Press "Enter" to skip to content

Cəlil məmmədquluzadə anamın kitabı əsəri

Mirzә Mәhәmmәdәli. Allah xatirinә, öz dilindә danış, peyğәmbәr xatirinә, öz dilindә danış!

Anamın kitabı

“Anamın kitabı”- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb.
Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

Əsərin əsas surətləri bir atanın, bir ananın övladları olan üç qardaşdır: Rüstəm bəy, Mirzə Məmmədəli və Səməd Vahid. Bu qardaşlar ilk növbədə geyimləri ilə fərqlənirlər. Rusca ali təhsil almış Rüstəm bəy “intelligent” paltarındadır, yəni pidjak və jilet geyib, qalstuk taxır. İranda oxumuş Mirzə Məmmədəlinin başında uca İran börkü, əynində uzun İran geyimi.. İstanbulda oxumuş Səməd Vahid isə başına qırmızı fəs qoymuşdur. Qardaşların geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqlidir. Ataları mərhum Əbdüləzim vətənpərvər və qeyrətli bir kişi olduğu halda , oğlanları milli ənənələrdən tamam uzaqdılar, demək olar ki, yaddırlar. Onlar təhsil aldıqları dillərə meyl göstərirlər Onlar o qədər fərqlidilər ki, bir ailədə, bir otaqda belə qalıb işləyə bilmirlər.

Qardaşların bütün günü evdə kitab oxumaları hökümət nümayəndələrini şübhəyə salır. Senzor Mirzə Cəfərin bu 3 qardaşın kitablarını yoxlamaq üçün gəlişi səhnəsində onlar arasında daha bir neçə fərq olduğu anlaşılır. Məlum olur ki, qardaşların soyadları müxtəlifdir, kitabları da bir-birindən fərqlənir. Rüstəm bəy Əbdüləzimovun kitabları lüğətlərdən ibarətdir, Mirzə Məmmədəli xələfi-mərhum Əbdüləzimin kitabları günün tutulması haqqında, Əbdüləzimzadeyi- Səməd Vahidin kitabları isə “həpsi əşardır”- yəni şer və əruz haqqındadır.

Əsərdəki hadisələr son nəticədə Vətəni təmsil edən Ananın, yəni Zəhrabəyim surətinin üzərində mərkəzləşir. Oğullarının bir-biri ilə dil tapa bilməmələri ananı dərdə salır. Ananın sözlərinin təsirsiz qaldığını görən Gülbahar qardaşlarının bir-biri ilə yadlaşmasında onların kitablarını günahkar bilir. Buna görə də o həmin kitabları yandlıraraq, anasının qoynunda gəzdirdiyi vəsiyyəti oxuyur. Müəllifin “Anamın kitabı” rəmzi adını verdiyi bu kitab əslində Vətənin kitabıdır. Kitabda ata öz övladlarına Ana ətrafında birləşməyi vəsiyyət edir.

Cəlil Məmmədquluzadənin “Anamın kitabı”pyesi yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır.

  • Teqlər:
  • Anamın kitabı

Cəlil məmmədquluzadə anamın kitabı əsəri

Verdiyeva Elnurə Müqayis qız
Bakı Slavyan Universiteti

CƏLİL MƏMMƏDQULUZADƏNİN “ANAMIN KİTABI” ƏSƏRİNDƏ “ANA” KONSEPTİNİN ƏSASLARI

Açar sözlər: “ana” konsepti, ana dili, milli-mədəni dəyərlər
Key words: concept “mother”, native language, national and cultural values
Ключевые слова: концепт «мать», родной язык, национально-культурные ценности

