Cinayət tərkibinin əlamətləri və elementləri
İlham Əliyev Roma Papasına məktub göndərdi – MƏTN
Azərbaycanda bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçəcək
Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanda mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin 5 dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. “Report”un xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə təqdim etdiyi Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçiriləcək. Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib. Bundan əlavə, qanun layihəsinə əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib. Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub.
Cinayət tərkibinin əlamətləri və elementləri
Cinayət tərkibinin əlamətləri öncə xüsusi hissənin maddələrinin dispozisiyalarında göstərilir. Dispozisiyalarda müəyyən növə daxil olan cinayətlərin zahiri cəhəti, ictimai-təhlükəli hərəkəti xarakterizə edən əlamətlər həmişə nəzərdə tutulur. Belə əlamətlər spesifik əlamətlər hesab edilir, qanunverici orqan müxtəlif növ cinayətləri çox halda bu əlamətlərin köməyi ilə fərqləndirir.
Cinayət tərkibinin digər əlamətləri adətən dispozisiyaya deyil Ümumi hissənin maddələrinə daxil edilir. Belə əlamətlər konkret tərkiblər üçün ümumi olan əlamətlərdir.
Cinayət tərkibinin əlamətləri cinayət tərkibinin elementlərinin göstəriciləridir. Sözlə ifadəsidir. Cinayət tərkibi elementlərinin əlamətlərlə təsviri CM-in Ümumi və Xüsusi hissələrində verilir. CM-in Ümumi hissəsində tərkib elementlərinin elə əlamətləri təsbit edilir ki, bu əlamətlər bütün tərkiblər üçün eyni olur. İstintaq məhkəmə təcrübəsində, cinayət işlərinin istintaqında cinayət tərkibi əlamətlərinə uyğun gələn cinayət tərkibinin faktiki dörd elementi axtarılır. Əgər sistemaltı dörd elementi müəyyən etmək mümkün olursa. Deməli, bütövlükdə sistem-cinayət tərkibi mövcud olur və şəxsin cinayət məsuliyyətinə alınmasının faktı və həm də hüquqi əsasları tapılmış olur.
Cinayət tərkibinin elementləri cinayətin komponentləridir, cinayət tərkibinin ilkin sistemidir. Cinayət tərkibinin sistemaltı elementləri obyektdən, obyektiv cəhətdən, subyektdən və subyektiv cəhətdən ibarətdir.
Cinayət tərkibinin “əlamətləri” cinayət tərkibi elementlərinin göstəriciləridir, sözlə ifadəsidir. Cinayət tərkibi elementlərinin əlamətlərlə təsviri Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrində verilir. CM-in Ümumi hissəsində tərkib elementlərinin elə əlamətləri təsbit edilir ki, bu əlamətlər bütün tərkiblər üçün eyni olur.
Cinayət tərkibi
Azərbaycanın “Avroviziya” mahnısı təqdim olundu – VIDEO
İordaniya kralının qızı yunanla evləndi – Misir prezidentinin xanımı da canlı yayımlanan toya qatıldı (FOTOLAR)
Ərdoğan partiya liderinə deputat seçkisində dəstəkdən imtina etdi: “Öz loqomuzla qatılacağıq”
İmran Xanla bağlı həbs verildi – Polis helikopterlə onu tutmağa getdi, ancaq.
Avropa Parlamenti Azərbaycana qarşı növbəti “qətnamə” hazırlığında. – “Almaz imperatoru” deputatları necə “ələ alır”?
Şakira məşhur futbolçunun anasını “cadugər”ə bənzətdi, balkona elə şey qoydu ki. – Xəyanət mahnısı rekord qırdı (VİDEO/FOTO)
İlham Əliyev Roma Papasına məktub göndərdi – MƏTN
“Azərsu” ASC-dən qiymət artımı ilə bağlı açıqlama: “Tarif Şurasına müraciət etməmişik”
Ərabakanın oğlu Ərdoğandan “arvadların döyülməsi”nə icazə tələb edir: “Şərtlərimiz qəbul olunub” – Kılıçdaroğlundan sərt etiraz (Yenilənib)
“8 imam nikahı, 1 kərə isə rəsmi nikahla evləndim” deyən model: “Sonra saydım, səhv demişəm” – FOTO
ƏN YAXŞI AKTRİSA, AKTYOR VƏ FİLMLƏR. – “Oskar”ın qalibləri bəlli oldu (SİYAHI)
Məşhur müğənni yarıçılpaq fotolarını yaydı: “Ulan, iki ay əvvəl. ” – FOTOLAR
KTN-də ciddi qanunsuzluqlara yol verilib – 5 halda cinayət tərkibi var + DETALLAR
Hesablama Palatası ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsan aşkarlayıb.
Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.
Məlumatda deyilir ki, nazirlikdə mineral gübrələrin, biohumusun və pestisidlərin dəyərinin güzəşt olunan hissəsində büdcə qanunvericiliyinin tələblərinin icra edilməsi bölməsində 7 nöqsan aşkarlanıb.
Nazirlikdə yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, pambığa, süni mayalanma yolu ilə alınmış buzovlara görə subsidiyası üzrə büdcə qanunvericiliyi bölməsi üzrə 18 nöqsan, investisiya xərcləri üzrə hissəsində büdcə qanunvericiliyi bölməsində 3 nöqsan, əsaslı qoyuluşlar bölməsində 14 nöqsan, dövlət satınalmaları bölməsində 1 nöqsan, ümumlikdə isə 18 nöqsan aşkarlanıb.
Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin büdcə qanunvericiliyi bölməsində 12 nöqsan, dövlət satınalmalarında 12 nöqsan, vergi və gömrük qanunverciliyində 5 nöqsan, ümumilikdə 29 nöqsan aşkarlanıb, Aqrar Kredit və İnkişaf Agentliyinin büdcə qanunvericiliyi bölməsində 7 nöqsan aşkarlanıb/Report.
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin formalaşması və istifadəsinə dair audit üzrə – ayrılmış kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi faktları ilə bağlı “Para” BOKT ASC üzrə ümumilikdə 210,6 min manat məbləğində vəsaiti əhatə edən 5 halda cinayət tərkibinin əlamətlərinin olması ehtimalını nəzərə alaraq materialları Baş Prokurorluğa təqdim edib.
Bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, Hesablama Palatasına daxil olmuş məlumata görə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olan “Para” BOKT ASC tərəfindən verilmiş kreditlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı Baş Prokurorluğa təqdim edilmiş materiallar cinayət işinə əlavə edilərək istintaq aparılır/APA.
Comments are closed, but trackbacks and pingbacks are open.