxirə salınmasını müzakirəyə çıxaracaq. İki həftə davam edəcək və 3 min deputatın qatılacağı iclasda orduya ayrılan büdcə, illik iqtisadiyyatın böyümə hədəfləri, regional və beynəlxalq məsələlər müzakirə edilməlidir.
Analitiklərə görə, belə davam edərsə, Çin iqtisadiyyatı real böhranla üzləşəcək. Bu isə siyasi böhrana da gətirib çıxara bilər.
Vaqif
AzPolitika.info
Comments are closed, but trackbacks and pingbacks are open.