Cəlil Məmmədquluzadənin 1920-ci ildə yazdığı “Anamın kitabı” pyesini ədəbiyyat tədqiqatçılarının bir çoxu XX əsrin əvvəllərindəki Azərbaycanın güzgüsü hesab edirlər. Pyesin qəhrəmanları olan üç qardaş sanki o dövr Azərbaycan ziyalılarının ümumiləşdirilmiş xarakterləridir. Qardaşlardan böyüyü Rüstəm bəy Rusiyada, ortancılı Mirzə Məhəmmədəli İranda, kiçiyi Səməd Vahid isə Osmanlıda təhsil almış, bunun təsiri ilə öz danışıqlarını, davranışlarını dəyişmiş ziyalılardır. Bu mənzərənin ən gözəl təsvirini Mirzə Cəlil pyesin dördüncü səhnəsində, qardaşların onların kitabxanalarını təftiş etməyə, hökumət əleyhinə hər hansısa bir fəaliyyətlərinin olub-olmadığını yoxlamağa gələn senzor ilə söhbətinin lap başlanğıcında vermişdir. Senzor qardaşlardan özlərini təqdim etməyi istəyərkən onların cavabı belə olur:
Rüstəm bəy: Rüstəm bəy Əbdüləzimof.
Mirzə Məhəmmədəli: Mirzə Məhəmmədəli xələfi mərhum Ağa Əbdüləzim.
Səməd Vahid: Əbdüləzimzadeyi Səməd Vahid.
XX əsrin əvvəllərində Rusiya, İran və Osmanlı təhsilinin, mədəniyyətinin təsiri altında çox sayda belə ziyalımız yetişmişdi. Bu təsiri onların fəaliyyətində, yaradıcılığında, yazdığı şeirlərdə, hekayələrdə də görmək mümkündür. Tarixən Azərbaycanın qonşuluğundakı bu üç böyük imperiya ilə münasibətləri, bəzən onlardan birinin, bəzən digərinin ərazilərinə qatılması bizim ziyalıların şüurunda təsirsiz ötüşməyə bilməzdi. Əslində bu təsir özünü bu gün də göstərməkdədir. Fərq təkcə ziyalılarımızın bu ölkələrdə təhsil aldıqları darülfünun, mədrəsə və dərsxanələrin indi universitet adlandırılmasıdır. “Anamın kitabı” Azərbaycan ziyalısının bu vəziyyətini özündə əks etdirən şah əsərdir.

Cəlil Məmmədquluzadə “Anamın kitabı”

“Anamın kitabı” – Cəlil Məmmədquluzadənin 1920-ci ildə qələmə aldığı dörd məclisli dram əsərində müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur, üç qardaş vasitəsilə cəmiyyətdəki qütbləşmə təsvir edilir.

Karandaşın izi ilə

Mirzә Mәhәmmәdәli. (…) hәqq-tәala bizә on şey tәyin edib ki, bir-birindәn bәrkdir. Yәni әn әvvәli sonrakından boş vә sonrakı qabaqkından bәrk; ta gedir çıxır onuncuya ki, dәxi ondan bәrk, ondan sәxt bir şey dünyada yoxdur vә ola bilmәz. (…) Haman bәrk şeylәrin әvvәlincisi daşdır. (…) İkinci mәrtәbәdә daşdan sonra bәrk olan şey dәmirdir, zira bu iki cisimlәri bir-birinә vuranda (әllәrini qoşa tutub yavaşca bir-birinә vurur), aşkardır ki, dәmir daşı sındıracaq. (…) Dәmirdәn bәrk olan şey odur ki, dәmiri әridir vә özü dә sәxtlik әnasirindә üçüncü dәrәcәdәdir. Oddan bәrk olan şey sudur ki, odu söndürür vә sәxtlik әnasirinin dördüncü dәrәcәsindәdir. Sudan bәrk olan şey buluddur ki, su haman buluddan әmәlә gәlir. Sәs gәlmәsin! Görürsünüz ki, biz burda söz danışırıq! Bәli, ağama әrz olsun ki, buluddan bәrkraq olan şey yeldir ki, buludlara hәmişә yeldәn fәrman çıxır. Yeldәn bәrk olan şey mәlәkdir ki, yellәri idarә edir; yәni haraya göndәrmәlidir, göndәrir; göndәrmәli deyil, göndәrmir. Mәlәkdәn bәrk şey mәlәkül-mövtdür ki, mәlәki qәbzi-ruh edir. Hı … gülәrsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mәlәkül-mövtdәn dә bәrk olan şey bilirsiniz nәdir? Ölümdür, ölüm! Hı … gülәrsiniz! Bәs bilirsiniz ki, ölümdәn bәrk şey nәdir? Bilirsinizmi, ey lüğәt yazanlar?… Ölümdәn bәrk şey xudavәndi-alәmin әmridir ki, lazım olan yerdә ölüm varid olur, lazım olmayanda olmur. Lazım olan yerdә vaqe olur bәlayi-nagәhanlar, misli-vәlvәleyi-sәqf-asimanlar, zәlzәleyi-sәthi-xakidanlar, xüsuf-küsuf, yenә xüsuf, yenә küsuf, ma-tәaqәbәl-mәlәvan! Siz gәrәk xәcalәt çәkәsiniz, adınızı müsәlman qoyub islam elmlәrinә istehza edirsiniz. Niyә gülürsünüz? Burada ilan oynatmırlar ki? Mәgәr insan öz qәbahәtini gәrәk annamaya? Eyb deyil?

Rüstәmbәy. Ana, mәn dediyim Aslan bәy çox yaxşı adamdı; özü dә keçәn il yurist dәrsi oxuyurdu, sonra peşiman oldu, vastoçni fakultetә girdi. İndi istәyir mal hәkimi olsun.

Sәmәd Vahid. İzdivaci-niyyәt edib, toğrudan-toğruya mülaqatda bulunmaq, zәrrә qәdәr eyb törәtmәz, zәnnindәyәm.

Mirzә Mәhәmmәdәli. Allah xatirinә, öz dilindә danış, peyğәmbәr xatirinә, öz dilindә danış!

Rüstәmbәy. Ana, bilirsәn nә var? Mәn lüğәt yazıram. Bilirsәn lüğәt nәdi? Yәni insanın dilindә hәr nә qәribә söz var, gәrәk o kitaba yazıla; hamısı gәrәk yazıla ki, bir söz dә qalmaya. Bәlkә sәn dә elә bir qәribә söz bilirsәn ki, bizim yadımıza düşmәmiş ola. Hә, nә deyirsәn, ana? Bir qәribә söz de yazım.

Zəhrabəyim. Bala, qadan mәnә gәlsin, mәn nә bilirәm ki, nә deyim?

Mirzә Mәhәmmәdәli. Dadaş, әgәr qәribә söz axtarırsan, mәndәn soruş, deyim; dәxi ağbirçәk arvad nә bilir, nә desin? Qәribә söz budu ki, indi maşallah kraxmallı alimlәr dәxi hicabı-zadı bilmәrrә atıb, başlayıblar russayağı üzüaçıq zindәganlıq elәmәyә. Elә mәnnәn olsa, lüğәtә bu mәtlәbi dә yazsan, pis olmaz.

Rüstәmbәy. Mәhәmmәdәli, sәni and verirәm atavın goruna, mәndәn әl çәk.

Səməd Vahid. Dadaş, әdәbiyyatdan lazımsa, nümunә olaraq bir şer deyim, yaz lüğәtә.

Rüstәmbәy. Nә eybi var. Amma bu şәrt ilә açıq olsun. Yoxsa, doğrusu, mәn sәnin dilini qanmıram.

Səməd Vahid.

Әnzari-şәbabımda pәdidar olan, ey zill!

Ey zilli-tüluat, oluyorsun yenә peyda!

Rüstәmbәy. O dili mәn özüm qanıram ki, lüğәtә dә yazam?

Səməd Vahid. Dadaş, mәn söylәdiyim “Faust”dan türk dilinә tәrcümәdir. Bizim müәllimlәr bunu indi bu saat mәktәblәrimizdә balaca çocuqlara öyrәdiyorlar. Sәn ki, bunu qanmıyorsan, sәnayei-nәfisәdәn bibәhrә olmağını müşahidә ediyorsın, zәnnindәyim, әfәndim.

Mirzә Mәhәmmәdәli. Haqq buyurur Mirzә Zeynal, islam mәclisi hara, rus dili hara?!

Rüstәmbәy. İkinci mәsәlә mәktәb proqramı barәsindәdir. Mәlumdur ki, keçәn hәftә reviziyonnaya komissiya….

Mirzə Zeynal. Tәftiş komissiyası.

Rüstәmbәy. Keçәn hәftә tәftiş komissiyası mәktәb proqramı barәsindә irad tutub ki, guya proqramlara, neçә ki, lazımdır, diqqәt olunmur vә dәrslәr bir növ süst keçir vә ikinci klasda…

Mirzə Zeynal. İkinci sinifdә.

Rüstәmbәy. Elmi-ilahi barәsindә uşaqların bir parasının ataları tәrәfindәn әrizә gәlib ki, mәktәbin üçüncü sinfindә müәllim cәnabları–ki, ibarәt olsun Mirzә Bәxşәli vә mәnim kiçik bәradәrim Mәhәmmәdәlidәn,–oktyabr ayında xüsuf vә küsuf barәsindә, yәni ayın vә günün tutulmağı barәsindә bir moizә başlayıblar ki, indi dörd ay olur ki, haman küsuf vә xüsuf dәrslәri nәinki azalmır, hәlә bәlkә altı ay da bundan sonra qurtarmayacaq….

Gülbahar. Qardaşlarım, vallah, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mәn bir söz başa düşmәdim.

Senzor. Cәnab Rüstәm bәy, Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahid…. xahiş edirәm familiyanızı da buyurasınız.

Rüstәmbәy. Rüstәm bәy Әbdülәzimof.

Mirzә Mәhәmmәdәli. Mirzә Mәhәmmәdәli xәlәfi-mәrhum Ağa Әbdülәzim.

Səməd Vahid. Әbdülәzimzadeyi Sәmәd Vahid.

Senzor. Görüm dәxi nә var? Bu kitab görüm nәdәn danışır? Bu da sәnәti-süxәndәn danışır. Bu da şerdir. Bu da müsәddәs şerlәridir. Ba-ba-ba! Cәnab Sәmәd Vahid, bunlar ki, cümlәsi şer kitablarıdır, özlәri dә hamısı İstambul çapıdır. Pәs sәbәb nәdir ki, Osmanlıdan gәlәn kitablar hamısı şerdir?

Səməd Vahid. Sәbәb budur ki, Osmanlıda cәmi qәlәm sahiblәri şairdi; cәmi doktorlar, mühәndislәr, diplomatlar, hәtta ministrlәr dә şairdi, hәpsi şairdi.

Gülbahar. Qaldı bircә kitab: bu da anamın kitabı! Bir qәdәr hamı sakit durur baxır. Budur atam öz әli ilә yazdığı vәsiyyәt. Tarixi-hicrinin min iki yüz doxsan dördüncü ilindә, rәbiüs-saninin on ikisindә, çeşәnbә günü, sübh әzanından yarım saat keçdikdә yoldaşım Zәhranın cismindәn bir parça qopub ayrıldı ki, ibarәt olsun Rüstәm balamdan. Biçarә övrәtin cisminin qalanından genә tarixi-hicrinin min iki yüz doxsan doqquzuncu ilindә, ramazanın beşindә, pәncşәnbә günü, axşamdan üç saat keçdikdә genә bir parça ayrılıb qopdu. Haman gün oğlum Mәhәmmәdәli anadan oldu. Yazıq Zәhranın qalan cismi genә bir dәfә parçalandı. Bu da vaqe oldu haman tarixin min üç yüz dördüncü ilindә, cәmadiәl-әvvәlin on beşindә, çaharşәnbә günü, günorta zamanı ki, haman gün balamız Sәmәd dünyaya gәldi. Bundan da bir neçә il sonra baxtı-qara övrәtin qalan yarım canından genә bir parça qopdu ki, adını Gülbahar qoyduq. Bu da vaqe olub haman tarixin min üç yüz onuncu ilindә, şәvvalın iyirmi birindә, cümә axşamı, sübh vaxtı. Yer, göy, aylar vә ulduzlar göylәrdә seyr edib gәzә-gәzә genә әvvәl-axır günün başına dolanırlar; çünki bunlar hamısı qәdim әzәldә gündәn qopub ayrılmış parçalardır. Mәn etiqad edirәm ki, mәnim dә balalarım dünyada hәr yanı gәzib dolansalar, genә әvvәl-axır anaları Zәhranın әtrafında gәrәk dolanalar; çünki ay vә ulduz şәmsin parçaları olan kimi, bunlar da analarının ayı vә ulduzlarıdır. Vay o kәsin halına ki, tәbiәtin hәmin qanununu pozmaq istәyә! Onun insafı vә vicdanı ona müdamül-hәyat әziyyәt edәcәk, nә qәdәr canında nәfәs var, peşiman olacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.